Məhkəmə qərarları › İş №1-1(102)-94/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-94/2018

25.10.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-94/2018 25.10.2018 ALİ MƏHKƏMƏ İş №1-1(102)-94/2018 Azərbaycan Respublikası adından QƏRAR 25 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə xx xx 1998-ci il tarixdə Şəki rayonunun Cumakənd kəndində anadan olmuş, həmin kəndə yaşayan, Laçın rayonun Oğuldərə kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının v ətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, məcburi köçkün, xx xx 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsi tərəfindən çağırış üzrə hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissəsinin tank əleyhinə bölüyünün 2-ci tağımmm qumbaraatan manqasında tuşlayıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 332.2.4 və 332.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsini n prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinəaçıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (hakim Ə.M.Sarıyev) Məhkum Azərbaycan Respublikası CM-in 332.2.4 və 332.2.5-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Ç.B.Məmmədov, hakimlər: T.A.Muxtarov və F.Ə.Mehdiyev) apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, silahdan istifadə edib zərərçəkmişin sağlamlığına az ağır zərər vurmaqla zor tətbiq edərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 1-ci tağım 3-cü manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, xx xx 2017-ci il tarixdə, saat 20-dən saat 22-dək həmin bölüyün Tərtər rayonunun Qapanlı kəndi ərazisində yerləşən 14 nömrəli döyüş mövqeyinin gecə müşahidə məntəqəsində döyüş növbətçisi təyin olunduğundan saat 19:50 radələrində həmin yerdə köhnə döyüş növbətçisi olan, aralarında tabelik münasibətləri olmayan həmin bölüyün 3-cü tağım 1-ci manqasında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X2 ilə növbəni dəyişməsi üçün həmin müşahidə məntəqəsinə yaxınlaşaraq «İskəndərov, düş aşağıya, patrul növbəsinə gir, gecəgörmə cihazını da gətir» demiş, sonuncu isə alçaq səslə «gəlirəm, gözlə» deyə cavab verdiyindən müşahidə məntəqəsinin qarşısında təxminən 5-10 dəqiqə gözləmiş, lakin əsgər Səxavət İskəndərovun müşahidə məntəqəsindən çıxmadığını görüb həmin məntəqənin içərisinə daxil olduqda əsgər Səxavət İskəndərovun dəbilqəni altına qoyaraq üstündə oturmaqla avtomat silah və gecəgörmə cihazı isə yerdə yanında olmaqla yatdığını görmüş, içəriyə doğr u daha bir addım atdıqda həmin səsdən Səxavət İskəndərov dərhal oyanaraq ayağa qalxmış, bu səbəbdən aralarında sözlü mübahisə başlayaraq tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-42 və 138-ci maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar..., hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar..., əsgərin vəzifəsidir: hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək» tələblərini pozub Səxavət İskəndərova «yatan p....» dedikdən sonra sonuncu ona «p.....r özünsən» deyə cavab qaytar dığından bundan əsəbləşərək sağ əli ilə Səxavət İskəndərovun yaxasından tutaraq «ağzının danışığını bil» demiş, sonuncu isə onun əlindən tutub kənara itələmiş, çölə çıxaraq ona «avtomat silahımı gətir» deyə bildirdikdən sonra Məhkum həmin müşahidə məntəqəyə girib Mİ 1740 nömrəli öz avtomat silahını kənara qoyub Səxavət İskəndərovun AP 3202 nömrəli avtomat silahını götürmüş, Səxavət İskəndərov pilləkəndən aşağı düşdükdən sonra avtomat silahını ondan götürmək üçün geri dönərkən Məhkum məntəqənin qarşısında, yuxarıda dayanaraq aralarındakı məsafə təxminən 2-3 metr olmaqla Səxavət İskəndərovun ona cavab qaytarmasından əsəbləşərək qorxutmaq məqsədilə həmin silahı döyüşə hazır vəziyyətə gətirməklə sonuncu istiqamətində bir dəfə atəş açaraq zərərçəkmiş şəxsSəxavət İskəndərova dərəcəsinə görə sağl amlığa az ağır zərər vurmaya aid olan «sol saidin yumşaq toxumalarını dəlib-keçən güllə yarası» xəsarəti yetirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən onun X1 birgə döyüş tapşırığını yerinə yetirilməsi zamanı silahdan istifadə etməklə sonuncuya az ağır zərər vurmasını, Məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliyini artıran hall olduğu nəzər almamışlar. Dövlət ittihamçısının fikrincə məhkəmələr əsassız və qanunsuz olaraq Məhkum cinayət əməlini etiraf edərək hərəkətindən səmimi peşman olmasını, zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi olmamasını, xidmətini davam etdirmək arzusunda olmasını, hadisədən dərhal sonra zərərçəkmişə yardım göstərilməsi üçün kömək çağırmasını kimi halları yüngülləşdirən hallar kimi müəyyən etmişlər. Bundan başqa kassasiya protestinin müəllifi qeyd edir ki, Məhkum barəsində CM-in 70-ci maddəsini tətbiq etmək üçün istinad edilən cəzanı yüngülləşdirən hallar məhkəmələr tərəfindən təqsirli şəxsin təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilərkən artıq nəzərə alınmışdır Beləliklə dövlət ittihamçısı hesab edir ki, məhkəmələr cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən halları kimi nəzərə almaqla Məhk um barəsində CM-in 70-ci maddəsini tətbiq etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı X2 çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya protestind ə məhkumun təqsirliliyinə və əməlin tövsifinə dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Hesab olunur ki, qanunsuz və əsassız olaraq CM-nin 70-ci maddəsini tətbiq edilərək şərti məhkum etmə barədə qərar qəbul edilmişdir. Məhkum еdilmiş şəхs Məhkumcəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəz a təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. İş materiallarından da görünür ki, Məhkum cinayət əməlini etiraf edərək hərəkətlərindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur, xidmət ini davam etdirmək arzusundadır, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərilməsi üçün kömək çağırmışdır, hadisə zərərçəkmiş şəxsin döyüş növbəsi çəkmə qaydalarını pozub növbə vaxtı yatmaqla düşməni müşahidəsiz buraxması səbəbindən baş vermişdir, ailəsi məcburi köçkün olmaqla Şəki rayonunda məskunlaşmışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun x x xx 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, Məhkum əməlində heç bir ağırlaşdırıcı hal yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan və zərərçəkmiş şəxs S.İsgəndərovun barəsində qəbul edilmiş Tərtər Hərbi Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmündən görünür ki, Məhkum cinayət törətməsinin səbəbi məhz S.İsgəndərovun qanunsuz hərəkətləri olmuş, yəni sonuncunun döyüş növbəsində döyüş xidməti apararkən yatması olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, 703 saylı Hərbi Hissənin komandirinin xx xx 2018-ci il tarixli əmrinə əsasən Məhkum hərbi xidmət müddətini başa vurduğuna görə hərbi hissədən tərxis olunmuşdur. Bu səbəbdən də məhkuma daha ağır cəza təyin edilməsi və CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəanın xaric edilməsini məqsədə müvafiq hesab etmək olmaz. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək birinci və apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlillərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəməkollegiyasıişmateriallarınıbirdahatəhliledərəkbeləqənaətəgəlirki, işəbaxanməhk əmələrAzərbaycanRespublikasıCPM-in 145.1cimaddəsinintələblərinəmüvafiqolaraqaraşdırılmışsübutlarıonlarınmötəbərliyi, mümkünlüyüvəmənsubiyyətiüzrəqiymətləndiribCPM-in 146cımaddəsinəəsasənhəminsübutlarınMəhkum tərəfindənittiham edildiyi cinayətintörədilməsinədaironuntəqsirliliyininmüəyyənedilməsiüçünkifayətetməsihaqqındad üzgünnəticəyəgəlmişlər. Bundanbaşqa, həmbirinci, həmdəapellyasiyainstansiyasıməhkəməsiişəbaxılmasızamanınatamamlığa, qeyriobyektivliyə, cinayətprosesiiştirakçılarınınhüquqlarınınpozulmasınayolverməmiş, məhkəməiclaslarıağlabatanmüddətlərdəcinayətmühakiməicraatınınprinsiplərinəuyğunolara qkeçirilmişvəməhkəmələrhərhansıbirsübutuntədqiqindənimtinaetməyərəkqanunsuzyollaəld əolunmuşsübutlardanistifadəetməmişlər. MəhkəməbaxışlarızamanıhəmçininİnsanHüquqlarınınvəƏsasAzadlıqlarınınM üdafiəsihaqqı ndaAvropaKonvensiyasının 6cımaddəsindənəzərdətutulmuşədalətlivəqərəzsizməhkəməbaxışınamalikolmaq, müdafiə, onunlehinəvəəleyhinəifadələrvermişşahidləridindirməkvəbaşqahüquqlarıdapozulmamışdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Sədrlik edən: Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar