Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-84/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X22, Məhkum1 və müdafiəçisi X5 iştirakları ilə, Məhkum1, Məhkum2, X10 və Məhkum4 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X80 Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 müdafiəçisi X11, Məhkum2, Məhkum3 və Məhkum4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər: İ.M.Quliyev (sədrlik edən), Ə.M.Sarıyev (məruzəçi) və V.M.Nəsirovdan ibarət tərkibdə) 18 sentyabr 2019-cu il tarixli qərarı ilə 09 yanvar 1990-cı il tarixdə Ağcabədi rayonunun Yanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin 1-ci xüsusi vasitələrin tət biqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, Ağcabədi rayonunun qeydiyyatda olan Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin qeyd hissəsinə əsasən əməlində başqa cinayətin tərkibi olmadığından və oğurlanmış adamı könüllü azad etdiyindən cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət təqibinə xitam verilməsi, 18 mart 1986-cı il tarixdə Ağcabədi rayonunun kənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada əməklə məşğul olan, Ağcabədi rayonunun kənd kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin qeyd hissəsinə əsasən əməlində başqa cinayətin tərkibi olmadığından və oğurlanmış adamın könüllü azad etdiyindən cinayət məsuliyyətindən azad olunması, barəsində olan cinayət təqibinə xitam verilməsi, 01 aprel 1992-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, evdar qadın, Ağcabədi rayonunun qeydiyyatda olmaqla yaşayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin qeyd hissəsinə əsasən əməlində başqa cinayətin tərkibi olmadığından və oğurlanmış adamın könüllü azad etdiyindən cinayət məsuliyyətindən azad olunması, barəsində olan cinayət təqibinə xitam verilməsi, 05 noyabr 1987-ci il tarixdə Ağcabədi rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi N nömrəli hərbi hissəsinin artilleriya divizionun sürücüsü vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən, Ağcabədi rayonunun qeydiyyatda olmaqla yaşayan Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin qeyd hissəsinə əsasən əməlində başqa cinayətin tərkibi olmadığından və oğurlanmış adamın könüllü azad etdiyindən cinayət məsuliyyətindən azad olunması, barəsində olan cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər: X60 (sədrlik edən), X61 və X12 ibarə t tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 dekabr 2018-ci il tarixdən 18 sentyabr 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 9 (doqquz) ay 7 (yeddi) gün həbs müddəti təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün (cəmi 1 il 6 ay 14 gün) hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli Məhkum1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Məhkum1 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, aylıq pul təminatından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla, 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 dekabr 2018-ci il tarixdən 07 dekabr 2018-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün həbs müddəti təyin olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza müddətinə bir günə dörd gün (cəmi 8 gün) hesabı ilə hesablanması, üzərində qəti olaraq aylıq pul təminatından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla, 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Məhkum2 hərbi xidmət yeri üzrə N saylı hərbi hissə komandanlığına həvalə edilməsi, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 62-ci maddəsi tətbiq olunmaqla, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Məhkum3 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, aylıq pul təminatından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla, 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cə zanın icrasının Məhkum4 hərbi xidmət yeri üzrə N saylı hərbi hissə komandanlığına həvalə edilməsi hökm edilmişdir İşin halları: Birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticəyə görə, “Məhkum1 Daxili Qoşunların N nömrəli hərbi hissəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən, 17 avqust 2018-ci il tarixdən 17 sentyabr 2018-ci il tarixədək növbəti məzuniyyətə buraxılmış və məzuniyyətini keçirmək üçün yaşadığı Ağcabədi rayonunun kənd kəndinə gəlmişdir. O, məzuniyyətdə olduğu müddətdə əvvəlcədən görüb bəyəndiyi Ağcabədi rayonunun kənd kənd sakini, 01 yanvar 2003-cü il tarixdə doğulmuş, yetkinlik yaşına çatmayan X23 ilə evlənmək qərarına gəlmişdir. Bu məqsədlə 29 avqust 2018-ci il tarixdə həmin kənd sakinləri- qardaşı Məhkum2 və onun arvadı, eyni zamanda, Z1anın xalasıqızı olan Məhkum3 müraciət edərək, Z1a ilə evlənmək istədiyini, lakin onun valideynləri tərəfindən xalasıoğluna veriləcəyi barədə kənddə söz-söhbət gəzdiyini, bu səbəbdən Z1anın valideynlərinin onların evlənmələrinə razı olmayacağını deyib, onu evlənmək məqsədi ilə qaçırmasına köməklik etmələrini xahiş etmiş, onlar bu işdə ona köməklik edəcəklərinə razılıq verdikdən sonra əlverişli şəraitdə onu birlikdə qaçırmaq qərarına gəlmişlər. Bundan sonra 01 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində Məhkum3 nənəsi X3 həmin kənddəki evinə getdiyi zaman dayısı arvadı X44 ona X26 Manın xalası X36 və sonuncunun əri X27 tərəfindən Ağcabədi rayonunun Mərkəzi Xəstəxanasına həkim müayinəsinə aparıldığını, Z1anın isə evdə tək olduğunu demişdir. Məhkum3 evə qayıtdı qdan dərhal sonra bu barədə əri Məhkum2 məlumat vermiş, Z1anın evdə tək olduğunu, onu qaynı Məhkum1la birgə evlənmək məqsədilə qaçırmaq üçün əlverişli şərait yarandığını demişdir. Bundan sonra Məhkum3 Məhkum1 zəng vuraraq yaşadıqları evə çağırıb bu barədə məlumat verərək, Z1anı qaçırmağı təklif etmişdir. Məhkum1 bu təkliflə razılaşaraq, avtomobil tapmaq üçün qohumu- N nömrəli hərbi hissədə müddətdən artıq xidmət edən və həmin vaxt 5 günlük məzuniyyətdə olan, əsgər Məhkum4 ilə kənd ərazisində görüşüb onun idarə etdiyi “VAZ-2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evlənmək məqsədilə qız qaçırmaq istədiyini və bu işdə ona kömək etməsini xahiş etmişdir. Məhkum4 razılıq verdikdən sonra onun avtomobilinə əyləşib, qardaşı Məhkum2 yaşadığı evə gəlmiş, orada Məhkum2 və Məhkum 3 avtomobilə əyləşdikdən sonra Z1anın yaşadığı ev istiqamətində getmişlər. Yolda olarkən M1, M2, M3 və Məhkum4lar cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Z1anı oğurlamaq barədə gəldikləri razılıq əsasında törədəcəkləri cinayəti planlaşdırmışlar. Onlar həmin gün saat 11 radələrində X19 rayonunun kənd kəndində yaşadığı evin həyət darvazasının qarşısındakı küçəyə çatdıqdan sonra, Məhkum4 avtomobili saxlayıb gözləmiş, Məhkum3 avtomobildən düşüb həyətə daxil olmuş, evdə digər şəxslərin olub-olmadığını öyrənmək üçün onu qarşılayan xalasıqızı Z1aya guya xalası ana Z1anı görməyə gəldiyini bildirmişdir. Z1a isə evdə tək olduğunu, anası ana Z1anın atası ata Z1lə birlikdə nənəsini həkimə apardıqlarını demişdir. Məhkum3 Z1anın evdə tək olduğuna bir daha əmin olduqdan sonr a onu küçəyə çıxarmaq məqsədilə həyətdə saxladıqları itdən qorxduğunu bəhanə edərək küçəyə çıxarkən onu itin yanından keçirməsini deyib aldatmaqla, özü ilə birgə küçəyə çıxarmışdır. Bu zaman avtomobildən yerə düşüb küçədə gözləyən Məhkum1 dərhal onlara yaxınlaşaraq, yanlarından ötüb keçdikdən sonra arxadan Z1anı qucaqlamış və qışqırmaması üçün ağzını əli ilə tutmuşdur. Sonra isə onu zorla avtomobilə tərəf apararkən Z1anın müqavimət göstərməsi səbəbindən əlini onun ağzından buraxmış, əvəzində Məhkum3 onun ağzını əli ilə tutmuşdur. Bu zaman Məhkum4 avtomobili idarə edərək onlara yaxınlaşdırmış, əvvəlcədən avtomobilin ön oturacağında əyləşən Məhkum2 avtomobilin arxa sol qapısını açdıqdan sonra Məhkum1 Məhkum3 ilə birlikdə zor göstərməklə, Z1anı onun iradəsinə zidd olaraq avtomobilin arxa otur acağına əyləşdirmişlər. Bundan sonra Məhkum3 və Məhkum1 Z1anın avtomobildən düşməsinin qarşısını almaq məqsədilə avtomobilin arxa oturacağında Z1anın sağ və sol yan tərəfində oturmuşlar. Məhkum4 isə avtomobili surətlə idarə edərək, Z1anı daimi yaşadığı yerdən qanunsuz olaraq Ağdam rayonu kənd kəndində yaşayan, M1 və Məhkum2ların əmisi X14 yaşadığı evə aparmış, onlar avtomobildən düşdükdən sonra Məhkum4 oradan getmiş və sonuncunu bir daha görməmişlər. Z1anın iradəsinə zidd olaraq qaçırıldığını öyrənən Murad Mirzəyevin telefonla bu barədə qardaşı X15 məlumat verməsindən X69 həyat yoldaşı X28 ilə birlikdə gəlmiş, Murad Mirzəyevin ailə üzvlərinin evdə olmadığını, onları özünün yaşadığı evə aparacağı tədqirdə Z1anın valideynləri və digər qohumlarının oraya gəlib səs-küy yaradacaqlarını, yaşlı v ə xəstə atasının narahatçılıq keçirəcəyindən ehtiyat edib, onları həmin kənddə yaşayan qayınatası X16 yaşadığı evə aparmağı təklif etmişdir. Məhkum1 və digərləri bu təkliflə razılaşdıqdan X69 idarə etdiyi «Mersedes Benz» markalı avtomobillə onları qayınatasının evinə aparmış, yolda olarkən X55 Mirzəyevdən və Sevinc Mirzəyevadan onu valideynlərinin yanına aparması barədə heç bir söz deməmiş və zorla qaçırılması ilə bağlı heç bir kömək istəməmişdir. Sonra o, həyat yoldaşı Sevinc Mirzəyeva ilə birlikdə yaşadıqları evə qayıtmışlar. Həmin vaxt onlar Z1anın azyaşlı olduqlarını bilməmişlər. X69 Z1anın valideynlərinin Z1anın azyaşlı olduğunu və sonuncunun geri qaytarılması barədə tələblərini öyrəndikdən sonra Məhkum2 zəng vuraraq, Z1anın valideynlərinə qaytarmalarını demiş, Məhkum2 onun bu tələbin dən imtina etmiş, həmin vaxt telefon əlaqəsi kəsildiyindən ətraflı danışa bilməmişlər. Sonra M1, M2 və X33 Vəliyevin qonşuluğunda yaşayan M3 Mustafayevanın evinin həyətindən keçməklə, küçəyə çıxmışlar, oradan taksi fəaliyyəti ilə məşğul olan istintaq orqanın kimliyini müəyyən etdiyi Ağdam rayonunun Mahrızlı kənd sakini X29 idarə etdiyi «Renault» markalı, **-BL-*** nömrə nişanlı avtomobilə minərək, Ağdam rayonunun kənd 3 kəndində yerləşən «Əhmədin dükanı» adlanın mağazanın yanına getmişlər. Mağazanın qarşısında olarkən X2 Ma zəng vurmuş, harada olmalarını soruşmuş, Məhkum2 Ələddin Mirzəyevə kənd 3 kəndində «Əhmədin mağazası»nın qarşısında olduqlarını bildirmiş, sonra siqaret almaq üçün mağazaya daxil olmuşdur. Məhkum2 mağazadan çıxarkən Ələddin Mirzəyevlə qarşılaşmış, sonuncu avtomobili sax lamış, qaçırılan qız Z1anın harada olduğunu soruşmuşdur. M2 Məhkum1, M3 və Z1in mağazanın yan tərəfində olduğunu bildirmişdir. Bundan sonra X57 Mirzəyevə zəng vurmuş, Məhkum2 Mahrızlı kəndində «Əhmədin mağazası»nın qarşısında görüb saxladığını və sonuncuya oraya gəlməsini demişdir. Həmin müddətlərdə X6 Vasif Həsən oğluna ona zəng vuraraq bacısı X17 övladı X9 Məhkum1 evlənmək məqsədilə qardaşı Məhkum2la birlikdə qaçırdıqları barədə məlumat vermiş, Z1in yerinin müəyyən edilməsində və geri qaytarılmasına kömək etməyi xahiş etmişdir. X8 Fəzail Cəlil oğluna Z1i evlənmək məqsədilə qaçırıldıqlarına görə qaçırıldığı yerdə qalmasını dedikdə, X79 X20 yetkinlik yaşına çatmadığını bildirmişdir. X74 Əliyevə bu işdə ona köməklik edəcəyinə söz vermiş və Məhkum2 zəng vurmuşdur. Həmin vaxt Məhkum2 mobil te lefon nömrəsi bağlı olmuşdur. Vasif Mamedov oradan evə gəlmiş, həyat yoldaşı Maisə Mamedovaya bu barədə məlumat vermişdir. Daha sonra Maisə ilə birlikdə Ağalar Mun yaşadığı evə getmiş, X34 Mun qaçırdıqları qızı hara apardıqlarını soruşmuş, Ağalar Mun isə bu barədə hər hansı bir məlumatının olmadığını deyib, onların yerini tapmağa kömək etməsini xahiş etmişdir. Orada olarkən Vasif Mamedov saat 15-15:30 radələrində Ağaların qardaşı, Ağdam rayonunun kənd kəndində yaşayan Rizvan Mirzəyevə zəng vuraraq, Məhkum2 olduğu yeri soruşmuş, Məhkum1 Məhkum2la yetkinlik yaşına çatmayan Z1i qaçırdıqlarını bildirərək, qızın qaytarılmasına kömək etməsini xahiş etmişdir. Rizvan da Məhkum2 Ağdam rayonunun kənd kəndində olduqlarını, onların qayınatası Əsgər Vəliyevin evində olmadığını bildirib, onların tapıl masına kömək edəcəyini bildirmişdir. X58 Mirzəyevin məlumatına əsasən az sonra kənd 3 kəndində «Əhmədin mağazası»nın qarşısına gedərək, Məhkum2la birlikdə Məhkum1 yanına getmişlər. Həmin vaxt X70 Mdan evdə nəyə görə gözləmədiklərini soruşduqda, Məhkum2 Z1aya paltar almaq üçün gəldiklərini demişdir. X71 Mamedovun gələcəklərini, qızla özlərinin görüşüb söhbət etmələrini demişdir. Həmin vaxt Məhkum2 qızın könüllü gəlməsi barədə ərizə yazdığını demişdir. X70 Ma qızın azyaşlı olduğunu bildirmişdir. M1, M2 və X21 Z1anın azyaşlı olduğunu biləndən sonra qızı qaytarmağı özləri təklif etmişlər. Sonra Məhkum2 Z1anın qohumlarının küçədə gəlib sonuncu ilə görüşməməsi üçün X47 rayonunun Mahrızlı kəndində yaşayan, qohumları X4 evinə aparmağı Rizvan Mirzəyevə bildirmişdir. Rizvan Mirzəyev isə onların bu q ərarları barədə Vasif Mamedova zənq edib məlumat verərək, qohumları X4 evinə qəlib qızı oradan evlərinə apara biləcəklərini bildirmiş, cavabında isə Vasif Mamedova qızın qohumları ilə özü də oraya qələcəyini bildirmişdir. Bundan sonra M1, M2 və M3 Mlar və X48 Mirzəyevin avtomobilinə əyləşərək, Bəsti Mustafayevanın evinə getmişlər. Yolda olarkən X1 valideynlərinin yanına aparması barədə heç bir söz deməmiş və zorla qaçırılması ilə bağlı heç bir kömək istəməmişdir. Bəsti Mustafayevanın evinə çatdıqda Z1a, M2, M1 və M3 Mlar həyətə daxil olmuşlar. Ələddin Mirzəyev darvazanın qarşısında gözləmiş, Rizvan Mirzəyev isə Z1nın qohumlarını qarşılamaq üçün yola çıxmışdır. Az sonra Z1anın qohumları X51, X45 və Samirə oraya gəlmiş, saat 18 radələrində təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və M3 Mun iştirakları ilə heç bir təsir olmadan Z1a könüllü olaraq qohumlarına təhvil verilmişdir”. Kassasiya protesti və kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X80 Ağa oğlu kassasiya protesti və Məhkum1 müdafiəçisi X11, Məhkum2, Məhkum3 və Məhkum4 ayrı-ayrılıqda kassasiya şikayəti vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmələr Məhkum1ə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmadan Məhkum1 cəza təyin edərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl etməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verməmiş, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla ağır cinayətlər kateqoriy asına aid olan təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə əsassiz olaraq CM-in 62-ci maddəsini tətbiq edərək yüngüllüyünə görə açıq aydın ədalətsiz azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum1 islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Beləliklə də, cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədinə çatması mümkün olmamışdır. Lakin, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum1 törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur Məhkəmə, Məhkum1 cəza təyin edərkən qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməyərək eyni nöqsanları təkrarlamışdır. Beləliklə, məhkəmə, CM-in 62-ci maddəsini tətbiq edib, Məhkum1 azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cinayət qanunu normasını d üzgün tətbiq etməmiş, Məhkum1 onun törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Məhkum1 yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələb lərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1, Məhkum2, X10 və Məhkum4 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli hökmünün Məhkum1 cəza təyininə dair hissəsində əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərində qeyd olunmuşdur ki, Şirvan Apelyasiya məhkəməsi işin obyektiv hallarını təhrif edərək cinayət işi üzrə toplanmış sübutlara istintaq orqanı tərəfindən səhnələşdirilmiş ssenari üzrə şərhini verib qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsinin qeyd hissəsini tətbiq etməyərək ittiham hökmü çıxarmı şdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasında cinayət işi üzrə Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 əməlinə düzgün hüquqi qiymət verilməmiş (CPM-nin 403.0.1 m.) və bu səbəbdən cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun olmayan (404 m.) cəza təyin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi öz mövqeyini əsaslandırarkən hüquqi məntiqin tələblərinə zidd olaraq işdə mövcud olmayan halları əsas götürüb hüquqi məntiqə və cinayət prosessual qanunvericiliyin tələblərinə zidd qanunsuz hökm çıxarmışdır. Tərtər hərbi məhkəməsi kifayət qədər aydın və anlaşılan tərzdə “könüllü azad etmə” anlayışını təsvir etmiş və konkret cinayət işində xitamın əsaslarını qeyd etməklə qanuna uyğun qərar qəbul etmişdir. Şirvan Apelyasiya məhkəməsi isə bunun əksinə olaraq dövlət ittihamçısının prot estində yazmış olduğu əsassız dəlilləri qəbul edərək aşağıdakı səhv nəticələri çıxartmışdır. Onu da qeyd etmək istərdik ki, Apelyasiya məhkəməsinin hökmü ilə tətbiq olunan cəzanın cinayətin təhlükəliliyinə adekvat olmadığından apelyasiya məhkəməsinin hakimləri çıxartldıqları hökmün qanunsuz olduğunu anlamışlar və qarşı tərəfin şikayəti olmaması üçün yüngül cəza tətbiq etmişlər. Əks halda Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına nisbətdə yuxarıda qeyd olunan həddən artıq yüngül cəzalar tətbiq olunmazdı. Müdafiə tərəfi əməlin CM-nin 144.3-cü maddəsi ilə tövsif olunmasını qanuni hesab etdiyindən mübahisələndirmir. Lakin həmin maddənin qeyd hissəsinin təqsirləndirilən şəxslərə şamil edilməs ini zəruri hesab edir. Tərtər Hərbi Məhkəməsi qərarında ətraflı və dolğun olaraq həmin maddənin qeyd hissəsinin tətbiqi əsaslarını şərh etmişdir. İstintaq orqanı təqsirləndirilən şəxslərin könüllü olaraq Q.Z1anı azad etmələrini yalnız mülahizə əsasında rədd edərək hesab etmişdir ki, onları axtaran Ələddin Mirzəyev və Rizvan Mirzəyev tərəfindən Ağdam rayonunun Zərngişalı kəndi ərazisində yerləşən «Ulduz» marketinin yaxınlığında saxlanılaraq Z1anın qohumları ilə görüşməsi tələb edildikdən sonra onu gizlətməyin və özləri ilə saxlamağın mümkün olmadığını başa düşüb onlarla razılaşmağa məcbur olduqları səbəbdən Z1anı valideynlərinə təhvil vemişlər. Lakin məhkəmə istintaqı zamanı polis əməkdaşları və ya digər şəxslər tərəfindən Q.Z1anın qaytarlımasına məcbur etmə halları və çıxılmaz vəziyyətdə Q.Z1anın qaytarılması halları müəyyən edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutların təhlili göstərir ki, Q.Məhkum1Z1anın az yaşlı olduğunu bilib evlənməkdən imtina etdikdə valideynlərin və qohumların qızı gəlib aparmalarına maneə yaratmamışlar. Əksinə özü və qardaşı M2 Q.Z1anın az yaşlı olduğunu bilib onun könüllü olaraq valideyinlərinə qaytarmasının təşəbbüskarı olaraq harada və necə qaytarmaqlarını özləri təşkil etmişlər. Təqsirləndirilən şəxslər hərəkətlərində sərbəst olmuşlar, onların Q.Z1anı saxladıqları yer barədə polis əməkdaşlarının və qızın valideynlərinin məlumatları olmamışdır. Qızın könüllü qaytarılmasına razı olmadıqları halda onu gizlətmək imkanları olmuş, lakin bu imkandan könüllü olaraq imtina edilmişdir. Həmçinin M3, M2 və Məhkum1lar Q.Z1anın evlərinə qaytarılması üçü n aktiv hərəkətlər edərək onu Bəsti Mirzəyevanın yaşadığı ünvana gətirmiş, Məhkum3 Z1anı B.Mirzəyevanın evinə aparmışdır. Qısa müddətdən sonra Q.Z1anın qohumları Vasif, onun arvadı Maisə, Maisənin bacısı, eyni zamanda Z1in dayısı arvadı Samirə Bəstinin evinə gəltb Z1i valideynlərinə təhvil vermək üçün aparmışlar. Şirvan Apelyasiya Məhkəməsi hökmündə faktiki olaraq könüllü azad etməni göstərsə də, sonda heç bir məntiqi əsaslar göstərmədən protesti vermiş şəxsin “havadan sovurduğu” mülahizəsini fakt kimi qəbul edib təqsirləndirirlən şəxslərin Z1anın qohumlarına təhvil verməyə məcbur olma qənaitinə gəlmişdir. Cinayət işi üzrə toplanmış sübutlarla Məhkum1 Q.Z1anın az yaşlı olduğunu bildiyi andan onunla evlənmək qərarından imtina etməsi və onun qəti qərarından sonra digərlərinin də onun qərarı ilə razılaşıb qızı qaytarmaq qərarına gəlmələri tam təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Məhkum1 qaçırdığı Q.Z1anın cinayəti törətdiyi anda az yaşlı olduğunu bilməsi sübuta yetirilməmiş və bu istiqamətdə heç bir istintaq hərəkəti aparılmamışdır. Odur ki, bununla bağlı şübhələr Məhkum1 xeyrinə şərh olunmalıdır. Digər tərəfdən həm istintaq zamanı, həm də birinci instansiya məhkəməsi və apelyasiya məhkəməsinin istintaqı zamanı Məhkum1 Q.Z1anın az yaşlı olduğunu sonuncunun qohumlarından bildikdən dərhal sonra evlənmək qərarına son qoyub könüllü olaraq Q.Z1anı azad edib valideynlərinə qaytarmaq qərarına gəlməsi özünün və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Polis əməkdaşlarının Q.Z1anın qaytarlmasında iştirak etməmələri, Məhkum1 və cinayətin digər iştirakçıları ilə bu istiqamətdə hə r- hansı danışıq aparmamaları bir daha təsdiq edir ki, azad etmə faktı heç bir kənar təsir etmə nəticəsində baş verməmişdir. Müdafiə tərəfi sonda onu da qeyd etmək istəyir ki, Şirvan Apelyasiya Məhkəməsi yetərincə işin faktiki hallarına aidiyyəti olmayan cinayət-prosessual qanunun müdəalarına istinad etməklə, həmçinin “istintaq orqanı tərəfindən toplanmış sübutları məhkəmə iclasında tam araşdırmama, sübutlara məcmu halında obyektiv hüquqi qiymət verməmə", “Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin Qeyd hissəsinin tətbiq edərək, onların cinayət məsuliyyətindən azad edilmələri və cinayət təqibinə xitam verilməsinə dair yekun nəticəyə gəlsə də, belə nəticəyə gəlməsi üçün əsaslandığı sübutların qəbul olu nmasının və digər sübutların rədd edilməsinin motivlərini göstərməmə”, “Birinci instansiya məhkəməsi öz qərarında təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və bir sıra şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrini hansı səbəbdən qəbul etməməsinin motivlərini, habelə həmin şəxslərin məhkəmədə verdiyi yalan ifadələrini inandırıcı və əsaslı hesab etməsinin motivini, səbəbini göstərməməsi, Q.Z1anın azad edilməsinə dair xüsusatlar üzrə sübutları düzgün qiymətləndirməməsi, əsaslandırmaması və iş üzrə qeyriobyektiv və əsassız nəticəyə gəlməsi ” kimi ümumi cümlələrlə əsaslandırmaya cəhd etmələri mötəbər sayıla bilməz. Müdafiə tərəfi bir daha qeyd etmişdir ki, Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxsləri ağır cinayətdə ittiham etmiş, lakin cəzaları isə həddən artıq yüngül təyin etmə klə özünü kassasiya şikayətindən sığortalamaq istəmişdir. Məhkum1 müdafiəçisi X11, məhkumlar Məhkum2, Məhkum3 və Məhkum4 ayrıayrılıqda verdikləri kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarının qüvvədə saxlanılmasını dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının, kassasiya şikayətlərinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə müdafiə tərəfinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlü kəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən X18 təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları ha zırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusuna və digər mötəbər sübutlarla əsaslanaraq işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir Apellyasiya məhkəməsi işin hallarını nəzərdən keçirərkən belə bir nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3- cü maddəsinin Qeyd hissəsi tətbiq olunaraq, onların cinayət məsuliyyətindən azad edilmələri və cinayət təqibinə xitam verilməsinə dair yekun nəticəyə gələrkən öz qərarında təqsirləndirilən şəxslərin və şahidlərin yalnız məhkəmə baxışında verdikləri ifadələri əsas götürərək sübut kimi qəbul etmiş, həmin ifadələrlə kəskin ziddiyyətlər təşkil edən zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələrinə isə düzdün qiymət verməyərək, zərərçəkmiş şəxsin azad olunmasına dair hissədə ifadələrini sübut kimi nəzərə almamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam araşdırmamış, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, X10 və Məhkum4, habelə, şahidlər X30, X50, X31 və digərlərinin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verd iyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna baxmayaraq, bu ziddiyyətləri aradan qaldırmaq üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1 və 329.1-ci maddələrinə əsasən onların ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmə istintaqında elan etməmiş və bu sübutlar, ümumiyyətlə, tədqiq olunmamışdır. İş materiallarında olan üzləşdirmə protokolunda (3 cild 32-36) təqsirləndirilən şəxs Məhkum2 törətdiyi əməli etiraf edərək, Q.Z1anı qardaşı M1ə evlənməsi məqsədi ilə zorla qaçırdıqlarını, Q.Z1anın M1lə evlənmək istəmədiyini, valideynlərinin yanına qaytarılmasını bildirsə də, onu azad etmədiklərini, qaçırdıqdan sonra isə bir neçə yerə apardıqlarını, sonradan onu özləri ilə saxlamaq imkanlarının olmaması səbəbindən qohumlarına təhvil verdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs X25 apelyasiya instansiyası məhkəməsində verilən suallarla əlaqədar əlavə olaraq göstərmişdir ki, 15 yaşı olmasını Muradın evində bildirmiş, M1gilin əlindən qaçmağı mümkün olmamışdır. Tərtər Hərbi Məhkəməsində dindirilərkən M1, M2 və M3in onu azyaşlı olması ilə əlaqədar heç bir bir məcburiyyət olmadan, könüllü qohumlarına qaytarmaları barədə ifadə verməmişdir. Əvvəldən indiyə kimi həmişə demişdir ki, onu könüllü qaytarmamışlar, onlar onun öz xoşu ilə qoşulub qaçmağını qohumlarına deyəcəyinə ümid etmişlər. Çünki onu məcbur edib, guya könüllü gəlməyi barədə ərizə yazdırmışlar. Qohumluq münasibətləri olduğuna görə təqsirləndirilən şəxləri bağışlamışdır, onlardan tələb və şikayəti yoxdur, onlara ağır cəza verilməsini istəmir, lakin onların, heç olmasa, ev dustaqlığında saxlan ılmasını istəyir. Zərərçəkmiş şəxs Z1a apelyasiya məhkəməsində dindirildikdən sonra təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 Z1anın düzgün ifadə verdiyini bildirmişlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, “əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur”. Oğurlanmış adamı azadetmədə könüllülüyü səciyyələndirən əlamətlər kimi aşağıdakı halları qəbul etmək olar: - adam oğurlayan şəxslər oğurlanmış adamı saxlamağı davam etdirməyə obyektiv və subyektiv potensiala malik olmalıdırlar; - azadetməyə dair tələblərin olmaması, yaxud bu tələblərin ya oğurlanan şəxsin özü tərəfindən, ya da ki, digər şəxslər tərəfindən yerinə yetirilməməsidir; - ad am oğurlayanların əsl məqsədləri müəyyən edilməli, onların bu məqsədə nail olub-olmamaları və şəraiti aydınlaşdırılmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin Qeyd hissəsinin tətbiq olunması məsələsini həll edərkən oğurlanmış şəxsin saxlanılma müddətinin müəyyən edilməsi də vacibdir. Çünki bu müddət ictimai təhlükənin dərəcəsini göstərir. Oğurlanmış şəxsin dəqiqələrlə ölçülən saxlanılma müddəti- adam oğurlamış şəxsin əməllərinin özündən asılı olmamasını, onun təxirəsalınmadan zərərin aradan qaldırılmasına hazır olmasını göstərir. Bu, əməlin az əhəmiyyətli olduğu və cinayət məsuliyyətinə cəlbetmə üçün əsasların olmaması barədə danışmağa imkan verir. Lakin, əgər oğurlanmış şəxsin saxlanılma müddəti hüquq-mühafizə orqanlarının işə qarışması nəticəsində qısa vaxtda bitmişdirsə, adam oğurlamış şəxs istisna olmadan məsuliyyətə cəlb edilməlidir. Yox, əgər bu müddət adam oğurlamış şəxsin hərəkətlərinin nəticəsidirsə, onda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin Qeyd hissəsinin tətbiq olunması üçün əsaslar yaranır. Oğurlanmış şəxsin saxlanılma müddətinin çox olması-adamoğurlayanın ciddi antisosial şəxsiyyətini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin Qeyd hissəsinə əsasən oğurlanmış adamı azadetmə o zaman könüllü hesab olunmalıdır ki, təqsirkar şəxs zərərçəkmişi saxlamağa real imkanının olmasını dərk edir, başa düşür, lakin onu azad edir, o cümlədən, qohumlarına və ya hakimiyyət nümayəndələrinə təhvil verir, onlara oğurlanmış adamın olduğu yeri bildirir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, M1, M2 və M3 Mlar daim axtarıldıqlarını bilib məsuliyyətdən qorxaraq, kifayət qədər uzun müddət ərzində- təxminən 7 saat ərzində Z1anı məcburən bir evdən digər evə, oradan isə küçəyə-mağazanın yanına aparmış, artıq getməyə yerləri, hərəkət etməyə isə nəqliyyat vasitələri olmamışdır. Onları axtaran Ələddin Mirzəyev və Rizvan Mirzəyev tərəfindən Ağdam rayonunun kənd 3 kəndi ərazisində yerləşən «Ulduz» marketinin yaxınlığında saxlanılaraq Z1anın qohumları ilə görüşməsi tələb edildikdən sonra onu gizlətməyin və özləri ilə saxlamağın mümkün olmadığını başa düşmüşlər. X49 saxlamağa imkanları tükəndikdən sonra da onlar zərərçəkmiş şəxsi qohumlarına təhvil vermək istəməyərək, onun məcburən yazdığı məktubda göstərdiklərini, yəni özünün M1lə könüllü getməsini qohumlarına bildirəcəyini və evlərinə qayıtmaya cağını, bununla da Z1anın valideynləri və polislər tərəfindən axtarılmalarına son qoyulacağını, məsuliyyətdən yaxa qurtaracaqlarına güman edərək, Ağdam rayonunun Mahrızlı kəndində yaşayan qohumları Bəstinin evində Z1anın qohumları ilə görüşməsinə razılıq verməyə məcbur olmuşlar. Başqa sözlə, M1, M2 və M3 Mlar könüllü olaraq zərərçəkmiş şəxs Q.Z1anı azad etmək niyyətində olmamış, onu saxlamağa imkanlarının tükəndiyini anlayaraq, onu saxlamaq üçün sonuncu varianta əl atmışlar; zərərçəkmişin qohumları ilə görüşüb evlərinə qayıtmayacağına, M1i guya sevdiyi üçün könüllü olaraq ona qoşulub getməsini deyəcəyinə ümid etmişlər. Q.Z1anın könüllü qoşulub qaçmasına dair məcburən valideynlərinə yazdığı kiçik məktubu və (onları aldadaraq) əgər qohumları ilə görüşərsə, həmin məktubda yazdıqlarını qohum larına deyəcəyini vəd verməsi- M1, M2 və M3 Mların zərərçəkmiş şəxsin qohumları ilə görüşməsinə imkan yaratmalarına səbəb olmuşdur. Onlar Q.Z1anı könüllü azad etmə üçün deyil, onu saxlamağı davam etdirmək, qaytarnamaq üçün bu addımı atmışlar Apellyasiya məhkəməsi sübutları məcmu halında qiymətləndirərək və bir-biri ilə müqayisəli şəkildə təhlil edərək, belə nəticəyə gəlir ki, Z1anın oğurlanması və təxminən 7 saatdan sonra qohumları ilə görüşdükdən sonra evlərinə qayıtmasına dair onun davamlı olaraq ibtidai istintaq və məhkəmə baxışlarında verdiyi eyni məzmunlu ifadələrindəki xüsusatlarla təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 M1 və M2in əmisi X14 evində olarkən polislərin kəndə gəlib onları axtarmalarını bilib, Rizvanın avtomobili ilə Rizvanın qayınatası Əsgər Vəliyevin evinə getmələri, bir az sonra isə Rizvanın M2lə telefon əlaqəsi saxlayıb Z1in valideynləri, dayısı və polislərin kəndə gəlib onları axtardığını, qızın yetkinlik yaşına çatmadığını bildirib qaytarılmasını deməsi, M2in bundan imtina etməsi, həmin şəxslərin gəlib onları tapacaqlarından və polisin onları tutacağından qorxduqları və Z1i təhvil vermək istəmədikləri üçün qonşunun həyəti ilə küçəyə çıxıb, bir taksi ilə kənddə yerləşən Əhmədin mağazasının yanına getmələri, Rizvan və Ələddin tərəfindən saxlanıldıqdan sonra onların təkidi ilə Z1in qohumları ilə Bəstinin evində görüşməsinə razılıq verilməsi, Z1in evlərinə qayitmasına M1in öz iradını bildirib mübahisə etsə də, Z1in qohumları ilə oradan getməsinə dair ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrində bildirdikləri hallar bir-birinə, həm də şahid ifadələrinə və işin faktiki hallarına uyğun gəldiyindən bu ifadələr həqiqəti əks etdirən obyektiv ifadələr kimi qiymətləndirilməli və sübut kimi qəbul edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayə t tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, Apellyasiya məhkəməsi tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayətprosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı madd əsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, hökm kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası kassasiya protestində Məhkum1 təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıd ır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, hə m də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstəril məlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddə sinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, T Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2021-ci il tarixli hökmü ilə Məhkum1 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, Məhkum1 zərərçəkmiş şəxs X23 ilə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, Məhkum1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2-ci Qarabağ müharibəsi vaxtı düşmən tərəfindən atılmış top mərmisinin yaşadığı evin həyətinə düşməsi nəticəsində evə və onlara məxsus minik avtomobilinə zərər dəyməsi, iki baş iri buynuzlu mal-qaranın ölməsindən ibarət ziyan yetirilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən Məhkum1 cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfind ən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 apre
Məhkəmə qərarları › İş №1-1(102)-84/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-84/2021
01.12.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver