Məhkəmə qərarları › İş №1-1(102)-88/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-88/2021

27.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-88/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 2001-ci ildə Sabirabad rayоnunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum оlunmayan, 18 oktyabr 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən çağırış üz rə müddətli həqiqi hərbi xidmətə çağrılmış, N nömrəli hərbi hissənin 3-cü tabоrunun 8-ci bölüyünün 1-ci taqımının 1ci manqasında hеyət nəfəri atıcı vəzifəsində, əsgər hərbi rütbəsində хidmət etmiş, ünvan 1 qeydiyyatda olan Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 332.1-ci maddəsi ilə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli ilkin baxış qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə (haki m Vidadi Nəsirov) Məhkum Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət məsuliyyətindən azad edilmiş, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli ilkin baxış iclasının qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai is tintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Məhkum tabеlik münasibətlərində оlmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pоzaraq qəsdən zərərçəkmiş şəхsin sağlamlığına yüngül zərər vurmuşdur. Bеlə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əvvəlki dislоkasiya yеri Ağdam rayоnunun Təzəkənd kəndi ərazisi оlan 3-cü tabоrunun 8-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının hеyət nəfəri atıcısı vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi хidmətdə оlarkən 31 may 2020-ci il tariхdə saat 19 radələrində əvvəlki günün gün növbətçisi оlduğu üçün növbəni təhvil-təslim еtməli оlduğundan bölüyün dayaq məntəqəsində ayaqyоlunu təmizləyən vaхt həmin günün gün növbətçisi təyin оlunmuş həmin manqanın qumbaraatanı vəzifəsində əsgər hərbi rütbə sində müddətli həqiqi hərbi хidmət еdən X10 оraya gələrək оna ayaqyоlunu yaхşı təmizləməsini bildirmiş, Məhkum bir nеçə dəqiqədən sоnra ayaqyоlunda təmizlik işlərini bitirərək əsgər yataqхanasının arхasına gеtdikdən sоnra X10 ayaqyоluna baхmış və əsgər yataqхanasının arхasına gеdib Məhkumə ayaqyоlunu yaхşı təmizləmədiyini dеdikdə aralarında yaranmış mübahisə zəminində sоnuncu tabеlik münasibətlərində оlmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Rеspublikası Silahlı Qüvvələrinin Daхili Хidmət Nizamnaməsinin 38, 42 və 138-ci, habеlə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli оlmaları, nalayiq hərəkətlər еtməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunə si göstərməli» kimi tələblərini pоzaraq sağ ayağı ilə əsgər X10un sоl ayağının baldır nahiyəsinə bir təpik zərbəsi vurmaqla оna sağlamlığa yüngül zərərvurmaya aid “sоl baldırın оrta 1/3-nin ön səthinin pоsttravmatik hеmatоması” ilə müşayiət оlunan хəsarət yеtirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin 13 aprel 2021-ci il tarixli iclasında dövlət ittihamçısı tərəfindən ittiham aktının nət icəvi hissəsinin ittihamın irəli sürülməsinə dair hissəsi elan edilmədən təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək Məhkum əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini nəzərə alaraq, barəsində CM-nin 74-cü maddəsini tətbiq etməklə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədən vəsatəti təmin etmiş və cinayət işi üzrə icraata xitam verərək Məhkum cinayət məsuliyyətindən azad etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır. Dövlət ittihamçısı hesab edir ki, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilən qərarlar şəxsin təqsirsizlik pezumpsiyası hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə və bununla əlaqədar digər qanunvericilik normalarına ziddir. Belə ki, Məhkum təqsirliliyi müəyyən edilmədən onun CM-nin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi qeyd olunan qanunvericilik normalarına zidd olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-c u maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilmə məsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum təqsirliliyi müəyyən edilmədən onun CM-nin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinin qeyd olunan qanunvericilik normalarına zidd olması qeyd edilir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını kassasiya müraciətinin dəlillərinə münasibətdə qiymətləndirməyi zəruri hesab edir. Protestdə göstərilən dəlillərlə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinə görə “Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma — bir ilədək müddət ə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” İş materiallarından görünür ki, Tərtər Hərbi Məhkəməsində cinayət işi üzrə 12 mart 2021-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və Azərbaycan Respublikası CPMin 299-301, 306-cı maddələrinin tələblərinə əsasən Məhkum oğlu CM-in 332.1-ci maddəsi ilə məhkəməyə verilməklə, işin məhkəmə baxışı 29.03.2021-ci il tarixə, sonra isə 13.04.2021-ci il tarixə təyin edilmişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı üzrə məhkəmə iclasında sədrlik edən hakim Azərbaycan Respublikası CPM-nin 323-cü maddəsinə əsasən məhkəmə istintaqına başlamazdan əvvəl növbə ilə cinayət prosesi tərəflərindən hər birinin əlavə şahid, ekspert və ya mütəxəssisin çağırılması, ekspertizanın təyin edilməsi haqqında,maddi sübutların və sənədlərin tələb edilməsi haqqında, məsələlərə dair vəsatətlərinin olub-olmamasını aydınlaşdırarkən təqsirləndirilən şəxsin müdafiəçisi məhkəməyə vəsatət verərək Məhkum əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini nəzərə alaraq, barəsində CM-nin 74-cü maddəsini tətbiq etməklə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı tərəfindən həmin vəsatətə etiraz edilərək, CM-in 74-cü maddəsini tətbiq etməklə təqsirləndirilən şəxs Məhkum CM-nin 332.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından vəsatətin rəd d olunması və məhkəmə baxışının yekun qərar çıxarılmaqla başa çatdırılması təklif edilmişdir. Məhkəmə vəsatətin müzakirəsi üçün müşavirə otağına getmiş və qayıtdıqdan sonra CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı Məhkum şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar elan etmişdir. Həmçinin iş materiallarından görünür ki, dövlət ittihamçısının apelyasiya protesti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq, hesab etmişdir ki, protestə məhkəmənin ilkin baxış mərhələsində baxılmalı və qərar qəbul edilməlidir. Belə ki, məhkəmə kollegiyası qənaətinə gör ə birinci instansiyası məhkəməsi iş üzrə icraata xitam verilməsinə dair qərarı məhkəmə istintaqı başlananadək qəbul etdiyindən, yəni ittiham aktının nəticəvi hissəsi elan edilmədən, sübutlar tədqiq edilmədən, məhkəmə çıxışları olmadan və təqsirləndirilən şəxsə son söz verilmədən qəbul etdiyindən apelyasiya instansiyası məhkəməsi də ilkin baxış mərhələsində protestə baxıb təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla qərarlar qəbul edilmişdir. Belə ki, 323.1-ci maddəsinə əsasən məhkəmə istintaqına başlamazdan əvvəl növbə ilə cinayət prosesi tərəflərindən hər birinin verə biləcəkləri vəsatətlərin dairəsi konkret göstərilmişdir. Bu vəsatətlərə aşağıdakılar aiddir: “323.1.1. yeni sübutların tələb edilməsi və cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə əlavə edilməsi haqqında; 323.1.2. əlavə şahid, ekspert və ya mütəxəssisin çağırılması haqqında; 323.1.3. ekspertizanın təyin edilməsi haqqında; 323.1.4. maddi sübutların və sənədlərin tələb edilməsi haqqında.” Təqsirləndirilən şəxs Məhkum müdafiəçisinin yuxarıda şərh olunan vəsatəti işin sonrakı baxışının predmeti olduğundan birinci instansiya məhkəməsi cinayət prosessual məcəlləsində nəzərdə tutulmuş qaydada işin baxışını davam etdirməli olduğu halda, bundan əsassız olaraq imtina edib iş üzrə yekun məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə CPM-nin 391.2-ci maddəsinin tələblərini pozmaqla ilkin baxış mə rhələsində dövlət ittihamçısının birinci instansiya məhkəməsinin yekun qərarından vermiş olduğu apelyasiya protestinə baxıb protestin təmin edilməməsinə dair yekun məhkəmə qərarı qəbul etmişdir. Halbuki, CPM-nin 391.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilkin baxış zamanı hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: “391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381— 390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas ların olub-olmadığını; 391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını; 391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini.” Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cinayət prosessual qanunvericiliyinin birinci instansiya məhkəməsindəki icraatın gedişini əks etdirən və məhəkəmə istintaqı başlananadək olan məsələləri tənzimləyən normalarında iş üzrə icraata xitam verilməsini məhdudlaşdıran və ya bunu aradan qaldıran hər hansı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəm əsinin qeyd edilən hüquqi mövqeyi Azərbaycan Respublikası Konstitusiyasına və cinayət prosessual qanunvericiliyinin normalarına ziddir. Belə ki: Azərbaycan Respublikası Konstitusiyasının “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsinin X hissəsinə əsasən “Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.” CPM-nin 28.1-ci maddəsinin tələbinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləsinə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Cinayət mühakimə icraatında tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinay ət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla, hər bir tərəfin məhkəmədə təmsil olunmasını və öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir (Cinayət-Prosessual Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması, hakimlərin sübutlara və sair materiallara qərəzli mü nasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Cinayət-Prosessual Məcəlləsinin 33.2, 33.3 və 33.4-cü maddələri). Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci maddəsində məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilən məsələlər sırasında cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmaması müəyyən olunmuşdur. Göstərilən normaların təhlilindən göründüyü kimi, cinayət əməlinin və ya əməli törətmiş şəx sin ictimai təhlükəliliyini itirib-itirməməsi, şəraitin dəyişməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasına dair sübutlara məcmu halında, məhkəmə baxışı mərhələsində qiymət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin qeyd olunur ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mər hələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqın da Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri yuxarıda qeyd edilən qərarı qəbul edərkən CPM-in 344, 346 və 347-ci maddələrinə istinad etmədən, sübutların tədqiq edilməsini təmin etmədən və bununla da, cinayət hadisəsinin olmasını, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasını, cinayətin törədilməsinə aidiyyətinin olmasını, cinayətin törədilməsində təqsirliliyini sübuta yetirilmədən təqsirsizlik prezumpsiyasını pozaraq, təqsirləndirilən şəxs Məhkum CM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilib barəsində olan cinayət işi üzrə icraata CM-nin 74-cü maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul etməklə sonuncunu cinayət məsuliyyətindən azad etm işdir. Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 391.3.2-391.3.5, 391.3.7-391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli ilkin baxış qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli ilkin baxış qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar