Məhkəmə qərarları › İş №1-1(102)-9/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-9/2018

25.01.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-9/2018 25.01.2018 ALİ MƏHKƏMƏ 25 yanvar 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, Nəsirov İnqilab Maşallah oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İlkin Yusifov, Məhkum müdafiçisi-Bakı şəhəri 13 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum müdafiçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə b axaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Q. Ş.Sadayev, məruzəçi hakim V.M.Nəsirov və hakim K.V.Əliyevdən ibarət tərkibdə) Məhkum (xx xx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunun ərazisində yerləşən N №-li hərbi hissəsinin Balakən rayonunun Yeni Şərif kəndi ərazisində dislokasiya olunmuş 9-cu sərhəd zastavasının 3-cü qrupunda baş atıcı vəzifəsində əsgər rütbəsində xidmət etmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkm əklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Şükürov, hakimlər M.M.Hüseynov və R.Ə.Əliyevdən ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Tətər hərbi məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Sə rhəd Xidmətinin Zаqаtаlа rаyоnunun ərаzisində yerləşən N nömrəli hərbi hissəsinin Bаlаkən rаyоnunun Yeni Şərif kəndi ərаzisinə dislоkаsiyа оlunmuş 9-cu sərhəd zаstаvаsının 3-cü qrupundа bаş аtıcı vəzifəsində əsgər rütbəsində xidmətdə оlаrkən xx xx 2016-cı il tаrixdə sааt 06:30-dаn 10:30-dək sərhəd nаryаdının bаşçısı əsgər A1 ilə «Gözətçi dəstə-sərhəd gözətçisi» sərhəd nаryаdı xidmətində оlduqlаrı vаxt sоnuncu 5-ci mühаfizə sаhəsində öz təbii ehtiyаcını ödəmək üçün xidməti istifаdəsində оlаn аvtоmаt silаhını оnа verib getmiş, qаyıdаrkən оnun оturduğunu görüb ünvаnınа nаlаyiq söyüş söyərək аyаğа durmаsını tələb etdiyinə görə аrаlаrındа mübаhisə yаrаnmış, həmin gün sааt 17:00-dаn 21:00-dək təyin оlunduqlаrı «Sərhəd gözətçisi» sərhəd nаryаdı xidmətinə birlikdə gedərkən A2 səhər аrаlаrındа yа rаnmış mübаhisəni dаvаm etdirərək оnа «mən köhnə əsgərəm, sən gənc əsgərsən, köhnə əsgər nə оlursа оlsun həmişə hаqlıdı, sən hələ nə görmüsən» demiş, əsgər Məhkum «niyə köhnə əsgər hаqlı оlmаlıdı» deyə sоruşduqdа əsgər A2«çünki о görə-görə gəlib, аxşаm zаstаvаdа görərsən köhnə əsgər nədi» deyərək оnu hədələmiş, Məhkum A2 оnun ünvаnınа nаlаyiq söyüşlər söyməsinə görə özünü təhqir оlunmuş və аşаğılаnmış hesаb edərək, qisаs аlmаq üçün оnu qəsdən öldürmək qərаrınа gəlmişdir. Bu məqsədlə əsgər Məhkum həmin gün sааt 18:15 rаdələrində 26-cı mühаfizə sаhəsində əsgər A2 «Sərhəd gözətçisi» sərhəd nаryаdı xidmətində оlаrkən bir qədər kənаrа çəkilib əvvəlcədən plаnlаşdırdığı kimi xidməti istifаdəsində оlаn «АK-74» mаrkаlı 614047 nömrəli аvtоmаt silаhının sаndıqçаsındаn təlim pаtrоnunu çıxаrıb cibinə q оymuş, sоnrа çаxmаğı çəkib silаhı döyüşə hаzır vəziyyətə gətirərək tək-tək аtəş rejiminə qоyаrаq əsgər A2 tərəf, yəni оrаdа yerləşən kölgəliyin yаnınа gəlmiş, təxminən 6 metr məsаfədən silаhın lüləsini оnun sinə nаhiyəsinə dоğru tuşlаyıb оnu öldürmək, yəni qəsdən həyаtdаn məhrum etmək məsədilə bir dəfə аtəş аçmış, sоnuncu səhhətin uzun müddət pоzulmаsınа səbəb оlаn, sаğlаmlığа аz аğır zərərvurmаyа аid «döş qəfəsinin bоşluğunа nüfuz etməyən bir ədəd dəlib-keçən оdlu silаh, güllə yаrаsı» xəsаrətini аlаrаq qаçmаğа bаşlаmışdır. Məhkum əsgər A2 qаçаrаq hаdisə yerindən uzаqlаşdığını görüb оnun аrxаsıncа qаçаrаq təxminən 30-40 metr məsаfədən оnu öldürmək, yəni qəsdən həyаtdаn məhrum etmək məqsədilə təkrаrən bir аtəş аçmış, lаkin hərəkətdə оlmаsı səbəbindən əsgər A2 vurа bilməyərək öz irаdəsindən аsılı оlmаyаn səbəblərdən cinаyətini bаşа çаtdırа bilməmiş, yəni qəsdən аdаm öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Məhkum əməlləri əsassız olaraq adam öldürməyə cəhd kimi Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrinə tövsif edilmiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Müdafiəçi qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmasını təsdiq edən mötəbər sübutlar işdə mövcud deyil, məhkəmələr zərərçəkmiş şəxsin ifadələri ilə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasındakı olan ziddiyyətləri və şübhələri təqsirləndirilən şəxsin xeyrinə şərh etmək əvəzinə onun ziyanına qiymətləndirmişlər. Belə ki, Məhkum ifadələrindən görünür ki, onun Zərərçəkm iş şəxs öldürmək niyyəti olmamışdır, o, A2 haqsız olduğunu başa salmaq üçün yaralamaq qərarına qəlib məhz bu məqsədlə avtomat silahından atəş açmaqla vurmuşdur. Məhkum zərərçəkmişi öldürmək niyyətinin olmaması həm də ondan görünür ki, o, heç kim ona mane olmadığı vəziyyətdə Zərərçəkmiş şəxs öldürməmiş, yəni A2n həyatdan məhrum edilməsi kimi ictimai-təhlükəli nəticənin baş verməməsi onun iradəsinə uyğun olmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarını ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hü dudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilə n əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verildiyini və onun Cinayət Qanununun əməlinə müvafiq olmayan maddəsi əsasənda cəzalandırıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Res publikası CPM-in 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Müdafiəçi Məhkum hərəkətlərində qəsdən adam öldürməyə cəhd cinayətinin tərkibinin olmaması barədə fikrini onunla əlaqələndirir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, o, A2 haqsız olduğunu başa salmaq üçün müstəsna olaraq yaralamaq məqsədilə avtomat silahından atəş açaraq vurmuşdur. Lakin, müdafiəçinin Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasına dair mülahizəsi işin həqiqi hallarına əsaslanmır. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Məhkum Zərərçəkmiş şəxs onun ünvanı na söylədiklərini təhqir kimi qəbul etdiyi üçün əvvəlcədən (məqsədli şəkildə) xidməti istifadəsində olan avtomat silahını döyüşə hаzır vəziyyətə gətirərək Paşayevə (6 metr məsəfəyədək) yaxınlaşmış və silahın lüləsini onun həyati əhəmiyyətli orqanlarının yerləşdiyi sinə nahiyəsinə tuşlayıb bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs yaralandığını görüdükdə, cinayətkar hərəkətlərini dayandırmamış, əksinə qaçıb qurtarmaq istəyən A2 təqib edərək ona daha bir atəş açmış, lakin Zərərçəkmiş şəxs hərəkətdə olması səbəbindən onu vura bilməmişdir. Məhkəmələr qeyd olunan faktları Məhkum zərərçəkən Zərərçəkmiş şəxs yaralmaqla (sağlamlığına zərər vurmaqla) kifayətlənmək istəmədiyini, zərərçəkənə əlavə güllə yaraları yetirməkdə qətiyyətli və israrlılı olduğunu, yəni niyyətinin məhz Zərərçəkmiş şəxs həyatdan məhrum edilməsinə yönəldiyini, lakin zərərçəkmş şəxsin hadisə yerindən qaçmaqla onun hədəfi düzgün nişan almasına mane olması səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə, Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməyərək bu cinayətə cəhd etdiyini göstərən (əməlin Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsifini şərtləndirən) xüsusatlar kimi qiymətləndirilmişlər. Məhkəmələrin həmin faktlara məhz bu cür qiymət vermələri cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna (onların həqiqi məzmumuna) əsaslanır (sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir olunub həm hökmdə, həm də apellyasiya mə hkəməsinin qərarında şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkəmələrin qiymətləndirməsi Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin dispoziyası və cinayətə cəhd etməni nəzərdə tutan 29-cu maddəsi ilə də uzlaşır. Belə ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin nəzərdə tutduğu cinayət bu maddənin dispozisiyasında “qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun xx xx 2002-ci il tarixli 3 saylı qərarında izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bənd). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Məhkum isə birbaşa qəsdlə (həyatdan məhrum etməyi arzu edərək) zərərçəkmiş Zərərçəkmiş şəxs avtomat silahından atəş açaraq vurduğundan, lakin iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs öl dürmək məqsədinə çata bilməyib, cinayətkar hərəkətini başa çatdırmadığından, onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum əməlinin hüqüqi tövsifinin mübahisləndirilməsi üzrə dəlillərini əsassız hesab edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayət qanununun tətbiqi məsələsində səhvə yol verdiyindən, apellyasiya instansiyası məhkəməsi isə həmin səhvi aradan qaldırmadığından, apellyasiya məhkəməsinin yekun qərarı Məhkum Cinayət Məcəlləsinin 29,120.2.1 maddələri ilə cəzanın təyin edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum cəza təyin edilərkən o nun zərərçəkmiş şəxslə razılıq əldə etməsi CM-in 59.1.10-cu maddəsi ilə nəzərdə tutulmuş, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, xidmət yerindən müsbət xarakterizə olunması isə CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən CM-in 59.1.8, 59.1.10- və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cinayətə cəhdə görə Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən təyin edilə biləcək cəza – 9 (doqquz) il 6 (altı) ay müddə tə azadlıqdan məhrum etmə cəzasıdır (Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz). Hazırki işdə zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.10cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi müəyyən olunduğundan, Cinayət Məcəlləsinin 66.3 və 60-cı maddələrinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmi n edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində göstərilən əsasla Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Məhkum barəsində olan xx xx 2017-ci il il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Məhkum barəsində olan xx xx 2017-ci il il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublası Cinayət Məcəlləs inin 66.3 və 60-cı maddələrinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ildən 7 (yeddi) il 10 (on) ay 15 (on beş) günə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar