Məhkəmə qərarları › İş №1-1(102)-87/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-87/2021

27.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-87/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun Məhkum müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakları ilə xx xxx 2000-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakim S.Ə.Əzizov) Məhkum Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmlə X10 Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmişdi r. Məhkəmənin həmin hökmündən bəraətlə bağlı hissədən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) 10 yanvar 2020-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü Məhkum münasibətdə ləğv edilmiş və Məhkum Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 62-ci maddəsi tətbiq olunmaqla 300 (üç) yüz manat cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyün ün 1-ci taqımının 2-ci manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 12 aprel 2019-cu il tarixdə saat 12:00 radələrində taborun əsgər yeməkxanasında həmin bölüyünün 3-cü taqımının döyüş maşınları heyətində tuşlayıcı-operator vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan əsgər Zərərçəkmiş şəxs əli ilə qazandan salat götürməsinə görə aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrinin, hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayıq hərəkətlə r etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” tələblərini pozaraq Zərərçəkmiş şəxs çiyin nahiyəsindən arxaya itələyib sağ əli ilə sonuncunun sol göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona “sol gözaltı nahiyənin qançırı” ilə müşayiət olunan və dərəcəsi təyin olunmayan xəsarət yetirməklə zor tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibinin olmaması əsası ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin hökmü ilə müəyyən edilmiş işin fakti ki hallarından görünür ki, Məhkum tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaq niyyətində olmamış və bu qaydaların pozulmasını arzu etməmişdir. Ona görə də müdafiəçi hesab edir ki, Məhkum hərəkətlərində CM-in 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri yoxdur və Gəncə Apellyasiya Məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Eyni zamanda müdafiəçi hesab edir ki, CM-nə 1 may 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə əsasən həmin Məcəllənin 332.1-ci maddəsinin dispozisiyası dəyişdirilmişdir. Dəyişikliyə əsasən “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yün gül zərər vurma” cinayət məsuliyyəti yaradır. Müdafiəçi hesab edir ki, apellyasiya məhkəməsinin hökmü qeyd edilən səbəblərdən ləğv edilməli və Məhkum əməlində cinayət tərkibinin olmaması əsası ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi K.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən ed ilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Maddə

332. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 332.1. “Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkən şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda – İki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” (Azərbaycan Respublikası CM-nə 1 may 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada) 332.1. “Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma — (Azərbaycan Respublikası CM-nə 1 may 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərdən sonra olan redaksiyada) bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanun vericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-c ı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərd ə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gəl ərkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, həm əsgər Məhkum, həm də X11 cinayətin törədildiyi anda xidməti vəzifələrinin icrası yerində olublar, onların mübahisəsi də bilavasitə xidməti vəzifələrinin icrası prosesində yaranıb və onların hər ikisi nizamnamə qaydalarını pozaraq bir-birilərinə qarşı zor tətbiq etmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, əsgərlərin həmin anda bir-birinə qarşı zor tətbiq etməsi zərurətdən irəli gəlməmişdir. Əsgər Zər ərçəkmiş şəxs gigiyenik qaydalara zidd xidmət aparırdısa, əsgər Məhkum baş verənlər barədə hərbi rəisinə məlumat verə bilərdi. Belə ki, yeməkxananın növbə rəisi bilavasitə hadisə yerində olmuşdur və gigiyena qaydalarının pozulması ilə bağlı ona məlumat verilə bilərdi. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs eyni şəkildə zorakı üsulla cavab qaytarması nizamnamə tələblərinə uyğun olmamışdır. Yəni zor tətbiqi zərurətdən və başa düşülən hallardan irəli gələ bilərdi. Hazırki vəziyyətdə isə belə zərurətin olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki əsgərin yeməkxanada xidməti vəzifələrinin icrası ilə bağlı olmaları və hadisənin bu şəraitdə baş verməsi hərbi nizamnamə qaydalarını zorakı üsullarla pozulması kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının 24 aprel 2019-cu il tarixli 573 və 574 nömrəli rəyləri və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin baş vermiş cinayət hadisəsinin hazırki Cinayət Məcəlləsinə görə cinayət hesab edilmədiyi üçün cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı dəlilinə də əsassız hesab edir. Belə ki, cinayət işinə Gəncə Apellyasiya Məhkəməsində 10 yanvar 2020-ci il tarixdə baxılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə isə 01 may 2020-ci il tarixdə dəyişiklik edilmiş və CM-nin 332.1-ci maddəsinin dispozisiyası dəyişdirilərək “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Hazırda qüvvədə olan cinayət qanunvericiliyinə müvafiq olaraq Məhkum cinayət törətmiş şəxs hesab olunmur. Lakin apelyasiya məhkəməsinin hökmü qəbul edilərkən qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məhkəmə hökmü qanuna müvafiq olmuşdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş ü zrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-c ı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar