Məhkəmə qərarları › İş №1-1(102)-98/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-98/2018

06.12.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-98/2018 06.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ “06” dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X1 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Sarıyev) xx xx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ÜNVAN EV1, N saylı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən, Tərtər Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhru m etmə cəzası 01 (bir) il sınaq müddəti təyin edilməklə şərti hesab edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx xx2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Tərtər Hərbi Məhkəməsinin xx xx2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan m əhrum etmə cəzasının təyin edilməsi, 2017-ci ilin iyul ayının 28-dən 2017-ci ilin avqust ayının 01-nə kimi həbsdə saxlandığı 05 (beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılaraq üzərində 03 (üç) il 05 ay (beş) ay 25 (iyirmi beş) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının başlanğıcının məhkəmə iclas zalından həbs edildiyi xx xx2018-ci ildən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz olunması və məhkəmə iclas zalından həbsə alınması qərara alınmışdır. İşin halları: Tərtər Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Tərtər Hər bi Məhkəməsinin xx xx2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 01 (bir) il sınaq müddəti ilə şərti məhkum etmə dövründə Müdafiə Nazirliyinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən xx xx 2017-ci il tarixdə, saat N radələrində hərbi hissəni özbaşına tərk etmiş və xx xx 2017-ci il tarixdə, saat 21 radələrində Bakı şəhərində, Silahlı Qüvvələrin Hərbi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq xx xx 2017-ci il tari xdə, saat N radələrində hərbi hissəyə qaytarılmış, bununla da o, bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Qeyd edildiyi kimi, Məhkum Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Tərtər Hərbi Məhkəməsinin xx xx2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, 2017-ci ilin iyul ayının 28-dən 2017-ci ilin avqust ayının 01-nə kimi həbsdə saxlandığı 05 (beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılaraq üzərində 03 (üç) il 05 ay (beş) ay 25 (iyirmi beş) gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən Məhkum müdafiəçisi X5 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xx 2018-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Ə.S.Sadıxov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin xx xx2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarla razı olmadığını, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, hərbi hissəni tərk etməsinə səbəb kimi həyat yoldaşının hamiləlik dövründə həyatının təhlükədə olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, yündülləşdirici halları nəzərə almaqla Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarını ləğv edərək, onun cəzasının yüngülləşdirilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikаyətinin dəlillərindən görünür ki, cinayət işi üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallar və əməlin hüquqi tövsifi, yəni Məhkum tərəfindən CM-nin 333.4-cü maddəsində göstərilən cinаyət əməlini törətməsi mübаhisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədədir. Birinci instansiya məhkəməsi Məhkum himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, əvvəllər məhkum olunmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi mü əyyən edib nəzərə almışdır. Hökmdən və cinayət işinin materiallarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Hazırkı cinayət əməlini isə Məhkum xx xx 2017-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödəni lmiş hesab olunur. Məhkum əvvəllər az ağır cinayət hesab olunan Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi cinayətlərini törətdiyinə görə məhkum edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1və 65-ci maddələrinin şərh edilməsinə” dair xx xx 2013cü il tarixli qərarında göstərilir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Qeyd olunan qanunun müddəaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarının şərhləri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq X2 cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin qaydaları tətbiq edilmişdir. Məhkum un təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 05 (beş) il müəyyən edilmişdir. Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan, yəni 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında t ətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumna CM-nin 67.1-ci maddəsinə əsasən yekun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və cəzanın məqsədi barədə qanunun tələbinə uyğun olma dığından, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli və cəza endirilməlidir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halı da nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkumna CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş yekun cəzanın 03 (üç) il 01 (bir) aya endirilməsi cəzanın məqsədi barədə qanunun tələbinə uyğun hesab edilməlidir. Beləliklə də Məhkumna təyin edilmiş cəzanın yüngülləşdirilməsi hissəsində kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyi şdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx xx2018-ci il tarixli və xx xx 2017-ci il tarixli hökmlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 06 (altı) aydan 03 (üç) il 01 (bir) aya endirilsin. Məhkum 2017-ci ilin iyul ayının 28-dən 2017-ci ilin avqust ayının 01-nə kimi həbsdə saxlandığı 05 (beş) gün müddət CM-nin 69.3-c ü maddəsinə əsasən cəzasından çıxılsın, onun üzərində qəti olaraq 03 (üç) il 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Düzdür Ali Məhkəmənin hakimi imza imzalar Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar