Məhkəmə qərarları › İş №1-1(102)-95/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-95/2021

22.12.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-95/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2021-ci il tarixli ilkin baxış qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(098)111/2021 saylı qərarı (hakim X4) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən cinayət məsuliyyətindən azad edilmiş, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmiş. Tərtər Hərbi Məhkəməsinin 20 aprel 2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarından döv lət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X6 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) 11 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmiş, Tərtər Hərbi Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarını ləğv etmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclası mərhələsinə göndərilmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2021-ci il tarixli ilkin baxış qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Müdafiəçi kassasi ya şikayətində qeyd etmişdir ki, Apellyasiya instansiya məhkəməsi heç bir əsaslandırma etmədən əsassız qərar qəbul etmiş, səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmünün təsviri əsaslandırıcı hissəsi diqqətlə oxunduqda cinayət və cinayət prosessual hüququn, əməlin tövsifı müddəaları ilə obyektiv əsaslandırmanın aparılmasının şahidi ola bilərik. Lakin, dövlət ittihamçısı protestində cinayət və cinayət prosessual qanunvericiliyi ilə manipulyasiya edərək «hər kəs cəzalandırılmalıdır» prinsipini əsas götürərək çox təəssüf ki, Apelyasiya məhkəməsinin işə baxan hakimlərini də bu fikrə inandıra bilmişdir. CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlük ə törətməyən və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi anlaşılır. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində, müharibədə iştirak etməsində, göstərdiyi fərdi şücaətə görə orden və medallarla təltif olunmasında ifadə oluna bilər. Şəraitin dəyişməsi siyasi, iqtisadi, və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və ərazidə baş verə bilər. Məhkəmə hazırlıq iclası keçirilərkən təqsirləndirilən şəxs Məhkum ordu sıralarından ehtiyyata buraxılmışdır. CM-nin 74-cü maddəs inin tətbiq edilməsi üçün zəruri olan fakt artıq məhkəmənin hazırlıq iclası zamanı məlumdursa və dəfələrlə məhkəmə baxışı keçirməklə, cəbhə bölgəsində düşmənlə üzbəüz postda xidmət edən hərbi qulluaçuları (təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidləri) dəfələrlə məhkəmə baxış içlasına dəvət edərək dindirdikdən sonra da bu əsas dəyişməyəcəksə, bu zaman cinayət işi üzrə icraata məhkəmənin hazırlıq iclasında xitam edilməsinə nə maneə törədə bilər və ya dəfələrlə məhkəmə iclaslarının keçirilməsinə hansı bir zərurət mövcuddur?! Halbuki şəxsin cinayət məsuliyyətindən məhkəmənin hazırlıq iclasında azad edilməsi prosesual qənaət prinsipinin tələblərinə, eləcə də məhkəmələrin iş yükünün azaldılmasına yönələn tədbirlərdir. Müdafiə tərəfi hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin C inayət Kollegiyasının, Məhkum əməlində cinayət tərkibi olmadığından cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 20 aprel 2021 -ci il tarixli, 1 (098)-22/2021 nömrəli qərarını ləğv edib çıxardığı yeni qərarı əsassız olduğundan ləğv olunmalı və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müə yyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Tərtər Hərbi Məhkəməsinin 20 aprel 2021ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən cinayət məsuliyyətindən azad edilmiş, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmiş. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən qeyd etmişdir ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş, ilk dəfə cinayət törətmişdir. Eyni zamanda törətdiyi cinayətdən sonra da, başqa qanun pozuntusna yol verməmiş, nümunəvi qulluq keçmiş və 27 sentyabr 2020 – 10 noyabr 2020-ci il tarixdə Azərbaycan respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, hətta həmin döyüşlər zamanı göstərdiyi şücaətlərə görə Cəbrayıl və Xocavənd rayonlarının azad olunmalarına görə medallarla təltif olunmuşdur. Məhkum Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında işti rak edərək fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularından biridir və hazırda o, ordu sıralarından təxris olunmuşdur. Göstərilən hərəkətləri və hazırda ordu sıralarından təxris olunması ilə əlaqədar onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxmışdır. Lakin Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 305-ci maddəsində icraata xitam verilməsi üçün göstərilən əsaslar arasında Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsində nəzərdə tutulan hallar göstərilməmişdir. Yəni şəraitin dəyişib-dəyişilməməsinin, şəraitin dəyişilməsi nəticəsində törədilmiş əməlin və ya əməli törətmiş şəxsin ictimai təhlükəli olub-olmaması yalnız məhkəmə b axışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir; bu halların müəyyən olunması məhkəmənin hazırlıq iclasının predmetinə aid deyil. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74cü maddəsinə istinad etməklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2- ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Cinayət Məcəlləsinin 74-cü maddəsinə istinad edib cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi CinayətProsessual Məcəlləsinin 40.3 və 40.4-cü maddələrinə əsasən deyil, məhz CinayətProsessual Məcəll əsinin 40.2-ci maddəsinə əsasən mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 324.4.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin özünü təqsirli bilib-bilməməsi, əgər bilirsə, tam və ya qismən və məhz hansı əməldə bildiyi məhkəmə istintaqının başlanmasından sonra məhkəmə baxışı iclasında müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 325-ci maddəsinə əsasən sübutlar məhkəmə istintaqında təd qiq olunur. Bundan başqa, Məhkum cinayət hadisəsini törətdikdən sonra digər qanun pozuntularına yol verib-verməməsi, qüsursuz xidmət etməsi, öz hərəkətləri ilə hal-hazırda ictimai təhlükəli olmadığı, onun şəxsiyyətinin ictimai təhlükəliliyinin aradan qalxması kimi sübutların tədqiq edilərək qiymətləndirilməsi məhkəmə hazırlıq iclasının deyil, məhkəmə baxışı iclasının predmetidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə hazırlıq iclasında Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə barəsində olan cinayət işinə Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən xitam verməklə Məhkum Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulmuş müdafiə hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, təqsirləndirilən şəxsin özü nü təqsirli bilib-bilməməsi, əməldə cinayət tərkibinin və bəraət üçün əsasların olubolmaması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə hazırlıq iclasında Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə olan cinayət işinə Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən xitam verilməsi nəticəsində Məhkum Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsindən məhrum olduğundan Apellyasiya məhkəməsi həmin qərarı ləğv etməklə əsaslı nəticəyə gəlmişdir, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müə yyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2021-ci il tarixli ilkin baxış qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar