Məhkəmə qərarları › İş №1-1(102)-92/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-92/2017

02.11.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-92/2017 02.11.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-92/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin x x xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim: X4) xx xxx 1985-ci il tarixdə Azərbaycan Respublikası Qazax rayonunda anadan olmuş, rayonun Qızılhacılı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki övladı olan, natamam orta təhsilli, məhkum olmayan, 193 saylı Hərbi Hissənin müddətdən artıq xidmət edən hərbi xidmət qulluqçusu, kiçik çavuş, barəsində həbs qətimkan tədbiri seçilmiş Mə hkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra AR CM-in)178.2.3 və 32.4, 312.1cimaddələriilətəqsirlibilinib, AR CM-in 178.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki)il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasınıümumi rejimlicəzaçəkməmüəssisəsindəçəkilməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, öz qulluq mövqeyindən istif adə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş və ələ alma, sövdələşmə üsulu ilə şəxsi rüşvət verməyə təhrik etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Qazax rayon ərazisində yerləşən 707 saylı Hərbi Hissəsində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 2015-ci ilin yanvar ayının sonlarında Qazax rayon Kamuna kənd sakini vətəndaş X1 707 saylı Hərbi Hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə daxil olmağa köməklik edəcəyini bildirdikdən sonra işə düzəltmək üçün yer saxlamaq adı ilə Qazax şəhərində ondan 200 manat pul almış və bundan təxminən bir həftə sonra xx xxxxxx 2015-ci il tarixdə Qazax şəhərində “Finca” Qeyri-Bank Kredit Təşkilatının binasının qarşısında onun 2.000 manat pulunu almış, ümumilikdə sonuncunun cəmi 2.200 manat pulunu almaqla onun xeyrinə heç bir iş görməmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmiş, həmçinin Z.R.Bənnayevanı ələ alma və sövdələşmə üsulu ilə rüşvət verməyə təhrik etmişdir. Hökmdən Məhkum müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: E.A.Bayramov (sədrlik edən və məruzəçi), F.H.Əliyev və B.C.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəza həddinin qismən azaldılması üçün qərar qəbul e dilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməli AR CM-in 178.2.3-cü maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli, bundan əlavə ilk dəfə məhkumluğunu, ata anasının olmamasını, himayəsində iki azyaşlı uşağının olmasının, ailə vəziyyətinin çətin olmasını, məcburi köçkün olmasını nəzərə almaqla ona təyin edilmiş cəza qismən azaldılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı Məhkum edilməs inə dair AR CM-in 178.2.3-cü maddəsinə aid hissədə ləğv edilməli, onun əməli CM-in 178.2.3-cü maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilərək bu hissədə AR CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməli, qərar AR CM-in 32.4, 312.1-ci maddəsi ilə cəza təyini hissəsində dəyişdirilməli, həmin məcəllənin 32.4, 312.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti AR CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə endirilməli, məhkəmə qərarlarından AR CM-in 66.3-cü maddəsinə aid müddəa isə xaric edilməlidir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.1-ci maddəsinə görə K assasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum cinayət əməli Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə ARCM-in 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum un apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və humanist ideyaları rəhbər tutub cəza həddinin qismən azaldılmasına dair qərar çıxarılmasını xahiş etmişdir, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən Məhkum əməli düzg ün olmayaraq AR CM-in 178.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, AR CM-in 178.2.3-cü maddəsinin tövsifedici əlaməti kimi “cinayət törtəmiş şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etmə” göstərilir. İş materiallarından görünür ki, MəhkumMüdafiə Nazirliyinin Qazax rayon ərazisində yerləşən 707 saylı Hərbi Hissəsində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmətdə olmuşdur. AR CM-in 308-ci maddəsinin qeydinə əsasən, bu fəslin maddələrində vəzifəli şəxs dedikdə, hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları və.s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun AR CM-in 308-ci maddəsinin “qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair xx xxxx 2013-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxslər dedikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarından görünür ki, dələduzluq cinayətinin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, həmin əməlin cinayət məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Beləliklə, cinayət işinin materiallarından görünür ki, Məhkum kiçik çavuş kimi xidmət etdiyi müddətdə və cinayət hadisəsini törədərkən vəzifəli şəxs olmamış, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olmamış eləcə də, ona bu sahədə hər hansı səlahiyyət ver ilməmişdir. AR CM-in 15-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 (iki) ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin məcəllənin 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna daxildir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. AR CPM-in 39-cu maddəsinin tələbinə görə,cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Bundan başqa CPM-in 43.3-cü maddəsində deyilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu məcəllənin 39.1.3... maddə lərində nəzərdə tutulmuş hallarda müdafiə tərəfin razılığa ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəx slər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli AR CM-in 178.2.3-cü maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli və bu hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Məhkum himayəsində iki azyaşlı uşağın olmasına dair müvafiq sənədlərin olmasına baxmayaraq, ittiham aktında bu xüsusat yüngülləşdirici hal kimi göstərilməmiş, məhkəmə qərarlarında cəza təyin edilən zaman isə onun ilk dəfə cinayət törətməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, əməli səmimi etiraf etməsi, həmçinin himayəsində iki azyaşlı uşağın olması yüngülləşdirən hallar kimi sadalansa da, cəzanı ağırlaşdıran halların isə olmaması qeyd olunsa da, Məhkum AR CM-in 32.4, 312.1-ci maddəsi ilə təyin edilmiş cəza əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmir. Bundan başqa X2 ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək ona vurulmuş maddi ziyan ödənildiyindən iş üzrə hər hansı tələbi və şikayətinin olmadığını bildirmişdir. AR CM-in 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllə nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. AR CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.3 -cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. H əmin Qərarın 2-ci bəndində əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi AR CM-in 32.4, 312.1ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti AR CMin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə endirilməli, məhkəmə qərarlarından AR CM-in 66.3-cü maddəsinə aid müddəa isə xaric edilməlidir. AR CPM-in 416.0.2 maddəsinə əsasən məhkəmə bu məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, həmin məcəllənin 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 416.0.2, 416.0.15, 416.0.21, 419.10.3, 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Al i Məhkəməsinin Hərbi Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə aid hissədə ləğv edilsin, onun əməli Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə bu hissədə cinayət işi üzrə icraata xitam verilsin. Məhkum barəsində GəncəApellyasiyaMəhkəməsininHərbikollegiyasının xx xxxxxx 2017-ci il tarixliqərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə cəza təyini hissəsində dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təyin edi lmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə endirilsin. Məhkəmə qərarlarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə aid cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəa xaric edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə, o cümlədən cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması hissəsində dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar