Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-89/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 aprel 20N9-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: T ərtər Hərbi Məhkəməsinin 03 dekabr 20N8-ci il tarixli, № N(098)-32N/20N8 saylı hökmü ilə (sədrlik edən hakim Əhməd Sarıyev) 09 sentyabr N988-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, tam orta təhsilli, himayəsində iki azyaşlı uşağı olan, Tərtər Hərbi Məhkəməsinin 28 mart 20N8-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.3, 32.4, 3N2.N-ci maddələri ilə təqsirli bilinərək 4200 (dörd min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Goranboy rayonu Qaramusalı kəndində qeydiyatda olan, N saylı hərbi hissənin rabitə bölüyünün radiorele operator stansiya rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmiş, barəsində 24 avqust 20N8-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 3N2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 0N (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzası, Tərtər Hərbi Məhkəməsinin 28 mart 20N8-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası ilə tam toplanmaqla onun qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə və ödənilməmiş 3897.99 manat məbləğində cərimə cəzası ilə cəzalandırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə və azadlıqdan məhrumetmə cəzalarının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 24 avqust 20N8-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ondan 4500 manat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-N.N.2-ci maddəsinin tələblərinə əs asən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, Tərtər Hərbi Məhkəməsinin N0 avqust 20N8-ci il tarixli 5(098)27/20N8 №-li qərarına əsasən onun adına ola biləcək bank hesablarındakı pul vəsaitlərinin, eləcə də mülkiyyətində ola biləcək avtomobil və ya daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin xüsusi müsadirə başa çatanadək qüvvəsində saxlanılması, xüsusi müsadirənin həyata keçirilməsinin və cərimə cəzasının icrasının Goranboy rayon İcra və Probasiya şöbəsinə, azadlıqdan məhrumetmə cəzasının icrası isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinmişdir ona görə ki, o, təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərə kətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik edərək təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Məhkum N saylı hərbi hissəsinin Bərdə rayonunun Xəsilli kəndi ərazisində yerləşən 2-ci zenit raket divizionunun rabitə və idarəetmə bölməsinin radiorele stansiya rəisi vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 20N5-ci ilin iyul ayında həmin hərbi hissənin radiolokasiya kəşfiyyat bölməsinin radiolokasiya stansiyasının rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən X4 ilə söhbət edərkən sonuncunun xidmət yerini dəyişmə k istədiyini bilmiş, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə baş leytenant Ş6 Hərbi X7 rəisinin müavini, polkovnik XN0 ilə aralarında tanışlıq münasibətlərinin olduğunu və ona 3500 manat pul verilməsi müqabilində xidmət yerinin dəyişdirilməsini təşkil edə biləcəyini demiş, Ş6 aldadaraq vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və sonuncu onun təklifini qəbul edib razılaşmışdır. Bir neçə gün sonra rabitə vasitəsi ilə Şaiq 6zəng vurmuş, pulun qısa müddətdə polkovnik M6 çatdırılmalı olduğunu bildirmişdir. Ş6 həmin gün N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6 vasitəsilə zərfin içərisində ona 3500 manat pul göndərmiş, o da Ağcabədi rayonunun Hindarx qəsəbəsinin ərazisində həmin pulu almışdır. Sonra baş leytenant Ş6 xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmrinin iki həftə müddətində veriləcəyinə dair yalan vəd verərək sonuncunun xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 20N6cı ilin iyul ayında aldatma yolu ilə Ş6 daha artıq əmlakını ələ keçirmək qərarına gələrək, ona polkovnik M6 xidmət yerini dəyişdirə bilməyəcəyini, bu işi Gəncə Zabitlər evinin rəisi, polkovnik XNN vasitəsilə həil edəcəyini, polkovnik M6 verdiyi 3500 manat pulu sonradan geri alaraq ona qaytaracağını, xidmət yerinin dəyişdirilməsi üçün hazırda polkovnik N6 2500 manat pul verilməli olduğunu demiş, aldadaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Ş6 onunla razılaşmış, sonra so nuncunun qardaşı A6 tərəfindən avtobusla telefon qabının içərisində ona göndərilmiş 2500 (iki min beş yüz) manat pulu Yevlax rayonunda götürmüş və həmin pulun polkovnik N6 çatacağını bildirmişdir. Təxminən iki həftə sonra yenidən baş leytenant Ş6 zəng vurmuş, xidmət yerinin dəyişdirilməsi barədə əmrinin hazır olduğunu, lakin 2500 manat pulun az olduğunu əlavə N000 manat pul lazım olduğunu demiş və baş leytenant XN3 rayonunun ******* kəndində yerləşən divizionun ərazisində N000 (min) manat pulu almış, verdiyi vəd üzrə onun xeyrinə heç bir hərəkət etmədən təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə, Məhkum Yevlax rayonunun ərazisində yerləşən N saylı hərbi hissəsinin rabitə bölüyünün radiorele operator stansiya rəisi vəzifəsində, gizir hərbi rüt bəsində həqiqi hərbi xidmətdə olarkən, hərbi hissə komandirinin N sentyabr 20N7-ci il tarixli əmrinə əsasən 3 (üç) günlük növbəti məzuniyyətə buraxılmış, məzuniyyət müddəti N9 sentyabr 20N7-ci il tarixdə, saat N5 radələrində bitməsinə baxmayaraq, xidmət yerinə 7 gün sonra, yəni 26 sentyabr 20N7-ci il tarixdə saat N radələrində qayıtmış və daha sonra 09 fevral 20N8-ci il tarixdə saat N radələrində hərbi hissəni özbaşına tərk edərək N3 fevral 20N8-ci il tarixdə saat 07:30 radələrində öz hərbi hissəsinə qayıtmaqla bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 aprel 20N9-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ş.Hüseynov, hakimlər A.A.Mahmudov və V.İ.Məlikovda n ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 20N8-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 aprel 20N9-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarla razı olmadığını, əməlindən səmimi peşmançılıq çəkdiyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, həyat yoldaşının 2-ci qrup əlil olduğunu, zərərçəkmiş şəxs XN ona qarşı maddi vəsait tələbinin və şikayətinin olmadığını nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 aprel 20N 9-cu il tarixli qərarının dəyişdirilərək, işdə olan yüngülləşdirici halların nəzərə alınmaqla daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə və dövlət ittihamçısı K6 kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 aprel 20N9-cu il tarixli qərarı dəyişdirilərək, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti endirilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 4N9.N-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 4N9.NN-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Odur ki, məhkəmə kollegiyası kassasiya instansiy ası məhkəməsinin səlahiyyətlərindən çıxış edərək məhkumun kassasiya şikayəti ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 aprel 20N9-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir və hesab edir ki, Məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CM-in 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 4N.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumu n islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının N-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 4N-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasib ət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N.N3-cü maddəsinin tələblərinə əsasən zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar sırasına daxildir. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.N.N-59.N.N4-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. X4 Azərbay can Respublikası Ali Məhkəməsinə ərizə təqdim edərək, Məhkum qarşı maddi vəsait tələbinin və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası, Ş6 Məhkum qarşı maddi vəsait tələbinin və şikayətinin olmamasını məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipləri baxımından azaldılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən həmçinin Məhkum törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, 2009-cu il tarixdən Silahlı Qüvvələrdə gizir hərbi rütbəsində xidmət etməsini, xidmət etdiyi müddət ərzində yubiley medalı ilə təltif olunmasını, atasının 2ci tip şəkər xəstəsi, həyat yoldaşının isə hər iki gözünün yüksək dərəcədə mürəkkəb miopik astiqmatizm xəstəsi olmasını, xidmət yeri üzrə müsbət cə hətdən xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N.N-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə almaqla, cinayət qanunvericiliyinin cəza təyininə dair yuxarıda qeyd edilən normalarının məzmunu baxımından CM-in N78.2.2-ci maddəsi ilə təyin edilmiş 03 il azadlıqdan məhrum etmə cəzasının müddətinin 03 ildən 02 il 06 aya endirilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzanın Məhkum Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 20N8-ci il tarixli hökmü ilə CM-in 32.4, 3N2.2-ci maddələri ilə təyin olunmuş 04 il müddətinə və CM-in 333.3cü maddəsi ilə təyin olunmuş 0N il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılmasını, ona həmin cinayətlərin məcmusu üzrə 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 4N6.0.2N-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4N9.N0.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şik ayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının Məhkum barəsində olan 08 aprel 20N9-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2-ci maddəsi ilə təyin edilmiş 03 il azadlıqdan məhrum etmə cəzasının müddəti 03 ildən 02 il 06 aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 20N8-ci il tarixli hökmü ilə CM-in 32.4, 3N2.2ci maddələri ilə təyin olunmuş 04 il müddətinə və CM-in 333.3-cü maddəsi ilə təyin olunmuş 0N il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılsın, ona həmin cinayətlərin məcmusu üzrə 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5- ci maddəsinə əsasən Məhkum Tərtər Hərbi Məhkəməsinin 28 mart 20N8-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzası ilə tam toplanılsın, cərimə cəzasının ödənilmiş hissəsi çıxılmaqla Məhkum üzərində qəti olaraq 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.897.99 manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq cərimə cəzası və azadlıqdan məhrum etmə cəzası müstəqil icra olunsun. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1-1(102)-89/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-89/2019
14.11.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver