Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-90/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli, 1-1(10 4)-41/2021 nömrəli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 16 iyun 1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri Bağbanlar küçəsi 1-ci dalan ev 16-da yaşayan. 2. 17 avqust 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.2.2, 178.2.3, 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilmişdir. 3. 23 sentyabr 2020-ci il tarixdə Gəncə Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və m əhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin ideoloji və kütləvi tədbirlər bölməsinin sürücüsü vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçusu kimi xidmət edərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, Məhkum aralarında tanışlıq münasibətləri olan, ünvan 1 ünvanında yaşayan vətəndaş Xəlilov Xaliq Sabir oğlunun mobil telefonuna 22 fevral 2019-cu il tarixdə zəng edərək görüşmək arzusunda olduğunu bildirmiş, sonuncu da onun görüş təklifinə razılığını bildirdikdən sonra Gəncə şəhərində, 38 nömrəli hərbi şəhərcikd ə görüşmüşlər. Görüş zamanı Məhkum aldadıb pulunu ələ keçirmək niyyəti ilə Xaliq Xəlilovu işə qəbul etdirmək üçün hər hansı real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin ona işə qəbul olunması üçün köməklik göstərmək niyyətində olmadığı halda, guya yalandan, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, polkovnik-leytenant Mirzəyev Sergey Zakir oğluna 1000 manat pulu rüşvət kimi verəcəyi müqabilində onu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində artezian su quyusuna nəzarətçi kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verərək rüşvət verməyə təhrik etmişdir. Məhkum vətəndaş X.S.Xəlilovu inandırıb ələ aldıqdan sonra aralarında olan razılaşmaya əsasən 23 fevral 2019-cu il tarixdə axşam saatlarında Gəncə şəhərində yerləşən 38 nömrəli hərbi şəhərciyin yaxınlığında X.S.Xəlilovla görüşərək 1000 manat pulu sonuncudan almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən vətəndaş Xaliq Xəlilovu aldadıb onun 1000 manat pulunu əldə etdikdən sonra o, sonuncunun ona inandığını görüb yenə də onun pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə, Məhkum 24 fevral 2019-cu il tarixdə öz mobil telefonu ilə Xaliq Xəlilovun mobil telefonuna zəng vurmuş, telefon danışığı zamanı Məhkum xidmət etdiyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində əlavə elektrik vəzifəsinin vakant olduğu barədə yalan məlumat verərək guya Mərkəzin rəisi, polkovnik-leytenant Mirzəyev Sergey Zakir oğluna 1500 manat pulu rüşvət kimi verəcəyi müqabilində onu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində elektrik kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verərək təkrarən rüşvət verməyə təhrik etmişdir. X.S.Xəlilov Məhkum inanıb onun təklifi ilə razılaşdıqdan sonra, əldə olunmuş razılığa əsasən, X.Xəlilov 25 fevral 2019-cu il tarixdə, səhər saatlarında Gəncə şəhərində yerləşən Gəncə Regional Elektrik Şəbəkəsinin yaxınlığında Məhkumla görüşərək 1500 manat pulu sonuncuya vermiş, lakin Məhkum 1500 manat pulu aldıqdan sonra verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən 22 fevral 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən 38 nömrəl i hərbi şəhərciyin yaxınlığında Xaliq Xəlilovla yalan vəd verərək işə düzəldəcəyi barədə söhbət etdiyi zaman onların yanına gəlmiş sonuncunun əmisi, ünvan 2 ünvanında yaşayan vətəndaş Xəlilov Sabir Əli oğlu Məhkum qardaşı oğlu Xaliq Xəlilovu işə düzəldəcəyi barədə etdiyi söhbətindən məlumatlı olduğundan Məhkum ona Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində hər hansı yüngül iş tapmasına köməklik göstərə bilibbilməməsini soruşmuş, Məhkum isə aldatma yolu ilə Sabir Xəlilovun pulunu ələ keçirmək məqsədi ilə sonuncunu işə qəbul etdirmək üçün hər hansı real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin onun işə qəbul olunması üçün köməklik göstərmək niyyətində olmadığı halda, guya xidmət etdiyi Mərkəzin rəisi, polkovnikleytenant Sergey Mirzəyevə 1000 manat pulu rüşvət kimi verəcəyi müqabilində S.Ə.Xəlilovu Gəncə Qarnizovu İdeoloji və Mədəniyyət Mərkəzində bağban kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verərək təkrarən rüşvət verməyə təhrik etmişdir. Məhkum vətəndaş Sabir Xəlilovu inandırıb ələ aldıqdan sonra aralarında olan razılaşmaya əsasən onunla 28 fevral 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən Gəncə Regional Elektrik Şəbəkəsinin yaxınlığında görüşərək 1000 manat pulu S.Ə.Xəlilovdan almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Məhkum qeyd olunan həmin vəzifədə və rütbədə xidmət edərkən 04 mart 2019-cu il tarixdə Xaliq Xəlilovla birlikdə onun xidmət yerinə gəlmiş, sonuncunun tanışı Gəncə şəhəri Kəpəz rayonu DOS-6 bin a-58 mənzil4 ünvanında yaşayan vətəndaş Orucov Əli Bəhrəm oğlu ilə tanış olmuşdur. Tanışlıqdan sonra Ə.Orucov ona Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinə tanış şəxsləri işə düzəldəcəyi barədə məsələdən xəbərdar olduğunu bildirərək onun da qeyd olunan Mərkəzdə hər hansı bir işə düzəltməsinə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Məhkum aldatma yolu ilə Əli Orucovun əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu işə qəbul etdirmək üçün hər hansı real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin onun işə qəbul olunması üçün köməklik göstərmək niyyətində olmadığı halda guya xidmət etdiyi Mərkəzin rəisi, polkovnik-leytenant Sergey Mirzəyevə 3000 manat pulu rüşvət kimi verəcəyi müqabilində Ə.B.Orucovu Gəncə Qarnizovu İdeoloji və Mədəniyyət Mərkəzində dülgər kimi işə qəbul et dirəcəyinə dair yalan vəd vermişdir. Ə.B.Orucov 3000 manat məbləğində pulu verməyə maddi imkanının olmadığını bildirdikdə, Məhkum ilkin olaraq sənədləşmə işləri üçün 1000 manat pul verməsini, az müddətdən sonra isə 2000 manat pulu verməsini bildirərək Ə.Orucovu da bu şərtlə razılaşdıraraq təkrarən rüşvət verməyə təhrik etmişdir. Məhkum vətəndaş Əli Orucovu inandırıb ələ aldıqdan sonra aralarında olan razılaşmaya əsasən 3000 manat pulun 1000 manatını 06 mart 2019cu il tarixdə Gəncə şəhərində yerləşən Gəncə Regional Elektrik Şəbəkəsinin yaxınlığında, 2000 manat pulu isə 10 mart 2019-cu il tarixdə Gəncə şəhərində «Pasyolka» adlanan ərazidə Ə.B.Orucovdan almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir.
5. Gəncə Hərbi Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 1-1(095)-022/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib 5000 manat, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə 9000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla ona qəti olaraq 9500 manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona Gəncə Hərbi Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmü ilə ona əvvəllər təyin olunmuş 8300 manat miqdarında cərimə cəzasının ödənilməmiş qalan 7350 manat hissəsi yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 10000 ma nat miqdarında cərimə cəzası saxlanılmış, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək hökmün dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apelyasiya protestində qeyd edilmişdir ki, məhkəmə cəza təyin edərkən Məhkum törətdiyi cinayətlərin ictimai təhlükəliliyini və xarakterini düzgün nəzərə almamış, törətdiyi cinayətlərin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən cəza təyin etmişdir. Belə ki, məhkəmə Məhkum əvvəllər eyni cinayətlərə görə məhkum olunmaqla üzərində ödənilməmiş məhkunluğunun olmasını, həmçinin ödədiyi 3000 manat pulun dəymiş ziyan deyil, rüş vət yolu ilə əldə etdiyi məbləğ olmasını nəzərə almamışdır. Həmçinin məhkəmə Xaliq Xəlilov, Sabir Xəlilov və Əli Orucovun təqsirləndirilən şəxsə rüşvət şəklində verdikləri pulları, yəni sonuncunun cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini xüsusi müsadirə predmeti kimi dövlət nəfinə alınması barədə qərar qəbul etmək əvəzinə, həmin pulların müəyyən bir hissəsini Məhkum tərəfindən zərərçəkmiş şəxs qismində tanınmamış şəxslərə qaytarılmasını ziyanın qismən ödənilməsi kimi, yəni cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini araşdırarkən obyektiv mövqe tutmamış, Məhkum Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən mənfi səciyyələndirilməsinə tənqidi yanaşmamış, bunun törədilmiş cinayətin xarakterini və məhkumun şəxsiyyəti ilə uzlaşma dığına düzgün qiymət verməmişdir. Ona görə də hökmün dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli, 1-1(104)-41/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 1-1(095)-022/2021 saylı hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli, 1-1(104)-41/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar
9. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri apellyasiya şikayətində irəli sürdüyü əsaslandırma ilə eyni olmuş, protestin müəllifi qeyd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli, 1-1(104)-41/2021 nömrəli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmi r və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Dövlət ittihamçısı kassasiya protestində Məhkum barəsində yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə q ərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, d igər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olma sı, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
20. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
21. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, t əqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-nin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
22. Qeyd olunan cinayət-hüquqi normaları baxımından və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsaslı olduğu müəyyən olunur.
23. Kassasiya protestindən aydın olur ki, dövlət ittihamçısı Məhkum cərimə cəzasına məhkum edilməsinin əsassızlığını xüsusilə onda görür ki, Xaliq Xəlilov, Sabir Xəlilov və Əli Orucovun təqsirləndirilən şəxs Məhkum rüşvət şəklində verdikləri pulların, yəni sonuncunun cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin müəyyən bir hissəsini Məhkum tərəfindən zərərçəkmiş şəxs qismində tanınmamış şəxslərə qaytarılmasını ziyanın qismən ödənilməsi kimi, yəni Azərbaycan Respublikası CM-in 59.1.14-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmişlər. Həmçinin Gündüz Rəsulovun Gəncə Qarni zonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən mənfi səciyyələndirildiyini, onun əvvəllər eyni cinayətlərə görə məhkum olunmaqla üzərində ödənilməmiş məhkumluğun olmasını nəzərə almamışlar.
24. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini ilə razılaşaraq hesab edir ki, məhkəmə əsassız olaraq Məhkum zərərçəkmiş şəxs qismində tanınmamış şəxslərə cinayət nəticəsində dəymiş ziyanı qismən, yəni 3000 manatını ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum edilmiş şəxs Məhkum Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-046/2020 saylı, 17.02.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 8300 manat cərimə cəzasından 7350 manatı ödəmədiyi, həmçinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin xidməti xasiyyət naməsi ilə xidməti cəhətdən mənfi xarakterizə olunduğu halda, məhkəmələr törədilən cinayətin ağırlığını, xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini kifayət qədər nəzərə almadan, əsassız olaraq ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişlər. Kollegiyanın fikrincə, hazırki cinayət işinin hallarına münasibətdə, Məhkum cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası 58.3-cü maddələri ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz. Öz növbəsində apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həmin cəzanın dəyişdirilmədən saxlaması, Cinayət Məcəlləsinin ədalət prinsipinə (maddə 8) cavab verən və cəzanın məqsədlərini (maddə 41.2) lazımınca təmin edən nəticə hesab edilə bilməz.
25. Qey d olunan cinayət-hüquqi normalarının pozulması ilə cəzanın təyin edilməsi məhkəmələrin məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiklərini göstərir.
26. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 may 2021-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 may 2021-ci il tarixli, 1-1(104)-41/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.