Məhkəmə qərarları › İş №1-1(102)-86/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-86/2021

01.12.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-86/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 328.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə G əncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021-ci il tarixli ilkin baxış qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakim: Nəsirov Vidadi Mikayıl oğlu) 17 avqust 2020-ci il tarixli qərarı ilə 1 may 2001-ci ildə Qazax rayonunun Kəmərli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, MN-nin N nömrəli hərbi hissəsinin əsgəri Məhkum “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran əsasa görə, yəni əməlində cinayət tərkibi olmadığınd an CM-nin 328.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarı qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 328.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi mahiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. İşin halları: İrəli sürülmüş ittihama görə təqsirləndiril ən şəxs Məhkum 2 iyul 2019-cu il tarixdə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb 22 yanvar 2020-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Tərtər rayonunun Sarov kəndi ərazisində yerləşən 1-ci taborunun 1-ci bölüyünün 3-cü tağımının 1-ci manqasında baş atıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən 28 fevral 2020-ci il tarixdə saat 14:30 radələrində hərbi hissənin sıra meydanında sutkalıq naryadın təyini zamanı şəxsi heyətin qarşısında ona rəis hesab edilən həmin bölüyün 1-ci tağım komandiri baş leytenant X10 tərəfindən kuryer naryadına təyin olunması ilə bağlı verilmiş əmri icra etməsi üçün real imkan olmasına baxmayaraq Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 15-ci maddəsində göstərilən "hərbi qulluqçuya əmr verildikdə o, "oldu" cavabını verərək əmri yerinə yetirməlidir" tələbini pozaraq ona qanunla müəyyən edilmiş qaydada verilmiş əmri yerinə yetirməli olduğu halda naryada çıxmayacağını bildirib əmri yerinə yetirməkdən açıqca imtina edərək baş leytenant X6 mənəvi ziyan vurmaqla onun nüfuzunun tabelikdə olan hərbi qulluqçular arasında aşağı düşməsinə və digər hərbi qulluqçu əsgər X7 onun xidməti vəzifəsini icra etməsinə səbəb olmuş, nəticədə hərbi qulluqçular arasında olan tabelik münasibətlərinin hərbi nizamnamələrdə müəyyən edilmiş qaydalarına, tabelikdə olan şəxsi heyətin idarə olunmasına, eləcə də vəzifəli şəxsin nüfuzuna xələl gətirərək, həmçinin gələcəkdə digər tabelikdə olan hərbi qulluqçular tərəfindən təkrarlana biləcək qanunsuz hərək ətlərə yol verərək hərbi xidmət mənafelərinə əhəmiyyətli ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edərkən ona əsaslanmışdır ki, 1 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.71.1-ci maddəsi ilə CM-nin 328.1-ci maddədə “əhəmiyyətli” sözü “mühüm” sözü ilə əvəz edilmişdir. Məhkum ona CM-nin 328.1-ci maddəsi ilə istinad olunan əməli 28 fevral 2020-ci il tarixdə törətmişdir. Onun həmin əməli cinayətin törədildiyi vaxt CM-nin qüvvədə olmuş 328.1-ci maddəsi ilə cinayət hesab olunurdu. Belə ki, cinayətin baş verdiyi vaxt CM-nin qüvvədə olmuş 328.1-ci maddəsinin dispozisiyasına görə, “rəisin qanunla müəyyə n edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda” cinayət məsuliyyəti yaradırdı. Lakin 1 iyun 2020-ci ildən qüvvəyə minmiş Cinayət Qanununun 328.1-ci maddəsində dəyişiklik edilmiş, həmin maddədə qeyd edilən “əhəmiyyətli” anlayışı “mühüm” anlayışı ilə əvəz edilmişdir. Belə olan halda CM-nin 10.3-cü maddəsinin tələbləri baxımından Məhkum vəziyyətini yaxşılaşdırdığını və barəsində yeni qanunun tətbiq olunması üçün hüquqi əsasların olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Məhkum barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qəbul olunması ilə əlaqəda r əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi İnqilab oğlu kassasiya şikayəti verərək məhkumun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsinin qərarında göstəril ən «Azərbaycan Respublikasında qanun yaradıcılıq təcrübəsinə nəzər saldıqda görünür ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş çoxsaylı dəyişikliklərlə əgər şəxs cinayət məsuliyyətindən azad edilməlidirsə, bu həmin dəyişikliklərdə qeyd edilirdi. Bu baxımdan kollegiyanın qənaətinə görə əgər hazırki dəyişikliyə əsasən əhəmiyyətli və mühüm ziyan anlayışları cinayət məsuliyyətindən azad etmə baxımından fərqləndirilmiş olsaydı, bu hal mütləq həmin dəyişiklikləri nəzərdə tutan Qanunun özündə və ya müvafiq cinayət qanunun normasının qeydində əks olunardı» fikri həmin qanunun keçid müddəaları ilə təkzib olunur. Bundan başqa, qərarda göstərilmişdir ki, «əhəmiyyətli ziyan anlayışının mühüm ziyan anlayışı ilə əvəz edilməsi qanunvericilik texnikasının təkmilləşdirilməsi və bü tün məcəllə üzrə anlayışların eyniləşdirilməsi məqsədilə dəyişdirilmişdir. Məsələn, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oxşar hüquq münasibətlərini nizamlayan 308.1, 309.1 ci maddələrində və digər maddələrində mühüm ziyan anlayışlarından istifadə olunması onu göstərir ki, qanunverici yeni anlayışdan istifadə etməklə normaların vahid tətbiqi təcrübəsini yaratmağa çalışmışdır». Müdafiə tərəfi hesab edir ki, qeyd olunan əsaslara görə, Tərtər Hərbi Məhkəməsi Məhkum barəsində düzgün olaraq 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar əməlində cinayət tərkibi olmadığından cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarmışdır. Müdafiəçi Gəncə Apelyasiya Məhk əməsinin Cinayət Kollegiyasının Məhkum əməlində cinayət tərkibi olmadığından cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 1(098)-136/2020 nömrəli qərarını ləğv edib çıxardığı yeni qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmasını və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pro sessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz mün asibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsiz bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, işə baxan Apellyasiya məhkəməsi qeyd edilən yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə cinayət təqibinə xitam verilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, cinayətin törədilməsindən sonra qəbul edilən cinayət qanunu ilə təqsirləndirilən şəxsin məsuliyyəti aradan qalxmışdır, yəni sonradan qəbul edilən qanuna görə onun əməlində cinayət tərkibi yoxdur. Belə ki, məhkəmənin qənaətinə görə Məhkum tərəfindən cinayət əməli törədilərkən Azərbaycan Respublikası CM-nin 328.1-ci maddəsinin dispozisiyasında cinayətin əhəmiyyətli ziyana səbəb olmasını, lakin 1 iyun 2020-ci ildə qüvvəyə minmiş Cinayət Qanunu ilə bu tarixdən etibarən həmin cinayətin mühüm ziyana səbəb olması əlamətləri arasındakı fərqə əsasən iş üzrə icraata xitam vermişdir. Məhkəmə qeyd e tmişdir ki, əvvəlki redaksiyadakı əhəmiyyətli anlayışı ilə sonrakı redaksiyadakı mühüm anlayışları arasında ciddi fərq olduğuna görə, yəni mühüm sözü əhəmiyyətli sözündən daha geniş mənanı əhatə etdiyinə, habelə ittihamda mühüm ziyan anlayışı olmadığına görə Məhkum əməlinin cinayət olması aradan qalxmışdır. Lakin, apellyasiya instansiyası qəbul edilən qərarla razılaşmayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa nəzər saldıqda görünür ki, Cinayət Qanununun bir sıra normalarında, xüsusilə hərbi cinayətlər fəslində nəzərdə tutulan bütün normalar üzrə “əhəmiyyətli ziyan” anlayışı “mühüm ziyan” anlayışı ilə əvəz edilmişdir. Bununla belə hərbi cinayətlər fəslinin hər hansı bir mad dəsində istər əhəmiyyətli ziyanın, istərsə də mühüm ziyanın nədən ibarət olması əvvəllər və ya qanun qəbul edildikdən sonra müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi həmçinin vurğulamışdır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1 may 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanununda “mühüm ziyan” anlayışının “əhəmiyyətli ziyan” anlayışından daha ciddi nəticələri ehtiva etməsi və bu səbəbdən əhəmiyyətli ziyana görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin məsuliyyətdən azad edilməsi və ya məsuliyyətinin yüngülləşdirilməsi qeyd edilməmişdir. Azərbaycan Respublikasında qanun yaradıcılıq təcrübəsinə nəzər saldıqda görünür ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş çoxsaylı dəyişikliklərlə əgər şəxs cinayət məsuli yyətindən azad edilməlidirsə, bu həmin dəyişikliklərdə qeyd edilirdi. Bu baxımdan kollegiyanın qənaətinə görə əgər hazırki dəyişikliyə əsasən əhəmiyyətli və mühüm ziyan anlayışları cinayət məsuliyyətindən azad etmə baxımından fərqləndirilmiş olsaydı, bu hal mütləq həmin dəyişiklikləri nəzərdə tutan Qanunun özündə və ya müvafiq cinayət qanunun normasının qeydində əks olunardı. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə əhəmiyyətli ziyan anlayışının mühüm ziyan anlayışı ilə əvəz edilməsi qanunvericilik texnikasının təkmilləşdirilməsi və bütün məcəllə üzrə anlayışların eyniləşdirilməsi məqsədi dəyişdirilmişdir. Habelə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununu ilə CM-nin 322.1-ci maddəsinə ed ilən dəyişiklikdən görünür ki, qanunverici sovet dövründən qalmış “vətəndaşlara və təşkilatlara” kimi uğursuz anlayışdan imtina edərək “fiziki və hüquqi şəxslərə” kimi uğurlu anlayışa üstünlük vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllləsində cinayət təqibinə xitam verilməsinin əsasları (39.1-ci mad.) və məhkəmə icraatı zamanı xitam vermənin qaydaları (43-cü madd.) müəyyən edilmişdir. CPM-nin 39.1.1-ci maddəsinə görə cinayət hadisənin olmaması, 39.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibinin olmaması, 39.1.11-ci maddəsində isə cinayət qanununun müddəalarının qevvəsinə görə cinayət təqibinə xitam verilməsi imkanları təsbit edilmişdir. CPM-nin 39.1.1 və 39.1.2-ci maddələri bəraətverici əsaslarla icraata xitam verilməsini nəzərdə tutsa da 39.1.11-ci maddəsi sonradan qəbul edilmiş Cinayət Qanununun müddəalarının qüvvəsinə görə bəraətverici olmaya n əsaslara görə cinayət təqibinə xitam verilməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş, Azərbaycan Respublikasının Cinayət Qanununun normasını düzgün şərh etməmişdir. Cinayət Qanununun mənasını onun məqsədlərinə uyğun təfsir etməmişdir. Nəticədə məhkəmə əsassız olaraq cinayət təqibinə xitam vermişdir. Apellyasiya məhkəməsi həmin qərarı ləğv edərək düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üç ün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 328.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2021-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar