Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-95/2017 23.11.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-95/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Ceyhun Zülfüqar oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 263-1.1 və 333.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim: X1) xx xxxxxx 1988-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, MN-in N №li hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər, Samux rayonunun Qarayeri qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 185.2.4, 263-1.1 və 333.3-cü maddələri ilətəqsirlibilinərək, AR CM-in 185.2.4 maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 263-1.1-ci maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, AR CM-in 333.3-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə a zadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə məüssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 1-ci artilleriya divizionunda aşpaz vəzifəsində hərbi xidmətdə olarkən xx xxxxx 2016-cı il tarixdə saat 19 radələrində onunla eyni bölmədə xidmət edən kapitan X3 məxsus «Mercedes-Benz E230» markalı Az ** DM *** dövlət qeydiyyat nişanlı minik avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək idarə etmiş, xx xxxxx 2016-cı il tarixdə gecə saat 06 radələrində həmin avtom obillə «Gəncə-Şəmkir» avtomobil yolunun Gəncə şəhəri ərazisindəki «Hyundai» avtomobil servisinin bərabərliyində Gəncə şəhəri istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndlərinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə edərək onu yo lun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli, həmçinin hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə etməməli, habelə nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, həmin tələblərə əməl etməyərək sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsini yaşayış məntəqəsində 120 km/saat sürəti ilə idarə edərkən idarəetməni itirib avtomobili öz hərəkəti istiqamətində yolun sağ kənarında yerləşən səkiyə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər, həmçinin vətəndaş X3 3.515 (üç min beş yüz on beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, müddətdən artıq hərbi xid mət hərbi qulluqçusu Məhkum N №li hərbi hissənin 1-ci artilleriya divizionunda aşpaz vəzifəsində hərbi xidmətdə olarkən, xx xxx 2016-cı il tarixdə stasionar şəraitdə müalicə olunduğu N №li hərbi hissədən xidmət yerinə göndərilməsinə baxmayaraq üzrlü səbəblər olmadan hərbi hissəyə həmin tarixdə deyil, yalnız xx xxx 2015-ci il tarixdə saat 09-da qayıtmışdır. Bundan sonra, Məhkum hərbi hissəni üzrlü səbəblər olmadan xx xxx 2016-cı il tarixdə saat 14-də özbaşına tərk etmiş və xx xxx 2016-cı il tarixdə hərbi hissəyə qayıtmışdır. Bununla da o, bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Hökmdən Məhkum müdafiəçisi X.M.Əkbərov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), R.A.Məhərrəmli və T.A.Muxtarovdan ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin etmiş, hökmü dəyişdirmiş, Məhkum təqsirli bilindiyi AR CM-in 185.2.4-cü maddəsi ilə 2.000 (iki min) manat cərimə cəzası təyin edilmiş, həmin məcəllənin 263-1.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə endirilmiş, CM-in 333.3-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası isə qüvvəsində saxlanılmışdır. AR CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq 2 (iki) il müddə tinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2.000 (iki min) manat cərimə cəzası saxlanılmış, CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra olunması qərara alınmış və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və barəsində təyin edilmiş həbs cəzasını daha yüngül, həbslə bağlı olmayan cəza ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində atasının vəfat e tməsini, ailəsinin bütün yükünün onun üzərində olmasını, himayəsində yetkinlik yaşına çatmayan bacı və qardaşının olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını, məhkumluğundan sonra ailəsinin maddi vəziyyətinin pisləşməsini, hadisəni ehtiyatsızlıqdan törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, aprel döyüşlərində iştirak etməsini və vətənə olan borcunu layiqincə yerinə yetirməsini yüngülləşdirici hallar kimi göstərmişdir. O, qeyd olunan bu halları nəzərə alaraq barəsində təyin olunmuş həbs cəzasını daha yüngül, həbslə bağlı olmayan cəza ilə əvəz edilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şika yətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.Z.Əliyevin çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs1 isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCinayət Prosessual Məcəlləsinin 419.4cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verə n sübutların məcmusuna istinad edilməklə Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə ARCM-in 185.2.4, 263-1.1 və 333.3-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum müdafiəçisi X.M.Əkbərovun apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm Məhkum barəsində cəza təyini hissəsində dəyişdirilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum e tmə cəzası və 2.000 (iki min) manat cərimə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünürki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanun iüsullarla toplanmış başqa sübutlarbirinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yolverilməsi, sübutların tədqiqin dənəsassız imtina olunması və yo lverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayətəməliAR CM-in 185.2.4, 263-1.1 və 333.3-cü maddələriilədüzgüntövsifedilmişdir. Hazırkı kassasiya şikayətində isə Məhkum əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız onun barəsində təyin edilmiş həbs cəzasının daha yüngül, həbslə bağlı olmayan cəza ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxslərlə barışmasını, vurduğu ziyanı aradan qaldırmasını, ilk dəfə məhkum olunmasını və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırla şdıran halların isə olmamasını qeyd etmişdir. Eynizamanda sadalanan hallarınməhkumatəyinolunmuşcəzanınmüddətininonuntəqsirlibilindiyimaddələrinsanksiyasındanəzə rdətutulmuşcəzanınşərtiolaraqtətbiqedilməsinəimkanverənhallarkimiqiymətləndirilməsiüçünəsasgör məmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq m əqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidi rlər. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Məhkum 19-xx xxxxx 2016-cı il tarixlərdə AR CM-in 185.2.4-cü və 263-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan sonra barəsində araşdırma aparıldığı dövrdə, yəni xx xxx 2016-cı il tarixdə stasionar şəraitdə müalicə olunduğu N saylı hərbi hissədən xidmət yerinə göndərilməsinə baxmayaraq üzürlü səbəb olmadan hərbi hissəyə həmin tarixdə de yil yalnız xx xxx 2016-cı il tarixdə gəlmişdir. Daha sonra o həmin tarixdə təkrarən üzürlü səbəb olmadan özbaşına hərbi hissəni tərk edərək qəsdən cinayət törətmiş və xx xxx 2016-cı il tarixdə hərbi hissəyə qayıtmışdır. Məhkəmə kollegiyası Məhkum hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasını, barəsində araşdırma aparıldığı zaman yenidən qəsdən cinayət törətməsini və şəxsiyyətini xarakterizə edərək belə qənaətə gəlir ki, onun barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza təyin edilməsi məqsədəmüvafiq deyil. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası QƏRARA A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2. 4, 263-1.1 və 333.3-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilmədən saxlansın. Sədrlik edən: İlqar Qılıcov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1-1(102)-95/2017
Ali Məhkəmə Qərar — İş №1-1(102)-95/2017
23.11.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver