Məhkəmə qərarları › İş №1-1(102)-96/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-96/2018

29.11.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-96/2018 29.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ “29” noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X6 və X11 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X4 və zərərçəkmiş şəxsin hüquqi varisi X12 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum X7 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Naxçıvan Muxtar RespublikasıHərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Q.V.Əliyev) xx xx 1997-ci il tarixdə Zaqatala rayonunun Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Danaçı kəndində qeydiyyatda olan X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən əsgər X18 N №-li hərbi hissənin Ordubad rayonunun Böyük Soyuq müdafiə mövqeyində xidmət aparan 5-ci taborunun 16-cı bölüyündə baş atıcı vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələbini pozaraq 2016-cı ilin iyul ayında günorta vaxtı 4-cü postun ərazisindəki kömür anbarının qarşısında kömür yığarkən onunla eyni bölükdə xidmət edən, tabelik münasibətlərində olmayan əsgər X13 əsgər yoldaşlarına qarşı işlətdiyi sözlər ona təsir etdiyinə görə aralarında baş vermiş mübahisə zəminində yumruqla X1 sinəsinə vurmuş, həmin gün aralarında olan mübahisəni əsgər yoldaşlarına dediyinə g örə əsgər yataqxanasının yanında təkrar nizamnamə qaydalarını pozub X1 nalayiq sözlər işlədib şərəf və ləyaqətini alçaltmış, iyul ayında aralarında baş vermiş mübahisəni davam etdirərək səngərdə X1 baş nahiyəsinə yumruq zərbəsi vurmuş, avqust ayının 22-də saat 14 radələrində müşahidə məntəqəsində aralarında olan əvvəlki mübahisəyə görə x2, x4 və M.Ş.Həsənovla qabaqcadan əlbir olan bir qrup şəklində X1u ‘‘səhv” çıxarıb onu hörmətdən salaraq şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, əsgər X8 xx xx 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb N №-li hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün xidmət apardığı Ordubad rayonunun Böyük Soyuq müdafiə mövqeyində baş atıcı vəzifəsində xidmət e dərkən xx xx 2016-cı ildə əsgər X14 zor tətbiq edəcəyi ilə bağlı verdiyi sözü yerinə-yetirməməsinə görə əsgərlər X18, X9 və X15 ilə qabaqcadan əlbir olan bir qrup şəklində tabelik münasibətlərində olmayan atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən X16 “səhv” çıxarmış, sonra X1 onu özünə yaxın əsgər yoldaşı hesab etdiyindən bununla bağlı açıqlama vermək istədikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələbini pozub onu əsgər yoldaşları arasında dinləməyib hörmətdən salmış, həmin gün saat 16 radələrində müşahidə mövqeyində ona “qardaşım” deyə müraciət edib yenidən söhbət etməyə cəhd etmək istədikdə hiddətlənərək ona qarşı zor tətbiq edi b sifətinə sillə zərbəsi vurmuş, saat 17:30 radələrində əsgər yoldaşına pul köməkliyi etmək istəməsi ilə bağlı dediklərini X1 əsgər X3 bildirməsi səbəbindən postun ərazisində yerləşən yardımçı tikiliyə çağırıb qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrar pozaraq ona qarşı nalayiq sözlər işlədib şərəf və ləyaqətini alçaltmış, əsgər X9 xx xx 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılıb N №-li hərbi hissənin Ordubad rayonunun Böyük Soyuq müdafiə mövqeyində xidmət aparan 5-ci taborunun 16-cı bölüyündə atıcı-heyət nəfəri vəzifəsində xidmət edərkən 2016-cı ilin avqust ayının 19-da əsgər X8 ilə tabelik münasibətlərində olmayan əsgər X19 döyüş növbəsində olarkən süngü-bıçaqlarını aparıb o nlara verməməsi səbəbindən xidmətdən çıxdıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələbini pozaraq X1 qarşı nalayiq ifadə işlədərək onu yeməkxananın arxasına dəvət edib orada onu itələyib bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri vuraraq yaxasından tutub dartmaqla ona qarşı zor tətbiq etmiş, bundan başqa avqust ayının 22-də saat 14 radələrində təkrar nizamnamə qaydalarını pozaraq müşahidə məntəqəsində onunla birlikdə xidmət edən əsgərlər X8, X18 və X15 ilə qabaqcadan əlbir olan bir qrup şəklində X1u “səhv” çıxarıb ona qarşı nalayiq ifadələr işlətmiş, əsgər X15 xx xx2015-ci ildə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılıb N №-li hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün xidmət apardığı Ordubad rayonunun “Böyük Soyuq” müdafiə mövqeyində atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edərkən 2016-cı ilin avqust ayının 22-də müşahidə mövqeyində x2, X3, x4 ilə qabaqcadan əlbir olan bir qrup şəklində tabelik münasibətlərində olmayan əsgər X16 “səhv” çıxarıb əsgər yoldaşları arasında hörmətdən salmış, bu zaman X3 X1 onun barəsində də xoşagəlməz sözlər danışmasını bildirdiyindən saat 17:40 radələrində postun ərazisində yerləşən yeməkxanada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdır lar» tələbini pozaraq ona qarşı nalayiq sözlər işlədərək şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, bununla da onun, x2nin, x4un və X3un X1 qarşı mütəmadi nizamnamədən kənar hərəkətlər edib ona qarşı zor tətbiq edib alçaldıcı, təhqiramiz ifadələr işlədərək onun şərəf və ləyaqətini müntəzəm alçaltmaları nəticəsində X1 frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq, narazılıq və ya təmin olunmamaq səviyyəsinin dözüm iradi səviyyəsindən üstün olması) halına düşərək çaşqınlıq və alçalma ilə müşayiət olunan kəskin emosional gərginlik halını keçirib avqust ayının 22-də saat 18-dən 20-dək döyüş növbəsində olarkən saat 18:15 radələrində xidməti istifadəsində olan 191031 №-li, AK-74 markalı avtomat silahı tək atəş vəziyyətinə gətirib çənəaltı n ahiyəsinə dayayıb bir atəş açaraq özünə “giriş dəliyi çənədə çıxış dəliyi alın-təpə nahiyəsində yerləşən, aşağıdan yuxarıya istiqamətli, yara kanalı boyunca üz skeleti, kəllə əsası və kəllə tağı sümüklərinin çoxqəlpəli-defektli sınıqları, baş beynin alın-təpə paylarının geniş həcmli əzilib-dağılması ilə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid olan başın bir ədəd dəlib-keçən güllə yarası” xəsarətlərini yetirməklə özünü öldürmüş, bundan başqa M.Ş.Həsənov 2016-cı ilin avqust ayının əvvəllərində tabelik münasibətlərində olmayan əsgər X1 qol nahiyəsinə yumruq zərbələri vurmaqla, 2016-cı ilin avqust ayının əvvəllərində saat 18 radələrində təkrar nizamnamə qaydalarını pozaraq eyni səbəbdən tabelik münasibətlərində olmaya n əsgər X5 ayağına təpik, qoluna yumruq zərbələri vurmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, həmçinin X15 2016-cı ilin avqust ayının əvvəllərində saat 14 radələrində zabitlərin istifadə etdiyi stəkanda çay içməsinə görə hərbi xidmət üzrə vəzifələrini yerinə yetirən, rütbə və vəzifəcə ona rəis hesab edilən kiçik çavuş X17 ilə aralarında yaranmış mübahisə zəminində onun sifətinə sillə vuraraq təhqir etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (hakim P.V.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər S.M.Qarayev və V.K.Quliyev) məhkum X7 müdafiəçisi X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən s axlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum X7 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 məhkum X7 ərizəsi daxil olmuş, ərizədə o verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-ni n 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məh kəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum X7 barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx xx2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Sədrlik edən: Hakimlər: Düzdür imza imzalar Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar