Məhkəmə qərarları › İş №1-1(102)-9/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-9/2023

07.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-9/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X19, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X3N və məhkumun müdafiəçisi XNN iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust N0NN-ci il tarix li qərarından məhkumun müdafiəçisi XN7 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin (hakim Əli Süleymanov) N6 yanvar N0NN-ci il tarixli, 1(97)-06/N0NN nömrəli hökmü ilə xx xxxxxxx 1998-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 351.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, N (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının 3-cü manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən, hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli, 65 nömrəli əmri ilə adına müvəqqəti təhkim olunmuş xüsusi təyinatlı nəqliyyat vasitəsi hesab edilən “MAZ N1605” markalı, F-N0-QQ hərbi qeydiyyat nişanlı yük avtomobili ilə verilən göstəriş əsasında 06 noyabr N0N0-ci il tarixdə Xocavənd rayonunun Dolanlar kəndində müvəqqəti mövqeləşmiş hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün şəxsi heyətinin və həmin bölüyə aid döyüş sursatlarının Xocavənd rayonunun Arakül kənd inə daşınması üçün ayrılmış, bu məqsədlə həmin gün təxminən saat 1N radələrində qeyd olunan istiqamətdə yola düşmüş, təxminən saat 16:30 radələrində yolun Cəbrayıl rayonunun Nüsüs kəndi ərazisindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” kimi tələblərinə riayət etməklə yolun enişli və döngəli hissəsində diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmadan, qeyd olunan yol şəraitində avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə, yolda aşmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol vermədən hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin maddənin tələblərini kobud surətdə pozub idarəetməni itirmiş, yəni avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş və idarə etdiyi avtomobilin yoldan çıxaraq dərəyə doğru yuvarlanıb aşması nəticəsində ehtiyatsızlıqdan maşında olmuş həmin hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 1-ci tağımının 1-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər XN8 “Bədənin çoxsaylı sıyrıq və qançırları ilə müşayiət olunan hər iki hemisferdə subaraxnoidal qanama və İV mədəcikdə hemorragia. İ döş fəqərəsinin cismi və sağ yan köndələn çıxıntısı, Xİ döş fəqərəsinin sol köndələn çıxıntısı, İİİ, İV, V bel fəqərələri nin sol köndələn çıxıntılarının, sağda İİ qabırğanın başının, V, Vİ, Vİİİ, İX, X qabırğaların cisimlərinin, sol İ qabırğanın ön kənarının, sağ qasıq sümüyünün aşağı şaxəsinin, oma sümüyünün sol oynaq səthin sınıqları. İkitərəfli hemotoraks, hemomediastenium, sağ tərəfli pnevmotoraks. Simfizdə diastaz. Perisplenik, perihepatik hematoma, kiçik çanaq boşluğunda retroperitonal və çanaq boşluğunda ilgəklərarası maye (qan) toplanması” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə, həmin bölüyün 1-ci tağımının 1-ci manqasının qumbaraatanı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X18 “Üz skeleti və kəllə əsası sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan qapalı kəllə-beyin travması; sağ bazu, sol said və sağ baldır sümüklərin in sınıqları ilə müşayiət olunan belin sol yarısının və aşağı ətrafların sıyrılmış yaraları” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə, həmin bölüyün N-ci tağımının 3-cü manqasının tuşlayıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X33 “Üz skeleti və kəllə əsası sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan qapalı kəllə-beyin travması; sağ bazu və sağ baldır sümüklərinin qapalı yerdəyişən, sol said sümüklərinin açıq sınıqları ilə müşayiət olunan belin sol yarısının və aşağı ətrafların sıyrılmış yaraları” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə, həmin bölüyün N-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X 6 “Sağ frontal-temporal sümüyün çökmə sınığı, stenoid sümüyün sınığı (qəlpəli), frontal lobun əzilmiş, dəlinmiş yaralanması. Epidural, subdural hemoragiya qeyd edildiyi və aktiv paraksimal qanamanın qeyd edildiyi açıq kəlləbeyin travması. Scalpın əzilmiş, çapılmış yarası” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunarkən yolda ölməsinə, o cümlədən həmin bölüyünün 1-ci tağımının baş sürücüsü vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs8 sağlamlığına “Qarın və döş böşluğunun küt travması. Dalağın, retroperitoneal sahənin, sidik kisəsinin, nazik və yoğun bağırsağın çözünün zədələnməsi, sol Vİ, Vİİ, Vİİİ, İX qabırğa qövslərinin sınığı, sağ baldır sümüyünün diafizinin orta və dis tal 1/3-nin qapalı, bucaq altında yerini dəyişən, oma sümüyünün sol qanadının, qasıq sümüyünün sağ yuxarı şaxəsinin xətti, hər iki tərəfdə oturaq sümüyünün yerini dəyişən sınıqları” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 1-ci tağımının 3-cü manqasının komandiri vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X9 “X, Xİ qabırğaların fəqərə ucunda qəlpəli yerdəyişən sınıqları, sol tərəfli hemopnevmotoraks, sağ tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin küt travması” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün N-ci tağımının 1-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X14 “Sol baldırın orta 1/3-nin əzilmiş yarası və sol qamış sümüyünün açıq yer dəyişən sınığı, sol incik sümüyünün proksimal sınığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü tağımının N-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X1N “Açıq kəllə beyin travması, sol gicgah payının epidural hematoması, pnevmosefaliya, sol gicgah sümüyünün xətti sınığı, sol tərəfli kəskin koxlear nevrit, sol tərəfli neyrosensor ağır eşitmə, sol baldırın yarası” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü tağımının N-ci manqasının atıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X10 “Baş beyinin əzilməsi, ənsə sümüyünün qəlpəli basılmış sınığı, sağ tərəfli otolikvorreya ilə müşayiət olunan açıq kəllə beyin travması” diaqnozlu, dər əcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü tağımının 3-cü manqasının qumbaraatanı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs1 sağlamlığına “Döş qəfəsinin küt travması, sağdan İİ-V qabırğaların sınığı, sağ tərəfli pnevmohemotoraks, pnevmomediastenium, sağ bazunun və döş qəfəsinin arxa səthinin sıyrıqları” diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün N-ci tağımının N-ci manqasının qumbaraatanı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs7 sağlamlığına “Qapalı kəllə beyin travması, baş beyinin əzilməsindən sonrakı astenonevrotik vəziyyət, baş beyinin sol gicgah payının əzilməsi, sağ qasıq sümüyünün yuxarı şaxəsinin və oturaq sümüyünün çəp azyerdəyişmiş sınığı” diaqnoz lu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü taqım komandiri vəzifəsində xidmət etmiş leytenant Zərərçəkmiş şəxs3 sağlamlığına “Sol körpücük sümüyünün qapalı sınığı, sağ aşıq-baldır oynağının travması, hər iki baldırın sıyrılmış yarası və sol oturaq sümüyünün sınığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 1-ci tağımının 1-ci manqasının sanitar atıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs4 sağlamlığına “Sol dirsək sümüyünün qəlpəli yerdəyişən sınığı, alt çənə sümüyünün sol yarısının sınığı, sağ əlin İİ barmağının distal falanqasının çıxığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 1-ci tağımının N-ci manqasının komandiri vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs9 sağlamlığına “Çənənin sağ cism, sol mental nahiyyəsinin sınığı, sağ said sümüklərinin sınığı, təpə nahiyəsinin əzilmiş yarası, hər iki göz qapaqlarının hematoması, subkonyuktival qansızma” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 1-ci tağımının N-ci manqasının snayperçisi vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X4 “İ-İİİ bel fəqərələrinin sağ yan çıxıntısının sınığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 1-ci tağımının N-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X1 “İİİ boyun fəqərəsinin sol köndələn çıxıntısının yerdəyişməmiş sınığı, sağ əlin İ və İİ barmağı nın sınığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 1-ci tağımının 3-cü manqasının tuşlayıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxsN sağlamlığına “Bel nahiyyəsinin cırılmış-dağılmış yarası, İX döş fəqərəsi cisminin kompression yerinidəyişən fəsadlaşmamış sınığı, sağ qalça sümüyü cisminin qəlpəli yerini dəyişən sınığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 1-ci tağımının 3-cü manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X13 “Sol incik sümüyünün orta-aşağı 1/3-nin sınığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün N-ci tağımının 1-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X5 “Alın nahiyəsinin sol tərəfli çapılmış yarası, sağ ayağın dizaltı nahiyyəsinin səthi əzilmiş-didilmiş yarası və diz oynağının hemartrozu, sol saidin sıyrılmış yaraları” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün N-ci tağımının 1-ci manqasının atıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X7 “Sağ körpücük sümüyünün akromion ucunun qapalı, sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli sınıqları” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün N-ci tağımının N-ci manqasının snayperçisi vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər XN “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, sol almacıq sümüyünün və sol əng cibinin ön divarının yerdəyişməyən sınıqları, sol alın nahiyyəsinin əzilmiş-sıyrılmış yarası” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü tağımının 1-ci manqasının sanitar atıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs11 sağlamlığına “Sağ baldır sümüklərinin qapalı sınıqları” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət, həmin bölüyün 3-cü tağımının 3-cü manqasının tuşlayıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs10 sağlamlığına “Hər iki bazu oynağının posttravmatik pleksiti, üzündə, belində əzilmiş səthi yara, sol tərəfdə ön qoltuq xətt üzrə Vİ qabırğanın qapalı sınığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin b ölüyün 3-cü tağımının 3-cü manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs5 sağlamlığına “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, təpə, sağ gicgah və sol qulaqarxası nahiyələrinin cırılmış yaraları, sağ sirkə kasasının arxa divarının kənarı qopmuş sınığı” diaqnozlu, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü tağımının N-ci manqasının snayperi vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X3 “Baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, döş və bel nahiyəsinin zədəsi” diaqnozlu, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü taqımının N-ci manqasının baş atıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgə r X8 “Döş qəfəsinin və onurğanın əziyi” diaqnozlu, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü tağımının 1-ci manqasının atıcısı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmiş şəxs6 sağlamlığına “Baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması” diaqnozlu, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, həmin bölüyün 3-cü tağımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər X11 “Sağ çiyin qurşağının, döş qəfəsinin sağ yarısının və sol bazunun küt travması” diaqnozlu, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmin bölüyün 3-cü tağımının N-ci manqasının qumbaraatanı vəzifəsində xidmət etmiş sabiq hərbi vəzifəli əsgər Zərərçəkmi ş şəxs1N sağlamlığına “Yumşaq toxumaların əzilməsi” diaqnozlu, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almalarına və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə məxsus olmuş “MAZ N1605” markalı, F-N0-QQ hərbi qeydiyyat nişanlı yük avtomobilinə 39958,49 manat məbləğində ziyan vurulmasına səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Kamil Bəşirov və Məhəmməd Bağırov) 19 avqust N0NN-ci il tarixli, 1-1(106)-15/N0NN nömrəli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin N6 yanvar N0NN-ci il tarixli, 1(97)-06/N0NN nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust N0NN-ci il tarixli qərarı ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək hadisə günü ona təhkim edilmiş “MAZ N1605” markalı, F-N0QQ hərbi qeydiyyat nişanlı avtomobili ilk dəfə idarə etdiyini, avtomobili idarə etməzdən əvvəl sürücü kimi texniki baxışdan keçirməyə imkanının olmadığını, avtomobil ilə hərəkətə başladıqdan sonra təpəlik ərazidə manometrə baxaraq avtomobilin hava sistemində 4-5 atmosfer həcmində hava olduğ unu və bu halda avtomobilin qeyd edilən təpədən aşağı hərəkət etməsinin mümkün olmayacağını başa düşüb avtomobili saxlayaraq təxminən 10 dəqiqə ərzində hava sisteminə 8-9 atmosfer hava yığılması üçün cəhd etdiyini, lakin hava sistemində qeyd edilən 8-9 atmosfer havanın yığılmadığını görüb bu barədə yanında əyləşmiş leytenant Zərərçəkmiş şəxs3 məruzə etdiyini, onun göstərişi ilə hərəkəti davam etdirdiyini, yolun enişli hissəsində əyləc sisteminin işləməməsi səbəbindən avtomobilin sıldırımdan aşağı yuvarlandığını, avtomobilin dayanması üçün əl əyləcindən də istifadə etsə də avtomobili dayandıra bilmədiyini, hadisənin qarşısını almaq üçün texniki imkanının olmadığını bildirmişdir. Bu səbəbdən də Məhkum bəraət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelly asiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçisi Kənan Əbdurəhimovun kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Məhkum təqsiri müəyyən edilməmişdir. Məhkum özünü təqsirli bilməmiş, hadisə məhkumdan asılı olmayan səbəblərdən – idarə etdiyi avtomaşının əyləc sisteminin nasazlıqdan baş vermişdir. Məhkum hadisənin qarşısını almaq üçün texniki imkanının olmadığı üçün ona bəraət verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisə sinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasə n qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət iş üzrə toplanmış sübutlar - məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və digər sübutlar məhkəmə iclasında tədqiq edərək həmin sübutlar əsasında nəticəyə gəlmişlər ki, Məhkum elan edilmiş ittihamda təqsiri təsdiq edilmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-i n 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, komandanlığın göstərişi ilə 3-cü tabor 9-cu bölüyün şəxsi heyəti və silah-sursatını döyüş mövqeyinə aparmaq üçün 06 noyabr N0N0-ci il tarixdə saat 15 radələrində “Maz” markalı F N0 QQ hərbi qeydiyyat nömrəli avtomobillə yola düşmüşdür. Maşının sürücü kabinəsində leytenant Zərərçəkmiş şəxs3 oturmuşdur. Döyüş mövqeyinə dağlıq ərazi ilə təxmini N0-30 km yol qət etməli olmuş, həmin əraziyə dağların arası ilə çəkilmiş torpaq yolla hərəkət kolon tərkibində hərəkət eymişdir. O, “Maz” markalı avtomobil ilə təx minən 15-N0 km yol qət etmişdir. Hərəkətdə yolun sağ tərəfi qayalıq, sol tərəfi isə sıldırım ərazi olmuş, həmin vaxt maşında hər hansı nasazlıq olmamış, yol boyu avtomobilin alt hissəsini bərk predmetə vurmamış, əyləc sistemi işlək vəziyyətdə olmuşdur. Həmin tarixdə saat 16:30 radələrində o, Maz markalı avtomobil ilə hərəkətdə olanda təpəlik ərazilərlə gedən zaman 1-ci sürətlər qutusunda hərəkətdə olanda anidən avtomaşının əyləci tutmamış, o, yanında oturan leytenant Zərərçəkmiş şəxs3 əyləcin boşaldığını və tutmadığını bildirmişdir. Bundan sonra o, əl əyləcini çəkmiş, lakin o da tutmadığından və qarşıda yol sol istiqamətdə döndüyündən avtomobil sıldırım ərazidən aşağı düşmüşdür. Həmin zaman o, avtomobili saatda 10-15 km sürətlə hərəkət etmişdir. Yolun enişli hissəsində əyləc tutmadığından maşın sürətlənmiş və sıldırımdan aşağı yuvarlanmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisəyə qədər Məhkum idarə etdiyi MAZ markalı avtomaşının əyləc sistemində nasazlıq olmamış, Məhkum bu barədə ona heç nə deməmişdir. Cinayət işinə əlavə edilmiş Texniki vəziyyət aktından görünür ki, “Maz” markalı F N0 QQ avtomobilinin texniki baxış keçirilmiş, avtomobildə hər hansı bir nasazlıq müəyyən edilməmişdir. (c.N i.v.4-5). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 may N0N1-ci il tarixli 8/806 №-li rəyindən görünür ki, sürücü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisə nin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi yol-nəqliyyat hadisəsinin məhz avtomobilin əyləc sisteminin nasazlığı səbəbindən baş verməsi barədə məhkumun ifadəsi cinayət işi üzrə sübutlarla – zərərçəkmiş şəxsin ifadələri, avtomobilin Texniki vəziyyət aktı və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməsi barədə məhkəmədə verdiyi ifadəni işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına tam uyğun olmasını və h əmin halların digər sübutlarla da tam təsdiq olunduğunu qeyd etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməm iş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 351.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini ş übhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 4N.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (4N.1.1); əməldə cinayət tərkibi olmadıqda (4N.1.N); cinayət törədilməsində aidiyyəti olmadıqda (4N.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (4N.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 351.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyas ı məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.N və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malik dir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust N0NN-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 351.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 19 avqust N0NN-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar