Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(103)-24/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs10, onun nümayəndəsi X8 və digər nümayəndəsi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi6, Zərərçəkmiş şəxs3 nümayəndəsi X10, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 nümayəndəsi, Zərərçəkmiş şəxs3 nümayəndəsi və vəkili Nümayəndə5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.1, 302.2 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayəti Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 145.3, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 10/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi8 tərəfindən birgə verilmiş apellyasiya şikayəti, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə (bundan sonra apellyasiya şikayətləri), məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə (bundan sonra apellyasiya şikayəti), maraqlarına toxunan şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və sonuncu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən hökmün məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə olunmasına dair hissəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1-1(093)-10/2017 saylı hökmü ilə; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı 14 noyabr 2015-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 21 nömrəli sərəncamı ilə verilmiş general-mayor rütbəsindən), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli, 672 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs1 verilmiş “Vətən uğrunda” və 27 mart 2007-ci il tarixli, 2067 nömrəli sərəncamı ilə ona verilmiş “Hərbi xidmətlərə görə” medallarından, eləcə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1126 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs1 verilmiş “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı xx.xx.2015ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən hərbi rütbədən (polkovnik) məhrum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli, 080 nömrəli fərmanı ilə Təqsirləndirilən şəxs2 verilmiş “Hərbi xidmətlərə görə” və 18 mart 2011-ci il tarixli, 1410 nömrəli sərəncamı ilə ona verilmiş “Vətən uğrunda” medallarından - dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 145.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsulvəzifə tutmaq hüququndan məhrum edilməklə, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4- cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsulvəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı xx.xx.2015-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən hərbi rütbədən (mayor) məhrum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2014-cü il tarixli, 352 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs3 verilmiş “Hərbi xidmətlərə görə” medalından - dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 145.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsulvəzifələr tutmaq hüququndan məhrum edilməklə, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsulvəzifələr tutmaq hüququndan məhrum edilməklə, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı 05 noyabr 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən hərbi rütbədən (mayor) məhrum edilmişdir. Hökmlə həmçinin Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 qarşı verdiyi mülki iddia qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən ticarət və xidmət sahəsinin (meyvətərəvəz bazarının) Zərərçəkmiş şəxs10, sonradan isə «Maral-Veqa» müəssisəsinin mülkiyyətinə verilməsinə dair müvafiq olaraq xx.xx.1995-ci il tarixli 26985 saylı qeydiyyat şəhadətnaməsi və xx.xx.2001-ci il tarixli 000788 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, eləcə də həmin ticarət və xidmət sahəsinə (meyvə-tərəvəz bazarına) aid 2001-ci ildən xx.xx.2013-cü il tarixədək olan bütün əqdlər, yəni «Maral-Veqa» müəssisəsinin təsisçisi Zərərçəkmiş şəxs10 xx.xx.2002-ci il tarixli 0102- A1-340 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçmiş, özünə məxsus 50% payı alıcı Zərərçəkmiş şəxs3 684.000.000 manata satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs3 ünvan 1 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini 276.000 manata alıcı Zərərçəkmiş şəxs10 satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs10 ünvan 1 ünvanda yerləşən 1118,9 kv metr olan ticarət və xidmət sahəsini X24 və X1 dair notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (yalnız X3 hissəsində), X9 "xxxx" MMC-nin kapitalında ona məxsus olan 50% payın Zərərçəkmiş şəxs7 20 (iyirmi) manat məbləğinə satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2013-cü il tarixli 3M/346 nömrəli reyestrdə qeydə alınmış müqavilə etibarsız hesab edilmiş və rəsmi olaraq X19, faktiki olaraq isə Təqsirləndirilən şəxs1 məxsus olan yuxarıda qeyd edilən ünvanda, 1118,9 kvadrat metr sahədə yerləşən ticarət və xidmət sahəsinin (meyvə-tərəvəz bazarı) 50% payı, cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Hökmlə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı 2.917.300 (iki milyon doqquz yüz on yeddi min üç yüz) manat məbləğində pul vəsaitinin qaytarılmasına dair mülki iddia təmin edilmişdir. 30.000 (otuz min) manat məbləğində pul Təqsirləndirilən şəxs1, 2.834.875 (iki milyon səkkiz yüz otuz dörd min səkkiz yüz yetmiş beş) manat məbləğində pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, 52.425 (əlli iki min dörd yüz iyirmi beş) manat pul isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hesabına keçirilmişdir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında 2942 a məhəllədə yerləşən binada (hazırda Xudu Məmmədov küçəsi 34) 89,8 kvadrat metr ölçüdə 100 nömrəli mənzilin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 463 ünvanda yerləşən 0,0996 ha torpaq sahəsi və onun üzərindəki 531,60 kv metr fərdi yaşayış evinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 465 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərindəki 275,6 kv metr fərdi yaşayış evinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 465 a ünvanda yerləşən 0,0665 hektar torpaq sahəsi və 275,6 kv metr fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 65 nömrəli evin, 38 nömrəli mənzilinin, Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kv metr fərdi yaşayış evinin, ünvan 4 ünvanda yerləşən 142 saylı mənzilin, ünvan 5li mənzilin, ünvan 6 ünvanda yerləşən 0,0790 ha torpaq sahəsi və 522,5 kv metr ümumi sahədən ibarət fərdi yahayış evinin, Bakı şəhəri, Ağa- Neymətulla küçəsi, 20 a saylı binanın 15 saylı mənzilinin, 2012-ci il buraxılışlı “X33-Prado” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşının, Təqsirləndirilən şəxs2 təqaüd bank hesabının üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuşdur. Təqsirləndirilən şəxs2 məxsus 700 manat dəyərində qol saatı, Təqsirləndirilən şəxs1 məxsus 26.373 manat dəyərində zərgərlik məmulatları və tapança formasında suvenir, Təqsirləndirilən şəxs3 məxsus 10.380 manat dəyərində zərgərlik məmulatlı müvafiq olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaxın qohumlarına qaytarılmışdır. Abşeron rayonunun Novxanı kəndində yerləşən 86.000 manat dəyərində 0,1073 ha torpaq sahəsi, Xızı rayonunun Qızılqazma kəndində yerləşən 400.000 manat dəyərində 2 hektar torpaq sahəsi, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 750.000 manat dəyərində 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv metr 264,6 kv metr 250,1 kv metr sahələrində 3 ədəd əsas tikili, 69,4 kv metr 117,3 kv metr sahələrində 2 ədəd köməkçi tikililər, 700.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi, 60.000 manat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi, 203.000 manat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi, 59.500 manat dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi, 4.500.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası, 96.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi, 16 b ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kv metr, 18,60 kv metr, 13,8 kv metr, 16,0 kvadrat metrdən ibarət qarajlar, 55.500 manat dəyərində ünvan 7 ünvanda yerləşən 55,62 kv. metr sahəyə malik 11 saylı mənzil, 150.000 manat dəyərində Sabunçu rayonunun Ləhiş bağ sahəsində yerləşən 2661 a saylı bağ evi və torpaq sahəsi, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəkı paya nisbətdə 161.500 manat dəyərində ünvan 8 ünvanda yerləşən 154 kv metr sahəyə malik 86 saylı mənzil, 3.178.000 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik altı mərtəbəli, zirzəmili və mansardlı bina, 646.000 manat dəyərində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv metr, 24,8 kv metr, 318,3 kv metr, 28,8 kv metr, 16,7 kv metr, 96 kv metr, 28,8 kv metr ümumi sahədən ibarət tikililər (40,5 kv metr tikintialtı sahəli talvar və 218,6 kv metr tikintialtı sahəli hovuz), 208.600 manat dəyərində Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacının olduğu 100 hektar torpaq sahəsinin üzərindəki 93,1 kv.metr tikililər, 4.310.000 manat dəyərində Abşeron rayonunun Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililər, 2.470.000 manat dəyərində həmin ünvanda yerləşən 2 hektar torpaq sahəsinin üzərində olan tikililər, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs1 evlərində və başqa saxlanc yerlərində aparılmış axtarışlar zamanı aşkar edilmiş 6.810 manat, 3.758 ABŞ dolları və 10.000 Türkiyə lirəsi məbləğində, Təqsirləndirilən şəxs3 evində aparılan axtarış zamanı götürülərək “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin depozit hesabında saxlanılan 3.200 manat və 500 ABŞ dolları məbləğində pul vəsaitləri xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Bakı şəhəri Biləcəri bələdiyyəsi tərəfindən Zərərçəkmiş şəxs9 icarəyə verilmiş 95.000 manat dəyərində 560 kvadrat metr torpaq sahəsininin, 125.000 manat dəyərində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə, "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzilinin və 231.500 manat dəyərində ünvan 9 ünvanda yerləşən “Yeni Yasamal” mənzil-tikinti kooperativinin inşa etdiyi binanın 1-ci mərtəbəsindəki 250 kvadrat metr qeyri-yaşayış sahəsinin üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbs saxlanılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 300.000 manat dəyərində 0,06 hektar torpaq sahəsinin və hər birinin dəyəri 15.000 manat olan Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən iki ədəd 0,075 hektar torpaq sahələrinin hər hansı bir şəxsin adına hüquq müəyyənedici sənəd mövcud olmadığından qeyd edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmaları, həmçinin 1.800 manat dəyərində Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsinin və 60.000 manat dəyərində Kürdəmir rayonunun Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsinin müvafiq məhkəmə qərarları əsasında onların üzərində sərəncam vermə hüququ olan bələdiyyələrə qaytarılması nəzərə alınmışdır. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər X12, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və onların müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi7, X25 və Müdafiəçi1 apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilib təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını, habelə Təqsirləndirilən şəxs1 məxsus olduğu bildirilən əmlakların müsadirə olunmasından imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən eyni zamanda zərərçəkmişin hüquqi varisi və mülki iddiaçı X20 və zərəçəkmiş Zərərçəkmiş şəxs32 Allahveran oğlu, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi X13, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Əcdər oğlu, Zərərçəkmiş şəxs11 müdafiəçisi Coşqun İskəndərov və Zərərçəkmiş şəxs47 apellyasiya şikayəti verərək hökmün ləğv edilib mülki iddianın təmin edilməsi və zərərçəkmiş kimi onların hüquqlarının tam şəkildə bərpası edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən hökmdən mülki iddiaçı Zərərçəkmiş şəxs1 da apellyasiya şikayəti verərək hökmün 300.000 ABŞ dolları məbləğində pulun ödənilməsi üçün təminat qismində çıxış edən Təqsirləndirilən şəxs1 həmin məbləğin ekvivalentinə bərabər həcmli əmlakının dövlətin nəfınə alınmasına və mülki iddianın baxılmadan saxlanılmasına aid hissələrinin dəyişdirilməsi və mülki cavabdeh Təqsirləndirilən şəxs1 üzərinə həbs qoyulmuş əmlaklarının hesabına 300.000 ABŞ dollarının və yaxud ödənilmə günü ABŞ dollarının rəsmi məzənnə üzrə manata olan nisbəti məbləğində pulun ondan tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək hökmün mülki iddianın qismən təmin edilməsi ilə bağlı hissəsinin dəyişdirilməsi, mülki iddianın tam şəkildə təmin edilərək, "xxxx" MMC-nin tərkibində olan bazarla birlikdə idarə olunması və sərəncam verilməsinə dair tərəfindən X26 verilmiş 24 dekabr 2005-ci il tarixli etibarnamənin, ünvan 1 ünvanında yerləşən 1118,9 kv metr olan ticarət və xidmət sahəsini 276.000 manata Zərərçəkmiş şəxs10 satmağına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Zərərçəkmiş şəxs10 ünvan 1 ünvanında yerləşən 1118,9 kv metr olan ticarət və xidmət sahəsini X1 dair notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli AN- 1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan daşınmaz əmlakın mülkiyyətinə və sərəncamına qaytarılması, həmçinin bazarın qanunsuz olaraq əlindən alınması nəticəsində (125 ay x 60.000 manat) 7.500.000 (yeddi milyon beş yüz min) manat məbləğində dəymiş zərərin - əldən çıxmış faydanın cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs6 apellyasiya şikayəti verərək hökmdən Abşeron rayonunun Novxanı kəndindəki 0.11 ha torpaq sahəsinin və onun üzərindəki 241,9 kv metr bağ evinin, Abşeron rayonunun Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsinin, Abşeron rayonu Saray kəndində yerləşən 0.17 ha torpaq sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binasının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəaların çıxarılmasını xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs7 da apellyasiya şikayəti verərək hökmü cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 qarşı verdiyi mülki iddia ilə bağlı hissəsində ləğv olunaraq həmin mülki iddianın rədd olunması barədə qərar qəbul edilməsi və ünvan 1 ünvanda yerləşən ticarət və xidmət sahəsinin (meyvə-tərəvəz bazarının) Zərərçəkmiş şəxs10, sonradan isə «Maral-Veqa» müəssisəsinin mülkiyyətinə verilməsinə dair müvafıq olaraq xx.xx.1995- ci il tarixli 26985 saylı qeydiyyat şəhadətnaməsi və xx.xx.2001-ci il tarixli 000788 nömrli mülkiyyət hüququ haqqında şəhadətnamə, eləcə də həmin ticarət və xidmət sahəsinə (meyvə-tərəvəz bazarına) aid 2001-ci ildən xx.xx.2013-ci il tarixədək olan bütün əqdlər, yəni «Maral-Veqa» müəssisəsinin təsisçisi Zərərçəkmiş şəxs10 xx.xx.2002-ci il tarixli 0102-A1-340 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçmiş, özünə məxsus 50% payı alıcı Zərərçəkmiş şəxs3 684.000.000 manata satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2002-ci tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski kiiçəsi, 50 ünvanda yerləşən 1118,9 kv metr olan ticarət və xidmət sahəsini 276.000 manata alıcı Zərərçəkmiş şəxs10 satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli AN-l ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs10 ünvan 12 ünvanda yerləşən 1118,9 kv metr olan ticarət və xidmət sahəsini X24 və X1 dair notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi X3 hissəsində), X9 "xxxx" MMC-nin kapitalında ona məxsus olan 50% payın Zərərçəkmiş şəxs7 20 (iyirmi) manat məbləğinə satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2013-cü il tarixli 3M/346 nömrəli reyestrdə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və rəsmi olaraq X19, faktiki olaraq isə Təqsirləndirilən şəxs1 məxsus olan yuxarıda qeyd edilən ünvanda, 1118,9 kv metr sahədə yerləşən ticarət və xidmət sahəsinin (meyvə- tərəvəz bazarı) 50% payı, cinayət yolu ilə əldə edilmiş əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın” müddəaları qanunsuz və əsassız olduğuna görə hökmündən çıxarılmaı, Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi, 16b ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kv metr, 24,6 kv metr, 18,60 kvadrat metr, 13,8 kv metr, 16,0 kv metrdən ibarət qarajlar, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikr., Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kv metr sahəyə malik altı mərtəbəli, zirzəmili və mansardlı binanın, cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfınə alınması barədə müddəalar qanunsuz və əsassız olduğuna görə Bakı Hərbi Məhkəməsinin 1-1(093)-10/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli hökmündən çıxarılması xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs10 da apellyasiya şikayəti verərək hökmün Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 qarşı verdiyi mülki iddia ilə bağlı hissəsində ləğv olunaraq həmin mülki iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs9 apellyasiya şikayəti verərək, hökmün əmlaklarına münasibətdə yəni Göllər, 106 kv metr, 24,8 kv metr 318,3 kv metr, 28,8 kv metr, 16,7 kv metr, 96 kv metr, 28,8 kv metr ümumi sahədən ibarət tikililər, 40,5 kv metr tikintialtı sahəli talvar və 218,6 kv metr tikintialtı sahəli hovuzun yerləşdiyi Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsi aid hissədə ləğv edilməsinə və bundan başqa, "xxxx" MMC-yə ayrılmış Abşeron rayonunun Masazır kəndində yerləşən 2,675 ha torpaq sahəsi müsadirə olunmasından imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs8 hökmdən apellyasiya şikayəti verərək, hökmün Abşeron rayonu, Novxanı kəndinda yerləşən 0.1073 ha torpaq sahəsinin Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsinin, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0.13739 hektar torpaq sahəsinin və onun üzərində yerləşən 250.1 kv metr, 264,6 kv metr, 250,1 kv metr sahələrində 3 ədəd əsas tikilinin, 69.4 kv metr, 117,3 kv mtetr sahələrində 2 ədəd köməkçi tikililərin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar qanunsuz və əsassız olduğuna görə hökmdən çıxarılmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs X27 apellyasiya şikayəti verərək hökmün onun iddia ərizəsinin baxılmamış saxlanılması hissəsində dəyişdirilməsi, iddia tələbinin təmin edilməsi, 2007-2010-cu illərdə qanunsuz tələblər və hədə-qorxular nəticəsində Təqsirləndirilən şəxs1 tərəfındən ona vurulmuş ziyanın, yəni ümumilikdə 430.000 ABŞ dolları və “Yeni Yasamal” mənzil-tikinti kooperativinin ünvan 13 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasından, satış qiyməti ödənilmədən, qanunsuz olaraq zirzəminin 19 ədəd mənzil, 4 qarac ədəd, 3 ədəd qeyri-yaşayış sahəsi və 1 ədəd zirzəminin dəyərini təşkil edən 893.230 manat məbləğində pul vəsaitlərinin ondan alınaraq ona qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli, 1-1(103)-27/18 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsində nəzərədə tutulmuş cinayət məsuliyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 29 may 2018-ci il tarixli, 1- 1(103)-27/18 saylı qərarından Zərərçəkmiş şəxs11 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs1, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7, maraqlarına toxunan şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətinə əlavələr və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1-1(102)- 1/2021 saylı qərarı ilə Zərərçəkmiş şəxs11 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavələr qismən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, maraqlarına toxunan şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1- 1(103)-27/18 saylı, 29 may 2018-ci il tarixli qərarı məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə olunmasına dair hissədə ləğv edilmiş, cinayət işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1- 1(103)-9/2022 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi8 tərəfindən birgə verilmiş apellyasiya şikayəti, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə, maraqlarına toxunan şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilmiş, iş üzrə Bakı Hərbi Məhkəməsinin 1-1(093)-10/2017 saylı, 30 oktyabr 2017ci il tarixli hökmü əmlak müsadirəsi hissəsində dəyişdirilmiş, X19 məxsus olan ünvan 14 ünvanda yerləşən ticarət və xidmət sahəsinin (meyvə- tərəvəz bazarı) 1118,9 kv metr sahəsinin 50% payının, 86.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsinin, 400.000 manat dəyərində Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsinin, 750.000 manat dəyərində Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv metr 264,6 kv metr 250,1 kv metr sahələrində 3 ədəd əsas tikili, 69,4 kv metr, 117,3 kv metr sahələrində 2 ədəd köməkçi tikililərin, 700.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kv metr bağ evinin, 60.000 marat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsinin, 203.000 manat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsinin, 59.500 manat dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsinin, 4.500.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri yaşayış binasının, 96.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi, 16 b ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kv metr, 24,6 kv metr, 18,60 kv metr, 13,8 kv metr, 16,0 kvadrat metrdən ibarət qarajların, 55.500 manat dəyərində ünvan 7 ünvanda yerləşən 55,62 kv metr sahəyə malik 11 saylı mənzil, 150.000 manat dəyərində Sabunçu rayonunun Ləhiş bağ sahəsində yerləşən 2661 a saylı bağ evi və torpaq sahəsinin, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəkı paya nisbətdə 161.500 manat dəyərində ünvan 8 ünvanda yerləşən 154 kv metr sahəyə malik 86 saylı mənzilin, 3.178.000 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik altı mərtəbəli, zirzəmili və mansardlı binanın, 646.000 manat dəyərində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllərin, 106 kv metr, 24,8 kv metr, 318,3 kv metr, 28,8 kv metr, 16,7 kv metr, 96 kv metr, 28,8 kv metr ümumi sahədən ibarət tikililərin (40,5 kv metr tikintialtı sahəli talvar və 218,6 kv metr tikintialtı sahəli hovuz), 208.600 manat dəyərində Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacının olduğu 100 hektar torpaq sahəsinin üzərindəki 93,1 kv metr tikililərin, 4.310.000 manat dəyərində Abşeron rayonunun Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin, 2.470.000 manat dəyərində həmin ünvanda yerləşən 2 hektar torpaq sahəsinin üzərində olan tikililərin, Zərərçəkmiş şəxs8 yaşadığı mənzildən aşkar edilmiş 6.810 manat, 3.758 ABŞ dolları və 10.000 Türkiyə lirəsi məbləğində pul vəsaitlərinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsi hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1- 1(103)-9/2022 nömrəli qərarından maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs10 və nümayəndəsi Müdafiəçi6 tərəfindən birgə, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətlərinə, habelə Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1-1(102)-29/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs10 və nümayəndəsi Müdafiəçi6 tərəfindən, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1-1(103)-9/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə olunmasına dair hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 çıxış edərək bildirdi ki, şəxslər artıq Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş və onlar barəsində qərarlar var. Təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsi instansiyasında və Azərbaycan Respublikası Ali Məhkəməsində qeyd etmişdir ki, həmin əmlaklar ona məxsus deyil və əmlakların sahibi var. Birinci instansiya məhkəməsində dövlət ittihamçıları tələb etmişdir ki, əmlaklar dövlət nəfinə verildin. Lakin protestlərdə başqa tendensiya var. Onlar sonradan mövqelərini dəyişdilər. Onlar zərərçəkmiş şəxslərin mövqeyindən çıxış etmirdilər. Nə ibtidai istintaqda şəxslər dindirilməmiş, nə də birinci instansiya məhkəməsində onların hüquqları nəzərə alınmamış və dəvət edilməmişdir. Apellyasiya məhkəməsi onları tərəf kimi qəbul edib.Verilmiş apellyasiya protesti tamamilə əsassızdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi8 çıxış edərək bildirdi ki, bu əmlakları prokurorluq mübahisə etmirsə, digər əmlaklara da müdaxilə etməməməlidir. Bu əmlaklar əvvəlcədən alınan əmlaklardır. Əvvəlki məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 çıxış edərək bildirdi ki, verilmiş apellyasiya şikayətlərini müdafiə edir. Həmin əmlakların cinayət nəticəsində alınması sübut edilməmişdir. Müsadirənin götürülməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 əmlakın 2012-ci il tarixdə əldə olunduğunu və əmlakın yoldaşının adına olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 nümayəndəsi Nümayəndə3 maraqlı şəxlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 nümayəndəsi Nümayəndə5 çıxış edərək bildirdi ki, həmin əmlaklar heç vaxt dövlətin əmlakı olmamışdır. Zərərçəkmiş şəxs3 mülki iddiasının təmin edilməsini və əmlakın ona qaytarılmasını xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs12 çıxış edərək bildirdi ki, onların öz mülkləri onlara qaytarılmalıdır.1992-ci ildən 2002-ci ilə qədər Çingizdən arendaya götürmüşdür. Vəkili ilə razıdır. Apellyasiya baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs13 çıxış edərək bildirdi ki, Çingizin və yoldaşının imzası var ki, maşın onların adınadır. Burda heç bir qanun pozuntusu yoxdur. Əmlaklarının qaytarılmasını xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs3 nümayəndəsi X21 vəkillə razı olduğunu bildirdi. Apellyasiya baxışı iclasında iştirak edən maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs10 vəkili Müdafiəçi6 çıxış edərək bildirdi ki, əmlakın sahibi Zərərçəkmiş şəxs10 qaytarılmalı , heç olmasa 50 faiz əmlak qaytarılmalıdır. Apellyasiya baxışı iclasında iştirak edən maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs10 nümayəndəsi X16 çıxış edərək bildirdi ki, Hərbi Məhkəmədə qərara qüvvədə saxlanılmış və Zərərçəkmiş şəxs10 sərəncamı indiyə kimi qüvvədədir. Apellyasiya baxışı iclasında iştirak edən maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs10 nümayəndələri ilə razı olduğunu bildirdi. Apellyasiya baxışı iclasında iştirak edən Dövlət ittihamçısı3 müdafiə tərəfinin apellyasiya şikayətinin təmin olunmamasını, Hərbi Məhkəməsnin hökmündə göstərilmiş 12 əmlakın 1) 86.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndində yerləşən 01073 ha torpaq sahəsi; 2) 400.000 manat dəyərində Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi 3) 750.000 manat dəyərində Şamaxı rayonunun Nagaraxana kəndində yerləşən 013739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikililər, 4) 60.000 manat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi, 5) 203.000 manat dayərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,6754 ha torpaq sahasi, 6) 59.500 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 nömrəli binanın yaxınlığında yerləşən dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi, 7) 4.500.000 manat zirzəmili, mansardli 7 mərtəbəli qeyri-yaşayış binası, 8) 96.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi, 16 b ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajlar, 9) X6 "Əcəmi” Məhdud Məsuliyyətli Cəmiyyətindəki paya nisbətdə 161.500 manat dəyərində ünvan 8 ünvanda yerləşən 154 kv.m. sahəyə malik 86 saylı mənzil, 10) 646.000 manat dəyərində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m. 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28.8 kv.m. ümumi sahədən ibarət tikililər (40,5 kv.m. tikintialtı sahəli talvar ve 218,6 kv.m. tikintialtı sahəli hovuz, 11) 4.310.000 manat dəyərində Abşeron rayonunun Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililər, 12) 2.470.000 manat dəyərində həmin ünvanda yerləşən 2 hektar torpaq sahəsinin üzərində olan tikililərin dövlət nəfinə alınması hissəsində dəyişdirilmədən, digər 7 əmlaka münasibətdə, yəni 1) ünvan 1 ünvanda yerləşən ticarət və xidmət sahəsi (meyvə-tərəvəz bazarı), 2) 700.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kv.metr bağ evi, 3) 55.500 manat dəyərində ünvan 7 ünvanda yerləşən 55,62 kv.m. sahəyə malik 11 saylı mənzil, 4) 150.000 manat dəyərində Sabunçu rayonunun Ləhiş bağ sahəsində yərləşən 2661 a saylı bağ evi və torpaq sahəsi, 5) 3.178.000 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik alt mərtəbəli zirzəmili və mansardlı bina 6) 208.600 manat dəyərində Kürdəmir şəhəri "Ərşəli yeri” adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacının olduğu 100 hektar torpaq sahəsinin üzərindəki 93,1 kv.metr tikililər, 7) "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs1 evlərində və başqa saxlanc yerlərində aparılmış axtarışlar zamanı aşkar edilmiş 6.810 manat, 3.758 ABŞ dolları və 10.000 Türkiyə lirəsi məbləğində pul vəsaitlərini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərarında göstərilənləri də nəzərə almaqla əmlak müsadirəsi məsələsini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb, maraqlarına toxunan şəxslərin apellyasiya şikayətlərini, eləcə də məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində verilmiş apellyasiya şikayətlərinin əmlak müsadirəsi ilə bağlı olan dəlillərini müzakirə edərək, bu barədə proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, həmin apellyasiya şikayətləri məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirəsi ilə bağlı olan hissədə əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə olunmasına dair hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş üzrə Ali Məhkəmənin qərarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin hökmünün yalnız məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə olunmasına dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2 və 99-1.3-cü maddəsinə görə, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1- 1(102)-29/2023 nömrəli qərarında kassasiya məhkəməsi aşağıdakı nəticələrə gəlmişdir. Hazırki iş üzrə müəyyən edilmiş ittihamın birinci epizoduna əsasən Təqsirləndirilən şəxs1 2005-2015-ci illərdə hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin 1-ci idarəsinin 4-cü şöbəsinin rəisi, Antiterror Mərkəzinin 1-ci idarəsinin rəis müavini, həmin Mərkəzin rəis müavini, Energetika və X4 Baş İdarəsinin rəisi vəzifələrində xidmət etdiyi dövrdə tabeçiliyində olan, rəhbəri olduğu baş idarənin 1-ci idarəsinin rəisi Təqsirləndirilən şəxs2, 2-ci idarəsinin rəisi Təqsirləndirilən şəxs3, 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini Təqsirləndirilən şəxs4, gizli qaydada informasiya almaq səlahiyyətlərinə malik vəzifəli şəxslər və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar rəhbərlik etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar tabeçiliyində olan dəstə üzvləri arasında funksional bölgü aparılmasına şəxsən rəhbərlik edərək, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3- cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayətkar əməlləri Bakı şəhərində və respublikanın ayrı-ayrı bölgələrində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, 2013-2015-ci illər ərzində dövlət büdcə vəsaitlərini tərtib etdiyi raport və vəkalətnamələr əsasında əməliyyataxtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürülüb əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan əməliyyat-axtarış tədbirlərinin icrasına və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşlarının və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etdirməklə külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, istintaqa məlum olmayan mənbədən soyuq silah hesab edilən dəyənəkləri qanunsuz əldə edərək yaşadığı evdə saxlamış, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirləri barədə məlumatlardan istifadə edib hədə-qorxu və şantaj etmə yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədilə şəxsləri özü və dəstə üzvləri vasitəsi ilə MTN-nin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə külli miqdarda pul vəsaitlərini, əmlakları və əmlaka olan hüquqlarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq birbaşa verdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi və ya bilməli olduğu halda xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdarda nağd pul vəsaitlərini hədə-qorxu tətbiq olunmaqla şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Qeyd olunan hissədə birinci instansiya məhkəməsinin hökmü Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 29 may 2018-ci il tarixli, Ali Məhkəmənin Hərbi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki cinayət işinə baxmış yuxarıda göstərilən məhkəmələr təsdiq etmişlər ki, zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs12 qarşı Təqsirləndirilən şəxs1 zorakılıqla, hədə təsiri altında və hakimiyyətdən suiistifadə etməklə (cinayətin törədilməsi nəticəsində) ünvan 1 ünvanda yerləşən 1118,9 kv.m. sahəsi olan ticarət və xidmət sahəsini (meyvə-tərəvəz bazarını) qanuni sahibi Zərərçəkmiş şəxs3 mülkiyyətindən alıb ələ keçirmək məqsədilə, həmin daşınmaz əmlaka dair xx.xx.2006-cı il tarixli, AN-1 ******* nömrəli, xx.xx.2006-cı il tarixli, AN-1 ******* nömrəli və xx.xx.2013-cü il tarixli, 3M/346 nömrəli alqı-satqı müqavilələri bağlatmışdır. Hətta əvvəlki apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi hazırkı Qərarında qeyd olunan alqı-satqı müqavilələrin, o cümlədən ünvan 1 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsinin (meyvə-tərəvəz bazarını) 50% payının X2 dair xx.xx.2013cü il tarixli, 3M/346 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə razılaşaraq, həmin hissədə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Qeyd edilən daşınmaz əmlak Təqsirləndirilən şəxs1 cinayət əməlləri nəticəsində qızı Aida Qasımovaya satıldığından, həmin əmlakın X19 məxsus olması qəbul edilə bilməz və ünvan 1 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsinin (meyvə-tərəvəz bazarını) 50% payının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfınə alınması hissəsinin hökmdən xaric edilə bilməz. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündən müəyyən olunur ki, Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi 15 oktyabr 2009cu il tarixdən, Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi 14 iyul 2011-ci il tarixdən, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikililər 16 sentyabr 2014-cü il tarixdən Zərərçəkmiş şəxs8, Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi 02 noyabr 2010-cu il tarixdən, Abşeron rayonu Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi 14 oktyabr 2010- cu il tarixdən, Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi 24 sentyabr 2013-cü il tarixdən, 59.500 manat dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi 02 oktyabr 2010-cu il tarixdən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası 23 iyun 2006-cı il tarixdən, Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi 16 b ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajlar isə 06 noyabr 2013-cü il tarixdən Zərərçəkmiş şəxs6, 55.500 manat dəyərində ünvan 7 ünvanda yerləşən 55,62 kv.m. sahəyə malik 11 saylı mənzil 20 oktyabr 2010-cu il tarixdən, 150.000 manat dəyərində Sabunçu rayonunun Ləhiş bağ sahəsində yerləşən 2661 a saylı bağ evi və torpaq sahəsi 02 noyabr 2011-ci il tarixdən Təqsirləndirilən şəxs2 mülkiyyətindədir. Həmçinin Bakı şəhəri, Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin abadlaşdırmaq və köməkçi bağ sahəsi kimi istifadə etmək üçün icarəyə verilməsi haqqında 28 avqust 2006-cı il tarixli 724 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən sahə 28 avqust 2105-ci il tarixədək icarə əsasında (99 illik) X17 verilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 02 dekabr 2012-ci il tarixli 243 №-li sərəncamına əsasən icarəyə verilmiş həmin torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış lahiyə əsasında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmiş, həmin ərazidə altı mərtəbəli, zirzəmili və mansardlı bina inşa edilmiş, lakin icarəyə götürülmüş sahənin üzərində olan əmlaka rəsmi olaraq mülkiyyət hüququ əldə edilməmişdir. Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsi Kürdəmir rayon İstehsal-İstehlak Kooperativi ilə "xxxx" MMC arasında bağlanmış 21 noyabr 2006-cı il tarixli 1 nömrəli torpaq icarəsi və həmin kəndin bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 15 iyul 2007-ci il tarixli 08 №-li icarə müqavilələri (hər ikisi 99 il müddətinə) əsasında icarəyə verilmişdir. Kürdəmir Rayon İcra Başçısının 11 mart 2010-cu il tarixli sərəncamına əsasən həmin ərazidə balıq gölünün yaradılmasına və balıq yetişdirilməsinə, həmin yerdə müəssisənin inzibati binasının və digər yardımçı tikililərin tikilməsinə icazə verilmişdir. Həmin torpaq sahəsinin üzərində göllərdən başqa, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər inşa edilsə də, qeyd edilən əmlaklara da rəsmi olaraq mülkiyyət hüququ əldə edilməmişdir. Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacının olduğu 100 hektar torpaq sahəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2006-cı il tarixli 204 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə uzunmüddətli (99 illik) icarəyə verilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin "xxxx" MMC-yə qarşı iddiası təmin edilərək cavabdehin icarə hüququna xitam verilmişdir. Həmin ərazinin üzərində 93,1 kv.metr tikili inşa edilsə də həmin əmlaka mülkiyyət hüququ əldə edilməmişdir. "xxxx" MMC-yə (yeganə təsisçisi Zərərçəkmiş şəxs9dır) ayrılmış Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 2,675 ha torpaq sahəsi Abşeron rayonunun Masazır Bələdiyyəsi ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 83 №-li icarə müqaviləsinə əsasən icarə haqqı ödəməklə kənd təsərrüfatı məqsədilə icarəyə verilərək əmlak hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq MA seriyalı ******* №-li çıxarış verilmişdir. Həmin ünvanda 3,0 ha torpaq sahəsi Abşeron rayon Masazır Bələdiyyəsi ilə bağlanmış xx.xx.2011-ci il tarixli 155/1 №-li icarə müqaviləsinə əsasən icarə haqqı ödənilməklə kənd təsərrüfatı məqsədilə "xxxx" MMC-yə icarəyə verilmiş, əmlak hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq MA seriyalı, ******* №-li çıxarış verilmişdir. Həmin ünvanda yerləşən 0,0275 ha torpaq sahəsi Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 241 №-li icarə müqaviləsi əsasında əmlak hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq MA seriyalı, ******* №-li; 0,3238 ha torpaq sahəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 241 №-li müqaviləsi əsasında əmlak hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq MA seriyalı, ******* №-li; 01828 ha torpaq sahəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 241 №-li müqaviləsi əsasında əmlak hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq MA seriyalı, ******* №-li; 0,1821 ha torpaq sahəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 241 №-li müqaviləsi əsasında əmlak hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq MA seriyalı, ******* №-li; 3,12 ha torpaq sahəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 310/1 №-li müqaviləsi əsasında əmlak hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq MA seriyalı, ******* №-li çıxarış verilmişdir. Həmin torpaq sahələrinə verilmiş icarə müqavilələrindən və çıxarışlardan görünür ki, "xxxx" MMC-yə 99 illik müqaviləyə əsasən kənd təsərrüfatı məqsədilə icarəyə verilməklə, həmin sahələr faktiki olaraq Abşeron rayon Masazır Bələdiyyəsinin mülkiyyətindədir. Sadalanan sənədlərdən müəyyən olunur ki, göstərilən torpaq sahələrinin üzərində olan əmlaklar (tikililər) müvafiq olaraq Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, X14, Təqsirləndirilən şəxs2, həmtəsisçisi Zərərçəkmiş şəxs8 olan "xxxx" MMC-nin və yeganə təsisçisi Zərərçəkmiş şəxs9 olan "xxxx" MMC-nin adınadır. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri 2005-ci ildən 2015-ci ilə kimi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri isə 2007-ci ildən 2015-ci ilə kimi olan dövrü əhatə edir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin yuxaırda qeyd edilən mövqeyini də nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, hazırki cinayət işinin materialları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri və Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, faktiki olaraq məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan xüsusi müsadirə olunmuş daşınmaz əmlaklar məhkumların özlərinin və yaxın ailə üzvlərinin adına formal olaraq rəsmləşdirilməklə, əmlakların əldə edilmə əsasları, əldə edilmə tarixləri məhz məhkumların cinayət əməllərinin törətdiyi dövrə təsadüf olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Cinayət Məcəlləsinin 99-2-ci maddəsi Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə göstərilən əmlak özgəninkiləşdirmə və ya hər hansı digər səbəbdən dövlət nəfinə alına bilinmədiyi hallarda həmin əmlakın dəyərinə görə başqa əmlakın müsadirəsinə yol versə də, bu əmlakın cinayət törətmiş şəxsə məxus olmasını tələb edir. Eyni ilə, əmlak üzərinə həbsin qoyulması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.2-ci maddəsinin tələbinə görə də üçüncü şəxslərdə olan əmlak üzərinə həbs (o cümlədən, xüsusi müsadirənin təmini tədbiri tədbiri kimi) o halda qoyula bilər ki, həmin əmlak təqsirləndirlən şəxsə və yaxud onun törətdiyi əmələ görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə məxsus olsun. Göründüyü kimi, Cinayət Məcəlləsi, eləcə də cinayət-prosessual qanunun normaları barəsində xüsusi müsadirə tətbiq edilən və üzərinə həbs qoyulan əmlakın dairəsini Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində göstərilən və vicdanlı əldə edən hesab edilməyən şəxslərə özgəninkiləşdirilmiş, habelə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdən tutulmuş əmlak dövlət nəfinə alına bilinmədiyi hallarda, məhz təqsirləndirlən şəxsə məxsus həmin əmlakın dəyərində olan başqa əmlakla məhdudlaşdırmışdır. Cinayət Məcəlləsinin, eləcə də Cinayət Prosessual Məcəlləsinin heç bir müddəası həmin şəxslərdən başqa digərlərinin, o cümlədən cinayət prosesində iştirak etməyə cəlb olunmayan və yaxud şahid qismində cinayət prosesində dindirilmiş şəxslərin cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar cinayət-mühakimə icraatı qaydasında mülki məsuliyyətə cəlb edilmələrinə, mülkiyyətlərindən məhrum edilmələrinə yol vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi üçün nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında göstərilir ki, cinayət törətmiş şəxslər cinayət yolu ilə əldə etdiyi əmlakı gizlətməyin müxtəlif yollarından, o cümlədən əmlakı digər şəxslərin adına rəsmiləşdirməkdən istifadə edirlər. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq- hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mənfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir (Konvensiyanın 12-ci maddəsinin 3, 4 və 5-ci bəndləri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə olunmalı olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə məsələsi müzakirə olunarkən hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-10/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1, 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri Təqsirləndirilən şəxs1 aid olan əmlakların müsadirəsi ilə bağlı olan hissədə təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirəsi ilə bağlı olan hissədə təmin edilməsin. Maraqlarına toxunan şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.1, 302.2 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 145.3, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1-1(093)-10/2017 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan əmlakların müsadirə olunmasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(103)-24/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(103)-24/2023
01.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver