Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-95/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkumun iştirakları ilə, xxxxxx-ci il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Ci nayət Məcəlləsinin 228.1, 234.4.1, 234.4.3 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar N5-ci il tarixli, 1-1(103)-13/N5 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 28 aprel N3-cü il tarixli 1-1(093)-60/N3 nömrəli hökmü ilə (hakimlər: C.C.Ramazanov (sədrlik edən), R.Q.Abbasov və A.K.Kalbalıyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1, 234.4.3 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci m addəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 iyun N2-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsini n 79.1-ci maddəsi tətbiq edilməklə cəzasını çəkməsi himayəsindəki N mart N2-ci il təvəllüdlü oğlunun 14 yaşına çatmasınadək təxirə salınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar N5-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), T.N.Mahmudova və E.E.Rəhimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 28 aprel N3-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə üzrə cəza təyin edilməmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin e dilmiş 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar N5-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz olaraq döyüş s ursatlarını, habelə odlu silahın komplekt hissəsini əldə etmiş, saxlamış, daşımış, gəzdirmiş və başqasına vermiş, bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş və saxlamışdır. Belə ki, o, Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün bölük qərargahının baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 44 günlük “Vətən Müharibəsi” zamanı aparılmış döyüşlərdə iştirak etdiyi zaman 06 noyabr N0ci il tarixdə səhər saatlarında bilavasitə döyüş əməliyyatlarının aparıldığı Tərtər rayonunun Talış kəndinin ərazisindən döyüş sursatı hesab edilən 52 (əlli iki) ədəd 5,45 mm çaplı avtomat patronu, 06 (altı) ədəd 9x18 mm çaplı və 02 (iki) ədəd 9x19 çaplı tapança patronunu və 01 (bir) ədəd “F1” tipli əl qumbarasının gövdəsini, eləcə də 01 (bir) ədəd döyüş sursatının komplekt hissəsi hesab edilən “F-1”, “RQ-42” və “RQD-5” tipli əl qumbaralarının gövdələrinin partladılmaları üçün nəzərdə tutulmuş “UZRQM” tipli alışdırıcını aşkar etmişdir. Bundan sonra o, həmin döyüş sursatlarının, habelə odlu silahın komplekt hissəsinin aşkar edilməsi barədə onların hərbi qənimət kimi qeydiyyata alınaraq təhvil verilməsi üçün müəyyən edilmiş qaydada komandanlığa məlumat verməyib, aşkar etdiyi döyüş sursatlarını və odlu silahın komplekt hissəsini qanunsuz olaraq əldə edərək onları öz şəxsi əşyalarını saxladığı əl çantasının içə risində gizlətməklə saxlayaraq üzərində gəzdirmiş, daha sonra elə həmin gün xəstəliklə əlaqədar ona 05 (beş) günlük məzuniyyət verildiyindən, qanunsuz olaraq əldə edib saxladığı döyüş sursatlarını və odlu silahın komplekt hissəsini əl çantasının içərisində istintaqa məlum olmayan mülki avtomobildə aralarında yaxın münasibətlərinin olduğu Şahid6 məxsus ünvan 2 ünvanında yerləşən evə daşımış və elə həmin gün orada qanunsuz olaraq əldə etdiyi döyüş sursatlarını və odlu silahın komplekt hissəsini, yəni 52 (əlli iki) ədəd 5,45 mm çaplı avtomat patronu, 06 (altı) ədəd 9x18 mm çaplı və 02 (iki) ədəd 9x19 çaplı tapança patronunu, 01 (bir) ədəd “F1” tipli əl qumbarasının gövdəsini və 01 (bir) ədəd “F-1”, “RQ-42” və “RQD-5” tipli əl qumbaralarının gövdələrinin partladılmaları üçün nəzərdə tutulmuş “ UZRQM” tipli alışdırıcını Şahid6, eləcə də həmin vaxt qeyd edilən evdə olmuş və aralarında tanışlıq münasibətlərinin olduğu X4 və X3 qanunsuz olaraq vermişdir. Həmin döyüş sursatları, yəni 52 (əlli iki) ədəd 5,45 mm çaplı avtomat patronu, 06 (altı) ədəd 9x18 mm çaplı və 02 (iki) ədəd 9x19 çaplı tapança patronu Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunmuş ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 10 fevral N1-ci il tarixdə həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid6 yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə aparılmış axtarış nəticəsində, döyüş sursatı olan 01 (bir) ədəd “F1” tipli əl qumbarasının gövdəsi və odlu silahın komplekt hissəsi olan 01 (bir) ədəd “F-1”, “RQ-42” və “RQD-5” tipli əl qumbaralarının gövdələrinin pa rtladılmaları üçün nəzərdə tutulmuş “UZRQM” tipli alışdırıcı isə 11 fevral N1-ci il tarixdə həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs məxsus “Ravon Nexia” markalı 90PJ367 dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış axtarış nəticəsində avtomobilin ön sağ oturacağındakı əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N1-ci ilin yanvar ayının sonlarında şəxsi ehtiyaclarına sərf etmək məqsədi ilə aylıq məvacib aldığı "xxxx" ASC-dən pul krediti götürmək qərarına gəlmiş, lakin zabitlər və gizir rütbəli hərbi qulluqçular istisna olmaqla, digər hərbi qulluqçulara zaminsiz kredit verilmədiyini bildiyindən saxta sənədlər əldə edərək həmin sənədlər əsasında ba nkdan pul krediti əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum, özünün sifarişi ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs (şəxslər) tərəfindən onun adına qanunsuz hazırlanmış hüquq verən rəsmi sənədi, yəni onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin baş leytenant hərbi rütbəli hərbi qulluqçusu olmasına dair müvafiq vəzifəli şəxslərin adından saxta imzalar çəkilmiş və saxta möhür əksləri vurulmuş MN seriyalı ******* nömrəli şəxsi vəsiqəsini, eləcə də N nömrəli hərbi hissə komandanlığı adından onun baş leytenant hərbi rütbəsində xidmət etməsi və 650,65 (altı yüz əlli manat altmış beş qəpik) manat məbləğində maaş almasına dair saxtalaşdırılmaqla hazırlanmış 01 fevral N1-ci il tarixli 155/2 nömrəli saxta arayışı həmin gün səhər saatlarında Şəmkir rayonun ərazisində almış v ə onları "xxxx" ASC-in Şəmkir rayon filialında kredit mütəxəssisinə təqdim edərək filialla aralarında bağlanmış 01 fevral N1-ci il tarixli BPM **********06 nömrəli kredit müqaviləsinə əsasən 1600 (min altı yüz) manat məbləğində pul krediti və 300 (üç yüz) manat məbləğində “TamKart” kredit kartı əldə etməyə nail olmaqla bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etmişdir. Bundan əlavə Məhkum N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 73 nömrəli əmri ilə xidməti uyğunsuzluğa görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarından ehtiyata buraxılaraq ordu sıralarından tərxis olunduqdan sonra həmin ilin may ayında qeyri-rəsmi olaraq birgə yaşadığı vətəndaş Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Xır dalan qəsəbəsində narkotik vasitələri istifadə edən şəxslərdən telefon nömrəsini alıb tanış olduğu və yalnız mobil telefonun “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxladığı, özünü x kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsinə və saxlanmasına dair razılığa gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aralarındakı cinayətkar razılaşmaya uyğun olaraq, Məhkum göstərişi ilə 29 iyun N2-ci il tarixdə saat 17 radələrində özünün istifadəsində olduğu +********** mobil danışıq nömrəsindən “WhatsApp” mobil tətbiqi vasitəsilə özünü x kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +**********93 mobil danışıq nömrəsinə zənglər edərək və səsli mesajlar göndərərək 04 (dörd) qram narkotik vasitə olan heroin və 01 (bir) qram psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmiş və özünü x kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı bunun müqabilində göndəcərəyi hesab nömrəsinə 92 (doxsan iki) manat məbləğində pul göndərdikdən sonra ona həmin narkotik vasitə və psixotrop maddənin gizlədildiyi yer barədə məlumat verəcəyini bildirdikdə bu təklifi qəbul edib razılaşmışdır. Bundan sonra özünü x kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı tərəfindən “WhatsApp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan +********** mobil danışıq nömrəsinə "xxxx" ASC-yə aid plastik kartın **********668432 nömrəsi göndərilmiş və həmin gün saat 18:20-də Məhkum tərəfindən Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 409858++++++3714 nömrəli plastik kart hesab nömrəsindən həmin kart hesab nömrəsinə 92 (doxsan iki) manat məbləğində pul köçürülərək, bu barədə Təqsirləndirilən şəxs tərəfindən “WhatssApp” mobil tətbiqi vasitəsilə özünü x kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşına məlumat verilmişdir. Həmin məlumatı aldıqdan sonra özünü x kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı tərəfindən həmin gün saat 19:25-də “WhatssApp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan +********** mobil danışıq nömrəsinə hazırda istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər tərəfindən qabaqcadan gizlədilməklə saxlanıldığı yer barədə həmin əra ziyə aid fotoşəkillər, eləcə də həmin ərazinin Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Həmid Sultanov küçəsində quraşdırılmış **********4 nömrəli qaz sayğacının qutusunun içərisində olmasına dair yazılı mesajlar göndərilməklə məlumat verilmişdir. Bu barədə Təqsirləndirilən şəxs tərəfindən ona məlumat verildikdən sonra Məhkum elə həmin gün saat 20 radələrində Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Həmid Sultanov küçəsində yerləşən ünvana gedərək orada quraşdırılmış **********4 nömrəli qaz sayğacının qutusunun içərisindən kustar üsulla hazırlanmış 3,725 qram külli miqdarda narkotik vasitə olan heroini və kustar üsulla hazırlanmış 0,922 qram psixotrop maddə olan metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edərək şalvarının cibində gizlə tməklə saxlamış və onları üzərində gəzdirərkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Y Məhkum 29 iyun N2-ci il tarixdə saat 20.20-də Bakı şəhəri, Binəqədi rayonu, Həmid Sultanov küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq 40-cı Polis Bölməsinə gətirilmiş və şübhəli şəxs kimi tanındıqdan sonra orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə kustar üsulla hazırlanmış 3,725 qram çəkidə külli miqdarda narkotik vasitə hesab edilən heroin və bir ədəd bükümdə kustar üsulla hazırlanmış 0,922 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət mühakimə icraatının prinsiplərinin, cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, nəticədə o, törətmədiyi cinayətə görə yəni müstəsna olaraq özünün istehlakı üçün narkotik vasitə və psixotrop maddəni əldə etdiyi halda, əsassız olaraq onun əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif olunmuş (digər maddələr ilə razılaşır), müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddin dən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar N5-ci il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməklə, ona həmin maddə ilə və cinayətlərin məcmusu üzrə yüngül cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şi kayətində onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif olunduğunu (CMin 228.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməsi hissədə razılaşır), əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə və cinayətlərin məcmusu üzrə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbay can Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar N5-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, o özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yüngül cəzanın təyin edilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutla r (məhkum edilmiş şəxsin özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaqda verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, xx.xx.N2-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokol, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.N2-ci il tarixli, 6/3619 nömrəli rəyi, Məhkum istifadəsində olan +994 99-333-46-44 saylı mobil nömrəsinə narkotik vasitələrin satışı ilə bağlı daxil olan sms-lər, maddi sübutlarla, istintaq hərəkətlərinin protokolları) CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticələr çıxarılmışdır (hökmdə və apellyasiya məhkəməsinin qərarında sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edil diyindən, məhkəmə kollegiyası hazırkı qərarda onların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə heyəti Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini (onun narkotik vasitəni satmaq məqsədini güdməməsi, əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli olması haqqında iddialarını) əsassız hesab edir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, məhkum kassasiya şikayətindən fərqli olaraq birinci instansiya hökmündən verilmiş olduğu apellyasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri törətmiş olduğu əməli mübahisələndirməmiş, sadəcə ona təyin olunmuş cəzadan narazı olduğu üçün təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1, 234.4.3 və 320.2-ci maddələri ilə cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən, məhkəmə birinci instansiya məhkəməsindən fərqli olaraq cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hallar 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Cəsur döyüşçü” medalı ilə təltif olunmasını nəzərə alıb, ağırlaşdıran halın müəyyən olunmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şərait inə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasını 05 (beş) il 06 (altı) ayadək endirməklə, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanun i və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməsi haqqında məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar N5-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1, 234.4.3 və 320.2-ci maddələri ilə məhkum edilməsi nə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar N5-ci il tarixli, 1-1(103)-13/N5 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-95/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-95/2025
18.11.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver