Məhkəmə qərarları › İş №1-1(103)-15/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(103)-15/2020

24.11.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(103)-15/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Әkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X3, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Göyüşov Nizami Әhraman oğlunun, Bakı Hərbi Məhkəməsinin xx xxxxxxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, mayor, hökmlə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxxxx 2020-ci il tarixli, 1-1(093)- 66/2020 nömrəli hökmündən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin (hakimlər H.B.Həsənovun sədrliyi ilə, E.H.Allahverdiyev və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzası, Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 8.500 (səkkiz min beş yüz) manat məbləgində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlama müddəti nəzərə alınaraq təyin olunmuş cərimə cəzası yüngülləşdirilməklə ona qəti olaraq 1.000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş, hökmün icra olunması yaşayış yeri üzrə Gəncə şəhər Kəpəz rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuşdur. Hökmlə həmçinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş, 2.339 (iki min üç yüz otuz doqquz) manat məbləğində vəsaitin qaytarılmasına dair mülki iddia təmin edilərək 2.339 (iki min üç yüz otuz doqquz) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hesabına köçürülməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təkrarən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, təkrarən öz qulluq mövqeyindən istifadə edib, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, eləcə də öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı talayaraq mənimsəmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin S-125 texniki batareyasının nəzarət yoxlama bölməsinin rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən hərbi hissə komandirinin xx xxxxxxxx 2017-ci il tarixli, 529 nömrəli əmrinə əsasən yaradılmış daxili komissiyanın rəyinə uyğun olaraq hərbi hissənin maddi-texniki təminat bölüyünə təhkim olunmuş, texniki vəziyyətinə görə 5-ci kateqoriyaya aid edilərək silinməsi məqsədi ilə hərbi hissədən kənarda yerləşən Texniki mövqeyə göndərilmiş “URAL-4320” markalı, B5N-HM nömrə nişanlı avtomobili hissələrə dağıdılanadək saxlanılması məqsədi ilə 2017-ci ilin oktyabr ayının əvvəllərində təhvil almışdır. Bir neçə gün sonra mayor Təqsirləndirilən şəxs həmin avtomobilin üzərində quraşdırılmış və anbara mədaxil edilməli olan, xx xxxxxx 2013-cü il tarixdə «Kamaz 43101» markalı B585-HM dövlət qeydiyyat nişanlı avtomobil üçün gətirilməsinə baxmayaraq, “URAL-4320” markalı, B5N-HM nömrə nişanlı avtomobilin üzərinə vurulmuş, faktiki vəziyyətinə görə 3-cü kateqoriyaya aid hesab edilərək gələcəkdə digər avtomobilə quraşdırılması nəzərdə tutulan ümumi dəyəri 2339 (iki min üç yüz otuz doqquz) manat N (iyirmi iki) qəpik təşkil edən 6 (altı) ədəd **********2, **********, **********, **********, ********** və ********** indeksli avtomobil şinlərini sökdürərək hərbi hissənin ərazisindən çıxartmaqla naməlum şəraitdə satmış və bununla da öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı talayaraq mənimsəmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2018-ci ilin mart ayında N nömrəli hərbi hissənin Mingəçevir şəhərində yerləşən Texniki mövqeyində tanışı, vətəndaş Şahid8 ondan hərbi hissədə saxlanılan istifadəyə yararsız “KRAZ” markalı avtomobilin mühərrikinin satılıb-satılmadığı barədə maraqlandıqda, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, Şahid8 hər hansı köməklik göstərmək niyyətində olmadığı halda sonuncuya tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirməklə, adını çəkmədiyi yüksək vəzifəli şəxsə 700 (yeddi yüz) manat məbləğində pul verilməsi müqabilində mühərriki hərbi hissənin balansından çıxartdıraraq ona sata biləcəyi barədə yalan vəd verib inandırmaqla onu rüşvət verməyə təhrik etmişdir. Şahid8 Təqsirləndirilən şəxs inanıb onun təklifi ilə razılaşdıqdan sonra 2018-ci ilin mart ayında saat 15 radələrində gəldikləri razılığa əsasən onlar N nömrəli hərbi hissənin qarşısında görüşmüş, orada Təqsirləndirilən şəxs Şahid8 danışdıqları kimi 700 (yeddi yüz) manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinin S-125 texniki batareyasının komandirinin müavini vəzifəsində, mayor hərbi rütbəsində xidmətini davam etdirərkən, Şahid8 asanlıqla pul verdiyini görərək öz cinayət əməllərini davam etdirməklə daha artıq qazanc əldə etmək qərarına gəlmiş və bu məqsədlə xx xxxx 2019-cu il tarixdə vətəndaş Şahid8la telefonla əlaqə saxlayıb, mühərrikin hərbi hissənin balansından çıxartdırıb ona satılması müqabilində adını çəkmədiyi vəzifəli şəxsə əlavə olaraq 700 (yeddi yüz) manat pul verilməli olduğunu deyərək, onu həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən rüşvət verməyə təhrik etmişdir. Şahid8 Təqsirləndirilən şəxs inanıb onun təklifi ilə razılaşdıqdan sonra, həmin gün, yəni xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs göstərişi ilə ona dediyi hesab kartına Yevlax şəhərində olan «Milliön» ödəmə terminalı vasitəsi ilə 500 ( beş yüz) manat məbləğində pul göndərmişdir. Daha sonra Şahid8 Təqsirləndirilən şəxs tələbi ilə 2019-cu ilin iyul ayının ortalarında tanışı Şahid11 Murkişah oğlunun vasitəsi ilə ona 100 (yüz) manat məbləğində pul göndərmiş və Təqsirləndirilən şəxs Şahid11la Bakı şəhəri, «Nəsimi» bazarının yaxınlığındakı «Bazarstore» marketinin qarşısında görüşərək həmin pulu alıb, ümumilikdə Şahid8 məxsus 600 (altı yüz) manat məbləğində pulu ələ keçirməklə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə və rütbədə xidmətdə olarkən, 2018- ci ilin oktyabr ayının ortalarında əvvəllər müqavilə müddəti bitdiyi üçün gizir hərbi rütbəsində ehtiyyata buraxılmış tanışı Şahid12 N nömrəli hərbi hissəyə gizir hərbi rütbəsində xidmətə qəbul olunmaq arzusunda olmasını bildikdən sonra aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, hərbi xidmətə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin Şahid12 hərbi xidmətə qəbul olunması üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, 2018-ci ilin oktyabr ayının sonlarında Şahid12la Bakı şəhəri, Xətai rayonu, Әhmədli metrostansiyasının yaxınlığında yerləşən «Dostlar» kafesində görüşərək tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirərək 4500 (dörd min beş yüz) manat pul müqabilində adını çəkmədiyi yüksək vəzifəli şəxsin vasitəsi ilə onu hərbi xidmətə qəbul etdirəcəyi barədə yalan vəd verərək təkrarən rüşvət verməyə təhrik etmişdir. Şahid12 Təqsirləndirilən şəxs təklifi ilə razılaşdıqdan sonra sonuncu həmin gün, oturduqları «Dostlar» kafesində Şahid12 ilk olaraq 4000 (dörd min) manat, daha sonra xx xxxxxxx 2018-ci il tarixdə Şahid12 onun dediyi hesaba “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 500 (beş yüz) manat, ümumilikdə 4500 manat məbləğində pul almışdır. Daha sonra, Təqsirləndirilən şəxs Şahid12 asanlıqla pul verdiyini görərək öz cinayət əməllərini davam etdirməklə daha artıq qazanc əldə etmək qərarına gəlmiş və bu məqsədlə, hərbi xidmətə qəbul olunma məsələsini tezləşdirmək üçün rəisə verilməsi, hərbi-həkim komissiyasından manesiz keçirilməsi, gizir hazırlıq kursunun diplomunun alınması, N nömrəli hərbi hissəyə təyin olunması, dövlət rüsumunun ödənilməsi, sənədlərin notariusda təsdiq edilməsi, kadrlar idarəsinə şirinlik verilməsi bəhanələri ilə Şahid12 əlavə pul istəyərək, xx xxxxxx 2018-ci il tarixdə onun göstərişi ilə Şahid12 “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 1000 (min) manat, 2018-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Şahid12la görüşərək 400 ( dörd) manat, xx xxxxxx 2019-cu il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tanışı mayor Toğrul Heydərovun vasitəsi ilə 500 manat, 2019-cu ilin mart ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Şahid12la görüşərək 1000 (min) manat, xx xxxx 2019-cu il tarixdə “Milliön” ödəmə terminalı vasitəsilə Şahid12 göndərdiyi 145 (yüz qırx beş) manat, 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorqud qəsəbəsində Şahid12la görüşərək 150 (yüz əlli) manat, xx xxxx 2019-cu il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin qarşısında Şahid12 atası Şahid16la görüşərək 600 (altı yüz) manat və xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Şahid12la görüşərək 100 manat, ümumilikdə vahid niyyətlə 8395 (səkkiz min üç yüz doxsan beş) manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə edib, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün məhkuma təyin olunmuş cərimə cəzalarını həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzalarına dəyişdirilməsini, habelə N nömrəli hərbi hissə tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddianı tam həcmdə, yəni N manat N qəpik məbləğində ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, ittiham nitqində Təqsirləndirilən şəxs 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, ona qarşı N nömrəli hərbi hissə tərəfindən N manat N qəpik vəsaitinin qaytarılmasına dair verilmiş mülki iddianın tam təmin edilməsini məhkəməyə təklif etmişdir. Lakin, məhkəmə caza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin ictimai təhlükəliliyini və xarakterini düzgün nəzərə almamış, törətdiyi cinayətlərin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, əsassız olaraq 1000 manat miqdarında cərimə cəzası təyin etmiş, habelə heç bir əsas göstərmədən, hər hansı bir sənədə istinad etmədən mülki iddianın məbləğini azaldaraq N manat N qəpik əvəzinə mülki iddianın yalnız N manat məbləğində vəsaitinin Təqsirləndirilən şəxs tutularaq Müdafiə Nazirliyinin hesabına köçürülməsini hökm etmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən peşman olmasını, iş üzrə zərərçəkmiş şəxs olduğu halda, əsassız olaraq zərərçəkmiş şəxs qismində tanınmamış şəxslərə dəymiş ziyanın əksər hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və ona CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.3 və 32.4, 312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etmişdir. Halbuki, Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə ağır cinayət -törətməklə yanaşı, həmin cinayətləri hadisələrin təsadüfü axarı zəminində yox, məhz düşünülmüş qaydada, hərbi hissəyə məxsus N manat N qəpik dəyərində avtomobil şinlərini sökdürüb И sataraq, qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş əmlakı talamış, vətəndaşlar Şahid8 və Şahid12 təkrarən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzəifəli şəxsə rüşvət verməyi təklif etmiş və onları aldatmaqla müvafiq olaraq 700 manat vəJ3395 manat pullarını alaraq ələ keçirmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 7.0.36-cı maddəsində zərərin anlayışı cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyan kimi verilmişdir. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş aradan qaldırılmadığı halda, zərərçəkmiş şəxs qismində tanınmamış şəxslərə ziyanın ödənilməsinin məhkəmə tərəfindən yüngülləşdirən hal kimi qəbul edilməsi anlaşılmazdır. Bundan başqa, məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandıncı hissəsində göstərməmiş, həmin halların gəlinmiş nəticəyə təsirini tutarlı dəlillərlə əsaslandırmamışdır. Belə olan halda, hökmdə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən peşman olmasını, habelə vətəndaşlar Şahid8 və Şahid12 rüşvət qismində verdikləri pulların dəymiş ziyan kimi qəbul edilməklə, həmin məbləğin əksər hissəsinin ödəməsini Təqsirləndirilən şəxs cəzalarını yüngülləşdirən hal kimi qəbul edilməsi əsassızdır. Bundan əlavə, ədalətli cəza təyin edilməsi üçün zəruri amillərdən biri də məhkəmə tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cərimə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edərkən, onun hərbi xidmətdə olduğu müddət ərzində hərbi intizamı pozması ilə əlaqədar ona dəfələrlə intizam cəzalarının verilməsini, hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə ölunmasirir tədqiq etməmiş və hökm çıxararkən bu hallan nəzərə almamışdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs dövlət əmlakının mənimsənilməsinə dair əməllərinin məhkəmə istintaqı zamanı tam təsdiq edilməsi, N nömrəli hərbi hissə tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddianın tam təmin edilməsi barədə nəticəyə gəlsə də, nədənsə N manat N qəpik məbləğində olan mülki iddianın yalnız N manat məbləğində vəsaitinin Müdafiə Nazirliyinə qaytarılmasını hökm etmişdir. Halbu ki, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş hesabat-arayışdan görünür ki, Təqsirləndirilən şəxs taladığı hərbi hissəyə məxsus N ədəd şinlərin ümumlikdə qiyməti N manat N qəpik təşkil etmişdir. Verilmiş apellyasiya protestində məhkumun əməlinin tövsifi mübahisələndirilmir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X5 apellyasiya protestinin həmin protestdə göstərilən əsaslarla, eləcə də Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunmasını, ona yüngül cəza növünün təyin edilməsi üçün hər hansı xüsusi yeni bir halın, yəni hərbçi kimi xx xxxxxxxx 2020-ci il tarixdə başlanılmış Vətən Müharibəsində iştirak barədə səfərbərlik zamanı müraciət etməsi və ya iştirak etməsi hallarının olmadığını nəzərə alaraq apellyasiya protestinin təmin edilərək, hökmün dəyişdirilməsini, məhkuma təyin olunmuş cərimə cəzalarını həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzalarına dəyişdirilməsini, habelə N nömrəli hərbi hissə tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddianın tam həcmdə, yəni N manat N qəpik məbləğində ödənilməsinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri X4 və Göyüşov Nizami Әhraman oğlu apellyasiya protestinin əsassız olduğundan təmin edilməyib, hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, zərəçəkmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası verilmiş apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan təmin edilməli, hökm verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməli, hökmlə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələri ilə təyin edilmiş cərimə cəzaları dəyişdirilərək ona həmin maddələrin hər birinin sanksiyaları həddində azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, bununla əlaqədar olaraq ona hazırki qərarla təyin olunan cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, habelə cəza çəkmə müddətinin başlanğıcı və cəzaçəkmə müəssisəsinin rejimi də müəyyən olunmalı, hökm qalan hissələrdə verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi qismən etiraf ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi onun qeyd olunan həmin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu hal verilmiş apellyasiya protestində və hazırda məhkəmə baxışında da mübahisələndirilmir. Məhkəmə kollegiyası iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzalarını dəyişdirilərək ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzalarının təyin olunması barədə apellyasiya protestinin dəlillərini aşağıdakılara əsasən əsaslı hesab edir. Belə ki, mübahisələndirilən hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Republikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən peşman olmasını, vətəndaşlara dəymiş ziyanın əksər hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Halbuki, işin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə vurulmuş N manat N qəpik məbləğində ziyan hal-hazıradək ödənilməmişdir. İşin apellyasiya baxışı zamanı da məhkum Təqsirləndirilən şəxs həmin ziyanın ödənilməsi təklif edilsə də, ziyanın ödənilməsi istiqamətində onun tərəfindən hər hansı tədbirlər görülməmişdir. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən biri, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər kateqoriyasına aiddir. Bundan başqa, Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunduğu ittihamın məzmunundan görünür ki, o müxtəlif növ cinayət əməllərini, yəni həm dələduzluq, həm mənimsəmə, həm də vasitəçidən istifadə etməklə rüşvət verməyə təhrik etmə cinayətlərini törətmişdir. Bu hal isə onun şəxsiyyətini xarakterizə edən mənfi hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə vurulmuş N manat N qəpik məbləğində ziyanın halhazıradək ödənilməməsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən onun mənfi xarakterizə olunmasını, törətdiyi cinayət əməllərindən birinin ağır cinayətlər kateqoriyasına aid olmasını, müxtəlif növ cinayət əməlləri törətməklə bu baxımdan şəxsiyyətinin mənfi səciyyələndirən hal olmasını nəzərə alaraq hesab edir ki, ona mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələri ilə təyin edilmiş cərimə cəzaları dəyişdirilərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə cəzaları təyin edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələri ilə təyin olunan azadlıqdan məhrumetmə cəzalarını Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə hesablanıb hazırki qərarla təyin olunan qəti cəzadan çıxılmaqla, üzərində çəkməsi üçün azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, həmin cəzasının çəkilməsinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş hesabat-arayışdan görünür ki, «Kamaz43101» markalı B585 HM nömrə nişanlı avtomobil üçün gətirilmiş və «URAL-4320» markalı B5N HM nömrə nişanlı avtomobilin üzərində Texniki mövqeyə aparılmış 1N0-400x533 ölçülü N ədəd şinlər 6 (altı) il 4 (dörd) ay müddətində 24331 (iyirmi dörd min üç yüz otuz bir) min kilometr məsafə istismar olunmuş, 5 (beş) il 8 (səkkiz) ay müddətində 11669 (on bir min altı yüz altımış doqquz) min kilometr məsafə isə qalıq qalmışdır. Şinlərdən bir ədədinin qalıq qiyməti 389 (üç yüz səksən doqquz) manat 87 (səksən yeddi) qəpik olmaqla, ümumilikdə N ədədinin qalıq qiyməti 2339 (iki min üç yüz otuz doqquz) manat N (iyirmi iki) qəpik təşkil etmişdir. İttiham üzrə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinə vurulmuş maddi ziyanın məbləği 2339 (iki min üç yüz otuz doqquz) manat N (iyirmi iki) qəpik müəyyən olunmuşdur. Lakin mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi mülki iddianın tam təmin edilməsi nəticəsinə gəldiyi halda, hökmlə təmin etdiyi mülki iddia üzrə maddi ziyanın məbləğini 2339 (iki min üç yüz otuz doqquz) manat N (iyirmi iki) qəpik əvəzinə, N manat göstərmişdir. Məhkəmə kollegiyası bu halı texniki anlaşılmazlıq kimi qəbul edir və hesab edir ki, hökmdə həmin N manat sözləri N manat N qəpik sözləri kimi oxunmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.4-cü maddələrini rəhbər tutaraq qərara alır: Apellyasiya protesti təmin edilsin. Bakı Hərbi Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 179.2.3-cü maddələri ilə məhkum olunmasına dair xx.xx.2020-ci il tarixli, 1-1(093)-66/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 4.000 (dörd min) manat məbləğində cərimə cəzası dəyişdirilərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təyin edilmiş 4.000 (dörd min) manat məbləğində cərimə cəzası dəyişdirilərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzası dəyişdirilərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən hazırki qərarla təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə hesablanıb hazırki qərarla təyin olunan qəti cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində çəkməsi üçün 3 (üç) il 6 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın, həmin cəzasının çəkilməsinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hökmlə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsə alınaraq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmlə təmin edilmiş mülki iddia üzrə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hesabına köçürülməsi hökm edilmiş 2.339 (iki min üç yüz otuz doqquz) manat sözləri 2.339 (iki min üç yüz otuz doqquz) manat N (iyirmi iki) qəpik sözləri kimi oxunsun. Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar