Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(103)-2/2025 12.02.2025 BAKI APELLYASİYAMƏHKƏMƏSİ Hakimləri İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), XN3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X5, Zərərçəkmiş şəxsin hüquqi varisi XN, Müdafiəçi Vəkil3, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 15 mart N0N4-cü il tarixli, 1-1(093)-13/N0N4 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X6 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Vəkil3 tərəfindən verilmiş vəsatətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin (hakim R.Abbasov) 15 mart N0N4-cü il tarixli, 1- 1(093)-13/N0N4 saylı hökmünə əsasən xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali tibb təhsilli, evli olmaqla himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat şöbəsinin tibb bölməsinin rəisi vəzifəsində, tibb xidməti polkovnikleytenantı hərbi rütbəsində xidmət edən, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.N-ci maddəsinə əsasən 1 (bir) il müddətinə tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı N1 avqust N0N3-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına göndərilmişdir. Hökmlə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi – X3 Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 180.N-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmişdir. İşin halları: İttiham aktına görə və hökmə əsasən Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat şöbəsinin tibb bölməsinin rəisi vəzifəsində, tibb xidməti polkovnikleytenantı hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, N iyul N0NN-ci il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək qeyd edilən hərbi hissənin ərazisində yerləşən təlim və tərdis mərkəzində gənc əsgər kursuna cəlb olunan əsgər Zərərçəkmiş şəxs müddətli həqiqi hərbi xidmətə başladıqdan bir neçə gün sonra, yəni 07 avqust N0NN-ci il tarixdə saat NN radələrində öskürmə və yüksək bədən hərarəti şikayətləri ilə hərbi hissənin tibb məntəqəsinə gətirildiyindən sonuncu onun tərəfindən “kəskin respirator xəstəlik” diaqnozu ilə stasionar qaydada müalicəsinin aparılması üçün tibb məntəqəsinə qəbul olunmuşdur. Həmin vaxtdan başlayaraq o, əsgər Zərərçəkmiş şəxs stasionar qaydada müayinə və müalicəsini həyata keçirməyə başlamış, xx.xx.N0NN-ci il tarixdə səhər saatlarından etibarən sonuncunun səhhətinin vizual olaraq yaxşılaşması qeyd olunsa da, müayinə və müalicə dinamikasını düzgün seçməməklə, Zərərçəkmiş şəxs bədən hərarətinin normaya düşməsi faktını yanlış olaraq müalicənin başa çatması kriteriyası hesab edib, dərinləşdirilmiş instrumental tibbi müdaxilə olmadan ətraflı müayinə ediləcəyi halda, tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları aşkar etmək üçün yetərli tibbi prosedurları icra etməmiş, xəstəliyi tam kliniki inkişaf mərhələsində olmaqla, proqnozu ciddi olan, müalicə müddətində pnevmoniya xəstəliyi artıq inkişaf etmək mərhələsində olan Zərərçəkmiş şəxs diaqnozuna uyğun orta müalicə müddətindən əvvəl, habelə qeyri-qənaətbəxş şəkildə müalicə edərək, vəziyyətinin ağırlığı və xəstəliyin inkişaf dinamikasını düzgün qiymətləndirmədən vaxtından əvvəl, yəni 10 avqust N0NN-ci il tarixdə nahar fasiləsi ərəfəsində xidmət yerinə qaytarmaqla, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının N6 iyun 1997-ci il tarixli Qanununda, eləcə də “Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair” Təlimatda təsbit edilmiş zəruri müayinə və müalicə proseduru üçün bütün real imkan və müvafiq şəraitə malik olmasına baxmayaraq, öz xidməti borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib etdiyi natamam müalicə kursu nəticəsində Zərərçəkmiş şəxs kəskin respirator xəstəliyinin fəsadlaşmasına zəmin yaratmaqla qısa müddət ərzində patoloji hal almasına, ən başlıcası isə onda yaranmağa başlamış “İkitərəfli irinlihemorragik pnevmoniya”nın inkişaf etməsinin başlamasına səbəb olmuşdur. Bundan iki gün sonra, yəni 1N avqust N0NN-ci il tarixdə tibb xidməti polkovnikleytenantı Təqsirləndirilən şəxs bir neçə gün əvvəl, yəni 10 avqust N0NNci il tarixdə öskürmə və yüksək hərarət şikayətləri əsasında “kəskin respirator xəstəlik” diaqnozu ilə səmərəsiz şəkildə müalicə etdiyi əsgər Zərərçəkmiş şəxs, əks göstəriş olacağını bildiyi halda, pnevmoniya xəstəliyinin şiddətli klinik inkişaf və ağırlaşma dövründə sonuncunu “Koronavirus” (COVİD-19) infeksiyasına qarşı vaksinasiya edərək, öz həkim borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib Zərərçəkmiş şəxs xəstəliyinin daha da proqressivləşməsinə, ağırlaşmaların əhəmiyyətli dərəcədə inkişaf etməsinə səbəb olmuşdur. Növbəti gün, yəni 13 avqust N0NN-ci il tarixdə səhər saat 10-11 radələrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş çavuş Şahid3 ümumi halsız və bədən hərarəti, yəni səhhəti ilə bağlı eyni şikayətləri olan əsgər Zərərçəkmiş şəxs tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsində yerləşən xidməti otağına gətirib sonuncuya təhvil verdiyi zaman, Təqsirləndirilən şəxs “Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair” Təlimatın 55N və 586-cı maddələrinin “Hərbi hissə həkimi tənəffüs orqanlarının kəskin xəstəliklərində və xroniki xəstəliklərin kəskinləşməsində (kəskin pnevmoniya və s) diaqnozu təyin etməyə və təxirəsalınmaz tibbi yardım göstərməyə borcludur; yoluxucu və somatik xəstəliklər zamanı, o cümlədən kəskin respirator xəstəliklər zamanı hissə həkimi tibbi yardımı təşkil etməli və müalicə aparmalıdır” tələblərini pozub, xəstəliyinin tam kliniki inkişaf mərhələsində olmasına baxmayaraq, vəziyyətinin ağırlığını düzgün qiymətləndirmək üçün stasionara qəbul edib müvafiq tibbi yardım göstərmədən, habelə ixtisaslı müalicəyə ehtiyacının olubolmamasını müəyyən etməklə müvafiq tibbi yardımı həyata keçirən tibb müəssisəsinə təxliyyə etmədən, tibb məntəqəsi üzrə olan kitablarda müvafiq qeydiyyat belə aparmayaraq, pnevmoniya xəstiyi və həmin xəstəlik səbəbindən yaranan digər ağırlaşmaları olan Zərərçəkmiş şəxs təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xidmət yerinə qaytararaq öz həkim borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib sonuncunun bir neçə gün müddətində də zəruri tibbi müayinə və müalicədən kənarda qalmasına, ixtisaslı tibbi müdaxilə olunması üçün gecikdirilməsinə, bununla da artıq onda olan “İkitərəfli irinli-hemorragik pnevmoniya” xəstəliyinin əhəmiyyətli dərəcədə fəsadlaşaraq letal nəticəyə doğru daha da yaxınlaşmasına səbəb olmuşdur. Bundan iki gün sonra, yəni 15 avqust N0NN-ci il tarixdə gecə saat NN:30 radələrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Şahid4 ümumi halsız və bədən hərarəti, yəni səhhəti ilə bağlı analoji şikayətləri olan əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə apararkən tibb xidməti polkovnikleytenantı Təqsirləndirilən şəxs hərbi hissənin nəzarət buraxılış məntəqəsinə doğru getdiyini görüb ona yaxınlaşdığı zaman, Təqsirləndirilən şəxs bir neçə gün əvvəl, oxşar şikayətlər əsasında “kəskin respirator xəstəlik” diaqnozu ilə səmərəsiz və natamam şəkildə müalicə etdiyi əsgər Zərərçəkmiş şəxs bədən hərarəti və halsız olması səbəbindən yata bilmədiyini, özünü pis hiss etdiyini bildirməsinə baxmayaraq, hərbi hissənin növbətçi həkimi olmaqla, bu səbəbdən, həmçinin onu əvəz edən hər hansı tibb personalının olmadığını, buna görə də xidmət yeri olan hərbi hissənin ərazisini tərk etməli olmadığını bildiyi halda, idarə etdiyi maşınla Qusar rayonunun Şirvanlı kəndi ərazisində avtoqəza törətməsinə görə ayağından xəsarət alaraq artıq təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilməklə ixtisaslı tibbi yardımla təmin olunmuş qeyd edilən hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X14 ilkin tibb yardım etməsi üçün hərbi hissə rəhbərliyi tərəfindən hadisə yerinə göndərilməsini bəhanə edib, “Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair” Təlimatın 548-ci maddəsinin “Hərbi hissənin tibbi yardım məntəqəsi sutkanın istənilən vaxtında təxirəsalınmaz tibbi yarım göstərməyə hazır olmalıdır” tələbini, eləcə də “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının N6 iyun 1997-ci il tarixli Qanununun 33-cü maddəsinin “Xəstəliklər zamanı təcili tibbi yardım göstərmək mülkiyyət formasından asılı olmayaraq istənilən tibb müəssisəsinin, habelə istənilən tibb işçisinin borcudur” tələbini kobud şəkildə pozub, bir neçə gün əvvəl stasionar qaydada müalicə etdiyi, qısa müddət sonra isə səhhəti ilə bağlı eyni şikayətlərlə ona müraciət etmiş əsgər M.C.Cabbarovun sağlamlığının və həyatının xəstəliyi səbəbindən təhlükəli həddə çatdığını bilməli olması səbəbindən sonuncuya təcili olaraq tibbi yardım göstərməyə borclu olduğu halda, M.C.Cabbarovu qəbul etməkdən imtina edərək, eləcə də sonuncuya tibbi yardım göstərməkdən boyun qaçıraraq öz həkim borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifəsini yerinə yetirməyib M.C.Cabbarovun ən həlledici müddətdə, daha bir gün zəruri ixtisaslı tibbi müayinə və müalicədən kənarda qalmasına, ixtisaslı tibbi müdaxilə olunması üçün gecikdirilməsinə, bununla da artıq onda olan “İkitərəfli irinlihemorragik pnevmoniya” xəstəliyinin poliorqan çatışmazlığı sindromu səviyyəsinə qədər inkişaf edərək letal nəticəyə doğru çatmasına səbəb olmuşdur. Bundan sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs çavuş N.F.Cəfərovun Qusar rayonunun Şirvanlı kəndi ərazisindən təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilərək sonuncuya lazımı tibbi yardım edildiyini öyrənmiş, həmin xəstəxanaya getməyin zəruri olmadığını, dərhal xidmət yerinə qayıdıb əsgər Zərərçəkmiş şəxs təxirəsalınmaz tibbi yardım göstərməli olduğunu dərk etdiyi halda formal olaraq, qeyd edilən xəstəxanaya getmiş, xəstəxanada hərbi hissənin digər nümayəndələri olmasına baxmayaraq, bir neçə saat orada qalmış, 16 avqust N0NN-ci il tarixdə səhər saatlarında xidmət yerinə qayıdıb insan sağlamlığı və həyatı qədər vacib olmayan digər xidməti işləri ilə məşğul olmuş, nəhayət yalnız həmin gün səhər saat 09 radələrində Zərərçəkmiş şəxs qəbuluna çağırtdırmışdır. Əsgər Zərərçəkmiş şəxs onun qəbuluna gətirildikdən sonra, Təqsirləndirilən şəxs müayinə nəticəsində Zərərçəkmiş şəxs bədən hərarətinin yüksək olduğunu, ağ ciyərlərində sərt tənəffüsün eşidildiyini müəyyən etdiyindən artıq sonuncunun təcili olaraq İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən müalicəyə ehtiyacı olması ona məlum olduğu halda, zəruri fəallıq və kifayət qədər operativ təşəbbüskarlıq göstərmədən, bir neçə saatdan sonra gentgen müayinəsi üçün sonuncunu Xaçmaz Rayon Mərkəzi Xəstənanasına göndərmişdir. Əsgər Zərərçəkmiş şəxs həmin gün, yəni 16 avqust N0NN-ci il tarixdə günorta saat 1N radələrində qeyd edilən xəstəxanada rentgen edilmiş, həmin vaxt onu rentgen edən həkimə bədən hərarətinin maksimal olaraq, 40 dərəcəyədək arabir yüksəldiyini, gün ərzində hərdən öskürək və bəlğəm olduğunu, özünü 4 gündür ki, narahat hiss etdiyini bildirmiş, həmin vaxt rentgen müayinəsi nəticəsində ona “ikitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” diaqnozu qoyularaq xidmət yerinə qaytarılmışdır. Əsgər Zərərçəkmiş şəxs xidmət yerinə qaytarıldıqdan sonra tibb xidməti polkovnikleytenantı Təqsirləndirilən şəxs onun barəsində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş tibbi sənədlərlə tanış olaraq, ona “ikitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” diaqnozu qoyulduğunu görsə də, “Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair” Təlimatın 618-6N0-ci maddələrinin “Xəstə hərbi qulluqçuların müayinə və müalicəsi üçün müalicə müəssisələrinə düzgün və vaxtında göndərilməsində məsuliyyət hərbi hissənin tibb bölmə rəisinin üzərinə düşür. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanlar müalicə müəssisələrinə tibb bacısının (feldşerin, təlimatçı sanitarın), lazım gələrsə həkimin müşayiəti ilə təcili göndərilirlər. Ağır xəstəni müşayiət edən tibb işçisi yolda tibbi yardım üçün lazım ola biləcək dərman maddələri ilə təmin olunur. Təxirəsalınmaz ixtisaslaşdırılmış tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün hərbi hissədə yol vərəqi əvvəlcədən tərtib olunmuş avtomobil həmişə çıxışa hazır durmalıdır. Təcili və təxirəsalınmaz vəziyyətlərdə hərbi qulluqçuların yaxın müalicə müəssisəsinə çatdırmaq üçün yerli səhiyyə orqanının razılığı ilə təcili yardım nəqliyyatının istifadəsi nəzərdə tutulmalıdır” tələblərini pozub, Zərərçəkmiş şəxs səhhətinin kənar ağır olmasına baxmayaraq, öz həkim, eləcə də xidməti borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, sonuncuya heç bir tibbi yardım göstərmədən, vəziyyətinin ağırlığını düzgün qiymətləndirilmədən, lazımı diqqət və səy göstərərək sonuncunu təcili şəkildə İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyyə etmək əvəzinə, təxliyyəni etinasız və ləng formada həyata keçirmiş, göstərilənlərlə yanaşı, Zərərçəkmiş şəxs təxliyyəsini tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, şəxsi avtomobillə yerinə yetirilməklə, sonuncunun ixtisaslı tibb müəssisəsinə, yəni Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına yalnız həmin gün saat NN radələrində çatmasına, bununla da həmin vaxt Zərərçəkmiş şəxs ikitərəfli infeksion toksiki şok, tənəffüs çatışmazlığı, DDL (damardaxili laxtalanma) sindromu və ağciyər ödemi kimi qarşısıalınmaz ağırlaşmaların da yaranmasına səbəb olmuşdur. Tibb xidməti polkovnikleytenantı Təqsirləndirilən şəxs geridönüşü olmayan bütün bu səhlənkarlıq hərəkətləri nəticəsində 17 avqust N0NN-ci il tarixdə saat 04 radələrində vəziyyəti pisləşən əsgər Zərərçəkmiş şəxs görülmüş bütün reanimasyon tədbirlərə baxmayaraq, həmin gün təxminən saat 04:40-da Bakı şəhəri Nərimanov rayonu X39 küçəsi 99 ünvanında yerləşən qeyd edilən hospitalda “irinli traxeobronxitlə müşaiyət olunan, qram “müsbət” koklar və “klebesialla oxutoca” bakteriyaları tərəfindən törədilmiş hər iki ağ ciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya” xəstəliyindən ölmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı Hərbi Məhkəməsinin 15 mart N0N4-cü il tarixli, 1-1(093)-13/N0N4 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Vəkil3 apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin 15 mart N0N4-cü il tarixli, 1- 1(093)-13/N0N4 saylı hökmünün ləğv edilməsini və təqsirsiz Azərbaycan hərbçisi Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mühakimə icraatını “həyata keçirərkən” məhkəmə Təqsirləndirilən şəxs bəraət verən halları nəzərə almamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və qanunsuz olaraq onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməyi barədə hökm çıxarılmışdır. İş materiallarındakı sənədlər gizlədilmiş və şahid ifadələri saxtalaşdırılmışdır. Məhkəmə iclas protokolları ilə tanış olub müvafiq qeydlər verməyə isə şərait yaradılmamışdır. Zərərçəkmiş mərhum əsgər Zərərçəkmiş şəxs hansı səbəbdən Dövlət Sərhəd Xidmətinin hospitalında xəstə kimi qeydiyyata alınmamasının səbəbləri araşdırılmamışdır. Belə ki, hakim hökmdə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər xəstəlikləri inistitutu publik hüquqi şəxsi tərəfindən daxil olmuş xx.xx.N0N4-cü il tarixli məktuba istinad etməmişdir. X36 həmin məktubu məhkəmə iclasında tədqiq etmək əvəzinə, daha asan yol tutmuş və hökmdə həmin məktuba ümumiyyətlə istinad etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən E.Məməddovun ibtidai istintaq zamanı müdafiəçisinin olmadığını, ekspert rəyinin sonuncu bəndini və bu kimi digər mühüm halları nəzərə almamışdır. Ümumiyyətlə, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı mümkün olan və olmayan bütün prosessual hüquqları pozulmuşdur. Məhkəmənin hökmü tamamilə qanunsuz və əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsiylə təqsirləndirilməsinə dair iş üzrə əhəmiyyətli məqamlara münasibətdə böyük ziddiyyətlər mövcuddur. Qeyd edilməlidir ki, ibtidai istintaq zamanı eyni zamanda məhkəmə istintaqı zamanı ifadə verən şahidlər bildirmişlər ki, mərhum əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə, daha sonra xx.xx.N0NNci il tarixdə tibb məntəqəsinə gətirmişlər xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs məntəqəyə gətilərkən xx.xx.N0NN-ci il tarixədək stasionar qaydada məntəqədə olmuş və sağlamlığı bərpa olunduqdan sonra xidmət etdiyi bölüyə buraxılmış xx.xx.N0NN-ci il tarixində mərhum əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə həkim Təqsirləndirilən şəxs yanına gətirilməsi ilə əlaqədar isə İbtidai istintaq zamanı şahidlər Şahid3 və ŞahidN bildirmişlər ki, onlar həmin vaxt əsgər Zərərçəkmiş şəxs əl ilə yoxlamaqla daxili hərarətinin olduğunu görmüş və bununla əlaqədar onu tibb məntəqəsinə aparmışlar daha sonra Zərərçəkmiş şəxs həkim Təqsirləndirilən şəxs otağına daxil olmuş onlar isə otağa daxil olmadan əsgəri gözləmiş müayinənin yekununda Zərərçəkmiş şəxs otaqdan çıxdığını görmüş xəstələrin qeydiyyatı jurnalında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qəbul edilməsi İlə əlaqədar imzalamağı təklif etmiş lakin Təqsirləndirilən şəxs xəstələrin qeydiyyatı jurnalının müvafiq hissəsinə imza etməkdən imtina etdiyini bildirmişlər. Belə olan halda sual olunur əgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qəbul etməsi ilə əlaqədar xəstələrin qeydiyyatı jurnalında imza etməkdən imtina etmək niyyəti və ya əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə qəbulu zamanı hansısa qərəzliliyi olsaydı Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixindədə gətirilməsi zamanı jurnalı imzalamaqdan imtina edərdi lakin hər hansı səbəb olmadan Təqsirləndirilən şəxs şahidlər tərəfindən verilən ifadəyə əsasən xəstələrin qeydiyyatı jurnalını imzalamqdan imtina etməsi inandırıcı hesab edilə bilməz belə ki Təqsirləndirilən şəxs NN-illik xidməti zamanı sözügedən formada pozuntusu aşkar edilməmiş xəstələrin qeydiyyatı jurnalını imzalamama kimi hala yol verilməmiş iş materiallarında Təqsirləndirilən şəxs aldğı təltifnamələr və qüsursuz xidmət aparmasına dair medallar bu məsələni bir daha təsdiq edir.Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 bildirmişdir ki, o, xx.xx.N0NN-ci il tarixdə hərbi hissənin tibb məntəqəsində olmuş tibb məntəqəsinə daxil olarkən xəstələrin qeydiyyatı kitabımda özüylə aparmış, Şahid3 ŞahidN ilə məhkəmə istintaqı zamanı çarpaz dindirməsi həyata keçirilərkən həmin hallar ŞahidN tərəfindən də təsdiq edilmişdir eyni zamanda Şahid3 və Şahid3 öz ifadələrində qeyd etmişlər ki, onlar tibb məntəqəsinə daxil olarkən feldşer-həkim Natiq Abdullayevdə məntəqədə olmuşdur. Nəzərə çatdırılmalıdır ki, xx.xx.N0NN-ci il tarixdə Şahid3 hansı səbəbə görə tibb məntəqəsinə xəstələrin qeydiyyat jurnalı ilə getməsini və həmin hadəsənin hazırki cinayət işiylə əlaqəsini müəyyən etmək üçün feldşer-həkim gizir Natiq Abdullayev məhkəmə istintaqı zamanı şahid qismində məhkəməyə dəvət edilmiş və o ifadəsində tarixi dəqiq bilmədiyini lakin xəstələrin qeydiyyatı jurnalında mərhum əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə gətirdiyini və Natiq Abdullayevin onu qəbul etdiyini, lakin qeydiyyat jurnalında mərhum əsgər Zərərçəkmiş şəxs qəbul edərkən jurnalı imzalamadığını bildirərək təkidlə həmin hissədə jurnalı N.Abdullayev tərəfindən imzalanmasını israr etmiş lakin N.Abdullayev jurnalı həmin hissədə imzalamaqdan imtina etmişdir. Mərhum əsgər Zərərçəkmiş şəxs xəstələrin qeydiyyatı jurnalına əsasən tibb məntəqəsində ümumilikdə bir dəfə xx.xx.N0NN-ci ildə olmuşdur onun xx.xx.N0NN-ci il tarixdə isə tibb məntəqəsində olmasını şahidlər öz ifadələrində bildirmişlər. Mərhum əsgər Zərərçəkmiş şəxs ilk dəfə xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsinə apanlarkən xəstələrin qeydiyyatı jurnalında həkim Təqsirləndirilən şəxs imzasının olmasına baxmayaraq guya mərhum əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsinə gətirilməsi zamanı xəstələrin qeydiyyatı jurnalı həkim Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır.Göründüyü kimi xəstələrin qeydiyyatı jurnalının imzalanmaması mərhum əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N3cü il tarixdə məntəqəyə gətirilməsi ilə əlaqədar olmuşdur ki, nəticə etibarı ilə N.Abdullayevin öz ifadəsində jurnalın hansı tarix üçün imzalanmasının Şahid3 tərəfindən təkid edilməsi həmin tarixin xx.xx.N0N3-cü il olmasını deməyə əsas verir. Qeyd edilənlərə əsasən Şahid3 xx.xx.N0NN-ci il tarixdə mərhum əsgər Zərərçəkmiş şəxs ümumiyyətlə tibb məntəqəsinə gətirməmişdir belə ki,xx.xx.N0NN-ci il tarixdə N.Abdullayevdən jurnala həmin tarixə imza etməsini tələb edərkən əsgər Zərərçəkmiş şəxs N.Abdullayevin qəbul etdiyini və buna görə onun tərəfindən jurnalın imzalanmalı olduğunu N.Abdullayev öz ifadəsində bildirmişdir. Nəzərə alınmalıdır ki, Şahid3 əgər Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə tibb məntəqəsinə gətirmişsə və onu həkim Təqsirləndirilən şəxs qəbul etmişsə o zaman hansı səbəbə görə mərhum əsgər Zərərçəkmiş şəxs N.Abdullayevin qəbul etdiyini bildirmiş və jurnalın həmin hissədə onun tərəfindən imzalanmasını təkid etmişdir? Göstərilən qeyri müəyyənlik və ifadələr arasında olan ziddiyyətli məqamlar onu deməyə əsas verir ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə Şahid3 tərəfindən ümumiyyətlə tibb məntəqəsinə gətirilməmiş və onun ölümündən sonra məsuliyyətdən yayınmaq niyyəti ilə təcili formada N.Abdullayev tərəfindən jurnalın imzalanması üçün təkid etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs tibb məntəqəsindən xx.xx.N0NN-ci il tarixində çıxarkən həkim Təqsirləndirilən şəxs ona hansısa paroşok formasında dərman verdiyini və özünü daha yaxşı hiss etdiyini yuxarıda adı çəkilən şahidlər öz ifadələrində bildirmişlər lakin nəzərə alınması zəruridir ki,hərbi hissənin tibb məntəqəsində ümumiyyətlə paroşok tipli dərman vasitəsi olmamışdır və müdafiə tərəfi olaraq məhkəmə istintaqı zamanı sözügedən məsələyə dair münasibət bildirərkən ittiaham tərəfi bu hallara münasibətini bildirməmiş hərbi hissənin tibb məntəqəsində paroşok tipli dərman vasitəsinin olmasına dair hər hansı dəlil irəli sürməmişlər nəzərə alınmalıdır ki təqsirləndiriləş şəxs öz təqsirsizliyini sübuta yetirməkdə borclu deyidir. Nəzərə alınmalıdır ki, mərhum əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsinə gətirilib gətirilməməsi ilə bağlı yaranan şübhələrin aradan qaldırılması ilə bağlı N.Abdullayevlə Şahid3 və ŞahidN çarpaz dindirilməsinin aparılmasına dair vəsatət verilsədə məhkəmə tərəfindən vəsatət təmin olunmamış və sözügedən məqamlar şübhəli olaraq qalmışdır. Qeyd edilməldir ki, ibtidai istintaq zamanı əsgər Zərərçəkmiş şəxs ölümünün səbəbi olaraq diaqnoz irinli hemorragik pnevmaniya kimi göstərilsədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər xəstəlikləri inistitutu publik hüquqi şəxsi tərəfindən daxil olmuş xx.xx.N0N4-cü il tarixli məktubdanda görünür ki irinli hemorragik pnevmaniya adlı diaqnoz ümumiyyətlə mövcud deyi nəzərə alınmalıdır ki,məhkəmə iclasında dindirilmiş ekspertə irinli hemorragik pnevmaniya adlı diaqnozun olub olmaması barədə tərəfimizidən sual verildikdə o həmin sualın cavabını bilmədiyini bildirmişdir.Nəzərə alınmalıdır ki, əsgər Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ekspert rəyində göstərildiyi kimi irinli hemorragik pnevmoniya nəticəsində vəfat etməsini Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər xəstəlikləri inistitutu publik hüquqi şəxsi tərəfindən daxil olmuş məktubda göstərilən həmin adlı diaqnozun olmaması Zərərçəkmiş şəxs ölümünün ekspertizanın rəyində göstərilən diaqnoza əsasən baş verməsini şübhə altına almışdır. Nəzərə çatdırılması zəruridir ki,xx.xx.N0NN-ci il tarixdə əsgər M.XN1 Xidmətinin hərbi hospitalına gətirilməsi zamanı şahidlərin verdiyi ifadələrdəndə görünür ki,onun halı yaxşı olmuş hətta hərbi hospiatlda öz xidmət yoldaşının nəqliyyat vasitəsindən düşürülməsinə qaldırılmasına köməklik etmişdir nəticədə sözügedən hallar onu deməyə əsas verir ki əsgər Zərərçəkmiş şəxs hərbi hissədən sağlam vəziyyətdə ayrılmışdır. İş üzrə dindirilmiş hərbi hospitalın həkimi Yeseniyə Xəlilova bildirmişdir ki, əsgər Zərərçəkmiş şəxs hospitala gələrkən vəziyyəti normal bədən hərarəti isə 36.8 olmuş onun adına xəstəlik tarixçəsi açılmamış və onun pnevmaniya xəstəliyinə yoluxmasını nəzərə alıb ona seftriakson adlı antibiotik vurmuşdur. Nəzərə alınması zəruridir ki,əsgər Zərərçəkmiş şəxs tam sağlam vəziyyətdə hospitala getdikdən sonra onun cəmi bir neçə saat ərzində vəfat etməsi bəzi suallarıda özündə doğurmuşdur,belə ki əgər əsgər Zərərçəkmiş şəxs vəziyyəti bir neçə saat sonra vəfat edəcək dərəcədə ağır idisə o zamanı onun vəziyyəti niyə hərbi hissədə və ya yolda olarkən deyi məhz hərbi hospitala gətirildikdən sonra baş verdi?Eyni zamanda Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər xəstəlikləri inistitutu publik hüquqi şəxsi tərəfindən daxil olmuş xx.xx.N0N4-cü il tarixli məktubdanda görünür ki,seftriakson adlı antibiotik insan orqanizmində sefalospirinlərə qarşı olan hiperhəssaslıq,anamnezdə hər hansı bir reaksiyanın olması kimi əks göstərişləri mövcuddur. Qeyd edilməlidir ki,ibtidai istintaq zamanı seftriakson adlı antibiotikin hər hansı şok effekti vermədiyi göstərilsədə nəzərə alınmalıdır ki, məhkəmə istintaqı ibtidai İstintaqdan asılı deyidir və istinad olunan məktunda göstərilən əks göstərişlərin mərhum Zərərçəkmiş şəxs münasibətdə təsir edib etməməsi məsələsinin araşdırılması ilə bağlı ekspertizanın təyin edilməsi barədə tərəfimizdən verilmiş vəsatətlər təmin edilməmiş və onun ölümü ilə həkim Təqsirləndirilən şəxs hərəkətləri və ya hospitalın əməkdaşlarının səhlənkarlığı arasında səbəbli əlaqənin olub olmaması məqamı şübhəli olaraq qalmışdır. Hesab edirik ki, məhkəmə istintaqı zamanı seftriakson adlı antibiotikin Zərərçəkmiş şəxs həmin məqamda vurulmasının ona münasibətdə əks göstərişin olub olmaması, xəstənin adına 9N saylı xəstəlik tarixçəsinin açılmasına baxmayaraq ekspert rəyində Zərərçəkmiş şəxs tibb məntəqəsində onun adına xəstəlik tarixçəsinin açılmamasının qeyd edilməsi və nəticədə xəstəliyin dinamikasını müəyyən etmənin mümkünsüz olduğunun bildirilməsi nəzərə alsaq, 9N saylı xəstəlik tarixçəsinin olması tam şəkildə xətəliyin dinamikasını müəyyən etməyə yol verirdi beləliklədə həmin rəyin əsaslılığı da artıq sual doğurmaqdadır. Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsinə gətirilməsi ilə əlaqədar N.Abdullayevin digər şahidlərlə çarpaz dindirməsinin apanlmamasına dair vəsatətin məhkəmə tərəfindən rədd edilməsi xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs tibb məntəqəsinə gətirilməsi məsələsinin şübhəliliyin aradan qalxmasının qarşısını almışdır nəzərə alınması zəruridir ki, Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsinə gətirilsəydi Təqsirləndirilən şəxs tərəfindən zəruri tibbi müdaxilə edilməklə hərbi hospitala əsgər göndərilərdi. İttiham aktında və onun kopyası olan hökmdə qeyd edilmişdir ki, xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragik- irinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilmədən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. Təkrarən vakil olaraq mana çox maraqlıdır, gorasan Təqsirləndirilən şəxs tibb personalının müşayiəti ilə təmin olunmuş xüsusi tibbi avtomobili öz evindənmi gətirməli idi? Yuxarıda göstərilən şübhəli məqamlar məhkəmə istintaqı zamanı zəruri prosessual hərəkətlər aparılmaqla aradan qaldırılmamış və Təqsirləndirilən şəxs təqsirli olmasına dair əsaslı şübələr aradan qalxmamışdır. Həmin şübhəli məqamların aradan qaldırılması üçün Şahid3 məhkəmə iclasına təkrar dəvət edilməsi və tibbi (təkrar) ekspertizanın küçirilməsi barədə vəsatətimiz X36 tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər xəstəlikləri inistitutu publik hüquqi şəxsi tərəfindən daxil olmuş xx.xx.N0N4-cü il tarixli məktubunda irinli hemorragik pnevmaniya adlı diaqnoz ümumiyyətlə mövcud deyil. Belə olan halda ən azı Zərərçəkmiş şəxs ölümünün səbəbini müəyyən etmək üçün ekspertiza təyin edilməli idi. Çünki hazırkı situasiyada Zərərçəkmiş şəxs ölümünün səbəbi məlum deyil. Səbəbi məlum olmayan ölümə görə günahsız Azərbaycan hərbçisi necə mühakimə oluna bilər? Azərbaycan Respublikasının Cinayət -Prosessual Məcəlləsinin 4N-ci maddəsində göstərilən bütün əsaslar Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işində olsa da, ona bəraət verilməmişdir. Bakı Hərbi Məhkəməsinin 15 mart N0N4-cü il tarixli, 1-1(093)-13/N0N4 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X6 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs cəzasının artırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, çıxarılan hökm çox ədalətsizdir. Belə ki, Eldar özünü təqsirli bilməyərək, əksinə özünü razı apararaq, laqeyd yanaşması nəticəsində, övladını vətəni qorumağa göndərmiş ananı gözüyaşlı qoymuşdur. Məhkəmədə vurmaz-duymaz yanaşma göstərsə də, məhkəmə ona ədalətsizcəsinə az cəza təyin etmişdir. Eldar cəzasını çəkib övladlarının yanına gedəcək, amma onun övladı onun yanına gəlməyəcəkdir. Qarşı tərəfin ona vurduğu ziyanın, qəpiyinə kimi ödənilməsini tələb edir. Eldarın səhvi ucbatından o, övlad itirsin, həm də maddi ziyan çəksin. Vətəni qorumağa övlad göndərdi lakin Eldar kimi təcrübəsiz və sərişdəsiz həkimin səhvi nəticəsində övladı dünyasını dəyişdi. Ağ saçlı və gözü yaşlı bir ana kimi tələbi budur ki, Eldara cəza müddəti artırılsın, üç il azdır, Eldarın cəzası artırıısın övladının da ruhu şad olar. Bir insan ölümünə görə 3 il cəza nədir ki. Ona yaxşı başa düşərsiz. Eldarın cəzası artsa o da övladının yanına rahat gedər. Onlar ilk gündən gəlib ona dəstək olsaydılar, onu hardasa bağışlayardı. Lakin onların qohumları onu gəlib öz evində təhqir etdilər. Ancaq o, bir ana kimi həyatı boyu Eldarı və onun ailəsini bağışlamayacaqdır. Çünki onun əzab əziyyətlə böyütdüyü oğlu Eldarın səhvi nəticəsində, cavan yaşında soyuq məzarda yatır. Onunla gedən əsgərlər evlərindədir, amma onun oğlu məzardadır. O, ölənə kimi əsgər yolu gözdüyəcəkdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Vəkil3 məhkəməyə yazılı ərizə təqdim edərək, çıxış edə bilməyəcəyini bildirdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 vermiş olduğu apellyasiya şikayətində göstərilən əsaslarla apellyasiya şikayətinin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin 15 mart N0N4-cü il tarixli, 1-1(093)- 13/N0N4 saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs cəzasının artırılmasını, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1N zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının çıxış etdiyi həddə təmin edilməsinə etiraz etmədiyini bildirərək, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, , iyulun NN-si iş üzrə zərərçəkmiş şəxs hərbi hissəyə gəlib, onu yoxlayıb, ayın 15-i Xaçmaza göndərib. 7-si axşam radələrində ona təxmini saat 10-11 aralığında zəng vurublar ki, əsgər gətiriblər, qızdırmalı, o da “saxlayın gəlirəm” demişdir. Gələndə Zərərçəkmiş şəxs qızdırması 38 olub. Heç bir patologiya aşkar olunmayıb, ancaq onu saxlayaraq, müalicəyə başlayıb. Ayın 8-i saat 09:10-da gələndə, qızdırması artıq 37.8-ə düşmüşdür, zərərçəkmiş şəxsin özü çıxmaq istəyirmiş. Müalicə davam edirmiş, axşam yenə saat 9 radələrində yoxlayıb, qızdırması ya 37.5, ya da 37.7 olmuşdur. Ayın 9-u qızdırması olmamışdır, ancaq çox aktiv uşaq olmuşdur, qalmaq istəmirmiş. Ayın 9-u çıxmaq istəyəndə onu buraxmamış, müalicəsini davam etmişdir. Ayın 10-u onu bölüyə göndərmişdir, bölük də onlara yaxındır. Ayın 1N-si gənc əsgərləri ikinci peyvəndi vurmağa görə yığmışdır, bir nəfər halsız olduğu üçün həmin əsgərə vurmamış, ancaq Zərərçəkmiş şəxs heç bir şikayəti, nə qızdırması, nə də halsızlığı olmamışdır. Ayın 15-i axşam təxminən saat 11 radələrində həmişəki kimi otaqda olanda, ona zəng vurublar ki, avto qəza baş verib, maşın çevrilib, gizir zədə alıb. O da qaça-qaça çıxmışdır, deyiblər ki, əsgər Zərərçəkmiş şəxs bədən tempraturu qalxıb, özünü narahat hiss edir. Həmin hərbi qulluqçuya komandir heyətinin onu təcili olaraq hadisə yerinə göndərdiyini deyib, hadisə yerindən qayıdan kimi Zərərçəkmiş şəxs tibb məntəqəsinə çağırtdıracağını bildirib, Xaçmaza gedəndən sonra xəstəni xəstəxanaya gətirmişlər, həmin hərbiçinin də bir barmağı da sınmışdır, sonra gəlib hərbi hissəyə təxmini saat ayın 16-sı səhər tezdən 7-8-in yarısı zəng vurub bölüyə, onda sərt tənəffüs olub, göndərib Xaçmaza, saat hardasa 1N-yə sənədləri tam hazır olub. Cabbarov X7 gələn zaman Beşbarmaqda da dayanıb, siqaret çəkib, müşahidə kamerasına da düşüb ki, rəhmətlik əsgər avtoqəzada xəsarət almış zərərçəkmişə də kömək edib, yükləri də daşıyıb, Ona baxanda bir nəfər deyə bilməzdi ki, xəstədir. Hospitala çatandan sonra hardasa saat 10-da çavuş ona zəng vurub ki, Zərərçəkmiş şəxs saxlayıblar ki, sabah müayinə etsinlər, deyib ki, orda deyin müayinə etsinlər. Deyiblər ki, biz işimizi bilirik, sabah müayinə edəcik, səhər hardasa saat 5-də ona zəng vurublar ki, bəs əsgərdə nəfəs gəlmir. Əgər onun günahı var idisə, ona bir dənə də töhmət verməyiblər. Həmin həkim deyib ki, o əsgərdə heç nə yox imiş, müayinə etməyib. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, pnevmoniya diaqnozu qoyulandan sonra maddi texniki təchizat şöbəsinin müdirinə, komandirə məruzə etmişdir, öz başına göndərmək hüququ yoxdur, ayın 13-ü Zərərçəkmiş şəxs onun yanına gətirməyiblər. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək məhkəməyə ifadəsində göstərmişdir ki, o, N001-ci ilin iyun ayından Dövlət Sərhəd Xidmətində, N5 fevral N003-cü il tarixdən isə həmin Xidmətin Xudat şəhəri ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsində zabit kimi xidmət etməyə başlamışdır. Hazırda həmin hərbi hissənin tibb bölməsinin rəisi vəzifəsində tibb xidməti polkovnikleytenantı hərbi rütbəsində xidmətini davam etdirir. Mərhum əsgər Zərərçəkmiş şəxs sonuncu N nömrəli hərbi hissədə xidmətə başladığı vaxtdan tanımış, münasibətləri xidməti olmaqla aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, uzun illərdi ki, hərbi sahədə həkim kimi fəaliyyət göstərmiş, əsas ixtisası dəri -zöhrəvi üzrə olsa da, ali təhsilli həkim olduğu üçün digər xəstəliklərin ilkin müayinə və müalicəsini də həyata keçirmişdir. N nömrəli hərbi hissədə tibb məntəqəsi fəaliyyət göstərsə də, təxminən üç ildir ki, məntəqə rəisi, həkim -terapevt, həkim -stomatoloq, feldşer və aptek rəisi vəzifələri vakant olmuşdur. Onun əsas vəzifəsi tibb bölməsinin rəisi olmasına baxmayaraq, məntəqə rəisi vəzifəsini də icra etmişdir. Məntəqədə baş məsul icraçı, gizir Natiq Abdullayev xidmət edir. Natiq Abdullayevin hər hansı bir tibb təhsili yoxdur, tam orta təhsillidir. Bu səbəbdən onun vəzifəsi tibb məntəqəsi üzrə sənədlərlə işləməkdən ibarətdir. Məntəqədə iki nəfər mülki işçi fəaliyyət göstərir, həkim Kəmalə Məmmədova və feldşer İradə Ağayevə. Məntəqə üzrə cavabdeh şəxs kimi yalnız o və N.Abdullayev xidmət aparır, mülki işçilər isə həftənin iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərirlər. Gizir N.Abdullayev məntəqə üzrə cavabdeh olduğu təqdirdə belə, xəstələr məntəqəyə daxil olduqda ona məruzə edir və bir çox halda o, evdən məntəqəyə gələrək xəstələri özü müayinə edir. X19 tibb təhsili olduğundan, o, iş saatlarında xəstələrin müayinə və müalicələrində onunla birlikdə iştirak edir, zərurət yarandıqda xəstələri ambulator müşahidəyə və ya bir qayda olaraq, onunla məsləhətləşməklə stasionar qaydada müalicəyə qəbul edir. Məntəqə rəisi olduğundan həkim Kəmalə Məmmədova bir qayda olaraq, xəstələr barədə ona məruzə edir, əksər vaxtlarda xəstələri o özü təkrar müayinə edir, əsasən bundan sonra müraciət etmiş xəstələr ambulator müşahidəyə və ya stasionar qaydada müalicəyə qəbul olunurlar, zərurət yarandıqda göndərişləri verilir. Həmçinin etik qaydalara uyğun olaraq, hərbi hissədə xidmət edən qadın hərbi qulluqçuları və kişi hərbi qulluqçuların qadın ailə üzvlərini həkim Kəmalə Məmmədova müayinə və müalicə edir. O, isə əsasən kişi hərbi qulluqçuları müayinə və müalicə edir. Bütün hallarda xəstələrin stasionar müalicəyə qəbul edilməsi, ixtisaslı müayinə və müalicə üçün xəstəxanaya, hospitala göndərilməsi məsələsi onun yekun qərarı ilə həyata keçirilir. X30 isə həkimin verdiyi təyinatları icra edir. Yəni xəstələrə təyin edilmiş dərman preparatlarının qəbul edilməsinə nəzarət edir, infuziyaları (iynə və sistem köçürülməsi proseduru) həyata keçirir, sarğı qoyur. Onun hansısa qərar qəbul etmək və həkimin göstərişindən kənar tibbi prosedur həyata keçirmək səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsinin davamı olaraq göstərdi ki, mərhum əsgər Zərərçəkmiş şəxs üç dəfə, yəni xx.xx.N0NN-ci il, xx.xx.N0NN- ci il və xx.xx.N0NN-ci il tarixlərdə tibb məntəqəsinə daxil olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs gənc əsgər kimi N iyul N0NN-ci il tarixdə hərbi hissəyə daxil olduqda digər xidmət yoldaşları ilə birlikdə ümumi bədən baxışı keçirilmiş, müayinəsi aparılmış, şikayətləri dinlənilmiş və bu şəkildə anamnezi toplanılmışdır. Özü hər hansı bir şikayəti barədə deməsə də, Zərərçəkmiş şəxs göz zəifliyinin olmasını hiss etdiyindən maraqlandıqda sonuncu ona yaxını yaxşı görmədiyini bildirmiş, bu səbəbdən planlı qaydada müayinə olunması üçün xx.xx.N0NN-ci il tarixdə onu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına göndərmiş, müayinə nəticəsində Zərərçəkmiş şəxs “sadə miopiya” diaqnozu təyin edilmiş, daha sonra o, xidməti yerinə qaytarılmışdır. “Sadə miopiya” diaqnozu hərbi xidmət zamanı müalicə tələb etmədiyindən ona yaxından televizora baxmaması və mobil telefonla çox vaxt keçirməməsi barədə məsləhət edildikdən sonra normal xidmətini davam etdirməsi məsləhət görülmüşdür. 07 avqust N0NN-ci il tarixdə saat təxminən N1:45-də gizir Natiq Abdullayev məntəqə üzrə növbətçi olan zaman gecə saatlarında ona zəng vurub Zərərçəkmiş şəxs yüksək hərarətlə tibb məntəqəsinə gətirildiyini demişdir. O dərhal hərbi hissəyə gəlib Zərərçəkmiş şəxsla söhbət etmiş, sonuncu halsızlıqdan və hərarətinin olmasından şikayət edərək, həmin gün özünü pis hiss etməsini qeyd etməklə xəstəliyini soyuq su içməsi ilə əlaqələndirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bədən tempraturunu ölçmüş, boğazının vizaul baxışını həyata keçirmiş, ağ ciyərlərinin auskultasiyasını yerinə yetirmiş və arterial təzyiqini ölçmüşdür. Müayinə zamanı Zərərçəkmiş şəxs dəri örtüyü adi rəngdə olmuş, əsmək nahiyəsi hipermiyalı olmuş, (boğazın iç hissələrinin qızartılı olması), ağ ciyərlərinin auskultasiyasında vizikulyar tənəffüs (normal tənəffüs) eşidilmiş, arteriyal təzyiqi 115/75, nəbzi puls 79 ritmik vurğundur (venadan yoxlanıldıqda bir dəqiqə ərzində 79 dəfə nəbzinin vurması və normal olması), bədən hərarəti 38.4 dərəcə, diurez və difikasiya aktı normal (sidiyə və ishala normal getmə) olmuş, daxili orqanlarda patalogiya qeyd edilməmişdir (dili ərpsiz olub, qaraciyərlə və dalaq əllənmir, böyüməyibdir, qarın palpasiya zamanı yumşaq və ağrısızdır). Yəni həmin vaxt Zərərçəkmiş şəxs səhhətində yuxarı bədən tempraturu və boğazında qızartı olmasından başqa ciddi patalogiya aşkar edilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs “kəskin respirator xəstəliyi” diaqnozu təyin edilməklə stasionar qaydada müalicəsinin aparılması üçün tərəfindən tibb məntəqəsinə qəbul olunmuşdur. Dərhal qeyd edilənlər barədə Zərərçəkmiş şəxs tibb kitabçasında müaviq qeydiyyat aparmış, Zərərçəkmiş şəxs xəstəlik tarixi açmış, tibb məntəqəsinin kitablarında müvafiq qeydlər aparmışdır. Həmin tarixdən 10 avqust N0NN-ci il tarixədək olan müddətə Zərərçəkmiş şəxs müalicə tədbirləri kimi parasetamol dərman preparatı yalnız hərarəti olduqda, ampisilin 0.N5 dərman preaparatı isə gündə üç dəfə iki tabletka olmaqla yeməkdən sonra verilmiş, furasilin məhlulu vasitəsi ilə boğaz nahiyəsi yaxalanmış, 05 faizlik vitamin C iynəsi səhər saat 09-11 radələrində N qramdan gündə bir dəfə yan nahiyəsinə vurulmuş, əlavə tədbir kimi çox miqdarda və isti halda maye verilmişdir. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, mərhum əsgər Zərərçəkmiş şəxs adına sonuncunu xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək stasionar şəkildə müalicə etdiyi müddətdə açdığını iddia etdiyi 9N nörməli xəstəlik tarixinə əsasən ifadəsini davam etdirərək göstərmişdir ki, xx.xx.N0NN-ci il tarixdə səhər saatarında saat 09-11 aralığında yenə də Zərərçəkmiş şəxs müayinəsini aparılmışdır. Bu zaman Zərərçəkmiş şəxs ümumi vəziyyəti yaxşı olmuş, bədən hərarəti 37.8 dərəcə, arterial təzyiqi 110/70, nəbzi puls 79 ritmik vurğundur, diurez və difikasiya aktı normal olmuş, daxili orqanlarda patalogiya qeyd edilməmiş, ağ ciyərlərində normal tənəffüs eşidilmişdir. Yəni, əvvəlki günə nisbətən Zərərçəkmiş şəxs bədən hərarətinin nisbətən düşdüyünü, boğazında olan qızartının sağaldığını, yəni selikli qişaların normal rəngdə olmasını müəyyən etmişdir. Zərərçəkmiş şəxs yalnız iştahsızlıqdan şikayət etmiş, bu səbəbdən o, sonuncunu stasionar müalicədə saxlayaraq müalicəsini davam etdirmiş, gün ərzində onu müşahidədə saxlamış, və vəziyyətində mənfiyə doğru hansısa dəyişiklik hiss etməmişdir. Həmin gün axşam saat N1-NN-də Zərərçəkmiş şəxs təkrarən bədən hərarəti və təzyiqi ölçülmüş, təzyiq normal olduğundan qeydiyyat aparılmamış, bədən hərarəti isə 37.7 dərəcə olmuşdur. xx.xx.N0NN-ci il tarixdə saat 09-11 aralığında yenidən Zərərçəkmiş şəxs müayinəsini aparmışdır. Bu zaman onun ümumi vəziyyəti yaxşı olmuş, bədən hərarəti 36.6 dərəcə, arterial təzyiq 115/75, nəbzi puls 74 ritmik vurğundur, diurez və difikasiya aktı normal, obyektiv dəri örtüyünün və selikli qişalarının rəngi normal olmuş, ağ ciyərlərinin auskultasiyasında normal tənəffüs eşidilmiş, daxili orqanlarda patalogiya aşkar edilməmişdir. Həmin müayinə zamanı Zərərçəkmiş şəxs hansısa şikayəti olmamış, əvvəlki günə nisbətən onun bədən hərarəti normaya düşmüş, iştahsızlıqdan şikayət etməmişdir. Həmin vaxt o, tam sağlam olması qənaətinə gəldiyinə baxmayaraq, qızdırmasının yenidən qalxa biləcəyini ehtimal etdiyi üçün müalicəsini davam etdirmək üçün Zərərçəkmiş şəxs bölüyünə yazmamışdır. xx.xx.N0NN-ci il tarixdə axşam saat N1-NN radələrində Zərərçəkmiş şəxs təkrarən bədən hərarəti və təzyiqi ölçülmüşdür. Təzyiq normal olduğundan qeydiyyat aparılmamış, bədən hərarəti isə 36.9 dərəcə olmuşdur. Qəbul edilmiş tibb qaydalara əsasən insanın normal bədən hərarəti 36 dərəcədən 37 dərəcəyədək olması hesab edilir. Bir insanın qızdırmalı xəstə hesab olunması üçün onun minumum 37.0 dərəcə bədən hərarəti olmalıdır. Bu səbəbdən həmin vaxt Zərərçəkmiş şəxs sağlam olması qənaətinə gəlmişdir. xx.xx.N0NN-ci il tarixdə saat 09-11 aralığında yenidən Zərərçəkmiş şəxs müayinəsini aparmışdır. Bu zaman onun ümumi vəziyyəti yaxşı olmuş, şikayəti olmamış, bədən hərarəti 36.8 dərəcə, obyektiv dəri örtüyünün və selikli qişalarının rəngi normal, arterial təzyiqi 115/75, nəbzi puls 79 ritmik vurğundur, diurez və difikasiya aktı normal olmuş, ağ ciyərlərinin auskultasiyasında normal tənəffüs eşidilmiş, daxili orqanlarda patalogiya aşkar edilməmişdir. Beləliklə, artıq iki gün ərzində səhhəti ilə bağlı şikayətinin olmamasını, aktiv olmaqla tam yaxşılaşmasını nəzarə alıb, xx.xx.N0NN-ci il tarixdə gündüz saat 1N radələrində Zərərçəkmiş şəxs bölüyünə göndərmişdir. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, 15 avqust N0NN-ci il tarixdə tibb məntəqəsi üzrə növbətçi kimi xidmət apardığı zaman, saat NN-N3 radələrində hərbi hissənin sabiq qərargah rəisi, polkovnik-leytenant Xəyal Namazov ona zəng vuraraq MAHHXHQ, çavuş Nemət Cəfərovun qısa müddət əvvəl Qusar rayonu ərazisində idarə etdiyi hərbi qeydiyyat nişanlı maşınla avtoqəza törətməsi nəticəsində xəsarət almasını, vəziyyətinin ağır olmasını qeyd edib dərhal hadisə yerinə gedib sonuncuya tibbi yardım göstərməsini tapşırmışdır. Tibb məntəqəsində tək olduğundan, bu səbəbdən tibb məntəqəsini nəzarətsiz buraxmamalı olduğunu dərk etsə də, yuxarı komandir olduğu üçün X.Namazova əlavə sual verməmiş, etiraz etməmişdir. Dərhal zəruri tibbi avadanlıqları götürüb tək olaraq tibb məntəqəsindən çıxıb hərbi hissənin nəzarət buraxılış məntəqəsinə tərəf getmişdir. Bu zaman xatırlamadığı bir hərbi qulluqçu qaça-qaça ona yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs bədən tempraturunun qalxdığını, özünü narahat hiss etdiyini bildirmişdir. Həmin hərbi qulluqçuya komandir heyətinin onu təcili olaraq hadisə yerinə göndərdiyini deyib, hadisə yerindən qayıdan kimi Zərərçəkmiş şəxs tibb məntəqəsinə çağırtdıracağını bildirib, hadisə yerinə yollanmışdır. Yolda əlaqə saxladıqda N.Cəfərovun hadisə yerindən artıq götürülərək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edildiyini öyrənib həmin xəsatəxanaya getmişdir. Orada N.Cəfərov müayinə edilmiş və onda ayağın baş barmağının sınığı, dəri cırılması xəsarətləri aşkar edilmişdir. Həmin xəstəxanada N.Cəfərov ayağından cərrahi əməliyyat edildikdən sonra, xx.xx.N0NN-ci il tarixdə səhər saat 0N radələrində tərəfindən hərbi hissəyə gətirilmişdir. Hərbi hissəyə gətirildikdən sonra N.Cəfərova tərəfindən ağrıkəsici iynə vurulmuş, ayağına buz qoyulmuşdur. Həmin gün saat 06 radələrindən 08 radələrindək baş vermiş avtoqəza və N.Cəfərovun xəsarət alması ilə bağlı olan təcili sənədləşmə işlərini görmüşdür. Bundan sonra, həmin gün saat 09 radələrində N nömrəli hərbi hissənin gənc əsgərlərin təlim və tədris mərkəzinə zəng edərək əsgər Zərərçəkmiş şəxs müayinə etməsi üçün tibb məntəqəsinə çağırtdırmışdır. Təxminən 15 dəqiqə sonra Zərərçəkmiş şəxs tibb məntəqəsinə gəlmiş, söhbət zamanı özünü narahat hiss etdiyini bildirmişdir. Dərhal Zərərçəkmiş şəxs müayinə edərək bədən hərarətinin 37.4 dərəcədə olmaqla ağ ciyərlərinin auskultasiyasında sərt tənəffüsün olmasını eşitmişdir. Bu səbəbdən rentgen müayinəsinin aparılmalı olduğu üçün tibb mənqəqəsində həmin müayinə üçün heç bir tibbi avadanlıq olmaması səbəbindən gizir N.Abdullayevin müşayiəti ilə Zərərçəkmiş şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına göndərmişdir. Həmin gün saat 11 radələrində gizir N.Abdullayev Zərərçəkmiş şəxsla birlikdə geri qayıdaraq rentgen müayinənin nəticəsini ona vermişdir. Həmin sənədə baxdıqda qısa müddət əvvəl Zərərçəkmiş şəxs ağ ciyərlərinin rengenoqrafiyasında “iki tərəfli bronxopnevmoniya əlamətləri izlənilir” nəticəsi olduğunu görmüşdür. Dərhal Zərərçəkmiş şəxs ixtisaslı müaynə və mülicəsinin həyata keçirilməsi üçün DSX-ının Hərbi Hospitalına göndəriş hazırlayaraq saat 1N:30 radələrində hərbi hissə komandirinə imza etdirməklə möhür vurdurmuşdur. Hərbi hissənin tibb məntəqəsinin balansında cəmi bir ədəd “UAZ” markalı “X016 SQ” hərbi qeydiyyat nişanlı avtomaşın olduğundan, həmin maşının da təxminən iki ildir ki, tam nasaz vəziyyətdə olması səbəbindən komandir heyətinə, konkret olaraq hərbi hissənin madditexniki təminat şöbəsinin rəisi, polkovnik-leytenant Pərviz Əsgərova bu barədə məruzə edib əsgər Zərərçəkmiş şəxs təcili olaraq Bakı şəhərində yerləşən DSX-nın Hərbi Hospitalına təxliyyə edilməli olduğunu demişdir. Polkovnik-leytenant P.Əsgərov hərbi qulluqçulardan birinə bu barədə deyib mülki maşın təşkil edəcəyini demişdir. Saat təxminən 1N radələrində hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Niyaməddin Əziziov ona yaxınlaşaraq hospitala gedəcək hərbi qulluqçunu Bakı şəhərinə özünün şəxsi minik maşını ilə aparacağını bildirmişdir. O, Zərərçəkmiş şəxsla yanaşı, avtoqəzadə xəsarət almış çavuş N.Cəfərovu da ixtisaslaşmış müayinəyə göndərməli olduğundan məntəqəyə daxil olub hazırlaşmalarını demişdir. Bu zaman Sumqayıt Hərbi Prokurorluğunun bir əməkdaşının baş vermiş avtoqəza ilə bağlı N.Cəfərovdan izahat aldığını görmüş, həmin əməkdaş izahatı alıb qurtardıqdan sonra N.Cəfərovla əsgər Zərərçəkmiş şəxs həmin gün saat N radələrində Şahid1 idarə etdiyi “VAZ N107” markalı tünd mavi rəngli avtomobilinə əyləşmişlər. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs vizual müşahidə etmiş, sonuncuda hansısa patalogiya, təngnəfəslik, halsızlıq, öskürək hiss etməmişdir. Hətta əsgər Zərərçəkmiş şəxs ayağından xəsarət almış çavuş N.Cəfərovun maşının arxa oturacağında uzanmasına köməklik etmiş, tibb məntəqəsinə gedib əsgər ləvazimatlarını sərbəst şəkildə götürüb geri qayıdaraq maşına oturmuş, bundan sonra onlar Bakı şəhərinə yola düşmüşlər. Həmin gün axşam saat NN radələrində Şahid1 ona zəng vuraraq çavuş N.Cəfərovun DSX-nın Hərbi Hospitalına stasionar müalicəyə qəbul olunmasına baxmayaraq, əsgər Zərərçəkmiş şəxs stasionar müalicəyə qəbul olunmadığını, özünün də hospitaldan buraxılmadığını bildirmişdir. Şahid1 saat N radələrində hərbi hissədən çıxmalarına baxmayaraq, niyə hospitala gec çatmasının səbəbini soruşduqda, sonuncu sərxoşluq müayinəsindən keçməsi üçün çavuş N.Cəfərovu Xaçmaz RMX-na apardığını, həkim narkoloqun gəlməsini gözlədikləri üçün orada təxminən bir saata yaxın vaxt itirdiklərini, həmin vaxt Bakı-Quba yolunda təmirbərpa işləri görüldüyü üçün, eləcə də havanın tutqun olmasına görə yolda aşağı sürətlə hərəkət etdiyini deyib, hositala bu səbəblərdən saat NN radələrində çatdığını bildirmişdir. Şahid1 nəsə olarsa ona məlumat verməsini demişdir. xx.xx.N0NN-ci il tarixdə saat 0N radələrində Şahid1 ona zəng edib Zərərçəkmiş şəxs palatada olmaqla oyanmamasını, tibbi aparata qoşulmasını demişdir. O, dərhal xidmət yerinə yollanmış, yolda olarkən Şahid1 yenidən zəng edib həkimin ona Zərərçəkmiş şəxs öldüyü barədə bildirdiyini demişdir. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, xx.xx.N0NN-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs onun yanına gətirilməmiş, həmin tarixdə o, Zərərçəkmiş şəxs müayinə etməmiş, ona hər hansı bir dərman preparatı, o cümlədən ona toz halında olan dərman verməmişdir. xx.xx.N0NN-ci il tarixi həftənin şənbə günü olduğundan tibb bölməsində yalnız o, olmuşdur. Əgər belə bir hal olsaydı, o dərhal bu barədə müvafiq qeydiyyat aparardı. O, xx.xx.N0NN-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs qəbul edib üç gün müayinə və müalicə edib tam sağaldığını hesab etdiyi üçün onu bölməsinə buraxmışdır. Həmçinin Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarirdə ikinci dəfə “Covid 19” virusuna qarşı vaksin edərkən onu müayinə etmişdir. Zərərçəkmiş şəxs xx.xx.N0NN-c il tarixdə öldükdən sonra baş çavuş Şahid3 N nömrəli hərbi hissənin Təlim və Tərdis Mərkəzinin “Xəstələrin qeydiyyatı kitabı”nda əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə guya tibb məntəqəsinə gətirməsi barədə qeyd olmasını bildirib bu səbəbdən kitabı tibb məntəqəsinə gətirib orada guya xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs qəbul edib dərman verərək geri bölməsinə göndərməyi barədə onun imza etməyini əvvəlcə gizir Natiq Abdullayevdən, daha sonra isə ondan istəmişlər. Belə ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə öldükdən sonra, səhər saat 09 radələrində baş çavuş Şahid3 həmin kitabı gətirib orada olan gizir N.Abdullayevə yaxınlaşıb “mən əsgəri on üç avqustda gətirmişəm, sən dərman vermisən, yaz bura qol çək” demişlər. N.Abdullayev həmin gün ümumiyyətlə xidmət yerində olmadığını dedikdən sonra, Şahid3 ona yaxınlaşıb kitaba onun imza etməsini istəmişlər. Lakin o, xx.xx.N0NN-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs qəbul etmədiyi və ona hansısa dərman vermədiyi üçün bunu etməmişdir. Şahid3 ifadəsində özünün xidmətində hansısa problem olmaması üçün ona şər atmışdır. Xidmət müddəti ərzində belə ağır hadisə ilə nəticələnmiş hal olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs göstərdi ki, xx.xx.N0NN-ci il tarixdə ikinci doza vaksinin vaxtı çatan əsgərlər, eləcə də əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə gətirilmişlər. Əvvəllər ona birinci doza vaksin vurulmasını nəzərə alaraq, prseodura uyğun olaraq yalnız onun bədən hərarətini ölçərək hansısa şikayətinin olubolmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs bədən hərarəti normada olduğundan, səhhəti ilə bağlı hansısa şikayəti olmadığından ona ikinci doza vaksin vurmuşdur. O, xx.xx.N0NN- ci il tarixdə vaksin vurarkən Zərərçəkmiş şəxs bir neçə gün əvvəl, yəni xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək stasionar qaydada müalicə etdiyini bilmişdir. Zərərçəkmiş şəxs həmin vaksini vurarkən onun adi soyuqdəymə nəticəsində xx.xx.N0NN-ci il tarixdə qızdırmasının qalxmasını, lakin müalicə nəticəsində qısa müddət ərzində sağalmasını hesab etmişdir. Əgər o, Zərərçəkmiş şəxs həmin vaxt artıq pnevmaniya xəstəsi olmasını, ona vaksin vurulmasının əks göstəriş olduğunu bilsəydi bunu etməzdi, vaksini vurmazdı. Zərərçəkmiş şəxs qeyd edilən patalogiya olması ona xx.xx.N0NN-ci il tarixdə məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs göstərdi ki, mərhum Zərərçəkmiş şəxs müalicə edərkən bütün hərəkətlərini dəqiq və ardıcıllıqla qeyd etdiyini, ekspert olmadığından bu hərəkətlərinin tibb prosedurlara tam uyğun olub-olmadığı barədə bir söz deyə bilmədiyini, lakin Zərərçəkmiş şəxs müayinə və müalicəsini xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinin bütün imkanları daxilində və vicdanla həyata keçirdiyini düşündüyünü, xx.xx.N0NN-ci il tarixdən qabaq əgər onda hansısa ciddi patalogiya hiss etsəydi dərhal həmin gün etdiyi tədbirləri görə biləcəyini, yəni xx.xx.N0NN-ci il tarixədək o, Zərərçəkmiş şəxs adi soyuqdəyməyə görə bədən hərarətinin yüksəldiyini hesab etdiyini və bütün müayinə tədbirlərini yerinə yetirdikdən sonra onda pnevmaniya xəstəliyinə xarakterik olan hansısa digər patalogiya aşkar etmədiyini göstərmişdir. O, xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsini nəzarətsiz qoyaraq hadisə yerinizə getməzdən əvvəl qəbuluna qızdırmalı xəstə gətirilməsi barədə hərbi hissə komandirinə məlumat verməmişdir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəni təsdiq etmiş və verilmiş suallara cavab olaraq oğlu ilə danışdığı vaxt səhhəti ilə bağlı ona şikayət etmədiyini, ancaq dindirilən şahidlərin ifadələrində oğlunun qızdırmalı-qızdırmalı Məmmədovun yanına gətirildiyini, lakin Məmmədovun “aparın gətirərsiz” ifadəsi işlətdiyini qeyd etdi. Hazırda da Təqsirləndirilən şəxs bağışlamır və ona ən ağır cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs anasıdır. Oğlu Mirkamal xasiyyətcə çox danışan olmamış, hansısa problemi barədə danışmağı xoşlamamışdır. Mirkamalı 18 yaşınadək iynə -dərmansız böyütmüş, müddətli həqiqi hərbi xidmətə getdiyi vaxtadək oğluna cəmi bir dəfə, N0NN-ci ilin iyul ayının əvvəllərində “Covid- 19” infeksiyası əleyhinə vaksin iynəsi vurulmuşdur. Müddətli həqiqi hərbi xidmətə çağırıldığı zaman özü Mirkamalı hərbi həkim komissiyasından keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə aparmış, orada oğlu bütün həkim müayinələrindən keçərkən onda hansısa xəstəlik aşkar edilməmiş və tam sağlam olmuşdur. Ümumiyyətlə hərbi xidmətə gedənədək oğlu Mirkamalın səhhəti ilə bağlı hər hansı bir şikayəti olmamışdır. N iyul N0NN-ci il tarixdə oğlu Mirkamal hərbi xidmətə yollanmış və Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissədə gənc əsgər kimi xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə oğlu ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış, lakin heç vaxt valideyn görüşü üçün yanına getməmişdir. Telefonda söhbət etdikləri müddətdə oğlu ona xidmət yerində incidilməsi, qanunsuz hərəkətlərə məruz qalması barədə nəsə deməmiş, həmçinin səhhətindən şikayət etməmişdir. O özü də oğlundan səhhəti ilə bağlı konkret nəsə soruşmamış, ümumi vəziyyətini soruşduqda oğlu ona yaxşı olduğunu, normal qidalandığını, hansısa problemi olmadığını bildirmişdir. xx.xx.N0NN-ci il tarixdə axşam saatlarında oğlu ilə telefonda danışmış, sonuncu ona hansısa problemi, tibb məntəqəsində ambulator və ya stasionar qaydada müalicədə olması barədə deməmişdir. Sonuncu dəfə, yəni xx.xx.N0NN-ci il tarixdə oğlu ilə danışdıqda Mirkamal ona bir neçə günə andiçmə mərasimi keçiriləcəyini deyərək, növbəti həftəni sonu valideyn görüşünə gələcəyini bildikdən sonra bir neçə ləvazimat, həmçinin bir neçə qutu siqaret gətirməsini xahiş etmişdir. xx.xx.N0NN-ci il tarixdə səhər saat 06:5N-də ona gənz gəlmiş, zəng edən şəxs oğlu Mirkamalın hospitalda ağır vəzifyyətdə olmasını deyib özünü ora çatdırmasını bildirmişdir. Zəng edən şəxsdən nə baş verdiyini soruşduqda, Mirkamalın ağ ciyərində problem olmasını, gəldikdə daha ətraflı biləcəyini demişdir. O dərhal əri Vüqar Cabbarovla birlikdə taksi tutub Göygöldən Bakı şəhərinə yollanmış, saat təxminən 11:30- da Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalına çatmışdır. Orada oğlu Mirkamalın həmin gün səhərə yaxın xəstəlikdən vəfat etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Ş.Zərərçəkmiş şəxs əlavə olaraq ifadəsində oğlu Mirkamalı tam sağlam şəkildə müddətli həqiqi hərbi xidmətə göndərdiyi halda, yəni hərbi xidmətə tam yararlı hesab edildikdən sonra bir ay müddətində xəstələnib qısa müddət sonra ölməsinin bügənədək ona çox pis təsir etdiiyini, oğlu dəfn edildikdən sonra onun ailəsi ilə maraqlanan olmadığını, Dövlət Sərhəd Xidmətindən, eləcə də N nömrəli hərbi hissədən gəlib və ya zəng edib onlarla maraqlanan olmadığını bildirmiş, bu səbəblərdən də oğlunun ölümündə hər hansı bir qanun pozuntusuna, səhlənkarlığa yol vermiş Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X17” X34, Komisyon Ekspertizalar şöbəsinin rəisi, məhkəmə -tibb eksperti X15 verilmiş suallara cavab olaraq, irrinli hemorragik pnevmoniya olan şəxsin 1N0/70 təzyiq, saturasiyanın 97% olması, 36.8 temperatur göstəricisi olmasının qeyri-mümkün olduğunu, diaqnozun onlar tərəfindən deyil, Müdafiə Nazirliyinin Hospitalı tərəfindən qoyulduğunu, pnevmoniya diaqnozu qoyulduqda antibiotik müalicəsi edilsəydi, ölümün qarşısının alınacağını bildirdi. Apellyasiya məhkəməsinin iclasında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X17” X34, məhkəmə -tibb eksperti XN4 verilmiş suallara cavab olaraq, irrinli hemorragik pnevmoniya olan şəxsin 1N0/70 təzyiq, saturasiyanın 97% olması, 36.8 temperatur göstəricisi olmasının qeyri-mümkün olduğunu, vaxtında tibbi yardım göstərilsəydi, zərərçəkmiş şəxsin həyatda qalmaq şansının yüksək olduğunu, tibbi sənədlər əsasında rəy verdiyini bildirdi. Birinci instansiya məhkəməsində Şahid6 ifadəsində göstərmişdir ki, o, Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında xidmət etdiyi müddətdə ayda təxminən iki dəfə hospital üzrə növbətçi həkim təyin edilmiş, növbətçilik səhər saat 09:00-da başlamış və növbəti gün səhər saat 09:00-da bitmişdir. Növbətçi həkim kimi onun vəzifələri növbətçiliyi qəbul bölməsində aparmaq, hospitala daxil olan xəstələrə kliniki baxış keçirmək, yəni daxil olmuş xəstələrin anamnezini toplamaq (şikayətlərini dinləmək), obyektiv müayinə etmək (bədən hərarətini, arterial təzyiqini ölçmək, ağciyərin funsiyasını yerinə yetiribyetirməməsini müəyyən etmək üçün saturametr adalanan tibbi cihazla satuyrasiyasını ölçmək, zərurət olarsa, fenendeskopla ağciyərlərə qulaq asmaq, zərurət olarsa, qarın boşluğunu palpasiya etmək (əlləmək), xəstədə yara, qanaxma olarsa ilkin tibbi sarğı qoymaq və s.), xəstəyə təyinat vermək (xəstəyə medikametoz, yəni ilkin dərman təyinatı vermək), zəruri tibb yardım göstərmək, göndərişdə qeyd edilən diaqnoza uyğun profil üzrə şöbələrə yerləşdirmək, gecə və gündüz hospitalın bütün şöbələrinə nəzarət etmək, ağır xəstələrə tez-tez baxış keçirib müvafiq qeydiyyat aparmaq, göstəriş olarsa əlavə təyinatlar vermək, xəstələr və vəfat etmiş şəxslər barədə müvafiq qaydada şifahi məlumatlar vermək və s. ibarət olmuşdur. Lakin bəzi vaxtlarda, o cümlədən ölkədə “Covid-19” virus infeksiyası geniş yayıldığı ərəfələrdə həmin vəzifələrdən savayı, həkimlərə əlavə göstəriş və tapşırıqlar da verilmişdir. Məsələn ölkədə “Covid-19” virus infeksiyası geniş yayıldığı ərəfələrdə hospital rəhbərliyi tərəfindən növbətçi həkimlərə, kəskin respirator xəstəliklər və ağciyərlə bağlı olan xəstəliklərlə göndərilmiş xəstələri, onlarda “Covid-19” virus infeksiyası olub-olmamasını dəqiqləşdirmək üçün ilk əvvəl onlardan PZR adlanan testin götürülməsi və sonrakı tibbi tədbirlərin məhz testin müvafiq cavabı çıxdıqdan sonra həyata keçirilməsi tapşırılmışdır. Əgər qeyd edilən növ xəstələrdə testin nəticəsində “Covid-19” virus infeksiyası aşkar olunardısa, onlar dərhal DSX-nin Hərbi Hospitalından digər modul tipli xəstəxanaya təxliyyə olunurdular. Yox əgər testin cavabı neqativ olardısa, xəstələrin müalicəsi xəstənin vəziyyətinə, müayinələrin nəticəsinə uyğun şəkildə hospitalın müvafiq şöbəsində davam etdirilmişdir. Şahid6 daha sonra göstərdi ki, 16 avqust N0NN-ci il tarixdə saat NN radələrində DSX-nin hərbi hospitalında növbətçi -həkim və cavabdeh şəxs kimi növbədə olarkən N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs və MAHHXHQ, çavuş Nemət Cəfərov mülki avtomobillə hərbi hospitala gətirilmişlər. Həmin vaxt çavuş N.Cəfərovun ayağındakı xəsarətlərlə bağlı şiddətli ağrıları olmuş, əsgər Zərərçəkmiş şəxs isə normal görünmüş, vizual görünüşündən ümumiyyətllə xəstəyə oxşamamış, sərbəst və aktiv şəkildə hərəkət etmiş, hətta özü könüllü olaraq, birlikdə gətirildiyi N.Cəfərovun hərəkət etməsinə köməklik etmişdir. N.Cəfərov avtoqəza keçirdiyindən onu ambulator qaydada cərrahiyyə şöbəsinə yerləşdirmişdir. Zərərçəkmiş şəxs tibbi kitabçasına və digər tibbi sənədlərinə baxdıqda onun həmin gün, yəni xx.xx.N0NN-ci il tarixdə hərbi hissənin tibb bölməsi tərəfindən rentgen müayinəsindən keçməsi üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına göndərildiyi, rentgen müayinəsinin nəticəsində ona “ikitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” diaqnozu qoyulduğunu, bundan sonra onun hərbi hissənin göndərişi əsasında “ağciyərlərin pnevmoniyası? Kəskin bronxit” diaqnozu ilə hospitala göndərildiyini müəyyən etmişdir. Qeyd edilən diaqnozların şübhəli kimi qiymətləndirilməsinə görə, eləcə də vəzifələrinə uyğun olaraq, Zərərçəkmiş şəxs ilkin kliniki baxışını keçirərkən onun normal göründüyünü, vəziyyətinin ağır olmadığını müəyyən etmişdir. Sonra Zərərçəkmiş şəxs şikayətlərini soruşmuş, sonuncu 3-4 gündür ki, özünü xəstə kimi xesab etdiyini, hərdən öskürdüyünü, xx.xx.N0NN-ci il tarixdə axşam saatlarında bədən hərarətinin olduğunu, hazırda özünü normal hiss etdiyini, bədən hərarətinin olmadığını demişdir. Tibbi sənədlərində “Covid-19” virusuna yoluxub-yoluxmaması barədə testin cavabı olmadığından, Zərərçəkmiş şəxs Covid-19” virusunun əlamətlərinin olmasından şübhələndiyindən, yəni Covid-19” virusuna yoluxmuş xəstənin də sonradan pnevmoniya xəstəsinə çevrilməsi təcrübəsini bildiyindən, eləcə də həmin ərəfədə ölkədə Covid-19” pandemiyası tüğyan etdiyi üçün hospital rəhbərliyinin növbətçi həkimlərə, kəskin respirator xəstəliklər və ağciyərlə bağlı olan xəstəliklərlə göndərilmiş xəstələri, onlarda “Covid-19” virus infeksiyası olubolmamasını dəqiqləşdirmək üçün ilk əvvəl onlardan PZR adlanan testin götürülməsi və sonrakı tibbi tədbirlərin məhz testin müvafiq cavabı çıxdıqdan sonra həyata keçirilməsi tapşırığına uyğun olaraq, digər oxşar simptomlarla müraciət etmiş xəstələrə edilən kimi onu da hospitalın infeksion, yəni yoluxucu xəstəliklər şöbəsinə təcrid etmişdir. Əsgər Zərərçəkmiş şəxs hopitalın yoluxucu xəstəliklər şöbəsində növbətçi tibb bacısı olan Şahid7 təhvil verib onu orada digər xəstələrdən ayrı saxlamasını tapşırmışdır. Dərhal özü də həmin şöbəyə gedib orada istirahət edən Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Yoluxucu xəstəliklər şöbəsində tərəfindən Zərərçəkmiş şəxs obyektiv müayinəsi aparılmışdır. Belə ki, o, yoluxucu xəstəliklər şöbəsinin iynə otağına girib Şahid7 Zərərçəkmiş şəxs təzyiqini və tempraturunu ölçməsini tapşırıb terapiya şöbəsində stasionarda olan bir xəstənin yanına gedib ona müvafiq tibbi yardımlar edib, təxminən 10-15 dəqiqə sonra yenidən Zərərçəkmiş şəxs yanına qayıtmışdır. Bu zaman Şahid7 ona Zərərçəkmiş şəxs arterial təziqinin 1N0/70 mm c.süt olduğunu, bədən hərarətinin isə 36.8 dərəcədə olduğu demişdir. O dərhal cibində olan fenendeskop aparatı ilə Zərərçəkmiş şəxs ağciyərlərini yoxlamış və onun ağciyərləri üzərində sərt tənəffüs fonunda yaş xışıltılar eşitmişdir. Bu hal ona Zərərçəkmiş şəxs pnevmoniya xəstəsi olmasını tam aydın etmişdir. Sonra o, saturometrlə ölçərək Zərərçəkmiş şəxs saturasiyasının (SpON) 97%, olduğunu müəyyən etmişdir. Bu hal ona Zərərçəkmiş şəxs ağciyərlərində hava vintilyasiyasının normal olduğunu aydın etmişdir. Pnevmoniyanın mənşəyindən asılı olmayaraq, ona ilkin tibb müdaxilə etmək məqsədi ilə, bütün eynisimptomlu və diaqnozlu xəstələrə edilən kimi, Zərərçəkmiş şəxs da gündə iki dəfə, yəni 1N saat aralığı ilə “Seftriakson” adlanan antibiotik tərkibli iynə təyin etmiş, Şahid7 onun nəzarəti altında Zərərçəkmiş şəxs sağ said nahiyəsinin orta 3/1 hissəsinə prob qoymuşdur. Sonra o, yenidən başqa xəstələrə nəzarət etmək üçün digər şöbələrə getmiş və təxminən N0 dəqiqə sonra yoluxucu xəstəliklər şöbəsinin iynə otağına qayıtmışdır. Probun yerinə baxmış, orada neqativ hal, yəni qızartı şişkinlik və s əlamət müəyyən etməmişdir. Şahid7 iynənin yerdə qalan hissəsini onun göstərişi ilə Zərərçəkmiş şəxs yan tərəfinə inyeksiya etmişdir. Sonra Zərərçəkmiş şəxs necə olmasını soruşmuş, sonuncu ona hər şeyin qaydasında olduğunu demişdir. Yemək istəyib istəmədiyini soruşduqda, Zərərçəkmiş şəxs yemək istəmədiyini demişdir. Beləliklə, göstərilən müayinə və tibbi prosedurların nəticəsinə əsasən, Zərərçəkmiş şəxs ilkin “ikitərəfli bronxopnevmoniya?” diaqnozu təyin edilmiş, həmin pnevmoniyanın hansı mənşəli olmasını dəqiqləşdirmək üçün “Covid 19” infeksiyasına yoluxub-yoluxmamasına dair “PZR” testi cavabları olmadığından, əgər “Covid 19” infeksiyası daşıyıcısı olacağı halda, bu infeksiyanı digər xəstələrə keçirməməsi üçün səhər açılan kimi, yəni xx.xx.N0NN-ci il tarixdə səhər saatlarında müvafiq testin verilməsi və nəticə çıxanadək nəzarət altında saxlanılması üçün infeksion şöbənin izalyatoruna göndərib, Şahid7 onu ambulator qaydada nəzarət altında saxlamağı tapşırmışdır. Bundan sonra digər xəstələrə də baş çəkib həkim otağına qayıtmışdır. Gecə saat təxminən N3:55-də Şahid7 zəng edib xəstələrlə, o cümlədən Zərərçəkmiş şəxsla maraqlanmış, Şahid7 hər şeyin qaydasında olduğunu, Zərərçəkmiş şəxs çay içdiyini, sərbəst şəkildə yuyunma otağına gedib gəldiyini, yuyunma otağında corablarını yuyub sərdiyini demişdir. Şahid7 Zərərçəkmiş şəxs yeni gətirilməsini nəzərə alıb, arada ona baş çəkməsini tapşırıb növbətçi -həkim kimi xidmətini davam etdirmişdir. 17 avqust N0NN-ci il tarixdə saat 04:00-da radələrində, hospitalın N-ci mərtəbəsində yerləşən xidməti otağında olarkən Şahid7 onun yanına gəlib Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu demiş və ikisi də cəld şəkildə yoluxucu xəstəliklər şöbəsinə qaçmışlar. İçəri daxil olduqda Zərərçəkmiş şəxs palatada tək halda olmaqla, yataqda huşsuz vəziyyətdə uzanmış görüb ona yaxınlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs göz bəbəklərinin genəldiyini, sianoz qeydə alındığını, yəni ağızətrafı dərisinin, dodaqlarının ətraf hissələrinin artıq göyərdiyini görüb hospital rəisinin müalicə işləri üzrə müavini, ehtiyaqtda olan polkovnik, hazırda mülki həkim kimi işləyən Arif Qasımova zəng edib xəstənin vəziyyətə barədə məlumat verib onu çağırmışdır. Əlini Zərərçəkmiş şəxs ağzına yaxınlaşdırıb yoxladıqda tənəffüsünün səthi olduğunu, nəbzini yoxladıqda sapvari olduğunu, yəni çox az vurduğunu müəyən etmişdir. Bu zaman palataya hospitalda olan digər tibb bacıları da gəlmiş və ona kömək etməyə başlamışlar. O, təcili olaraq ürək -ağciyər reanimasiyasına başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs damar yolu açılmış, traxeya intubasiya olunmuş, ürəyin qapalı masajı aparılmış, vena daxilinə atropin, adrenalin, dexametazon, dofamin infuzasiyasına başlanılmış, xəstə monitorizasiya olunmuş, davamlı olaraq 3-4 dəqiqə bu dərman dozaları artırılaraq təkrarlanmış, N00/300/360 dərəcədə defibrilyasiya aparılmışdır. Ürəyin qapalı masajını növbə ilə aparmışlar. Tibb elmində ürəyin qapalı masajının təxminən N0-N5 dəqiqə aparılması nəzərdə tutulsa da, o, tibb bacıları və Arif Qasımov bu prosesi təxminən 40 dəqiqə davam etdirmişlər. Bütün təxirəsalınmaz reanimasion tədbirlərə baxmayaraq, bəbəklər daralmamış nəbzi qaldırmaq və xəstənin həyatını xilas etmək mümkün olmamış, həmin gün saat 04:40-da Zərərçəkmiş şəxs ölümü qeyd alınmışdır. Şahid6 daha sonra göstərdi ki, o, Zərərçəkmiş şəxs ilk dəfə müayinə edərkən onun pnevmoniya olduğunu bilmiş, lakin onda pnevmoniyanın hansı mənşəli olubolmadığını bilməmişdir. Yayılmış irinlihemorragik pnevmoniya dedikdə, xəstəliyin insanın bütün ağciyərinin toxumalarına yayılması nəzərdə tutulur və yayılmanın həcmi və müddəti hər bir xəstədə orqanizmdən asılı olaraq indivudal olur, yəni pnevmoniya xəstələrində simptomların aşkar edilməsi və özünü biruzə verməsi xəstənin immun sistemindən, fiziki vəziyyətindən, yaşından və s. faktorlardan da asılı olur. Çox təhlükəli virus hesab edilən “Klebsiella” etiologiyalı pnevmoniyalar daha ağır, çox sürətli, əksər hallarda atipik və tipik simtomların qəflətən və ağır formada biruzə verməsi ilə müşayiət olunur. Həmin vaxt o, Zərərçəkmiş şəxs “ikitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” diaqnozu qoyulduğunu, bundan sonra onun hərbi hissənin göndərişi əsasında “ağciyərlərin pnevmoniyası? Kəskin bronxit” diaqnozu ilə hospitala göndərildiyini müəyyən etdikdən sonra digər xəstələrdə edilən kimi edərək onun “Covid-19” virus infeksiyasına yoluxa biləcəyini ehtimal etmiş və məhz buna görə ona minimal təyinat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs minimal təyinat verməyinin digər səbəbi müayinə zamanı onun həyatı göstəricilərinin norma daxilində olması olmuşdur. Əgər Zərərçəkmiş şəxs həyati göstəriciləri ağır olsaydı, o, rəhbərliyə zəng edib ixtisaslı tibbi personal çağırılması barədə məsələ qaldıracaqdı. Həmçinin Zərərçəkmiş şəxs ilkin olaraq müayinə edərkən onun göstəriciləri pataloji olmamışdır. Həmin göstəriciləri şəxsən özü əldə etmiş, xəstənin aktiv vəziyyəti də qeydə aldığı göstəricilərlə adekvat olmuşdur. Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən verilmiş suallara adekvat cavab verdiyindən, huşu aydın, həyatı göstəriciləri norma daxilində olmaqla, bədən hərarəti olmadığından vəziyyəti ağır kimi qiymətləndirilməmiş, bu səbəblərdən təcili xəstə hesab olunmamışdır. İxtisaslı həkimləri də məhz onu təcili xəstə hesab etmədiyi üçün çağırmamışdır. Hesab etmişdir ki, əgər gecə yarısı ixtisaslı həkimlər çağırsa belə, onlar da xəstəyə PZR testi aparılmasının nəticəsini gözləyəcəklər. Belə ki, həmin ərəfədə hospitala kəskin respirator xəstəliklə və pnevmoniya şübhəsi ilə gələn bütün xəstələrə PZR testi aparılmış, testin cavabı çıxana qədər xəstələr infeksion şöbədə təcrid olunmuşlar. Həmin vaxt əsas məqsədi həyatı göstəriciləri normal olan, təcili xəstə hesab olunmayan Zərərçəkmiş şəxs “Covid-19” virus infeksiyasına yoluxub-yoluxmamasını müəyyən etmək olmuşdur. Zərərçəkmiş şəxs xəstəlik tarixi açmamağının səbəbi də məhz onun “Covid-19” xəstəsi olub-olmadığını bilməməyi olmuşdur. Xəstəlik tarixi də testin cavabından asılı olaraq açılmalı olmuşdur. Zərərçəkmiş şəxs xəstəliyin ən nadir hesab edilən qram “müsbət” koklar və “Klebsiella oxutoca” bakteriyaları tərəfindən törədilməsinə görə atipik gedişli olduğunu, onun vəziyyətinin ağırlaşmasının qəfləti, eləcə də qısamüddətli patalogiya ilə baş verdiyini hesab edir. Birinci instansiya məhkəməsində Şahid7Tahir qızı ifadəsində göstərmişdir ki, 16 avqust N0NN-ci il tarixdə saat N radələrində xidmət etdiyi yoluxucu xəstəliklər şöbəsi üzrə növbətçi tibb bacısı kimi növbəyə təyin edilmişdir. Həmin gün axşam saat NN radələrində əsgər Zərərçəkmiş şəxs göndəriş əsasında hərbi hospitala daxil olmuş, növbətçi həkim Şahid6 müayinəsindən keçdikdən sonra “ikitərəfli bronxopnevmoniya” diaqnozu ilə onun növbədə olduğu şöbəyə göndərilmişdir. Buna səbəb Zərərçəkmiş şəxs “Covid 19” infeksiyasına yoluxub-yoluxmamasına dair PZR testi cavablarının olmaması olmuşdur. Zərərçəkmiş şəxs şöbəyə daxil olduqda vəziyyəti normal olmuş, verilmiş suallara adekvat cavablar vermiş, sərbəst hərəkət etmişdir. Şahid6 Zərərçəkmiş şəxs ona təhvil verib sonuncunu digər xəstələrdən ayrı saxlamağını tapşırmışdır. O da Zərərçəkmiş şəxs başqa xəstənin olmadığı, yoluxucu xəstəliklər şöbəsinin 418 nömrəli palatasına yerləşdirmişdir. Qısa müddət sonra Şahid6 oraya gəlib Zərərçəkmiş şəxsla söhbət edib ona sonuncunun təzyiqini və tempraturunu ölçməyi tapşırmışdır. O da Zərərçəkmiş şəxs təzyiqinin 1N0/70 mm c.süt olduğunu, bədən hərarətinin isə 37 dərəcədə olduğunu müəyyən edərək, bu barədə Şahid6 məlumat vermişdir. Bu zaman Şahid6 fenendeskop aparatı ilə yoxladıqda Zərərçəkmiş şəxs ağciyərləri üzərində sərt tənəffüs fonunda yaş xışıltılar eşitdiyini bildirmişdir. Sonra Şahid6 Zərərçəkmiş şəxs saturasiyasını ölçüb onun saturasiyasının (SpON) 97%, olduğunu müəyyən etdikdən sonra sonuncuya gündə iki dəfə, yəni 1N saat aralığı ilə “Seftriakson” adlanan antibiotik tərkibli iynə təyin etmişdir O, Şahid6 nəzarəti altında Zərərçəkmiş şəxs sağ said nahiyəsinin orta 3/1 hissəsinə prob qoymuşdur. Təxminən N0 dəqiqə sonra Şahid6 probun yerinə baxmış, qızartı şişkinlik və s əlamət müəyyən olmadığından iynənin yerdə qalan hissəsini Zərərçəkmiş şəxs yan nahiyəsinə inyeksiya etməyini tapşırmışdır. O, iynəni Zərərçəkmiş şəxs yan hissəsinə inyeksiya etdikdən sonra Şahid6 Zərərçəkmiş şəxs necə olmasını soruşmuş, sonuncu hər şeyin qaydasında olduğunu bildirmişdir. Yemək istəyibistəmədiyini soruşduqda, Zərərçəkmiş şəxs yemək istəmədiyini demişdir. Şahid6 Zərərçəkmiş şəxs “Covid 19” infeksiyasına yoluxubyoluxmamasına dair “PZR” testinin cavabının olmadığını deyib səhər açılan kimi, yəni xx.xx.N0NN-ci il tarixdə səhər saatlarında müvafiq testin verilməsi və nəticə çıxanadək nəzarət altında saxlanılması üçün xəstənin yoluxu xəstəliklər şöbəsində qalmalı olduğunu bildirib, sonuncunu ambulator qaydada nəzarət altında saxlamağı tapşırıb getmişdir. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs özü ona yaxınlaşıb çay istəmiş, o, sonuncuya bir stəkan isti çay vermişdir. Çay içdikdən sonra Zərərçəkmiş şəxs sanitar qovşağa gedib əl -əl ayağını yumuş, sonra isə corablarını yuyub asmışdır. Bundan sonra Zərərçəkmiş şəxs çarpayısına uzanmış, o isə yenidən yaxınlaşıb bir dəfə də tempraturunu ölçərək sonuncunun bədən hərarətinin 36,8 dərəcə olduğunu müəyyən edib, bu barədə Şahid6 telefonla məlumat vermişdir. Daha sonra saat 01, 0N və 03 radələrində o, Zərərçəkmiş şəxs yatılı vəziyyətdə görmüş, yoxladıqda hər hansı bir narahatçılıq hiss etməmiş, sonuncunun tənəffüsü normal olmuşdur. Belə ki, o, hər dəfə Zərərçəkmiş şəxs yoxlamaq üçün yuxudan oyadıb necə olduğunu soruşmuş, sonuncu dəfə, yəni saat 03 radələrində onun vəziyyətinin necə olduğunu soruşmaq üçün yuxudan oyadanda, Zərərçəkmiş şəxs ona “narahat etməyin, dəqiqədə bir gedib-gəlməyin imkan verin yatım” demişdir. Sonuncu dəfə də o, Zərərçəkmiş şəxs görəndə vəziyyəti normal olmuş, onda hansısa narahatçılıq hiss etməmiş, Zərərçəkmiş şəxs özü də ona bu barədə mənə nəsə deməmişdir. Təxminən bir saat sonra, yəni xx.xx.N0NN-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yatdığı palatadan yüksək tonla bir dəfə zarıltı səsi eşidib cəld .şəkildə oraya getmişdir. Onun ağzı üstə uzandığını, hərəkət etmədiyini, xırıldadığını, görüb palatanın pəncərəsini açmış və reaksiyasını yoxlamaq üçün ammonyak məhlulu iylətmişdir. Zərərçəkmiş şəxs ammonyak məhluluna, eləcə də onu səsləməyinə, üzünü yüngül formada sillələməyinə heç bir reaksiya vermədiyini görüb cəld şəkildə Şahid6 yanına qaçıb məlumat vermiş və ikisi birlikdə dərhal palataya gəlmişlər. Şahid6 palataya daxil olub onun və digər tibb bacılarının iştirakı ilə reanimasion tədbirlər görmüş, yəni Zərərçəkmiş şəxs damar yolu açılmış, traxeyası intubasiya olunmuş, ürəyinin qapalı masajı aparılmış, vena daxilinə dərmanlar vurulmuş, defibrilyasiya aparatı istifadə edilmiş, suni tənəffüs verilmişdir. Təxminən 30-40 dəqiqə ərzində görülmüş təxirəsalınmaz tibbi müdaxilələrə baxmayaraq, Zərərçəkmiş şəxs ölümünün qarşısını almaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsində Şahid3 ifadəsində göstərmişdir ki, əsgər Zərərçəkmiş şəxs o, sonuncunun N nömrəli hərbi hissəyə gəldiyi vaxtdan tanımış, münasibətləri xidməti olmaqla aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, 06 avqust N0NN-ci il tarixdə təlim və tədris mərkəzi kursu üzrə cavabdeh kimi xidmətə təyin edilmiş, həmin gün axşam saatlarında bölükdə bəzi əsgərlərin öskürməsini eşitdiyindən bölük növbətçisi kiçik çavuş ŞahidN təxminən yarım saatdan bir istirahətdə olan əsgərlərə nəzarət etməsini problemi olan əsgər barədə dərhal ona məlumat verməsini tapşırmışdır. 07 avqust N0NN-ci il tarixdə gecə saatlarında bölük növbətçisi ŞahidN ona yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs öskürməsini və yoxladıqda qızdırmasının olmasını demiş, qısa müddət sonra ŞahidN M.Cababrovu onun yanına gətirmişdir. O, M.Cabarovu yoxladıqda həqiqətən də hərarətinin olmasını bilib nə baş verdiyini soruşmuş, sonuncu hərarətinin qalxmasının səbəbini izah edə bilməmişdir. Bundan sonra o, ŞahidNlə birlikdə Zərərçəkmiş şəxs tibb məntəqəsinə aparmışdır. Məntəqəyə çatdıqda orada cavabdeh olan gizir Natiq Abdullayev onu qarşılamış, sonuncuya Zərərçəkmiş şəxs qızdırmasının qalxdığını demişdir. Gizir N.Abdullayev əsgər Zərərçəkmiş şəxs bədən hərarətini ölçüb zəng edərək tibb bölməsinin rəisi ilə nəsə danışdıqdan sonra Zərərçəkmiş şəxs tibb məntəqəsində qalacağını demişdir. O da xidmət yerinə qayıdaraq Zərərçəkmiş şəxs bölük komandiri, leytenant E.Manafova məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs 3 gün tibb məntəqəsində müalicə aldıqdan sonra 10 avqust N0NN-ci il tarixdə xidmət yerinə qaytarılmasını eşitmişdir. 13 avqust N0NN-ci il tarixdə səhər saat 08:00-da təlim və tədris mərkəzi kursu üzrə yenidən cavabdeh kimi xidmətə təyin edilmişdir. Həmin gün səhər saat 10-11 radələrində bölük növbətçisi, kiçik çavuş ŞahidN cavabdeh olduğu üçün yenə də ona yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs səhhətindən şikayət etməsini, halsız və qızdırmasının olmasını demişdir. O dərhal Zərərçəkmiş şəxs yanına çağırtdırıb nə baş verdiyini soruşmuş, sonuncu ona “cənab çavuş biraz özümü pis hiss edirəm” demişdir. Əlini Zərərçəkmiş şəxs alın nahiyəsində toxundurduqda onun bədən hərarətinin olduğunu hiss etmişdir. Ona “bala sənin qızdırman düzəlmədi, yenə sənin qızdırman var?” dedikdə, xaraktercə olduqca sakit təbiətli əsgər olan Zərərçəkmiş şəxs ona əlavə söz deməmişdir. Dərhal hərbi hissənin təlim və tədris mərkəzinin “xəstələrin qeydiyyatlı” kitabında əsgər Zərərçəkmiş şəxs adını qeyd edib onu kiçik çavuş ŞahidNlə birlkdə tibb məntəqəsinə aparmışdır. Ora çatdıqda məntəqədə bir tək tibb bölməsinin rəisi, polkovnik-leytenant Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Həkim onları xidməti otağına buraxmadığı üçün kitabı Zərərçəkmiş şəxs vermişdir. ŞahidN foyedə gözləmiş, o isə məntəqənin giriş qapısı tərəfə gedib çöldə siqaret çəkməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs otağından foyeyə çıxmış və ŞahidNlə birlikdə onun yanına gəlmişdir. Zərərçəkmiş şəxs nə olduğunu soruşduqda, sonuncu ona yaxşı olduğunu demişdir. Lakin Zərərçəkmiş şəxs bədən hərarətinin düşüb-düşmədiyini soruşmamış, sonuncu ona yaxşı olduğunu dediyi üçün bunu soruşmağa lüzum görməmişdir. Dərhal kitabı əsgər Zərərçəkmiş şəxs alıb polkovnikleytenant Təqsirləndirilən şəxs orada qeydiyyat aparıb-aparmamasına baxdıqda, hər hansı bir qeydiyyat aparılmadığını görmüşdür. Zərərçəkmiş şəxs bölüyə aparmış, həmin gün sonuncunun səhhəti ilə bağlı hər hansı bir şikayəti olmamışdır. Həmin cavabdehlik xidməti müddətində axşam, əsasın də xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixə keçən gecə şəxsən o özü əli ilə Zərərçəkmiş şəxs qızdırmasının olub-olmamasını yoxlamış, tibb məntəqəsindən qayıtdıqdan sonra onda bədən hərarətinin olmadığını müəyyən etmişdir. 16 avqust N0NN-ci il tarixdə səhər saatlarında yeni bölük komandiri, leytenant Şahid4 ona xx.xx.N0NN-ci il tarixdə axşam vaxtı Zərərçəkmiş şəxs yenidən hərarətinin qalxdığını, özünü narahat hiss etdiyini, Zərərçəkmiş şəxs onun tərəfindən tibb məntəqəsinə aparıldığını, lakin orada kiminsə olmamasını, çavuş Nemət Cəfərovun həmin tarixdə avtoqəza törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs hadisə yerinə getməsini, bu səbəbdən Zərərçəkmiş şəxs bölükdə saxlamalarını, xx.xx.N0NN-ci il tarixdə səhər saat 09 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tibbb məntəqəsinə çağırtdırdığını, həmin vaxt, yəni xx.xx.N0NN-ci il tarixdə səhər saatılarında, əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına apardığı zamanı Zərərçəkmiş şəxs normal və gümrah göründüyünü, həmin gün Zərərçəkmiş şəxs rentgen müyinəsi üçün Xaçmaz RMX-na aparıldığını demişdir. Bundan sonra o, xidmətini davam etdirmiş, həmin gün axşam saatlarında bölükdə olarkən əsgər Zərərçəkmiş şəxs əlavə müayinə üçün Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalına göndərildiyini eşitdim. xx.xx.N0NN-ci il tarixdə səhər saatlarında isə əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixə keçən gecə hospitalda müalicədə olarkən ölməsini eşitmişdir. Şahid3 daha sonra ifadəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmt edən ŞahidN iş üzrə verdiyi ifadəsində xx.xx.N0NN-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs xidməti otağından çölə çıxmasından sonra Təqsirləndirilən şəxs da çölə çıxması və “ciddi bir şey yoxdu, yaxşıdı, dərman vermişəm, aparın bölüyə” deyərək başqa nəsə deməməsi, yolda olarkən əsgər Zərərçəkmiş şəxs necə olduğu ilə maraqlandıqda, sonuncunun ona “indi yaxşıyam, həkim mənə dərman verdi, biraz da hava aldım lap yaxşı oldum” deməsini eşitmədiyini göstərib, həmin dialoqun ŞahidNlə Zərərçəkmiş şəxs tibb məntəqəsindən bölüyə gələrkən, yaxud bölükdə aralarında baş verə biləcəyini qeyd edərək, həmin vaxt Təqsirləndirilən şəxs xidməti otağından çölə çıxmasını xatırlamadığını bildirdi. Birinci instansiya məhkəməsində Şahid1 ifadəsində göstərmişdir ki, o, N0NNci ilin mart ayından etibarən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün texniki təmir qrupunun komandiri vəzifəsində kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, müvafiq əmrlə ona hərbi hissənin tibb məntəqəsinin tam nasaz vəziyyətdə olan “UAZ” markalı X016 SQ hərbi qeydiyyat nişanlı maşını təhkim edilmişdir. Mərhum əsgər Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncunu ilk dəfə xx.xx.N0NN-ci il tarixdə tanımışdır. Belə ki, 16 avqust N0NN-ci il tarixdə təxminən saat 16-17 radələrində hərbi hissənin tibb xidməti rəisi, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs yanına çağırılmış, sonuncu tibbi avtomobilin nasaz vəziyyətdə olmasını və rəhbərliyin razılığına əsasən iki nəfər xəstəni, yəni avtoqəza keçirmiş MAHHXHQ-su, çavuş Nemət Cəfərovu və hansısa xəstəliyi olan əsgər Zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən Hərbi hospitalına şəxsi avtomobili ilə aparmalı olduğunu demişdir. Həmçinin həmin hospitala getməmişdən öncə N.Cəfərovun Xaçmaz RMX-da içkli vəziyyətdə olub-olmaması ilə əlaqədar analiz verməli olmasını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona müvafiq tibbi sənədləri təqdim etmiş, çavuş N.Cəfərovun ayağında narahatçılıq olduğundan onun tünd göy rəngli “VAZ N107” markalı, “**-HD-***” dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağında yarımuzanıqlı vəziyyətdə əyləşmiş, əsgər Zərərçəkmiş şəxs isə qabaq sərnişin oturacağında oturmuşdur. Bundan sonra o, Xaçmaz RMX-na getmiş, orada çavuş N.Cəfərovdan müəyyən analizlər götürüldükdən sonra yenidən Bakı şəhəri istiqamətində yola düşmüş, yalnız “Beşbarmaq” deyilən ərazidə avtomobili saxlayıb Zərərçəkmiş şəxsla birlikdə ayaqyoluna getmiş, sonra isə birbaşa DSX-nin Hərbi hospitalına getmişlər. Yol boyu N.Cəfərov ayağında olan ağrılarla bağlı şikayət etsə də, Zərərçəkmiş şəxs hər hansı bir narahatçılığını bildirməyib, aclığının olması və ya su içmək istəməsini soruşsa da, istəmədiyini qeyd etmiş, habelə yalnız ondan icazə alaraq yol boyu cəmi iki-üç ədəd siqaret çəkmiş, əhval -ruhiyyəsi normal olub, nədənsə və ya kimdənsə şikayət etməmişdir. O, Zərərçəkmiş şəxs yol boyu öskürməsini xatırlamamışdır. Onlar hospitala xx.xx.N0NN-ci il tarixdə saat NN radələrində çatmışlar və qısa müddət sonra içəri buraxmışlar. Əsgər Zərərçəkmiş şəxs köməyi ilə çavuş N.Cəfərovu qəbul şöbəsinə aparmışlar. Qəbul şəbəsində vəzifələrini bilmədiyi həkim geyimində, yəni ağ xalatda olan üç nəfər qadın olmuş, onlarıdan birinin deməsi səbəbindən maşına qayıdıb əsgər Zərərçəkmiş şəxs tibbi sənədlərini gətirib onlara təqdim etmişdir. Qəbul bölməsinin adını xatırlamadığı qadın növbətçi həkimi onlardan şikayətlərini soruşduqda N.Cəfərov avtoqəza keçirməsini, Zərərçəkmiş şəxs isə bir gün əvvəl hərarətinin olmasını, arabir öskürdüyünü demiş, həkim sonuncudan hazırda necə olmasını, öskürək, halsızlıq, ürək bulanma və ya tənəffüs çatışmamazlığının olub-olmamasını soruşduqda, Zərərçəkmiş şəxs özünü yaxşı hiss etdiyini, hazırda şikayətinin olmadığını bildirmişdir. Həmin vaxt həkim tibb bacısına xəstələri palatalara yerləşdirmələrini tapşırmış, o, isə çölə çıxıb maşını kənara çəkib yenidən içəri qayıtmışdır. Qayıtdıqda artıq N.Cəfərov və Zərərçəkmiş şəxs qəbul bölməsində olmadıqlarını görmüş, orada olan tibb bacılarından bu barədə soruşduqda sonuncular N.Cəfərovun qəbul edilməsini, lakin Zərərçəkmiş şəxs stasionar müalicəyə qəbul edilibedilməyəcəyini yoxlanışlardan sonra biləcəklərini, bu səbəbdən səhər 09 radələrindək gözləməli olduğunu demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurub N.Cəfərovun stasionara qəbul olunmasını, lakin Zərərçəkmiş şəxs palataya yerləşdirilməsinə baxmayaraq, qəbulunun növbəti gün yoxlanışlardan sonra bilinəcəyini, gözləməli olduğunu demiş və hospitalda qalaraq xüsusi ayrılmış otaqda istirahət etməyə başlamışdır. xx.xx.N0NN-ci il tarixdə saat 04-0N radələrində tibb bacılarından biri onu oyadaraq Zərərçəkmiş şəxs vəziyyətinin ölümcül olmasını demişdir O, dərhal əynini geyinib yuxarı palataya qalxmış, orada artıq Zərərçəkmiş şəxs üç həkim tərəfindən ilkin tibbi yardım göstərilməsini, aparatların qoşulmasını, ürəyinin masaj olunmasını, ağız nahiyəsinə suni nəfəs qoşulmasını və digər tibbi tədbirlər görüldüyünü görmüşdür. Lakin həkimlər onu dərhal çölə çıxartmışlar. Təxminən 30 dəqiqə ərzində M.Cababarovun vəziyyətini düzəltməyə çalışsalar da, sonradan ona sonuncunun vəfat etdiyini demişlər. O da dərhal Təqsirləndirilən şəxs zəng vurmuş, lakin sonuncu telefona cavab verməmişdir. Daha sonra o, hərbi hissənin şəxsi heyətlə iş üzrə şöbənin rəisi, polkovnik Akif Əliyevə zəng vuraraq əsgər Zərərçəkmiş şəxs ölməsi barədə məlumat vermiş, qısa müddət sonra Təqsirləndirilən şəxs ona zeng etmiş, sonuncuya hadisə barədə məlumat verib həkimlərin Zərərçəkmiş şəxs valideyinlərinin nömrəsini istəməsini demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs valideyninin mobil nömrəsini bilmədiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs meyiti meyitxanaya aparılmışdır. Birinci instansiya məhkəməsində ŞahidN məhkəməyə ifadə verib göstərmişdir ki, o, xx.xx.N0NN-ci il tarixdə SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.N0NN-ci il tarixdə xidmətini davam etdirmək üçün Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə gətirilmişdir. xx.xx.N0NN-ci il tarixdən təxminən 15 gün müddətində manqa komandiri kursu keçdiyi üçün kiçik çavuş rütbəsi alaraq N0NN-ci ilin iyul ayının əvvəllərindən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərzində yeni xidmətə gələrək hərbi hissənin təlim və tədris mərkəzinə yerləşdirilmiş gənc əsgərlərin xidmət etdiyi 1-ci təlim zastavasında manqa komandiri kimi xidmət etmişdir. Mərhum əsgər Zərərçəkmiş şəxs sonuncunun N nömrəli hərbi hissəyə gəldiyi vaxtdan, yəni N0NN-ci ilin iyul ayından tanımış, onunla münasibətləri xidməti olmaqla, aralarında düşmənçilik və ya ədavət olmamışdır. N iyul N0NN-ci il tarixdə xidmət etdiyi hərbi hissəyə gənc əsgərlər daxil olduqlarından onların üzərində nəzarəti həyata keçirmək üçün müvəqqəti olaraq təlim və tədris mərkəzi kursu təşkil edilmiş, N-3 gün ərzində gənc əsgərlərin şəxsi heyəti təxminən 150 nəfərə çatdığından üç zastava yaradılmış və o, 1-ci zastavanın 4-cü manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs N-ci zastavanın şəxsi heyətinə daxil olsa da, əsgər yataqxanasında darısqallıq olduğundan onun xidmət etdiyi 1-ci zastavanın əsgər yataqxanasında gecələmiş, həmin vaxt N-ci zastavanın rəisi, leytenant E.Manafov, baş çavuşu isə kiçik gizir E.Mehdiyev olmuşdur. Şahid3 isə 1-ci zastavanın baş çavuşu olmuşdur. 07 avqust N0NNci il tarixdə gecə saatlarında bölük növbətçisi olduğu zaman əsgərləri yoxlayarkən istirahətdə olan əsgər Zərərçəkmiş şəxs qızdırmasının olmasını və öskürməsini müəyyə edib bu barədə zastava üzrə cavabdeh, baş çavuş Şahid3 məlumat vermişdir. Şahid3 Zərərçəkmiş şəxs əllə yoxlayıb hərarətinin olduğunu müəyyən edib onu yuxudan oyadaraq özünü necə hiss etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs özünü normal hiss etdiyini demişdir. Şahid3 M.Cabarovdan qızdırması olmasını axşam yoxlaması zamanı hansı səbəbdən bildirməməsini soruşduqda, sonuncu həmin vaxt normal olmasını, gecə qızdırmasının qalxmasını hiss etmədiyini demişdir. Bundan sonra Şahid3 onunla birlikdə əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə aparmışdır. Tibb məntəqəsində həmin vaxt cavabdeh olan gizir Natiq Abdullayevə məlumat verildikdə, sonuncu Zərərçəkmiş şəxs bədən hərarətini ölçərək “qızdırması çoxdu, burda qalmalıdır” demişdir. Bundan sonra o, Şahid3 ilə birlikdə bölüyə qayıtmışdır. 10 avqust N0NN-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs bölükdə görərkən necə olduğunu soruşduqda, sonuncu yaxşı olduğunu, özünü normal hiss etdiyini bildirib, tibb məntəqəsindən həmin gün səhər saatlarında buraxıldığını demişdir. Sonrakı günlərdə bir neçə dəfə ərazidə əsgər Zərərçəkmiş şəxsla rastlaşdıqda onun normal olduğunu görmüşdür. Lakin 13 avqust N0NN-ci il tarixdə səhər saat 11 radələrində Zərərçəkmiş şəxs ona yaxınlaşaraq özünü yaxşı hiss etmədiyini, başının gicəlləndiyini demişdir. Əli ilə Zərərçəkmiş şəxs alnına toxunduqda bədən hərarətinin olduğunu hiss edib dərhal bu barədə təlim və tədris mərkəzi kursu üzrə cavabdeh olan baş çavuş Şahid3 məlumat vermişdir. Şahid3 Zərərçəkmiş şəxsla söhbət edərkən sonuncu ona halsız olduğunu, başının gicəlləndiyini demişdir. Bundan sonra Şahid3 zastava üzrə “xəstələrin qeydiyyatı” kitabını götürüb Zərərçəkmiş şəxs onunla birlikdə tibb məntəqəsinə aparmışdır. Məntəqəyə yaxınlaşıb tibb bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs xidməti otağına girmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “içəri gir qapını ört” dediyi üçün onunla Şahid3 foyedə dayanmışlar. Bu zaman Şahid3 kitabı ona verib siqaret çəkmək üçün çölə çıxmışdır. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxsla otaqdan çıxıb “ciddi bir şey yoxdu, yaxşıdı, dərman vermişəm, aparın bölüyə” demişdir. Yolda olarkən əsgər Zərərçəkmiş şəxs necə olduğunu soruşmuş, sonuncu ona “indi yaxşıyam, həkim dərman verdi, hava da aldım lap yaxşı oldum” demişdir. Həmin gün Zərərçəkmiş şəxs bölüyə gətirmişlər. Həmin gün və sonrakı gün Zərərçəkmiş şəxs səhhəti ilə bağlı hər hansı bir şikayəti olmamışdır. ŞahidN daha sonra göstərdi ki, 15 avqust N0NN-ci il tarixdə, yenidən bölük növbətçisi olduğu zaman gecə saat NN radələrində xatırlamadığı bir əsgər ona yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs yatdığını, yuxuda sayıqladığını, yatdığı yerdə “zarıldadığını” demişdir. O, dərhal Zərərçəkmiş şəxs yaxınlaşıb onu yuxudan oyadarkən bədən hərarətinin yüksək olduğunu hiss etmişdir. Zərərçəkmiş şəxs ona yaxşı olmadığını, qızdırması olduğunu demiş, o, dərhal həmin gün bölük üzrə cavabdeh olan leytenant Şahid4 yaxınlaşıb bu barədə məlumat vermişdir. Leytenant Şahid4 dərhal Zərərçəkmiş şəxs onunla birlikdə tibb məntəqəsinə aparmışdır. Tibb məntəqəsi tərəfə gedərkən tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs cəld şəkildə hərbi hissənin nəzarət buraxılış məntəqəsinə tərəf getdiyini görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb “cənab polkovnik əsgər Cabbarovun qızdırması var, tibb məntəqəsinə aparırıq” demişdir. Təqsirləndirilən şəxs məntəqədə heç kimin olmadığını bildirib “avariya olub mən hadisə yerinə gedirəm, qayıdıb bölüyə sabah səhər özüm çağıracam” demişdir. Bu səbəbdən onlar Zərərçəkmiş şəxs həmin vəziyyətdə bölüyə geri qaytarıb qızdırmasının aşağı düşməsi üçün ona bol maye vermiş və əl -üzünə su vurmuşlar. Növbəti gün o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən tibb məntəqəsinə çağırıldığını sonra Xaçmaz RMX-na aparıldığını, orada müayinə edildikdən sonra tibb məntəqəsinə qaytarılıb Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən hərbi hospitalına göndərilməsini, xx.xx.N0NN-ci il tarixdə səhər saatlarında isə DSX-nin Hərbi hospitalında ölməsini eşitmişdir. Birinci instansiya məhkəməsində Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, o, xx.xx.N0NN-ci il tarixdən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində zabit kimi xidmətə başlamış, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərzində N nömrəli hərbi hissənin təlim və tədris mərkəzi kursunun N-ci zastavasının bölük komandiri vəzifəsini əvəz etmiş, əsgər Zərərçəkmiş şəxs da həmin müddət ərzində tanımışdır. O, xx.xx.N0NN-ci il tarixdə saat N radələrində xidmət yerində olarkən komandanlıqdan həmin mərkəzin N-ci zastavasının komandiri, leytenant X31 səyyar məntəqəsinə göndərilməsi səbəbindən həmin zastavanın komandiri vəzifələrini əvəz etməyə başlamışdır. Həmin gün saat təxminən 16:30-da zastavanın gənc əsgərlərini sıraya düzüb kiminsə hansısa probeminin olub-olmaması ilə maraqlanmış, hamı, o cümlədən əsgər Zərərçəkmiş şəxs hər şeyin qaydasında olduğunu demişdir. xx.xx.N0NN-ci il tarixdə zastava üzrə cavabdeh olduğu zaman, saat NN:30 radələrində bölük növbətçisi ŞahidN ona yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs özünü narahat hiss etməsini və hərarətinin olmasını demişdir. Bir neçə dəqiqə sonra ŞahidN Zərərçəkmiş şəxsla birlikdə yanına gəldikdə, əlini bədəninə toxundurarkən həqiqətən də sonuncunun hərarətinin olduğunu hiss etmiş, Zərərçəkmiş şəxs ona özünü narahat hiss etdiyini demişdir. Dərhal ŞahidNlə birlikdə Zərərçəkmiş şəxs tibb məntəqəsinə doğru aparmış, yolda olarkən ŞahidN Zərərçəkmiş şəxs əvvəllər də bədən hərarəti ilə tibb məntəqəsinə aparıldığını bildirərək, konkret tarix deməmişdir. Zərərçəkmiş şəxs tibb məntəqəsinə apararkən tibb xidməti polkovnik-leytenant Təqsirləndirilən şəxs hərbi hissənin nəzarət buraxılış məntəqəsinə tərəf getdiyini görmüşdür. ŞahidN qaçaraq Təqsirləndirilən şəxs yaxınlaşıb “cənab polkovnik əsgər Cabbarovun qızdırması var, tibb məntəqəsinə aparırıq” demişdir. Təqsirləndirilən şəxs məntəqədə heç kimin olmadığını bildirib, “avariya olub mən hadisə yerinə gedirəm, qayıdım bölüyə özüm çağıracam” demişdir. Bu səbəbdən onlar Zərərçəkmiş şəxs həmin vəziyyətdə bölüyə geri qaytarıb qızdırmasının aşağı düşməsi üçün ona ilıq şəkildə bol maye vermiş və əl -üzünə su vurmuşlar. Qısa müddət sonra Zərərçəkmiş şəxs necə olduğunu soruşduqda sonuncu ona isti su içdikdən sonra bir qədər əvvəlkinə nisbətən yaxşı olduğunu demişdir. Əsgər Zərərçəkmiş şəxs istirahət etməsini, əgər vəziyyəti yaxşı olmazsa dərhal bölük növbətisinə və ya şəxsə ona məumat verməsini tapşırmış, Zərərçəkmiş şəxs “oldu” deyərək yerinə uzanıb yatmış, hansısa narahatçılığı ilə bağlı müraciət etməmişdir. Növbəti gün, yəni xx.xx.N0NN-ci il tarixdə saat 06:10-da bütün əsgərləri səhər idamanına aparmış, həmin vaxt əsgər Zərərçəkmiş şəxs normal və gümrah göründüyünü müşahidə etmiş, necə olmasını soruşduqda, sonuncu ona hər şeyin qaydasında olduöğunu demişdir. Saat təxminən 06:30 radələrində əsgərləri yataqxanaya qaytarmış, onlar yerlərini yığdıqdan sonra, saat 07:00-da sıraya düzülmüşlər. Bütün əsgərlər kimi Zərərçəkmiş şəxs da sıraya durmuş, saat 07:1N radələrində səhər yeməyinə getmişlər. Əsgərləri səhər yeməyindən saat 07:4N radələrində çıxarıb “kurilka” adlanan oturacaq yerinə aparmış, orada əsgər Zərərçəkmiş şəxs necə olduğunu bir daha soruşmuş, sonuncu bədən hərarətinin olmadığını bildirib, yaxşı olduğunu demişdir. Saat 08:00-da o, zabitgizirlərin səhər düzülüşünə getmiş, həmin gün saat 08:N0 radələrində isə növbədən çıxdığına görə istirahət etmək üçün kirayə yaşadığı evə getmişdir. Həmin gün saat 1N radələrində xidmət yerinə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən tibb məntəqəsinə çağırıldığını eşitmişdir. Daha sonra əsgər Zərərçəkmiş şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparıldığını, orada müayinə edildikdən sonra tibb məntəqəsinə qaytarılıb Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən Hərbi hospitalına göndərildiyini öyrənmişdir. xx.xx.N0NNci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs hospitalda olarkən xəstəlikdən ölməsini eşitmişdir. Şahid əsgər Şahid5 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, xx.xx.N0NN-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə gətirilmiş və təxminən qırx gün müddətində hərbi hissənin gənc əsgərlər üçün nəzərdə tutulmuş təlim və tədris mərkəzində xidmət etmişdir. Mərhum əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissəyə gəldiyi ərəfədə tanımış, ikisi də Azərbaycanın qərb bölgəsindən olduğu üçün münasibələri yaxşı olmuşdur. Gənc əsgər kimi N nömrəli hərbi hissədə xidmət edərkən onların xidməti şəraitləri, qidalanmaları normal olmuş, hansısa çətinlik və ya çatışmamazlıqları olmamışdır. Hava isti olmuş, geyim, yataq, sanitar şəraitləri normaya uyğun olmuş, komandir heyəti tərəfindən soyuqdəymədən, günvurmadan hər zaman qorunmuşlar. Verilən su sterilizə edilməklə ilıq olmuş, lakin bəzən əsgərlər və şəxsən o özü komandirlərdən gizli şəkildə krantdan soyuq su içmişlər. O, şəxsən əsgrə Zərərçəkmiş şəxs da krantdan gizli şəkildə soyuq su içəməsini görmüşdür. Gənc əsgər kimi xidmət etdiikləri müddətdə onunla Zərərçəkmiş şəxs qızdırma ilə əlaqədar xəstəlik aşkar edilmişdir. Belə ki, 07 avqust N0NN-ci il tarixdə “Yat” komandası ərəfəsində, saat NN radələrində o, əsgər Zərərçəkmiş şəxs qızdırmasının olması barədə bölük üzrə növbətçi kiçik çavuş ŞahidN bölük üzrə cavabdeh olan çavuş Şahid3 bildirməsini eşitmişdir. O, dərhal əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb nə problemi olduğunu soruşmuş, sonuncu ona “halsızam, qızdırmam da var, ama tibb məntəqəsinə getmək istəmirəm, iynədən qorxuram” demişdir. Həmin vaxt cavabdeh Şahid3 Zərərçəkmiş şəxs tibb məntəqəsinə aparmış, sonuncu geri qayıtmayaraq orada saxlanılmışdır. Növbəti gün səhər saatlarında, əvvəlki günlərdə olduğu kimi o, krantdan çoxlu su içdiyi üçün bir neçə saat sonra davamlı olaraq öskürməyə başlamış, getdikcə halzızlaşmış, günortadan sonra isə bədən hərarətinin yüksəlməsini hiss etmişdir. Bu səbədən bölük üzrə növbətçi ŞahidN yaxınlaşıb bu barədə demiş, sonuncu da öz növbəsində bu barədə çavuş Şahid3 məlumat vermişdir. Budan sonra, yəni xx.xx.N0NN-ci il tarixdə günorta saatlarında Şahid3 onu da tibb məntəqəsinə aparmışdır. Orada onu tibb xidməti polkovnik-leytenant Təqsirləndirilən şəxs xidməti otağında qəbul edib nə problemi olduğunu soruşmuş, Şahid3 isə foyedə gözləmişdir. Təqsirləndirilən şəxs öskürdüyünü, halsız olduğunu və hərarətinin olduğunu demiş, sonuncu onun bədən hərarətini ölçüb 39 dərəcə yaxın olduğunu demişdir. Dərhal sonra Təqsirləndirilən şəxs onun təzyiqini ölçərək normal olduğunu demiş, həmçinin o qulağına hansısa tibbi əşya qoyub bədənini soyundurub kürək və sinə nahiyəsinə qulaq asıb ağciyərlərində elə bir problem olmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs quru öskürdüyünü demişdir. Təqsirləndirilən şəxs ona siqaret çəkməməyini tapşırmışdır. Bundan sonra onu iynə otağına aparıb yan nahiyəsinə adını bilmədiyi bir ədəd iynə vurmuş və bir qədər sonra yenidən hərarətini ölçəcəyini demişdir. O, foyeyə çıxıb gözləyərkən Zərərçəkmiş şəxs hansısa otaqdan çıxdığını, sərbəst hərəkət etdiyini görmüşdür. Zərərçəkmiş şəxs necə olmasını soruşduqda, sonuncu ona yaxşı olduğunu bildirib, tibb məntəqəsində darıxdığı üçün bölüyə qayıtmaq istədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs onu çağırıb bədən hərarətini yenidən ölçərək 37 dərəcə civarında olduğunu, hərarətinin düşdüyünü demiş, sonra ona kapsul formasında olan iki ədəd dərman verib həmin dərmanları nahar və şam yeməyindən sonra içməyini və axşam yenidən ona yaxınlaşmağını tapşırmışdır. Bundan sonra o bölüyə aparılmış, Təqsirləndirilən şəxs verdiyi dərmanlardan birini içdikdən sonra axşam saatlarında yenidən tibb məntəqəsinə gətirilmiş, sonuncu yenidən onun hərarətini ölçərək 36 dərəcə civarında olduğunu və hərarətlə bağlı hər şeyin qaydasında olduğunu qeyd etmiş, təzyiqini ölçmüş, sinə və kürək nahiyəsinə tibbi əşya ilə qulaq asaraq yaxşılaşdığını bildirib, “bir problemin var o da öskürək, narahat olma tam sağalacan” deyərək ona yenə iki ədəd, ilk dəfə veridyi ilə eyni olan dərman verib günorta və axşam yeməkdən sonra onları qəbul etməsini və növbəti gün yenidən gəlməsini tapşırmışdır. xx.xx.N0NN-ci il tarixdə o, yenidən tibb məntəqəsinə aparılmış, Təqsirləndirilən şəxs əvvəlki kimi bütün tibbi müayinələri edərək daha yaxşı olduğunu deyib öskürəyinin də azaldığını bildirmişdir. O, həqiqətən də Təqsirləndirilən şəxs öskürəyinin azaldığını deyib, təşəkkür etmişdir. Həmin gün axşam o, eyni qaydada Təqsirləndirilən şəxs qəbuluna gedib müayinələrdən keçmiş, sonuncu ona tam sağaldığını demişdir. Həqiqətən də o, xx.xx.N0NN-ci il tarxdə axşam özünü tam sağalmış kimi hiss etmişdir. xx.xx.N0NN-ci il tarixdə səhər saatlarında bölükdə olduğu zaman Zərərçəkmiş şəxs tibb məntəqəsindən gəldiyini görüb ondan necə olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs “hər şey qaydasındadı, düzəlmişəm, yaxşıyam” deyərək, iynədən qorxması və darıxdığı üçün daha tibb məntəqəsinə getmək istəmədiyini bildirmişdir. Lakin həmin gün nahar yeməyi zamanı o, Zərərçəkmiş şəxs qabağındakı yeməyi yemədiyini görüb bunun səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs iştahı olmadığı üçün yemək yemədiyini demişdir. Bundan təxminən üç gün sonra Zərərçəkmiş şəxs sakit şəkildə bir kənarda oturduğunu görüb ona yaxınlaşaraq nə baş verdiyini soruşmuş, sonuncu ona halsız olduğunu demişdir. Əli ilə Zərərçəkmiş şəxs alın nahiyəsini yoxladıqda hərarətinin olmadığını hiss etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona halsız olması barədə heç kimə deməməyini israrla tapşırmışdır. Zərərçəkmiş şəxs tibb məntəqəsinə gedib müayinə olunmasını məsləhət görsə də, sonuncu “qorxuram yenə iynə vurarlar, axrıncı səfər vurduqları iynə biraz yandırır” demişdir. xx.xx.N0NN-ci il tarixdə “Yat” komandası ərəfəsində Zərərçəkmiş şəxs yenidən halsız şəkildə tək olaraq sinif otağında əyləşib orada olan xəritələrə baxdığını görmüş, Zərərçəkmiş şəxs yaxınlaşan zaman sifətinin rənginin nisbətən ağardığını görüb nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona “biraz halsızam” demişdir. Əlini alnına qoyduqda yenə də hərarətinin olmadığını hiss etmişdir. Zərərçəkmiş şəxs ona öskürmədiyini, sadəsə halsız olduğunu, çox vaxt axşamlar halsızlaşdığını, lakin gündüzlər normal olduğunu bildirib “əşşi keçər gedər” demişdir. Zərərçəkmiş şəxs “müraciət elə get tibb məntəqəsinə” demiş, sonuncu bu dəfə onunla razılaşaraq “fikrim var, üzümə su vurum gedib deyəcəm” demişdir. Bundan bir qədər sonra E.Cabbarovun tibb məntəqəsinə aparıldığını eşitmiş, lakin bir neçə dəqiqə sonra onun yenidən bölüyə qayıtdığını görmüşdür. xx.xx.N0NN-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yenidən tibb məntəqəsinə aparıldığını eşitmişdir. Bir neçə saat sonra o, hərbi hissənin ərazisində oturub siqaret çəkdiyi zaman Zərərçəkmiş şəxs sevinəsevinə ona yaxınlaşıb Bakı şəhərinə hospitala getdiyini bildirib, zarafatla “mən gedirəm Bakıya gəzməyə siz hələ burda şaqat eliyəcəksiz” demişdir. Hansı səbəbdən hospitala aparıldığını soruşduqda, Zərərçəkmiş şəxs özünü yaxşı hiss etdiyini, lakin əlavə müayinə üçün Təqsirləndirilən şəxs tərəfindən hospitala göndərildiyini demişdir. Bundan qısa müddət sonra Zərərçəkmiş şəxs xatırlamadığı bir mülki maşının qabaq oturacağında əyləşdiyini və maşının hərbi hissənin nəzarət buraxılış məntəqəsi istiqamətində getdiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs maşının pəncərəsini aşağı edərək gülümsəyə -gülümsəyə ona əl sallamış və maşın hərbi hissəni tərk etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs görməmişdir. xx.xx.N0NN-ci il tarixdə, səhər saatlarında hərbi hissəyə ümumi toplanış verilmiş, hərbi hissə komandiri, polkovnik Zaur Zeynalov Zərərçəkmiş şəxs DSX-nın hərbi hospitalında vəfat etdiyini bildirib əsgərlərdən nə problemləri olduğunu soruşub, səhhəti ilə bağlı narahatçılığı olan əsgərlərin sıradan çıxmalarını tələb etmişdir. O, həmin vaxt özünü tam sağlam hiss etsə də, bir neçə gün əvvəl öskürdüyü üçün sıradan çıxmışdır. Həmin vaxt xatırlamadığı bir neçə əsgər də sıradan çıxmış və onlar birlikdə tibb məntəqəsinin qarşısına aparılmışlar. Bu zaman NBM-dən içəri üzərinə “Dövlət Sərhəd Xidməti Tibbi Maşın” yazıları yazılmış səyyar hərbi tibbi yardım maşını daxil olmuşdur. Maşında olan əvvəllər görmədiyi bir həkim hamını, eləcə də onu rentgen aparatı ilə yoxlamış, rentgen müayinəsi zamanı onun ağ ciyərlərində yüngül formada ləkələrin olduğu aşkar edilmişdir. Həmin həkim ona DSXnın Hərbi hospitalına gedib təkrar müayinələrdən keçməyini məsləhət görmüş, qısa müddət sonra Təqsirləndirilən şəxs onu çağırıb göndəriş verərək tanımadığı bir hərbi qulluqçunun şəxsi maşını ilə Bakı şəhərinə yola salmış, yolda olarkən o, artıq qızdırmasının olduğunu hiss etmişdir. Qısa müddət sonra o, DSX-nın Hərbi hospitalına gətirilmiş, qəbul otağında qeydiyyatı aparıldıqdan dərhal sonra dərhal hərarəti ölçülmüşdür. Bu zaman onun hərarətinin 39 dərəcə civarında olduğunu məyyən edilmişdir. Dərhal ona maye halında olan üç ampula dərmanı bir sprisə qatıb iynə vurulmuşdur. O, orada bir neçə dəqiqə gözlədikdən sonra ağ xalatlı bir qadın tibb işçisi ondan necə olduğunu soruşaraq, tibbi maska vermişdir Həmin qadın tibb işçisi yenidən onun hərarətini ölçüb düşdüyünü demiş, qısa müddət sonra onu aparıb rentgen müayinəsindən keçirmişdir. Təxminən bir saat sonra rentgen müayinəsinin cavabı çıxmış, həmin qadın tibb işçisi ona “ikitərəfli pnevmoniya” olduğunu deyib onu yuxarı mərtəbələrin birində olan reanimasiya otağına aparıb oradakı başqa həkimlərə təhvil vermişdir. Bundan sonra həkim onu çarpayıya uzadıb sağ əlinin baş barmağından savayı, digər dörd barmağına tutacaq formasında nəsə keçirib başının üstündə olan manitoru yandırıb baxmağa başlamış və ona narahat olmamasını, hər şeyin qaydasında olduğunu demişdir. Bundan dərhal sonra həmin həkim ondan sidik və qan analizi götürərək ona sistem qoşmuşdur. Reanimasiya şöbəsində təxminən altı gün müalicə edilmiş, sonra ondan yenidən analizlər götürülmüş və tam sağaldığı bildirilmişdir. Bundan sonra o, on gün ərzində hospitalın terapiya şöbəsində müalicəsi davam etdirilmişdir. Terapiya şöbəsində müalicəsi başa çatdıqdan sonra bütün qeyd edilən analizləri yenidən vermiş, əlavə olaraq rentgen müayinəsindən keçirilmişdir. Tam sağaldığı bildirildikdən sonra hospitalın həkimləri ona 30 ədəd kapsuldan ibarət dərman vermişdir. Bundan sonra o, hərbi hissəyə gətirilərək iki gün sonra məzuniyyətə buraxılmış, məzuniyyət müdətində hospitaldan verilmiş dərmanları qəbul etmiş, həmin vaxtdan sonra səhhətində problemi olmamışdır. Birinci instansiya məhkəməsində əlavə şahid X10 məhkəməyə ifadə verib göstərdi ki, o, xx.xx.N0NN-ci il tarixdə saat 09.00-dan xx.xx.N0NN-ci il tarixədək saat 09.00-dək tibb məntəqəsi üzrə cavabdeh təyin edilmişdir. Həmin müddət ərzində o, tibb məntəqəsində olmalıdır və ən azından gələn zənglərə cavab verməlidir. xx.xx.N0NN-ci il tarixdə saat N0 radələrində məntəqə rəisi Təqsirləndirilən şəxs hərbi hissənin hərbi şəhərciyində yerləşən yaşadığı evə getdi və həmin vaxtdan sonra tibb məntəqəsində yalnız o qalmışdır. Həmin gün saat NN radələrində, axşam yoxlanışı ərəfəsində xatırlamadığı bir nəfər cavabdeh kimi xidmətdə olan hərbi qulluqçu əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə gətirərək əsgərin bədən hərarətinin olduğunu bildirdi. Zərərçəkmiş şəxsla söhbət edərkən o, hərarətinin və halsız olduğunu bildirdi. O, dərhal onun hərarətini ölçdüm və hərarətinin 38 dərəcə civarnda olduğunu görüb mobil nömrədən dərhal polkovnikleytanant Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edib bu barədə məlumat verdi. Təqsirləndirilən şəxs xəstəni məntəqədə saxlamağıma göstəriş verərək özünün gələcəyini dedi. Bundan sonra xəstəni gətirmiş şəxs çıxıb getdi. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs məntəqəyə gəldi, öz otağına keçib əsgər Zərərçəkmiş şəxs özü ətraflı müayinə etməyə başladı. Təxminən iki saatdan sonra Təqsirləndirilən şəxs çıxıb getdi. Gedərkən ona əsgər Zərərçəkmiş şəxs nəzarətdə saxlamağı, əgər nəsə problem olarsa dərhal ona zəng etməyimi tapşırdı. Bundan sonra hər bir saatdan bir o, Zərərçəkmiş şəxs yaxınlaşıb onu vizual müşahidədə saxladı, bu müddət ərzində onun vəziyətində ağırlaşmağa doğru hansısa dəyişiklik olmasını müəyyən etmədi. xx.xx.N0NN-ci il tarixdə saat 08.30 radələrində tibb xidməti polkovnik leytenantı Təqsirləndirilən şəxs işə gəldi və yenidən əsgər Zərərçəkmiş şəxs öz otağında müayinə edirdi. Lakin bu müddət ərzində onun əsgər Zərərçəkmiş şəxs konkret hansı müayinə və müalicə tədbirlərini tətbiq etməsini bilmir. xx.xx.N0NN-ci il tarixdə səhər saatlarında tibb xidməti polkovnik leytenantı Təqsirləndirilən şəxs onu çağırıb hərbi hissədən ayrılmış maşınla əsgər Zərərçəkmiş şəxs Xaçmaz rayon Mərkəzi xəstəxanasına aparıb rentgen müayinəsindən keçirib müayinənin nəticəsini dərhal ona gətirməyini dedi. O, da dərhal əsgər Zərərçəkmiş şəxs Xaçmaz RMX-na apardı. Yolda gedərkən Zərərçəkmiş şəxs ondan hara getməyini soruşduqda ona həkim müayinəsinə getməyini demişdir. Zərərçəkmiş şəxs özünü yaxşı hiss etdiyini demişdir. Həmin vaxt onun sağlamlığında hansısa neqativ hal hiss etməmiş, o sağlam görünürdü, sərbəst hərəkət edirdi sakit təbiətli olduğundan yolda onunla başqa nəsə danışmamışdır. Çatdıqda xəstəxananın rentgen otağına gedib əsgər gətirdiyii demişdir. Orda olan həkim əsgər Zərərçəkmiş şəxs rentgen otağında müayinədən keçirərək onunla səhhəti ilə bağlı söhbət etdi. Həmin Zərərçəkmiş şəxs indiyədək ağciyər xəstəliyi ilə bağlı müalicə alıb-almadığını, öskürüb öskürmədiyini, qızdırmasının olub olmamasını, öznün narahat hiss edib etmədiyini, təngənəfəs olubolmadığını soruşdu. Əsgər Zərərçəkmiş şəxs asta danışdığından həkimə hansı cavablar verdiyini eşitməmişdir. Bundan sonra həkim rentgen müayinəsinin cavabını ona verib onları yola saldı. Hərbi hissəyə çatan kimi müayinənin cavabını və əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhvil vermişdir. Bundan sonra nahar fasiləsi olduğu üçün evə getmişdir. Tibb məntəqəsinə qayıtdıqdan sonra əsgər Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən hərbi hospitalına göndərildiyini eşitmişdir. Növbəti gün səhər saatlarında Zərərçəkmiş şəxs DSX-nın hərbi hospitalında müalicədə olarkən pnevmaniya xəstəliyindən vəfat etməsini eşitmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs adına SHXÇDX-nın Göygöl rayon şöbəsində açılmış 38 (N6) №-li çağırışçının uçot kartasında olan qeydlərdən görünür ki, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarında DQF-normal, EKQ-normal, QÜA Hb-108 q/l, SÜA-normal göstərilmiş, cərrah, terapevt, nevropatoloq, psixiatr, otorinolarinqoloq, oftalmoloq, stomatoloq, dermato-veneroloq, psixoloq tərəfindən yararlı hesab edilmişdir. Rayon çağırış komissiyasının qərarında onun boyu-167 sm, çəkisi 70 kq olması göstərilmiş, cərrah, terapevt, nevropatoloq, psixiatr, otorinolarinqoloq, oftalmoloq, stomatoloq, dermatoveneroloq tərəfindən yararlı hesab edilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs adına N005 saylı h/h-də tərtib edilmiş tibbi kitabçadan görünür ki, o, xx.xx.N0NN. Xaçmaz MRX-da müayinə olunmuş, həmin vaxt ona sadə miopiya OD-0,7; OS-0,9 diaqnozu qoyulmuşdur. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs halsızlıq və hərarət şikayəti ilə tibb məntəqəsinə gətirilmiş, özünü bir gündür xəstə hesab etdiyini bildirmiş, səbəbini soyuq su içməsi ilə əlaqələndirmişdir.Obyektiv məlumatlarında onun temperaturunun 38,1°C olması, dəri örtüyünün adi rəngdə olması, əsnək hiperemiyalıdır olması, ağciyərlərdə auskultasiyada vezikulyar tənəffüs eşidilir. A/T 115/75 mm c.s. PS-79 vurğu, ritmikdir, başqa daxili orqanlarda patologiya qeyd edilmədi, diurez və defekasiya aktı normaldır olması qeyd edilmişdir. Həmin vaxt ona Kəskin respirator xəstəlik diaqnozu təyin edilərək tibb məntəqəsinə qəbul olunmuşdur. xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək tibb məntəqəsində “Kəskin respirator xəstəlik” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müalicə zamanı daxili orqanlarda patologiya qeyd edilməmiş, diurez və defekasiya aktı normal olmuşdur. Parasetamol, ampisillin, vitamin C, furasilinlə qarqara ilə müalicə edildikdən sonra yaxşılaşma ilə xidmət yerinə qaytarılmışdır. xx.xx.N0NN, xəstə ixtisaslı müayinə və müalicə üçün “Ağ ciyərlərin müayinəsi? Kəskin bronxit” DSX Hərbi Hospitalına göndərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında keçirilmiş rentgenoloji müayinəsində (adına N005 saylı h/h-də tərtib edilmiş tibbi kitabçanın içərisinə yapışdırılmış) onun arxa ön döş qəfəsinin rentgenoqrafiyasının (iki proyeksiyalı.) aparıldığı görünür. Müayinə nəticəsində onun döş qəfəsi üzvlərinin rentgen şəkillərində “ikitərəfli bronxopnevmoniya əlamətləri izlənir” qeyd edilmişdir. Cinayət işində olan Covid-19 vaksinasiyası üzrə məlumat formasında Zərərçəkmiş şəxs Sinovak N0N106093k adlı 1-ci doza vaksinin xx.xx.N0NN-ci il tarixdə, Coronovak BN3710055A adlı N-ci doza vaksinin xx.xx.N0NN-ci il tarixdə vurulduğu, N-ci dozanın son vurulma tarixinin xx.xx.N0NN-ci il olduğu qeyd edilmişdir. Cinayət işində olan “Xaçmaz Rayon Mərkəzi Xəstəxanasi” XN8 xx.xx.N0NN-ci il tarixli PHŞ/6.43-N-N0NN-N11 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu ilə xəstəxananın acil şöbəsinə daxil olmuş, növbətçi həkim onun diaqnozunu dəqiqləşdirilməsi üçün onu rengten müayinəsinə göndərmişdir. Xəstə rentgen müayinəsindən sonra həkimə müraciət etməmişdir. Rentgen müayinəsi zamanı onun arxa ön döş qəfəsi rentgenoqrafiyası (iki proyeksiyalı) həyata keçirilmiş, DQÜR şəkillərinə əsasən ona “İkitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” nəticəsi verilmişdir. Cinayət işində olan “Sənədlərə baxış keçirilməsi barədə” xx.xx.N0N3-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə N nömrəli hərbi hissənin Təlim və Tərdis Mərkəzinin “Xəstələrin qeydiyyatı kitabı”nın, N nömrəli hərbi hissənin “Ambulator xəstələrin qeydiyyatı kitabı”nın, N nömrəli hərbi hissənin “Stasionar müalicədə olan xəstələrin qeydiyyatı jurnalı”nın, N nömrəli hərbi hissənin “Stasionar müalicəyə, HHK- ya göndərilən xəstələrin və sistematik həkim nəzarətinə ehtiyacı olan şəxslərin qeydiyyatı kitabı”nın, eləcə də Zərərçəkmiş şəxs adına açılmış 9N nömrəli xəstəlik tarixinin baxışı keçirilmişdir. Cinayət işində olan “Göygöl Rayon Mərkəzi Xəstəxanası” XN8 xx.xx.N0NN-ci il tarixli 314 nömrəli məktubundan görünür ki, xx.xx.N004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Göygöl RMX PHŞ-nin Poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Hər -hansı xəstəliklərlə bağlı ambulator müayinə və stasionar müalicə üçün müraciət etməmişdir. Cinayət işində olan “Elmi-tədqiqat ağciyər xəstəlikləri insitutu” XN8 xx.xx.N0N3-cü il tarixli 3-N8-9/N-70_N3 nömrəli məktubundan görünür ki, xx.xx.N004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs nə vaxtsa müayinə və ya müalicə üçün həmin publik hüquqi şəxs müraciət etməmişdir. Zərərçəkmiş şəxs adına SHXÇDX-nın Göygöl rayon şöbəsində açılmış 38 (N6) №-li çağırışçının uçot kartasında olan qeydlərdən görünür ki, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarında DQFnormal, EKQ-normal, QÜA Hb-108 q/l, SÜA-normal göstərilmiş, cərrah, terapevt, nevropatoloq, psixiatr, otorinolarinqoloq, oftalmoloq, stomatoloq, dermato-veneroloq, psixoloq tərəfindən yararlı hesab edilmişdir. Rayon çağırış komissiyasının qərarında onun boyu-167 sm, çəkisi 70 kq olması göstərilmiş, cərrah, terapevt, nevropatoloq, psixiatr, otorinolarinqoloq, oftalmoloq, stomatoloq, dermato-veneroloq tərəfindən yararlı hesab edilmişdir. Zərərçəkmiş şəxs adına N005 saylı h/h-də tərtib edilmiş tibbi kitabçadan görünür ki, o, xx.xx.N0NN. Xaçmaz MRX-da müayinə olunmuş, həmin vaxt ona sadə miopiya OD-0,7; OS-0,9 diaqnozu qoyulmuşdur. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs halsızlıq və hərarət şikayəti ilə tibb məntəqəsinə gətirilmiş, özünü bir gündür xəstə hesab etdiyini bildirmiş, səbəbini soyuq su içməsi ilə əlaqələndirmişdir.Obyektiv məlumatlarında onun temperaturunun 38,1°C olması, dəri örtüyünün adi rəngdə olması, əsnək hiperemiyalıdır olması, ağciyərlərdə auskultasiyada vezikulyar tənəffüs eşidilir. A/T 115/75 mm c.s. PS-79 vurğu, ritmikdir, başqa daxili orqanlarda patologiya qeyd edilmədi, diurez və defekasiya aktı normaldır olması qeyd edilmişdir. Həmin vaxt ona Kəskin respirator xəstəlik diaqnozu təyin edilərək tibb məntəqəsinə qəbul olunmuşdur. xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək tibb məntəqəsində “Kəskin respirator xəstəlik” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müalicə zamanı daxili orqanlarda patologiya qeyd edilməmiş, diurez və defekasiya aktı normal olmuşdur. Parasetamol, ampisillin, vitamin C, furasilinlə qarqara ilə müalicə edildikdən sonra yaxşılaşma ilə xidmət yerinə qaytarılmışdır. xx.xx.N0NN, xəstə ixtisaslı müayinə və müalicə üçün “Ağ ciyərlərin müayinəsi? Kəskin bronxit” DSX Hərbi Hospitalına göndərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında keçirilmiş rentgenoloji müayinəsində (adına N005 saylı h/h-də tərtib edilmiş tibbi kitabçanın içərisinə yapışdırılmış) onun arxa ön döş qəfəsinin rentgenoqrafiyasının (iki proyeksiyalı.) aparıldığı görünür. Müayinə nəticəsində onun döş qəfəsi üzvlərinin rentgen şəkillərində “ikitərəfli bronxopnevmoniya əlamələri izlənir” qeyd edilmişdir. Covid-19 vaksinasiyası üzrə məlumat formasında Zərərçəkmiş şəxs Sinovak N0N106093k adlı 1-ci doza vaksinin xx.xx.N0NN-ci il tarixdə, Coronovak BN3710055A adlı N-ci doza vaksinin xx.xx.N0NN-ci il tarixdə vurulduğu, N-ci dozanın son vurulma tarixinin xx.xx.N0NN-ci il olduğu qeyd edilmişdir. Cinayət işində olan “Xaçmaz Rayon Mərkəzi Xəstəxanasi” XN8 xx.xx.N0NN-ci il tarixli PHŞ/6.43-N-N0NN-N11 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu ilə xəstəxananın acil şöbəsinə daxil olmuş, növbətçi həkim onun diaqnozunu dəqiqləşdirilməsi üçün onu rengten müayinəsinə göndərmişdir. Xəstə rentgen müayinəsindən sonra həkimə müraciət etməmişdir. Rentgen müayinəsi zamanı onun arxa ön döş qəfəsi rentgenoqrafiyası (iki proyeksiyalı) həyata keçirilmiş, DQÜR şəkillərinə əsasən ona “İkitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” nəticəsi verilmişdir. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanasi” XN8 həkim rentgenoloqu X11 ifadəsinə əlavə etdiyi, qeyri-rəsmi şifahi söhbət vərəqəsindən görünür ki, xx.xx.N0NN-ci il tarixdə rentgen edən zaman o, əsgər Zərərçəkmiş şəxs ilə fərdi söhbət aparmış, söhbət zamanı Zərərçəkmiş şəxs ona üç gündür ki, bədən hərarətinin maksimal olaraq, 40 dərəcəyədək arabir olduğunu, gün ərzində hərdən öskürək və bəlğəm olduğun bildirib halsızlığının, bədən ağrılarının, təngnəfəsıliyinin, yanaşı xəstəliyinin olmadığını bildirib, əvvəllər heç vaxt ağciyərlərindən müalicə almadığını, özünü 4 gündür ki narahat hiss etdiyini demişdir. Zərərçəkmiş şəxs rentgen müayinəsi nəticəsinə onda “ikitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” kimi qeyd edilmişdir. Cinayət işində olan “Sənədlərə baxış keçirilməsi barədə” xx.xx.N0N3-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə N nömrəli hərbi hissənin Təlim və Tərdis Mərkəzinin “Xəstələrin qeydiyyatı kitabı”nın, N nömrəli hərbi hissənin “Ambulator xəstələrin qeydiyyatı kitabı”nın, N nömrəli hərbi hissənin “Stasionar müalicədə olan xəstələrin qeydiyyatı jurnalı”nın, N nömrəli hərbi hissənin “Stasionar müalicəyə, HHK-ya göndərilən xəstələrin və sistematik həkim nəzarətinə ehtiyacı olan şəxslərin qeydiyyatı kitabı”nın, eləcə də Zərərçəkmiş şəxs adına açılmış 9N nömrəli xəstəlik tarixinin baxışı keçirilmişdir. N nömrəli hərbi hissənin Təlim və Tərdis Mərkəzinin “Xəstələrin qeydiyyatı kitabı”nın baxışı zamanı müəyyən edilmişdir ki, qızdırması olduğu üçün Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə cavabdeh, baş çavuş Əlizadə.L tərəfindən tibb məntəqəsinə gətirilmişdir. Həmin sıranın “Görülmüş tədbirlər” qrafasında “tibdə qaldı” qeydi yazılmışdır. Həmin sıranın “sərhəd bölməsinə qayıtma vaxtı və sağlamlığının vəziyyəti” adlı qrafasında isə heç bir qeydiyyat aparılmamış, sırada baş çavuş Əlizadə.L -dan başqa kiminsə imzası qeyd olunmamışdır. Qeyd edilənlərdən sonra, yəni kitabın “64” saylı sırasında Zərərçəkmiş şəxs qızdırması olduğu üçün xx.xx.N0NN-ci il tarixdə Əlizadə. L tərəfindən tibb məntəqəsinə gətirilmişdir. Həmin sıranın “Görülmüş tədbirlər” və “sərhəd bölməsinə qayıtma vaxtı və sağlamlığının vəziyyəti” adlı qrafalarında hansısa qeydiyyat aparılmamış, sırada Əlizadə.L -dan başqa kiminsə imzası qeyd olunmamışdır. Qeyd edilənlərdən sonra, yəni kitabın “65” saylı sırasında Zərərçəkmiş şəxs qızdırması olduğu üçün xx.xx.N0NN-ci il tarixdə Əlizadə.L tərəfindən tibb məntəqəsinə gətirilmişdir. Həmin sıranın “Görülmüş tədbirlər” və “sərhəd bölməsinə qayıtma vaxtı və sağlamlığının vəziyyəti” adlı qrafalarında hansısa qeydiyyat aparılmamış, sırada Əlizadə.L -dan başqa kiminsə imzası qeyd olunmamışdır. N nömrəli hərbi hissənin “Ambulator xəstələrin qeydiyyatı kitabı”nın baxışı zamanı müəyyən edilmişdir ki, kitabın “N75” saylı sırasında Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə saat 10:10-da tibb məntəqəsində həkim tərəfindən ambulator qaydada ümumi şəkildə qəbul edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs 330 nömrəli sırada, xx.xx.N0NN-ci il tarixdə saat N1:45-də tibb məntəqəsində həkim tərəfindən ambulator qaydada qəbul edilmiş, həmin vaxt ona ilkin və son diaqnoz kimi “kəskin respirator xəstəlik” diaqnozu qoyulmuş, stasionara qəbul edilmiş, əmək itirmə günlərinin ümumi sayı kimi üç gün göstərilmiş və nəticədə yaxşılaşdığı qeyd edilmişdir. Bundan sonra da, o cümlədən xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsində hərbi qulluqçuların ambulator qaydada müraciəti davam etmiş, lakin Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixədək, eləcə də xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsinə ambulator qaydada müraciət etməsi halı barədə kitabda hansısa qeyd aparılmamışdır. Zərərçəkmiş şəxs tibb məntəqəsinə növbəti dəfə 36N nömrəli sırada, xx.xx.N0NN-ci il tarixdə saat 10:15-də müraciət etmişdir. Həmin vaxt ona ilkin diaqnoz kimi “ciyərlərin xışıltısı” yazılmış, Xaçmaz RMX-na göndərilmişdir. “Əmək itirmə günlərinin ümumi sayı” və “Nəticə” qrafalarında hansısa qeydiyyat aparılmamışdır. “Qeyd” qrafasında Zərərçəkmiş şəxs həmin gün hospitala aparıldığı və növbəti gün öldüyü göstərilmişdir. Həmçinin kitaba baxış zamanı çavuş X13 xx.xx.N0NN-ci il tarixdə saat N3:N0-də avtoqəza nəticəsində “sol ayağın 1-ci barmağının didilmiş-əzilmiş yarası distal falanqasının qopmuş sınığı, dırnaq lövhəsinin qopması, sol əlin beşinci barmağının sıyrılmış yarası alaraq Xaçmaz RMX-na təxliyyə edilməsi, orada ilkin tibb yardım göstərildikdən sonra hərbi hissənin tibb məntəqəsinə gətirilməsi və xx.xx.N0NN-ci il tarixdə DSX-nin Hərbi hospiatalına aparılması qeyd edilmişdir. Həmçinin kitaba baxış zamanı gənc əsgər Şahid5 xx.xx.N0NN-ci il tarixdə saat NN:45-də tibb məntəqəsinə qəbul edilməsi, ağciyərlərində olan problemlə əlaqədar hospitala göndərilməsi qeyd olunmuşdur. N nömrəli hərbi hissənin “Stasionar müalicədə olan xəstələrin qeydiyyatı jurnalı”nın baxışı zamanı müəyyən edilmişdir ki, jurnalın “9N” saylı sırasında Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə saat N1:45-də stasionar qaydada tibb məntəqəsinə qəbul edilmiş və ona 9N nömrəli xəstəlik tarixi açılmışdır. Ona ilkin və əsas diaqnoz kimi “kəskin respirator xəstəlik” diaqnozu qoyulmuş, onun çarpayı günlərinin sayı 03 (üç) gün olmuş və o, xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsindən çıxarılmışdır. Həmçinin jurnala baxış zamanı çavuş X13 xx.xx.N0NN-ci il tarixdə saat N3:N0-də avtoqəza nəticəsində “sol ayağın 1-ci barmağının didilmiş-əzilmiş yarası distal falanqasının qopmuş sınığı, dırnaq lövhəsinin qopması, sol əlin beşinci barmağının sıyrılmış yarası alaraq Xaçmaz RMX-na təxliyyə edilməsi, orada ilkin tibb yardım göstərildikdən sonra hərbi hissənin tibb məntəqəsinə gətirilməsi və ona 95 nömrəli xəstəlik tarixinin açılması, onun çarpayı günlərinin sayının 01 (bir) gün olması, və xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsindən çıxarılaraq hərbi hospitala göndərilməsi qeyd edilmişdir. N nömrəli hərbi hissənin “Stasionar müalicəyə, HHK-ya göndərilən xəstələrin və sistematik həkim nəzarətinə ehtiyacı olan şəxslərin qeydiyyatı kitabı”nın baxışı zamanı müəyyən edilmişdir ki, kitabın 107-ci sırasında göstərilmiş çavuş N.Cəfərov avtoqəza nəticəsində aldığı “sol ayağın 1-ci barmağının didilmişəzilmiş yarası distal falanqasının qopmuş sınığı, dırnaq lövhəsinin qopması, sol əlin beşinci barmağının sıyrılmış yarası” diaqnozu ilə, kitabın 108-ci sırasında göstərilmiş Zərərçəkmiş şəxs isə “ağciyərlərin pnevmoniyası? Kəskin bronxit” diaqnozu ilə xx.xx.N0NN-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərilmişlər və əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə həmin hospitalda ölmüşdür. Həmçinin kitaba baxış zamanı gənc əsgər Şahid5 xx.xx.N0NN-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərildiyi və xx.xx.N0NN-ci il tarixədək həmin hospitalda “ikitərəfli kəskin ocaqlı pnevmoniya” diaqnozundan müalicə aldığı qeyd edilmişdir. Cinayət işində olan N nömrəli hərbi hissənin “Stasionar müalicədə olan xəstələrin qeydiyyatı jurnalı”nın baxışı zamanı müəyyən edilmişdir ki, jurnalın “9N” saylı sırasında Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə saat N1:45-də stasionar qaydada tibb məntəqəsinə qəbul edilmiş və ona 9N nömrəli xəstəlik tarixi açılmışdır. Ona ilkin və əsas diaqnoz kimi “kəskin respirator xəstəlik” diaqnozu qoyulmuş, onun çarpayı günlərinin sayı 03 (üç) gün olmuş və o, xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsindən çıxarılmışdır. Həmçinin jurnala baxış zamanı çavuş X13 xx.xx.N0NN-ci il tarixdə saat N3:N0-də avtoqəza nəticəsində “sol ayağın 1-ci barmağının didilmiş-əzilmiş yarası distal falanqasının qopmuş sınığı, dırnaq lövhəsinin qopması, sol əlin beşinci barmağının sıyrılmış yarası alaraq Xaçmaz RMX-na təxliyyə edilməsi, orada ilkin tibb yardım göstərildikdən sonra hərbi hissənin tibb məntəqəsinə gətirilməsi və ona 95 nömrəli xəstəlik tarixinin açılması, onun çarpayı günlərinin sayının 01 (bir) gün olması, və xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsindən çıxarılaraq hərbi hospitala göndərilməsi qeyd edilmişdir. Cinayət işində olan N nömrəli hərbi hissənin “Stasionar müalicəyə, HHK-ya göndərilən xəstələrin və sistematik həkim nəzarətinə ehtiyacı olan şəxslərin qeydiyyatı kitabı”nın baxışı zamanı müəyyən edilmişdir ki, kitabın 107-ci sırasında göstərilmiş çavuş N.Cəfərov avtoqəza nəticəsində aldığı “sol ayağın 1-ci barmağının didilmiş-əzilmiş yarası distal falanqasının qopmuş sınığı, dırnaq lövhəsinin qopması, sol əlin beşinci barmağının sıyrılmış yarası” diaqnozu ilə, kitabın 108-ci sırasında göstərilmiş Zərərçəkmiş şəxs isə “ağciyərlərin pnevmoniyası? Kəskin bronxit” diaqnozu ilə xx.xx.N0NN-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərilmişlər və əsgər Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə həmin hospitalda ölmüşdür. Həmçinin kitaba baxış zamanı gənc əsgər Şahid5 xx.xx.N0NN-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərildiyi və xx.xx.N0NN-ci il tarixədək həmin hospitalda “ikitərəfli kəskin ocaqlı pnevmoniya” diaqnozundan müalicə aldığı qeyd edilmişdir. Cinayət işində olan mərhum əsgər Zərərçəkmiş şəxs adına açılmış 9N nömrəli xəstəlik tarixinin baxışı zamanı Zərərçəkmiş şəxs tibb məntəqəsinə stasionar müalicəyə xx.xx.N0NN-ci il tarixdə qəbul edildiyi, xx.xx.N0NN-ci il tarixdə çıxarıldığı, çarpayı günlərinin sayının üç gün olduğu, daxil olarkən və xaric olarkən diaqnozunun “Kəskin respirator xəstəlik” olduğu, yanaşı xəstəliyinin olmadığı, əsas xəstəliyində ağırlaşması halının olmadığı, müalicə nəticəsində yaxşılaşdığı, müalicəsinin tibb məntəqə rəisi tərəfindən həyata keçirildiyi, müalicə zamanı xəstənin halsızlıqdan və hərarətdən şikayət etdiyi, xəstənin özünün bu vəziyyətə düşməsinin səbəbi kimi soyuqdəymə olduğunu göstərdiyi qeyd edilmişdir. Xəstənin obyektiv məlumatlar bölməsində əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə daxil olarkən bədən hərarətinin 37.8 dərəcə olduğu, bu səbəbdən tibb məntəqəsində stasoionara qəbul edildiyi, müalicəsinə başlanıldığı qeyd edilmişdir. Qeyd olunanlardan başqa, baxışı keçirilən xəstəlik tarixinin gündəlik müşahidələr (xəstəliyin gedişi, obyektiv məlumatlar, labarator müayinələr və s.) bölməsində xx.xx.N0NN-ci il tarixdə səhər Zərərçəkmiş şəxs bədən hərarətinin 37.8 dərəcə olduğu, həmin gün axşam isə bədən hərarətinin 37.7 dərəcə olduğu göstərilmişdir. Bundan əlavə, xx.xx.N0NN-ci il tarixdə səhər Zərərçəkmiş şəxs bədən hərarətinin 36.6 dərəcə olduğu, həmin gün axşam isə bədən hərarətinin 36.6 dərəcə olduğu göstərilmişdir. Bundan əlavə, xx.xx.N0NN-ci il tarixdə səhər Zərərçəkmiş şəxs bədən hərarətinin 36.6 dərəcə olduğu, həmin gün axşam isə bədən hərarətinin 36.8 dərəcə olduğu, bu səbəbdən bölməsinə təyinat verildiyi göstərilmişdir. Həmçinin qeyd edilən müddət ərzində Zərərçəkmiş şəxs xəsarət, səpki, dəri örtüyünün rənginin yoxlanılması üçün ona bədən baxışı keçirildiyi, ağ ciyərlərinin auskultasiyasının həyata keçirildiyi, təzyiqinin ölçüldüyü, daxili orqanlarının palpasiyasının aparıldığı, nəbzinin ritminin yoxlanıldığı, hər hansı bir patalogiya aşkar edilmədiyi göstərilmişdir. Baxışı keçirilən 9N nömrəli xəstəlik tarixinə verilmiş təyinat vərəqəsindən görünür ki, 10 avqust N0NN-ci il tarixədək olan müddətə Zərərçəkmiş şəxs müalicə tədbirləri kimi parasetamol dərman preparatı yalnız hərarəti olduqda, ampisilin 0.N5 dərman preaparatı isə gündə üç dəfə iki tabletka olmaqla yeməkdən sonra verilmiş, furasilin məhlulu vasitəsi ilə boğaz nahiyəsi yaxalanmış, 05 faizlik vitamin C iynəsi səhər saat 09- 11 radələrində N qramdan gündə bir dəfə yan nahiyəsinə vurulmuş, əlavə tədbirlər kimi çox miqdarda və isti halda maye verilmişdir. Cinayət işində olan “Baxış keçirilməsi barədə” xx.xx.N0N3-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş fərdi söhbət dəftərinin baxışı keçirilmişdir. Həmin fərdi söhbət dəftərinə keçirilmiş baxış zamanı dəftərin üçüncü səhifəsində əsgər Zərərçəkmiş şəxs ilə leytenant E.Manafovun və Əhmədzadə soyadlı gizirin xx.xx.N0NN-ci il tarixdə onun mənəvi, psixoloji vəziyyətini öyrənmək məqsədi ilə apardığı fərdi söhbətin məzmunu yazılmışdır. Həmin fərdi söhbətinin məzmunundan görünür ki, fərdi söhbət zamanı Zərərçəkmiş şəxs heç bir problemi olmadığını, siqaret çəkdiyini, alkoqol qəbul etmədiyini, təminat normalarından razı olduğunu, evlə əlaqə saxladığını, kollektivə uyğunlaşdığını, şikayət və təklifinin olmadığını bildirmişdir. Dəftərin 7-ci səhifəsində əsgər Zərərçəkmiş şəxs xidmət zamanı fərqləndirmələri, 8-ci səhifədə isə cəzalandırmaları adlı əlyazma üsulu ilə müvafiq qrafalar tərtib edilmişdir. Lakin həmin qrafalarda heç bir qeydiyyat aparılmamışdır, yəni xidmət dövründə əsgər Zərərçəkmiş şəxs xidmətdə fərqləndirilməmişdir, cəzalandırılmamışdır. Dəftərin N3 və N4-cü səhifələrində leytenant E.Manafov tərəfindən əlyazma üsulu ilə əsgər Zərərçəkmiş şəxs xidməti xasiyyətnaməsi yazılmışdır. Həmin qeydiyyatdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi xidmət yeri üzrə müsbət xarakterizə edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə MN Sanitar-Epidemioloji nəzarət mərkəzində keçirilmiş Covid-19 testinin (№9976) nəticəsi mənfi (neqativ) olmuşdur. Cinayət işində olan mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə -tibbi ekspertizası zamanı meyitin dilinin kökündə əzilmiş yara, burun belində piqmentasiya sahəsi, sağ dirsək çuxurunda venalar proyeksiyasında yaracıqlar və döş qəfəsinin ön və sol yan divarında qansızma sahələri aşkar olundu, hansıların ki, ölümlə heç bir səbəbli əlaqələri yoxdurlar və mərhuma sağlağında göstərilmiş tibbi yardımlar (ürəyin defibrilyasiyası, venalara iynə vurulması, traxeyanın intubasiyası və sair) zamanı əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitinin sol bel nahiyəsində, döş qəfəsinin hər iki yan səthlərində və hər iki bazunun yuxarı 1/3-nin içəri səthlərində qoltuq çuxurlarında aşkar olunmuş piqmentasiya sahələri keçirilmiş dəri xəstəliyinin qalıq əlamətləri olub, ölümlə səbəbli əlaqələri yoxdur. İş üzrə Zərərçəkmiş şəxs ölümünün səbəbi və digər zəruri xüsusatların müəyyən edilməsi məqsədilə meyitinin məhkəmə tibbi müayinəsi keçirilmiş və buna dair tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli 17 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ölümünə səbəb irinli traxeobronxitlə müşayiət olunan, qram “müsbət” koklar və “Klebsiella oxutoca” bakteriyaları tərəfindən törədilmiş hər iki ağ ciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya xəstəliyi olmuşdur. 1608 №-li ambulator vərəqədən göründüyü kimi ölüm xx.xx.N0NN-ci il saat 04:40-da baş vermişdir, hansı ki, ilkin meyit əlamətlərinin inkişaf dinamikası ilə də inkar edilmir. “Pnevmoniya” xəstəliyi ağ ciyərlərin sərbəst nozoloji xəstəliyi olub, travma ilə səbəbli əlaqəsi yoxdur. Cinayət işində olan komission məhkəmə -tibbi ekspertizasının 11 noyabr N0NNci il tarixli K/300-N0NN nömrəli rəyindən görünür ki: - Zərərçəkmiş şəxs meyitinin ilkin məhkəmə -tibbi ekspertizasına dair tərtib olunan rəydən görünür ki, müayinə zamanı dil kökündə yara, sağ dirsək çuxurunda venalar proyeksiyasında yaracıqlar, döş qəfəsinin ön və sol yan divarında qansızma sahələri aşkar olunmuşdur. Göstərilən xəsarətlər müalicə məqsədi ilə tətbiq edilmiş tibbi manipulyasiyalar və təxirəsalınmaz tibbi yardımlar (ürəyin defibrilyasiyası, venalara iynə vurulması, traxeyanın intubasiyası və sair) zamanı yetirilməyə xarakterik olub, həyatidirlər, ölümlə səbəbli əlaqəsi yoxdur. Burun belində olan piqmentasiya sahəsi isə küt mexanizmdən, yəni bərk -küt əşyanın təsirindən əmələ gələn sıyrıq sahəsinin sağalmış izi olub, yetirilmə müddəti məhkəmə -tibbi müayinəyədək iki həftədən çoxdur, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs meyitinin sol bel nahiyəsində, döş qəfəsinin hər iki yan səthlərində və hər iki bazunun yuxarı 1/3-nin içəri səthlərində qoltuq çuxurlarında aşkar olunmuş piqmentasiya sahələri keçirilmiş dəri xəstəliyinin qalıq əlamətləri olub, patogenetik cəhətdən ölümlə səbəbli əlaqəsi yoxdur. - Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəstəliyi hərbi xidmət dövründə inkişaf etmişdir. Hərbi xidmətdən əvvəl SHXÇDX-nin Göygöl rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda bu diaqnozlu xəstəlik olmamışdır. - Zərərçəkmiş şəxs ölümünə səbəb, orqanizmin ümumi intoksikasiyası, infeksion toksiki şok, disseminə olunmuş damardaxili laxtalanma sindromu, kəskin ürək -damar və ağciyər çatışmazlığı ilə ağırlaşmış hər iki ağciyərin kəskin hemorragik-irinli pnevmoniyası olmuşdur. Pnevmoniyanın xarakteri, digər orqan və sistemlərdə (kəskin seroz tonzillit; kəskin hemorragik traxeit; kəskin seroz-irinli plevrit; kardiomiositlərin fraqmentasiyası; miokardda, qaraciyərdə və böyrəklərdə parenximatoz zülal distrofiyası; qaraciyərdə seroz hepatit əlamətləri; dalaqda limfoid follikulların qeyri-bərabər hiperplaziyası (splenomeqaliya); venoz damarların mənfəzində təzə əmələ gəlmiş trombozlar) çoxlokalizasiyalı patomorfoloji dəyişikliklərin olması, ölümə səbəb olan ikitərəfli irinli hemorragik pnevmoniyanın kəskin respirator infeksiyaların ağırlaşması nəticəsində inkişaf etməsini göstərir. Halhazırda ölümə səbəb olan KRİ-ya xəstəliyinin etiologiyasını (törədicisini) dəqiq təyin etmək mümkün deyildir, bu qrup altında təxminən N0-dən artıq xəstəlik törədicisi mövcuddur və bu xəstəliklərin klinikası eynilik təşkil edir. Hazırda pandemiyada olan COVİD-19 xəstəliyi də bu qrupa aid xəstəlik hesab edilir. Cinayət işində olan Səhiyyə Nazirliyinin bu xəstəliklər üzrə işçi protokolundan görünür ki, kəskin respirator infeksiyalar (KRİ) - əsasən, hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və orta dərəcəli intoksikasiya ilə səciyyələnən, klinikası oxşar olan bir neçə kəskin infeksiyanın ümumi adıdır. KRİlərin etiologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriya və ibtidailər tərəfindən törədilə bilərlər. Kəskin respirator infeksiya və qrip halları bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edərək, böyüklər və uşaqlar arasında tənəffüs yollarının xəstəlikləri strukturunda birinci yeri tutur. Bu qrup xəstəliklər zamanı fəsadlaşma halları N0-60% təşkil edir. Fəsadlar ən çox uşaqlar və 65 yaşdan yuxarı böyüklərdə meydana çıxır. Ən çox rast gəlinən fəsadlar otitlər, ikincili bakterial və virus (daha az) etiologiyalı pnevmoniya, tənəffüs çatışmazlığı, bakterial sinusitlərdir. Kəskin respirator infeksiyalarla (KRİ) xəstələnmə zamanı xəstənin vəziyyətinin ağırlığının düzgün qiymətləndirilməsi sonrakı səmərəli müalicənin bazisini təşkil edir. KRİ xəstəliyinin inkişaf sürəti, xəstəliyi törədən virus və bakteriyaların virulentliyindən (zədələyici potensialından), növündən, orqanizmin immun sisteminin vəziyyətindən və digər fərdi xüsusiyyətlərindən asılı olur və kliniki əlamətlərin tam təzahürü bir neçə saatdan, bir neçə günədək ola bilər. Hazırkı halda əsas xəstəlik olan KRİ-nin ilkin kliniki əlamətlərinin təzahür dövrü xx.xx.N0NN-ci il tarixə uyğundur, inkubasiya dövrü (gizli dövr) isə ilkin kliniki əlamətlərin inkişafından təxminən N-3 sutka əvvəl inkişaf etməyə uyğundur. Əksər xəstəliklərdə, o cümlədən, kəskin respirator infeksiyasına yoluxan xəstələrin vaxtında aşkar edilərək, adekvat müalicəyə cəlb edilməsi və tibbi göstəriş olduğu halda, ixtisaslı tibb müəssisəsinə təxliyə olunması müalicənin sonrakı etaplarında daha effektiv nəticənin və müsbət dinamikanın əldə olunmasına zəmin yaratmaqla, həyat üçün təhlükəli olan ağırlaşmaların qarşısının alınması üçün geniş imkan yaradır. İlkin və təkrar aparılan histoloji tədqiqatlarda aşkar olunan patologiyanın xarakteri ona əsas verir ki, Zərərçəkmiş şəxs xx.xx.N0NN-xx.xx.N0NNci il tarixdə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olarkən onun xəstəliyi tam kliniki inkişaf mərhələsində olmaqla, proqnozu ciddi olmuşdur və müalicənin sonunda onda artıq “pnevmoniya” xəstəliyi inkişaf etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs adına tərtib olunan tibbi kitabçadan görünür ki, xx.xx.N0NN-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət edərkən ona “kəskin respirator xəstəlik” diaqnozu təyin edilərək, stasionar müalicəyə qəbul edilərkən ilkin təyin olunmuş “kəskin respirator xəstəlik” diaqnozunu və verilmiş təyinatı düzgün hesab etmək olar, belə ki, yuxarı tənəffüs yollarının infeksion xəstəliklərində ilkin olaraq işçi diaqnoz kimi təyin edilə bilər. Lakin xəstəyə xəstəlik tarixi açılmalı olduğu halda, tərtib edilmədiyindən, xəstə stasionara daxil olarkən, stasionar müalicə dövründə və xx.xx.N0NN-ci il tarixdə stasionardan bölüyünə yazılarkən onun vəziyyətini və xəstəliyin inkişaf dinamikasını qiymətləndirmək və sağlamlıq vəziyyətinə konkret məqamlarda qiymət vermək mümkün olmasa da, hər bir halda “Kəskin respirator xəstəlik” diaqnozu ilə xəstənin 3 (üç) gün müalicə olunaraq, öz bölüyünə yazılmasından sonra onun xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə təkrarən anoloji şikayətlərlə müraciət etməsi, onun sağalmadan vaxtından əvvəl öz bölüyünə yazılmasına dəlalət edir. Respirator virus xəstəliklərinin müalicəsi zamanı qısa zaman ərzində xəstənin vəziyyətinin stabilləşərək, bədən hərarətinin normaya düşməsi xəstənin tam müalicə olunmasının kriteriyası ola bilməz. “Hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahı”nın tələblərinə görə “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəsffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstələrin orta müalicə müddəti isə 4-8 gün təşkil edir. Göstərilənə əsasən, Zərərçəkmiş şəxs onun düçar olduğu xəstəliyin müalicəsi üçün zəruri hesab olunan müddətdə dinamiki müayinə və müalicə olunmadan, xx.xx.N0NN-ci il tarixdə natamam müalicə kursu ilə vaxtından əvvəl öz bölüyünə yazılmışdır. Buna görə də, onun xəstəliyi proqressivləşərək, ölümə səbəb olan irinli-hemorragik pnevmoniya və DDL (damardaxili laxtalanma) sindromu ilə fəsadlaşmışdır. Odur ki, Zərərçəkmiş şəxs tibb məntəqəsində tam müayinəsi, fəsadlaşmanın vaxtında aşkarlanması və müalicənin effektivliyinə nəzarət və vaxtında hospitala göndərilməsi səmərəli təşkil olunmamış, xəstə stasionardan vaxtından əvvəl yazılaraq, ümumilikdə təxminən 6 (altı) gün zəruri tibbi müayinə və müalicədən kənarda qalaraq, gecikdirilmiş, səmərəsiz müalicə nəticəsində “Kəskin respirator xəstəliyi” ağır fəsadlaşmalara, ən başlıcası isə “İkitərəfli irinli-hemorragik pnevmoniya”nın inkişaf etməsinə səbəb olmuşdur. Ona görə də, xx.xx.N0NN-ci il tarixdən etibarən poliorqan çatışmazlığı sindromu inkişaf edərək, xx.xx.N0NN-ci il saat 04:40-da ölümlə nəticələnmişdir. Cinayət işində olan meyitin ilkin məhkəmə -tibbi ekspertizası zamanı və təkrar histoloji müayinə ilə müəyyən olunan patomorfoloji nəticələrin ağırlığı, stasionar müalicədən sonra xəstənin vəziyyətinin stabilləşməməsi, şikayətlərinin davam etməsi, hərarətin yenidən yüksəlməsi, halsızlıq və xəstənin təkrar olaraq xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə eyni şikayətlərlə müraciət etməsi ona əsas verir ki, xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixdə stasionar müalicənin sonunda onun düçar olduğu kəskin respirator xəstəliyi “pnevmoniya” ilə ağırlaşmışdır. Bundan başqa, xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixlər aralığında xəstədə pnevmoniya ilə bərabər həyat üçün təhlükəli olan digər fəsad - DDL (damardaxili laxtalanma) sindromu inkişaf etmişdir ki, bu ağırlaşmanın proqnozu həmişə ciddi olmaqla, ixtisaslaşdırılmış tibbi yardım göstərilmədikdə əksər hallarda letal nəticəyə səbəb olur. Tibbi kitabçada olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nda yazılanlardan aydın olur ki, xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs COVİD-19 infeksiyasına görə vaksinasiya olunmuşdur. Vaksinasiyanın Zərərçəkmiş şəxs xəstəliyinin şiddətli klinik inkişaf və ağırlaşma dövründə aparılması, onun xəstəliyinin daha da proqressivləşməsinə səbəb olmaqla, ağırlaşmaların inkişaf etməsinə əhəmiyyətli təkan vermişdir. Xəstəliklərin kəskinləşmə dövründə və hərarəti olan şəxslərdə COVİD-19 xəstəliyinə qarşı vaksinasiyanın aparılması əks göstərişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Xaçmaz MRX-da tibbi müayinədən (döş qəfəsinin rentgenoloji müayinəsindən) keçərkən onda pnevmoniya xəstəliyi aşkar olunduqdan sonra, DSX-nın Hərbi Hospitalına təxliyə olunması qərara alınmışdır. X38 Xidmətində Tibbi Təminata dair Təlimatının 618 və 619-cu bəndinin tələblərinə zidd olaraq, təxirəsalınmaz İİ-İİİ səviyyəli tibbi yardıma ehtiyacı olan xəstə, sanitar avtomobillə deyil, şəxsi avtomobillə Bakı şəhərində yerləşən DSX-nın Hərbi Hospitalına təxliyə edilmişdir. Zərərçəkmiş şəxs hərbi hissə səviyyəsində göstərilən tibbi yardımlar zamanı buraxılmış qüsurlar aşağıdakılardan ibarətdir: Xəstə hərbi hissənin tibb məntəqəsinə qəbul olunarkən onun adına xəstəlik tarixi açılmamışdır ki, bu da xəstəliyin dinamikasını xronoloji olaraq izləməyə və xəstənin vəziyyətinin ağırlığını qiymətləndirməyə imkan verməmişdir. Xəstənin stasionar müalicə müddəti yarımçıq və səmərəsiz olduğundan (Hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahının tələblərinə görə, “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəsffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstənin orta müalicə müddəti isə 4-8 gün təşkil edir), ölümə səbəb olan sonrakı ağırlaşmaların inkişaf etməsinə təkan vermişdir. Stasionar müalicə dövründə xəstənin vəziyyətinin ağırlığı, fəsadların olması və digər orqanlarda dəyişikliklərin olması qiymətləndirilməmişdir. xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixdə stasionar müalicənin sonunda xəstənin rentgen müayinədən keçirilməsi ilə sağalmanın kriteriyası təyin edilə bilərdi. Xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır, hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə təkrar müraciətləri dövründə pnevmoniya və digər ağırlaşmalar və eyni zamanda təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xəstə stasionara qəbul edilməmiş və nəticədə xx.xx.N0NN-ci il tarixədək həkim nəzarətindən kənarda qalmışdır. Həmin dövrlərdə, istər xx.xx.N0NN-ci il və istərsə də, xx.xx.N0NN-ci il tarixlərdə xəstəyə müvafiq yardım göstərilməklə, İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyə olunmalı idi. Xəstəyə əks göstəriş olduğu halda, xx.xx.N0NN-ci il tarixdə COVİD-19 infeksiyasına qarşı vaksinasiya edilmişdir. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragik-irinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilmədən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. - Bununla da, N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs müayinə, müalicə və təxliyəsi zamanı buraxılmış qüsurlarla, onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır, yuxarıdakı bəndlərdə göstərildiyi kimi Zərərçəkmiş şəxs hərbi hissədə tam və adekvat tibbi yardım göstərilərək, vaxtında ixtisaslı müayinə və müalicə üçün təxliyə olunsaydı, onun düçar olduğu KRİ xəstəliyi həyat üçün təhlükəli olan fəsadlarla ağırlaşmazdı, ağırlaşsa belə, xəstəliyin erkən dövrlərində yuxarıda göstərilən tədbirlər göstərildiyi halda, xəstəliyin bu mərhələsində ölümün qarşısı alına bilərdi. Hərbi hissədə tibb xidmətinə cavabdeh şəxslər - hərbi hissənin tibb xidməti rəisi, tibb məntəqə rəisi, növbətçi həkim və müalicə həkimidir. - Zərərçəkmiş şəxs təyin edilmiş “kəskin bronxit?”, “ikitərəfli bronxopnevmaniya əlamətləri”, “ikitərəfli bronxopnevmaniya?” və “hər iki ağ ciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya” diaqnozlu xəstəliklər demək olar ki, eyni xəstəliklərdir, inkişaf etməsinə görə “kəskin respirator xəstəlik”lə səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına daxil olarkən zəruri tibbi yardım göstərildiyi halda, onun ölümünün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və birmənalı fikir yürütmək mümkün deyildir. Belə ki, həmin dövrdə xəstənin vəziyyəti ağır olmaqla, poliorqan çatışmazlığı artıq inkişaf etmişdi. Cinayət işində olan Məhkəmə -tibbi ekspertizanın xx.xx.N0NN-ci il tarixli, 17 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kimi irinli traxeobronxitlə müşayiət olunan, qram “müsbət” koklar və “Klebsiella oxutoca” bakteriyaları tərəfindən törədilmiş hər iki ağciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya xəstəliyinin olması düzgün göstərilmişdir. - xx.xx.N0NN-ci il tarixli, 17 nömrəli məhkəmə -tibbi ekspert rəyinə əsasən “Hər iki ağciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya” xəstəliyi mərhum Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə stasionardan öz bölüyünə yazılarkən artıq onda mövcud olmuşdur. - Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsində stasionar qaydada müalicə olunarkən ona ilkin təyin olunmuş “Kəskin respirator xəstəlik” diaqnozunu və verilmiş təyinatı düzgün hesab etmək olar, belə ki, yuxarı tənəffüs yollarının infeksion xəstəliklərində ilkin olaraq işçi diaqnoz kimi təyin edilə bilər. “Kəskin respirator xəstəlik” diaqnozu ilə xəstənin 3 (üç) gün müalicə olunaraq, öz bölüyünə yazılmasından sonra onun xx.xx.N0NN-ci il və xx.xx.N0NN-ci il tarixlərdə təkrarən anoloji şikayətlərlə müraciət etməsi, onun sağalmadan vaxtından əvvəl öz bölüyünə yazılmasına dəlalət edir. Respirator virus xəstəliklərinin müalicəsi zamanı qısa zaman ərzində xəstənin vəziyyətinin stabilləşərək, bədən hərarətinin normaya düşməsi xəstənin tam müalicə olunmasının kriteriyası ola bilməz. “Hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahı’nın tələblərinə görə “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyah kəskin infeksiyalan” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəffüs yollarının kəskin infeksiyalan” ilə müalicə alan xəstələrin orta müalicə müddəti isə 4-8 gün təşkil edir. Göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs onun düçar olduğu xəstəliyin müalicəsi üçün zəruri hesab olunan müddətdə dinamiki müayinə və müalicə olunmadan, xx.xx.N0NN-ci il tarixdə natamam müalicə kursu ilə vaxtından əvvəl öz bölüyünə yazılmışdır. Buna gorə də, onun xəstəliyi proqressivləşərək, ölümə səbəb olan irinli-hemorragik pnevmoniya və DYL-sindrom (X4 sindromu) ilə fəsadlaşmışdır. Odur ki, Zərərçəkmiş şəxs tibb məntəqəsində tam müayinəsi, fəsadlaşmanın vaxtında aşkarlanması və müalicənin effektivliyinə nəzarət və vaxtında hospitala göndərilməsi səmərəli təşkil olunmamış, xəstə stasionardan vaxtnndan əvvəl yazılaraq, ümumilikdə təxminən 6 (altı) gün zəruri tibbi müayinə və müalicədən kənarda qalaraq, gecikdirilmiş, səmərəsiz müalicə nəticəsində “Kəskin respirator xəstəliyi” ağır fəsadlaşmalara, ən başlıcası isə “İkitərəfli irinlihemorragik pnevmoniya”nın inkişaf etməsinə səbəb olmuşdur. Ona görə də, xx.xx.N0NN-ci il tarixdən etibarən poliorqan çatışmazlığı sindromu inkişaf edərək, xx.xx.N0NN-ci il saat 0440-da ölümlə nəticələnmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilmiş təyinat bu xəstəlik üçün əks göstəriş olmasa da tam müalicə üçün yetərli olmamışdır. Hərbi hissənin tibb məntəqəsiində Zərərçəkmiş şəxs adına tərtib olunan 9N nömrəli xəstəlik tarixində olan kliniki göstəricilər meyitin məhkəmətibbi müayinəsi zamanı əldə olan morfoloji əlamətlərlə, ilkin və təkrar histoloji müayinələrdə aşkar olunan göstəricilərlə və ən başlıcası isə istintaq materiallarında olan məlumat və xəstəliyin klinikası ilə uyğunluq təşkil etmir. Xəstəlik tarixində Zərərçəkmiş şəxs tam sağalma ilə tibb məntəqəsindən yazılması göstərilsə də məlumdur ki, həmin dövrdə artıq onda pnevmoniya xəstəliyi mövcud olmuşdur. Ona görə də xəstə xx.xx.N0NN-ci il tarixdə eyni şikayətlərlə təkrar müraciət etmişdir. Xəstəlik tarixində göstərilən dərman preparatlarının təyini Zərərçəkmiş şəxs düçar olduğu xəstəliyin müalicəsi üçün əks göstəriş olmasa da həmin dövrdə xəstədə olan pnevmoniya xəstəliyinin müalicəsi və xəstəliyin ağırlığı üçün yetərli olmamışdır, xəstənin ixtisaslı tibb müəssisəsində müayinə və müalicəsinə tibbi göstəriş olmuşdur. xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərzində onun tibb göstəriciləri və vizual vəziyyətinə əsasən tibb məntəqəsində mövcud olan şərait onun müayinə və müalicəsinin lazımi qaydada həyata keçirilməsinə imkan vermişdir, lakin müalicə kursu tam icra edilməmişdir. Xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır, hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsindən bölməsinə yazılarkən ölümünə səbəb olan əsas xəstəliyin əlamətləri onda mövcud olmuşdur. - xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərazində N nömrəli hərbi hissənin tibb məntəqəsində stasionar qaydada müalicə aldığı müddətdə stasionardan vaxtından əvvəl yazılmayaraq, Zərərçəkmiş şəxs müalicə kursu tam formada həyata keçirildiyi təqdirdə stasionar müalicə dövründə xəstəliyinin əlamətlərinə, özünün şikayətlərinə, obyektiv müayinənin nəticələrinə əsasən “kəskin respirator xəstəliy”in ağırlaşmalarını müəyyən etmək mümkün olardı. - Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəstəliyə və ya ölümünə gətirib çıxaran xəstəliyin yaranmasına səbəb olan amillərin vaxtında aşkara çıxarılması üçün N nömrəli hərbi hissənin tibb məntəqəsində xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərazində, xəstəliyinin əlamətlərinə, özünün şikayətlərinə, obyektiv müayinənin nəticələrinə əsasən diaqnozun təyin edilməsi düzgün olmuşdur, lakin müalicə kursu natamam hesab edilir. Müalicənin düzgün aparılmasında tibb məntəqə rəisi, müalicə həkimi və növbətçi həkim məsuliyyət daşıyır. - xx.xx.N0NN-ci il tarixdə saat NNN3 radələrində Zərərçəkmiş şəxs tibb məntəqəsində müayinə edildiyi halda onun xəstəliyini vaxtında aşkar etmək və ağırlaşmasının qarşısını almaq, müsbət halda xəstənin ölümünün qarşısını almaq mümkün olardı. Zərərçəkmiş şəxs həmin tarixdə deyil, növbəti gün səhər saatlarında müayinə edilərək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərilməsi ilə, yəni təxminən 10-11 saat gec göndərilməsi ilə onun xəstəliyinin ağırlaşması, arasında əhəmiyyətli səbəbli əlaqə vardır Ağciyərlərdə olan patologiyalar, o cümlədən pnevmoniya xəstəliyinin ilkin obyektiv əlamətləri ağciyərlərin auskultasiyasında müəyyən oluna bilərdi, lakin bundan sonra diaqnozun dəqiqləşdirilməsi üçün radioloji müayinələrin aparılması mütləqdir, bu qərar və digər müayinə və müalicə planı müalicə həkimi tərəfindən verilir. Belə ki, Zərərçəkmiş şəxs tibb məntəqəsində xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan stasionar müalicə dövrünün sonunda artıq pnevmoniya xəstəliyi inkişaf etmişdir. Bundan başqa həmin dövrdə pnevmoniya xəstəliyindən başqa xəstədə kəskin respirator xəstəliyin digər ağırlaşmaları hesab olunan “Tonzillit, traxeit və plevrit” kimi patologiyalar da mövcud olmuşdur və bu əlamətlərin aşkar olunması tibb məntəqəsi səviyyəsində mümkün idi. Sözügedən müddət ərzində ona ixtisaslı tibbi yardım göstərilmiş olsaydı sağalma ehtimalı olardı. Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəstəliyin vaxtında aşkar olunması və düzgün diaqnoz qoyulması üçün N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin hansı tibbi aparatura və avadanlıqlarla təmin olunması məsələsinin həlli məhkəmə -tibbi ekspertizanın səlahiyyətlərinə aid deyildir. Konkret olaraq hərbi hissənin tibb məntəqəsi İ səviyyəli tibbi xidməti həyata keçirir və bu səviyyədə aparılan müayinə və qəbul edilən tibbi qərarlar əsasında Zərərçəkmiş şəxs xəstəliyinin aşkara çıxarılması mümkün idi. - N nömrəli hərbi hissənin tibb məntəqəsinin vəzifəli şəxsləri mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş xəstəliyi və ya onun ölümünə gətirib çıxaran amilləri vaxtında müəyyən edib, həmin xəstəliyin diaqnozunu müəyyən etməyi və həmin xəstəliyə adekvat müalicə aparmağı bacarmalıdır. Təlimatla bu İ səviyyəli tibbi yardımı həyata keçirən hərbi hissənin tibb məntəqəsinin səlahiyyətlərinə aiddir. xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərazində Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin tibb məntəqəsində göstərilmiş tibbi yardım onun səhhətinə zərər vurmamışdır, lakin yetərli olmamışdır. - Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlər (tibbi kitabça, xəstəlik tarixi, ambulator vərəqə və s.) mövcud normativ sənədlərin tələblərinə uyğun tərtib edilmişdir həmin sənədlərdə bir-birini təkzib edən xüsusatlar mövcud deyildir, lakin xəstəyə tibb məntəqəsində xəstəlik tarixi tərtib edilməmişdir. Tibb məntəqəsində müalicə -diaqnostika işinə tibb məntəqə rəisi cavabdehdir. - Ümumiyyətlə, Zərərçəkmiş şəxs olan “yayılmış irinli-hemorragik pnevmoniya” xəstəliyini N nömrəli hərbi hissənin tibb məntəqəsində vaxtında aşkar etmək və onun ağırlaşmalarının qarşısını almaq mümkün olsa da bu, həyata keçirilməmişdir. Xəstəliyi vaxtında aşkar edib, ağırlaşmalarının qarşısı alınsaydı, Zərərçəkmiş şəxs ölümünün də qarşısı alınmış olardı. - Zərərçəkmiş şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında təyin edilmiş diaqnoz düzgün olmuşdur. - xx.xx.N0NN-ci il tarixdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından hərbi hissəsinə qayıtdıqdan sonra mərhum Zərərçəkmiş şəxs DSX-nın Hərbi Hospitalına təxliyə olunması qərara alınmışdır. Qəbul olunan qərar düzgün olsa da Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair Təlimatının 618 və 619-cu bəndlərinin tələblərinə zidd olaraq, təxirəsalınmaz İİ-İİİ səviyyəli tibbi yardıma ehtiyacı olduğu halda, sanitar avtomobillə deyil, şəxsi avtomobillə Bakı şəhərində yerləşən DSX-nın Hərbi Hospitalına təxliyə edilmişdir. - Zərərçəkmiş şəxs təyin edilmiş “Kəskin respirator xəstəlik”, “Kəskin bronxit?”, “İkitərəfli bronxopnevmoniya əlamətləri”, “İkitərəfli bronxopnevmoniya?” və “Hər iki ağciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya” xəstəlikləri arasında etio-patogenetik səbəbli əlaqə mövcuddur. Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə saat NN radələrində Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirildiyi zaman onda ölümünə səbəb olan “Hemorragik pnevmoniya” xəstəliyinin əlamətləri tam klinikasına uyğun formada mövcud olmuşdur. Xəstənin vizual olaraq klinik aktiv görünməsi onun vəziyyətinin kafi olması kimi qiymətləndirilə bilməz, ətraflı kliniki, laborator və instrumental müayinələr tətbiq edilməklə xəstənin real vəziyyətinin ağırlığı dəqiq müəyyən edilə bilərdi. Respirator virus infeksiyalarının və pnevmoniya xəstəliyinin diaqnozu Səhiyyə Nazirliyinin mövcud kliniki protokollarında nəzərdə tutulan müayinələrlə təyin edilir. Pnevmoniya xəstəliyinin diaqnozunun “bədənə toxunmaqla təyin edilməsi” kimi bir müayinə üsulu mövcud deyildir. - Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəstəliyin əlamətlərinin özünü aşkar sürətdə biruzə verməməsi, yalnız öldüyü vaxt, yəni xx.xx.N0NN-ci il tarixdə saat 04 radələrində kəskin pisləşməsi və ölümü ilə nəticələnməsi mümkün deyildir. Həmin dövrdə xəstəliyin kifayət qədər aşkar edilməsi mümkün olan kliniki əlamətləri mövcud olmuşdur. - Zərərçəkmiş şəxs şikayətləri xx.xx.N0NN-ci il tarixdən etibarən davam etmişdir, xəstəliyin başlanması ilə ölüm arasında kifayət qədər müddət və daxili üzvlərdə patoloji dəyişikliklər, poliorqan çatışmazlığı inkişaf etmişdir. - N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs müayinə, müalicə və təxliyyəsi zamanı buraxılmış qüsurlarla, onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Yuxarıdakı bəndlərdə göstərildiyi kimi Zərərçəkmiş şəxs hərbi hissədə tam və adekvat tibbi yardım göstərilərək, vaxtında ixtisaslı müayinə və müalicə üçün təxliyə olunsaydı, onun düçar olduğu “KRİ xəstəliyi” həyat üçün təhlükəli olan fəsadlarla ağırlaşmazdı, ağırlaşsa da belə, xəstəliyin erkən dövrlərində yuxarıda göstərilən tədbirlər göstərildiyi halda, xəstəliyin bu mərhələsində ölümün qarşısı alına bilərdi. Hərbi hissədə tibbi xidmətə cavabdeh şəxslər – hərbi hissənin tibb xidməti rəisi, tibb məntəqə rəisi, növbətçi həkim və müalicə həkimidir. Zərərçəkmiş şəxs hərbi hissə səviyyəsində göstərilən tibbi yardımlar zamanı buraxılmış qüsurlar bunlardan ibarətdir: Xəstə hərbi hissənin tibb məntəqəsinə qəbul olunarkən onun adına xəstəlik tarixi açılmamışdır ki, bu da xəstəliyin dinamikasını xronoloji olaraq izləməyə və xəstənin vəziyyətinin ağırlığını qiymətləndirməyə imkan verməmiş, xəstənin stasionar müalicə müddəti yarımçıq və səmərəsiz olduğundan (hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahının tələblərinə görə, “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstənin orta müalicə müddəti isə 4-8 gün təşkil edir), ölümə səbəb olan sonrakı ağırlaşmaların inkişaf etməsinə təkan vermiş, stasionar müalicə dövründə xəstənin vəziyyətinin ağırlığı, fəsadların olması və digər orqanlarda dəyişikliklərin olması qiymətləndirilməmişdir. xx.xx.N0NN-xx.xx.N0NN- ci il tarixlərdə stasionar müalicənin sonunda xəstənin rentgen müayinədən keçirilməsi ilə sağalmanın kriteriyası təyin edilə bilərdi. Eyni zamanda xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır. Hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN-ci il və xx.xx.N0NN-ci il tarixlərdə təkrar müraciətləri dövründə pnevmoniya və digər ağırlaşmalar və eyni zamanda təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xəstə stasionara qəbul edilməmiş və nəticədə xx.xx.N0NN-ci il tarixədək həkim nəzarətindən kənarda qalmışdır. Həmin dövrlərdə, istər xx.xx.N0NN-ci il və istərsə də xx.xx.N0NN-ci il tarixlərdə xəstəyə müvafiq yardım göstərilməklə, İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyə olunmalı idi. Xəstəyə əks göstəriş olduğu halda, xx.xx.N0NN-ci il tarixdə COVİD-19 infeksiyasına qarşı vaksinasiya edilmişdir. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragik-irinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilmədən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. Cinayət işində olan “Baxış keçirilməsi barədə” xx.xx.N0N3-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsinə və həmin məntəqənin tibb yardım maşınına baxış keçirilərək tibb məntəqəsinin şəraitinin səliqəli və təmirli olduğu, məntəqənin foye, qəbul otağı, tibb bölməsinin rəisinin xidməti otağı, ordinator kabineti, aptek, stomatoloq kabineti və anbardan ibarət olduğu, qəbul otağının tam təchiz edilmiş halda olduğu, tibb məntəqəsinin balansında “UAZ” markalı, “X 016 SQ” hərbi qeydiyyat nişanlı bir ədəd tibb yardım maşınının olduğu, lakin həmin maşının işə düşmədiyi, nasaz vəziyyətdə olduğu müəyyən edilmişdir. Cinayət işində olan “Baxış keçirilməsi barədə” xx.xx.N0N3-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş fərdi söhbət dəftərinin baxışı keçirilmişdir. Həmin fərdi söhbət dəftərinə keçirilmiş baxış zamanı dəftərin üçüncü səhifəsində əsgər Zərərçəkmiş şəxs ilə leytenant E.Manafovun və Əhmədzadə soyadlı gizirin xx.xx.N0NN-ci il tarixdə onun mənəvi, psixoloji vəziyyətini öyrənmək məqsədi ilə apardığı fərdi söhbətin məzmunu yazılmışdır. Həmin fərdi söhbətinin məzmunundan görünür ki, fərdi söhbət zamanı Zərərçəkmiş şəxs heç bir problemi olmadığını, siqaret çəkdiyini, alkoqol qəbul etmədiyini, təminat normalarından razı olduğunu, evlə əlaqə saxladığını, kollektivə uyğunlaşdığını, şikayət və təklifinin olmadığını bildirmişdir. Dəftərin 7-ci səhifəsində əsgər Zərərçəkmiş şəxs xidmət zamanı fərqləndirmələri, 8-ci səhifədə isə cəzalandırmaları adlı əlyazma üsulu ilə müvafiq qrafalar tərtib edilmişdir. Lakin həmin qrafalarda heç bir qeydiyyat aparılmamışdır, yəni xidmət dövründə əsgər Zərərçəkmiş şəxs xidmətdə fərqləndirilməmişdir, cəzalandırılmamışdır. Dəftərin N3 və N4-cü səhifələrində leytenant E.Manafov tərəfindən əlyazma üsulu ilə əsgər Zərərçəkmiş şəxs xidməti xasiyyətnaməsi yazılmışdır. Həmin qeydiyyatdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi xidmət yeri üzrə müsbət xarakterizə edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs ölümünün səbəbi və digər zəruri xüsusatların müəyyən edilməsi məqsədilə meyitinin məhkəmə tibbi müayinəsi keçirilmiş və buna dair tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli 17 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ölümünə səbəb irinli traxeobronxitlə müşayiət olunan, qram “müsbət” koklar və “Klebsiella oxutoca” bakteriyaları tərəfindən törədilmiş hər iki ağ ciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya xəstəliyi olmuşdur. 1608 №-li ambulator vərəqədən göründüyü kimi ölüm xx.xx.N0NN-ci il saat 04:40-da baş vermişdir, hansı ki, ilkin meyit əlamətlərinin inkişaf dinamikası ilə də inkar edilmir. “Pnevmoniya” xəstəliyi ağ ciyərlərin sərbəst nozoloji xəstəliyi olub, travma ilə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə MN Sanitar- Epidemioloji nəzarət mərkəzində keçirilmiş Covid-19 testinin (№9976) nəticəsi mənfi (neqativ) olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə -tibbi ekspertizası zamanı meyitin dilinin kökündə əzilmiş yara, burun belində piqmentasiya sahəsi, sağ dirsək çuxurunda venalar proyeksiyasında yaracıqlar və döş qəfəsinin ön və sol yan divarında qansızma sahələri aşkar olundu, hansıların ki, ölümlə heç bir səbəbli əlaqələri yoxdurlar və mərhuma sağlağında göstərilmiş tibbi yardımlar (ürəyin defibrilyasiyası, venalara iynə vurulması, traxeyanın intubasiyası və sair) zamanı əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitinin sol bel nahiyəsində, döş qəfəsinin hər iki yan səthlərində və hər iki bazunun yuxarı 1/3-nin içəri səthlərində qoltuq çuxurlarında aşkar olunmuş piqmentasiya sahələri keçirilmiş dəri xəstəliyinin qalıq əlamətləri olub, ölümlə səbəbli əlaqələri yoxdur. Cinayət işində olan komission məhkəmə -tibbi ekspertizasının 11 noyabr N0NNci il tarixli K/300-N0NN nömrəli rəyindən müəyyən olunur ki; - Zərərçəkmiş şəxs meyitinin ilkin məhkəmə -tibbi ekspertizasına dair tərtib olunan rəydən görünür ki, müayinə zamanı dil kökündə yara, sağ dirsək çuxurunda venalar proyeksiyasında yaracıqlar, döş qəfəsinin ön və sol yan divarında qansızma sahələri aşkar olunmuşdur. Göstərilən xəsarətlər müalicə məqsədi ilə tətbiq edilmiş tibbi manipulyasiyalar və təxirəsalınmaz tibbi yardımlar (ürəyin defibrilyasiyası, venalara iynə vurulması, traxeyanın intubasiyası və sair) zamanı yetirilməyə xarakterik olub, həyatidirlər, ölümlə səbəbli əlaqəsi yoxdur. Burun belində olan piqmentasiya sahəsi isə küt mexanizmdən, yəni bərk -küt əşyanın təsirindən əmələ gələn sıyrıq sahəsinin sağalmış izi olub, yetirilmə müddəti məhkəmə -tibbi müayinəyədək iki həftədən çoxdur, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs meyitinin sol bel nahiyəsində, döş qəfəsinin hər iki yan səthlərində və hər iki bazunun yuxarı 1/3-nin içəri səthlərində qoltuq çuxurlarında aşkar olunmuş piqmentasiya sahələri keçirilmiş dəri xəstəliyinin qalıq əlamətləri olub, patogenetik cəhətdən ölümlə səbəbli əlaqəsi yoxdur. - Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəstəliyi hərbi xidmət dövründə inkişaf etmişdir. Hərbi xidmətdən əvvəl SHXÇDX-nin Göygöl rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda bu diaqnozlu xəstəlik olmamışdır. - Zərərçəkmiş şəxs ölümünə səbəb, orqanizmin ümumi intoksikasiyası, infeksion toksiki şok, disseminə olunmuş damardaxili laxtalanma sindromu, kəskin ürək damar və ağciyər çatışmazlığı ilə ağırlaşmış hər iki ağciyərin kəskin hemorragik-irinli pnevmoniyası olmuşdur. Pnevmoniyanın xarakteri, digər orqan və sistemlərdə (kəskin seroz tonzillit; kəskin hemorragik traxeit; kəskin seroz-irinli plevrit; kardiomiositlərin fraqmentasiyası; miokardda, qaraciyərdə və böyrəklərdə parenximatoz zülal distrofiyası; qaraciyərdə seroz hepatit əlamətləri; dalaqda limfoid follikulların qeyribərabər hiperplaziyası (splenomeqaliya); venoz damarların mənfəzində təzə əmələ gəlmiş trombozlar) çoxlokalizasiyalı patomorfoloji dəyişikliklərin olması, ölümə səbəb olan ikitərəfli irinli hemorragik pnevmoniyanın kəskin respirator infeksiyaların ağırlaşması nəticəsində inkişaf etməsini göstərir. Hal-hazırda ölümə səbəb olan KRİ-ya xəstəliyinin etiologiyasını (törədicisini) dəqiq təyin etmək mümkün deyildir, bu qrup altında təxminən N0-dən artıq xəstəlik törədicisi mövcuddur və bu xəstəliklərin klinikası eynilik təşkil edir. Hazırda pandemiyada olan COVİD-19 xəstəliyi də bu qrupa aid xəstəlik hesab edilir. - Səhiyyə Nazirliyinin bu xəstəliklər üzrə işçi protokolundan görünür ki, kəskin respirator infeksiyalar (KRİ) - əsasən, hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və orta dərəcəli intoksikasiya ilə səciyyələnən, klinikası oxşar olan bir neçə kəskin infeksiyanın ümumi adıdır. KRİ-lərin etiologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriya və ibtidailər tərəfindən törədilə bilərlər. Kəskin respirator infeksiya və qrip halları bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edərək, böyüklər və uşaqlar arasında tənəffüs yollarının xəstəlikləri strukturunda birinci yeri tutur. Bu qrup xəstəliklər zamanı fəsadlaşma halları N0-60% təşkil edir. Fəsadlar ən çox uşaqlar və 65 yaşdan yuxarı böyüklərdə meydana çıxır. Ən çox rast gəlinən fəsadlar otitlər, ikincili bakterial və virus (daha az) etiologiyalı pnevmoniya, tənəffüs çatışmazlığı, bakterial sinusitlərdir. Kəskin respirator infeksiyalarla (KRİ) xəstələnmə zamanı xəstənin vəziyyətinin ağırlığının düzgün qiymətləndirilməsi sonrakı səmərəli müalicənin bazisini təşkil edir. KRİ xəstəliyinin inkişaf sürəti, xəstəliyi törədən virus və bakteriyaların virulentliyindən (zədələyici potensialından), növündən, orqanizmin immun sisteminin vəziyyətindən və digər fərdi xüsusiyyətlərindən asılı olur və kliniki əlamətlərin tam təzahürü bir neçə saatdan, bir neçə günədək ola bilər. Hazırkı halda əsas xəstəlik olan KRİ-nin ilkin kliniki əlamətlərinin təzahür dövrü xx.xx.N0NN-ci il tarixə uyğundur, inkubasiya dövrü (gizli dövr) isə ilkin kliniki əlamətlərin inkişafından təxminən N-3 sutka əvvəl inkişaf etməyə uyğundur. - Əksər xəstəliklərdə, o cümlədən, kəskin respirator infeksiyasına yoluxan xəstələrin vaxtında aşkar edilərək, adekvat müalicəyə cəlb edilməsi və tibbi göstəriş olduğu halda, ixtisaslı tibb müəssisəsinə təxliyə olunması müalicənin sonrakı etaplarında daha effektiv nəticənin və müsbət dinamikanın əldə olunmasına zəmin yaratmaqla, həyat üçün təhlükəli olan ağırlaşmaların qarşısının alınması üçün geniş imkan yaradır. İlkin və təkrar aparılan histoloji tədqiqatlarda aşkar olunan patologiyanın xarakteri ona əsas verir ki, Zərərçəkmiş şəxs xx.xx.N0NN-xx.xx.N0NNci il tarixdə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olarkən onun xəstəliyi tam kliniki inkişaf mərhələsində olmaqla, proqnozu ciddi olmuşdur və müalicənin sonunda onda artıq “pnevmoniya” xəstəliyi inkişaf etmişdir. - Zərərçəkmiş şəxs adına tərtib olunan tibbi kitabçadan görünür ki, xx.xx.N0NN-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət edərkən ona “kəskin respirator xəstəlik” diaqnozu təyin edilərək, stasionar müalicəyə qəbul edilərkən ilkin təyin olunmuş “kəskin respirator xəstəlik” diaqnozunu və verilmiş təyinatı düzgün hesab etmək olar, belə ki, yuxarı tənəffüs yollarının infeksion xəstəliklərində ilkin olaraq işçi diaqnoz kimi təyin edilə bilər. Lakin xəstəyə xəstəlik tarixi açılmalı olduğu halda, tərtib edilmədiyindən, xəstə stasionara daxil olarkən, stasionar müalicə dövründə və xx.xx.N0NN-ci il tarixdə stasionardan bölüyünə yazılarkən onun vəziyyətini və xəstəliyin inkişaf dinamikasını qiymətləndirmək və sağlamlıq vəziyyətinə konkret məqamlarda qiymət vermək mümkün olmasa da, hər bir halda “Kəskin respirator xəstəlik” diaqnozu ilə xəstənin 3 (üç) gün müalicə olunaraq, öz bölüyünə yazılmasından sonra onun xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə təkrarən anoloji şikayətlərlə müraciət etməsi, onun sağalmadan vaxtından əvvəl öz bölüyünə yazılmasına dəlalət edir. Respirator virus xəstəliklərinin müalicəsi zamanı qısa zaman ərzində xəstənin vəziyyətinin stabilləşərək, bədən hərarətinin normaya düşməsi xəstənin tam müalicə olunmasının kriteriyası ola bilməz. “Hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahı”nın tələblərinə görə “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəsffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstələrin orta müalicə müddəti isə 4-8 gün təşkil edir. Göstərilənə əsasən, Zərərçəkmiş şəxs onun düçar olduğu xəstəliyin müalicəsi üçün zəruri hesab olunan müddətdə dinamiki müayinə və müalicə olunmadan, xx.xx.N0NN-ci il tarixdə natamam müalicə kursu ilə vaxtından əvvəl öz bölüyünə yazılmışdır. Buna görə də, onun xəstəliyi proqressivləşərək, ölümə səbəb olan irinli-hemorragik pnevmoniya və DDL (damardaxili laxtalanma) sindromu ilə fəsadlaşmışdır. Odur ki, Zərərçəkmiş şəxs tibb məntəqəsində tam müayinəsi, fəsadlaşmanın vaxtında aşkarlanması və müalicənin effektivliyinə nəzarət və vaxtında hospitala göndərilməsi səmərəli təşkil olunmamış, xəstə stasionardan vaxtından əvvəl yazılaraq, ümumilikdə təxminən 6 (altı) gün zəruri tibbi müayinə və müalicədən kənarda qalaraq, gecikdirilmiş, səmərəsiz müalicə nəticəsində “Kəskin respirator xəstəliyi” ağır fəsadlaşmalara, ən başlıcası isə “İkitərəfli irinlihemorragik pnevmoniya”nın inkişaf etməsinə səbəb olmuşdur. Ona görə də, xx.xx.N0NN-ci il tarixdən etibarən poliorqan çatışmazlığı sindromu inkişaf edərək, xx.xx.N0NN-ci il saat 04:40-da ölümlə nəticələnmişdir. - Meyitin ilkin məhkəmə -tibbi ekspertizası zamanı və təkrar histoloji müayinə ilə müəyyən olunan patomorfoloji nəticələrin ağırlığı, stasionar müalicədən sonra xəstənin vəziyyətinin stabilləşməməsi, şikayətlərinin davam etməsi, hərarətin yenidən yüksəlməsi, halsızlıq və xəstənin təkrar olaraq xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə eyni şikayətlərlə müraciət etməsi ona əsas verir ki, xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixdə stasionar müalicənin sonunda onun düçar olduğu kəskin respirator xəstəliyi “pnevmoniya” ilə ağırlaşmışdır. Bundan başqa, xx.xx.N0NNxx.xx.N0NN-ci il tarixlər aralığında xəstədə pnevmoniya ilə bərabər həyat üçün təhlükəli olan digər fəsad - DDL (damardaxili laxtalanma) sindromu inkişaf etmişdir ki, bu ağırlaşmanın proqnozu həmişə ciddi olmaqla, ixtisaslaşdırılmış tibbi yardım göstərilmədikdə əksər hallarda letal nəticəyə səbəb olur. Tibbi kitabçada olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nda yazılanlardan aydın olur ki, xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs COVİD-19 infeksiyasına görə vaksinasiya olunmuşdur. Vaksinasiyanın Zərərçəkmiş şəxs xəstəliyinin şiddətli klinik inkişaf və ağırlaşma dövründə aparılması, onun xəstəliyinin daha da proqressivləşməsinə səbəb olmaqla, ağırlaşmaların inkişaf etməsinə əhəmiyyətli təkan vermişdir. Xəstəliklərin kəskinləşmə dövründə və hərarəti olan şəxslərdə COVİD-19 xəstəliyinə qarşı vaksinasiyanın aparılması əks göstərişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Xaçmaz MRX-da tibbi müayinədən (döş qəfəsinin rentgenoloji müayinəsindən) keçərkən onda pnevmoniya xəstəliyi aşkar olunduqdan sonra, DSX-nın Hərbi Hospitalına təxliyə olunması qərara alınmışdır. X38 Xidmətində Tibbi Təminata dair Təlimatının 618 və 619-cu bəndinin tələblərinə zidd olaraq, təxirəsalınmaz İİ-İİİ səviyyəli tibbi yardıma ehtiyacı olan xəstə, sanitar avtomobillə deyil, şəxsi avtomobillə Bakı şəhərində yerləşən DSX-nın Hərbi Hospitalına təxliyə edilmişdir. Zərərçəkmiş şəxs hərbi hissə səviyyəsində göstərilən tibbi yardımlar zamanı buraxılmış qüsurlar aşağıdakılardan ibarətdir: Xəstə hərbi hissənin tibb məntəqəsinə qəbul olunarkən onun adına xəstəlik tarixi açılmamışdır ki, bu da xəstəliyin dinamikasını xronoloji olaraq izləməyə və xəstənin vəziyyətinin ağırlığını qiymətləndirməyə imkan verməmişdir. Xəstənin stasionar müalicə müddəti yarımçıq və səmərəsiz olduğundan (Hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahının tələblərinə görə, “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəsffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstənin orta müalicə müddəti isə 4-8 gün təşkil edir), ölümə səbəb olan sonrakı ağırlaşmaların inkişaf etməsinə təkan vermişdir. Stasionar müalicə dövründə xəstənin vəziyyətinin ağırlığı, fəsadların olması və digər orqanlarda dəyişikliklərin olması qiymətləndirilməmişdir. xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixdə stasionar müalicənin sonunda xəstənin rentgen müayinədən keçirilməsi ilə sağalmanın kriteriyası təyin edilə bilərdi. Xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır, hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə təkrar müraciətləri dövründə pnevmoniya və digər ağırlaşmalar və eyni zamanda təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xəstə stasionara qəbul edilməmiş və nəticədə xx.xx.N0NN-ci il tarixədək həkim nəzarətindən kənarda qalmışdır. Həmin dövrlərdə, istər xx.xx.N0NN-ci il və istərsə də, xx.xx.N0NN-ci il tarixlərdə xəstəyə müvafiq yardım göstərilməklə, İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyə olunmalı idi. Xəstəyə əks göstəriş olduğu halda, xx.xx.N0NN-ci il tarixdə COVİD-19 infeksiyasına qarşı vaksinasiya edilmişdir. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragik-irinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilmədən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. - Bununla da, N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs müayinə, müalicə və təxliyəsi zamanı buraxılmış qüsurlarla, onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır, yuxarıdakı bəndlərdə göstərildiyi kimi Zərərçəkmiş şəxs hərbi hissədə tam və adekvat tibbi yardım göstərilərək, vaxtında ixtisaslı müayinə və müalicə üçün təxliyə olunsaydı, onun düçar olduğu KRİ xəstəliyi həyat üçün təhlükəli olan fəsadlarla ağırlaşmazdı, ağırlaşsa belə, xəstəliyin erkən dövrlərində yuxarıda göstərilən tədbirlər göstərildiyi halda, xəstəliyin bu mərhələsində ölümün qarşısı alına bilərdi. Hərbi hissədə tibb xidmətinə cavabdeh şəxslər - hərbi hissənin tibb xidməti rəisi, tibb məntəqə rəisi, növbətçi həkim və müalicə həkimidir. - Zərərçəkmiş şəxs təyin edilmiş “kəskin bronxit?”, “ikitərəfli bronxopnevmaniya əlamətləri”, “ikitərəfli bronxopnevmaniya?” və “hər iki ağ ciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya” diaqnozlu xəstəliklər demək olar ki, eyni xəstəliklərdir, inkişaf etməsinə görə “kəskin respirator xəstəlik”lə səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına daxil olarkən zəruri tibbi yardım göstərildiyi halda, onun ölümünün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və birmənalı fikir yürütmək mümkün deyildir. Belə ki, həmin dövrdə xəstənin vəziyyəti ağır olmaqla, poliorqan çatışmazlığı artıq inkişaf etmişdi. Cinayət işində olan təkrar komission məhkəmə -tibbi ekspertizasının xx.xx.N0N3-cü il tarixli KEŞ-171 nömrəli rəyindən görünür ki, N004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və meyitinin məhkəmə -tibbi müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. - Zərərçəkmiş şəxs adına tərtib edilmiş ilkin məhkəmə -tibbi ekspertiza və komisyon məhkəmə -tibbi ekspertiza rəyləri əsaslıdır, rəylərin protokol hissələrində olan məlumatlarla ekspertlərin gəldiyi nəticə uyğunluq təşkil edir, ziddiyyətlər mövcud deyildir. - Zərərçəkmiş şəxs hərbi xidmətə çağırılanadək hər hansı bir xəstəliklə müraciət etməsi barədə iş materiallarında hər hansı bir məlumat və tibbi sənədlər mövcud deyildir. Lakin, həqiqi hərbi xidmətə çağırışla əlaqədar tibbi müayinələrdən keçərkən aparılan müayinə nəticələrinə əsasən demək olar ki, həmin dövrdə onda hər hansı bir xəstəlik, o cümlədən ürəkdə sıxıntılar yarada bilən və həqiqi hərbi xidmət dövründə onun ölümünə səbəb olan xəstəliklə səbəb əlaqəli hər hansı bir patologiya mövcud olmamışdır. - Zərərçəkmiş şəxs hərbi xidmətə çağırılarkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən tibbi müayinələrdən tam və lazımi qaydada keçirilmiş, göstərilən dövrdə onda yalnız “Sadə miopiya OD-0,7; OS-0,9” diaqnozlu xəstəlik olmuşdur və bu patologiyanın ölümə səbəb olan xəstəliklə hər hansı bir əlaqəsi yoxdur. - Zərərçəkmiş şəxs Dövlət Sərhət Xidmətinin N nömrəli hərbi hissəsində hərbi xidmətə qəbul edilərkən onda hər hansı bir xəstəlik əlamətləri mövcud olmamışdır. xx.xx.N0NN-ci il tarixdə Xaçmaz MRX-da müayinə olunduğu zaman ona qoyulmuş, sadə miopiya OD-0,7; OS-0,9 diaqnozu ilə onun ölümünə səbəb olmuş xəstəlik arasında hansısa səbəbli əlaqə mövcud deyildir. - Vəfat etdikdən dərhal sonra Zərərçəkmiş şəxs bədəni üzərində dil kökündə yara, sağ dirsək çuxurunda venalar proyeksiyasında yaracıqlar, döş qəfəsinin ön və sol yan divarında qansızma sahələri aşkar olunmuşdur. Göstərilən xəsarətlər müalicə məqsədi ilə tətbiq edilmiş tibbi manipulyasiyalar və təxirəsalınmaz tibbi yardımlar (ürəyin defibrilyasiyası, venalara iynə vurulması, traxeyanın intubasiyası və sair) zamanı yetirilməyə xarakterik olub, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, xəsarətlərin ağırlıq dərəcəsinin təyinində nəzərə alınmır. Burun belində olan piqmentasiya sahəsi isə küt mexanizmdən, yəni bərk -küt əşyanın təsirindən əmələ gələn sıyrıq sahəsinin sağalmış izi olub, yetirilmə müddəti məhkəmə -tibbi müayinəyədək iki həftədən çoxdur, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, ölümlə səbəbli əlaqəsi yoxdur. Sol bel nahiyəsində, döş qəfəsinin hər iki yan səthlərində və hər iki bazunun yuxarı 1/3nin içəri səthlərində qoltuq çuxurlarında aşkar olunmuş piqmentasiya sahələri keçirilmiş dəri xəstəliyinin qalıq əlamətləri olub, patogenetik cəhətdən ölümlə səbəbli əlaqəsi yoxdur. - Məhkəmə -tibbi ekspertizanın xx.xx.N0NN-ci il tarixli, 17 nömrəli ekspert rəyində mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kimi irinli traxeobronxitlə müşayiət olunan, qram “müsbət” koklar və “Klebsiella oxutoca” bakteriyaları tərəfindən törədilmiş hər iki ağciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya xəstəliyinin olması düzgün göstərilmişdir. - xx.xx.N0NN-ci il tarixli, 17 nömrəli məhkəmə -tibbi ekspert rəyinə əsasən “Hər iki ağciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya” xəstəliyi mərhum Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə stasionardan öz bölüyünə yazılarkən artıq onda mövcud olmuşdur. - Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsində stasionar qaydada müalicə olunarkən ona ilkin təyin olunmuş “Kəskin respirator xəstəlik” diaqnozunu və verilmiş təyinatı düzgün hesab etmək olar, belə ki, yuxarı tənəffüs yollarının infeksion xəstəliklərində ilkin olaraq işçi diaqnoz kimi təyin edilə bilər. “Kəskin respirator xəstəlik” diaqnozu ilə xəstənin 3 (üç) gün müalicə olunaraq, öz bölüyünə yazılmasından sonra onun xx.xx.N0NN-ci il və xx.xx.N0NN-ci il tarixlərdə təkrarən anoloji şikayətlərlə müraciət etməsi, onun sağalmadan vaxtından əvvəl öz bölüyünə yazılmasına dəlalət edir. Respirator virus xəstəliklərinin müalicəsi zamanı qısa zaman ərzində xəstənin vəziyyətinin stabilləşərək, bədən hərarətinin normaya düşməsi xəstənin tam müalicə olunmasının kriteriyası ola bilməz. “Hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahı’nın tələblərinə görə “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyah kəskin infeksiyalan” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəffüs yollarının kəskin infeksiyalan” ilə müalicə alan xəstələrin orta müalicə müddəti isə 4-8 gün təşkil edir. Göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs onun düçar olduğu xəstəliyin müalicəsi üçün zəruri hesab olunan müddətdə dinamiki müayinə və müalicə olunmadan, xx.xx.N0NN-ci il tarixdə natamam müalicə kursu ilə vaxtından əvvəl öz bölüyünə yazılmışdır. Buna gorə də, onun xəstəliyi proqressivləşərək, ölümə səbəb olan irinli-hemorragik pnevmoniya və DYL-sindrom (X4 sindromu) ilə fəsadlaşmışdır. Odur ki, Zərərçəkmiş şəxs tibb məntəqəsində tam müayinəsi, fəsadlaşmanın vaxtında aşkarlanması və müalicənin effektivliyinə nəzarət və vaxtında hospitala göndərilməsi səmərəli təşkil olunmamış, xəstə stasionardan vaxtnndan əvvəl yazılaraq, ümumilikdə təxminən 6 (altı) gün zəruri tibbi müayinə və müalicədən kənarda qalaraq, gecikdirilmiş, səmərəsiz müalicə nəticəsində “Kəskin respirator xəstəliyi” ağır fəsadlaşmalara, ən başlıcası isə “İkitərəfli irinli-hemorragik pnevmoniya”nın inkişaf etməsinə səbəb olmuşdur. Ona görə də, xx.xx.N0NN-ci il tarixdən etibarən poliorqan çatışmazlığı sindromu inkişaf edərək, xx.xx.N0NN-ci il saat 0440-da ölümlə nəticələnmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilmiş təyinat bu xəstəlik üçün əks göstəriş olmasa da tam müalicə üçün yetərli olmamışdır. Hərbi hissənin tibb məntəqəsiində Zərərçəkmiş şəxs adına tərtib olunan 9N nömrəli xəstəlik tarixində olan kliniki göstəricilər meyitin məhkəmə 1tibbi müayinəsi zamanı əldə olan morfoloji əlamətlərlə, ilkin və təkrar histoloji müayinələrdə aşkar olunan göstəricilərlə və ən başlıcası isə istintaq materiallarında olan məlumat və xəstəliyin klinikası ilə uyğunluq təşkil etmir. Xəstəlik tarixində Zərərçəkmiş şəxs tam sağalma ilə tibb məntəqəsindən yazılması göstərilsə də məlumdur ki, həmin dövrdə artıq onda pnevmoniya xəstəliyi mövcud olmuşdur. Ona görə də xəstə xx.xx.N0NN-ci il tarixdə eyni şikayətlərlə təkrar müraciət etmişdir. Xəstəlik tarixində göstərilən dərman preparatlarının təyini Zərərçəkmiş şəxs düçar olduğu xəstəliyin müalicəsi üçün əks göstəriş olmasa da həmin dövrdə xəstədə olan pnevmoniya xəstəliyinin müalicəsi və xəstəliyin ağırlığı üçün yetərli olmamışdır, xəstənin ixtisaslı tibb müəssisəsində müayinə və müalicəsinə tibbi göstəriş olmuşdur. - xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərzində onun tibb göstəriciləri və vizual vəziyyətinə əsasən tibb məntəqəsində mövcud olan şərait onun müayinə və müalicəsinin lazımi qaydada həyata keçirilməsinə imkan vermişdir, lakin müalicə kursu tam icra edilməmişdir. Xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır, hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NNci il tarixdə tibb məntəqəsindən bölməsinə yazılarkən ölümünə səbəb olan əsas xəstəliyin əlamətləri onda mövcud olmuşdur. - xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərazində N nömrəli hərbi hissənin tibb məntəqəsində stasionar qaydada müalicə aldığı müddətdə stasionardan vaxtından əvvəl yazılmayaraq, Zərərçəkmiş şəxs müalicə kursu tam formada həyata keçirildiyi təqdirdə stasionar müalicə dövründə xəstəliyinin əlamətlərinə, özünün şikayətlərinə, obyektiv müayinənin nəticələrinə əsasən “kəskin respirator xəstəliy”in ağırlaşmalarını müəyyən etmək mümkün olardı. - Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəstəliyə və ya ölümünə gətirib çıxaran xəstəliyin yaranmasına səbəb olan amillərin vaxtında aşkara çıxarılması üçün N nömrəli hərbi hissənin tibb məntəqəsində xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NNci il tarixədək olan müddət ərazində, xəstəliyinin əlamətlərinə, özünün şikayətlərinə, obyektiv müayinənin nəticələrinə əsasən diaqnozun təyin edilməsi düzgün olmuşdur, lakin müalicə kursu natamam hesab edilir. Müalicənin düzgün aparılmasında tibb məntəqə rəisi, müalicə həkimi və növbətçi həkim məsuliyyət daşıyır. - xx.xx.N0NN-ci il tarixdə saat NN:N3 radələrində Zərərçəkmiş şəxs tibb məntəqəsində müayinə edildiyi halda onun xəstəliyini vaxtında aşkar etmək və ağırlaşmasının qarşısını almaq, müsbət halda xəstənin ölümünün qarşısını almaq mümkün olardı. Zərərçəkmiş şəxs həmin tarixdə deyil, növbəti gün səhər saatlarında müayinə edilərək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərilməsi ilə, yəni təxminən 10- 11 saat gec göndərilməsi ilə onun xəstəliyinin ağırlaşması, arasında əhəmiyyətli səbəbli əlaqə vardır. - Ağciyərlərdə olan patologiyalar, o cümlədən pnevmoniya xəstəliyinin ilkin obyektiv əlamətləri ağciyərlərin auskultasiyasında müəyyən oluna bilərdi, lakin bundan sonra diaqnozun dəqiqləşdirilməsi üçün radioloji müayinələrin aparılması mütləqdir, bu qərar və digər müayinə və müalicə planı müalicə həkimi tərəfindən verilir. Belə ki, Zərərçəkmiş şəxs tibb məntəqəsində xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan stasionar müalicə dövrünün sonunda artıq pnevmoniya xəstəliyi inkişaf etmişdir. Bundan başqa həmin dövrdə pnevmoniya xəstəliyindən başqa xəstədə kəskin respirator xəstəliyin digər ağırlaşmaları hesab olunan “Tonzillit, traxeit və plevrit” kimi patologiyalar da mövcud olmuşdur və bu əlamətlərin aşkar olunması tibb məntəqəsi səviyyəsində mümkün idi. Sözügedən müddət ərzində ona ixtisaslı tibbi yardım göstərilmiş olsaydı sağalma ehtimalı olardı. - Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəstəliyin vaxtında aşkar olunması və düzgün diaqnoz qoyulması üçün N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin hansı tibbi aparatura və avadanlıqlarla təmin olunması məsələsinin həlli məhkəmə -tibbi ekspertizanın səlahiyyətlərinə aid deyildir. Konkret olaraq hərbi hissənin tibb məntəqəsi İ səviyyəli tibbi xidməti həyata keçirir və bu səviyyədə aparılan müayinə və qəbul edilən tibbi qərarlar əsasında Zərərçəkmiş şəxs xəstəliyinin aşkara çıxarılması mümkün idi. - N nömrəli hərbi hissənin tibb məntəqəsinin vəzifəli şəxsləri mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş xəstəliyi və ya onun ölümünə gətirib çıxaran amilləri vaxtında müəyyən edib, həmin xəstəliyin diaqnozunu müəyyən etməyi və həmin xəstəliyə adekvat müalicə aparmağı bacarmalıdır. Təlimatla bu İ səviyyəli tibbi yardımı həyata keçirən hərbi hissənin tibb məntəqəsinin səlahiyyətlərinə aiddir. - xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək olan müddət ərazində Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin tibb məntəqəsində göstərilmiş tibbi yardım onun səhhətinə zərər vurmamışdır, lakin yetərli olmamışdır. - Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlər (tibbi kitabça, xəstəlik tarixi, ambulator vərəqə və s.) mövcud normativ sənədlərin tələblərinə uyğun tərtib edilmişdir, həmin sənədlərdə bir-birini təkzib edən xüsusatlar mövcud deyildir, lakin xəstəyə tibb məntəqəsində xəstəlik tarixi tərtib edilməmişdir. Tibb məntəqəsində müalicə -diaqnostika işinə tibb məntəqə rəisi cavabdehdir. - Ümumiyyətlə, Zərərçəkmiş şəxs olan “yayılmış irinli-hemorragik pnevmoniya” xəstəliyini N nömrəli hərbi hissənin tibb məntəqəsində vaxtında aşkar etmək və onun ağırlaşmalarının qarşısını almaq mümkün olsa da bu, həyata keçirilməmişdir. Xəstəliyi vaxtında aşkar edib, ağırlaşmalarının qarşısı alınsaydı, Zərərçəkmiş şəxs ölümünün də qarşısı alınmış olardı. - Zərərçəkmiş şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında təyin edilmiş diaqnoz düzgün olmuşdur. - xx.xx.N0NN-ci il tarixdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından hərbi hissəsinə qayıtdıqdan sonra mərhum Zərərçəkmiş şəxs DSX-nın Hərbi Hospitalına təxliyə olunması qərara alınmışdır. Qəbul olunan qərar düzgün olsa da Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair Təlimatının 618 və 619-cu bəndlərinin tələblərinə zidd olaraq, təxirəsalınmaz İİ-İİİ səviyyəli tibbi yardıma ehtiyacı olduğu halda, sanitar avtomobillə deyil, şəxsi avtomobillə Bakı şəhərində yerləşən DSXnın Hərbi Hospitalına təxliyə edilmişdir. - Zərərçəkmiş şəxs təyin edilmiş “Kəskin respirator xəstəlik”, “Kəskin bronxit?”, “İkitərəfli bronxopnevmoniya əlamətləri”, “İkitərəfli bronxopnevmoniya?” və “Hər iki ağciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinlihemorragik pnevmoniya” xəstəlikləri arasında etio-patogenetik səbəbli əlaqə mövcuddur. - Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə saat NN radələrində Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirildiyi zaman onda ölümünə səbəb olan “Hemorragik pnevmoniya” xəstəliyinin əlamətləri tam klinikasına uyğun formada mövcud olmuşdur. Xəstənin vizual olaraq klinik aktiv görünməsi onun vəziyyətinin kafi olması kimi qiymətləndirilə bilməz, ətraflı kliniki, laborator və instrumental müayinələr tətbiq edilməklə xəstənin real vəziyyətinin ağırlığı dəqiq müəyyən edilə bilərdi. Respirator virus infeksiyalarının və pnevmoniya xəstəliyinin diaqnozu Səhiyyə Nazirliyinin mövcud kliniki protokollarında nəzərdə tutulan müayinələrlə təyin edilir. Pnevmoniya xəstəliyinin diaqnozunun “bədənə toxunmaqla təyin edilməsi” kimi bir müayinə üsulu mövcud deyildir. - Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəstəliyin əlamətlərinin özünü aşkar sürətdə biruzə verməməsi, yalnız öldüyü vaxt, yəni xx.xx.N0NN-ci il tarixdə saat 04 radələrində kəskin pisləşməsi və ölümü ilə nəticələnməsi mümkün deyildir. Həmin dövrdə xəstəliyin kifayət qədər aşkar edilməsi mümkün olan kliniki əlamətləri mövcud olmuşdur. - Zərərçəkmiş şəxs şikayətləri xx.xx.N0NN-ci il tarixdən etibarən davam etmişdir, xəstəliyin başlanması ilə ölüm arasında kifayət qədər müddət və daxili üzvlərdə patoloji dəyişikliklər, poliorqan çatışmazlığı inkişaf etmişdir. - N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs müayinə, müalicə və təxliyyəsi zamanı buraxılmış qüsurlarla, onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Yuxarıdakı bəndlərdə göstərildiyi kimi Zərərçəkmiş şəxs hərbi hissədə tam və adekvat tibbi yardım göstərilərək, vaxtında ixtisaslı müayinə və müalicə üçün təxliyə olunsaydı, onun düçar olduğu “KRİ xəstəliyi” həyat üçün təhlükəli olan fəsadlarla ağırlaşmazdı, ağırlaşsa da belə, xəstəliyin erkən dövrlərində yuxarıda göstərilən tədbirlər göstərildiyi halda, xəstəliyin bu mərhələsində ölümün qarşısı alına bilərdi. Hərbi hissədə tibbi xidmətə cavabdeh şəxslər – hərbi hissənin tibb xidməti rəisi, tibb məntəqə rəisi, növbətçi həkim və müalicə həkimidir. Zərərçəkmiş şəxs hərbi hissə səviyyəsində göstərilən tibbi yardımlar zamanı buraxılmış qüsurlar bunlardan ibarətdir: Xəstə hərbi hissənin tibb məntəqəsinə qəbul olunarkən onun adına xəstəlik tarixi açılmamışdır ki, bu da xəstəliyin dinamikasını xronoloji olaraq izləməyə və xəstənin vəziyyətinin ağırlığını qiymətləndirməyə imkan verməmiş, xəstənin stasionar müalicə müddəti yarımçıq və səmərəsiz olduğundan (hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahının tələblərinə görə, “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstənin orta müalicə müddəti isə 4-8 gün təşkil edir), ölümə səbəb olan sonrakı ağırlaşmaların inkişaf etməsinə təkan vermiş, stasionar müalicə dövründə xəstənin vəziyyətinin ağırlığı, fəsadların olması və digər orqanlarda dəyişikliklərin olması qiymətləndirilməmişdir. xx.xx.N0NN-xx.xx.N0NN- ci il tarixlərdə stasionar müalicənin sonunda xəstənin rentgen müayinədən keçirilməsi ilə sağalmanın kriteriyası təyin edilə bilərdi. Eyni zamanda xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır. Hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN-ci il və xx.xx.N0NN-ci il tarixlərdə təkrar müraciətləri dövründə pnevmoniya və digər ağırlaşmalar və eyni zamanda təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xəstə stasionara qəbul edilməmiş və nəticədə xx.xx.N0NN-ci il tarixədək həkim nəzarətindən kənarda qalmışdır. Həmin dövrlərdə, istər xx.xx.N0NN-ci il və istərsə də xx.xx.N0NN-ci il tarixlərdə xəstəyə müvafiq yardım göstərilməklə, İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyə olunmalı idi. Xəstəyə əks göstəriş olduğu halda, xx.xx.N0NN-ci il tarixdə COVİD-19 infeksiyasına qarşı vaksinasiya edilmişdir. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragik-irinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilmədən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. - Zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına daxil olarkən zəruri tibbi yardım göstərildiyi halda, onun ölümünün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və birmənalı fikir yürütmək mümkün deyildir. Belə ki, həmin dövrdə xəstənin vəziyyəti ağır olmaqla, poliorqan çatışmazlığı artıq inkişaf etmişdi. İşdə olan N nömrəli hərbi hissə komandirinin N5 fevral N003-cü il tarixli 56 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N003-cü il tarixli 151 ş/h nömrəli əmri ilə qeyd edilən hərbi hissənin tibb bölməsinin sanipedemioloqu vəzifəsinə təyin edildiyi üçün həmin tarixdən hərbi hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək vəzifələrinin icrasına başlamışdır. İşdə olan N nömrəli hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli 0N1N nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, tibb xidməti mayoru Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N0N1-ci il tarixli 0043 nömrəli əmri ilə təsdiq edilmiş ştat dəyişikliyi ilə əlaqədar həmin tarixdən qeyd edilən hərbi hissənin maddi-texniki təminat şöbəsinin tibb bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının N8 oktyabr N0N4-cü il tarixli, 1-1(103)-N6/N0N4 saylı qərarı əsasında təyin edilərək keçirilmiş təkrar komisyon məhkəmə -tibbi ekspertizasının 10 dekabr N0N4-cü il tarixli rəyində göstərilmişdir ki, N004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1. Zərərçəkmiş şəxs xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixlərdə N nömrəli hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuş, müalicənin sonunda xəstəyə rentgeneloji müayinə aparılmamış, həmçinin sağlamlıq vəziyyəti düzgün qiymətləndirilmədən xx.xx.N0NN-ci il tarixdə tibb məntəqəsindən bölüyə yazılmışdır, Zərərçəkmiş şəxs səhhətində olan patoloji proses xx.xx.N0NN-ci il tarixədək daha da proqressivləşmiş və onun ölümü ilə tibb məntəqəsinin həkimi Təqsirləndirilən şəxs hərəkətsizliyi arasında birbaşa səbəbli əlaqə yaranmışdır. N. Zərərçəkmiş şəxs səhhətində olan şikayətlərlə əlaqədar onun ilkin stasionar müalicəsi tam başa çatmadan bölüyə yazılması səbəbindən, həm də natamam müayinələr aparıldığından inkişaf edən fəsad və ağırlaşmalar, xx.xx.N0NN-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə (naməlum səbəbdən) gətirilməməsindən asılı olmayaraq onda mövcud olan “KRİ xəstəliyi” immun sisteminin zəif olması fonunda ölümünə səbəb olan ağırlaşmaların inkişafına rəvac verə bilərdi. 3. Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı tərəfindən göstərilən tibbi müdaxilələr yetərsiz olmuşdur. Lakin qeyd etmək lazımdır ki, mövcud olan xəstəliyin inkişafı bu etapda atipik olmuş və qısa müddət ərzində ölümə səbəb olmuşdur. 4. Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına daxil olduqdan sonra ona müvafiq kliniki, laborator və instrumental müayinələr aparılmalı, vəziyyəti düzgün qiymətləndirilməli, diaqnoz müəyyənləşdirilməli və buna müvafiq tibbi yardımların icrasına başlanılmalı idi. 5. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb irinli traxeobronxitlə müşayiət olunan qrammüsbət koklar və “Klebsiella oxutoca” bakteriyaları tərəfindən törədilmiş hər iki ağciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya xəstəliyinin olduğu müəyyən edilmişdir. Ölümün daha dəqiq səbəbi meyitin təşrihi (xarici və daxili müayinəsi aparıldıqdan sonra daxili üzv və toxumalardan götürülmüş nümunələrin histoloji tədqiqatı da aparıldıqdan sonra müəyyən edilir. Şərti olaraq xəstədə “İrinli-hemorragik pnevmoniya” diaqnozunun olmamasını nəzərə alsaq onun ölümündə hansı səbəbin həlledici olması (digər xəstəlik) haqqında fikir söylənilməsi mümkün deyildir. 6. Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdə inyeksiya edilmiş “Seftriakson” adlı antibiotik dərman preparatının təsiri nəticəsində onda damardaxili laxtalanma sindromunun inkişafı istisna edilir. 7. Tibbi təcrübəyə əsasən, “Ağciyərlərdə pnevmoniya” xəstəliyi inkişaf mərhələsindən asılı olaraq bədən hərarətinin 39-40°C qədər yüksəlməsi mümkündür. 8. Tibbi təcrübəyə əsasən, bədən hərarətinin 36.8°C olduğu halda xəstəyə “Seftriakson” adlı antibiotik dərman preparatının inyeksiya edilməsi əks göstəriş hesab edilmir. 9. Xəstəlik tarixinə əsasən, xəstəliyin (diaqnozun) təyin olunması üçün xəstənin ümumi anamnestik məlumatları, obyektiv müayinəsi, hemodinamik göstəriciləri, instrumental və laborator müayinələrin nəticələri qeyd edildiyi halda mövcud olan xəstəliyin inkişaf səviyyəsi təyin oluna bilər. 10. “Pnevmoniya” xəstəliyinin diaqnostikasında obyektiv və subyektiv əlamətləri halda digər instrumental müayinə və laborator analizlərin tədqiqatı ilə təsdiq olunması tələb olunur. Rentgenoloji avadanlıq olmadığı halda “Pnevmoniya” xəstəliyinin diaqnozu sual altında və dəqiqləşdirilməmiş olur. 11. Zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına daxil olarkən zəruri tibbi yardım göstərildiyi halda, onun ölümünün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və birmənalı fikir yürütmək mümkün deyildir. 1N. Zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına daxil olarkən onda saturasiyasmm 97% və bədən hərarətinin 36.8°C olduğunu nəzərə alaraq onun 4 saat müddətində ölümünə səbəb olan “irinlihemorragik pnevmoniya” xəstəliyinin inkişafı inandırıcı deyil. 13. Zərərçəkmiş şəxs qeyd edilən xəstəliyin müayinə və pulmonoloq tərəfindən aparıla bilərdi. Zərərçəkmiş şəxs vəziyyəti oksigen balonun müdaxiləsi nəticəsində onun ölümünün qarşısının haqqında əvvəlcədən birmənalı fikir söylənilməsi mümkün deyildir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.N0N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.N-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisin, məhkum edilmiş şəxsin və onun müdafiəçi sinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 15 mart N0N4-cü il tarixli, 1-1(093)-13/N0N4 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət -hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət -hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N0 may N011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 397.1 və 397.N-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1N may N009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət -prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 14N-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N-ci maddəsinin dispozisiyasına münasibətdə qeyd edir ki, bu cinayətin bilavasitə obyekti rəisə və ya hərbi vəzifəli şəxsə həvalə olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu cinayət obyektiv cəhətdən rəisin və ya hərbi vəzifəli şəxsin öz üzərinə düşən hərbi xidmət vəzifələrini yerinə yetirməməsində və ya natamam şəkildə yerinə yetirməsində, hərbi idarəçilik orqanlarının normal fəaliyyətinə, hərbi xidmətin mənafeyinə, yaxud hərbi qulluqçuların və ya digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə əhəmiyyətli zərər vurmasında, habelə ağır nəticələrin meydana çıxmasında ifadə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə meydana çıxmış zərərli nəticələr arasında səbəbli əlaqənin mövcud olması obyektiv cəhətin zəruri əlamətidir. Tövsifedici hallar qulluğa səhlənkar yanaşmanın ağır nəticələrə səbəb olmasını, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədilməsini nəzərdə tutur. Ağır nəticələrə hərbi intizamın, hərbi hissənin və bölmənin döyüş hazırlığının ən ciddi formada pozulması, fəlakət və ya qəza baş verməsi, döyüş texnikasının məhv edilməsi və ya zədələnməsi, böyük maddi zərər vurulması, şəxsiyyətin sağlamlığına ciddi zərər vurulması və sair aid ola bilər . Cinayətin subyektiv cəhəti təqsirin həm cinayətkarcasına özünəgüvənmə, həm də cinayətkarcasına etinasızlıq formasında ehtiva olunur. Tədqiq edilən cinayətin subyekti xüsusi subyektdir və subyekt qismində hərbi rəis və ya yaxud digər hərbi vəzifəli şəxs çıxış edə bilər. İş üzrə təyin edilmiş komisyon məhkəmə -tibbi ekspertizasının 11 noyabr N0NN-ci il tarixli K/300-N0NN nömrəli rəyinin 9 və 10-cu bəndlərində göstərilmişdir ki, mərhum əsgər Zərərçəkmiş şəxs hərbi hissə səviyyəsində göstərilən tibbi yardımlar zamanı buraxılmış qüsurlar aşağıdakılardan ibarət olmuşdur: Xəstə hərbi hissənin tibb məntəqəsinə qəbul olunarkən onun adına xəstəlik tarixi açılmamışdır ki, bu da xəstəliyin dinamikasını xronoloji olaraq izləməyə və xəstənin vəziyyətinin ağırlığını qiymətləndirməyə imkan verməmişdir. Xəstənin stasionar müalicə müddəti yarımçıq və səmərəsiz olduğundan (Hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahının tələblərinə görə, “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəsffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstənin orta müalicə müddəti isə 4-8 gün təşkil edir), ölümə səbəb olan sonrakı ağırlaşmaların inkişaf etməsinə təkan vermişdir. Stasionar müalicə dövründə xəstənin vəziyyətinin ağırlığı, fəsadların olması və digər orqanlarda dəyişikliklərin olması qiymətləndirilməmişdir. xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixdə stasionar müalicənin sonunda xəstənin rentgen müayinədən keçirilməsi ilə sağalmanın kriteriyası təyin edilə bilərdi. Xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır, hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə təkrar müraciətləri dövründə pnevmoniya və digər ağırlaşmalar və eyni zamanda təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xəstə stasionara qəbul edilməmiş və nəticədə xx.xx.N0NN-ci il tarixədək həkim nəzarətindən kənarda qalmışdır. Həmin dövrlərdə, istər xx.xx.N0NN-ci il və istərsə də, xx.xx.N0NN-ci il tarixlərdə xəstəyə müvafiq yardım göstərilməklə, İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyə olunmalı idi. Xəstəyə əks göstəriş olduğu halda, xx.xx.N0NN-ci il tarixdə COVİD-19 infeksiyasına qarşı vaksinasiya edilmişdir. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragik-irinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilmədən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. Bununla da, N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs müayinə, müalicə və təxliyəsi zamanı buraxılmış qüsurlarla, onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır, yuxarıdakı bəndlərdə göstərildiyi kimi Zərərçəkmiş şəxs hərbi hissədə tam və adekvat tibbi yardım göstərilərək, vaxtında ixtisaslı müayinə və müalicə üçün təxliyə olunsaydı, onun düçar olduğu KRİ xəstəliyi həyat üçün təhlükəli olan fəsadlarla ağırlaşmazdı, ağırlaşsa belə, xəstəliyin erkən dövrlərində yuxarıda göstərilən tədbirlər göstərildiyi halda, xəstəliyin bu mərhələsində ölümün qarşısı alına bilərdi. Bundan əlavə, iş üzrə təyin edilmiş təkrar komission məhkəmə -tibbi ekspertizasının xx.xx.N0N3-cü il tarixli KEŞ-171 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, ümumiyyətlə, N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs müayinə, müalicə və təxliyyəsi zamanı buraxılmış qüsurlarla, onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Yuxarıdakı bəndlərdə göstərildiyi kimi Zərərçəkmiş şəxs hərbi hissədə tam və adekvat tibbi yardım göstərilərək, vaxtında ixtisaslı müayinə və müalicə üçün təxliyə olunsaydı, onun düçar olduğu “KRİ xəstəliyi” həyat üçün təhlükəli olan fəsadlarla ağırlaşmazdı, ağırlaşsa da belə, xəstəliyin erkən dövrlərində yuxarıda göstərilən tədbirlər göstərildiyi halda, xəstəliyin bu mərhələsində ölümün qarşısı alına bilərdi. Hərbi hissədə tibbi xidmətə cavabdeh şəxslər – hərbi hissənin tibb xidməti rəisi, tibb məntəqə rəisi, növbətçi həkim və müalicə həkimidir. Zərərçəkmiş şəxs hərbi hissə səviyyəsində göstərilən tibbi yardımlar zamanı buraxılmış qüsurlar bunlardan ibarətdir: Xəstə hərbi hissənin tibb məntəqəsinə qəbul olunarkən onun adına xəstəlik tarixi açılmamışdır ki, bu da xəstəliyin dinamikasını xronoloji olaraq izləməyə və xəstənin vəziyyətinin ağırlığını qiymətləndirməyə imkan verməmiş, xəstənin stasionar müalicə müddəti yarımçıq və səmərəsiz olduğundan (hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahının tələblərinə görə, “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstənin orta müalicə müddəti isə 4-8 gün təşkil edir), ölümə səbəb olan sonrakı ağırlaşmaların inkişaf etməsinə təkan vermiş, stasionar müalicə dövründə xəstənin vəziyyətinin ağırlığı, fəsadların olması və digər orqanlarda dəyişikliklərin olması qiymətləndirilməmişdir. xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixlərdə stasionar müalicənin sonunda xəstənin rentgen müayinədən keçirilməsi ilə sağalmanın kriteriyası təyin edilə bilərdi. Eyni zamanda xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır. Hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN-ci il və xx.xx.N0NN-ci il tarixlərdə təkrar müraciətləri dövründə pnevmoniya və digər ağırlaşmalar və eyni zamanda təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xəstə stasionara qəbul edilməmiş və nəticədə xx.xx.N0NN-ci il tarixədək həkim nəzarətindən kənarda qalmışdır. Həmin dövrlərdə, istər xx.xx.N0NN-ci il və istərsə də xx.xx.N0NN-ci il tarixlərdə xəstəyə müvafiq yardım göstərilməklə, İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyə olunmalı idi. Xəstəyə əks göstəriş olduğu halda, xx.xx.N0NN-ci il tarixdə COVİD-19 infeksiyasına qarşı vaksinasiya edilmişdir. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragik-irinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilmədən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. Beləliklə birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə yekun nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, habelə öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə -tibbi ekspertizalarının rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Hazırda apellyasiya baxışı zamanı da keçirilmiş təkrar komisyon məhkəmə -tibbi ekspertizasının 10 dekabr N0N4-cü il tarixli rəyi ilə də Təqsirləndirilən şəxs təqsirliliyi kifayət qədər öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılşaraq iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən və işdə olan sübutları bir daha təhlil edərək belə yekun nəticəyə gəlir ki, işdə olan sübutlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Birinci instansiya məhkəməsinin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar məhkəmənin hökmündə ətraflı şərh edilmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirsiz olmasını iddia edərək ona bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət -Prosessual Məcəlləsinin 1N4, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə tövsif etmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 4N-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət -hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.N-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün cəzaya təsir edən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət -hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun N4 dekabr N0N1-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət -hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət -Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edib, cəza məsələsinin təyin edilməsinə dair yuxarıda qeyd edilən prinsip və müddəalardan çıxış edərək hazırkı işin konkret hallarına münasibətdə qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası həddində cəza təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə əsasən onun cəzasının ağırlaşdırılması üçün hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Hərbi Məhkəməsinin 15 mart N0N4-cü il tarixli, 1-1(093)-13/N0N4 nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.N, 398.1.1 və 407.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Vəkil3 və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 15 mart N0N4-cü il tarixli, 1-1(093)-13/N0N4 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408- 41N-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zaur Hüseynov Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1-1(103)-2/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(103)-2/2025
12.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver