Məhkəmə qərarları › İş №1-1(102)-95/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-95/2022

14.12.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-95/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi - Hacıyev Sahil Telman oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə Şəmsəddin oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə (hakim İbrahimov İlham Sadət oğlunun sədr liyi, Həsənov Polad Vəli oğlu və Hüseynov Saxavət Səməd oğlundan ibarət tərkibdə) xx xxxxx 2003-cü ildə İsmayıllı rayonunun Gideyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonunun Gideyli kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlu tərəfindən apellyasiya şikayəti və həmin şikayətlə bağlı müddətin bərpasına dair vəsatət verilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 11(092)-15/2022 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci i l tarixli, 1-1(092)-15/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlunun apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğundan rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 22 iyun 2022-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətə baxan Naxçıvan MR Ali Məhkəməsi Cinayət Kollegiyası (Məmmədov Fəxrəddin Rüstəm oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə) 10 avqust 2022-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məh kəməsinin 22 iyun 2022-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan MR Ali Məhkəməsi Cinayət Kollegiyasının həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xəstə olduğundan və maddi imkanı olmadığından vəkil tutaraq vaxtında məhkəməyə apellyasiya şikayəti verə bilməmişdir. Hüququ biliyinin aşağı olmasından prosessual müddətin keçdiyini bilməmiş, buna görə də apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində nümayəndə-vəkil Nümayəndə çıxış edərək, X8 Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmünün surəti gec əldə etdiyini, əldə etdikdən sonra hökmdən hansı formada və zamanda apellyasiya şikayəti verilməsi gərəkdiyi haqqında məlumatının olmadığını, bu əsaslara baxmayaraq məhkəmələr tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmadığını bildirib Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi S.T.Hacıyev çıxış edərək, əlavəsinin olmadığını bildirib verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, buraxılmış müddətin bərpası üçün heç bir üzürlü səbəb olmadığını, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi A.X.Hüseynov çıxış edərək, cinayət işini n daha obyektiv baxılmasının təmin olunması məqsədilə kassasiya şikayətinin təmin olunmalı olduğunu, işin yenidən araşdırılmalı olduğunu bildirib, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun mü dafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü, 27 aprel 2022-ci il tarixli müşayiətedici məktubu ilə proses iştirakçılarına, eləcə də, Hacıyev Sahil Telman oğluna göndərilmişdir. 27 aprel 2022-ci il tarixli reyestrdən və “Naxçıvanpoçt” X15 20 iyun 2022-ci il tarixli 217 nömrəli məktubundan müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmünün surətinin göndərilməsi barədə məktub zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlu tərəfindən 30 aprel 2022-ci il tarixdə, AZ1059 indeksli poçt bölməsi ndən qəbul edilərək şəxsən imza etməklə qəbul edilmişdir. Bundan başqa, məhkəmənin hökmü proses iştirakçılarının, o cümlədən zərər çəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlunun iştirakı ilə elan edilmiş, məhkəmə baxışı mərhələsində bütün prosesi iştirakçılarına, o cümlədən zərər çəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğluna onun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 106-cı maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələr elan olunmuş, həmçinin həmin maddədə nəzərdə tutulmuş hüquq və vəzifələrə, o cümlədən yekun məhkəmə qərarından onun apellyasiya şikayəti vermək hüququna malik olması izah edilmiş və qərarın nəticə hissəsində apellyasiya şikayətinin verilmə qaydası və müddəti, məhkəmənin adı dəqiq göstərilmiş, apellyasiya şikayətinin verilməsini isti sna edən və ya məhdudlaşdıran hər hansı bir prosessual pozuntuya yol verilməmişdir. Həmçinin, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya ap ellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sahil Telman oğlu birinci instansiya məhkəməsinin qərarı elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətini (18 iyul 2022-ci il tarixdə verilib) 03 aya yaxın buraxmaqla apellyasiya şikayəti vermiş və müddətin buraxılması ilə bağlı üzürlü səbəbləri qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş əkmiş şəxsin hüquqi varisi H acıyev Sahil Telman oğlunun iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Zərərçəkmiş şəxsin hüquqi varisi Hacıyev Sah il Telman tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar