Məhkəmə qərarları › İş №1-1(102)-83/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-83/2022

17.11.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-83/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum3 və onun müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-1/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum3 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum3 xx xxxxxxxx 1987-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşamışdır.

2. Məhkum1 xx xxx 1967-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında faktiki yaşamışdır.

3. Məhkum4 xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamışdır. 4. 11 fevral 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə, Məhkum3, Məhkum4 və Məhkum2 Həsənağlı qızına Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1, təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə təkrarən qabaqcad an əlbir olan bir qrup şəxs halında və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. O, 2016-cı ilin noyabr ayının ortalarında tanışı Şahid2 vasitəsilə tanıdığı vətəndaş Şahid1 rəfiqəsi X1 oğlu X3 Azərbaycan Ali Diplomatiya Akademiyasında təşkil olunan «SAT» imtahanından daha yüksək bal toplaması arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bunun üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, habelə Şahid1 hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, 25 noyabr 2016-cı il tarixdə Şahid1 ilə mobil telefonla danışarkən geniş əlaqələrə malik olduğunu bildirməklə 40000 manat məbləğində pul müqabilində adını və vəzifəsini bildirmədiyi yüksək vəzifəli şəxsin vasitəsi ilə ona rəfiq əsinin oğlu Əbülfəz Quliyevin imtahandan keçirməsinə köməklik edəcəyi barədə yalan vəd verib inandıraraq Şahid1 rüşvət verməyə təhrik etmişdir. Şahid1 İ. Əliyevaya inanıb pul verməyə razılaşdıqdan sonra, İ. Əliyeva 26 noyabr 2016-cı il tarixdə N. Axundova və K. Hacızadə ilə ünvan 5 ünvanında yerləşən «Sultan Səba» spa mərkəzində görüşərək, N. Axundovadan 40000 manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkum1 2016-cı ilin dekabr ayının sonlarında tanışları Şahid7 ilə Şahid4 övladları Şahid5 işə düzəltmək arzusunda olmalarını bildikdən sonra bu barədə rəfiqəsi Məhkum2, sonuncu isə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdarəs inin Şəxsi Mühafizə şöbəsinin əməliyyatçısı vəzifəsində, baş çavuş hərbi rütbəsində xidmət edən Məhkum3 məlumat vermiş, sonra isə o, S. Həsənova, A. Məmmədov və sonuncunun xidmət yoldaşı, Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdarəsinin Milli Məclis sədrinin Şəxsi Mühafizə şöbəsinin böyük mühafizə zabiti vəzifəsində xidmət edən, mayor Məhkum4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Q. Tağıyevin xeyli miqdarda əmlakını ələ keçirmək barədə razılığa gəlib rollarını bölüşdürmüşlər. Qrupun üzvü İ. Əliyeva cinayətkar plan əsasında onun üzərinə qoyulmuş vəzifələrə uyğun hərəkət edərək 2017-ci ilin yanvar ayının əvvəllərində Şahid4 ilə mobil telefonla danışarkən Təhsil Nazirliyində məsul vəzifədə işləyən Məhkum2 onun oğlu Şahid5 Milli Məclisə işə düzəldəcəyinə dair yalan vəd verib ona Məhkum2 telefon nömrəsini deyib sonuncuya zəng etməsini tapşırmışdır. Şahid4 Məhkum2 ilə telefonla danışarkən sonuncu A. Məmmədovun tapşırığı əsasında Milli Məclisdə işləyən, “Emin” kimi təqdim etdiyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdarəsinin Şəxsi Mühafizə şöbəsinin hərbi qulluqçusu, mayor Məhkum4 mobil telefon nömrəsini verərək oğlu Şahid5 işə qəbul olunması məsələsinin onun tərəfindən həll olunacağını bildirmişdir. Şahid4 həyat yoldaşı Şahid7 Məhkum4 mobil telefon nömrəsinə zəng vurandan sonra cinayətkar qrupun üzvü mayor V. Mirzəyev üzərinə qoyulmuş vəzifə üzrə hərəkət edərək onun övladı Şahid5 müvafiq sənədlər təqdim etməsini bildirib sonuncu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binasının qarşısında görüş təyin etmişdir. 08 yanvar 2017-ci il tarixdə qrup üzvləri Məhkum4 və Məhkum3 Şahid5lə görüşərkən sonuncunun xahişini həll edəcəkləri görüntüsünü səhnələşdirmək məqsədi ilə Məhkum4 özünü “Emin” kimi, Məhkum3 isə sürücüsü kimi təqdim edərək Şahid5 sənədlərini alıb guya yoxladıqdan sonra Məhkum3 verib Şahid5lə birgə Milli Məclisə gedib sənədləri ora çatdırmaq barədə göstəriş vermişdir. Məhkum3 öz növbəsində Şahid5 inandırmaq məqsədi ilə idarə etdiyi avtomobillə sonuncu ilə birlikdə Milli Məclisin inzibati binasının qarşısına gələrək Şahid5 avtomobildə gözləməsini tapşırmış, özü isə Milli Məclisin inzitabi binasına daxil olaraq bir qədər sonra binadan çıxıb Şahid5 sənədlərin lazım olan şəxsə çatdırıldığını və bir neçə gündən sonra onun işə qəbulu ilə bağlı razılıq verilib-verilməməsi barədə məlum at veriləcəyini demişdir. Növbəti gün, yəni 09 yanvar 2017-ci il tarixdə A. Məmmədov S. Həsənovaya zəng edərək Şahid5 valideynləri ilə əlaqə saxlayıb övladlarının Milli Məclisə işə düzəldilməsi üçün 10000 manat məbləğində pul istəməsini tapşırmışdır. S. Həsənova isə əlavə qazanc əldə etmək məqsədilə İ. Əliyeva ilə görüşüb A. Məmmədovun 15000 manat pul istədiyini bildirmiş, İ. Əliyeva S. Həsənovanın tapşırığını yerinə yetirərək Şahid4 zəng edib oğlu Şahid5 sənədlərinin yoxlanışdan keçdiyini, işə qəbulu ilə bağlı müsbət rəy olduğunu, bu işin adını və vəzifəsini demədiyi yüksək vəzifəli şəxs vasitəsi ilə həll olunacağını və işin düzəlməsi müqabilində 15000 manat məbləğində pulun S. Həsənovaya verilməli olduğunu bildirməklə digər şəxsi təkrarən rüşvət verməyə təhrik etmişdir 12 yanvar 2017-ci il tarixdə saat 17 radələrində S. Həsənova İ. Əliyevanın iştirakı ilə Şahid7 və Şahid4 ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Zabitlər” parkının ərazisində fəaliyyət göstərən “Qəbələ Xanlar” restoranında görüşmüş, Məhkum1 S. Həsənovanı Milli Məclisin rəhbərliyində təmsil olunmuş yüksək vəzifəli şəxsin qohumu kimi təqdim edib S. Həsənovanın Şahid5 işini həll edəcəyini bildirmiş, S. Həsənova öz növbəsində geniş əlaqələrə malik olduğunu deməklə Şahid7 15000 manat məbləğində pul alaraq Milli Məclisdə işləyən adını və vəzifəsini bildirmədiyi vəzifəli şəxsin vasitəsilə işin 1 ay müddətində düzələcəyini demişdir. Məhkum2 Şahid7 pulu alması barədə Məhkum3 məlumat vermiş, aldığı puldan 2500 manatını Məhkum1 vermiş, 2500 manatını isə özündə saxlamış və həmin gün axşam saat 18 r adələrində Məhkum3la görüşərək 10000 manat məbləğində pulu sonuncuya vermişdir. Sonrakı müddətdə qrupun üzvləri Məhkum1, Məhkum2 və Məhkum4 qurduqları cinayətkar plan üzrə hərəkət edib Şahid7 və onun ailə üzvləri ilə əlaqə saxlayaraq hər dəfə T.Tağiyevin Milli Məclisə işə düzəlməsi işinin tezliklə həll olunacağı barədə yalan vədlər vermiş, Məhkum4 dəfələrlə Şahid5 Milli Məclisə dəvət edərək son anda görüşləri təxirə salmış, vaxtı uzatmaq, cinayət yolu ilə əldə etdikləri pulu əldə saxlamaq və bununla da törətdikləri cinayətin izlərini itirərək ört-basdır etmək məqsədi ilə Məhkum3 Şahid7 zəng edərək oğlunun işi ilə onun məşğul olduğunu bildirməklə işin qısa müddətdə həll olunacağı barədə yalan vəd vermiş, Məhkum2 isə öz növbəsində Şahid7lə söhbət zamanı Məhkum3 sözlərini təsdiq edərək onun M illi Məclisdə yüksək nüfuza malik olduğunu bildirməklə ona inanmağı məsləhət etmiş, buna baxmayaraq Məhkum1 onunla əlbir olan qrupun digər üzvləri ilə birlikdə Şahid5 xeyrinə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkum1 2016-cı ilin dekabr ayının əvvəllərində tanışı Şahid9 vasitəsi ilə vətəndaş Şahid8 işə düzəlmək arzusunda olmasını bildikdən sonra bu barədə rəfiqəsi Məhkum2, sonuncu isə Məhkum3 məlumat vermiş, sonra isə S. Həsənova, A. Məmmədov və Məhkum4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək A. İbrahimovun xeyli miqdarda əmlakını ələ keçirmək barədə razılığa gəlib rollarını bölüşdürmüşlər. Qrupun üzvü İ. Əliyeva cinayətkar plan əsasınd a onun üzərinə qoyulmuş vəzifələrə uyğun hərəkət edərək 2016-cı ilin dekabr ayının əvvəllərində A. İbrahimova adını və vəzifəsini demədiyi yüksək vəzifəli şəxsin vasitəsi ilə 20000 manat məbləğində pul müqabilində onu Azərbaycan Respublikası Milli Məclisinin Ümumi şöbəsinin baş məsləhətçisi vəzifəsinə işə düzəldəcəyini bildirib, həmin məbləğdə pulun 10000 manatını əvvəlcədən, qalan hissəsini isə işə düzəldikdən sonra verəcəyi ilə razılaşaraq onu təkrarən rüşvət verməyə təhrik etmiş və S. Həsənovadan aldığı A. Məmmədovun mobil telefon nömrəsini verib sonuncu ilə əlaqə saxlamasını tapşırmışdır. Telefonla danışdıqdan sonra A. Şahid8 Məmmədovun tapşırığına əsasən işə qəbulla bağlı sənədləri götürüb Milli Məclisə gəlmiş, orada A. Məmmədov onu qarşılayaraq otaqlardan birinə aparıb söhbət aparm ış, guya rəhbərliyin fikrini öyrənmək üçün gedib bir qədər sonra geri qayıdaraq işə qəbulu ilə bağlı razılıq verildiyini, gedib pulu Məhkum1 verməsini demişdir. 20 dekabr 2016-cı il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən 12 saylı dövlət notariat kontorunda İ. Əliyeva A. İbrahimovla borc müqaviləsi bağlamaqla 5000 ABŞ dolları (20 dekabr 2016-cı il tarixə olan ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 8762,5 manat) almışdır. Həmin gün saat 17 radələrində İ. Əliyeva S. Həsənova ilə birlikdə ünvan 6 ünvanında, Nizami adına metro stansiyanın qarşısında A. İbrahimovla yenidən görüşmüş, S. Həsənovanı Milli Məclisin rəhbərliyində təmsil olunmuş yüksək vəzifəli şəxsin qohumu kimi təqdim edib Məhkum2 onun işini həll edəcəyini bildirməklə Şahid8 qalan 750 manat məbləğində pulu almış və həmin gün saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Zabitlər” parkının ərazisində fəaliyyət göstərən “Qəbələ Xanlar” restoranında A. Məmmədovla görüşərək 5000 ABŞ dolları və 750 manat məbləğindəki pulu ona vermişdir. Bundan sonra A. Məmmədov cinayətkar əməllərini davam etdirib qrupun planına uyğun hərəkət edərək 05 fevral 2017-ci il tarixdə A. İbrahimova zəng vuraraq işin düzəldiyini və qalan 10000 manat pulu özü ilə götürüb növbəti gün Milli Məclisə gəlməsini demişdir. Bundan sonra Şahid8 İ. Əliyeva ilə telefon əlaqəsi saxlayaraq bu barədə məlumat verdikdə, sonuncu Məhkum2 tapşırığı ilə Şahid8 narahat olmamasını, qa lan pulu aparıb A. Məmmədova verməsini bildirmişdir. 06 fevral 2016-cı il tarixdə saat 10 radələrində A. Məmmədov Milli Məclisə gələn Şahid8 qarşılayıb otaqlardan birinə apararaq ondan 10000 manat, ümumilikdə isə 19512.5 manat məbləğində pulu alıb işə qəbulla bağlı əmrin növbəti gün veriləcəyini bildirmişdir. Növbəti gün, yəni 07 fevral 2017ci il tarixdə A. Məmmədovun mobil telefonu sönülü olduğundan A. İbrahimov İ. Əliyevaya zəng vurmuş, sonuncu cinayətkar qrupun planına uyğun hərəkət edərək A. Məmmədovun avtomobil qəzası keçirdiyini və vəziyyətinin ağır olduğunu bildirmişdir. Bundan sonra cinayətkar qrupun digər üzvü Məhkum4 plana əsasən onun üzərinə qoyulmuş vəzifə üzrə hərəkət edərək A. İbrahimova zəng vurub özünü Milli Məclisin Kadrlar İdarəsinin rəis müavini kimi təqdim edərək işə qə bulla bağlı sənədlərinin onda olduğunu və sualı olarsa onunla əlaqə saxlamasını bildirməklə yanaşı, A. Məmmədovun avtoqəza keçirib hospitala yerləşdirilməsi barədə yalan məlumat vermişdir. A. İbrahimovdan pul alındıqdan sonra İ. Əliyeva onunla əlbir olan qrupun digər üzvləri ilə birlikdə A. İbrahimovun xeyrinə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əldir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkum1 özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə 2017-ci ilin oktyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs ilə telefonla əlaqə saxlayarkən xarici ölkədən ultrasəs müayinəsi aparatının ötürücü avadanlığını gətirmək vədini verib inandırmaqla 12 oktyabr 2017-ci il tarixdə sonuncunun rəfiqəsi Şah id6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialından göndərdiyi, cari məzənnəyə görə 1703 manat təşkil edən 1000 ABŞ dolları məbləğində pulu almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkum3 təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında və öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdar əsinin Şəxsi Mühafizə şöbəsinin əməliyyatçısı vəzifəsində, baş çavuş hərbi rütbəsində xidmət edərkən, tanışı Məhkum2 və onun rəfiqəsi Məhkum1 vasitəsi ilə vətəndaş Şahid7 ilə Şahid4 övladları Şahid5 Azərbaycan Respublikası Milli Məclisində işə düzəlmək arzusunda olması barədə məlumat aldıqdan sonra S. Həsənova, İ. Əliyeva və Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdarəsinin Milli Məclis sədrinin Şəxsi Mühafizə şöbəsinin böyük mühafizə zabiti vəzifəsində xidmət edən, mayor Məhkum4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Q. Tağıyevin xeyli miqdarda əmlakını ələ keçirmək barədə razılığa gəlib rollarını bölüşdürmüşlər. Qrupun üzvü Məhkum1 cinayətkar plan əsasında onun üzərinə qoyulmuş vəzifələrə uyğun hərəkət edərək 2017-ci ilin yanvar ayının əvvəllərində Şahid4 ilə mobil telefonla danışarkən Təhsil Nazirliyində məsul vəzifədə işləyən Məhkum2 onun oğlu Şahid5 Milli Məclisə işə düzəldəcəyinə dair yalan vəd verib ona Məhkum2 telefon nömrəsini deyib sonuncuya zəng etməsini tapşırmışdır. Şahid4 Məhkum2 ilə telefonla danışarkən sonuncu A. Məmmədovun tapşırığı əsasında Milli Məclisdə işləyən, “Emin” kimi təqdim etdiyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdarəsinin Şəxsi Mühafizə şöbəsinin hərbi qulluqçusu, mayor Məhkum4 telefon nömrəsini verərək oğlu Şahid5 işə qəbul olunması məsələsinin onun tərəfindən həll olunacağını bildirmişdir. Şahid4 həyat yoldaşı Şahid7 Məhkum4 mobil telefon nömrəsinə zəng vurandan sonra cinayətkar qrupun üzvü mayor V. Mirzəyev üzərinə qoyulmuş vəzifə üzrə hərəkət edərək onun övladı Şahid5 müvafiq sə nədlər təqdim etməsini bildirib sonuncu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binasının qarşısında görüş təyin etmişdir. 08 yanvar 2017-ci il tarixdə qrup üzvləri V. Mirzəyev və Məhkum3 Şahid5lə görüşərkən sonuncunun xahişini həll edəcəkləri görüntüsünü səhnələşdirmək məqsədi ilə Məhkum4 özünü “Emin” kimi, Məhkum3 isə sürücüsü kimi təqdim edərək Şahid5 sənədlərini alıb guya yoxladıqdan sonra Məhkum3 verib Şahid5lə birgə Milli Məclisə gedib sənədləri ora çatdırmaq barədə göstəriş vermişdir. Məhkum3 öz növbəsində Şahid5 inandırmaq məqsədi ilə idarə etdiyi avtomobillə sonuncu ilə birlikdə Milli Məclisin inzibati binasının qarşısına gələrək Şahid5 avtomobildə gözləməsini tapşırmış, özü isə Milli Məclisin inzitabi binasına daxil olaraq bir qədər sonra binadan çıxıb Şahid5 sə nədlərin lazım olan şəxsə çatdırıldığını və bir neçə gündən sonra onun işə qəbulu ilə bağlı razılıq verilib-verilməməsi barədə məlumat veriləcəyini demişdir. 09 yanvar 2017-ci il tarixdə Məhkum3 S. Həsənovaya zəng edərək Şahid5 valideynləri ilə əlaqə saxlayıb övladlarının Milli Məclisə işə düzəldilməsi üçün 10000 manat məbləğində pul istəməsini tapşırmışdır. S. Həsənova isə əlavə qazanc əldə etmək məqsədilə İ. Əliyeva ilə görüşüb A. Məmmədovun 15000 manat pul istədiyini bildirmiş, İ. Əliyeva S. Həsənovanın tapşırığını yerinə yetirərək Şahid4 zəng edib oğlu Şahid5 sənədlərinin yoxlanışdan keçdiyini, işə qəbulu ilə bağlı müsbət rəy olduğunu, bu işin adını və vəzifəsini demədiyi yüksək vəzifəli şəxs vasitəsi ilə həll olunacağını və işin düzəlməsi müqabilində 15000 manat məbləğində pulun S. Hə sənovaya verilməli olduğunu bildirməklə digər şəxsi rüşvət verməyə təhrik etmişdir. 12 yanvar 2017-ci il tarixdə saat 17 radələrində S. Həsənova İ. Əliyevanın iştirakı ilə Şahid7 və Şahid4 ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Zabitlər” parkının ərazisində fəaliyyət göstərən “Qəbələ Xanlar” restoranında görüşmüş, İ. Əliyeva S. Həsənovanı Milli Məclisin rəhbərliyində təmsil olunmuş yüksək vəzifəli şəxsin qohumu kimi təqdim edib S. Həsənovanın Şahid5 işini həll edəcəyini bildirmiş, S. Həsənova öz növbəsində geniş əlaqələrə malik olduğunu deməklə Şahid7 15000 manat məbləğində pul alaraq Milli Məclisdə işləyən adını və vəzifəsini bildirmədiyi vəzifəli şəxsin vasitəsilə işin 1 ay müddətində düzələcəyini demişdir. Məhkum2 Şahid7 pulu alması barədə Məhkum3 məlumat vermiş, aldığı puldan 2500 manatını Məhkum1 vermiş, 2500 manatını isə özündə saxlamış və həmin gün axşam saat 18 radələrində Məhkum3la görüşərək 10000 manat məbləğində pulu sonuncuya vermişdir. Sonrakı müddətdə qrupun üzvləri Məhkum1, Məhkum2 və Məhkum4 qurduqları cinayətkar plan üzrə hərəkət edib Şahid7 və onun ailə üzvləri ilə əlaqə saxlayaraq hər dəfə T.Tağiyevin Milli Məclisə işə düzəlməsi işinin tezliklə həll olunacağı barədə yalan vədlər vermiş, Məhkum4 dəfələrlə Şahid5 Milli Məclisə dəvət edərək son anda görüşləri təxirə salmış, vaxtı uzatmaq, cinayət yolu ilə əldə etdikləri pulu əldə saxlamaq və bununla da törətdikləri cinayətin izlərini itirərək ört-basdır etmək məqsədi ilə Məhkum3 Şahid7 zəng edərək oğlunun işi ilə onun məşğul olduğunu bildirməklə işin qısa müddətdə həll olunacağı barəd ə yalan vəd vermiş, Məhkum2 isə öz növbəsində Şahid7lə söhbət zamanı Məhkum3 sözlərini təsdiq edərək onun Milli Məclisdə yüksək nüfuza malik olduğunu bildirməklə ona inanmağı məsləhət etmiş, buna baxmayaraq Məhkum3 onunla əlbir olan qrupun digər üzvləri ilə birlikdə Şahid5 xeyrinə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkum4 təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında və öz qulluq mövqeyindən istifadə etmə klə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdarəsinin Milli Məclis sədrinin Şəxsi Mühafizə şöbəsinin böyük mühafizə zabiti vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən, Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdarəsinin Şəxsi Mühafizə şöbəsinin əməliyyatçısı vəzifəsində, baş çavuş hərbi rütbəsində xidmətdə edən Məhkum3, tanışı Məhkum2 və onun rəfiqəsi Məhkum1 vətəndaş Şahid7 ilə Şahid4 övladları Şahid5 Azərbaycan Respublikası Milli Məclisində işə düzəlmək arzusunda olması barədə məlumat aldıqdan sonra S. Həsənova, İ. Əliyeva və A. Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Q. Tağıyevin xeyli miqdarda əmlakını ələ keçirmək bar ədə razılığa gəlib rollarını bölüşdürmüşlər. Qrupun üzvü Məhkum1 cinayətkar plan əsasında onun üzərinə qoyulmuş vəzifələrə uyğun hərəkət edərək 2017-ci ilin yanvar ayının əvvəllərində Şahid4 ilə mobil telefonla danışarkən Təhsil Nazirliyində məsul vəzifədə işləyən Məhkum2 onun oğlu Şahid5 Milli Məclisə işə düzəldəcəyinə dair yalan vəd verib ona Məhkum2 telefon nömrəsini deyib sonuncuya zəng etməsini tapşırmışdır. Şahid4 Məhkum2 ilə telefonla danışarkən sonuncu Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə İdarəsinin Şəxsi Mühafizə şöbəsinin əməliyyatçısı, baş çavuş Məhkum3 tapşırığı əsasında Məhkum4 mobil telefon nömrəsini verərək oğlu Şahid5 işə qəbul olunması məsələsinin onun tərəfindən həll olunacağını bildirmişdir. Şahid4 həyat yoldaşı Şahid7 Məhkum4 mobil te lefon nömrəsinə zəng vurandan sonra cinayətkar qrupun üzvü mayor Məhkum4 üzərinə qoyulmuş vəzifə üzrə hərəkət edərək onun övladı Şahid5 müvafiq sənədlər təqdim etməsini bildirib sonuncu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binasının qarşısında görüş təyin etmişdir. 08 yanvar 2017-ci il tarixdə qrup üzvləri Məhkum4 və Məhkum3 Şahid5lə görüşərkən sonuncunun xahişini həll edəcəkləri görüntüsünü səhnələşdirmək məqsədi ilə Məhkum4 özünü “Emin” kimi, Məhkum3 isə sürücüsü kimi təqdim edərək Şahid5 sənədlərini alıb guya yoxladıqdan sonra Məhkum3 verib Şahid5lə birgə Milli Məclisə gedib sənədləri ora çatdırmaq barədə göstəriş vermişdir. Məhkum3 öz növbəsində Şahid5 inandırmaq məqsədi ilə idarə etdiyi avtomobillə sonuncu ilə birlikdə Milli Məclisin inzibati binasının qarşısına gələrək Şahid5 avtomobildə gözləməsini tapşırmış, özü isə Milli Məclisin inzitabi binasına daxil olaraq bir qədər sonra binadan çıxıb Şahid5 sənədlərin lazım olan şəxsə çatdırıldığını və bir neçə gündən sonra onun işə qəbulu ilə bağlı razılıq verilib-verilməməsi barədə məlumat veriləcəyini demişdir. 09 yanvar 2017-ci il tarixdə Məhkum3 Məhkum2 zəng edərək Şahid5 valideynləri ilə əlaqə saxlayıb övladlarının Milli Məclisə işə düzəldilməsi üçün 10000 manat məbləğində pul istəməsini tapşırmışdır. Məhkum2 isə əlavə qazanc əldə etmək məqsədilə Məhkum1 ilə görüşüb Məhkum3 15000 manat pul istədiyini bildirmiş, Məhkum1 Məhkum2 tapşırığını yerinə yetirərək Şahid4 zəng edib oğlu Şahid5 sənədlərinin yoxlanışdan keçdiyini, işə qəbulu ilə bağlı müsbət rəy olduğunu, bu işin adını və vəzifəsini demədiyi yüksək vəzifəli şəxs vasitəsi ilə həll olunacağını və işin düzəlməsi müqabilində 15000 manat məbləğində pulun Məhkum2 verilməli olduğunu bildirməklə digər şəxsi rüşvət verməyə təhrik etmişdir. 12 yanvar 2017-ci il tarixdə saat 17 radələrində Məhkum2 Məhkum1 iştirakı ilə Şahid7 və Şahid4 ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Zabitlər” parkının ərazisində fəaliyyət göstərən “Qəbələ Xanlar” restoranında görüşmüş, Məhkum1 Məhkum2 Milli Məclisin rəhbərliyində təmsil olunmuş yüksək vəzifəli şəxsin qohumu kimi təqdim edib Məhkum2 Şahid5 işini həll edəcəyini bildirmiş, Məhkum2 öz növbəsində geniş əlaqələrə malik olduğunu deməklə Şahid7 15000 manat məbləğində pul alaraq Milli Məclisdə işləyən adını və vəzifəsini bildirmədiyi vəzifəli şəxsin vasitəsilə işin 1 ay müddətində düz ələcəyini demişdir. Daha sonra Məhkum2 Şahid7 pulu alması barədə Məhkum3 məlumat vermiş, aldığı puldan 2500 manatını Məhkum1 vermiş, 2500 manatını isə özündə saxlamış və həmin gün axşam saat 18 radələrində Məhkum3la görüşərək 10000 manat məbləğində pulu sonuncuya vermişdir. Sonrakı müddətdə qrupun üzvləri Məhkum1, Məhkum2 və Məhkum4 qurduqları cinayətkar plan üzrə hərəkət edib Şahid7 və onun ailə üzvləri ilə əlaqə saxlayaraq hər dəfə Toğrul Tağiyevin Milli Məclisə işə düzəlməsi işinin tezliklə həll olunacağı barədə yalan vədlər vermiş, Məhkum4 dəfələrlə Şahid5 Milli Məclisə dəvət edərək son anda görüşləri təxirə salmış, vaxtı uzatmaq, cinayət yolu ilə əldə etdikləri pulu əldə saxlamaq və bununla da törətdikləri cinayətin izlərini itirərək ört-basdır etmək məqsədi ilə Məhkum3 Şahid7 zəng ed ərək oğlunun işi ilə onun məşğul olduğunu bildirməklə işin qısa müddətdə həll olunacağı barədə yalan vəd vermiş, Məhkum2 isə öz növbəsində Şahid7lə söhbət zamanı Məhkum3 sözlərini təsdiq edərək onun Milli Məclisdə yüksək nüfuza malik olduğunu bildirməklə ona inanmağı məsləhət etmiş, buna baxmayaraq Məhkum4 onunla əlbir olan qrupun digər üzvləri ilə birlikdə Şahid5 xeyrinə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir.

6. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-56/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 3000 (üç min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 29 iyul 2019-cu il tarixdən 24 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş 3500 (üç min beş yüz) manat cərimə cəzası yüngülləşdirilmiş və qəti olaraq 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir.

7. Həmin hökmlə Məhkum3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3000 (üç min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 3100 (üç min yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 (bir min) manat cərimə cəzasının çəkilməmiş hissəsi - 500 (beş yüz) manat cərimə cəzası yeni hökm üzrə təyin edilmiş cəza ilə qism ən toplamaq yolu ilə ona qəti olaraq 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilmişdir.

8. Həmin hökmlə Məhkum4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəz anı Bakı Hərbi Məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il (1 (bir) ay) müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Məhkum4 qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 21 sentyabr 2017-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir.

9. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib məhkum edilmiş şəxslər Məhkum1, Məhkum3 və Məhkum4 barələrində onların şəxsiyyətinə, törətdikləri cinayətlərin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin edildiyini qeyd edərək, Bakı Hərbi Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü məhkum edilmiş ş əxs Məhkum4 münasibətdə məhkum olunduğu maddələrin sanksiya daxilində yuxarı həddə cəza təyin edilməklə, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum3 münasibətdə isə barələrində təyin edilmiş cərimə cəzalarının məhkum olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetə cəzalarının təyin edilməsi ilə dəyişdirilməsini xahiş etmişdir.

10. Məhkum edilmiş şəxs Məhkum2 29 dekabr 2020-ci il tarixdə Covid-19 (koronavirus) Bakı şəhərində vəfat etmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2966/2021 nömrəli, 01 iyun 2021 tarixli qətnaməsi ilə olüm vakti müəyyən edilmiş, onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-1/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı ilə apellyasiy a protesti qismən təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-56/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli hökmü Məhkum3 təyin edilmiş cəza hissəsində dəyişdirilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Hərbi Məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum3 təyin edilmiş 1000 (bir min) manat cərimə cəzasının çəkilməmiş hissəsi olan 500 (beş yüz) manat cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum3 müdafiəçisi Müdafiəçi4 isə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

13. Kassasiya protestində qeyd edilmişdir ki, məhkumlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəliliyinə uyğun olmayan cəzalar təyin edilmiş, həmçinin cinayət qanunu normaları pozulmuşdur. Belə ki, Məhkum3 təqsirli bilindiyi epizod üzrə Şahid7 15000 manat məbləğində ziyan vurulmuşdur. Şahid7 hökmdə əks olunan ifadəsinə görə dəymiş ziyanın 5000 manatı ödənilmiş, 10000 manat isə ödənillməmişdir. Bundan başqa, Məhkum3 barəsində azadlığın məhdudlaşdırı lması cəzasının təyin edilməsi qanunsuzdur - birinci instansiya məhkəməsinin hökmünə görə məhkəmə Məhkum3 barəsində cəza təyin edərkən 19 iyul 2017-ci il tarixədək qüvvədə olmuş cinayət qanununu tətbiq etmiş, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “3 min manatdan 5 min manatadək cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası” sanksiyasının ən aşağı həddini - 3 min manat cərimə cəzasını təyin etmişdir. Bakı Apeilyasiya Məhkəməsi hökmü dəyişdirərəkən, Məhkum3 azadlığın məhdudlaşdırılması cəzasının cinayət qanununun hansı redaksiyasına əsasən tətbiq edildiyini qeyd etməmiş, hökmü qalan hissədə dəyişdirmədən saxlamaqla qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə sank siyada mövcud olmayan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə cinayət qanunu normasını pozmuşdur. Kassator həmçinin qeyd etmişdir ki, Məhkum1 4 epizod üzrə, ümumilikdə 76215 manat ziyan vurmaqla dələduzluq cinayət əməlinin törədilməsində təqsirli bilinmiş lakin o, cinayət işi üzrə maddi ziyan vurulmuş şəxslərdən yalnız Şahid6 dəymiş ziyanı tam, Şahid7a isə qismən ödəmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin qərar əsasında sonuncu həbsə alınmış, 06 aprel 2022-ci il tarixdə isə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmiş və o, həbsdən azad edilmişdir. Faktiki olaraq, müəyyən müddət həbsdə saxlanılmasına baxmayaraq, məhkəmə Məhkum1 barəsində təyin edilmiş cəzanı Azərbayc an Respublikası CM-nin 69.4-cü maddəsinə uyğun olaraq dəyişdirməyərək cinayət qanunu normasını pozmuş, məhkumun vəziyyətini ağırlaşdırmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum3 tərəfindən cinayət əməlinin törədildiyi zaman həmin əmələ görə həmin vaxt cinayət qanununda nəzərdə tutulmayan c əzanı təyin etməklə cəza təyinində prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Məhkum3 digər məhkumlarla əlbir olan bir qrup şəxs halında qeyd olunan cinayətləri törətdiyi 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsinin, həmçinin CM-nin 32.4,312.1-ci maddəsinin sanksiyalarında azadlığın məhdudlaşdırılması cəzası yox idi. Məhkum3 Bakı Hərbi Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə dəyişdirilməsi üçün, ümumiyyətlə məhkumun vəziyyətinin pisləşdirilməsi, ona daha ağır cəza təyin edilməsi üçün hazırki halda nə hüquqi, nə də faktiki əsaslar yoxdur. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsini, Avropa İnsan Hüquqları Ko nvensiyasının 7-ci maddəsinin tələblərini pozaraq Məhkum3 qanunsuz olaraq azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-1/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı Məhkum3 cəza təyin edilməsi hissəsində dəyişdirilməsini, məhkuma birinci instansiyası məhkəməsinin hökmü ilə təyin olunmuş həddə eyni ilə cərimə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

15. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etirazlar daxil olmamışdır. III. Hüquqi məsələlər

16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsin də məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxslər barəsində yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə xahişini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və ya xud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

21. Müdafiəçi kassasiya şikayətində Məhkum3 təyin edilən cəzanın ağırlığını mübahisələndirərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə xahişini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

22. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 1-1(103)1/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və h əm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

24. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə hall arı arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

25. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

26. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1. 13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

27. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-nin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

28. Qeyd olunan cinayət-hüquqi normaları baxımından və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin qismən əsaslı olduğu müəyyən olunur.

29. Kassasiya protestindən aydın olur ki, dövlət ittihamçısı məhkum edilmiş şəxs Məhkum1 azadlıqdan məhrum etmə cəzası ilə müqayisədə daha yüngül cəza olan cərimə cəzasının, Məhkum3 azadlığın məhdudlaşdırılması cəzasının, X5 aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrinin əsassızlığını xüsusilə onda görür ki, məhkəmə məhkum edilmiş şəxslər tərəfindən zə rərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməməsini nəzərə almamışlar.

30. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini ilə qismən razılaşaraq qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum1 tərəfindən maddi ziyan vurulmuş şəxslərdən Şahid6 tam ödənilsə də, Şahid1 40000 (qırx min) manat vəsaitdən heç bir ödəniş edilməmişdir. Digər Məhkum3 tərəfindən isə Şahid7 dəymiş 10000 (on min) manat maddi ziyan ümumiyyətlə ödənilməmişdir.

31. Həmçinin, apellyasiya instansiyası məhkəməsi törədilən cinayətlərin ağırlığını, xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, o cümlədən, Məhkum3 əvvəllər eyni cinayətlərə görə məhkum olunmaqla üzərində ödənilməmiş 500 manat cərimə cəzasının olmasını kifayət qədər nəzərə almadan, əsassız olaraq ona yüngüllüyün ə görə açıqaydın ədalətsiz cəza təyin etmişlər. Kollegiyanın fikrincə, hazırki cinayət işinin hallarına münasibətdə, məhkumlar Məhkum1 və Məhkum3 azadlıqdan məhrumetməyə nisbətdə daha yüngül cəzanın təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi ilə müəyyən edilən ədalət prinsipinə cavab verən və cəzanın məqsədlərini təsvir edən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərini lazımınca təmin edən nəticə hesab edilə bilməz.

32. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs X5 münasibətdə kassasiya protestinin dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəmələr X5 müəyyən etdikləri həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzər ə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum X6 barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı ilə İradə Ə022Məhkum1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin qərar əsasında sonuncu 18 mart 2022-ci il tarixdən həbsə alınmış, 06 aprel 2022-ci il tarixdə isə verdiyi iltizam əsasında seçilmiş qətimkan tədbiri dəyişdirildiyinə görə həbsdən azad edilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi yekun qərarını verərkən, Məhk um1 münasibətdə onun həbsdə saxlama müddətini nəzərə almamışdır.

34. Halbuki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə görə məhkmə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirməli və ya şəxsi bu cəzadan tamamilə azad etməlidir.

35. Beləliklə, məhkəmələrin qeyd olunan cinayət-hüquqi normalarının pozulması ilə məhkumlar Məhkum1 və Məhkum3 cəzanın təyin edilməsi, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiklərini göstərir.

36. Odur ki, məhk əmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-1/2022 nömrəli, 04 may 2022ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti və müdafiəçinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-1/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar