Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(103)-26/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, X2 Damət oğlunun iştirakı ilə X2 Damət oğlunun Bakı Apelyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 1-1(103)- 33/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxış keçirərək M Ü Ə Y Y Ə N E T D İ : Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 1-1(103)-33/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 1-1(103)-33/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin Tahirov Əliyusif Damət oğlunun məhkum edilməsinə dair 05 noyabr 2001-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Bakı Hərbi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərarı məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan X2 Damət oğlu kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum vəsatətdə sağlamlığı ilə əlaqədar şikayət vermə müddətini ötürdüyünü qeyd edərək kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum izahat verərək Bakı Apelyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 1-1(103)-33/2019 saylı qərarı almış, bundan şikayət verməmiş, uzun müddət xəstə olduğu üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. Məhkəmə kollegiyası vəsatətlə birlikdə iş materiallarını tədqiq edərək hesab edir ki, qeyd edilən səbəb üzrlü hesab edilməməklə vəsatət təmin edilməməli, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmamalıdır. Belə ki, şəxs vəsatətdə sağlamlığında ciddi problemlər olduğunu və bu səbəbdən şikayəti vaxtında verə bilmədiyini göstərsə də, bu halı təsdiq edən hər hansı sübutu vəsatətə əlavə etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. Həmin Məcəllənin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə təmin etmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməsi səbəbini üzürsüz hesab etdiyindən belə qənaətə gəlir ki, məhkum tərəfindən verilmiş vəsatət təmin edilməməli, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 411-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Damət oğlunun Bakı Apelyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 1-1(103)- 33/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməsin, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmasın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə əsasən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(103)-26/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(103)-26/2021
29.09.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver