Məhkəmə qərarları › İş №1-1(102)-9/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-9/2021

30.03.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-9/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun və məhkumun müdafiəçisi-vəkil Şahməmmədov İlqar Şahməddin oğlunun iştirakları i lə, Gəncə Hərbi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi-vəkil Şahməmmədov İlqar Şahməddin oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi Bayramova Şəlalə Yusif qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin (sədrlik edən hakim: K.N.Muxtarov) 26 noyabr 2019cu il tarixli hökmü ilə, Məhkum - 18 avqust 1991-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olun mamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasının rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə hər ay aylıq pul təminatından 10 (on) faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 08 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi xaric edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 13 mart 2019-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunun İİ Şıxlı kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasının rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 2018-ci ilin avqust ayında saat 19 radələrində sərhəd zastavasının önündə, sıra meydanında olan şəxsi heyətin düzülüşü zamanı rəisi olduğu sərhəd zastavasının 2-ci qrup komandirinin müavini, kiçik çavuş X24 xidmə tdə olan zaman sərhəd zastavasının ərazisindən sərhəd pozucularının keçməsi barədə məlumat aldığını bildirərək ayıq-sayıq xidmət aparmamasını ona irad tutmuşdur. X24 xidmətdə olduğu müddətdə heç kimin sərhədi pozmadığını bildirdikdə Məhkum onun ünvanına nalayiq söyüşlər deyərək sifət nahiyəsinə bir şillə zərbəsi vurmuş, ikinci dəfə onun sifət nahiyəsinə şillə zərbəsi vurmağa cəhd etdikdə X24 geri çəkildiyi üçün həmin zərbə ona dəyməmişdir. Daha sonra Məhkum X24in ünvanında nalayiq söyüşlər deyərək onun «kiçik çavuş» hərbi rütbəsi daşımağa layiq olmadığını elan etmiş və hər iki əli ilə onun kitelinin çiyinlərinə bərkidilmiş «kiçik çavuş» paqonlarından tutub qopararaq yerə atmışdır. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən rəisi olduğu 15-ci sərhəd zastavasının 4-c ü qrup komandirinin müavini, kiçik çavuş X18, 3-cü qrupunun atıcısı, əsgər X2 və 2-ci qrupunun baş atıcısı, əsgər X13 2018-ci ilin sentyabr ayının təxminən ortlarında növbəli olaraq gözətçi dəstə xidmətini apardıqları zaman 15-ci sərhəd zastavası ilə 16-cı sərhəd zastavasının xidməti sahələrinin qovuşduğu yerdə xidməti vəzifələrini icra edərək ştat nömrələrini təpənin üzərində daşları yerə düzərək yazmadıqları üçün 2018-ci ilin sentyabr ayının ortalarında saat 13 radələrində onlara zastavanın önündə, sıra meydanında olan dövlət bayrağının yanında düzülmələrini əmr etmişdir. X18, X2 və X13 düzüldükdən təxminən yarım saat sonra Məhkum oraya gələrək onlardan nə üçün xidməti vəzifələrini düzgün icra etmədiklərini soruşmuşdur. X13 torpaq palçıqlı olduğu üçün təpəyə qalxa bilmədiyini bildirdikdə Məhkum onların üzərində öz üstünlüyünü nümayiş etdirərək «cəzalandırmaq» məqsədilə X2yə yaxınlaşıb ünvanına nalayiq söyüşlər deyərək yüksək səslə ondan nə üçün xidməti vəzifəsini düzgün icra etmədiyini soruşmuş və sinə nahiyəsinə 2-3 yumruq, sifət nahiyəsinə isə 2 şillə zərbəsi vurmuşdur. Bundan sonra, Məhkum X18 və X13ə yaxınlaşıb eyni qaydada onlardan da, nə üçün vəzifələrini düzgün icra etməmələrini soruşaraq X18in sinə nahiyəsinə 2-3 yumruq, sifət nahiyəsinə 2-3 şillə, X13un isə sinə nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan əlavə, Məhkum göstərilən vəzifə və hərbi rütbədə xidmət edərkən 2018-ci ilin dekabr ayının təxminən sonlarında saat 19 radələrində zastavanın naryadda olmayan şəxsi heyətini zastavanın əsgər yataqxanasının dəhlizində sıraya düzüb əsəbi şəkildə xidmətin düzgü n aparılmaması ilə bağlı sırada olan şəxslərə iradını bildirmiş, sıranın önündə bir qədər hərəkət etdikdən sonra həmin zastavada ezamiyyətdə olan hərbi hissənin çevik hərəkət taborunun «AQS-17» taqımının 3-cü heyətinin rəisi, kiçik çavuş Zərərçəkmiş şəxs «xidməti nə üçün düzgün təşkil etmirsən? Nə üçün xidmət yerini özbaşına tərk edirsən?» deyərək sağ əli ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə ardıcıl olaraq 2 yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs kürəyi dəhlizin divarına dəymişdir. Şam yeməyindən sonra kölgəlikdə Zərərçəkmiş şəxs əsgər yoldaşları ilə söhbət edən zaman «Bunun işi-gücü yoxdu. Gedib-gəlib mənə ilişir» deyərək Məhkum hərəkətlərindən gileylənmişdir. Habelə, Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən rəisi olduğu zastavanın 4-cü texniki qrupunun r abitəçisi, əsgər X10 valideyni tərəfindən 04 yanvar 2019-cu il tarixdə X10a verməsi üçün onun adına poçt vasitəsilə 30 (otuz) manat məbləğində pul köçürülmüşdür. Məhkum 07 yanvar 2019-cu il tarixlə poçtdan həmin məbləğdə pulu götürsə də, müxtəlif bəhanələr gətirərək X10a verməmişdir. Həmçinin, Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən rəisi olduğu zastavanın 1-ci qrupunun atıcısı, əsgər X5 valideyni tərəfindən 04 yanvar 2019-cu il tarixdə onun adına poçt vasitəsilə 20 (iyirmi) manat məbləğində pul köçürülmüşdür. Məhkum həmin məbləğdə pulu 07 yanvar 2019-cu il tarixlə poçtdan götürsə də, müxtəlif bəhanələr gətirərək X5yə verməmiş, yalnız cinayət işi başlanıldıqdan sonra cinayət əməllərinin ifşa olunacağından çəkindiyi üçün zastavada 20 manat məbləğində pulu X5yə verərək heç ye rdə özünün ona göndərilən pulu verməməsi barədə danışmamasını ondan tələb etmişdir. Məhkum göstərilən vəzifədə və hərbi rütbədə xidmət edərkən 2019-cu ilin yanvar ayının təxminən ortalarında saat 09 radələrində zastavanın 3-cü qrupunun pulemyotçusu, əsgər X28 paltarlarını soyunan zaman qadağan edildiyi halda onun əsgər şalvarının altından başqa nazik şalvar da geyinməsini görüb nə üçün belə geyindiyini ondan soruşmuş, sonuncu soyuq olduğu üçün belə geyindiyini bildirdikdə ünvanına nalayiq söyüşlər deyərək əlini qaldırıb onu vurmaq istəmiş, lakin X28un deyilən təhqiramiz sözlərdən hiddətlənərək onun üzərinə gəldiyini görüb onu vurmayaraq əsgər yataqxanasından getmişdir. 2019-cu ilin yanvar ayının təxminən ortalarında Zərərçəkmiş şəxs gecə saatlarında, saat 03-04 radələrində naryad olduğu üç ün yuxudan oyadılan zaman az intervallarla naryada təyin edilməsini əsas gətirərək onu naryada yazan şəxsin ünvanına nalayiq söyüşlər demiş, növbəti gün saat 17-18 radələrində Məhkum sıra düzülüşü zamanı adını demədən hansısa əsgərin onun ünvanına nalayiq söyüşlər dediyini eşitdiyini, özünün həmin əsgərin adını çəkməyə utandığını, həmin əsgərin bu hərəkəti etməklə utanmalı olduğunu demişdir. Bu hadisədən sonra Məhkum Zərərçəkmiş şəxs qarşı kin saxlamış, ona qarşı olan münasibəti dəyişmişdir. Zərərçəkmiş şəxs növbəti günlərdə əsgərlər arasında etdiyi söhbətlərdə özünün Məhkum ünvanına dediyi nalayiq söyüşləri Məhkum eşitməsini bildirərək, buna görə onun yanına gedib üzr istəməsi ilə bağlı məsləhətləşmiş, düşdüyü bu vəziyyətdən çıxış yolu tapa bilməyərək kəskin formada narahatlıq keçirmişdir. Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, rəisi olduğu sərhəd zastavasının 2-ci qrupunun pulemyotçusu, əsgər X16 zastavanın 12 və 13-cü sahəsində yerləşən körpünün təmirində işləyən fəhlələrin xahişi əsasında təmirdə olan güzgüləri körpünün bir tərəfindən o biri tərəfinə aparması barədə xəbər tutmuş və 2019-cu ilin yanvar ayının təxminən sonlarında saat 19 radələrində zastavanın əsgər yataqxanasının dəhlizində icazəsiz hərəkət etməsini irad tutub X16un ünvanına nalayiq söyüşlər deyərək sifət nahiyəsinə 3 şillə zərbəsi vurmuşdur. Daha sonra Məhkum zastavanın şəxsi heyətinə düzülüş komandası vermiş və zastavada olan bütün şəxsi heyət sıra meydanında düzülmüşdür. Həmin vaxt o, X16u sıranın qarşısına çıxardıb yenidən ünvanına nalayiq söyüşlər deyərək X16un qarın nahiyəsinə 1 t əpik, sifət nahiyəsinə isə 2-3 şillə zərbəsi vurmuşdur. 19 fevral 2019-cu il tarixdə kiçik çavuş Zərərçəkmiş şəxs valideyni tərəfindən 40 (qırx) manat məbləğində pul zastava rəisi, baş leytenant Məhkum adına X12 Cəmiyyətinin Qazax poçt filialına göndərilmişdir. Məhkum 20 fevral 2019-cu il tarixdə həmin pulu qəbul etsə də, Zərərçəkmiş şəxs cəmi 30 manat məbləğində pul vermiş, qalan 10 manat pulu çay və yuyucu toz almağa sərf etməsini və digər bəhanələri deyərək pulu Zərərçəkmiş şəxs verməkdən imtina etmişdir. Bundan sonra mərhum kiçik çavuş Zərərçəkmiş şəxs 2-3 dəfə müxtəlif vaxtlarda Məhkum pulunun qalanını istəsə də, sonuncu həmin pulu Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək verməmişdir. 2019-cu ilin mart ayının təxminən əvvəllərində Zərərçəkmiş şəxs, X10, X5 və Məhkum bu hərəkətini qınadığı üçün onlara qoşulan X40un poçtla gələn müxtəlif məbləğlərdə pulu tam həcmdə onlara ödəmədiyi barədə zastavanın hərbi qulluqçusu, gizir X6 bildirərək valideynlərinin göndərəcəkləri pulları onun maaş kartına köçürmələrinə icazə vermələrini X4dan xahiş etmişlər. Daha sonra X4 bu barədə Məhkum məlumat vermiş, Məhkum isə şəxsi heyəti sıra meydanına sıraya düzüb ondan şikayət etmiş hərbi qulluqçuların, yəni Zərərçəkmiş şəxs, X10, X5 və X28un ünvanına nalayiq söyüşlər demişdir. 2019-cu ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs və X19 saat 17:30-dan 22:30-dək olan müddət ərzində zastavanın 5-ci sahəsindən başlayaraq 20-ci sahəyədək ərazini yoxlamaq məqsədi ilə gözətçi dəstənin tərkibinə xidmətə təyin olunmuşlar. Onlar saat 19:05-də 14-cü sahədə olarkən, zastava rəisi, baş leytenan t Məhkum daxili rabitə vasitəsi ilə Zərərçəkmiş şəxsla əlaqə yaradaraq harada olmalarını soruşmuş, Zərərçəkmiş şəxs şənbə günü, park təsərrüfat saatı olması ilə əlaqədar işləyib yorulduqlarından asta hərəkət etdiklərini və 14-cü sahədə olduqlarını bildirmişdir. Bu zaman Məhkum çığıraraq fiziki cəhətdən mümkün olmadığını bildiyi halda 10 dəqiqədən sonra 20-ci sahəyə gedib oradan ona rabitə ilə məruzə etmələri barədə göstəriş vermişdir. Zərərçəkmiş şəxs etiraz edərək bunun mümkün olmadığını bildirdikdə Məhkum qaçaraq getmələrini tələb etmiş, onlar 20-ci sahəyə qaçaraq təxminən 20 dəqiqə sonra çatıb oradan rabitə ilə məruzə etmişlər. Bir neçə saat sonra Zərərçəkmiş şəxs və X19 zastavaya qayıtdıqda Zərərçəkmiş şəxs çəkindiyindən əvvəlcə Məhkum yanına getmək istəməmiş, zastava növbətçisi, kiçik çavuş X3 təkidindən sonra baş leytenant Məhkum xidməti otağına getməyə razılaşmışdır. Zastava növbətçisi, X26a gözətçi növbə olan Zərərçəkmiş şəxs gəlməsi barədə məruzə etdikdə isə baş leytenant Məhkum kinayəli formada əhvalını pozmaq istəmədiyini, onunla növbəti gün söhbət edəcəyini bildirmiş və həmin gündən etibarən onun Zərərçəkmiş şəxs qarşı qərəzli münasibətləri daha da dərinləşmiş, heç bir xidməti zərurət olmadan əsgərlər arasında “alçaldılma” kimi hesab edilən formada, yəni onu kiçik çavuş olduğu halda əsgər hərbi rütbəsində olan şəxslərlə kiçik sərhəd naryadı təyin etməklə cəzalandıraraq 06 mart 2019-cu il tarixdə saat 18:30-dan 23:30-dək əsgər X14 baş sərhəd, kiçik çavuş Zərərçəkmiş şəxs isə kiçik sərhəd naryadı, 07 mart 2019-cu il tarixdə saat 06:00-dan 10:00-dək kiçik çavuş X7 baş sərhəd, kiçik çavuş Zərərçəkmiş şəxs isə kiçik sərhəd naryadı, eləcə də əsgərlər X15 və X31 ilə həmin qaydada naryada təyin etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən 2019-cu ilin mart ayının əvvəllərində nahar yeməyinə düzülmüş şəxsi heyətin qarşısına çıxdıqda, zastavanın inzibati binasının giriş qapısının qarşısında olan dəmir borudan sol əli ilə tutub dayanmış kiçik çavuş Zərərçəkmiş şəxs ona şəxsi heyətin yeməyə düzülməsi barədə məruzə etmiş, Məhkum geri çevrilib baxdıqda Zərərçəkmiş şəxs duruş vəziyyətinin düzgün olmadığını görüb onun ünvanına uca səslə nalayiq söyüş deyərək üzərinə getmiş və sinə nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vurmuşdur. Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən 2019-cu ilin mart ayının əvvəllərində saat 1 7 radələrində zastavanın əsgər yataqxanasının dəhlizində Zərərçəkmiş şəxs 15-16-cı sahələrdə naryadın pis vəziyyətdə olması barədə məlumat aldığı təqdirdə hansı hərəkəti etməsini nalayiq formada ifadələr işlədərək soruşmuş, Zərərçəkmiş şəxs ona «bu naryadın öz zəifliyidir, özü bilər» demişdir. Zərərçəkmiş şəxs bu sözünə əsəbləşən Məhkum hər iki yumruğunu birləşdirərək eyni anda hər əli ilə bir dəfə Zərərçəkmiş şəxs sinə nahiyəsinə yumruq zərbəsi vurmuş, habelə onu bu cavabına görə cəzalandırmaq, əsgərlər arasında onun səhvi ucbatından «həyəcan» komandası verildiyi üçün onu nüfuzdan salaraq «başı aşağı» olmasını təmin etmək məqsədilə yüksək səslə «həyəcan» komandası verməsini əmr edib, zastavanın naryadda olmayan şəxsi heyətini sıra meydanında düzmüşdür. Bir qədər sonra Zərərçəkmiş şəxs məy us halda əsgərlərə özünün verdiyi cavaba görə Məhkum hamıya «həyəcan» komandası verdiyini bildirmişdir. Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən 2019-cu ilin mart ayının təxminən əvvəllərində günorta saatlarında hərbi hissə komandiri 15-ci sərhəd zastavasına gələn zaman zastavanın silah-sursatların verilməsi kitabını nəzarətsiz qaydada silah otağının qarşısında olan stolun üzərində olmasını irad tutmuşdur. Hərbi hissə komandiri zastavadan getdikdən sonra həmin gün zastava növbətçisi olan zastavanın 1-ci qrup komandirinin müavini, kiçik çavuş X oğlunu silah otağının qarşısına çağırmış, silahsursatın verilməsi kitabının nəzarətsiz qalmasını ona irad tutaraq kitabla onun sifət nahiyəsinə zərbə vurmaq istəmiş, lakin X əlini qaldırdığından kitabın sifətinə dəyməsinin qarşısını almışdır. Daha sonra Məhkum həmin kitabla Xun sifət nahiyəsinə bir zərbə vurmuşdur. Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən 05 mart 2019-cu il tarixdə səhər saatlarında X13u rabitə otağına çağırıb, bir gün əvvəl, yəni 04 mart 2019-cu il tarixdə N nömrəli hərbi hissədən gizir X4 qərargaha çağırılması barədə 15-ci sərhəd zastavasına daxil olmuş telefonoqramı nə üçün vaxtında ona məruzə etmədiyini soruşmuşdur. X13 bu barədə X4un özünə məlumat verdiyini bildirdikdə Məhkum onun ünvanına nalayiq söyüşlər deyərək qarşısında olan “taburetka”ya təpiklə zərbə vurmuş və “taburetka” onun sol ayağının diz nahiyəsinə dəymişdir. Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən 06 mart 2019-cu il tarixdə saat 12 radələrində sərhəd zastavasının 2-ci qrupunun baş atıcısı, əsgər X19 əsgər yeməkxan asında əsgər X17 ilə yüksək səslə danışmasını eşidib yeməkxanaya daxil olmuşdur. Daha sonra Məhkum X19a yüksək səslə danışmasını irad tutub ünvanına nalayiq söyüş deyərək baş nahiyəsinə iki şillə zərbəsi vurmuşdur. Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən 07 mart 2019-cu il tarixdə səhər saatlarında X16a zastavanın əsgər yataqxanasında olan sobanın ətrafını təmizləməyi tapşırmış, X16 odun parçalarını götürsə də, içərisində soba yanacağı olan butulka orada qalmışdır. Həmin gün saat 19 radələrində sərhəd zastavasının sıra meydanında şəxsi heyətin düzülüşü zamanı Məhkum verdiyi tapşırığı tam icra etməməsini irad tutub X16un ünvanına nalayiq söyüşlər deyərək onu təhqir etmişdir. 2019-cu ilin mart ayının əvvəllərində məzuniyyət növbəsi olan Zərərçəkmiş şəxs Məhkum yaxınlaşaraq məzu niyyətə gedəcəyi üçün hərbi formasını paltaryuyan maşında yumasından ötrü icazə verməsini xahiş etmiş, lakin Məhkum ona qarşı qərəzli münasibət nümayiş etdirərək icazə verməmişdir. Əksinə Zərərçəkmiş şəxs hərbi formasını əli ilə yumasını tələb etmiş, məzuniyyətə gedərkən hərbi forması təmiz olmadığı halda, onu işçi forması ilə məzuniyyətə göndərəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs Məhkum xidməti otağından çıxdığı zaman son dərəcə əsəbi, gərgin olmuş, hiddətli vəziyyətdə özü-özünə onun hərəkətlərindən gileylənmişdir. Zərərçəkmiş şəxs hələ 2019-cu ilin mart ayının ilk günlərindən həmin ay məzuniyyət növbəsi olduğundan məzuniyyətdə olacağı günlərlə bağlı planlar qurmağa başlamış, əsgər yoldaşları ilə söhbət əsnasında yalnız məzuniyyətə gedəcəyi, «ad günü»nü Bərdə rayonunda, ailəsi ilə bir likdə keçirəcəyi ilə bağlı danışmışdır. Hətta bir neçə gün əvvəldən kitelinin boyun ağını dəyişdirmiş, çəkməsini təmizləyib saxlayaraq sonrakı günlər geyinməmiş, xidmətə əsgər yoldaşlarının çəkməsini geyinməklə çıxmışdır. 04 mart 2019cu il tarixdə 15-ci sərhəd zastavasına əsgər X13un 05 mart 2019-cu il tarixdə, o və Xin isə 07 mart 2019-cu il tarixdə məzuniyyətə getmələri üçün hərbi hissənin Şəmkir rayonunda yerləşən qərargahına düşürülmələrinin təmin olunması barədə əmr formasında telefonoqram daxil olduqdan sonra tamamilə məzuniyyətə “köklənmiş”, arzusu tezliklə məzuniyyətə getmək olmuş, yalnız məzuniyyət haqqında danışmış, “8 mart” bayramını anası ilə keçirəcəyini, 10 mart 2019-cu il tarixdə özünə «ad günü» məclisi təşkil edəcəyini, anasına yeməklər bişirməsini, meyvələr almasını tapşır dığını bildirmişdir. Həmin telefonoqram əsasında 05 mart 2019-cu il tarixdə əsgər X13 məzuniyyətə getməsi üçün hərbi hissənin dayaq məntəqəsinə düşürüldükdə, özünün məzuniyyətə göndərilməməsinə görə təəcüblənmiş və narahat olmuşdur. Məhkum 06 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs məzuniyyətə gələn zamanı istifadə etməsi məqsədilə valideyni tərəfindən onun adına poçtla göndərilən 30 (otuz) manat məbləğində pulu qəsdən götürməmişdir. Özünə və digər əsgərlərə qarşı əvvəllər dəfələrlə belə hərəkətlərə yol verdiyi üçün Zərərçəkmiş şəxs Məhkum pulu götürüb ona verməməsini düşünərək həmin ərəfədə əsgərlər X40, X41, X42 və digərlərlərinə bununla bağlı şikayətlənmişdir. Sonrakı günlərdə, yəni 06-07 mart 2018-ci il tarixlərdə də 15-ci sərhəd zastavasından N saylı hərbi hissənin qərargahına hərbi avtomobillər gəlsə də, baş leytenant Məhkum hərbi hissə komandanlığının göstərişinə məhəl qoymamış, Zərərçəkmiş şəxs və X42in hərbi hissənin qərargahına düşürülməsini təmin etməmişdir. Əksinə qərəzli münasibətini davam etdirib zastavada əsgər çatışmamazlığı olmasını bəhanə edərək sonuncu gün, yəni 07 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs saat 17:00-da silahlı xidmətə təyin etmişdir. Bu da Zərərçəkmiş şəxs kəskin narazılığına səbəb olmuş, əhvalı son dərəcə pisləşmiş, xidmətə çıxarkən «bu niyə bele edir, mən indi yolun çox hissəsini getmiş olmalı idim, anam mənim sözümlə hazırlıq görüb, çimib hazırlaşmışam, məni xidmətə göndərir, bezmişəm…..» kimi sözlər demişdir. Xidmət aparacağı “13-cü sahə” deyilən əraziyə gedərkən özünə qapanıb yolda onunla birlikdə xidmətə çıxan X19la ümumiyyətlə s öhbət etməmiş, xidmət aparacağı əraziyə çatdıqdan sonra və xidmət müddətində isə yalnız məzuniyyətə buraxılmamasına görə zastava rəisi Məhkum günahlandırmışdır. Onu qəsdən məzuniyyətə buraxmadığını, ona görə əsgər yoldaşı X42i də məzuniyyətə göndərmədiyini, heç paltarını yumasına da icazə vermədiyini bildirmişdir. Tez-tez «bu saatda məzuniyyətdə olmalı idim, anam yemək hazırlayıb, qarşıdan “8 mart” gunu, istirahət günləri gəldiyinə görə məzuniyyətə gedə bilməyəcəm, ad günümdə mütləq evimizdə olacağam, mənim məzuniyyətdə həll etməli problemlərim, işlərim var, bu gün anamla danışıb gələcəyimi demişəm, qardaşım tələbə olub onu görməmişəm hələ, bezmişəm, belə şeylərə görə adam özünü öldürmək istəyir» kimi sözlər demişdir. Məhkum tərəfindən edilən davamlı və mütəmadi qanunsuz, qərəzli, alçaldıc ı hərəkətlər, yəni yuxarıda qeyd edilən tarixlərdə onu təhqir etməsi, döyməsi, ona göndərilən pulu tam məbləğdə verməməsi, eləcə də məzuniyyətə getməsi üçün hərbi hissənin qərargahına göndərməməsi nəticəsində Zərərçəkmiş şəxs psixikasında, əhvalruhiyyəsində və hərəkətlərində kəskin dəyişikliklər baş vermiş, həyatda yaşamağa davam etməyin mənası qalmamış, dəyərsizləşmiş, bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Xidmət müddətində, saat 19:30-da Zərərçəkmiş şəxs X19a təbii ehtiyaclarını ödəmək üçün kənarlaşacağını bildirmiş, təxminən 5 dəqiqə sonra Qazax rayonunun İİ Şıxlı kəndinin ərazisində Gürcüstan Respublikası ilə sərhəd ərazidə olan «Qırmızı Körpü» sərhəd keçid məntəqəsinin yaxınlığında yerləşən «13-cü sahə» adlanan ərazidə tək qaldı ğına əmin olduqdan sonra, özünü öldürmək niyyəti ilə, xidməti istifadəsi üçün ona verilmiş «AKS-74» markalı, «2126085» seriya nömrəli avtomat silahının darağında olan təlim gülləsini və silahın səsboğucu mexanizmini çıxarıb buşlatının cibinə qoymuşdur. Daha sonra buşlat və kitelinin yaxasını açaraq silahın qoruyucusunu tək atəş rejiminə qoyub süngü qolunu çəkərək silahı döyüşə hazır vəziyyətə gətirib silahın lüləsini sinə nahiyəsinin sol tərəfinə, isti alt köynəyinin üzərindən dirəyib tətiyi çəkmiş, silahdan atəş açmışdır. Silahdan atılan bir güllənin onun sinə nahiyəsini deşərək kürək nahiyəsindən çıxması nəticəsində həyat üçün təhlükəli hesab edilən, sağlamlığa ağır zərərvurmaya aid olan «kəskin daxili və xarici qanitirmə, sol ağ ciyərin aşağı payının, yumşaq toxumaların zədələnmələri, s ol Vİİ qabırğanın açıq, qəlpəli, defektli sınığı, sol tərəfli açıq hemopnevmotoraksla müşayət olunan döş boşluğunu dəlib-keçən bir ədəd yara» xəsarətlərini alaraq hadisə yerində ölmüşdür. Beləliklə də, təqsirləndirilən Məhkum hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan şəxsləri təhqir etmiş və döymüş, rəis kimi müntəzəm olaraq, tamahkarlıq məqsədi ilə və sair marağa görə hakimiyyətdən sui-istifadə etmiş və hakimiyyət həddini aşmış, habelə, onun rəis kimi müntəzəm olaraq, tamahkarlıq məqsədi ilə və digər şəxsi marağa görə hakimiyyətdən suiistifadə etməsi və hakimiyyət həddini aşması ağır nəticələrə səbəb olmuşdur. Gəncə Hərbi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmündən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) apelyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Şahməmmədov İlqar Şahməddin oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi Bayramova Şəlalə Yusif qızı tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Şahməmmədov İlqar Şahməddin oğlu kassasiya şikayəti verərək göstərmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını t am, hərtərəfli və obyektiv araşdırmamaqla hüquqi qiymət vermədən qanunsuz və əsasız olaraq belə bir nəticəyə gəlmişdir. Belə ki, göstərilən hadisədə hüquqlarını müdafiə etdiyi şəxsin nəinki dolayı, heç birbaşa da əlaqəsi yoxdur, ona münasibətdə təqsirləndirilən şəx kimi tətbiq edilmiş AR CM 331.2, 331.3, 341.2.3-cü maddələri ümumiyyətlə ona tətbiq edilməməli idi. Azərbaycan Respublikası Cinayət qanunvericiliyinin tələbinə görə hər hansı bir hal üçün cinayət tərkibinin formal olması cinayətin olması demək deyildir. Əsgərin ölmünə qədər guya olan hadisələr, onu həbs edəndən sonra işə aydiyyəti olmayan şahidlər meydana gəlmiş və ona münasibətdə şahid qismində iştirak etmişlər. Onda belə sual çıxır ki, əgər cinayət hadisəsi baş vermişdirsə (guya ) görüb şahidlik etmiş şəxslərin cinayət gizlətm əsi kimi niyə onları da təqsirləndirməmişlər? Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.2.3-cü maddələrinə görə hesab edir ki, Məhkum günahı sübuta yetrilməmişdir. Belə ki, rəhmətə gedən əsgərə işgəncə verilməsinə, döyülmə izlərinin təsdiq edilməsinə dair hec bir ekspertiza rəyi bu cinayət işində mövcud deyildir. Nə təhqiqat, nə istintaq, nədə ki məhkəmə istansiyaları rəhmətə gedən əsgərin cəsədində döymə və işgəncə izlərinin olmasına dair heç bir ekspertiza təyin edilməmiş və sözügedən ekspertiza rəyi olmadan qərarlar və hökmlər verilmişdir. Buda onu sübut edir ki, döymə və işgəncə izi yoxdursa deməli hadisə mövcud deyildir. Buda Məhkum Azərbaycan Respublikası CM -nin 331.2 və 331.3-cü maddələrinə görə günahsızlığı deməkdir. Həmçinin hesab edir ki, Məhkum AR CM 341.2.3-cü maddəs i ilə də heç bir günahı yoxdur. Belə ki, istintaq AR CM 341.1 və 341.2.3-cü maddələri ilə Məhkum ittiham vermiş, Gəncə Hərbi Məhkəməsi və Gəncə Apelyasiya Məhkəməsi ittihamdan AR CM 341.1-ci maddəsini xaric etmişdir. Deməli AR CM 341.1-ci maddəsi ilə Məhkum günahkar deyilsə AR CM-nin 341.2.3-cü maddəsi ilə də günahkar ola bilməz. Bundan başqa yenədə vəfat edən əsgərin fiziki pisixoloji vəziyyətini tam, hərtərəfli izah edən ekspertiza rəyi olmadan bu maddənin tətbiqi qanunsuzdur. Həmçinin bildirmişdir ki, Məhkum sözügedən maddələr üzrə gunahlandırılmasında şahid ifadələrindən və özünün müdafiə hüququn pozulması ilə verdiyi ifdələrdən başqa heç bir mötəbər sübut yoxdur. Belə ki, bütün şahidlərin ifadələri zamana və məkana münasibətdə ziddiyətlidir və Məhkum təqsirli olmasına dair olan şübhəl ər də onun xeyrinə yox ziyanına həll edilmişdir. Məhkum müdafiə hüququnun pozulması ilə verdiyi ifadələr və izahatlarda zaman və məkana münasibətdə tam ziddiyyətlidir və buda Məhkum günahsızlığının sübutudur. Vəfat edən əsgərin özünü öldürməsində X8 təqsiri, aidiyyəti, günahı olsaydı, hesab edirəm ki, həmin əsgər hadisədən qabaq ölümünün səbəbini əl yazması ilə qeyd edərək üsdündə saxlayardı. Vəfat edən əsgərin vəfat edən zaman üzərində Məhkum hadisə ilə bağlı olmasına dair heç bir qeyd olmamışdır ki, bu da hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin bu işlə əlaqəsinin olmamasının baris sübutudur. Məhkəmə işə baxarkən sübutlara qiymət verməli olduğu halda ehtimallara qiymət vermişdir. Belə olan halda hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən hüquq normaları düzgün t ətbiq edilməmişdir. Odur ki, Gəncə Apelyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020- ci il tarixli qərarı qeyri - qanuni və əsassızdır. Oğlu Zərərçəkmiş şəxs 07 mart 2019- cu il tarixdə saat 19:45 radələrirıdə tək güllə ilə qətlə yetirilmişdir. Hadisə Qazax rayonu İkinci Şıxlı kəndi 15 saylı Sərhəd zastavasında xidmətdə olarkən, o cümlədən oğlum Şəhriyar rəsmi əmrlə məzuniyyətdə olmalı gün xidməti borcunu yerinə yetirərkən müəmmalı şəkildə öldürülmüşdür. Övladının özünü öldürməsi bildirilsədə o, görüb bildiyi bir cinayət hadisəsinin şahidi olduğu ü çün qəsdən həyatdan məhf edilmişdir. Hazırda cinayət hadisəsinin- oğlunun qətlə yetirilməsi ilə bağlı cinayətin isti izlərdə açılması ilə bağlı görülən tədbirlər onu qane etmir. Səbəb isə, oğlum məzuniyyətdə olmalı olduğu halda xidmətdə olduğu göstərilir. Qətl hadisəsinin isə üstü açılmır və hadisəni intihar kimi, qiymətləndirirlər. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020- ci il tarixli qərarında dəyişiklik etməklə Məhkum daha ağır cəza nəzərdə tutan maddə tətbiq edilməklə və daha ağır cəza ilə cəzalandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməməsi, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum müdafiəçisi-vəkil Şahməmmədov İlqar Şahməddin oğlunun, hər iki kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azə rbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətində göstərilən hadisədə hüquqlarını müdafiə etdiyi şəxsin nəinki dolayı, heç birbaşa da əlaqəsi yoxdur, ona münasibətdə təqsirləndirilən şəxs kimi tətbiq edilmiş AR CM 331.2, 331.3, 341.2.3-cü maddələri ümumiyyətlə ona tətbiq edilməməli idi. Məhkum günahı sübuta yetirilməmişdir. Rəhmətə gedən əsgərə işgəncə verilməsinə, döyülmə izlərinin təsdiq edilməsinə dair hec bir ekspertiza rəyi bu cinayət işində mövcud deyildir. Nə təhqiqat, nə istintaq, nədə ki məhkəmə istansiyaları rəhmətə gedən əsgərin cəsədində döymə və işgəncə izlərinin olmasına dair heç bir ekspertiza təyin edilməmiş və sözügedən ekspertiza rəyi olmadan qərarlar və hökmlər verilmişdir. Buda onu sübut edir ki, döymə və işgəncə izi yoxdursa deməli hadisə mövcud deyildir. Gəncə Hərbi Məhkəməsi və Gəncə Apelyasiya Məhkəməsi ittihamdan AR CM 341.1-ci maddəsini xaric etmişdir. Deməli AR CM 341.1-ci maddəsi ilə Məhkum günahkar deyilsə AR CM-nin 341.2.3-cü maddəsi ilə də günahkar ola bilməz. Bundan başqa yenədə vəfat edən əsgərin fiziki pisixoloji vəziyyətini tam, hərtərəfli izah edən ekspertiza rəyi olmadan bu maddənin tətbiqi qanunsuzdur. Vəfat edən əsgərin özünü öldürməsində Məhkum təqsiri, aidiyyəti, güna hı olsaydı, hesab edirəm ki, həmin əsgər hadisədən qabaq ölümünün səbəbini əl yazması ilə qeyd edərək üstündə saxlayardı. Vəfat edən əsgərin vəfat edən zaman üzərində Məhkum hadisə ilə bağlı olmasına dair heç bir qeyd olmamışdır ki, bu da hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin bu işlə əlaqəsinin olmamasının baris sübutudur. Ona görə kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilərək təmin edilməlidir. Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam təsdiq olunmuş, eləcə də göstərilən sübutlarla kassasiya şikayətinin subyektiv mülahizələrlə əsaslandırılan dəlilləri təkzib edilmişdir. Kassasiya şikayətində sübutları n toplanması tədqiqi və qiymətləndirilməsində hər hansı qanun pozuntusuna yol verilməsi göstərilməmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Gəncə Hərbi Məhkəməsi və Gəncə Apelyasiya Məhkəməsi ittihamdan AR CM 341.1-ci maddəsini xaric etmişdir. Deməli AR CM 341.1-ci maddəsi ilə Məhkum günahkar deyilsə AR CM-nin 341.2.3-cü maddəsi ilə də günahkar ola bilməz. Birinci instansiya məhkəməsinin hökmündə bu məsələ ilə əlaqədar göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi Cinayət Məcəlləsinin 341.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin ağır nəticələrə səbəb olduğu halda cinayət məsuliyyətini ehtiva edir. Həmçinin məhkəmə qeyd edir ki, əgər şəxsin əməlində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinin tərkibini yaradan bütün əlamətlər vardırsa, onun əməli eyni zamanda Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə tövsif edilməməlidir. Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda, eyni zamanda həmin əməllərin ağır nəticələrə səbəb olmasına dair törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə əhatə olunduğundan ona veriliş ittihamdan Cinayət Məcəlləsinin 341.1-ci maddəsi xaric edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hərbi məhk əmənin gəldiyi bu nəticə qanuni və əsaslıdır və ona görə də düzgün olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı bu hissədə dəyişdirilmədən saxlanmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.73 maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xita m verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 416.1.11-ci maddəsinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 331.2, 331.3-cü maddələri ilə m əhkum olunmasına xitam verilməli, həmin maddələrlə cəza təyin edilməsinə və cəzaların Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi ilə birləşdirilməsinə dair müddəalar məhkəmə qərarlarından xarıc edilməlidir. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılmaqla ağırlaşdırılmasına dair zərər çəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cəzanın təyin edilməsinin ümumi əsasları barədə Azərbaycan Respublikası CM-nin 58-ci və cəzanın məqsədi barədə CM-nin 41.2-ci maddələrinin tələblərinə əməl etməklə Məhkum Azərbaycan Respublikası CM-nin 341.2.3-cü maddəsinin nisbətən yuxarı həddində ədalətli cəza təyin etdiyindən bu hissədə də kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin olunmamasını məqsədə müvafiq hesab edir. Ona görə də zərər çəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti də təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarının qismən ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.11ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalı, lak in qərar qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Şahməmmədov İlqar Şahməddin oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 331.2, 331.3-cü maddələri ilə məhkum olunmasına dair hissədə ləğv edilsin və bu hissədə cinayət təqibinə xitam verilsin. Həmin maddələrlə cəza təyin edilməsinə və cəzaların Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi ilə birləşdirilməsinə dair müddəalar məhkəmə qərarlarından xarıc edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 341.2.3-cü maddəsinə əsasən 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair qalan hissədə qərar dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar