Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-9/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və bəraət almış şəxsxxx müdafiəçisi Hüseynov Şaiq Yusif oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2023-cü il tarixli, 11(104)-17/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Alık işiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (hakimlər: İ.M.Quliyev (sədrlik edən), V M.Nəsirov və Ə.S.Əzizov) 11 mart 2020-ci tarixli 1(098)-07/2020 nömrəli hökmü ilə, 01 avqust 1999-cu il tarixdə xxx kəndində doğulmuş və orada qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2-ci tağımının 2-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 08 (səkkiz) il müddətə a zadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 23 fevral 2019-cu il tarixdən hesablanmışdır. Həmin məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs X8 təqsirləndirilən Məhkumla barışdığından, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar müəyyən olunaraq təqsirləndirilən Məhkum CM-in 131.2-ci maddəsi ilə elan edilmiş ittihamdan dövlət ittihamçısı imtina etdiyindən Məhkum CM-in 73.2-ci və CPM-in 39.1.11-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində CM-in 131.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövl ət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər S.B.Hüseynov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ç.B.Məmmədov) 1-1(104)-46/2020 nömrəli 12 avqust 2020-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən veriliş apellyasiya protesti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum və onun müdafi əçisi X9 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.C.Seyidov (sədrlik edən və məruzəçi) T.L.Kazımov və Ə.Ə.Novruzov) 1-1(102)-82/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-46/2020 nömrəli 12 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) 02 fevral 2022-ci il tarixli, 1-1(104)-17/2022 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmə miş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 330.5-ci maddəsinə tövsif edilərək ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər N.R.Mövsümov (sədrlik edən və məruzəçi) Ş.Y.Yusifov və İ.Ə.Rəcəbov) 25 oktyabr 2022-ci il tarixli, 1-1(102)62/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-17/2022 nömrəli 02 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və N.T.Əliyev) 22 may 2023-cü il tarixli 1-1(104)-17/2023 nömrəli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 11 mart 2020ci il tarixli, 1(098)- 07/2020 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə Azərbaycan Respublikası CPMin 42.1.1-ci ma ddəsinə əsasən bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmə əsasən, Məhkum Tərtər rayonunun Sarov kəndində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2-cü tağımının 2-ci manqasında atıcıqumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etməklə həmin hərbi hissənin Tərtər rayonunun Talış kəndinin ərazisində yerləşən, şərti adı "Düşərgə" olan bölüyün dayaq məntəqəsində xidmətdə olarkən, 21 fevral 2019-cu il tarixdə, saat 15:00 radələrində xidmət etdiyi bölüyün 3-cü tağımının komandiri vəzifəsində xidmət etməklə həmin bölüyün komandiri vəzifəsini icra edən leytenant X16 onu, gizir X4, əsgərlər X5, X10 və X3 Tərtər rayonunun Talış kəndinin ərazisində taborun müdafiə zolağında yerləşən şərti olaraq "Düşərgə" adlandırılan bölüyün dayaq məntəqəsi ilə şərti adı "Eldəniz" olan və istifadə olunmayan döyüş mövqeyini birləşdirən əlaqə səngərinin təmizlənməsi və həmin döyüş mövqeyinin ərazisini düşmənin ehtimal olunan kəşfiyyat-diversiya fəaliyyətinin qarşısının vaxtında alınması üçün yoxlamaq məqsədi ilə həmin əraziyə aparmışdır. Həmin ərazidə X14 əsgərlər Namiq Camalzadə və Ülvi Baxışova əlaqə səngərinin içərisini təmizləməyi tapşırmış, gizir Fərid Hacızadəni həmin əsgərlərin üzərində "böyük" təyin etmiş, əsgərlər Məhkum və Kənan Mürşüdovu isə təmizlik işləri aparmaq üçün özü ilə birlikdə şərti adı "Eldə niz" olan döyüş mövqeyinə aparmışdır. X14 şərti adı "Eldəniz" olan döyüş mövqeyinin mövqenin qazmasının ətrafını süpürməyi Məhkum və Kənan Mürşüdova tapşıraraq, Məhkum tikanı olan kol bitkisindən hazırlanmış süpürgəni vermişdir. X24 oranı tərk edib mövqenin ərazisini yoxlamağa getdikdən sonra əsgər X21 Abışovun əlində olan süpürgəni almış və əlini incidəcəyini bildirərək süpürgəni düşmən mövqeləri istiqamətdə səngərinin üstünə atmışdır. Əsgər Məhkum əsgər Kənan Mürşüdovla birlikdə şərti adı "Eldəniz" olan döyüş mövqeyinin qazmasının ətrafında təmizlik işi ilə məşğul olarkən X14 həmin mövqenin istifadə olunmayan səngərlərini və atəş sektorlarını yoxlamış və düşmənin ehtimal olunan istənilən fəaliyyətinin qarşısını almaq məqsədilə xidməti istifadəsində olan AKM markalı, TH 987 seriya nömrəli avtomat silahı patronla dolduraraq qoruyucusunu açmışdır. Az sonra X14 qazmanın yanına qayıtmış, əsgər Məhkum əlində süpürgə olmadığını görüb sonuncudan süpürgənin harada olmasını soruşmuş, Məhkum cavab verməmiş, X14 bundan əsəbləşmiş və Məhkum sol gicgah nahiyəsinə bir yumruq, sol çənə nahiyəsinə bir dirsək, sağrı nahiyəsini isə bir təpik zərbəsi vurub yerə yıxaraq onu döymüş, həmin vaxt Məhkum süpürgəni Kənan Mürşüdovun düşmən istiqamətində səngərin üzərinə atmasını demiş, Kənan Mürşüdov da bunu təsdiq etmişdir. X22, onun da Sadiq Quliyev tərəfindən döyüləcəyindən qorxaraq, şərti adı "Düşərgə" olan bölüyün dayaq məntəqəsi istiqamətdə səngəri təmizləyən əsgərlər Namiq Camalzadə və Ülvi Baxışovun yanına qaçmışdır. Bunu görən X14 Kənan Mürşüdovun ardınca getmiş, Məhkum da Sadiq Quliyevlə b irlikdə gedib səngərin enişində təmizlik işləri aparan əsgərlərin yanına çatmağa təxminən 17-18 metr məsafə qalmış səngərin yoxuşunda xidməti istifadəsində olan AKM markalı, TH 987 seriya nömrəli avtomat silahın qoruyucusunu bağlayaraq doldurulmuş vəziyyətdə müvəqqəti saxlaması üçün əsgər Məhkum verib Kənan Mürşüdovu cəzalandırmaq üçün təmizlik işləri aparan əsgərlərin yanına getmişdir. Sonra X25 Mürşüdovu yanına çağırıb süpürgəni düşmən mövqeləri istiqamətdə səngərin üzərinə atdığına görə onun təpə nahiyəsinə bir sillə, sağ ayağının topuq hissəsinə bir təpik zərbəsi vurub yerə yıxmış, daha sonra əsgər Kənan Mürşüdovun üzərinə çıxmış, onun ayaqlarının arasına salmış və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və sillə zərbələri vurmaqla Kənan Mürşüdovu döymüşdür. Bunu görən əsgər Mə hkum X13n onu döyəndən sonra əsgər Kənan Mürşüdovu döyməsini də görərək Sadiq Quliyevin bu qanunsuz hərəkətlərinin təsiri altında onun davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halını keçirərək X13 öldürməklə bu qanunsuz hərəkətlərə son qoymaq qərarına gəlmiş və bu zaman, X13n ona müvəqqəti saxlaması üçün verdiyi və sonuncunun özü tərəfindən əvvəlcədən patronla doldurulmasını bildiyi AKM markalı, TH 987 seriyalı avtomat silahın qoruyucusunu açaraq tək-tək atəş rejiminə gətirərək silahın lüləsini səngərin içərisində, özündən təxminən 15 metr məsafədə yarı əyilmiş vəziyyətdə dayanmış sol çiyni ona tərəf olan X14ə tərəf tuşlayıb ayaq və qarın nahiyyələrinə nişan alıb ümumi təhlükəli üsulla, yəni X13n kürək nahiyəsindən təxminən 1.5 metr aşağıda yerləşən səngərin döşəməsinə uzanmış vəziyyətdə olan əsgər Kənan Mürşüdovun, X14dən sol tərəfdə təxminən 4 metr məsafədə ayaq üstə üzü ona tərəf dayanmış əsgər Namiq Camalzadənin və X14dən sol tərəfdə 4.5 metr məsafədə üzü ona tərəf, əsgər Namiq Camalzadənin arxasında və nisbətən solunda dayanmış əsgər Ülvi Baxışovun olmasını görüb həmin şəxslərin də həyat və sağlamlıqları üçün real təhlükə törətdiyini, yəni atəş açacağı təqdirdə güllənin digər şəxslərə dəyə biləcəyini qabaqcadan görüb, göstərilən hərəkətinin nəticəsini dərk etməli olmasına baxmayaraq, buna laqeyd münasibət göstərməklə Sadiq Quliyevi qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədilə silahdan bir atəş açmışdır. Lakin Məhkum atəş açan vaxt əlləri əsdiyindən və qorxaraq gözlərini yumduğundan X13 öldürməyə yönəlmiş və qəsdən törətdiyi əməli ira dəsindən asılı olmayan səbəbdən başa çatmamış və atdığı güllə X14dən yayınaraq üzü ona tərəf atəş istiqamətində səngər divarlarına paralel istiqamətdə ayaq üstə dayanmış əsgər Namiq Camalzadənin sol sinə nahiyəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum ümumi təhlükəli üsulla Sadiq Quliyevi öldürməyə cəhd etməsi hadisənin olmaması barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələ ndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, apellyasiya məhkəməsi tərəfindən Məhkum CM-nin 29, 120.2.4-cü maddəsi ilə bəraət verilərkən Məhkum özünün müdafiə xarakterli ziddiyyətli ifadələrinə əsaslanmış, baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əs aslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2023-cü il tarixli hökmünün Məhkum CM-nin 29, 120.2.4-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq ya lnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddə alarını pozmaqla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə əsassız olaraq bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəti cələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzr ə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəb ərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məh kəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamışdır. Kassasiya protestinə münasibət bildirərkən, məhkəmə kollegiyası hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarını məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, məhkəmələr tərəfindən Məhkum əməllərinə (CM–nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə nəticə) obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı hərtərəfli və obyektiv araşdırılma aparılmamış, o cümlədən məhkəmələr Məhkum münasibətdə zəruri olan sübutların tədqiqindən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması (həqiqətin müəyyən edilməsi) üçün keyfiyyətli araşdırmanın aparılmasından imtina etməklə yanaşı, əməlin tövsifində səhvə yol vermişlər, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmişlər, adı çəkilən şəxsin barəsində müvafiq nəticəyə gələrkən yolverilməz sübutlara əsaslanmaqla CPM-nin 416.1.1- 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş poz untulara yol vermişlər. Adı çəkilən qərar faktiki olaraq Məhkum (CM-nin 29,120.2.4-cü maddəsinə münasibətdə) əməllərinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tuturdu. Ali Məhkəmənin müvafiq qərarlarında əks olunmuş mövqeyə görə, yeni apellyasiya baxışı zamanı Məhkum əməllərinin tövsifi ilə bağlı qanuni və ədalətli qərar qəbul edilməsi üçün cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onl arın mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli idi. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi yeni məhkəmə baxışında Ali Məhkəmənin müvafiq qərarlarında əks olunmuş mövqeyini nəzərə almaqla, iş üzrə obyektiv, ətraflı və keyfiyyətli araşdırma həyata keçirərək, Məhkum Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan qənaəti dövlət ittihamçısının kassasiya protestində iddia etdiyinin əksinə olaraq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyə n edilmişdir. Belə ki, "Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” 22 fevral 2019-cu il tarixli qərardan görünür ki, Məhkum barəsində CM-in 29, 126.1 və 131.2-ci maddələri ilə cinayət işi başlanmış, daha sonra 25 fevral 2019-cu il tarixdə Məhkum əməli CM-in 29, 126.1 və 131.2-ci maddəsindən CM-in 29, 126.2.4 və 131.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət təqibi orqanın Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə irəli sürdüyü yekun ittiham isə həlledici şəkildə Məhkum 29 may 2019-cu il tarixli ifadəsi ilə əsaslandırılmışdır. Həmin ifadəni verərkən Məhkum bildirmişdir ki, "....S.Quliyevin qarın nahiyəsini nişan alıb atəş açanda onun ölməsini istəyirdim, ona görə də S.Quliyevin ayaqlarını yox, qarın nahiyəsini nişan alıb at əş açdım ki, güllə S.Quliyevin qarnına dəysin və o, ölsün. Mən atəş açanda S.Quliyevi öldürmək üçün silahı onun qarnına tuşlayıb atəş açmışam, təəssüf ki, güllə S.Quliyevə yox, əsgər yoldaşım Namiq Camalzadəyə dəyib." Lakin qeyd olunan ifadəni verməmişdən öncə Məhkum məhkəməyədək icraat zamanı Sadiq Quliyevi öldürmək niyyətində olmaması ilə bağlı aşağıdakı ardıcıllıqla ifadələr versə də, ibtidai istintaq orqanı tərəfindən sonuncunun vermiş olduğu həmin ifadələrinin hansı səbəbdən qəbul edilməməsinə heç bir izah verilməmişdir. _ Məhkum 21 fevral 2019-cu il tarixli izahatında qeyd edir ki, "....X14 yerdə Kənan Mürşüdovu yumruqla vurmağa davam edirdi. Həmin vaxt həm mənə, həm də digər əsgərlərə etdiyi qanunsuz hərəkətlərinə görə X13 qarnından yaralayıb ona əzab vermək qərarına gəldim. Buna gö rə də silahın dolu olduğunu və tək-tək rejimdə olduğunu bildiyim üçün qoruyucusunu açdım və X13n qarın nahiyəsinə tuşladım.", 23 fevral 2019-cu il tarixli "şübhəli şəxsin dindirilməsi haqqında" protokoldan görünür ki, Məhkum göstərmişdir:" Dərədən yuxarı qalxdığımız hissədə Sadiq Quliyev silahı verdi mənə və cumdu Kənan Mürşüdovu yerə yıxıb döyəndə mən leytenanta atəş açdım. Atəş açanda gözümü yumdum. Əlim əsdi özümü itirdim. Güllə getdi dəydi Namiq Camalzadəyə." _ 25 fevral 2019-cu il tarixli "təqsirləndirilən şəxsin dindirilməsi haqqında" protokolda Məhkum qeyd etmişdir ki, "...X14 yerdə Kənan Mürşüdovu yumruqla vurmağa davam edirdi. Həmin vaxt həm mənə, həm də digər əsgərlərə etdiyi qanunsuz hərəkətlərinə görə X13 qarnından yaralayıb ona əzab vermək qərarına gəldim. Silahı sağ əlimlə əl dəstəyindən, sol əlimlə isə qaz porşeninin aşağı hissəsindən tutub X14ə tuşlayıb qarın nahiyəsini nişan aldıqdan sonra hadisəni görməkdən qorxduğum üçün gözlərimi yumub sağ əlin şəhadət barmağı ilə tətiyi çəkdim. Mən X13 qarın nahiyəsindən nişan almışdım və hesab edirdim ki, güllə ona dəyəcək. _ 27 may 2019-cu il tarixli "təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında" protokolda Məhkum qeyd etmişdir ki,"...cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğum üçün X13 qəsdən yaralamaq məqsədi ilə silahdan qəsdən atəş açdığımı gizlətdim və yalandan ehtiyatsızlıqdan silahdan atəş açdığımı bildirdim. Lakin istintaq zamanı bütün ifadələrimdə və hazırda həqiqəti danışıram və bunun nəzərə alınmasını xahiş edirəm. "Suala cavab olaraq bildirmişdir ki, "X13 öldürməyi arzu etməmişəm, onu ancaq y aralamaq istəmişəm" Məhkum apellyasiya məhkəməsində ifadə verərək göstərmişdir ki, Sadiq Quliyev səngərin enişində əsgər Kənan Mürşüdovu döymüşdür. Həmin vaxt o, X13n Kənan Mürşüdovun döyməsini dayandırmaq üçün onu yaralamaq istəmişdir. Sadiq Quliyevin ona saxlamaq üçün verdiyi AKM markalı avtomat silahın qoruyucusunu açıb silahı tək-tək atəş rejiminə gətirmiş və silahın lüləsini təxminən 17-18 metr məsafədən X13n aşağı tərəfinə ayaq hissəsinə və qarın nahiyəsi istiqamətində nişan alıb tuşlamış, sonra həyacandan əlləri əsmiş və qorxaraq gözlərini yumaraq, sağ əlinin şəhadət barmağı ilə tətiyi çəkmişdir. Elə atəş açan vaxt fikrindən dönərək, atəş anında avtomatı yuxarıya doğru çəkmişdir ki, Sadiq Quliyevə güllə dəyməsin. Həmin vaxt həyəcanlı vəziyyətdə əli əsdiyindən güllənin başqa əsgər yo ldaşına dəyməsinin gözləməmişdir. Atəşdən sonra gözlərini açmış, əsgər Namiq Camalzadənin vurulduğunu görmüşdür. İkinci dəfə atəş açmaq imkanı olsa da bunu etməmiş, ona görə ki, Sadiq Quliyevi öldürmək niyyəti olmamışdır. Apellyasiya məhkəməsi Məhkum ibtidai istintaq zamanı 29 may 2019-cu il tarixdə vermiş olduğu ifadəsinin işin faktiki halları ilə uzlaşmadığına, qeyd olunan ifadənin işin gerçək hallarını əks etdirmədiyinə əsaslanaraq Məhkum 29 may 2019-cu il tarixli ifadəsinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişdir. İbtida istintaq orqanı Məhkum 29 may 2019-cu il tarixli ifadəsinin mötəbər hesab edərkən həmin ifadənin digər sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin və digər sübutlarla təsdiq edildiyi qənaətinə gəlsə də, apellyasiya məhkəməsi tərəfindən araşdırmış sübutlardan, yəni adları çəkilən şəxslərin ifadələrində Məhkum Sadiq Quliyevə məhz öldürmək niyyəti ilə atəş açmasına dair heç müddəalara rast gəlinmədiyi müəyyən olunmuşdur. Ümumiyyətlə zərərçəkmiş şəxs Sadiq Quliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində Kənan Mürşüdovu döydüyündən Məhkum ona qarşı silah tuşlamasını belə görmədiyini, apellyasiya instansiya məhkəməsində verdiyi ifadəsində isə Məhkum 15 aya yaxın xidmət apardığından öldürmək niyyəti olsa idi asanlıqla onu öldürə biləcəyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin proses iştirakçılarının məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etməsi ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və Məhkum həm ibtidai araşdırma dövründə (çoxsaylı ifadələrini), həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və haqlı olaraq sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələrinin cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmişdir. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin nəzərdə tutduğu cinayət bu maddənin dispozisiyasında (baxılan işin kontekstində) ümumi təhlükəli üsulla adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bənd). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə isə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükə li olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində birbaşa və dolayı qəsdlə yanaşı, qəsdin digər növləri, o cümlədən əvvəlcədən düşünülmüş qəsd; qəflətən baş verən qəsd; affektlə bağlı olan qəsd; alternativ qəsd; qeyri-müəyyən qəsd; konkret qəsd və s. fərqləndirlir. Qeyri müəyyən qəsd dedikdə təqsirkar əməlinin doğura biləcəyi nəticələri ümumi formada görməsi, lakin konkret hansı nəticənin baş verəcəyini əvvəlcədən müəyyən edə bilməməsi kimi başa düşülür. Məhkum əməlinin CM-in 29, 120.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün bu əməl birbaşa qəsdlə törədilməlidir. Lakin Məhkum zərərçəkmiş şəxsin ölümünü arzu etməsi, bu arzunun r eallaşması üçün mümkün olan addımların atması, başqa sözlə desək Məhkum Sadiq Quliyevə atəş açması ilə bağlı əməlinin CM-in 29, 120.2.4-cü maddəsinin təsiri altına düşməsi toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq edilməmişdir. Apellyasiya məhkəməsi hadisənin Sadiq Quliyevin əsgər Kənan Mürşüdovun döyməsini dayandırmaq üçün təqsirləndirilən şəxs Məhkum tərəfindən bir dəfə atəş açmaqla törədilməsini, atəş açmamışdan qabaq onun silahı tək-tək atəş rejiminə gətirməsini, Məhkum 15 ay xidmət etməklə silahla davranış qaydalarını yaxşı bilməsini, həmin vaxt həyəcanlı vəziyyətdə əli əsdiyindən güllənin başqa əsgər yoldaşına dəyməsinin gözləməməsini, atəşdən sonra gözlərini açaraq əsgər Namiq Camalzadənin vurulduğunu görməsini nəzərə alaraq, sadalanmış xüsusatları Məhkum əməllərinin CM-in 2 9, 120.2.4-cü maddəsi ilə tövsif edilməsini istisna, onun qəsdinin məhz qeyri-müəyyən olmasını təsdiq edən hallar kimi dəyərləndirmişdir. Hazırkı işdə göründüyü kimi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs Sadiq Quliyev istiqamətində atəş açır, lakin bu atəşin zərərçəkmiş şəxsə hansı dərəcədə xəsarət yetirəcəyini görmür (verilmiş ittihamdan da görünür ki, silahı Sadiq Quliyevə tərəf tuşlayıb ayaq və qarın nahiyyələrinə nişan alıb) və bilmir. Məhkum zərərçəkmiş şəxsin ölümündən ibarət olan nəticəni arzu etməməsi və qəsdinin məhz qeyri-müəyyən olması eyni zamanda onun istintaqın və məhkəmə baxışının müxtəlif mərhələlərində qəsdinin növü ilə bağlı vermiş olduğu ifadələrinin müxtəlifliyi (verilmiş ifadələrdən onun atəş açmaqda niyyətinin nədə ifadə olunması müəyyən olunmur) ilə təsdiq ol unur. Digər tərəfdən Məhkum zərərçəkmiş şəxsin ölümündən ibarət nəticəni arzu etdiyi halda, göstərilən cinayətkar niyyəti istintaqın müəyyən etdiyi (15 metr məsafədə) və ya daha yaxın məsafədən zərərçəkmiş şəxsin baş nahiyəsindən (onun 15 ay xidmət etməklə silahla davranış qaydalarını yaxşı bilməsi nəzərə alınmaqla) nişan alaraq atəş açması ilə həyata keçirə bilərdi. Bununla yanaşı nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ölümünü arzu etməsi və bu arzusunu reallaşdırmaq üçün də heç bir əsaslı səbəb mövcud olmamış, ibtidai araşdırma orqanı tərəfindən cinayətkar qəsdin baş verməsi üçün hər hansı hərəkətverici kriminal motivin və ictimai təhlükəli məqsədin əldə edilməsi niyyətinin olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motivi ilə bağlı ist inad edilmiş hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız fərziyyələr üzərində qurulmuşdur. Göstərilən arqumentlərdən çıxış edərək apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum əməli baş vermiş faktiki nəticələrə görə, yəni təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin ölümü baş vermişdirsə, əməl qəsdən adam öldürmə kimi, təqsirkarın hərəkətləri zərərçəkən şəxsin bədəninə xəsarətlər yetirilməsinə səbəb olmuşdursa, onun əməli yetirilən xəsarətlərin dərəcəsinə müvafiq olaraq CM-nin müvafiq maddələri ilə tövsif edilməli idi ki, hazırki vəziyyətdə Məhkum hüquqa zidd əməlləri heç bir nəticə doğurmamışdır (xəsarətin dərəcəsi ilə bağlı nəticəsi olmamış). Yuxarıda sadalanmış hallardan çıxış etməklə apellyasiya məhkəməsinin Məhkum Sadiq Quliyevə qarşı cinayət əməlini başa çatdırmaqdan könüllü olaraq imtina etməsi haqqında qənaəti də, sübutlardan və bu məsələyə aid halların ətraflı araşdırılmasından irəli gəlmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 30.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun tö rətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. Cinayət hüququnda stimullaşdırıcı norma kimi müəyyən olunan cinayət törətməkdən könüllü imtina etmənin əsas təyinatı başlanmış, lakin başa çatdırılmamış cinayəti dayandırmağa nail olmaq, onun qarşısını almaqdan ibarətdir. Qanunverici həmin stimullaşdırıcı norma vasitəsilə şəxsi başlamış olduğu, lakin başa çatdırmadığı cinayətdən könüllü əl çəkməsinə nail olmaq məqsədi daşıyır ki, nəticə olaraq qeyd olunan güzəştli normadan çıxış etməklə cinayət məsuliyyətini istisna edir. Hüquqi mahiyyətinə görə cinayətdən könüllü imtina əslində cinayətkar niyyətlə (yekun məqsədlə) qanuni davranış arasında aralıq yer tutur. Cinayəti başa çatdırmaqdan imtina etmə iki əsas əlamətlə xarakterizə olunur: könüllü imtina və qəti (həmişəlik) imtina. Könüllü imtin a şəxsin şüurlu surətdə özünün iradəsi ilə başladığı cinayəti dayandırmasını nəzərdə tutur. Könüllü imtina o halda mövcud olur ki, kriminal niyyəti tam həyata keçirməyin mümkünlüyünə heç bir obyektiv maneənin olmadığı şəxs tərəfindən dərk edildiyi halda, o, kriminal hərəkətini dayandırır. Könüllü imtina elə şəraiti nəzərdə tutur ki, burada törədilməsi qət edilən cinayətin həyata keçirilməsi üçün yaranmış maneələri aradan qaldırmağa ehtiyac olmur, həm də belə maneələr mövcud olsa da, şəxs onları aradan qaldırmağı mümkün sayır. Yaranmış maneələri aradan qaldırmağın mümkün olmayacağına inanan şəxs başladığı cinayəti başa çatdırmadan dayandırırsa, belə hallar cinayətdən könüllü imtina kimi qiymətləndirilə bilməz. Cinayətin dayandırılması könüllü imtina kimi qiymətləndirilirsə, belə hərəkətləri n hansı motivlə edilməsinin əhəmiyyəti yoxdur. Könüllü imtina müxtəlif amillərin təsiri altında yarana bilər. Məsələn şəxs məsuliyyətə alınacağından və ya rüsvay olunacağından qorxaraq və ya zərərçəkmiş şəxsə rəhmi gəldiyindən cinayəti başa çatdırmaqdan imtina edə bilər. Könüllü imtinaya vadar edən amillərin hansı məzmuna malik olmasından asılı olmayaraq, bunların təsiri nəticəsində cinayəti dayandırmağa dair daxilən düşünülmüş qərar çıxarılmalıdır. Cinayətdən imtina etmənin digər zəruri əlaməti cinayətdən qəti imtina etmədir. Cinayətdən qəti olaraq imtina edən şəxs başlamış olduğu cinayəti davam etdirməkdən tamamilə və həmişəlik əl çəkir. Əgər şəxs kriminal fəaliyyəti müvəqqəti dayandıraraq və daha yaxşı hazırlaşmaq məqsədi ilə onu davam etdirməyi başqa vaxta təxirə salırsa, cinayətin edi lməsinin bu qaydada dayandırılması cinayətdən könüllü imtina kimi qiymətləndirə bilməz. Cinayətdən könüllü imtina etmə başa çatmayan cinayətlərdə-cinayətə hazırlıq və cinayət etməyə cəhd mərhələsində mümkündür. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, şəxsin cinayət etməyə cəhd etməsi ilə, onun cinayəti törətməkdən könüllü imtina etməsi fərqli hüquqi xüsusiyyətlərə malik olmaqla, fərqli nəticələri hasil edir. Belə ki, cinayət hüquqi nöqteyi-nəzərdən cinayətin törədilməsi şəxsin iradəsindən kənar səbəblərdən dayandırılırsa, belə dayandırılma cinayət məsuliyyətinə səbəb olmaqla başa çatmamış cinayət kimi, cinayəti başa çatdırmaq imkanı olan şəxsin öz iradəsi ilə cinayət fəaliyyətinin başa çatanadək dayandırması isə cinayətdən könüllü imtina kimi qiymətləndirilir. Şəxs cinayətdən könüllü imtina etdiyi halda ilkin olaraq cinayət törətməyə yönəlmiş qəsdi (niyyəti) həyata keçirmir, yəni şəxs cinayət törədərkən cinayət nəticəsinin baş verməsinin qarşısını almaq üçün tədbirlər görür, halbuki obyektiv olaraq onda məqsədinin reallaşdırılması üçün bir ehtimal daha qalır. Başa çatmamış cinayət isə şəxs özündən asılı olmayan şəraitə görə cinayəti başa çatdırmağın qeyri-mümkünlüyünü dərk edərək cinayət əməllərini törətməyi dayandırır. Beləliklə, şəxs cinayətdən könüllü imtina etdiyi halda subyektiv tərəfin (niyyətin, məqsədin) məcburi əlaməti - şəxsin iradəsinə uyğun olaraq həyata keçirilməyərək dayandırılır. Birinci və apellyasiya instansiya məhkəmələrində araşdırılmış sübutlardan görünür ki, Məhkum Sadiq Quliyevə atəş açdıqdan sonra patronlarla dolu silah bir müddət onun əlində olsa da, onun yenidən atəş açaraq zərərçəkmiş şəxsi öldürməsinin və ya ona xəsarət yetirməsinin qarşısını alan heç bir qüvvə və maneə olmamasına baxmayaraq Məhkum zərərçəkmiş şəxsin ölümünü arzulayan bir məqsəd və niyyəti olmadığından, təqsirləndirilən şəxs ikinci atəşi açmamış, cinayət törətməkdən, zərər çəkmiş şəxsə qarşı cinayəti başa çatdırmaqdan imtina etmişdir. Bu hal təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin ifadələrində göstərilən xüsusatlarla tamamilə təsdiq olunur. Belə ki, həmin ifadələrdən görünür ki, təqsirləndirilən şəxs Məhkum atəş açdıqdan və güllənin hədəfdən yayınaraq digər şəxsə dəydiyini gördükdən sonra silahın üzərində olan darağı çıxarıb, çaxmağı çəkib boşaltmaqla içərisində olan gülləni çıxarıb darağın üzərinə taxmış və silahın qoruyucusunu bağlayıb silah ı sağ əlində, darağı isə sol əlində tutaraq əsgər N.T.Camalzadəyə tərəf qaçmış, silah və daraq bir müddət onun əlində olmuş, yalnız sonradan silahı və darağı əsgər Kənan Mürşüdova vermiş, sonuncu avtomat silahı və darağı əsgər Məhkum əlindən alıb silahın boş olduğunu gördükdən sonra darağı cibinə qoymuşdur. Göründüyü kimi Məhkum Sadiq Quliyevə atəş açdıqdan və güllənin hədəfə dəymədiyini gördükdən sonra yenidən atəş açıb sonuncuya qarşı cinayət əməlini başa çatdırması üçün zaman etibarı ilə real imkana malik olsa da, ümumiyyətlə, bu əməlini başa çatdırması üçün heç bir maneə olmadığı halda, o, cinayət əməlini başa çatdırmasına yönələn hər hansı bir hərəkəti etməmiş, əksinə darağı çıxarıb, silahın içərisində olan gülləni çıxarıb darağın üzərinə taxmaqla və silahın qoruyucusunu bağlamaqla Sa diq Quliyevə qarşı cinayət əməlini başa çatdırmaqdan könüllü olaraq imtina etmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, həmçinin sonuncunun Sadiq Quliyevə qarşı cinayət əməlini başa çatdırmaqdan könüllü olaraq imtina etməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Odur ki, Məhkum yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı, əksinə apellyasiya məhkəməsində keçirilmiş məhkəmə istintaqının gedişində tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmu su ilə təsdiq olunduğu vəziyyətdə məhkəmənin Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Bununla yan aşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə verilmiş bəraətin əsası hökmdə düzgün müəyyən olunmamamışdır. Belə ki, apellyasiya məhkəməsi Fərid X11rşı cinayət əməlini başa çatdırmaqdan könüllü olaraq imtina etməsi haqqında nəticəyə gələrək, bəraəti Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin olmaması əsası ilə vermişdir. Halbuki cinayətdən könüllü olaraq imtina – şəxsin əməlində cinayət tərkibi xarakterizə edən əsas əlamətlərdən - subyektiv cəhətini mövcudluğunu istisna edir ki, bu da əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini labüd edir. Belə ki, şəxsin cinayətdən könüllü o laraq imtina etməsi onun sırf iradəsi ilə, yəni törətdiyi cinayətə psixi münasibətinin dəyişməsi (həmin anadək onun hərəkətlərində ictimai təhlükə, o cümlədən cinayətin obyektiv və subyektiv tərəfinin əlamətləri mövcud olur) əlaqədar olur ki, məhz bunun nəticəsi olaraq cinayət qanuni ilə qorunana obyektə qəsdin davam etdirilməsi dayandırılır. Yekun niyyətin dəyişməsi isə şəxsin cinayətin sonrakı inkişafının qarşısını almaq üçün tədbirlər görməsində, müvafiq aktiv və ya passiv davranışında ifadə olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Plenum qərarında həmçinin göstərilir ki, şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Məhkəmə kollegiyası cinayət-prosessual qanunun 419.1-ci maddəsindən çıxış etməklə kassasiya protestinin dəlillərindən asılı olmayaraq Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsilə ilə bəraətin verilməsi ilə bağlı cinayət prosessual qanununun normalarının apellyasiya məhkəməsi tərəfindən nə cür tətbiq edildiyini yoxlayıb belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi Məhkum bəraəti CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əməlində cinayət tərkibinin olmaması əsası verməli olduğu halda, yanlış olaraq CPM-nin 42.1.1-ci (cinayət hadisəsinin olmaması) maddəsi ilə vermişdir. Bununla belə məhkəmə kollegiyası kassasiya icraatının aşağı instansiya məhkəmələri tərəfindən yol verilmiş fundamental xarakterli pozuntuların aradan qaldırılması üçün nəzərdə tutulmuş icraat olmasından, işə yenidən apellyasiya icraatı qaydasında baxılmasının (prosessual qənaət prinsipi) Məhkum hazırkı hüquqi vəziyyətinə faktiki olaraq təsir etmədiyindən (verilmiş bəraətin əsasının dəyişdirilməsi yekun olaraq onun təqsirsiz olması barədə gəlinmiş nəticəni dəyi şmədiyindən) çıxış edərək hazırkı işə qeyd olunan hissədə yenidən baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və apellyasiya baxışının təkrarlanmasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir. Qeyd edilən prosessual-hüquqi normada təsbit edilmiş qaydanı nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə verilmiş bəraətin əsası apellyasiya instansiya məhkəməsi tə rəfindən səhv müəyyən edilsə də, məhkəmənin yekun nəticəsi düzgün olduğundan, Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsilə ilə bəraətin CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əməlində cinayət tərkibinin olmaması əsası ilə verilməsi nəzərə alınmaqla mübahisələndirilən hökm dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxsin müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2023-cü il tarixli, 1-1(104)-17/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılma lıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2023-cü il tarixli, 1-1(104)-17/2023 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-9/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-9/2024
02.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver