Məhkəmə qərarları › İş №1-1(102)-93/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-93/2025

02.12.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-93/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 mart 2025-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 1-1(092)-11/2025 nömrəli (hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi) hökmü ilə xx xxx 1992-ci il tarixdə Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, “Xan” taksi şirkətində taksi sürücüsü işləyən, xxx-də qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, onun 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılma sı cəzasına məhkum edilməsi, üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəzasının icrasının yaşadığı yer üzrə Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. Hökmdən Zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Fərman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev İlqar Məhərrəm oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət məhkəmə tərkibində) 3 mart 2025-ci il tarixli 1-1(108)-3/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, zərərçəkmiş şəxsə xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 15 avqust 2024-cü il tarixdə saat 23 radələrində aralarında sevgi münasibətləri olan Naxçıvan şəhər sakini Şahid1 ilə telefonla danışan zaman sonuncu ona boşandığı əri Zərərçəkmiş şəxs işlədiyi, xxx ünvanında yerləşən “Era Butik” adlı qadın geyim mağazasının qarşısına gəldiyini, azyaşlı uşaqları ilə birlikdə onu yaşadığı evə yola salmaq üçün gözlədiyini demiş və həmin vaxt o, boşandıqları halda Zərərçəkmiş şəxs keçmiş arvadı Şahid1 ətrafında olmasından əsəbləşdiyi üçün özünə məxsus “Kia Optima” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gedərək, Şahid1 işlədiyi mağazanın yanına gəldikdən sonra Zərərçəkmiş şəxs avtomobilə minməsini, birlikdə gedib kənarda söhbət etmələrini demiş, sonuncu yanında uşaqlar olduğunu, onunla daha sonra söhbət edəcəyini deyərək avtomobilə minmədikdə o, avtomobildən düşüb Zərərçəkmiş şəxs yanına gələrək sözlü mübahisə etməyə başlamış və mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, daha sonra boyun nahiyəsindən tutub ayağından badalaq verməklə yerə yıxmış, yerdə olan zaman isə hər iki əli ilə boyun nahiyəsindən tutub sıxmışdır. Həmin vaxt ətrafdan keçən şəxslər onları aralaşdırmış, Zərərçəkmiş şəxs yanlarında olan az yaşlı qızı X-i qucağına alıb yaşadığı evə getmək üçün oradan u zaqlaşdıqda, Məhkum cinayətkar əməlini davam etdirərək təkrar onun arxasınca gedib bir qədər aralıda yerləşən “Şərq Hamamı” adlı hamam kompleksinin yanında onlara çataraq Zərərçəkmiş şəxs uşağı anasına verməsini demiş, sonuncu vermədikdə yaxınlaşıb, başı ilə sifətinə bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “burun sümüyünün sınığı, yumşaq toxumaların şişkinliyi və qançırı, boyunda 2 ədəd, sol dirsək nahiyəsində 1 ədəd, sağ əlindən 2 ədəd sıyrıqlar” xəsarətlərini yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 m art 2025-ci il tarixli qərarı Məhkum təyin edilmiş cəza hissəsində əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkməsi təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlinə və onun şəxsiyyətinə uyğun olmayan, onun islah olunması üçün yetərli sayıla bilməyən yüngül cəza təyin etmiş, apellyasiya instansiya məhkəməsi də əsassız olaraq həmin hökmü qüvvədə saxlamışdır. Məhkəmə Məhkum cinayətkar əməlini inadkarcasına davam etdirməsini və yanında azyaşlı uşaqlarının olmasına əhəmiyyət verməyərək azğınlıqla ona xəsarətlər yetirməsini, onun bu vəhşiliklə törətdiyi əməl nəticəsində övladlarının psixoloji travma almalarını, özünün də maddi və mənəvi zərərə məruz qalmasını nəzərə almamış və ona yüngül cəza vermişdir. Bundan əlavə Mə hkum hərbi qulluqçu kimi hərbi nizamnamələrə əsasən cəmiyyət arasında özünü nümunəvi şəxs kimi aparmalı olduğu halda, istər cəmiyyət içərisində, istərsə də hərbi xidmət zamanı özünü normal apara bilməmiş və qanunsuzluqlara yol vermişdir. Belə ki, cinayət işində olan hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə də Məhkum mənfi xarakterizə edildiyi qeyd edilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs olaraq Məhkumla barışmadığını və ondan şikayətçi olduğunu, birinci instansiya məhkəməsində çıxışı zamanı da təqsirləndirilən şəxs Məhkum bağışlamadığını, onunla barışmadığını, ondan şikayətçi olduğunu göstərmiş və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir, lakin məhkəmə zərərçəkmiş şəxs kimi onun mövqeyinə əhəmiyyət verməmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Odur ki, qeyd edilənlərə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 mart 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum daha ağır cəza təyin edilməsi üçün cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs çıxış edərək, məhkuma yüngül cəza verildiyini, ailəsinin məhkuma görə dağıldığını bildirib, məhkuma verilmiş cəzadan daha ağır cəza verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 mart 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş tərəfdən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkum barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 mart 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin isə təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 mart 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiall arından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Zərərçəkmiş tərəfdən verilmiş kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətin in dəlillərinə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göst ərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin məhkuma cəzanın məsuliyyəti yüng ülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar isə ümumiyyətlə müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarın ın seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddəti ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza müddətinin təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş tərəf kassasiya şikayətində əsaslandıra bilməmişdir. Belə ki, prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşmançılıq çəkməsi məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2370 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2021ci il 24 iyun tarixli, 2712 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, 2022-ci il 21 aprel tarixli 250s nömrəli Azərbaycan Respublikasının Baş Nazirinin sərəncamı ilə “Vətən Müharibəsi İştirakçısı” medalı ilə, 30 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunmuş və 10 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən M/V №-132286 №-li Veteran vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası he sab edir ki, zərərçəkmiş şəxs kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdiyi təqdirdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsi r edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində 2 azyaşlı uşağının olması, Vətən müharibəsində “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilməsi, törətdiyi əməli səmimi etiraf edib, törətmiş olduğu əməldən peşman olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifay ət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar