Məhkəmə qərarları › İş №1-1(102)-85/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-85/2018

17.10.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-85/2018 17.10.2018 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-85/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ 17 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və X4 ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (hakimlər S.H.Hacıyev (sədrlik edən), M.Q.Əliyev və R.Q.Abbasovdan ibarət tərkibdə) xx xx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çə kən Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X5 və X2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü və 333.2-ci maddələriilə təqsirli bilinib məhkum edilmiş, lakin hazırda onların barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İ Ş İ N H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, hazırlamış, saxlamış və daş ımışdır. Belə ki, Məhkum 2015-ci ilin iyun ayının axırlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xidmət yerini özbaşına tərk etmiş əsgərləri A1 və A2 ilə Gəncə şəhərində tanış olmuş, onlarla söhbət əsnasında xidmət yerini özbaşına tərk etdiklərini və qazanc əldə etmək məqsədi ilə iş axtardıqlarını öyrənmiş, bir neçə gün ərzində onlarla görüşüb söhbət etmiş və bu söhbətlər zamanı A2yə və A1a Şəmkir rayonunun Düyərli kəndi ərazisində, yəni yol kənarındakı açıq sahədə, yabanı şəkildə narkotik vasitə olan marixuana bitdiyini bildirərək, həmin yerdən marixuana yığıb qurudub sataraq qazanc əldə etməyi və əldə olunmuş qazancı öz aralarında bölməyi təklif etmiş, A2 və A1 Məhkum təklifi ilə razılaşmışlar. Bundan sonra Məhkum, A2 və A1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir q rup şəxs halında Məhkum idarə etdiyi QAZ-24 markalı avtomaşınla Şəmkir rayonu Düyərli kəndinə gedərək həmin kəndin ərazisində, Bakı-Qazax avtomobil yolunun sağ kənarında, yabanı şəkildə bitmiş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Məhkum özü ilə gətirdiyi bıçaqlarla kəsib Məhkum gətirdiyi çantaya yığmış və Məhkum idarə etdiyi QAZ-24 markalı minik avtomobilinin yük yerində daşıyıb Gəncə şəhərinə gətirmiş və Gəncə şəhəri Ozan küçəsində yerləşən Azərbaycan Aqrar Universitetinin istifadəyə yararsız olduğu üçün yaşayış olmayan yataqxana binasının 3-cü mərtəbəsindəki otağın döşəməsinə sərərək bir neçə gün ərzində saxlayıb qurudaraq istifadəyə uyğun olması üçün hazırlamışlar. 03 iyul 2015-ci il tarixdə Məhkum A1a və A2yə həmin narkotik vasitəni satmaq barədə özünün tanıdığı şəxslərlə da nışıb razılaşdığını və narkotik vasitəni 10.000 manata satacaqlarını, həmin şəxslərlə Gəncə şəhər mərkəzi avtovağzalında görüşməli olduqlarını bildirərək, birlikdə qurutduqları külli miqdarda, yəni təmiz çəkisi 7.023,4 qram təşkil edən narkotik vasitə hesab olunan qurudulmuş marixuananı özü ilə gətirdiyi çantaya yığıb idarə etdiyi həmin avtomobilin yük yerində daşıyaraq satacaqları şəxslərlə görüşmək məqsədi ilə Gəncə şəhər mərkəzi avtovağzalına gətirmişlər. Avtovağzalda bir qədər gözlədikdən sonra Məhkum A2yə və A1a narkotik vasitəni almalı olan şəxslərin 10.000 manat deyil, 3.000 manat pul təklif etdiklərini, lakin həmin narkotik vasitəni Abşeron rayonunun Mehdiabad qəsəbəsində 10.000 manata sata biləcəklərini bildirərək narkotik vasitəni satmaq məqsədi ilə Mehdiabad qəsəbəsinə aparmalar ını təklif etmiş, A2 və A1 Məhkum bu təklifi ilə də razılaşmış və Məhkum sifariş etdiyi taksi ilə özləri ilə gəzdirdikləri narkotik vasitəni Abşeron rayonunun Mehdiabad qəsəbəsinə daşımışlar. Həmin qəsəbəyə çatdıqdan sonra, xx xx 2015-ci il tarixdə gecə saat 01 radələrində, Məhkum A1a və A2yə içərisində narkotik vasitə olan çantanı saxlamalarını tapşırıb siqaret almaq adı ilə yaxınlıqdakı ərzaq mağazasına getdiyini bildirərək onlardan aralanmışdır. Bu zaman Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində A1 və A2 saxlanılaraq üzərlərində 7.023,4 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüş, Məhkum isə məsuliyyətdən yayınmaq məqsədilə həmin ərazidən uzaqlaşıb getmişdir. Hökmdən məhkum A1 və digər Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: V.C.Cəfərov (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) xx xx 2018-ci il tarixli qərarı ilə məhkum A1un apellyasiya şikayətini təmin etməmiş, Məhkum müdafiəçisi Müdafiəçi apellasiya şikayətini isə qismən təmin edərək Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmünü məhkumlar A1 və A2yə aid hissədə ləğv, Məhkum aid hissədə isə dəyişdirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Müdafiəçi kass asiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla, ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı Məhkum polisə rəsmi məlumat verməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan A1 və A2ni ifşa etmiş və onların törətdiyi əməlin qarşısının alınmasında fəal iştirak etmişdir. Daha sonra kassasiya şikayətində qeyd etmişdir ki, əməliyyat tədbirlərinin keçirilməsi qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyindən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, həmçinin müdafiə hüququnun kobud şəkildə pozularaq əldə olunduğundan sübut kimi qəbul edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası CPM-in 42.1.3 və 42.1.4-cü maddələrinə görə Məhkum təqsirsiz hesab edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ona aid hissədə ləğv edilməli və onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.X.Alveriyevin çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, Müdafiəçi isə məhkəmə icl asında iştirak etməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCPM-in 419.4-cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə Azərbaycan RespublikasıCM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum A1 və digər Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli hökmü ilə A1un apellyasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilmiş, hökm A1un və A2nin Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair hissədə ləğv edilmiş, Məhkum aid hissədə dəyişdirilmiş, Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən A1 və A2nin barəsində Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmiş, N.MHəsənpur və A2nin üzərində 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmdən A1 və A2nin barəsində Azərbaycan Respublikası CM-in 66-cı maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (do qquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Hazırkı kassasiya şikayətində isə Məhkum müdafiəçisi təqsirlilik məsələsini müabhisələndirmiş, Məhkum barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər əsassızdır, özünü müdafiə xarakteri daşıyır və törətdiyi cinayət əməlində məsuliyyətini yüngülləşdirməyə cəhd kimi qiymətləndirilir və sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi istintaq və məhkəmə baxışları zamanı dindirilmiş digər təqsirləndirilən şəxslər A1, A2nin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuş (CPM, maddə 42), bununla yanaşı prosessual qanunvericilikdə cinayət təqibini istisna edən hallar olduqda başlanmış cinayət təqibinə xitam verilməsinin əsasları göstərilmişdir (CPM, maddə 39). Apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. Bundan başqa cinayətişininmateriallarındanvəməhkəmətərəfindənqəbuledilmişyekunməhkəməaktındangörünürki, Məhkum ittihamolunduğucinayətəməlinitörətməsihalları, buhallarıtəsdiqedənifadələrvəibtidaiaraşdırmazamanıqanuniüsullarlatoplanmışbaşqasübutlarapelly asiyainstansiyaməhkəməsininməhkəməiclaslarındatam, hərtərəflivəobyektivaraşdırılmış, ətraflıtəhliledilmiş, həminiclasdasübutlarıntoplanmasıvəaraşdırılmasızamanıprosessualpozuntulara, ocümlədəntəqsirləndirilənşəxsinAzərbaycanRespublikasıCPM-in 91cimaddəsindənəzərdətutulmuşhüquqlarınınpozulmasınavəyabuhüquqlarınhəyatakeçirilməsininməh dudlaşdırılmasınayolverilməsi, sübutlarıntədqiqindənəsassızimtinaolunmasıvəyolverilməzsübutlardanistifadəedilməsimüəyyənedil məmişdir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü madd ələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayətəməliAzərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələriilədüzgüntövsifedilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelətəyinolunancəzanınhəmməhkum, həmdəbaşqaşəxslərtərəfindənyenicinayətlərintörədilməsininqarşısınıalmaqməqsədilətətbiqini, şəxsinislaholunmasınavəonunailəsininhəyatşəraitinətəsirininəzərə alaraq onaazadlıqdanməhrumetməcəzasıtəyin etmişdir.Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla Məhkum əməlinə və şəxsiyyətinə u yğundur. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əziz Seyidov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar