Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-89/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxx 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyya tda olan və yaşayan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 329.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: İ.M.Quliyev (sədrlik edən), Ə.M.Sarıyev və V.M.Nəsirov) Məhkum Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 10 mart 2020-ci il tarixdən 04 noyabr 2020-ci il tarixədək həbsdə olduğu 7 ay 24 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 04 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş 02 il 04 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və E.İ.Xasməmmədov ) verilmiş apelyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş və Tərtər Hərbi Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilən ittihama görə, Məhkum hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsə zor tətbiq etməsi zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Məhkum Bərdə rayonu, Xanağalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün maddi-texniki təminat tağımının anbar rəisi vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 05 mart 2020-ci il tarixdə saat 13:20 radələrində ərzaq anbarında istifadə etdiyi bir ədəd balta və bir ədəd mətbəx bıçağını hərbi hissədən kənarda itilətdirib hərbi hissəyə qayıdaraq nəzarət-buraxılış məntəqəsindən içəri daxil olduqda məntəqə növbətçisinin köməkçisi naryadında xidmət aparan həmin tağımın texniki xidmət manqasının baş ustası, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs Məhkum, əvvəllər aralarında xidmət müddətində zarafatları olduğundan və həmin ərəfədə hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsinin səlahiyyətlərini icra etməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 23-cü maddəsinin tələblərinə zidd olaraq, zarafatla ona “farağat” komandası vermiş, sonra Zərərçəkmiş şəxs Məhkum əlindəki balta və bıçaqla nə edəcəyini soruşmuş, sonuncu Zərərçəkmiş şəxs zarafatının cavabında zarafatla “adam doğrayacağını” bildirdikdə Zərərçəkmiş şəxs gülümsəmişdir. Məhku m Zərərçəkmiş şəxs gülümsəməyinə nalayiq şəkildə iradını bildirdikdə, sonuncu da eyni tərzdə cavab qaytararkən Zərərçəkmiş şəxs cavabından əsəbləşərək, onun üzərinə gəlmiş və Zərərçəkmiş şəxs qaçmışdır. Həmin vaxt Məhkum Zərərçəkmiş şəxsla zarafatını davam edərək və onu qorxudub dayandırmaq məqsədilə “qaçma atacam bıçağı” demiş, sonuncu qaçmağa davam etdiyindən Məhkum əlində olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını təxminən 3-4 metr məsafədən Zərərçəkmiş şəxs arxasınca atmış və mətbəx bıçağının tiyə hissəsi sonuncunun sol ayağında olan əsgər çəkməsinin daban hissəsini dəlib keçərək dabanına nüfuz etmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid «sol ayağın daban nahiyəsinin arxa içəri səthində yara» xəsarətini yetirmiş və Zərərçəkmiş ş əxs ayağını tutub çökmüşdür. Sonra Zərərçəkmiş şəxs Məhkum istiqamətində 4-5 addım geri qayıdaraq, sonuncu da ona yaxınlaşmış və üz-üzə gələrək Zərərçəkmiş şəxs Məhkum “belə də zarafat olar?” demiş, sonra Məhkum məişət təyinatlı soyuq silah hesab edilməyən atdığı bıçağı yerdən götürmüş, Zərərçəkmiş şəxs yarıbükülü vəziyyətdə olan sol qolunun bilək nahiyəsinə həmin bıçaqla xəsarət yetirməyən tərzdə bir neçə dəfə vurub bıçağı nəzərdə tutmaqla “sənə soxaram” demiş, Zərərçəkmiş şəxs “soxa bilməzsən” dedikdə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı çavuş Məhkum rəis olmaqla qarşı-qarşıya durduqları vəziyyətdə tabeliyində olan hərbi vəzifələrini yerinə yetirilməsi zamanı tabeliyində olan əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə onun qarın nahiyəsinə bıçaqla bir zərbə vurub sonunc unun sağlamlığına «qarının ön divarında sol qabırğaaltı nahiyədə qarın boşluğuna nüfuz edən bir ədəd yara (peritonun zədələnməsi, daxili qanaxma)» xəsarətləri ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Bununla da, Məhkum CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli (hərəkət və hərəkətsizlik) CM-nin 329-cu maddəsinin yeni redaksiyasında həmin əməli törətmiş xüsusi subyekt olan hərbiçiyə münasibətdə öz əksini tapmadığından və Məhkum Zərərçəkmiş şəxs “insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması CM-nin 329.3-cü maddəsinin yeni redaksiyasında göstərilən “zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər v urulduqda” anlayışı ilə əhatə olunduğundan onun əməlini CM-in 329.3-cü maddəsinin dispozisiyasına uyğun gələn əməl kimi qiymətləndirilmişdir. Belə ki, Məhkum Bərdə rayonu, Xanağalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün maddi-texniki təminat tağımının anbar rəisi vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 05 mart 2020-ci il tarixdə saat 13:20 radələrində ərzaq anbarında istifadə etdiyi bir ədəd balta və bir ədəd mətbəx bıçağını hərbi hissədən kənarda itilətdirib hərbi hissəyə qayıdaraq nəzarət-buraxılış məntəqəsindən içəri daxil olduqda məntəqə növbətçisinin köməkçisi naryadında xidmət aparan həmin tağımın texniki xidmət manqasının baş ustası, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zə rərçəkmiş şəxs Məhkum, əvvəllər aralarında xidmət müddətində zarafatları olduğundan və həmin ərəfədə hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsinin səlahiyyətlərini icra etməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 23-cü maddəsinin tələblərinə zidd olaraq, zarafatla ona “farağat” komandası vermiş, sonra Zərərçəkmiş şəxs Məhkum əlindəki balta və bıçaqla nə edəcəyini soruşmuş, sonuncu Zərərçəkmiş şəxs zarafatının cavabında zarafatla “adam doğrayacağını” bildirdikdə Zərərçəkmiş şəxs gülümsəmişdir. Məhkum Zərərçəkmiş şəxs gülümsəməyinə nalayiq şəkildə iradını bildirdikdə, sonuncu da eyni tərzdə cavab qaytararkən Zərərçəkmiş şəxs cavabından əsəbləşərək, onun üzərinə gəlmiş və Zərərçəkmiş şəxs qaçmışdır. Həmin vaxt Məhkum Zərərçəkmiş şəxsla zarafatını davam ed ərək və onu qorxudub dayandırmaq məqsədilə “qaçma atacam bıçağı” demiş, sonuncu qaçmağa davam etdiyindən Məhkum əlində olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını təxminən 3-4 metr məsafədən Zərərçəkmiş şəxs arxasınca atmış və mətbəx bıçağının tiyə hissəsi sonuncunun sol ayağında olan əsgər çəkməsinin daban hissəsini dəlib keçərək dabanına nüfuz etmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid «sol ayağın daban nahiyəsinin arxa içəri səthində yara» xəsarətini yetirmiş və Zərərçəkmiş şəxs ayağını tutub çökmüşdür. Sonra Zərərçəkmiş şəxs Məhkum istiqamətində 4-5 addım qeri qayıdaraq, sonuncu da ona yaxınlaşmış və üz-üzə gələrək Zərərçəkmiş şəxs Məhkum “belə də zarafat olar?” demiş, sonra Məhkum məişət təyinatlı soyuq silah hesab edilməyən at dığı bıçağı yerdən götürmüş, Zərərçəkmiş şəxs yarıbükülü vəziyyətdə olan sol qolunun bilək nahiyəsinə həmin bıçaqla xəsarət yetirməyən tərzdə bir neçə dəfə vurub bıçağı nəzərdə tutmaqla «sənə soxaram» demiş, Zərərçəkmiş şəxs «soxa bilməzsən» dedikdə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı çavuş Məhkum rəis olmaqla qarşı-qarşıya durduqları vəziyyətdə tabeliyində olan hərbi vəzifələrini yetirlməsi zamanı tabeliyində olan əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə onun qarın nahiyəsinə bıçaqla bir zərbə vurub sonuncunun sağlamlığına “qarının ön divarında sol qabırğaaltı nahiyədə qarın boşluğuna nüfuz edən bir ədəd yara (peritonun zədələnməsi, daxili qanaxma)” xəsarətləri ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya məhkəməsində yenidən baxışının təyin olunması xahiş olunur. Protestdə qeyd edilir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlini CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 329.3-cü maddəsinə tövsif etməklə səhvə yol vermişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında mübahisə Zərərçəkmiş şəxs Məhkum haradan gəldiyini soruşması, sonuncunun bıçaq və balta itilətdirməkdən gəldiyini bildirməsi, Zərərçəkmiş şəxs bıçaq və balta ilə nə doğrayacağını soruşması, Məhkum adam doğrayacağını deməsi və onun bu sözlərinə Zərərçəkmiş şəxs gülümsəməsindən sonra başlamışdır. Bu dialoqdan sonra Məhkum təhqiramiz formada nəyə güldüyünü Zərərçəkmiş şəxs soruşmuş, sonuncu da eyni formada cavab vermişdir. Dövlət ittihamçısının fikrincə, Məhkum törətmiş olduğu cinayət əməli nəticəsində hərbi tabeliyin müəyyən edilmiş qaydalarına və hərbi qulluq münasibətlərinə qəsd etmədiyi, zərərçəkmiş şəxsin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd etdiyi halda, məhkəmələr əsassız olaraq onun əməlini CM-nin 329.3-cü maddəsi ilə tövsif etmişlər. Dövlət ittihamçısı həmçinin hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş və əsassız olaraq barəsində CMnin 70-ci maddəsini tətbiq etməklə həddindən artıq yüngül cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırı lmır, yeni sübutlar təqdim edilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş protestdə Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 329.3-cü maddəsinə tövsif edilməsi və ona yüngül cəza təyin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsinə əsasən “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi — 329.2. Eyni əməllər: 329.2. 1. təkrar törədildikdə; 329.2.2. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 329.2.3. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 329.2.4. silah tətbiq etməklə törədildikdə; 329.2.5. zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə; 329.2.6. işgəncə verməklə törədildikdə — 329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə məsuliyyət müəyyən edilmişdir. CM-nin 126.2-ci maddəsinə görə “Eyni əməllər: 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244. 1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallar ının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir.Yəni həmin maddədə nəzərdə tutulan cinayət əməlini törədən şəxs başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya həmin zərərin vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). CM-nin “Hərbi xidmət əleyhinə cinyətlər in anlayışı” adlanan 327-ci maddəsinin tələbinə görə “Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.” Qanunun məzmunundan görünür ki, şəxsin CM-nin hərbi qulluğun müəyyən edilmiş qaydaları bütün hərbi xidmət əleyhinə olan cinayətlərin xüsusi obyekti qismində çıxış edir. Bu o deməkdir ki, şəxsin CM-nin “Hərbi xidmət əleyhinə olan cinayətlər” adlanan XXXV fəslində nəzərdə tutulan əməl lərə görə məsuliyyətə cəlb edilməsi üçün onun törətdiyi cinayət əməlinin cinayət tərkibinə daxil olan digər əlamətlərlə yanaşı (əməli törətmiş şəxsin CM-nin 327-ci maddəsində sadalanan subyektlərə aid olması və əməlin qeyd edilən fəsildə nəzərdə tutulan cinayətlərə aid olması), həmin əməlin hərbi qulluğun müəyyən edilmiş konkret hansı qaydalarına qəsd etdiyi də müəyyən edilməlidir. CM-nin 329-cu maddəsinin yuxarıda istinad edilən dispozisiyasından görünür ki, həmin cinayətlərin obyekti tabeçilik münsaibətləri və hərbi xidmət çəkmənin nizamnamə qaydaları, habelə şəxsiyyətin sağlamlığıdır. Rəisin tabeliyində olan şəxsə zor tətbiq etməklə sağlamlığına etdyi qəsdin CM-nin 329-cu maddəsi ilə tövsif edilməsi üçün qanunverici tərəfindən iki əsas şərt müəyyən etmişdir: Rəisin öz tabeliyində olan ş əxsə zor tətbiq etməsi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı törədilməlidir; Rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar törədilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən iki halın mövcud olduğu halda təqsirləndirilən şəxsin tətbiq etdiyi zorun motivləri müxtəlif (o cümlədən xuliqanlıq motivi) ola bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin həqiqi hərbi xidmədə olması (yəni CM-nin 327-ci maddəsində sadalanan şəxslərin statusuna malik olması), onun bütün hallarda “hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı” vəziyyətində olması demək deyildir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 1-ci və 2-ci bəndlərində göstərili r: “1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.” Rəisin tabeliyində olan şəxsə zor tətbiq etməsi yuxarıda sadalanan əlamətlərə malik deyilsə, təqsirləndirilən şəxsin əməlində CM-nin 329-cu maddə si ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmayacaqdır. Hazırki işin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Məhkum və X10a zarafatla «farağat» komandası verdikdən sonra nəzarət buraxılış məntəqəsinin növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X11 onları çay içməyə dəvət etmiş, X10 dəvəti qəbul edib çay içməyə getsə də, lakin Məhkum oruc tutduğu üçün çay içməkdən imtina etmiş və yolun kənarındakı səkinin yanına çəkilərək orada dayanmış və əlindəki baltanı ağaca söykəmiş, bıçağı isə əlində saxlamışdır. Zərərçəkmiş şəxs Məhkum haradan gəldiyini soruşmuş sonuncu isə bıçaq və balta itilətdirməkdən gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs bıçağı və baltanı itilətdirə bilib-bilmədiyini soruşmuş, Məhkum isə «hə» cavabını vermişdir. Daha sonra zərərçəkmiş ondan onlarla n ə doğrayacağını soruşduqda Məhkum zarafatla ona adam doğrayacağını demiş və Zərərçəkmiş şəxs Məhkum bu zarafatına gülümsəmişdir. Həmin vaxt Məhkum bundan əsəbləşərək Zərərçəkmiş şəxs ünvanına nalayiq söz deyərək gülməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs da Məhkum eyni tərzdə cavab qaytarmışdır. Bu vaxt Məhkum əlində bıçaq ona tərəf gəldikdə o, qaçmağa başlamış, Məhkum ona «qaçma atacam bıçağı» demiş, lakin Zərərçəkmiş şəxs dayanmamış, bu zaman Məhkum əlində olan bıçağı onun arxasınca atmışdır. Bıçaq onun çəkməsinin daban hissəsini dəlib keçərək, dabanına batdığı üçün Zərərçəkmiş şəxs ağrı hiss edib dayanmış və Məhkum «belə zarafat olar?» deyib, ona tərəf gələn Məhkum sinəsindən əli ilə itələmişdir. Məhkum əlindəki bıçaqla Zərərçəkmiş şəxs qolundan bir neçə dəfə vuraraq «sənə soxaram» demiş, Zərərçəkmiş şəxs isə «soxa bilməzsən» demişdir. Bundan sonra, Məhkum bıçağı Zərərçəkmiş şəxs sol qabırğa altı nahiyəsinə vurmuşdur. Beləliklə, göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs «Farağat» sözünə əhəmiyyət verməmiş və yolun kənarındakı səkinin yanına çəkilərək orada dayanmış və əlindəki baltanı ağaca söykəmişdir. Bundan sonra onlar uzun müddət söhbət etmiş və danışıb gülmüşlər. Mübahsə isə, Zərərçəkmiş şəxs Məhkum haradan gəldiyini soruşması, sonuncunun bıçaq və balta itilətdirməkdən gəldiyini bildirməsi, zərərçəkmiş onlarla nə doğrayacağını soruşduqda Məhkum zarafatla ona adam doğrayacağını deməsi və Zərərçəkmiş şəxs Məhkum bu zarafatına gülümsəməsi, Məhkum Zərərçəkmiş şəxs ünvanına nalayiq söz deyərək gülümsəməsinin səbəbini soruşması, Zərərçəkmiş şəxs da Məhkum eyni tərzdə cav ab qaytarmasından sonra baş vermişdir. Birinci instansiya məhkəməsinin hökmündə Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 23-cü maddəsinin tələblərinə zidd olaraq, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün maddi-texniki təminat tağımının anbar rəisi vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Məhkum zarafatla “farağat” komandası verməsi qeyd edilsə də, sonuncunun rəis olmaqla öz tabeliyində olan şəxsə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı zor tətbiq etməsi və hərbi qulluğun müəyyən edilmiş konkret hansı qaydalarını pozması göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs hərəkətlərinin Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 23 -cü maddəsinin tələblərinə zidd olması barədə nəticəyə gəlməmiş, eyni zamanda əsassız olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nin yeni redaksiyasına görə CMnin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş əməllər hərbi qulluqçular tərəfindən törədildikdə, təqsirləndirilən şəxslərin əməlləri xüsusi subyekt kimi CM-nin 329.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki,apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarını düzgün şərh etməməklə yanaşı, Məhkum cinayət hadisəsini hərbi xidmət üzrə vəzifələrini yerinə yetirib-yetirməməsini, hərbi qulluğun müəyyən edilmiş konkret hansı qaydalarını pozmasını ümumiyyətlə müzakirə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum əməlini Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsinə tövsif edilməsi zərurətini kifayət qədər əsaslandırmadan qərar qəbul etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 20 05-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Azərbayca n Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bundan əlavə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı yuxarıda şərh olunan səbəblərdən əsassız olduğuna görə ləğv edilməl i olduğundan məhkuma cəza təyini məsələsi də apelyasiya instansiyası məhkəməsinin yeni baxışının nəticəsindən asılı olaraq həll edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübut larla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.