Məhkəmə qərarları › İş №1-1(102)-84/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-84/2019

24.10.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-84/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 332.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 fevral 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 1(098)-247/2017 saylı hökmü ilə (sədrlik edən V.M.Nəsirov, hakimlər S.B.Hüseynov və M.Ə.Bağırovdan ibarət tərkibdə) 06 aprel 1998-ciiltarixdəİmişli rayonunun Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Məzrəli kəndində qeydiyyatda olmaqla Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 3-cü tağımının 1-ci manqasının tuşlayıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş, Tərtər Hərbi Məhkəməsi nin 21 aprel 2017-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 332.1-ci maddələri ilə təqsirlibilinib, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları tam toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun intizam qaydasında tutulub saxlanıldığı gündən, yəni 16 aprel 2017-ci il tarixdən hesablanması və barəsində seçilmi həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin Ağdam rayonunun ********** kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 3-cü tağımının 1-ci manqasında tuşlayıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olduğu müddətdə 16 aprel 2017-ci il tarixdə köməklik etmək məqsədi ilə bölüyün 04 nömrəli döyüş postunda aparılan mühəndis işlərinə ayrılmış, saat 13:10-da orada qum daşınması ilə məşğul olarkən saat 13:00-dan 15:00-dək həmin postda döyüş növbətçiliyində olmaqla düşmən mövqelərinin müşahidəsini aparan 3-cü taborun 9-cu bölüyünün 1ci tağımının 1-ci manqasında atıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən X5 yaxınlaşıb öz üstünlüyünü nümayiş etdirmək və sonuncunun iradəsini sındıraraq özünə tabe etdirmək məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1-3-cü maddələri ilə müəyyən edilmiş «hərbi nəzakət qaydalarına riayət etmək, bir-biri ilə münasibətdə nəzakətli və təmkinli olmaq, yüksək mədənilik nümunəsi göstərmək, özünü ictimai yerdə ləyaqətli aparmaq, nalayiq hərəkətlər etməmək» kimi tələblərini kobud surətdə pozub N6 başında olan zirehli dəbilqənin üzərindən 3-4 sillə zərbəsi vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərər çəkmiş şəxsə qarşı zor tətbiq etmişdir; - həmin vəzifədə və rütbədə xidmətdə olduğu müddətdə 16 aprel 2017-ci il tarixdə saat 14:15- də bölüyün 04 nömrəli döyüş postunda qum daşınması ilə məşğul olarkən saat 13:00-dan 15:00-dək həmin postda döyüş növbətçiliyində olan 3-cü taborun 9-cu bölüyün 1-ci tağımın 1-ci manqasında atıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən X3 xidməti istifadəsində olan AKM markalı Mİ 8377 nömrəli avtomat silahın postun ərazisində mişar daşından hörülmüş divara söykənilmiş vəziyyətdə olduğunu görüb, qeyd olunan silahı götürərək sol cinahda olan atəş sektorunun qarşıs ına keçib silahın üzərində olan darağı çıxararaq daraqda olan birinci patronu silahın lüləsinə keçirib əyməklə gülləni gilizdən ayırmış və gilizdə olan barıtın bir qismini yerə boşaltdıqdan sonra gülləni yenidən gilizin üzərinə taxaraq silahın qoruyucusunu açıb çaxmağı geri çəkərək patronu birbaşa patron yuvasına yerləşdirib silahı atəşə hazır vəziyyətə gətirmişdir. Həmin vaxt bunu görən əsgər N6 tabelik münasibətlərində olmayan əsgər Məhkum silahdan atəş açmamağı, manqada patronları sayaraq təhvil aldıqlarını bildirsə də, Məhkum buna əhəmiyyət verməyib patronda olan barıtın bir qisminin boşaldıldığı halda atəş açılarkən güllənin hansı məsafəni qət edəcəyini öyrənmək üçün onun əynində olan zirehli gödəkcəyə atəş açmaq niyyətində olduğunu bildirərək, qaçıb ondan uzaqlaşmasını tələb etmiş və silahı ona doğru istiqamətləndirmişdir. X11 Bağırovun həmin hərəkətlərinə etiraz edərək buna son qoymasını xahiş etsə də, sonuncu qanunsuz hərəkətlərini davam etdirərək, öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik nümayiş etdirərək, silahın lüləsini ondan uzaqlaşmaq istəyən və həmin vaxt ondan 5 metr aralı məsafədə olan N6 bel nahiyəsinə tuşlamış, sonuncudan təxminən 3 metr öndə məhz atəş istiqamətində olan bölüyün 3-cü tağımının 1-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən X6 da, həyat və sağlamlığı üçün real təhlükə törətdiyini, yəni atəş açacağı təqdirdə güllənin ona da dəyə biləcəyini qabaqcadan görüb, göstərilən hərəkətlərin nəticəsini dərk etməli olmasına baxmayaraq, buna laqeyd münasibət göstərməklə odlu silah hesab edilən avtomat silahın tətiyini çəkərək bir atəş açıb N6 qəsdən insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən «Qalxan və köndələn çənbər bağırsağın, on iki barmaq bağırsağın, öd kisəsinin zədələnməsi, birinci bel fəqərəsinin sınığı, kəskin qanitirmə, periton boşluğuna nüfuz edən, qarın nahiyəsini dəlib-keçən odlu silah güllə yaralanması» bədən xəsarəti yetirmiş, bununla da ümumi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Hökmdən Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 26 fevral 2018-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 fevral 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində əməlindən səmimi peşiman olduğunu, cinayəti səmimi etiraf etdiyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki azyaşlı qardaş və bacısının olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunduğunu, gəncliyini, əvvəllər məhkum olunmadığını, epileps iya xəstəliyindən əziyyət çəkdiyini, anasının ağır xəstə olduğunu, zərər çəkmiş şəxs E6 ona qarşı şikayətinin olmadığını qeyd edərək, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 fevral 2018-ci il tarixli qərarının ləğv edilərək, ona CM-in 332.1-ci maddəsi ilə bəraət verilməsini, CM-in 126.2.4-cü maddəsi ilə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı K6 çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiy asının 26 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxslər, X9 və X8 isə məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Hazırkı kassasiya şikayətində məhkum CM-in 332.1-ci maddəsi ilə ona bəraət verilməsini, CM-in 126.2.4-cü maddəsi ilə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunmasına dair qərar q əbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (AR CPM, maddə 42). Həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ona bəraət verilməsi barədə tələbini nəzərdən keçirirək qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum 16 aprel 2017-ci il tarix də saat 13:10-da N6 başında olan zirehli dəbilqənin üzərindən bir neçə dəfə sillə zərbəsi vurmaması barədə məhkəmə istintaqında verdiyi ifadəsinin həqiqətə uyğun olmaması zərər çəkmiş şəxsin ifadəsi ilə tamamilə inkar olunduğuna görə bu ifadəni özünümüdafiə və cinayət məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirirərək, ona haqlı olaraq CM-in 332.1-ci maddəsi ilə bəraət verilməsinə dair heç bir qanuni əsaslar görməmişdir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən CM-in 332.1-ci maddəsi ilə ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayətəməliAzərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməkləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 332.1-ci maddələriilədüzgüntövsifedilmişdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətində CM-in 126.2.4-cü maddəsi ilə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə dair dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, ocümlədənAzərbaycanRespublikasıCM-nin 8, 41.2, 58.3, 59-cumaddələrinintələblərinətam riayət etmişdir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən zərər çəkmiş şəxs X9 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə, etdiyi əməldən səmimi peşimanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, hazırkı kassasiya şikayətinin müvafiq dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq təhlil edən a pellyasiya instansiyası məhkəməsi də düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, CM-in 62-ci maddəsinin tətbiqinə aid hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu məsələdə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının və onun müddətinin müəyyən edilməsinə dair yuxarıda qeyd edilən mövqelərini təhlil edərək hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur və Məhkum CM-in 126.2.4-cü maddəsi ilə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini əsassız sayır. Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayə tində CM-in 126.2.4-cü maddəsinə həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunmasına dair dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər, o cümlədən də Məhkum qeyd etdiyi hallar, habelə onların məcmusu müstəsna hal hesab edilməklə onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cinayətin törədilməsi halı nəzərə alınmaqla, onun real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah oluna biləcək şəxs olmadığı qənaətinə gəlməyə məhkəmə kollegiyasına kifayət qədər əsas verir. İşin halları Məhkum təqsirli bilindiyi CM-in 126.2.4-cü maddəsinə CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunmasının mümkünlüyünü istisna edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən əsaslara görə, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona şərtiməhkumetmənintətbiqinimümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı ma ddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyil və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 332.1-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 f evral 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar