Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-90/2018 17.10.2018 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-90/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ «17» oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Şəmşir oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: S.H.Hacıyev, R.Q.Abbasov və R.A.Əliyevdən ibarət tərkibdə) xx xx 1995-ci il tarixdə Lerik rayonu Mondigah kəndində anadan olmuş, Lənkəranşəhəri, Füzuliküçəsi, ev 15-də qeydiyyatdaolan,Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, DövlətSərhədXidmətinin 2024 nömrəlihərbihissəsininsabiqhərbiqulluqçusu, hazırda Penitensiar Xidm ətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Şəmşir oğlu AzərbaycanRespublikasıCinayət Məcəlləsinin126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 126.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının xx xx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apel lyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və E.Y.Şamayevdən ibarət tərkibdə) xx xx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etməyərək, Bakı Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının qismən dəyişdirilməsini və CM-in 126.1-ci maddəsinə münasibətdə barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə iclasında baxılanandək Məhkum cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəmə kollegiyasına daxil olmuş xx xx 2018-ci il tarixli 17/24-1962 saylı məktuba əlavə olunmuş ərizəsində o, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkə mə kollegiyası Məhkum ərizəsini müzakirə edib, onun təmin edilməsinə etiraz etmədiyini bildirən dövlət ittihamçısı R.X.Alverdiyevin çıxışını dinləyib, kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Şəmşir oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassa siya şikayəti geri qaytarılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1-1(102)-90/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-90/2018
17.10.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver