Məhkəmə qərarları › İş №1-1(102)-91/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-91/2024

27.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-91/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər X oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 16 avqust 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, ailəli, (himayəsində sağlamlıq imkanları məhdud bir azyaşlı övladı olan), əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N №-li hərbi hissənin hərbi şəhərciyində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.3.2 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 7 may 2024-cü il tarixli 11(092)-3/2024 nömrəli hökmü ilə (hakimlər: O.Ə.Orucəliyev (sədrlik edən), Şahid8 (məruzəçi) və İ.S.İbrahimov) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 341.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilm əsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ə.N.Novruzov (sədrlik edən), F.M.Abbasov və V.K.Quliyev) apellyasiya protesti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1-1(092)-3/2024 nömrəli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəaları çıxarılmaqla təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi 311.3.2-ci maddəsi üzrə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi və həmin Məcəllənin 341.1-ci maddəsi üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27 iyun 2024-cü il tarixdən hesablanması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı ilə qət edilmişdir. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində edəcəyi hərəkətlərə görə özü üçün birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pul vəsaitini rüşvət qismində təkrarən almış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci təlim taborunun 6-cı təlim bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 19 aprel 2023-cü il tarixdə xidməti otağında olan zaman komandiri olduğu bölükdə təlim keçən və onun tabeliyində olan əsgər Şahid3 təklikdə ona yaxınlaşaraq bölükdə xidmət etdiyi müddət ərzində ona daha yüngül xidmət şəraitinin yaradılmasını, yəni sıra düzülüşlərinə çıxmamasını, idman tədbirlərinə cəlb olunmamasını, təmizlik işlərinə ayrılmamasını istədiyini bildirib, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda o, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə pul verməsi müqabilində bölükdə onun üçün daha yüngül xidmət şəraitinin yara dılmasını təşkil edə biləcəyini deyib vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə, eləcə də xidmət üzrə edəcəyi ümumi himayədarlıq müqabilində 500 (beş yüz) manat məbləğində pul istəmişdir. Əsgər Şahid3 həmin təklifi qəbul edərək razılaşdığı üçün o, 20 aprel 2023-cü il tarixdə arvadı Şahid7 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus plastik kartın 4169 7413 3240 9174 nömrəsini əsgər Şahid3 verib, razılaşdırılmış pulun həmin hesab nömrəsinə göndərilməsini tapşırmış və həmin gün əsgər Şahid3 nənəsi X2 tərəfindən bu məqsədlə elektron ödəmə terminalı vasitəsilə qeyd edilən bank kartına 500 (beş yüz) manat məbləğində pul göndərilmişdir. Bununla da, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqəda r qanunsuz hərəkətlərə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində edəcəyi hərəkətlərə görə əsgər Şahid3 500 (beş yüz) manat məbləğində pulu özü üçün birbaşa yolla, şəxsən rüşvət qismində almışdır. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən təxminən 22 aprel 2023-cü il tarixdə aralarında tanışlıq münasibəti olan, taksi sürücüsü işləyən, Sədərək rayon sakini Şahid5 ilə sonuncunun istəyi əsasında hərbi hissənin yaxınlığında görüşüb söhbət edən zaman Şahid5 18 aprel 2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq komandiri olduğu 6-cı təlim bölüyündə təlim keçən qohumu, əsgər Zərərçəkmiş şəxs40 daha yüngül xidmət şəraiti yaratmasını xahiş edərək əsgər Zərərçəkmiş şəxs40 atası Şahid6 göndərdiyi 150 (yüz əlli) manat məbləğində p ulu ona təqdim etmiş və o, həmin pulu qəbul edərək, bölükdə xidmətdə olduğu müddət ərzində əsgər Zərərçəkmiş şəxs40 daha yüngül xidmət şəraiti yaradacağına söz vermişdir. Baş leytenant Məhkum bir neçə gün sonra, yəni təxminən 26 aprel 2023-cü il tarixdə yaranmış vəziyyətdən istifadə edib yenidən qanunsuz qazanc əldə etmək qərarına gələrək, Şahid5la telefon vasitəsilə əlaqə saxlamış və əsgər Zərərçəkmiş şəxs40 daha yüngül xidmət şəraiti yaratması üçün əlavə 100 (yüz) manat məbləğində pul verməli olduğunu demiş, Şahid5 həmin təklifi qəbul edərək razılaşdığı üçün həmin gün onunla hərbi hissənin yaxınlığında görüşərək, Şahid6 aldığı 100 (yüz) manat məbləğində pulu ona vermişdir. Bununla da, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlə rə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində edəcəyi hərəkətlərə görə ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pulu Şahid6 özü üçün birbaşa yolla, vasitəçidən istifadə etməklə təkrarən rüşvət qismində almışdır. Həmçinin, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən yuxarı komandanlıq tərəfindən ona irad bildirilməməsi, bölük komandiri kimi fərqlənməsi, eləcə də maddi vəziyyətini yaxşılaşdırmasından ötrü 08 may 2023-cü il tarixdə bölüyün şəxsi heyətinə 10 may 2023cü il tarixdə keçiriləcək andiçmə mərasimindən sonra hər birinin buraxılışa buraxılacaqlarını deyib, isimliklərin hazırlanmasına çəkilmiş xərcin qarşılanması, həmçinin bölüyün sıradan çıxmış bəzi əşyalarının yenisi ilə əvəz olunması, təmiri üçün hər birinin buraxılışdan qayıdan zaman 20 (iyirmi) manat məbləğində pul gətirməli olduğunu bildirərək, 12 may 2023-cü il tarixdə buraxılışdan qayıdan bölüyün 47 əsgərinin 43-ündən, yəni X3, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs6, X6, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs8, Zərərçəkmi ş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 hər birindən 20 manat, Zərərçəkmiş şəxs36 isə 5 manat olmaqla, ümumilikdə 865 manat məbləğində pul almış və həmin pulun 169.20 (yüz altmış doqquz manat iyirmi qəpik) manatı ilə isimliklərin hazırlanması üçün çəkilən xərci ödəyib, qalan 695.80 (altı yüz doxsan beş manat səksən qəpik) manat pulun bir hissəsini bölüyə lazım olan əşyaların alınmasına, bir hissəsini isə şəxsi ehtiyaclarının ödənilməsinə xərcləyərək, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslərin hüqu qlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində cəzanı müəyyən edərkən nəzərə almamışdır ki, onun himayəsində azyaşlı uşaq var, zərərçəkmiş şəxslərlə və ya onların yaxın qohumları ilə barışıq əldə edib, cinayət əməli nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəyib və aradan qaldırıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə təqdim edilən sənədlərdən də görünür ki, zərərçəkmi şlərlə təqsirləndirilən şəxs arasında barışıq əldə edilmişdir və dəymiş zərər tam şəkildə təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bununla da, əməlin ictimai təhlükəli nəticələri aradan qaldırılmışdır. Təqsirləndirilən şəxs olan Məhkum himayəsində azyaşlı, sağlamlıq imkanları məhdud uşağının olması nəzərə alınarsa, ona azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin olunmasının ailə şəraitinə vuracağı zərər ədalətin təmin olunması baxımından proporsional deyildir. Həmçinin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallardan heç biri mövcud deyildir, Məhkum peşəkar (kadr) zabit olaraq uzun müddət Azərbaycan Respublikası Silahlı Qüvələrində xidmət edib, çalışdığı sahədə müyyən nailiyyətlər əldə etmişdir. Beləliklə, təyin edilmiş cəza cinayət törətməklə tə qsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına heç bir ehtiyac yoxdur, onun cəmiyyətdən təcrid olunması üçün əsaslar mövcud deyildir. Cəzanı yüngülləşdirən hallar, bir şəxsin törətdiyi cinayətə görə cəzanın azaldılması üçün nəzərə alınan xüsusi amillərdir. Bu hallar, hüquq sistemində ədalətin daha balanslı və fərdi vəziyyətlərə uyğun şəkildə təmin edilməsinə kömək edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə əsasən cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs olan Məhkum cəza təyin edilərkən onun himayəsində azyaşlı, sağlamlıq imkanları məhdud uşağının olması nəzərə alınmalı idi. Bu baxımdan ona azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin olunmasının ailə şəraitinə vuracağı zərər ədalətin təmin olunması baxımından proporsional deyildir. Həmçinin xüsusi ilə də qeyd olunmalıdır ki, təqsirlənd irilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallardan heç biri mövcud deyildir Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliy inin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin məzmunundan göründüyü ki mi, müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkuma azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsiri nə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsi rli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətl ər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edilməsi məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını düzgün müəyyən etmiş və yüngülləşdirən halları cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərkən onun evli və himayəsində 1 (bir) azyaşlı sağlamlıq imkanları məhdud uşağının olmasını, ona uzun müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə, ailəsinin gələcək taleyini, həm birinci instansiya məhkəməsində, həm də işin apellyasiya icraatı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, Cinayət Məcəlləsinin 341.1-ci maddəsinə nəzərən zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, göstərilən yüngülləşdirici halların məcmu şəklində müstəsna hallar kimi qiymətləndirmişdir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, c inayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini m ümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsa sında müəyyən edilmiş hallar onların müstəsna hallar kimi qiymətləndirilməsi, yəni məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunaraq CM- in təqsirli bilindiyi 311.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulduğundan da az həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, məhkumun törətdiyi əməl ağır cinayətlər təsnifatına aiddir və məhkuma cəza təyin edilən zaman bu halda nəzərə alınmalıədır. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini islah təsiri baxımından mütəna sib saymamaqla qeyd edir ki, məhkumun cəmiyyətdən təcrid olunmadan islah olunması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının digər cəza növü ilə əvəz olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, məhkuma təyin olunmuş cəzanın növünün dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək onun cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan da az cəza təyin etsə də, həmin cəzanın həddi məhkumun şəxsiyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil v ə təyin edilmiş cəzanın həddi müəyyən edilərkən həmin cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamışdır. İş materiallarındanda görünür ki, Məhkum himayəsində sağlamlıq imkanları məhdud 04 dekabr 2019-cu il təvəllüdlü X4 var və onun üzərində 17 oktyabr 2023-cü ildə “Koxlear İmplantasiya (sağ qulaq)” cərrahi əməliyyatı aparılmışdır. Məhkəmə kollegiyası qeyd edilən halı da məhkumun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə (CM-nin 62-ci maddəsi tətbiq edilməklə) təyin edilən cəza və buna müvafiq olaraq qəti cəzanın müddəti azaldılmalıdır. CPM-nin 404-cü maddəsinin tələbinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsi yyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmi ş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilərək məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəs i tətbiq olunmaqla Məhkum təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) 6 (altı) ay müddətinə endirilsin. Həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 341.1-ci maddəsi üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə təyin edilmiş 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinədək endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar