Məhkəmə qərarları › İş №1-1(102)-97/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-97/2021

24.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-97/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair T ərtər Hərbi Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarından təqsirləndirilən şəxs Baxşıov Zülfü Amil oğlunun müdafiəçisi Muradov Oktay Rəcəb oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim Sarıyev Əhməd Mədət oğlu) 29 aprel 2021-ci il tarixli qərarı ilə 12 fevral 1977-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məhkum Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinə əsas ən şəraitin dəyişməsi ilə bağlı CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə məsuliyyətdən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Bağırov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) 18 iyun 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılmasına xitam verilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə barəsində olan cinayət işinə CM-nin 74-cü maddəsinə əsasən xitam verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Məhkum CM-nin 178.2.3, 178.2.4, 3 2.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları Tərtər Hərbi Məhkəməsinin məhkəmə baxışı mərhələsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Muradov Oktay Rəcəb oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Muradov Oktay Rəcəb oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olmaqla gəldiyi nəticə səhvdir. Belə ki, Tərtər Hərbi Məhkəməsi haqlı olaraq 29 aprel 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum CM-nin 74-cü maddəsini tətbiq etməklə törətdiyi əm əldən peşiman olmasını, cinayətdən sonra başqa bir qanun pozuntusuna yol verməməsini, öz xidmətini nümunəvi davam etdirməsini, dəymiş ziyanı ödəməsini, N nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini və ağır yaralanmasını, «Füzulinin azad olunmasına görə» və «Cəsur döyüşçü» medallarına layiq görülməsini, artıq öz səhvini başa düşməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq və CM-nin 74-cü maddəsini, CPM-nin 39-43-cü maddələri ilə müqayisəli şəkildə təhlil edərək məhkəmə baxışı başlananadək cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar edildiyindən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul etmişdir. Cinayət pr osessual qanunvericiliyində şəxsin cinayət məsuliyyətindən azad edilməsinin əsasları mövcud oduğu halda əsassız olaraq məkum edilməsinin qarşısını alınması üçün və eyni zamanda prosessual qənaət prinsipinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsinin əsasları mövcud olduğu halda cinayət məsuliyyətindən azad olunması qərarının qəbul edilməsinə hər hansı prosessual maneələrin olmaması üçün məhkəmə hazırlığında olduğu kimi, məhkəmə baxışının da hər mərhələsində qanuni və zəruri olan əsaslar nəzərdə tutulmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apelyasiyası Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarını ləğv edib təqsirləndirilən şəxs Məhkum barəsində Tərtər Hərbi Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasına dair qə rar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüq uq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən apellyasiya protestinin əsassız olaraq təmin edildiyi, birinci instansiya məhkəməsinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərarın əsassız olaraq ləğv edildiyi iddia edilmiş və mübahisələndirilən qərarının ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.20-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, qanunla nəzərdə tutulmuş hallarda cinayət təqibinə (cinayət işi üzrə i craata) məhkəmədə xitam verilməsi prosedurları da hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun tərkib hissəsi kimi qəbul olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərin düzgün həll edilməsi üçün şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan cinayət qanununun normasının, eləcə də cinayət prosesinin mərhələlərindən biri olan məhkəmənin hazırlıq iclasının mahiyyətinin və hüquqi təbiətinin açıqlanmasını vacib hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə görə isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılma ya və ya ona xitam verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhl ükəliliyini itirir. Cinayət təqibini istisna edən halları nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsi bir sıra istisnalarla elə halların sistemini müəyyən edir ki, bu hallar mövcud olarsa, cinayət təqibi (cinayət işi) başlanıla bilməz, başlanmış cinayət təqibinə (cinayət işinə) isə xitam verilməlidir. Həmin maddədə nəzərdə tutulmuş hallarda müvafiq qərarın qəbul edilməsi cinayət prosesini həyata keçirən orqanın hüququ deyil, vəzifəsidir. Cinayət-Prosessual Məcəlləsinin 40-cı maddəsi də müvafiq halların sistemini müəyyən edir, lakin həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan hallardan fərqli olaraq, bu maddədə sadalanan hallar cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edi lməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Burada həmçinin nəzərə almaq lazımdır ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.9-cu maddəsinə əsasən, ədalət mühakiməsi məhkəmə tərəfindən həyata keçirilir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsi həyata keçirilərkən cinayət işlərinə və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına cinayət-prosessual qanunvericiliyinin qəbul olunmuş prinsip və vəzifələri çərçivəsində baxılmalıdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər mater iallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləsinə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar (CinayətProsessual Məcəlləsinin 28.1-ci maddəsi). Göstərilən normaların təhlilindən göründüyü kimi, cinayət əməlinin və ya əməli törətmiş şəxsin ictimai təhlükəliliyini itirib-itirməməsi, şəraitin dəyişməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasına dair sübutlara məcmu halında, məhkəmə baxışı mərhələsində qiymət verilməlidir. Tədqiq olunmuş iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Zülfi Baxışovun şəraitin dəyişməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı nəticəyə gələrkən cinayət prosessual qanunvericiliyin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı norma və prinsiplərinə əməl etməmişdir. Belə ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərarı hazırlıq iclasında deyil, məhkəmə baxışı iclasında qəbul etsə də, məhkəmə ədalət mühakiməsinin tərəflərin çəkişməsi prinsipi əsasında həyata keçirilməsi prinsipini pozmaqla, iş üzrə öncə şəxsin təqsirlilik məsələsini araşdırmalı olduğu halda bunu araşdırmamışdır. (Halbuki məhkəmə araşdırmasının nəticəsi kimi şəxs barəsində bəraət hökmü çıxarılması ehtimalı da nəzərə alınmalıdır). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Zülfü Hacıyevin Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli olub-olmamasını müəyyən edərkən sübutların tam, hərtərəfli və obyektiv araşdırılması, ittiham və müdafiə tərəfinin təq dim etdiyi sübutları tədqiq etməli, məhkəmə baxışının nəticəsində şəxsin təqsirli olması barədə nəticəyə gəldiyi halda onu şəraitin dəyişməsi nəticəsində cinayət məsuliyyətindən azad edilməsi əsaslarını müəyyən etməli idi. Lakin, birinci instansiya məhkəməsi ümumiyyətlə şəxsin təqsirlilik məsələsinə münasibət bildirmədən, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər sübutları araşdırmadan, yalnızca müdafiəçinin vəsatəti əsasında cinayət məsuliyyətindən azad edilməsi barədə yekun nəticəyə gəlmişdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yek un qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cinayət prosessual qanunvericiliyinin normalarının pozulması ilə qəbul edilmiş qərarını ləğv etməklə, cinayət işini birinci instansiya məhkəməsində məhkəmə baxışına təyin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayəti ni və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Muradov Oktay Rəcəb oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı Məhkumun müdafiəçisi Muradov Oktay Rəcəb oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar