Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-1/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 332.1 və 333.4-1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1-1(098)-88/2022 saylı hökmündən dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1-1(098)-88/2022 saylı hökmü ilə (hakim Sevindik Əzizov) xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanındaqeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu Keşlə kəndində yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının idarəetmə tağımının rabitə manqasının radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, 27 iyul 2021-ci il tarixdə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmış, hazırda işsiz, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, üzərinə Bakı Şəhəri Probasiya İdarəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək daimi qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri Xətai rayonu Keşlə kəndini tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin qoyulması, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasının Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılması və cəzanın əvvəlinin onun həmin şöbədə qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Həmin hökmlə eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, lakin hökmdən məhkum Təqsirləndirilən şəxs2 barəsində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir. Tərtər Hərbi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1-1(098)-88/2022 saylı hökmündən dövlət ittihamçısı X2 apellyasiya protesti verərək hökmün CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı kimi özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə yüngül dərəcəli bədən xəsarəti yetirmiş, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç aydan artıq müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin 2-ci minaatan batareyasının idarəetmə taqımının rabitə manqasının radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 28 fevral 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilməsi üçün Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəyə gətirilmiş, onunla birlikdə oraya gələn N nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün 2-ci taqımının idarəolunan raketlər manqasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs2 ilə həmin tarixdə saat N radələrində qabaqcadan əlbir olaraq tamah məqsədilə həmin hərbi hissənin əsgər çayxanasına daxil olmuş, orada olan Zərərçəkmiş şəxs başını söhbətə qatdığı zaman Mahir Abbasov masanın üzərində elektrik qidalandırıcısına qoşulmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus 144 manat dəyərində bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefonu götürərək birgə icraçı kimi gizli şəkildə talayıb oğurluq etməklə Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və rütbədə xidmət edərkən 28 fevral 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilməsi üçün Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəyə gətirilmiş, həmin gün saat N radələrində hərbi hissənin çayxanasında həmin hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ilə sonuncunun mobil telefonunun oğurlanması səbəbindən aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini pozaraq orada olan stulla Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə zərbə vurmaqla ona “Sol alın qabarı nahiyəsinin çapılmış yarası, sol çiyin və sağ dirsək nahiyələrinin səthi sıyrıqları” ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və rütbədə xidmət edərkən 02 mart 2021-ci il tarixdə müayinədən keçmək üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gətirildikdən sonra 03 mart 2021-ci il tarixdə oranı özbaşına tərk etmiş, 28 iyul 2021-ci il tarixdə N nömrəli hərbi hissəyə qayıtmaqla üç aydan çox müddətdə hərbi hissəni özbaşına tərk etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət itttihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini düzgün qiymətləndirməmiş, məhkumun şəxsiyyətinə və cinayətin xarakterinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir ki, bu da məhkəmə hökmünün dəyişdirilməsi üçün əsasdır. Hökmdən görünür ki, məhkəmə təqsirkara aid olan CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları müstəsna hal hesab etməklə səhvə yol vermişdir. Məhkəmə müstəsnalığın nədən ibarət olmasını, özünü nədə büruzə verməsini, təqsirkarın hansı hərəkətlərinin müstəsna bir hərəkət olmasını nəinki əsaslandırmamış, hətta hökmdə belə hallara istinad edə bilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə hökmdə cəzanı yüngülləşdirən bəzi halların mövcudluğu barədə gəldiyi nəticələri əsaslandırmamış, bunlar isə mötəbər və yekun nəticəyə gəlməyə imkan verə biləcək həcmdə olmadıqlarına görə məhkuma CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün kifayət hesab edilə bilməz. Lakin, məhkəmə Vəliyevə cəza təyin edərkən kifayət qədər əsaslar olmadan CM-nin 62-ci maddəsini tətbiq edərək ona həddən artıq yüngül cəza, yəni CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan cəzadan daha yüngül cəza növü təyin etmişdir ki, bu da törədilmiş əmələ və maddədə nəzərdə tutulmuş cəzaya adekvat deyil. Məhkəmə Vəliyevin gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini, törətdiyi cinayətləri səmimi etiraf edərək əməllərindən peşman olmasını, CM-nin 177.2.1-ci maddəsinə münasibətdə vurulmuş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ailənin tək oğlan övladı olmasını CM-nin 59-cu maddəsinə əsasəncəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Lakin konkret halda bu kimi nəticə cinayət qanunvericiliyinin tələblərinə və işin hallarına uyğun deyil. Belə ki, CM-nin 72-ci maddəsinin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, səmimi peşimançılıq ilk dəfə böyük-ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, vurulmuş zərərin başqa yolla aradan qaldırılması formasında təzahür edə bilər ki, bu kimi hallar da məhkumun hərəkətlərində müşahidə olunmamışdır. Əksinə, Təqsirləndirilən şəxs1 özünün təşəbbüsü və təkidi ilə Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs məxsus mobil telefonu oğurladıqdan sonra sonuncu Təqsirləndirilən şəxs1 şübhələnərək onu əsgər yataqxanasına çağııb telefonu onun götürüb-götürmədiyini soruşduqda Vəliyev nəinki təqsirini boynuna alaraq telfonu oğurladığını etiraf etmiş, əksinə Nərimanlını ağır söyüşlərlə söyüb təhqir etmiş və çayxanada olan stullardan birini götürüb onun başına vuraraq sonuncuya «sol alın qabarı nahiyəsinin çapılmış yarası, sol çiyin və sağ kürək nahiyəsinin səthi sıyrıqları» xəsarətləri yetirərək ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bundan sonra o, cinayətkar əməllərini davam etdirərək Təqsirləndirilən şəxs2 telefonu Bakıya çatana qədər özündə saxlamasını bildirmiş, sonuncu isə tutulmaqdan qorxduğunu dedikdə o, əsgər X1 yanına çağırıb telefonu ona vermiş və telefonu onları Mərkəzi Hərbi Hospitala aparacaq avtobusa keçirməyi ondan tələb etmişdir. Təqsirləndirilən şəxs2 avtobusa minəndə onları detektrla yoxlayacaqlarını bildirmiş və telefonu götürməkdən imtina etmişdir. Lakin Vəliyevin təkidindən və hədələrindən sonra M.Hüseynov Vəliyevdən qorxduğu üçün telefonu ondan alaraq mış və gödəkçəsinin boyunluğuna qoymuş və telefonu avtobusa keçirməyə cəhd edərkən telefon onun gödəkçəsindən aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs1 telefonu oğurladıqdan sonra sonra azca da olsa peşmançılıq hissi keçirməmiş, qanunsuz əməllərinə davam etmiş, son ana qədər, yəni telefon aşkar edilib götürülənə qədər o, telefonu qaytarmaqdan boyun qaçırsmışdır ki, yuxarıda göstərilənlər isə onun əməlindən heç də səmimi peşiman olmasına dəlalət etmir. Məhkəmənin müstəsna hal hesab etdiyi digər hallarla yanaşı məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb edlilməsi də cəzanı yüngülləşdirən hal sayıla bilməz. Çünki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət məsuliyyətinə (ilk dəfə və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizə üçün əsas ola bilməz. Məhkəmə Vəliyevin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını da düzgün olmayaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş və onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunması barədə yanlış qərar qəbul etmişdir. Belə ki, məhkumun zərərçəkmiş şəxslə razılıq (barışıq) əldə etməsi məhkumun cinayət törətdikdən sonrakı pozitiv davranışını əks etdirir. Lakin cinayət işinin materiallarından göründüyü kimi bu kimi hallar məhkumun hərəkətlərində müşahidə olunmamışdır. Zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı teleqramda vuraraq cəza təyini ilə bağlı öz subyektiv fikrini bildirərək, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirməsi isə sonuncunun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmənin məhkumun gəncliyini də cəzanı yüngülləşdirən hal hesab edərək onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etmək üçün mümkün sayması əsaslı hesab edilə bilməz. Belə ki, qüvvədə olan CM-nin 84cü maddəsində 14 yaşdan 18 yaşa qədər olan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilmiş və cəza təyinində bu yaşda olan şəxslərə istisnalar müəyyən edilmişdir. Digər yaş kateqoriyaları barədə qanunda göstəriş yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və bu xidmətlərə görə «Suqovuşanan azad olunması», medalına layiq görülməsini, ordu sıralarından ehtiyata tərxis olunmasını xüsusi qeyd edərək onun törətmiş olduğu cinayət əməllərinə haqq qazandırmış və barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Lakin bu yanlış bir yanaşmadır və məhkəmələr tərəfindən bu cür qərarların qəbul edilməsi cəzasızlığa rəvac verməklə yanaşı gələcəkdə belə halların artmasına səbəb ola bilər. 44 günlük Vətən müharibəsində mərdlik və şücaət göstərərək öz sağlamlıqları bahasına qələbəni bizə yaşatmış qazilərimiz, Dövlətin ən ali orden və medalları ilə təltif edilmiş müharibə iştirakçılarımız kifayət qədərdir. Dövlət tərəfindən də onların əməyi yüksək qiymətləndirir və onlar qanunla müəyyən edilən müxtəlif imtiyazlardan istifadə edirlər. Lakin bu onlara hər-hansı bir qanun pozuntusu və ya cinayət hadisəsi törətmək üçün müstəsna hüquqlar və səlahiyyətlər vermir. Təqsirləndirilən şəxs1 də Vətən müharibəsində iştirak etməsi və təltif olunması ittiham tərəfi olaraq cəza təyini ilə bağlı fikir bildirərkən nəzərə alınmışdır. Məhkəmənin də bu halları qanun çərçivəsində nəzərə alaraq təqsirkarın şəxsiyyətinə və törədilmiş əmələ adekvat cəza, yəni ona təqsirləndirildiyi maddədə nəzərdə tutulan cəzanın aşağı həddinə uyğun cəza təyin etməsi daha əsaslı, məntiqli və ədalətli hesab edilə bilərdi və bununla da «sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi barədə» cəzanın məqsədini müəyyən edən CM-nin 41.2-ci maddəsinin tələbinə riayət etmiş olardı. Lakin göründüyü kimi məhkəmə Qanunun bu tələblərinə və hər kəsin qanun qarşısında bərabərliyi prinsipinə, eləcə də vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsi ilə təsbit edilmiş «Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına qəsd etmək, ona qarşı zor işlətmək qadağandır», eləcə də 29-cu maddəsi ilə təsbit edilmiş «Hər kəsin mülkiyyət hüququ vardır. Məhkəmə həmçinin cəza təyini zamanı ailənin yeganə oğul övladı olmasını da məhkumun cəzasını yüngülləşdirən hal kimi qymətləndirərək, bunu məhkuma CM-nin 62- ci maddəsinin tətbiqi üçün əsaslardan biri hesab etmişdir ki, bu da məhkəmə tərəfindən olduqca məntiqsiz bir yanaşmadır. Çünki bu hal nə CM-nin 59-cu maddəsində sadalanan halları, nə də məhkəmənin cəzanı yüngülləşdirən hallar hesab etdiyi başqa halları özündə ehtiva etmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhliikəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, məhkumun cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışını, onun şəxsiyyətini, işin vəziyyətini, habelə cəzam yüngülləşdirən və ağırlaşdıran hallan lazımi qaydada nəzərə almamış, cəzanın fərdiləşdirilməsi ilə əlaqədar qanunun tələblərinə əməl etməmiş, kifayət qədər əsaslar olmadan, habelə hansı halların müstəsna hal hesab edilməsi hökmdə göstərilmədən CM-nin 62-ci maddəsini tətbiq edərək təqsirləndirilən şəxsə əsassız olaraq CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəza növü təyin etmişdir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki: Azərbaycanın mənafeyini qorusun; onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərsin; Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Hərbi anda müqəddəs və sarsılmaz surətdə riayət etsin. Bu baxımdan Təqsirləndirilən şəxs1 Konstitusion vəzifələrindən irəli gələn tələbləri pozaraq öz xüsusiyyətinə görə ən təhlükəli hərbi cinayətlərdən hesab olunan CM-nin 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə və həmin maddənin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmasına, habelə həmin əmələ görə alternativ cəzaların nəzərdə tutulmamasına baxmayaraq, məhkəmə məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək ona həddən artıq yüngül cəza-yəni, azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir ki, bu da törədilmiş əmələ və maddədə nəzərdə tutulmuş cəzaya adekvat olmaması ilə yanaşı məhkəmələr tərəfindən bu kateqoriyalı ciayətlər törətmiş şəxslərə belə yüngül cəza təyin edilməsi digər hərbi qulluqçuların da xidmətə münasibətinə mənfi təsir göstərə bilər. Ona görə də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən məhkumun faktiki olaraq hərbi qulluqçu olmaqla Silahlı Qüvvələrin müvafiq nizamnamələrinin tələbləri baxımından onun vəzifələri, hadisənin baş vermə şəraiti və yeri, məhkumun şəxsiyyəti, onun hərbi xidmət qaydalarına qəsd etməklə cinayət əməli törətməkdə təqsirli olması, habelə törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi obyektiv qiymətləndirilməli və cəza təyin edilərkən nəzərə alınmalı idi. Vəliyevin törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətlərin törədilməsi hərbi xidmətin nizamnamə qaydalarını pozmaqla yanaşı, hərbi qulluqçuların şərəf və ləyaqətinə, sağlamlığına habelə konstitusiya ilə qorunan mülkiyyət hüquna qəsd edir. Hərbi hissədən kənarda olma və hərbi qulluq çəkməkdən yayınma Silahlı Qüvvələrdə ümumi intizamın aşağı səviyyəyə düşməsinə, ordunun döyüş qabliyyətinin zəifləməsinə səbəb olur. Nəhayət məhkəmə tərəfindən Y.Vəiyevə cəza təyin edilərkən, «cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi barədə» cəzanın məqsədini müəyyən edən CM-nin 41.2-ci maddəsinin tələbi də nəzərə alınmamış, əsasız olaraq onun barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək ona həddən artıq yüngül cəza təyin etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, apellyasiya şikayətinə etiraz etdi, protestdə göstərilən məzmunda çıxış etdi, protestin təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxs barəsində yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxsə yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Göstərilənlərə əsasən, hökmün CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən çıxarılmaqla dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinə etiraz etdilər və göstərdilər ki, birinci instansiya məhkəməsinin hökmü ilə razıdırlar, məhkəmə işin halları üzrə qanuni və ədalətli hökm çıxarmışdır, ona görə də apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya protestinin dəlilləri təqsirləndirilən şəxsə yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəzanın təyin olunması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunması barədə müddəanın hökmdən xaric edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya protestinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddə üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələrini, eləcə də şahidin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək onu həmin cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya protestində Təqsirləndirilən şəxs1 əməlinin təqsirlilik məsələsi mübahisə doğurmur, lakin birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almadığı və cinayət qanunu normasını düzgün tətbiq etmədiyi, ədalətsiz olaraq məhkumun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəza təyin edildiyi qeyd edilmiş, CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə cəzanın ağırlaşdırılması xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cəza təyinində işdə olan cəzanı yüngülləşdirən halları və bu halların məcmusunu müstəsna hal kimi nəzərə alıb təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanı yüngülləşdirən hallar heç də həmişə müstəsna hal kimi qiymətləndirilə bilməz. Göstərilən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Məhkəmənin qəbul etdiyi müstəsna hallar- törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, cinayəti törədərkən və cinayəti törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Lakin, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa müstəsna halların olması müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə qeyd olunan halları müzakirə etməmiş, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona daha yüngül cəza növünün təyin edilməsinin mümkünlüyünü əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsi, cinayət əməlini törətdikdən sonrakı davranışı müstəsna hallar kimiqiymətləndirilisə də, həmin əməlin ictimai təhlükəliliyinə diqqət yetirilməmişdir. Bu kimi əməllər yüksək ictimai təhlükəliliyinə görə seçilir, döyüş tapşırığını yerinə yetirən hərbi hissənin, həmçinin dövlətin təhlükəsizlik mənafelərinə, Silahlı Qüvvələrdə mövcud olan hüquq qaydasına ciddi zərər vurur, hərbi intizamı zəiflədir, şəxsi heyətin döyüş hazırlığını və döyüş qabiliyyətini pozur. Buna görə Təqsirləndirilən şəxs1 barəsində olan cəzanı yüngülləşdirən hallar və onların məcmusu CM-nın 62-ci maddəsinin mənasına görə müstəsna hal kimi qəbul edilə bilməz. Silahlı Qüvvələrdə nizam-intizama riayət etmək müstəsna əhəmiyyətə malik olduğundan bu xarakterli əməllərin törədilməsi digər hərbi qulluqçular arasında nizamintizama əməl olunmasına mənfi təsir göstərir, hərbi qulluqçular tərəfindən öz xidməti vəzifələrinin pozulması hərbi bölmələrin, hissələrin və bütövlükdə Silahlı Qüvvələrin döyüş hazırlığını zəiflədir, ölkənin hərbi təhlükəsizliyinə xələl gətirir. Bu səbəbdən də hərbi qulluq qaydalarının zəruri tərkib hissəsini təşkil edən hərbi intizama əməl edilməsi ictimai təhlükəlilik baxımından cəza təyin edilərkən obyektiv qiymətləndirilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi törədilmiş cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edərkən yuxarıda qeyd olunan halları müzakirə etməmiş və əsassız olaraq CM-nin 62-ci maddəsinin tətbiqini mümkün hesab etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin tələbinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Bu səbəbdən apellyasiya protesti təmin olunmalı, CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən çıxarılmalı, ona təqsirləndirildiyi CM-nin 332.1 və 333.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası həm iş materiallarına əlavə olunmuş sənədləri, həm də müşavirə otağında müzakirə edilən işin hallarını, xüsusilə məhkum Təqsirləndirilən şəxs1 barəsində olan cəza yüngülləşdirən halları, həmçinin məhkəmə iclasındakı davranışlarını nəzərə alaraq məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, işin müəyyən olunmuş hallarına görə Təqsirləndirilən şəxs1 gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməlləri törətmişdir, törətdiyi cinayətləri səmimi etiraf edərək əməllərindən peşman olmuşdur, CM-nin 177.2.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, Azərbaycan Respublikasının ərazi bötövlüyü və suverenliyi uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir və «Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur, müharibə veteranı statusuna malikdir, hazırda ordu sıralarından tərxis olunmuşdur və ailənin tək oğlan övladıdır. Həmçinin qeyd olunmalıdır ki, X3 tərəfindən törədilmiş cinayət hadisəsindən müəyyən vaxt keçmiş, həmin müddət ərzində hər hansı bir qanun pozuntusuna yol verməsi halları olmamış, davranışı ilə islah olunduğunu sübut etməyə çalışmışdır. Xüsusilə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasındakı davranışları ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsini mümkünsüz edəcək həddədir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən halları nəzərdə tutan CM-in 59.2-ci maddəsində cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası X3 barəsində yuxarıda qeyd olunan halları onun cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası o qənaətdədir ki, X3 barəsində hazırda nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu məhkumun cəza çəkmədən islah olunan şəxs olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas verir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən X3 özünün davranışları, danışıq tərzləri törətmiş olduğu cinayət əməlinə görə həmin əməli törətdiyi gündən bu günə kimi keçən müddət ərzində hər hansı bir qanun pozutusuna yol verməyərək islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real çəkilməsi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də məhkumun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, barəsində apellyasiya protesti verilmiş məhkuma aid olan cəzasını yüngülləşdirən hallar qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və ona təqsirli bilindiyi CM-nın 333.4-1-ci maddəsinin sanksiyasının minimum həddində azadlıqdan məhrumetmə cəzası, CM-nin 332.1-ci maddəsinin sanksiyasının orta həddində azadlıqdan məhrumetmə cəzası təyin etməyi, həmçinin CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırma cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, hökmdən CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəlar çıxarılmalı, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 333.4-1-ci maddəsinin sanksiyasının minumum həddində azadlıqdan məhrumetmə cəzası, CM-nin 332.1-ci maddəsinin sanksiyasının orta həddində azadlıqdan məhrumetmə cəzası, həmçinin CMnin 177.2.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırma cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmin cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, eyni zamanda barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsinin Bakı Probasiya İdarəsinə həvalə edilməli, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək, cəmiyyətə yararlı bir vətəndaş olmaq üçün özünü yetişdirmək, özünü islah etmək vəzifələri qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1-1(098)-88/2022 saylı hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hökmdən CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar çıxarılsın. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırma cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs1 davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək, cəmiyyətə yararlı bir vətəndaş olmaq üçün özünü yetişdirmək, özünü islah etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 sınaq müddətinin əvvəli 2 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-1/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-1/2025
02.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver