Məhkəmə qərarları › İş №1-1(102)-9/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-9/2025

15.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-9/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum1, onun müdafiəçisi Müdafiəçi1, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 fevral tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin 2023-cü il 22 sentyabr tarixli, 1-1(097)-96/2023 nömrəli hökmü ilə (Hakimlər Ə.Süleymanov (sədrlik edən və məruzəçi), F.Ağamirzəyev və Ə.Nəcəfovdan ibarət tərkibdə), xx xxxxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki a zyaşlı övladı olan, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Alar kəndində daimi qeydiyyatda olmaqla müvəqqəti olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 329.2.1, 329.2.2, 329.2.6-cı maddələri il 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 28 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, xx xxxxxxx 1987-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Xanlıqlar kəndində daimi qeydiyyatda olmaqla Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmətdə olmuş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm icraya yönəldiyi vaxtdan hesablanması, CM-in 70.5-ci maddəsinə əsasən onun üzərinə vəzifənin qoyulması barədə yekun qərar qəbul edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs X4 hüquqi varisi X9, təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi1 tərəfindən isə ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyevdən ibarət tərkibdə) 2024-cü il 21 fevral tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm həmin apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞ İN HALLARİ: Məhkəmənin hökmü ilə Məhkum1 Cinayət Məcəlləsinin 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə, Məhkum2 Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin hökmü ilə Məhkum1 təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin Laçın rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 1-ci tağımının 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində xidmətdə olduğu zaman, rəis olmaqla hərbi xidmət üzrə vəzifə lərin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başa, Məhkum1 həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, təkrarən öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində xidmətdə olduğu zaman, 03 mart 2022-ci il tarixdə, saat 12 radələrində şəxsi istifadəsi üçün siqaretinin bitdiyini aşkar edib, xidmət apar dığı döyüş mövqeyindən Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində, quru yolla 1650 metr, hava yolu ilə isə ***-**** metr məsafədə düşmənlə bilavasitə təmas xəttində, döyüş şəraitində yerləşən şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyi ilə rabitə əlaqəsi yaradaraq orada siqaretin olub-olmadığını soruşmuş, həmin döyüş mövqeyindən rabitə əlaqəsi vasitəsi ilə ona orada bir qutu siqaretin olması barədə məlumat verildikdən sonra əsgər Məhkum1, buna dair heç bir ciddi zərurət olmadığı halda rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünün şəxsi marağı ilə əlaqədar siqaretə olan tələbatını ödəmək məqsədi ilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara ç ıxan hərəkətlər edərək, həmin vaxt mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitində yuxarı komandanlıqdan hərəkət üçün heç bir icazə almadan, həmin döyüş mövqeyində tabeliyində xidmət edən komandiri olduğu manqanın tuşlayıcısı, əsgər X10 və qumbaraatanı, əsgər X3, onları tələb olunan müvafiq ərzaq payı, alət və vasitələrlə təmin etmədən, hərəkətin həyat və sağlamlıqları üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan, birlikdə şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyinə getmələri və orada olan bir qutu siqareti gətirib özünə vermələri barədə qanunsuz göstəriş vermişdir. Bundan sonra əsgərlər F.Məmmədov və F.Abdullayev mövqe başçısı Məhkum1 verdiyi qanunsuz göstərişə əsasən, həmin gün saat 13 radələrində xidmət etdikləri döyüş mövqeyindən bölüyün şərti olaraq «LS-1» adlandırılan döyüş mövqeyi istiqamətində hərəkət etməyə başlamış və saat 15 radələrində həmin mövqeyinə çataraq özlərini həmin mövqenin başçısı olan bölüyün 1-ci tağımının komandirinin müavini, gizir Məhkum2 təqdim edərək mövqe başçıları olan Məhkum1 onları siqaret qutusunu götürmək üçün göndərdiyi barədə məruzə etmişlər. Əsgərlər F.Məmmədov və F.Abdullayev bir qədər şərti olaraq «LS-1» adlandırılan döyüş mövqeyində istirahət etdikdən sonra həmin gün saat 17 radələrində Məhkum1 mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitini, həmin şəraitdə hərəkətin həyat və sağlamlıq üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan, hər iki əsgərə siqaret qutusunu götürüb dərhal xidmət etdikləri döyüş mövqeyinə qayıtmaları barədə göstəriş vermişdir. Eyni zamanda bölüyün şərti olaraq «LS-1» adlandırılan döyüş mövqeyinin başçısı olan gizir Məhkum2 R.Babayevin qanunsuz göstərişinin icrasının qarşısını almamaqla yanaşı, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, buna dair heç bir ciddi zərurət olmadığı halda, həmin vaxt davam edən qarlı, çovğunlu və şaxtalı, hərəkətin həyat və sağlamlıqları üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan və onları tələb olunan müvafiq ərzaq payı, alət və vasitələrlə təmin etmədən başçısı olduğu döyüş mövqeyindən xidmətdə olduqları döyüş mövqeyinə getmələri barədə qanunsuz icazə vermişdir. Bundan sonra, əsgərlər F.Məmmədov və F.Abdullayev mövqe başçısının bir qutu siqaretini götürüb birlikdə həmin gün saat 17 radələrində xidmət etdikləri döyüş mövqeyi istiqamətində hərəkət etməyə ba şlamış, lakin həmin mövqeyə çatmayaraq itkin düşmüş, bundan sonra həmin vaxtdan etibarən əsgərlər F.Məmmədovla F.Abdullayevin olduqları yerin müəyyən edilərək tapılmaları məqsədi ilə hərbi qulluqçular tərəfindən hər iki döyüş mövqeyinin arasındakı və ətrafındakı ərazilərdə, eləcə də həmin döyüş mövqeləri ilə Ermənistan Respublikasının Laçın rayonu ilə sərhəd ərazilərdəki erməni silahlı birləşmələrinin mövqeləri arasındakı ərazilərdə axtarış tədbirləri həyata keçirilsə də, həmin tədbirlər heç bir nəticə verməyərək əsgərlərin tapılması mümkün olmamışdır. Məhkum1 və Məhkum2 tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən ətraflı təsvir etmək zərurəti görmür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMLARİN, MÜDAFİƏÇİLƏRİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmişdir. Halbuki, Məhkum2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqında ifadələrində göstərmişdir ki, əsgərlər F.Məmmədov və F.Abdullayevin xidmətdə olduqları “LS-2” döyüş mövqeyinin düşmən mövqelərinə daha yaxın məsafədə yerləşməsi səbəbindən onların xidməti yerlərində olmadıqları vaxt düşmən tərəfindən hər hansı bir basqın təhlükəsi yarandığı halda müdafiə olunmağın çətin olacağını ehtimal etdiyindən, həmçinin həmin vaxt havanın sakit və aydın olduğunu nəzərə alıb tabor komandirinə, eləcə də yuxarı komandir heyətinə məruzə etmədən və onlardan icazə almadan əsgərlər F.Məmmədov və F.Abdullayevin başçısı olduğu mövqedən xidmət etdikləri “LS-2” döyüş mövqeyinə qayıtmalarına dair icazə vermişdir. Bundan başqa, o, ifadələrində “LS-1” döyüş mövqeyində xidmət etdiyi müddətdə hərəkətin qadağan olunmasını yalnız həmin mövqedə xidmət edən şəxsi heyətə münasibətdə icra etməli olduğunu bildiyini, buna görə də əsgərlər F.Məmmədov və F.Abdullayevin başçısı olduğu döyüş mövqeyinə gəlib geri qayıtmaları barədə “LS-2” döyüş mövqeyinin başçısı, əsgər Məhkum1 icazəsi olduğu halda, onları başçısı olduğu döyüş mövqeyində s axlaya bilmək kimi səlahiyyətinin olmadığını hesab etdiyini, həmin əsgərlərin başçısı olduğu döyüş mövqeyinə gəlmələri barədə Məhkum1 ondan icazə almadığını, Məhkum1 bu barədə tabor komandirindən icazə aldığını ona dediyinə görə onun sözünə inandığını və bu hissədə tabor komandiri ilə dəqiqləşdirmə aparmadığını bildirmişdir. Cinayət əməllərini səmimi etiraf etmə dedikdə, cinayət törətmiş şəxsin öz əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk etməsi, əməlindən səmimi şəkildə peşman olması, bunu cəzadan yaxa qurtarmaq məqsədi ilə deyil, səmimi niyyətlə etməsi başa düşülməlidir. Yalnız bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanğıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın islah olunmasını stimullaşdırır, həm də cəzan ın məqsədlərini təmin edir. Lakin Məhkum2 ifadələrindən tam əksini görmək mümkün olur. Belə ki, o həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqında işin faktiki hallarına tam uyğun olmayan qeyri-səmimi ifadələr verməklə baş vermiş hadisədə özünü kənara çəkib “günahsız” kimi göstərməyə, bütün məsuliyyəti Məhkum1 üstünə yıxmağa və bu yolla cəzadan boyun qaçırmağa çalışmışdır. Ona görə də dövlət ittihamçısı hesab edir ki, Məhkum2 özünü müdafiə xarakterli ifadələr verməsi onun törətmiş olduğu cinayət əməllərini səmimi etiraf etməsi kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə cəza təyin edərkən Məhkum2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini obyektiv qiymətləndirməməklə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsi yyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 12-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçular tutduqları vəzifəyə və rütbələrinə görə bir-biri ilə münasibətdə rəis və ya tabe olan deyillərsə, böyük və ya kiçik ola bilərlər. Böyüklük hərbi qulluqçuların hərbi rütbəsi ilə müəyyən edilir. Hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna, geyim formasına, həmçinin davranış və salamlaşma qaydalarına riayət etmələrini tələb etmək hüququna malikdirlər. Rütbəcə kiçiklər böyüklərin bu tələblərini sözsüz yerinə yetirməlidirlər. Nizamnamənin bu müddəasına əsasən, “ əsgər” hərbi rütbəsi daşıyan Məhkum1 hadisə baş verən zaman ondan rütbəcə böyük olan gizir Məhkum2 tabeliyində olmuşdur. Belə olan təqdirdə Nizamnamənin tələblərinə əsasən, yuxarı komandanlığın hava şəraiti ilə əlaqədar olaraq şəxsi heyətin mövqelər arasında hərəkət etməyə qadağa qoyulması ilə bağlı telefonoqramın mövcud olmasına baxmayaraq, Məhkum2 özündən rütbəcə kiçik olan əsgər Məhkum1 əsgərlər F.Məmmədov və F.Abdullayevi siqaret gətirmələri məqsədi ilə silah və lazımi vasitələrlə təchiz etmədən risk altına atmaqla onun başçısı olduğu mövqeyə göndərməsinə irad tutmaq, sonradan havanın kəskinləşməsinə baxmayaraq, Məhkum1 əsgərlərə mövqeyə geri qayıtmaları ilə bağlı verdiyi növbəti qanunsuz göstərişinin qarşısını almaq, bu barədə yuxarı komandanlığa məruzə edib icazə aldıqdan sonra əsgər ləri daha əlverişli hava şəraitində və yaxud silahlı mühafizənin müşayiəti ilə, habelə lazımi əşyalarla təchiz olunmuş şəkildə mövqeyə yola salmaq imkanına malik olduğu halda öz səlahiyyətləri çərçivəsində heç bir tədbir görməyərək öz növbəsində verilmiş qanunsuz əmrin davamı olaraq əsgərlər F.Məmmədov və F.Abdullayevə öz mövqelərinə geri qayıtmaq barədə göstəriş vermiş, məhz onun bu göstərişindən sonra həmin əsgərlər öz mövqelərinə geri qayıdarkən itkin düşmüşlər. Göründüyü kimi, Məhkum2 rütbəcə Məhkum1 böyük olsa da belə, nizamnamə çərçivəsində ona aid edilmiş səlahiyyətlərindən, özü üçün üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi marağa görə tabeliyindəki əsgərlərə komandirlər tərəfindən onlara verilmiş əmr və göstərişlərin icrasına özünün prinsipial mövqeyini göstərmək məqsədi ilə döy üş şəraitində öz qulluq səlahiyyətlərindən açıq aşkar kənara çıxar hərəkətlər edərək qəsdən istifadə etməmişdir. Məhkum2 törətdiyi cinayətin xarakterinə diqqət yetirdikdə bir daha təsdiq olunur ki, o, əsgərlər F.Məmmədov və F.Abdullayevə öz mövqelərinə geri qayıtmaq barədə qanunsuz göstərişi qəsdən vermiş və bu göstərişin icrasından irəli gələn təhlükəli nəticələrin meydana çıxacağını güman etmişdir. Törədilmiş cinayətin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, Məhkum2 bu cinayəti adi vəziyyətdə deyil, məhz döyüş şəraitində düşmənlə üzbəüz yerləşən döyüş mövqeyində törətmişdir. Bu hal cinayətin ictimai təhlükəlilik dərəcəsini daha da artırsa da, məhkəmə məlum olmayan səbəblərdən T.Həməşəyəyevə cəza təyin edərkən bu halı nəzərə almamışdır. O da nəzərə alınmalıdır ki, məhkəmə qərarda Mə hkum2 törətmiş olduğu cinayət əməlinə görə CM-in 70-ci maddəsinin tətbiq edilməsi səbəblərini əsaslandıra bilməməklə, onu demək olar ki, “bağışlamışdır”. Belə ki, qərarda onun cəza çəkmədən islah oluna bilməsini şərtləndirən amillər və ya bunların məcmusu öz əksini tapmamış, sadəcə cəzanı yüngülləşdirən hallar sadalanmaqla kifayətlənilmişdir. İslah olunma, özü-özlüyündə məhkumda qanuna hörmət hissinin yaranması, qanuna, insana, cəmiyyətə, əməyə və birgəyaşayış qaydalarına və ənənələrinə hörmət və ehtiramın formalaşmasıdır. Hazırki işə baxan məhkəmə isə, Məhkum2 törətdiyi ağır cinayət əməlinə görə real cəza çəkmədən sadalanan bu hüquqa uyğun davranışa yol verə biləcəyi ehtimalını hökmdə nəinki əsaslandıra bilməmiş, hətta buna əhəmiyyət belə verməmişdir. Bu əsaslandırma tamamilə səthi olmaql a, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etməyən bir mövqedir. Hazırkı vəziyyətdə Füzuli Hərbi Məhkəməsinin müvafiq hökmü ilə Məhkum2 ittiham olunduğu maddənin sanksiyası həddində real cəza verilməməsi sosial ədalətin bərpasına xələl gətirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 fevral tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd edtmişdir ki, həm birinci instansiya məhkəm əsi, həm də Şirvan Apellyasiya Məhkəməsi Məhkum1 təqsirsizliyi, onun əməlinin cinayət məsuliyyətinə deyil, intizam məzsuliyyətinə səbəb olması, zərərçəkmiş şəxslərin itkin düşməsi ilə Məhkum1 əməlləri arasında səbəb nəticə əlaqəsinin olmaması ilə bağlı gətirdiyimiz əsaslı dəlillərin heç birinə münasibət bildirmir. Məhkəmələr əgər hansısa bir şəxsi müdafiə dəlillərinə baxmayaraq, təqsirli hesab edirsə mütləq ki həmin dəlillərin əksini əsaslandırmalı, müdafiə tərəfinin dəlilləri və arqumentlərini iş materialları ilə təkzib edərək yekunda ittiham hökmü çıxarmalıdır. Halbuki, artıq 2 ildir ki, səbəb-nəticə əlaqəsi, təqsirsizlik prezumpsiyası, konstitusion normalar, obyektiv və ədalətli məhkəmə araşdırması hüququ deyib dayanmağımıza baxmayaraq, məhkəmələr onların səslərini eşitməzdən gəlir, yal nız istintaqın mövqeyini əsaslı hesab edir, ancaq müdaflə tərəfinin dəlillərinə isə bir cümlə ilə belə olsa münasibət bildirmir. Hazırkı cinayət işi üzrə Abdullayev Firdovsi və Məmmədov Fəridin itkin düşməsində 2 nəfər şəxs təqsirləndirilir. Məhkəmələrin bu mövqeyindən belə çıxır ki. Məhkum1 ilə Məhkum2 əvvəlcədən razılaşıb, sövdələşib əsgərləri bir postdan digər posta göndəriblər. Halbuki iş materialları ilə təqsirləndirilən şəxslər arasında əvvəlcədən hansısa bir razılaşmanın olmasından söhbət belə getmir, bu mümkünsüzdür. Onda necə olar ki, iki aktiv hərəkətə görə bir nəticə yarandığı halda, həmin nəticə ilə bu hər iki hərəkət arşında birbaşa səbəb-nəticə əlaqəsi olsun. Bu zaman baş vermiş ağır nəticə ilə ya Məhkum2, ya da Məhkum1 qanunsuz əməllərinin birbaşa nəticəsi vardır. Odur ki, b ir nəticəyə görə əlbirlik olmadan iki fərqli əməli törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi, hüququ abstrakt, mücərrədlikdir. Məhkum1 əməlində cinayət tərkibinin olub-olmaması, onun təqsirsizliyinə dair, əməlinin xarakteri və ictimai təhlükəliliyə dair dəlillərə gəldikdə isə ilk öncə qeyd etmişdir ki, baş vermiş hadisədə təqsirləndirilə biləcək, cinayət məsuliyyətinə cəlb ediləcək son şəxs Məhkum1dir. Çünki, birincisi o, hərbi hissədə ən kiçik rütbəli (müddətdən artıq hərbi qulluçu) hərbiçidir, ikincisi, əsgərlərin digər postda olması (tutaq ki ittiham düzdür və Babayev əsgərləri icazəsiz göndərib) barədə Məhkum1 bilavasitə komandiri, digər postun başçısı, tağım komandiri Məhkum2 və Babayevin birbaşa rəisi tabor komandiri Şahid10 məlumatı var idi. Məhkum1 sadaladığı hərbiçilərə göstəriş v ermək ixtiyarı və səlahiyyəti yoxdur, əksinə hər iki şəxs də Babayevə göstərişlər vermək səlahiyyətindədirlər. Üçüncüsü Babavevin nizamnamədən kənar hərəkəti (yenə də təkrar edir ki, düzgün olmasa da belə ittiham razılaşdığı təqdirdə) onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır, əsgərlərin itkin düşməsinin səbəbi deyildir. Əgər Məhkum1 əsgərləri özbaşına və lazımı tədbirləri görmədən digər posta göndərmiş olsaydı və əsgərlə digər posta təyinat nöqtəsinə çatmadan, üçüncü şəxslər (Məhkum2, Şahid10) tərəfindən onların itkin düşməsinin qarşısını almaq mümkün olmayacaq şəraitdə itkin düşsəydi, o zaman, o da məhkəmələrin ittiham mövqeyi ilə razılaşardı, onun təqsiri olmasını qəbul edərdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 140-cı və 144-cü bəndi hadisədə Məhkum1 günahsız olduğunu, məsuliyyətin digər təqsirləndirilən şəxsdə olmasını sübut etmək üçün kifayətdir. Müdafiəçi bildirmişdir ki, İstintaqın özünün topladığı sübutlar və araşdırdığı hallar əslində Babayevin təqsirli olmamasını, əsgərlərin itkin düşməsi ilə onun əməli arasında səbəbili nəticənin olmamasını təsdiq edir. Ola bilsin ki. Babayev öz hərəkətlərində qanun pozuntusuna yol verib, lakin istintaqın və məhkəmənin vəzifəsi odur ki, obyektiv şəkildə həmin qanun pozuntularının əsgərlərin itkin düşməsi ilə nəticələnməsinə qiymət versin, dəlillər irəli sürsün. Sadalananları ümumiləşdirərək hesab edir ki, Məhkum1 əməlində cinayət tərkibinin olmadığından və baş vermiş cinayət hadisəsi ilə Məhkum1 aidiyyatı olmadığından onun barəsində bəraət hökmü çıxarılmalı idi. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 fevral tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum1 Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 fevral tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə q ərar qəbul edilməsini, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin isə əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkum1 və müdafiəçisi Müdafiəçi1 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini, kassasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkum2 və müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin, kassasiya protestinin isə təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyün ü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanı n tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya prostestində Məhkum2 barəsində CM-in 70-ci maddəsinin tətbiqini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğ v edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 3 97.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmi yyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə məhkumların və müdafiəçilərin, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfi ndən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən və apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxs Məhkum2 elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək əməlini səmimi etiraf etməsini, onun ilk dəfə cinayət əməli törətməsinə görə təqsirli bilinməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istin taqı zamanı ona qarşı heç bir şikayət və tələbinin olmamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakteriza olunmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib yaralanaraq xəsarət almasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250 nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” və 2 dəfə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və zərərçəkmiş şəxs lərin hüquqi varisləri ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci mаddəsinə əsasən cəzası yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq təqsirləndirilən şəxs Məhkum2 cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkünlüyü qənaətinə gələrək, ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası razılaşır ki, CM-in 341.3-cü maddəsi ilə törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi və cinayət əməlinin törədilməsi ilə baş vermiş ictimai-təhlükəli nəticə olduqca ağırdır və məhz bu səbəbd ən də Məhkum1 real və sərt cəza təyin edilmişdir. Məhkəmə kollegiyası, eyni zamanda, hesab edir ki, hər bir məhkuma cəza təyin edilərkən cinayət törətmiş şəxslərin cinayət əməlinin törədilməsində iştirak səviyyəsi, ictimai təhlükəli nəticənin baş verməsindəki rolu nəzərə alınmalı və təyin edilmiş cəzanın təqsirə görə məsuliyyət prinsipinin tələblərinə uyğun müəyyən edilməsi və ədalətli cəza kimi qəbul edilməsi üçün cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə də ciddi şəkildə əməl edilməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki işin halları baxımından qeyd edilməlidir ki, Məhkum2 barəsində CM-in 70-ci maddəsi tətbiq edilərkən onun cəzanı yüngülləşdirən çoxsaylı halların olması əsas götürülmüş və məhkumun şəxsiyyəti, onun cinayət əməli törədənə kimi olan fəaliyyəti, təyin ediləcək c əzanın ona olan islah təsiri, məhkəmə iclaslarında davranışı nəzərə alınmaqla onun real cəza çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gəlinmişdir. İstər birinci instansiya məhkəməsinin hökmündə, isrərsə də apellyasiya protesti əsasında işə baxan apellyasya instansiyası məhkəməsinin qərarında Məhkum2 barəsində CM-in 70-ci maddəsinin tətbiqi ətraflı şəkildə əsaslandırılmışdır. Məhkəmə kollegiyası Məhkum2 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır və hesab edir ki, bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisinin apellyasiya şikayətlərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkum1 hərbi hissədə ən kiçik rütbəli hərbiçi olması, əsgərlərin digər postda olması barədə Məhkum1 bilavasitə komandiri, digər postun başçısı, tağım komandiri Məhkum2 və Məhkum1 birbaşa rəisi tabor komandiri Şahid10 məlumatı olması, Məhkum1 sadaladığı hərbiçilərə göstəriş vermək ixtiyarı və səlahiyyətinin olmaması, Babayevin nizamnamədən kənar bu hərəkəti intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas olması və onun əməlində cinayət tərkibinin olmaması, əsgərlərin itkin düşməsinin səbəbinin onunla heç bir əlaqəsinin olmaması, həmçinin Məhkum1 hərbi xidmət zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X2 qarşı hər hansı qansuz hərəkətinin olmaması barədə dəlilləri yuxarıda qeyd olunan və birinci instansiya məh kəməsində tədqiq olunmaqla araşdırılmış sübutlarla tam təkzib olunur. Bundan başqa, müdafiəçisinin apellyasiya şikayətinin və kassasiya şikayətinin dəlillərində Məhkum1 post başçısı təyin edilməsi ilə bağlı hər hansı bir əmr və ya sərəncamın mövcud olmamasını bildirsə də, iş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün şərti olaraq “LS-2” adlandırılan döyüş mövqeyinin başçısı 29 dekabr 2021-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək həmin bölüyün komandirinin şəxsi heyətlə iş üzrə müavini, leytenant X5, 24 fevral 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək isə həmin bölüyün 1-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum1 olmuşdur. Həmçinin, adları göstərilən hərbi qulluqçular “LS2”döyüş mövqeyində başçı olduqları müddətlərdə həmin mövqedə xidmət edən bütün hərbi qulluqçular üçün rəis olmuşlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Məhkum1 istinad edilən cinayət hadisələri həqiqətən baş vermişdir və həmin cinayət əməlləri məhz Məhkum1 tərəfindən törədilmişdir. Məhkum1 hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Kassasiya instansiyası məhkəməsi Məhkum1 təqsirliliyi ilə bağlı məhkəmələrin istinad etdiyi sübutların mənsubiyyətini, mümkünlüyünü və mötəbərliyini qəbul edir və hesab edir ki, məhkəmələr bu zaman cinayət işi üzrə toplanmış mötəbər sübutlara əsaslanmışlar və Məhkum1 ona istinad edilən maddələrlə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara mü nasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası Məhkum1 təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət əməlinin nəticəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, Məhkum1 təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutula n hüquqi və faktiki hallar mövcud deyil. Məhkum T.Həməsəyev və onun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmədiyindən və hazırkı mərhələdə onlar tərəfindən əməlin tövsifi və cəza məsələsi mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, onların qanunla müəyyən edilmiş müddət daxilində kassasiya hüququ saxlanılmaqla, həmin məsələlərə münasibət bildirilməməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum1 müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respu blikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Füzuli Hərbi Məhkəməsinin 2023-cü il 22 sentyabr tarixli, 1-1(097)-96/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum2 barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 21 fevral tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilm iş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar