Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-96/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Abbaszadə Orxan Ziya oğlunun barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2020-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Əzizov) 13 iyul 1998-ci il tarixdə Lənkəran rayonun Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 24 aprel 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Səbail rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq əsgəri, N oktyabr 2019-cu il tarixdə ordu sıralarından t ərxis olunaraq ehtiyata buraxılmış Abbaszadə Orxan Ziya oğluna Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən, ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim S.B.Hüseynov, hakimlər Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 23 yanvar 2020-ci il tarixl i hökmü ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 70.1-ci maddəsinə əsasən təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 06 (altı) ay müddətə sınaq müddəti təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanının qənaətinə görə Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 11 iyul 2019-cu il tarixdə saat 06 radələri ndə əsgər yeməkxanasında həmin bölükdə əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan əsgər Səfərəliyev Murad Məmməd oğlunun ayaqqabı kremini icazəsiz götürməsinə görə aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrinin hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir.” tələblərini pozaraq sağ əlinin barmaqları yarım bükülü vəziyyətdə Murad Səfərəliyevin sol göz nahiyəsinə bir zərbə vuraraq ona “sol üst göz qapağı və gözaltı nahiyənin qançırları” ilə müşayiət olunan və dərəcəsi təyin olunmayan xəsarət yetirməklə zor tətbiq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Məhkum barəsindəki hökmü qanunsuz və əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin hökmü ilə tanış olduqda aydın görünür ki, məhkəmə kollegiyası üçün cinayətin kim tərəfindən, cinayət əməlinin nə vaxt, necə və harada törədilib-törədilməməsi əhəmiyyətli deyildir, məhkəmə kollegiyasının əsas məqsədi bəraət hökmünün ləğv olunması və qeyri-obyektiv hökmün çıxarılması olmuşdur. Nə ibtidai araşdırma zamanı, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarında O.Abbaszadənin təqsirliliyini sübut edə biləcək tədqi q edilmiş mötəbər, mümkün və əsaslı sübutlar aşkar edilməmişdir. İstintaqın gəldiyi nəticələr və apellyasiya məhkəməsinin hökmü ancaq subyektiv ehtimal və fərziyyələrə əsaslanmışdır. Cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivi və nəticələri göstərilməklə apellyasiya məhkəməsi tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri, apellyasiya məhkəməsinin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və apellyasiya məhkəməsi tərəfindən digər sübutların rədd edilməsinin motivləri yalnız fərziyyələr üzərində qurulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən Məhkumun hər hansı bir cinayəti törətməsi haqqında nəinki kifayət olmayan sübutlar əsasında, barəsində bir dənə də olsun sübut, yanaki olsa belə, olmadığı halda, onun cinayət əməli törətməkdə təqsir li olması haqqında yekun məhkəmə qərarı çıxarılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Məhkum olunmasına dair 23 yanvar 2020-ci il tarixli hökmü tamamilə qeyri-obyektiv, qanunsuz və əsassız, Azərbaycan Respublikası CM-nin, CPM-nin normalarının, o cümlədən Məhkum müdafiə hüquqlarının kobud surətdə pozulmaları nəticəsində qəbul olunduğundan, həmin hökmün ləğv olunmasını və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cin ayət əməlinin düzgün tövsif olunduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkumun təqsirsiz olduğu halda apellyasiya məhkəməsi tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da apellyasiya məhkəməsinin hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tör ədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insa n davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılı qla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə irəli sürülmüş it tihamla razılaşmayaraq Məhkum əməlinin cinayət məsuliyyəti deyil, intizam xarakterli məsuliyyət yaratması qənaətinə gəlmiş və Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmaması müəyyən edilməsi barədə yekun nəticəyə gəlmişdir. İşə apellyasiya protestinə baxan apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab etmiş, gəldiyi nəticəni Məhkumun iradını tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq etməsi, Məhkum əsgər yoldaşının kremini icazəsiz götürməsinə baxmayaraq, əsgər yoldaşından üzr istəməməsi, əksinə mübahisə yaradaraq silkələməsi, daha sonra hərəkətini davam etdirərək barmaqlarını yarıbükülü vəziyyətdə M.Səfərəliyevin sol gözünə zərbə vurmasının öz-özlüyündə Məhkum ictimai təh lükəli əməli törətmək niyyətini dərk etməsi ilə əsaslandırmışdır. Beləliklə, apellyasiya məhkəməsi zərərçəkmiş şəxs M.Səfərəliyevin apellyasiya instansiya məhkəməsində dindirilərkən birinci instansiya məhkəməsindən fərqli ifadə verərək (birinci instansiya məhkəməsində zərbənin təsirindən heç bir ağrı hiss etmədiyini bildirmişdir) Məhkum zərbəsinin təsirindən ağrı hiss etdiyini, birinci instansiya məhkəməsində Məhkum vəziyyətini yüngülləşdirmək məqsədilə fərqli ifadə verdiyini və işin digər faktiki hallarını nəzərə alaraq onun CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinməsi qənaətinə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin halları ilə müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı, şikayətin dəlilləri i sə əsassızdır. Belə ki, iş üzrə apellyasiya məhkəməsinin hökmünün qəbul edildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin dispozisiyası – tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olmaqla pozma kimi müəyyən edilmişdir. Cinayət qanununda edilmiş 01 may 2020-ci il tarixli dəyişikliklə həmin maddənin dispozisiyası – tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma kimi müəyyən edilmişdir. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və tədqiq edilmiş şahidlərin ifadələri ilə tabelik münasibətlərində olmayan Məhkum və M.Səfərəliyevin arasında mübahisə zamanı hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla pozulması faktı müəyyən edilməsə də, Məhkum M.Səfərəliyevə qarşı zor tətbiq etməsi faktı öz təsdiqini tapmışdır. İş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi ilə M.Səfərəliyevin almış olduğu xəsarət “sol üst göz qapağı və gözaltı nahiyənin qançırı” olmaqla, sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilmişdir. Hazırda qüvvədə olan Cinayət Qanunu 332.1-ci maddə ilə cinayət tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurulmasını nəzərdə tutmuşdur. Hazırda qüvvədə olan cinayət qanunverici liyinin tələbinə əsasən Məhkum M.Səfərəliyevə yetirdiyi xəsarətin dərəcəsi təyin edilmədiyindən, onun əməli CMnin 332.1-ci maddənin təsiri altına düşmür. Lakin apellyasiya məhkəməsinin hökünün elan olunduğu tarixdə qüvvədə olan Cinayət Qanununa müvafiq olaraq Məhkum əməli tamamilə düzgün olaraq, CM-nin 332.1-ci maddəsi ilə tövsif edilmişdir. CM-nin 10.1-ci maddəsinin tələbinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən isə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşı laşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan (01 may 2020-ci il tarixli Qanunla maddə ləğv edilmişdir) Cinayət Qanununa əsasən Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin cinayət tərkibini yaratmadığından o, bu maddə ilə təyin edilmiş cəzadan azad edilməlidir. Lakin, iş materialları ilə müəyyən edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı Məhkum artıq çəkib qurtamışdır. Odur ki, məhkəmə kollegiyası Məhkum cəzasını çəkməsini və həmçinin məhkuml uğunun ödənildini nəzərə alaraq, onun vəziyətinin yüngülləşdirən qeyd edilən normanın tətbiqi üçün lüzum olmadığı qənaətinə gəlir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum əməlinə hüquqi qiymət verərkən, əməl həmin vaxt qüvvədə olan CMnin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif etmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə pred metinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessua l qanununun normalarının, məhkumun müdafiə hüquqlarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəmə baxışı ağlabatan müddətdə, cinayət prosessual qanunvericiliyin prinsiplərinə əməl edilməklə, sübutların mümkünlüyü, mötəbərliliyi və mənsubiyyəti üzrə qiymətləndirilməsi ilə keçirilmişdir və apellyasiya məhkəməsinin hökmü cinayət və cinayət prosessual qanunvericiliyin həmin normalar ilə ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respu blikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirl i bilinib məhkum olunmuş Abbaszadə Orxan Ziya oğlunun barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2020-ci il tarixli hökmü məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-96/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-96/2021
24.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver