Məhkəmə qərarları › İş №1-1(102)-91/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-91/2022

21.12.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-91/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəmə sinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 333.4-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (sədrlik edən hakim Elbəy Allahverdiyev, hakimlər Rafiq Abbasov və Camal Ramazanov) 23 iyun 2022-ci il tarixli, 1-1(093)-92/2022 saylı hökmü ilə xx xxxxxxxx 1999-cu il tarixdə xxx doğulmuş və daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 7ci motoatıcı bölüyünün 1-ci tağımının 3-cü manqasının sabiq pulemyotçusu, əsgər, 10 aprel 2021-ci il tarixdə hərbi xidmətdən tərxis edilmiş, hazırda işləməyən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona həmin Məcəllənin 177.2.3-1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 178.2.2 və 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin, Məhkum2 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə Babayev Qədim Xalid oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə) 07 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç aydan artıq müddətə xidmət yerinə vaxtında gəlməmiş, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş, habelə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirərək dələduzluq etmiş və təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Ağdam rayonunun Mərzili kəndinin ərazisində yerləşən N nömrəl i hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 1-ci tağımının 3-cü manqasında pulemyotçu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 16 noyabr 2020-ci il tarixdə günorta saatlarında müalicədə olduğu, hərbi hissənin Ağcabədi rayonunun Minəxorlu kəndinin ərazisində yerləşən tibb məntəqəsindən sağalmış vəziyyətdə öz xidmət yerinə göndərilsə də, oraya getməmiş və yalnız 23 fevral 2021-ci il tarixdə saat 12 radələrində xidmət etdiyi bölüyün dayaq məntəqəsinə qayıtmaqla müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç aydan artıq müddətə xidmət yerinə vaxtında gəlməmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək aparılmış «Vətən Müharibəsi» zaman ı gedən döyüşlərdə şəhid olmuş N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün 1-ci tağımının komandiri, leytenant X6 döyüşlərin başlanmasından öncə öz şəxsi əşyalarını, eləcə də əmək haqqı bank kartını döyüşlər bitənədək saxlaması, döyüşdən qayıtmayacağı təqdirdə isə valideynlərinə təqdim etməsi üçün aralarında tanışlıq münasibətlərinin olduğu Beyləqan rayon sakini Şahid11 verdiyini bilib bundan istifadə etməklə özgənin əmlakını qanunsuz ələ keçirərək varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə o, 16 noyabr 2020-ci il tarixdə müalicədə olduğu hərbi hissənin tibb məntəqəsindən xidmət yerinə qayıtmadıqdan sonra, 2020-ci ilin noyabr ayının sonlarında Şahid11 mobil telefon vasitəsilə zəng edib özünü ona mərhum leytenant S.F.Piriyevin xidmət yoldaşı kimi təqdim edərək sonuncu ilə xidmət müddətində aralarında yaxın dostluq münasibətlərinin olduğunu, bu səbəbdən də onun şəxsi əşyalarını, eləcə də əmək haqqı bank kartını özünün aparıb Quba rayonunda yaşayan valideynlərinə təhvil verə biləcəyini bildirmiş və onun bu sözlərinə inanmış Şahid11 görüşməyə razılıq verdikdən sonra sonuncu ilə 02 dekabr 2020-ci il tarixdə günorta saatlarında Beyləqan şəhərinin ərazisində təklikdə görüşərək mərhum leytenant S.F.Piriyevin şəxsi əşyalarını, eləcə də sonuncunun adına olan "xxxx" ASC-nin **********557595 №-li əmək haqqı bank kartını təhvil alıb kartın təhlükəsizlik şifrəsini də ondan öyrənmişdir. Daha sonra Məhkum1 mərhum leytenant S.F.Piriyevin adına olan, "xxxx" ASC-nin **********557595 №-li əmək haqqı bank kartını həmin gün, yəni 02 dekabr 2020-ci il tarixdə saat 18:30-da Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisində yerləşən «Anar» yanacaq doldurma məntəqəsində quraşdırılmış "xxxx" ASC-nin bankomat aparatına daxil etmiş və Şahid11 öyrəndiyi kartın təhlükəsizlik şifrəsini qeyd edib həmin vaxt kartın hesabında olan, S.F.Piriyevin varislərinə məxsus 1359 (min üç yüz əlli doqquz) manat məbləğində pulu bankomatdan məxaric edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 16 noyabr 2020-ci il tarixdə müalicədə olduğu hərbi hissənin tibb məntəqəsindən xidmət yerinə qayıtmadıqdan sonra, 2020-ci ilin noyabr ayının sonlarında axşam saatlarında məktəbdə bir yerdə oxuduğu və aralarında yaxın dostluq mü nasibətlərinin olduğu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid15 ilə Şəmkir rayonunun Çənlibel kəndinin ərazisində yerləşən «Çənlibel» kafesində görüşmüş və orada aralarındakı söhbət zamanı sonuncunun xidmət yerinin dəyişdirilərək Şəmkir rayonunun ərazisinə yaxın yerdə yerləşən hərbi hissələrdən birinə köçürülmək istədiyini bilib, yaranmış vəziyyətdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 əmlakını qanunsuz ələ keçirib varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə o, hər hansı hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini təmin etməyə real səlahiyyətə və ya imkanlara malik olmadığı halda, öz cinayətkar məqsədinə nail olmaq üçün Şahid15lə aralarındakı həmin söhbət zamanı ilk öncə özünün H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib zabit rütbəsini aldığını və hazırda bölük komandiri vəzifəsində xidmət etdiyini, «Vətən Müharibəsi»ndə iştirak etdiyini və müharibədə yaralandığına görə məzuniyyətə buraxıldığını demiş, daha sonra isə tutduğu vəzifəsinə görə çoxsaylı yüksək rütbəli və hərbi vəzifəli tanışlarının olduğunu, o cümlədən Gəncə şəhəri ərazisində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində adını, rütbəsini və vəzifəsini demədiyi yüksək vəzifəli yaxın tanışının xidmət etdiyini və həmin şəxsin vasitəsilə onun xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişdirilməklə bərabər, ona «kiçik gizir» hərbi rütbəsini də verdirə biləcəyini bildirib buna dair yalan vədlər verərək Şahid15 inandırmışdır. Daha sonra Məhkum1 həmin söhbətin davamı olara q Şahid15lə aralarında 29 noyabr 2020-ci il tarixdə axşam saatlarında baş tutmuş telefon danışığı zamanı sonuncuya N nömrəli hərbi hissədə xidmət etdiyini bildirdiyi adını, rütbəsini və vəzifəsini demədiyi yüksək vəzifəli yaxın tanışı ilə danışdığını və onun 7500 (yeddi min beş yüz) manat pul verilməsi müqabilində Şahid15 xidmət yerinin həmin hərbi hissəyə dəyişdirilməsini təmin edəcəyini dediyini bildirərək digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Şahid15 ona inanıb həmin təklifi qəbul edərək razılaşmış və aralarındakı razılığa əsasən, ilk öncə 06 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ortaq tanışları olan Şəmkir ra yon sakini Şahid16 vasitəsilə Məhkum1 Şəmkir rayonunda 500 (beş yüz) manat pul vermiş, 15 dekabr 2020-ci il tarixdə isə öz şəxsi əmək haqqı bank kart hesabından «Birbank» mobil tətbiqi vasitəsilə Məhkum1 müvəqqəti istifadəsində olan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X12 məxsus, "xxxx" ASC-nin 510307******4587 №-li bank kart hesabına onlayn ödəmə yolu ilə 700 (yeddi yüz) manat pul göndərmişdir. Daha sonra Şahid15 xahişi ilə 18 dekabr 2020-ci il tarixdə tanışı Şahid19 tərəfindən «MilliÖn» ödəmə terminalı vasitəsi ilə Məhkum1 müvəqqəti istifadəsində olan, gizir S.Ə.Rzayevə məxsus "xxxx" ASC-nin 510307******4587 №-li bank kart hesabına 700 (yeddi yüz) manat məbləğində pul, daha sonra həmin gün Şahid15 tanışı X1 tərəfindən «Birbank» mobil tətbiqi vasitəsi ilə həmin karta 800 (sə kkiz yüz) manat pul, 21 dekabr 2020- ci il tarixdə saat 13:15-də Şahid15 tanışı Şahid20 tərəfindən «EManat» ödəniş terminalı vasitəsilə Məhkum1 istifadəsində olan, mərhum S.F.Piriyevə məxsus "xxxx" ASC-nin **********557595 №-li bank kartına 800 (səkkiz yüz) manat, 29 dekabr 2020-ci il tarixdə Şahid15 qohumu Şahid18 tərəfindən «MilliÖn» ödəmə terminalı vasitəsi ilə Məhkum1 istifadəsində olan, mərhum S.F.Piriyevə məxsus "xxxx" ASC-nin **********557595 №-li bank kartına 500 (beş yüz) manat pul və 06 yanvar 2021-ci il tarixdə saat 14:18-də eyni üsulla həmin karta 1000 (min) manat pul, 26 yanvar 2021-ci il tarixdə Şahid15 özü tərəfindən isə öz şəxsi əmək haqqı bank kart hesabından «Birbank» mobil tətbiqi vasitəsilə Məhkum1 istifadəsində olan, mərhum S.F.Piriyevə məxsus "xxxx" ASCnin **********5 57595 №-li bank kartına 1000 (min) manat pul göndərilmişdir. Daha sonra Məhkum1 Şahid15lə aralarındakı razılaşmaya əsasən «Birbank» mobil tətbiqi vasitəsilə sonuncuya məxsus əmək haqqı bank kart hesabından 02 fevral 2021-ci il tarixdə tanışı X4 istifadəsində olan, vətəndaş X3 məxsus "xxxx" ASC-nin 416974******7471 №-li bank kart hesabına 500 (beş yüz) manat pul və 04 fevral 2021-ci il tarixdə həmin hesaba 1000 (min) manat məbləğində pul köçürmüş və Məhkum1 həmin pulları da məxaric edib Şahid15 tərəfindən göstərilən üsullarla ona verilmiş ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pulu ələ keçirdikdən sonra sonuncuya yaxın müddət ərzində xidmət yerinin dəyişdiriləcəyinə və ona «kiçik gizir» hərbi rütbəsinin veriləcəyinə dair yalan vədlər vermiş, lakin bununla bağlı Şahid15 xeyrinə heç bir iş görməyərək təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 16 noyabr 2020-ci il tarixdə müalicədə olduğu hərbi hissənin tibb məntəqəsindən xidmət yerinə qayıtmadıqdan sonra, 01 yanvar 2021-ci il tarixdə axşam saatlarında Şahid15 vasitəsilə qiyabi olaraq tanıdığı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid24 mobil telefonla zəng edib xidmət yerinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilməsində ona da köməklik etməsini xahiş etdikdə, hər hansı hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini təmin etməyə real səlahiyyətə və ya imk anlara malik olmadığı halda, yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Şahid24 əmlakını qanunsuz ələ keçirib varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə o, aralarındakı həmin söhbət zamanı Şahid24 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində adını, rütbəsini və vəzifəsini demədiyi yüksək vəzifəli yaxın tanışının xidmət etdiyini və həmin şəxsin vasitəsilə 3000 (üç min) manat pul verilməsi müqabilində onun xidmət yerinin dəyişdirilməsini təmin edə biləcəyini bildirib təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Şahid24 ona inanıb həmin təklifi qəbul edərək razılaşmış və aralarındakı razılığa əsasən ilk öncə anası Şahid25 vasitəsilə Məhkum1 çatdırması üçün sonuncunun tanışı olan Şahid31 Şöhrətdin oğluna 01 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində 1500 (bir min beş yüz) manat pul və 12 yanvar 2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində Şahid29 1000 (min) manat vermişdir. Daha sonra Şahid24 30 yanvar 2021-ci il tarixdə saat 18-19 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində yerləşən “Kirvələr" kafesinin yanında Məhkum1lə görüşüb orada ona 500 (beş yüz) manat məbləğində pulu təklikdə vermiş və sonuncu Şahid24 tərəfindən ona verilmiş ümumilikdə 3000 (üç min) manat məbləğində pulu ələ keçirdikdən sonra yaxın müddət ərzində onun xidmət yerinin dəyişdiriləcəyinə dair yalan vədlər verib bununla bağlı Şahid24 xeyrinə heç b ir iş görməyərək təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, 10 aprel 2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra, 26 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Yasamal rayonunun ərazisində yerləşən N.Tusi adına Klinikanın həkim otağında bir müddət öncədən aralarında tanışlıq münasibətlərinin yarandığı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının dispanserizasiya bölməsinin ordinatoru, tibb xidməti baş leytenantı Zərərçəkmiş şəxs1 ilə aralarındakı söhbət zamanı onun özünə sərfəli şərtlərlə mənzil almaq istədiyini öyrənib yaranmış vəziyyətdən istifadə edərək sonuncuya məxsus əmlakı (pulu) aldatma yolu ilə qanunsuz ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, aralarındakı həmin söhbət zamanı baş leyten ant Zərərçəkmiş şəxs1 “Melissa Park” yaşayış kompleksində 4 faizli güzəştli şərtlərlə ipotekada olan 3 otaqlı mənzili 21.000 (iyirmi bir min) manat məbləğində pulun banka ödəniş kimi və 3500 (üç min beş yüz) manat pulun şirkətin komissiya haqqı kimi nəzərə almaqla ümumilikdə 24500 (iyirmi dörd min beş yüz) manat pul verilməsi (ödənilməsi) şərti ilə "xxxx"da işləyən Murad adlı sinif yoldaşının və həmin bankda işləyən sonuncunun tanışı Faiq adlı şəxsin köməkliyi ilə adına keçirilməsini təmin edə biləcəyini bildirib Zərərçəkmiş şəxs1 aldadaraq inandırmışdır. Onun yalanlarına inanmış Zərərçəkmiş şəxs1 təklifini qəbul edib razılaşdıqdan sonra, 28 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Yasamal rayonunun ərazisində, H.B.Zərdabi prospektində yerləşən Milli Onkologiya Mərkəzin in qarşısında Məhkum1 4500 (dörd min beş yüz) manat pul və 29 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Yasamal rayonunun ərazisində yerləşən N.Tusi adına Klinikanın həkim otağında 15000 (on beş min) manat pul vermişdir. Daha sonra Məhkum1 öz cinayətkar məqsədinə nail olmaq niyyəti ilə aralarında tanışlıq münasibətlərinin olduğu, qeyri-rəsmi şəkildə həmin ərazidə daşınmaz əmlakın alqı-satqısı və kirayəyə verilməsi ilə məşğul olan Şahid3 ilə 30 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonunun “Şamaxinka” adlanan ərazisində yerləşən “Əncir” restoranında görüşmüş və sonuncuya öz cinayətkar məqsədləri barədə heç bir məlumat vermədən, yəni Zərərçəkmiş şəxs1 aldatmaqla ona məxsus əmlakı qanunsuz ələ keçirmək istəməsi barədə heç nə demədən tanışı kimi təqdim etdiyi sonuncunun özünə güzəştli şərtlərlə mənzil almaq istədiyini, lakin bank işçisini görmək istədiyini deyərək Şahid3 onu Zərərçəkmiş şəxs1la görüşdürdüyü zaman sonuncuya özünü "xxxx"ın Yasamal filialının Faiq adlı işçisi kimi təqdim edərək onun ilkin ödəniş kimi verəcəyi 5000 (beş min) manat pulu götürməsini və görüşdən sonra özünə verməsini xahiş edib bunun müqabilində Şahid3 alqı-satqı həyata keçirildikdən sonra 1200 (min iki yüz) manat məbləğində pul verəcəyinə dair yalan vəd vermişdir. Məhkum1 yalan vədinə inanmış Şahid3 onun həmin təklifini qəbul edib razılaşaraq elə həmin gün, yəni 30 avqust 2021-ci il tarixdə saat 17 radələrində sonuncunun yanında Bakı şəhərinin Nəsimi rayonunun “Şamaxinka” adlanan ərazisində yerləşən “Əncir” restoranında Zərərçəkmiş şəxs1la görüşmüş və aralarındakı söhbət zamanı sonuncuya özünü "xxxx"ın Yasamal filialının Faiq adlı işçisi kimi təqdim edərək ödəniləcək 5000 (beş min) manat məbləğində pulun alınacaq mənzilin borcu kimi bankdakı hesaba yerləşdiriləcəyini və alqı-satqıdan sonra mənzilin ipoteka sənədlərinin onun adına dəyişdiriləcəyini bildirib Zərərçəkmiş şəxs1 buna inandıraraq həmin adla sonuncudan 5000 (beş min) manat pul almışdır. Həmin görüş bitdikdən dərhal sonra saat 18 radələrində qeyd olunan restoranın qarşısında Məhkum1 Şahid3la təklikdə görüşüb sonuncudan V.S.Sayılova məxsus 5000 (beş min) manat pulu alaraq həmin puldan Şahid3 hər hansı məbləğdə pul vermədən özünə götürmüşdür. Beləliklə, Məhkum1 Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 24.500 (iyirmi dörd min beş yüz) manat pulu ələ keçirib ona yaxın müddət ərzində mənzilin alqı-satqısının rəsmiləşdiriləcəyinə dair yalan vədlər verib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhərinin ərazisində qeyri-rəsmi olaraq taksi fəaliyyəti ilə məşğul olduğu vaxt 10 sentyabr 2021-ci il tarixdə Bak şəhərinin Nəsimi rayonunun ərazisində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında sərnişin kimi tanış olduğu Zərərçəkmiş şəxs2 ilə aralarındakı söhbət zamanı sonuncunun özünə avtomobil almaq istədiyini bilib aldatma yolu ilə sonuncuya məxsus əmlakı (pulu) qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olduğunu, əslində i sə “Faktor lizinq” adlı şirkətdə avtomobil satışı ilə məşğul olduğunu, əlində çox sayda avtomobillərin olduğunu, onlardan almaq üçün ən məsləhətlisinin şirkətin cərimə meydançasında saxlanılan ağ rəngli “BMW” markalı avtomobilin olduğunu və həmin avtomobili sərfəli şərtlərlə almaqda köməklik göstərə biləcəyini deyərək Zərərçəkmiş şəxs2 inandırmışdır. Daha sonra o, növbəti gün, yəni 11 sentyabr 2021-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonunun ərazisində, “20 Yanvar” dairəsində yerləşən çayxanalardan birində Zərərçəkmiş şəxs2la görüşmüş və orada sonuncuya bir gün öncə alınmasında köməklik vəd etdiyi avtomobil üçün ilkin ödəniş kimi 3.000 (üç min) manat məbləğində pul ödəyəcəyi təqdirdə avtomobilin cərimə meydançasından çıxarılıb özünə verilməsini təmin edəcəyini, bundan sonra onun 20 (iyir mi) aylıq müddətdə hər ay 500 (beş yüz) manat məbləğində pul ödəməli olduğunu bildirib sonuncunu inandırmışdır. Bundan sonra Məhkum1 onun yalan vədlərinə inanmış Zərərçəkmiş şəxs2 11 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Suraxanı rayonunun “Köhnə Günəşli” adlanan ərazisində 1000 (min) manat pul, 12 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhərinin Nəsimi rayonunun ərazisində, “20 Yanvar” dairəsinin yaxınlığında 450 (dörd yüz əlli) manat pul, həmin tarixdə saat 18 radələrində metronun “Memar Əcəmi” stansiyasının qarşısında 400 (dörd yüz) manat pul, 14 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1000 (min) manat pul və 23 sentyabr 2021ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Sa bunçu rayonunun ərazisində, metronun “Koroğlu” stansiyasının qarşısında 150 (yüz əlli) manat pul olmaqla ümumilikdə 3000 (üç min) manat pul almış və verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir Bundan başqa o, 27 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində aralarında ümumi tanışlıq münasibətlərinin olduğu Bakı şəhəri Yasamal rayon polis idarəsinin təminat hissəsinin kiçik inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs3 ilə həmin idarənin yanında söhbət zamanı sonuncunun özünə sərfəli şərtlərlə mənzil almaq istədiyini öyrənib yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs3 məxsus əmlakı (pulu) aldatma yolu ilə qanunsuz ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, aralarındakı həmin söhbət zamanı Zərərçəkmiş şəxs3 Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən «MİDA» yaşayış kompleksindəki 3 otaqlı mənzillərdən birini onun əvəzinə müvafiq internet saytına girib tutmasını təmin edə biləcəyini, bunun üçün ilk əvvəl Zərərçəkmiş şəxs3 “ASAN İMZA” alıb şifrələrini ona verməli olduğunu, daha sonra onun adından müvafiq sayta girilib şəxsi kabinet açmaqla qeydiyyatdan keçirəcəyini, bundan 3 (üç) gün sonra onun adından yenidən həmin sayta daxil olub müvafiq 3 otaqlı mənzili tutacağını, bundan sonrakı sənədləşmələrin isə “ASAN XİDMƏT”də Zərərçəkmiş şəxs3 özü tərəfindən aparılacağını deyərək bunun müqabilində onun 10.000 (on min) manat pul verməli olduğunu bildirmişdir. Onun yalan vədlərinə inanmış Zərərçəkmiş şəxs3 təklifini qəbul edərək razılaşmış və aralarındakı razılaşmaya əsasə n, 27 sentyabr 2021-ci il tarixdə axşam saatlarında ünvan 1 ünvanında yerləşən “Bravo” marketin içərisindəki ödəniş terminalı vasitəsi ilə Məhkum1 qabaqcadan ona verdiyi, sonuncunun tanışı Şahid8 məxsus bank hesabına ilkin olaraq 1000 (min) manat pulu köçürüb bu barədə Məhkum1 məlumat vermiş və bundan sonra sonuncu elə həmin gün həmin məbləğdə pulu hesabdan məxaric edib verdiyi vəd üzrə Zərərçəkmiş şəxs3 xeyrinə heç bir iş görməyərək təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, 21 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən Zorge parkının yaxınlığındakı ofisdə aralarında ümumi tanışlıq münasibətlərinin olduğu Bakı şəhər sakini vətəndaş Zərərçəkmiş şəxs4 ilə görüşüb aralarındakı söhbət zamanı sonuncunun özünə sərfəli şərtlərlə mənzil almaq istədiyini öyrənib yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs4 məxsus əmlakı (pulu) aldatma yolu ilə qanunsuz ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, aralarındakı həmin söhbət zamanı Zərərçəkmiş şəxs4 Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən «MİDA» yaşayış kompleksindəki 3 otaqlı mənzillərdən birini onun əvəzinə müvafiq internet saytına girib tutmasını təmin edə biləcəyini, bunun üçün ilk əvvəl Zərərçəkmiş şəxs4 “ASAN İMZA” alıb şifrələrini ona verməli olduğunu, daha sonra onun adından müvafiq sayta girib şəxsi kabinet açmaqla qeydiyyatdan keçirəcəyini, bundan 3 (üç) gün sonra onun adından yenidən həmin sayta daxil olub müvafiq 3 otaqlı mənzili tutacağını, bundan sonrakı sənədləşmələrin isə “ASAN XİDMƏT”də Zərərç əkmiş şəxs4 özü tərəfindən aparılacağını deyərək bunun müqabilində onun 2500 (iki min beş yüz) manat pul verməli olduğunu bildirmişdir. Onun yalan vədlərinə inanmış Zərərçəkmiş şəxs4 təklifini qəbul edərək razılaşmış və aralarındakı razılaşmaya əsasən, 22 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “SHARİFZADE CENTER”in yanında həmin vaxta uyğun məzənnəyə əsasən 1 (bir) ABŞ dollarının 1 (bir) manat 70 (yetmiş) qəpik hesabı ilə 1100 (min yüz) ABŞ dolları olmaqla 1870 (min səkkiz yüz yetmiş) manat məbləğində pulu Məhkum1 vermiş və sonuncu həmin pulu alıb verdiyi vəd üzrə Zərərçəkmiş şəxs4 xeyrinə heç bir iş görməyərək təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROS ES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində, onun əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312.2, 177 və 333.4-1-ci maddələrinin tərkibi olmadığı halda onun barəsində bu maddələrlə hökm verildiyini, onun Vüsal adlı şəxsdən pul alarkən məqsədi onu aldadaraq, pulunu mənimsəmək olmuş, heç kəsə rüşvət vermək məqsədi olmamış, heç kimin bank kartındakı pulları oğurlamamış, bunu kart sahibinin də təsdiq etdiyini iddia etmişdir. Bundan başqa, ikinci qrup əlil olduğunu, 44 günlük Vətən Müharibəsinin iştirakçısı olduğunu məhkəmələr nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiy ası məhkəməsində müdafiəçi A.X.Hüseynov çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, Məhkum1 İİ Qarabağ müharibəsində iştirak etdiyini və əlil olduğunu, onun əməlinin düzgün tövsif olunmadığını bildirib, kassasiya şikayətini təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya d əyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində, iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.21 (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Məhkumun kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Mə hkum1 ona verilmiş ittiham yəni, elektron məlumat daşıyıcılarından istifadə edilməklə oğurluq və üç aydan artıq müddətə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında gəlməməsi ilə bağlı hissəsində heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolun madığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə (o cümlədən Məhkum1 təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət veri lməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 1 44-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum1 təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin “məhkumun heç kəsə rüşvət vermək məqsədi olmaması, heç kimin bank kartındakı pulları oğurlamaması” barədə dəlillərini əsassız hesab edir və aşağıdakıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ittihama uyğun ifadə vermişdir. Eyni zamanda, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərər çəkmiş şəxsin hüquqi varisi X14, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid10, Şahid12, Şahid32 Elmdar oğlu, Şahid14, Şahid15, Şahid17, Şahid18, Şahid19, Şahid20, Şahid24, Şahid25, Şahid26, Şahid27, Şahid28, Şahid31, eləcə də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri tədqiq olunmuş Şahid11, Şahid13, Şahid16, X1, X16, Şahid22, Şahid23, Şahid29, Şahid30 ayrı-ayrılıqda məhkumun törətdiyi cinayət əməllərini təsdiq etmişlər. İş materiallarında olan, "xxxx" ASC tərəf indən verilmiş 13 oktyabr 2021-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş həmin bankın X8 məxsus 416974******7595 nömrəli bank kart hesabı üzrə çıxarışdan görünür ki, həmin hesabdan 02 dekabr 2020-ci il tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndi “Anar” yanacaq doldurma məntəqəsindəki bankomat vasitəsilə 1359 AZN məxaric edilmiş, bundan başqa həmin hesaba 21 dekabr 2020-ci il tarixdə “MilliÖn” ödəmə sistemi vasitəsilə 800 AZN göndərilmiş, həmin tarixdə pul ünvan 2 ünvanındakı “Gold Əminə market”də olan bankomat vasitəsilə məxaric edilmiş, 30 dekabr 2020-ci il tarixdə “milliön” vasitəsilə 500 AZN göndərilmiş, həmin tarixdə pul ünvan 3 ünvanındakı bankomat vasitəsilə məxaric edilmiş, 06 yanvar 2021-ci il tarixdə “E-Manat” vasitəsilə 1000 AZN online mədaxil edilmiş, həmin tarixdə pul ün van 4 ünvanındakı “Zümrüd” marketdə olan bankomat vasitəsilə məxaric edilmiş, 26 yanvar 2021-ci il tarixdə Şahid15 istifadəsində olan plastik kartdan «Birbank» mobil tətbiqi vasitəsilə 1000 AZN göndərilmiş, həmin tarixdə pul ünvan 5 ünvanındakı “Bizim market”də olan bankomat vasitəsilə məxaric edilmişdir. O cümlədən həmin məktuba əlavə edilmiş bir ədəd CD-də olan görüntülərə əsasən qeyd olunan bankın X8 məxsus 416974******7595 nömrəli bank kart hesabından Məhkum1 02 dekabr 2020-ci il tarixdə saat 18:33-də, 06 yanvar 2021-ci il tarixdə saat 14:28-də, 26 yanvar 2021-ci il tarixdə saat 20:19-da bankomatlar vasitəsilə pullar məxaric etmişdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 verilmiş müddətl i həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç aydan artıq müddətə xidmət yerinə vaxtında gəlməmsi, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməsi, habelə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirərək dələduzluq etməsi və təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etməsi ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razıla şmışdır. Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən t örədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41- ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağ ırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (səmimi etirafını, xidmət etdikləri hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, bu döyüşlərdə göstərdikləri şücayətə görə medal ilə təltif olunmasını), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 islah olunması məqsədin i və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM 416.1.21) yalnız məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 333.4-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsi ndə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum1 münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar