Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-97/2017 23.11.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-97/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Ceyhun Zülfüqar oğlunun iştirakı ilə, Cəlilabad Hərbi Məhkəməs inin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Cəlilabad Hərbi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: M.Əliyev, hakimlər: V.Əhmədov və İ.Neymanovdan ibarət tərkibdə) xx.xx.1987-ci ildə Ağcabədi rayonu Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Dövlət Sərhəd Xidmətinin N saylı h ərbi hissənin sabiq hərbi qulluqçusu Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2; 182.2.3 və 332.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 182.2.2 və 182.2.3–cü maddələri ilə - 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin332.2.1-ci maddəsi ilə - 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə barəsində qəti olaraq – 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi,cəzaçəkmə müddətinin əvvə li həbsə alındığı gündən - 27may 2015-ci ildən hesablanması müəyyən edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, təkrarən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə pozmuş, habelə təkrarən, zərər çəkmiş şəxslərin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsinin çevik hərəkət taborunda “pulemyotçu” vəzifəsində, əsgər rütbəsində xidmətdə olarkən, 2014-cü ilin sentyabr ayının əvvəllərində saat N radələrində hərbi hissənin avtoparkında işləyərkən əsgər yoldaşı X2 yanına çağırıb ondan 150 manat pul verməsini tələb etmiş, verməyəcəyi təqdirdə onu döyəcəyi, söyüşlər söyəcəyi, hərbi qulluqçular arasında nüfuzdan salacağı ilə hədələmiş, H.B.Əskərov Məhkum ondan fiziki cəhətdən güclü olduğuna görə xidmət müddətində ona problemlər yaradacağından, onu döyübincidəcəyindən, əsgərlər arasında təhqir etməklə alçaldacağından qorxaraq, onunla razılaşmağa məcbur olmuş, lakin maddi imkanı olmadığı üçün Məhkum 150 manat pul verə bilməmişdir. Həmin pulun verilmədiyini görüb Məhkum 2014-cü ilin sentyabr ayının sonlarında əsgər yoldaşı H.B.Əskərovu əsgər yataqxanasına çağıraraq, ona niyə 150 manat vermədiyini deyib üstünə gələrək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddəsinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə əlaqədar pozmaqla, sağ əli ilə yaxasından tutub silkələyərək sinəsinə 2 yumruq zərbəsi vurub 150 manat və ya daha artıq məbləğdə pul verməsini tələb etmiş və ona qarşı törədilən qanunsuz hərəkətlər nəticəsində Zərərçəkmiş şəxs1 2014-cü ilin oktyabr ayından 2015-ci ilin yanvar ayının ortalarınadək hər ay, müxtəlif tarixlərdə 40 manat olmaqla 4 dəfəyə cəmi 160 manat pulu ona verməyə məcbur olmuş, bununla da, Məhkum təkrarən zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və almışdır. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən, xx.xx.2015-ci il tarixdə saat 13.50 radələrində əsgər yoldaşı Zərərçəkmiş şəxs2 əsgər mağazasının qarşısında görüb hərbi hissənin tualetinin arxasına aparıb məzuniyyətə gedərkən ona ətir almasına söz verməsinə baxmayaraq ətir almamasını bəhanə edərək, 20 manat pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 maddi imkanı olmadığı üçün ona pul verə bilməyəcəyini dedikdə, əsəbiləşib Zərərçəkmiş şəxs2 üstünə gələrək təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə əlaqədar pozmaqla, onun sol baş nahiyəsinə 2 yumruq zərbəsi vurub 20 manat pul verməsini tələb etmiş, pul verməyəcəyi təqdirdə onu döyəcəyi, söyüşlər söyəcəyi, hərbi qulluqçular arasında nüfuzdan salacağı ilə qorxutmuş, Zərərçəkmiş şəxs2 Məhkum ondan fiziki cəhətdən güclü olduğuna görə xidmət müddətində ona problemlər yaradacağından, onu döyüb-incidəcəyindən, əsgərlər arasında təhqir etməklə alçaldacağından qorxaraq, onunla razılaşmağa məcbur olmuş, lakin maddi imkanının olmadığı üçün həmin pulu verə bilməmiş, bununla da, Məhkum təkrarən zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən, xx.xx.2015-ci il tarixdə saat 15 radəl ərində əsgər yoldaşı Zərərçəkmiş şəxs3 yataqxananın baş tərəfinə çağırıb xx.xx.2015-ci il tarixdə 10 manat pulunun onun tərəfindən oğurlanmasından şübhələndiyini bildirib, 10 manat pulunu verməsini tələb etmiş, Zərərçəkmiş şəxs3 onun 10 manat pulunu oğurlamadığını və maddi imkanı olmadığı üçün ona pul verə bilməyəcəyini bildirdikdə, Zərərçəkmiş şəxs3 çarpayıların arasına sıxışdıraraq təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə əlaqədar pozmaqla, ondan axşamadək 10 manat pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs3 yeni dən pulunun olmadığını dedikdə onun sol sifət nahiyəsinə 1 sillə zərbəsi vuraraq yaxasından tutub arxaya tərəf itələmiş və pul verməyəcəyi təqdirdə onu döyəcəyi, söyüşlər söyəcəyi, hərbi qullluqçular arasında nüfuzdan salacağı barədə qorxutmuş, Zərərçəkmiş şəxs3 Məhkum ondan fiziki cəhətdən güclü və daha çox xidmət etmiş əsgər olduğuna görə xidmət müddətində ona problemlər yaradacağından, onu döyübincidəcəyindən, əsgərlər arasında təhqir etməklə alçaldacağından qorxaraq, onun tələbinə əsasən 10 manat pulu ona verməyə məcbur olmuş, bununla da, Məhkum təkrarən zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən, xx.xx.2015-ci il tarixdə saat 21:50 r adələrində əsgər yoldaşı Zərərçəkmiş şəxs3 idman şəhərciyinə çağırıb təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla əlaqədar pozmaqla, ona 200 manat pul verməsini tələb etmiş, pul verməyəcəyi təqdirdə onu döyəcəyi, söyüşlər söyəcəyi, barəsində rüsvayedici məlumatlar yayacağı, hərbi qulluqçular arasında nüfuzdan salacağı ilə hədələmiş, Zərərçəkmiş şəxs3 Məhkum ondan fiziki cəhətdən güclü və daha çox xidmət etmiş əsgər olduğuna görə xidmət müddətində ona problemlər yaradacağından, onu döyüb-incidəcəyindən, əsgərlər arasında təhqir etməklə alçaldacağından qo rxaraq, onunla razılaşmağa məcbur olmuş, valideynləri tərəfindən xx.xx.2015-ci il tarixdə ona 150 manat pul verilsə də, həmin pulu Məhkum verməmiş və sonuncunun onu yenidən döyüb pul tələb edəcəyindən qorxub onun qanunsuz hərəkətləri barədə xx.xx.2015-ci il tarixdə hərbi hissə komandirinə ərizə ilə müraciət etdiyindən onun qanunsuz hərəkətlərinin qarşısı alınmış, bununla da, Məhkum təkrarən zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Hökmdən Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), Z.B.Babayev və A.Q.Dosiyevdən ibarət tərkibdə) xx xxxxxx 2016 il tarixli qərarı ilə apellyasiya şikayə tini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və əməllərinin AR CM-in 332.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində özünü qismən təqsirli bilib, zərər çəkmiş şəxslələr barışdığını, ona qarşı hər hansı şikayət və tələbin olmadığını, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının ləğv edilməsini və törədtiyi əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə tövsif edilməsinə dair qərar çıx arılmasını xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.Z.Əliyevin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı Məhkum barəsində cəza təyininə dair hissədə dəyişdirilməli, AR CM-in 182.2.2 və 182.2.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə, CM-in 332.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası isə həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə endirilməli, Azər baycan Respublikası CM-in 66.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X4 və Zərərçəkmiş şəxs2 isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikas ıCinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Cəlilabad Hərbi Məhkəməsinin xx xxxxx xx 2015-ci il tarixli hökmü ilə ARCM-in 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum müdafiəçisi H.X.Bəhmənovun apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum əməlinin hüquqi tövsifini mübahisələndirmiş və əməllərinin Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar birinci inst ansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində kifayət qədər təhlil edilmiş, onlara obyektiv qiymət verilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş, tövsiflə əlaqədar isə kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır və onun əməlinin AR CM-in 332.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyil. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum cəza təyin edilən zaman onun törətdiyi əməli qismən etiraf etməsi, zərər çəkmiş şəxslərin hər hansı tələb və şikayətlərinin olmaması nəzərə alınmamış və ona ağır cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin T ibb bölməsinin verdiyi xx xxxxx 2015-ci il tarixli tibbi xasiyyətnamədən görünür ki, əsgər Məhkum xx xxxx 2015-ci il tarixdə DSX-nın hərbi hospitalında müayinədə olmuş və ona “situasiya ilə əlaqəli nevrotik reaksiyalar” diaqnozu qoyulmuş, xx xxxx 2015-ci il tarixədək həmin diaqnozla tibbi məntəqədə stasionar müalicə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini və yuxarıda qeyd olunan halları nəzərə alıb, AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası həddindən də aşağı həddə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, AR CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətl i olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qur şanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Bundan başqa qeyd edilən xx xxxx 2003-cü il tarixli Plenum qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə işin hallarını, təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası Məhkum tərəfindən törədil miş cinayətin baş vermə şəraitini və motivini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini, habelə zərər çəkmiş şəxslərin ona qarşı heç bir tələbinin olmamasını nəzərə almaqla, qeyd edilən yüngülləşdirici halların məcmusunu müstəsna hal hesab edərək, Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin endirilməsini mümkün hesab edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə y eni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı Məhkum barəsində cəza təyininə dair hissədə dəyişdirilsin. M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.3 maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti həmin məcəllənin 62ci maddəsi tətbiq olunmaqla 2 (iki) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti isə həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə, o cümlədən cəzaçəkmənin əvvəlinin xx xxx 2015-ci il tarixdən hesablanması hissəsində dəyişdirilmədən saxlan ılsın. Sədrlik edən: İlqar Qılıcov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1-1(102)-97/2017
Ali Məhkəmə Qərar — İş №1-1(102)-97/2017
23.11.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver