Məhkəmə qərarları › İş №1-1(102)-83/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-83/2024

18.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-83/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 1-1(104)-84/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin (hakimlər Vüqar Məmmədov (sədrlik edən), Hüseynli Nurəddin və Kamran Muxtarov) 07 oktyabr 2021-ci il tarixli 1(095)-160/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 4 (dörd) il 06 (altı) ay müddət inə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyü üçün onun bərpa edilməsi barədə məhkəməyə vəsatət vermişdir. Gəncə Hərbi Məhkəməsinin (hakim Nurəddin Hüseynli) 22 sentyabr 2022-ci il tarixli 1(095)-160/2021 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Pərviz Hacıyev və Əlizamin Abdullayev) 05 dekabr 2022-ci il tarixli, 1-1(104)-87/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(095 )-160/2021 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 1-1(104)-87/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının qərarında göstərilən xəsarətlər və həbs edildiyi üçün həyəcan və sarsıntı keçirdiyi üçün apellyasiya şikayəti verə bilməyib. Dövlət tərəfindən ayrılan müdafiəçi də ona bu haqda heç bir məlumat verməmişdir. Özü də bu haqda heç bir tədbir görməmiş, səhhətində də problemlər olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarında dəyişiklik edilməsi barədə cəza çəkdiyi Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Lakin, həmin müraciəti geri qaytarılaraq Gəncə Apellyasiya Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcə llənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Gəncə Hərbi Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 1(095)-160/2021 nömrəli hökmü elan olunarkən Məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Gəncə Hərbi Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 1(095)-160/2021 nömrəli hökmünün surəti 13 oktyabr 2021-ci il tarixdə Məhkum qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, Məhkum hökmün surəti 13 oktyabr 2021-ci il tarixdə təqdim edildiyindən ona münasibətdə prosessual müddətin axımı 13 oktyabr 2021-ci il tarixdən başlamış və 03 noyabr 2021-ci il tarixdə başa çatmışdır. Beləliklə, müəyyən olunur ki, məhkum tərəfindən apellyasiya şikayəti 03 noyabr 2021-ci il tarixə kimi qanunla müəyyən ed ilmiş 20 gün ərzində deyil, 07 sentyabr 2022-ci il tarixdə, yəni həmin müddət keçdikdən 10 ay sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Məhkum müddətin bərpa olunması haqqında vəsatətində hüquqi savadsızlığı ucbatından verə bilmədiyini bildirmişdir. Göründüyü kimi, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin hər hansı üzrlü səbəbdən buraxılması təsdiq olunmur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci ins tansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Gəncə Hərbi Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 1(095)-160/2021 nömrəli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisə li tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 1(095)-160/2021 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2022-ci il tarixli 11(104)-87/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar