Məhkəmə qərarları › İş №1-1(104)-10/2023

Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1-1(104)-10/2023

26.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1-1(104)-10/2023 26.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X20 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) N7.2.3-cü maddəsi ilə olan hissədə cinayət təqibinə xitam verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)-N2/2022 nömrəli qərarından və Təqsirləndirilən şəxs həmin Məcəllənin 333.1-ci maddəsi ilə bəraət verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)- N2/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyev) «27» sentyabr 2022-ci il tarixli, 1(098)-N2/2022 nömrəli hökmü ilə xx xxxx 2003-cü ildə Sabirabad rayonunun Cənqən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Cənqən kəndində qeydiyyatda olmaqla orada yaşayan, xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Sabirabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış və «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» psixiatrik diaqnozu ilə «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilərək, N sentyabr 2022-ci il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmış, Müdafiə Nazirliyinin Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin zenit raket artilleriya batareyası 1-ci taqım, 2-ci manqada doldurucu vəzifəsində xidmət etmiş, sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, Təqsirləndirilən şəxs CM-nin 333.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmadığından CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilmiş, o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbirinin ləğv edilməsi, ona qanunsuz ittiham verilməsi ilə əlaqədar kompensasiya almaq hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)-N2/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 74-ci maddəsi tətbiq edilməklə barəsində olan cinayət təqibinə şəratin dəyişməsi nəticəsində CM-nin N7.2.3-cü maddəsi ilə xitam verilməsi və həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Dadaşov X11 Nazirliyinin Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin zenit raket artilleriya batareyası 1 -ci taqım, 2-ci manqada doldurucu vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 18 radələrində xidmət yerini özbaşına tərk edərək X1 Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən evinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 5 (beş) manat dəyərində üzərində “X21” yazıları olan, süni dəri materiallı kəməri olan qol saatını, 50 (əlli) manat dəyərində “Samsung” markalı, “Galaxy Note N8000” model planşetini, 25 (yirmi beş) manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan, təxminən 25 sm ölçülü suvenir bıçağı, 10 (on) manat dəyərində üzərində “ Raul xx.xx.2016 Ələsgərli 60” yazıları olan təsbehini, 10 (on) manat dəyərində üzərində “ Net Plaver wear” yazıları olan boz rəngli gödəkcəni, 5 (beş ) manat dəyərində üzərində “ Get over jeans” yazıları olan göy rəngli kişi şalvarını və dəyəri olmayan qara rəngli süni dəri materialından olan kəmərini götürərək Ş.M.Bayramovaya ümumilikdə 105 (yüz beş) manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa Dadaşov X11 Nazirliyinin Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin zenit raket artilleriya batareyası 1ci taqım, 2-ci manqada doldurucu vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2022-ci il tarixdə saat 20:30-da xidmət yerini özbaşına tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 14:00-da xidmət yerinə qayıtmaqla üç gündən artıq, lakin on gündən çox olmamaqla üzrlü səbəb olmadan xidmət yerini özbaşına tərk etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından və hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək qərarın və hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in N7.2.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin əsaslandırılması və cinayət prosesi iştirakçılarının apellyasiya protestinə münasibəti: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yararlı hesab olunmaqla müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N fevral 2022-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs yalnız təkrarən 2022-ci ilin may ayında hərbi hissəni özbaşına tərk etmə cinayətini törətdikdən sonra o, şəhadətləndirilməsi üçün hərbi həkim komissiyasına göndərilmiş və bu zaman o, «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilmişdir. Bir qayda olaraq hərbi xidmət əleyhinə olan cinayətlər (hərbi cinayətlər) ictimai təhlükəli və hüquqa zidd əməllər olaraq müəyyən edilmiş hərbi hüquq qaydalarının pozulması kimi təzahür edir və törədilmiş hər bir cinayət hərbi hüquq qaydasına və Silahlı Qüvvələrin döyüş hazırlığı vəziyyətinə əhəmiyyətli ziyan vurur. Odur ki, cinayət törədərkən anlaqlı və hərbi-xidməti münasibətlərin real iştirakçısı olan şəxs hərbi hüquq pozuntusu törətdiyi halda məsuliyyətə cəlb olunmalıdır. Məhkəmənin özünün də hökmdə göstərdiyi kimi CM-nin 333.1-ci subyekti Cinayət Qanunu ilə müəyyən edilən yaş həddinə çatmış fiziki anlaqlı şəxs sayılır. Ona görə də məhkəmə yekun qərar qəbul edərkən Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra və ya əvvəl onun «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilməsini, həmçinin cinayət törədərkən anlaqlı olub-olmamasını müəyyən etmək üçün komission məhkəmə tibbi-ekspertizası təyin etməli və məhkəmə tibbi ekspertizasının rəyinə əsasən yekun qərar qəbul edilməli idi. Yalnız bundan sonra onun sağlamlıq durumu ilə bağlı cinayətin subyekti olub-olmaması müəyyən edilə bilərdi. MN Hərbi Mərkəzi Hərbi Həkm Komissiyasının yuxarı instansiya qəbul edilərək yararlılıqla bağlı arayışının N nömrəli hərbi hospitalın verdiyi analoji arayışa münasibətdə üstün sayılaraq buna əsasən bəraət hökmü çıxarıla bilməzdi, bu mövqe tamamilə qanunsuzdur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs CM-nin N7.2.3-cü madəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-nin 74-ci maddəsi tətbiq edilməklə barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata şəratinin dəyişməsi nəticəsində xitam verilməsinə dair qərar çıxarmışdır. CM-nin 74-cü maddəsinin mənası baxımından şəraitin dəyişməsi məhkəmənin göstərdiyi kimi, Təqsirləndirilən şəxs zərərcəkmiş şəxsə malik olan oğurlanmış əşyaları geri qaytarması, zərərçəkmiş şəxslə barışması, bu əməli törədərkən onun 18 yaşı olaraq gənc olması, həmin vaxt onun «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» diaqnozu ilə psixi xəstəlikdən əziyyət çəkməsi və sair sıradan olan cəzanı yüngülləşdirən hallarla bağlı deyil, daha çox şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı ilə bağlı əlamətləri özündə ehtiva edir. Lakin hökmdən görünür ki, məhkəmə CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları şəraitin dəyişməsi hesab etməklə səhvə yol vermiş, şəraitin dəyişməsinin nədən ibarət olmasını, özünü nədə büruzə verməsini, təqsirkarın hansı hərəkətlərinin şəraitin dəyişməsinə səbəb olmasını əsaslandırmamış və hökmdə belə hallara istinad edə bilməmişdir. Bundan əlavə məhkəmənin istinad etdiyi həmin halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsinin özü də mübahisə doğurur. Belə ki, təqsirləndirilən şəxsin cinayəti törədərkən hər-hansı bir xəstəlikdən əziyyət çəkib-çəkməməsi, anlaqlı olub-olmaması, məhkəmənin göstərdiyi diaqnozun ümumiyətlə şəxsi cinayət məsuliyyətindən azad edib-etməməsi kimi vacib hallar məhkəmə tərəfindən tam araşdırılmamış, məhkəmə qərar qəbul edərkən yalnız mülahizələrə əsaslanmışdır. Təqsirləndirilən şəxsin oğurlanmış əşyaları geri qaytarması, zərərçəkmiş şəxslə barışması, 18 yaşı olaraq gənc olmasının cəzanı yüngülləşdirən hallar kimi qeyd edilməsi isə konkret halda ümumiyyətlə absurd bir yanaşmadır və heç bir məntiqə sığmır. Belə ki, təqsirləndirilən şəxsin özünün ifadəsindən və cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyaları özü könüllü olaraq geri qaytarmamış, tutularkən üzərində aşkar edilərək həmin əşyalar geri qaytarılmışdır. Bundan başqa qüvvədə olan CM-nin 84-cü maddəsində 14 yaşdan 18 yaşa qədər olan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilmiş və cəza təyinində bu yaşda olan şəxslərə istisnalar müəyyən edilmişdir. Digər yaş kateqoriyaları barədə qanunda göstəriş yoxdur. Şəraitin dəyişməsi dedikdə qanunverici həm şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin ictimai təhlükəli olmadığını, həm də cinayət törədidilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə cinayəti törətmiş şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi nəticəsində onun ictimai təhlükəli olmadığını nəzərdə tutmuşdur. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi isə ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətlərini, yəni ictimai təhlükəliliyini itirmiş olur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, hərbi hissəni özbaşına tərk etmə və ya xidmət yerinə vaxtında qayıtmama cinayətinin törədilməsi Silahlı Qüvvələrdə ümumi intizamın aşağı səviyyəyə düşməsinə, ordunun döyüş qabliyyətinin zəifləməsinə səbəb olur. Həmçinin talama cinayətinin törədilməsi nəticəsində vətəndaşların konstitusiya və beynəlxalq hüquqla tanınan və qorunan mülkiyət hüquqlarına da əhəmiyyətli zərər vurulmuş olur. Ona görə də Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ictimai təhlükəlilik və aktuallıq baxımından obyektiv qiymətləndirilməli və məhkum barəsində yekun qərar qəbul edilərkən nəzərə alınmalı idi. Bundan başqa yuxarıda qeyd edildiyi kimi şəraitin dəyişməsi dedikdə həm də cinayət əməlini törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, CM-nin 74-cü maddəsinə əsasən cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Lakin göründüyü kimi cinayət hadisəsi baş verdikdən sonra məhkumun həyatında şəraitin dəyişməsinə səbəb ola biləcək və onun şəxsiyyətinin ictimai təhlükəliliyini aradan qaldıracaq heç bir hadisə baş verməmiş və məhkəmə də bu barədə əsaslı dəlil təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi və protestin təmin edilməsinə dair yeni hökm çıxarılmasını məhkəmə kollegiyasindan xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdilər, protestin dəlillərinin əsassız olduğunu və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkum əlavə olaraq göstərdi ki, 15-16 yaşlarından onda bu problemlər yaranmış, tez əsəbiləşmiş, əsəbiləşərkən qollarını kəsmişdir. Hərbi xidmətə yollanarkən onun qolunda olan kəsiklərə heç bir əhəmiyyət verilməmiş, onunla söhbət aparılaraq hərbi xidmətə yararlılığı müəyyən edilmişdir. Hərbi xidmət dövründə xəstəliyi birazda kəskinləşmiş və özünü tam idarə edə bilməmişdir. APELLYASİYA MƏHKƏMƏSİNDƏ ARAŞDİRMA: Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılması üçün məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, bu məqsədlə Təqsirləndirilən şəxs təkrarən dindirilmiş, iş üzrə kompleks məhkəmə-psixiatrik və komisyon məhkəmə-tibbi, stasionar məhkəmə-psixiatrik ekspertizaları təyin edilmiş və işdə olan digər sübutlar tədqiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, xidmətdən əvvəl uşaqlıq dostunun vəfatından sonra onun meyidini görərək qorxmuş və bununla əlaqədar olaraq xidmətdən əvvəl onda psixi gərkinlik əmələ gələrək özünəqapanma və tez əsəbləşmə baş verirdi və bu ərəfələrdə dəfələrlə qolunun damarını bıcaqla kəsdiyindən xidmətdən əvvəl hərbi komissarlıq tərəfindən psixi dispanserdə müalicə olunaraq, sağalmışdır və sonra xidmətə göndərilmişdir. Xidmətə getdikdən sonra bir müddət xidmət etdikdən sonra onda qəflətən darıxma hissi yaranmağa başlanılmışdır və bir yerdə dura bilmədiyindən dəfələrlə hərbi hissəni tərk edib getmişdi, lakin qısa müddət ərzində onu xidmət yoldaşları xidmət yerinə qaytarmışdılar və bununla yanaşı bu ərəfələrdə onda yenədə psixi gərginlik yaranmışdır. Bu səbəbdən təkrarən qolunda damarlarını kəsmişdir və bununla əlaqədar olaraq hərbi hospitala göndərilərək, orada bir müddət müalicə olunmuş hərbi xidmətə yararsız sayılaraq 2022-ci ilin sentyabr ayının əvvəlində ehtiyyata tərxis olunmuşdur və evlərinə qayıtmışdır. Eyni zamanda hərbi hissəni tərk etdiyi dövr ərzində onu yolda tutub geri qaytardıqlarından mülku paltarda getməyi qərara almışdır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində xidmət dövründə darıxaraq sıxıntı kecirdiyindən hərbi hissəni növbəti dəfə tərk edərkən, poliqon adlanan ərazisindən keçərək yaxınlıqda yerləşən əkin sahəsi ilə hərəkət edib Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yaşayış evlərinin olduğu yerə gəlmiş, burada qabağıma çıxan birinci evin həyətinə daxil olmuş və evin giriş qapısında qara rəngli ayaqqabı götürmüş, evin boş olmadığını görüb hasardan digər evin həyətinə tullanmışdır. Həmin evin giriş qapısında olan pəncərəni həyətdəki daşı götürüb vuraraq sındırmış, pəncərədən evə daxil olmuş, həmin otağın mətbəx olduğunu görmüş, və digər otağa keçmək istədikdə qapının bağlı olduğunu görüb pəncərənin şüşəsini yerindən çıxardıb pəncərədən otağa daxil olmuşdur. Həmin otaqda paltar şkafının qapısını açmış, orada olan geyimlərin qadına aid olduğunu görüb giriş qapısının solunda olan otağa daxil olmuş, orada olan şkafın sirməsini açdıqda bir ədəd Samsung markalı planşet olduğunu görmüş, həmin planşeti götürüb qapının kənarına qaymuş, giriş qapısının önündə olan otağa daxil olmaq istəsə də qapı bağlı olduğundan otağın qapısını təpiklə vuraraq qapının kilidini sındırmış və otağa daxil olmuş, otaqdakı paltar şkafından əyninə uyğun bir ədəd şalvar, bir ədəd kəmər və bir ədəd gödəkcə götürərək geyinmiş, həmin otaqda olan boz rəngli çantanı oradan götürdüyü mətbəx bıçağı ilə kəsmiş, çantanın içərisindən bir ədəd təsbeh, bir ədəd bıçaq və bir ədəd qol saatı götürmüşdür. Gecə hərbi hissənin olduğu tərəfə getmək istədikdə polislərin olduğunu görüb geri qayıtmış, əlində olan kiteli kolluq ərazidə gizlətmiş, gecəni həmin evdə keçirmişdir. Hərbi geyimini salafan torbaya qoymuş və həmin salafan torbanı özü ilə götürməyi unutduğundan evdə qalmışdır. Onun niyyəti evdən oğurladığı əşyaları əynindəki hərbi formanı dəyişib mülkü paltar geyinmək istəməsi olmuşdur. Həmin gün həmin evdə gecələyib, səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə saat 11 radələrində evi tərk edərək Goranboy rayon mərkəzinə doğru hərəkət edən zaman hərbi hissənin hərbi qulluqçusu onu görüb hərbi hissəyə qaytarmışdır. Evdən götürdüyü əşyaları geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə saat 20:30-da evləri üçün darıxdığından xidmət yerini poliqon adlanan yerdən tərk edərək Sabirabad rayonunun Babacanlı kəndinə getmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə saat 21 radələrində evə çatmış, atası onu görən kimi hərbi hissə ilə əlaqə saxlayaraq onun evə gəldiyini demiş, babası Məmmədsadıq onu xx.xx.2022-ci il tarixdə saat N radələrində hərbi hissəyə gətirmişdir. Hərbi hissəni özbaşına tərk etməsinin səbəbi xidmət dövründə darıxaraq sıxıntı keçirməsi olmuşdur. Törətdiyi əməllərindən peşimandır, hospitalda həkimlər soruşanda xidmətdən əvvəl uşaqlıqda yuxarıda qeyd etdiyi şəraitdə stress keçirdiyindən daim əsəbi olduğunu və bunun nəticəsi olaraq dəfələrlə qolunun damarlarını kəsdiyini, hərbi xidmətə gələndən sonra hərbi hissədə də əsəbiləşərək qolunu kəsdiyini, səbirsiz olaraq, hec bir tapşırığı axıra kimi görə bilmədiyini, belə vəziyyətdə daim baş ağrıları olduğunu, bir yerdə dayana bilmədiyini və bu səbəbdən 3-4 ay xidmət etdikdən sonra daim xidmət yerini özbaşına tərk etdiyini, xidmət etmək istədiyini, lakin bu psixi gərginlik vəziyyətdə necə xidmət edəcəyini bilmədiyini bildirmişdir, hal-hazırda sıxıntı keçiridiyindən mülkü həyatda heç yerdə işləmir və müalicəyə ehtiyyacı olsada atasının maddi imkanı olmadığından müalicə oluna bilmir. Apellyasiya protestində göstərilən dəlillərin araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə kompleks məhkəmə-psixiatrik və komisyon məhkəmə-tibbi, stasionar məhkəmə-psixiatrik ekspertizaları təyin edilmişdir. Məhkəmə kollegiyasının müvafiq qərarı əsasında verilmiş və iş materiallarına əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in 16 fevral 2023-cü il tarixli 428 saylı rəyindən görünür ki, -yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar edilir. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu” diaqnozu qeyd edilmişdir. -yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt (hər iki cinayət əməlinə münasibətdə) hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt yol verdiyi əməlin kriminal xarakterini dərk etmək, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onlara rəhbərlik etmək qabiliyyətinə malik olmuşdur. -yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. -yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. -yoxlanılan şəxs Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə gəlməzdən əvvəl hər hansı psixi xəstəlik müəyyən edilmir. Tibbi sənədlərə əsasən hərbi xidmət dövründə onda “E 44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu” qeyd edilib. Təqdim edilmiş sənədlərdən bu xəstəliyin iyul ayında yaranmağını ehtimal etmək olar. -tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs N fevral 2022-ci il tarixdə MN-in N nömrəli hərbi hissəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda müəyyən edilmiş “praktiki sağlam” diaqnozu və 23 avqust 2022-ci il tarixdə şəhadətləndirilərkən onda müəyyən edilmiş “F 44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu” diaqnozu düzgün təyin edilmişdir. Məhkəmə kollegiyasının müvafiq qərarı əsasında verilmiş və iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 20 dekabr 2022-ci il tarixli K/335-2022 saylı rəyindən görünür ki, -Təqsirləndirilən şəxs hərbi xidmətə çağırılmazdan əvvəl onda "Hal-hazırda praktiki psixi sağlam. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya" olmuş, hərbi xidmət dövründə isə "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativkonversion pozuntu. Burun tənəffüsünü mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sol saidin ön səthinin çoxsaylı kəsilmiş-cırılmış yaralarından sonrakı bərkimiş dəri çapıqları" xəstəliyi olmuşdur. -Təqsirləndirilən şəxs hərbi xidmətə çağırışla əlaqədar hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda hərbi xidmətə yararsız olmasına səbəb ola biləcək hər-hansı xəstəlik aşkar edilməmiş, o, "Hal-hazırda praktiki psixi sağlam. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya" ilə "Xəstəliklər cədvəli"nin Nç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "hərbi xidmətə yararlıdır, A-4" olmuşdur. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə yaranmış "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu. Burun tənəffüsünü mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sol saidin ön səthinin çoxsaylı kəsilmiş-cırılmış yaralarından sonrakı bərkimiş dəri çapıqları" xəstəliyi ilə bağlı "Xəstəliklər cədvəli"nin Nb maddəsinin İl qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilir. -Dadaşov X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan şəhər şöbəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən "Hal-hazırda praktiki psixi sağlam. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya" ilə "Xəstəliklər cədvəli"nin Nç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "hərbi xidmətə yararlıdır, A-4" olmuşdur. Məhkəmə kollegiyasının müvafiq qərarı əsasında verilmiş və iş materiallarına əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in 06 iyul 2023-cü il tarixli 95 saylı rəyindən görünür ki, -yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. -yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. -yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda səxsiyyətin isterik pozuntusu müəyyən edilir. Lakin həmin psixi pozuntu hal-hazırda ifadə olunma dərəcəsinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicaya ehtiyacı, olmadığı müəyyən edilir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onun əziyyət çəkdiyi şəxsiyyətin isterik pozuntusunun gedişində dekompensasiya vəziyyətinin yaranmaması, anamnezində qeyd edilən özünə xəsarət yetirmələrinin özünüöldürmə cəhdlərinə keçməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi Təqsirləndirilən şəxs daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. -yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» aşkar edilmir. Tibbi sənədlərə əsasən 2022-ci ilin iyul-avqust aylarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müayinə olunarkən Təqsirləndirilən şəxs «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» qeyd edilmişdir. Həmin psixi pozuntu irsi xarakter daşımır. Elmi ədəbiyyatda olan məlumatlara əsasən həmin psixi patologiya çox vaxt qəflətən meydana çıxa bilir və bir neçə həftə və ya aydan sonra sönməyə meylli olur. Təqsirləndirilən şəxs hal-hazırda şəxsiyyətin isterik pozuntusu müəyyən edilir. -yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilmiş «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu»nun dəqiq yaranma tarixini müəyyən etmək mümkün deyildir. Amma təqdim edilmiş tibbi sənədlərə görə həmin psixi pozuntunun 2022-ci ilin iyul ayında yaranmasını ehtimal etmək olar. Həmin psixi pozuntu psixogen xarakter daşımaqla şəxsin fərdi xüsusiyyətləri fonunda subyektiv olaraq həll edə bilmədiyi psixoloji problemlərdən irəli gəlmişdir. Cinayət işində olan digər sübutlar aşağıdakılardır: Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, oğlu Məhəmməd hərbi xidmətə çağırılmamışdan əvvəl uşaqlıq dostunun ölümündən sonra onun meyidini gördüyündən bərk sıxıntı keçirmişdir və bundan sonra psixi gərginlik keçirərək, hər bir şeyə əsəbləşir və bir dəfə qolunun damarlarını kəsmişdir. Bununla əlaqədar olaraq hərbi xidmətə getməmişdən əvvəl hərbi komissarlıq tərəfindən Sabirabad rayon psixi dispanserə müalicəyə göndərilmişdir və orada müalicə olduqdan sonra hərbi xidmətə sağlam sayılaraq, 2021-ci ilin iyul ayında hərbi xidmətə çağırılmışdır. Xidmət müddətində ilk vaxtlarda normal xidmət etmişdir, lakin 2021-ci ilin oktyabr aylarından başlayaraq hərbi hissədən aldıqları məlumata əsasən mütamadi hərbi hissədən qaçmağa başlamışdır, lakin hər dəfə tutularaq xidmət yerinə qaytarılmışdır. Yalnız bir dəfə 2022-ci ilin yanvar ayında xidmətdən qaçaraq evə gəlmişdir. Evə gələn kimi hərbi hissəyə özü məlumat vermişdir və bir neçə gündən sonra babası tərəfindən hərbi hissəyə qaytarılmışdır. Hərbi hissəni tərk etməsinin səbəbini soruşduqda sıxıntı keçirərək darıxdığından hərbi hissəni tərk etməsini bildirmişdir. Bundan sonra bir müddət xidmət etdikdən sonra onun əvvəlki psixi xəstəliyi kəskinləşdiyindən 2022-ci ilin sentyabr ayında vaxtından əvvəl ehtiyyata buraxılmışdır və bundan sonra psixi xəstəlikdən əziyyət çəkir. Onda xəstəlik yaxın dostunun ölümündən sonra bərk qorxduğu üçün yaranmışdır, çox əsəbi olur, öz hərəkətlərini bilmir, qıc olma baş verir, daimi baş ağrılarından əziyyət çəkir belə halları olanda. Fəhlə işlədiyi üçün çox kasıb olduqlarından oğlunun müalicəsi ilə məşğul ola bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş N saylı hərbi hissənin sanitar-təlimatçısı cavuş X8 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30-da xidmət yerini özbaşına tərk etmiş və xx.xx.2022-ci il tarixdə saat 14:00-da xidmət yerinə geri qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etməsinin səbəbi eşitdiyinə görə xidmət müddətində sıxılması və üçün darıxması olmuşdur. Təqsirləndirilən şəxs təbiətcə çox sakit əsgər idi. Xidmətinin ilk vaxtlarında normal xidmət aparmış, lakin sonradan xidmət yerini tez-tez tərk etməyə başlamışdır. Bir dəfə 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edən zaman təsadüfən maşınla gedərkən Ağcakənd ərazisində onu mülkü formada görüb tanımış, maşınla hərbi hissəyə gətirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş N saylı hərbi hissənin ZRA batareyasının komandiri, baş leytenant X12 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs onu tabeliyində xidmət etmişdir. İlk aylarda, yani 2021-ci ilin sentyabr ayından oktyabr ayınadək özünü sakit və nizam-intizamlı əsgər kimi aparmışdır. Lakin, 2021-ci ilin oktyabr ayından mütamadi olaraq hec bir səbəb olmadan başladı hərbi hissəni tərk etməyə. Lakin hərbi hissədən çox uzaqlaşmayaraq onu yol kənarında görərək hərbi hissəyə qısa müddət ərzində qaytarırdılar. Hərbi hissənin tərk etməsinin səbəbini soruşanda darıxdığını bildirmişdir. Eyni zamanda xidmət zamanı bir dəfə bir neçə günlük hərbi hissəni tərk etdi, yəni xx.xx.2022-ci il tarixdə saat 20:30-da xidmət yerini özbaşına tərk etmiş və xx.xx.2022-ci il tarixdə saat 14:00-da xidmət yerinə babası tərəfindən xidmət yerinə geri qaytarılmışdır. Eyni zamanda qayıdanda sol əlinin damarlarının kəsilməsini görmüş və səbəbini soruşanda yenədə darıxdığından bunu etdiyini bildirmişdir. Bu hadisələr mütamadi baş verdiyindən sonra 2022-ci ildə stasionar müalicəyə göndərildi və oradan qayıdaraq hərbi xidmətə yararsız kimi vaxtından əvvəl 2022-ci ilin sentyabr ayının birində ehtiyyata tərxis olunmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Xocalı RPŞ-nin rəis müavini Mahir müəllim onun oğlu Mahirə xx.xx.2021-ci il tarixdə zəng edərək evlərindən oğurluq edildiyini, oğurluq edənin əsgər olduğunu və tutulduğunu demişdir. Daha sonra oğlu Mahir həmin evə getmiş və evdən paltar dolabının içərisində olan paltarların yerə töküldüyünü görmüş və yataq otağına daxil olan zaman bəzi əşyaların olduğu çantanın bıçaqla kəsildiyini və içərisindən bir ədəd suvinir bıçaq və bir ədəd təsbəh, həmçinin həmin otaqda stolun üstündən bir ədəd qol saatının, digər yataq otağında isə Samsung markalı planşetin, bir ədəd şalvar, bir ədəd gödəkcə və bir ədəd kəmərin oğurlandığını demiş, daha sonra evlərinə gizli olaraq daxil olan şəxsin N nömrəli hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs olduğu polis tərəfindən onlara bildirilmişdir. Onun və ailəsinin həmin şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Xocalı RPŞ-nin rəis müavini Mahir müəllim xx.xx.2021-ci il tarixdə ona zəng edərək evlərindən oğurluq edildiyini, oğurluq edənin əsgər olduğunu və tutulduğunu demiş, o, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində anası Bayramova Şəfaqətin adına olan olan evə gəlmiş və içəri girən kimi orada olan paltar dolabının içərisində olan paltarların yerə töküldüyünü görmüş və yataq otağına daxil olan zaman bəzi əşyaların olduğu çantanın bıçaqla kəsildiyini və içərisindən bir ədəd suvinir bıçaq və bir ədəd təsbəh, həmin otaqda stolun üstündən bir ədəd qol saatı və digər yataq otağında isə Samsung markalı planşetin, həmçinin evdən bir ədəd şalvar, bir ədəd gödəkcə və bir ədəd kəmərin oğurlandığını müəyyən etmişdir. Daha sonra o, Xocalı RPŞ-nə dəvət olunmuş və ona evlərinə gizli olaraq daxil olan şəxsin N nömrəli hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs olduğu bildirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərcəkmiş şəxslərin ərizələrindən, baxış protokolundan və digər sübutlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin zenit raket artilleriya batareyası 1 -ci taqım, 2-ci manqada doldurucu vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 18 radələrində xidmət yerini özbaşına tərk edərək X1 Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən evinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 5 (beş) manat dəyərində üzərində “X21” yazıları olan, süni dəri materiallı kəməri olan qol saatını, 50 (əlli) manat dəyərində “Samsung” markalı, “Galaxy Note N8000” model planşetini, 25 (yirmi beş) manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan, təxminən 25 sm ölçülü suvenir bıçağı, 10 ( on) manat dəyərində üzərində “ Raul xx.xx.2016 Ələsgərli 60” yazıları olan təsbehini, 10 ( on) manat dəyərində üzərində “ Net Plaver wear” yazıları olan boz rəngli gödəkcəni, 5 ( beş ) manat dəyərində üzərində “ Get over jeans” yazıları olan göy rəngli kişi şalvarını və dəyəri olmayan qara rəngli süni dəri materialından olan kəmərini götürərək Ş.M.Bayramovaya ümumilikdə 105 (yüz beş) manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/204 saylı xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, üzərində “X21” yazıları olan, süni dəri materiallı kəməri olan qol saatı 5 (beş) manat dəyərində, “Samsung” markalı, “Galaxy Note N8000” model planşetin 50 (əlli) manat dəyərində, üzərində markalanmasına dair heç bir məlumat olmayan, təxminən 25 sm ölçülü suvenir bıçaq 25 (yirmi beş) manat dəyərində, “ Raul xx.xx.2016 Ələsgərli 60” yazıları olan təsbehin 10 ( on) manat dəyərində üzərində, üzərində “ Net Plaver wear” yazıları olan boz rəngli gödəkcə 10 ( on) manat dəyərində, üzərində “ Get over jeans” yazıları olan göy rəngji kişi şalvar 5 ( beş ) manat dəyərində və dəyəri olmayan qara rəngli süni dəri materiallı kəmər, qara rəngli üzərində markalanmasına dair heç bir məlumat olmayan ipli ayaqqabı 3 ( üç) manat dəyərində qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 2021-ci il tarixli, 275 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021 -ci il tarixli 070 nömrəli 19 iyul 2021-ci il tarixli 079 nömrəli əmirlərinə əsasən 2021-ci il iyul ayında müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş, ixtisas hazırlığı kursunu bitirmiş əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N sentyabr 2021-ci il tarixdən hərbi hissənin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və zenit raket artilleriya batareyası 1-ci taqım 2-ci manqa tuşlayıcı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə tərəfindən əsgər Təqsirləndirilən şəxs adına təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki o, özünü nizam-intizamsız, dözümsüz bir hərbi qulluqçu kimi göstərmişdir, Tutduğu vəzifənin icrasına vicdanla yanaşmır, xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlmir və işinə məsuliyyətlə yanaşmır. Ona komandirlər və rəislər tərəfindən verilən əmr tapşırıqları vaxtıvaxtında, düzgün və layiqincə yerinə yetirmir. Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin tələblərini bilmir və xidmətini onun əsasında təşkil etmək üçün çalışmır. Əsgər Təqsirləndirilən şəxs hərbi geyim formasını düzgün daşımır və səliqəsinə fikir vermir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xidməti vərəqədən görünür ki, xidmət müddətində əsgər Təqsirləndirilən şəxs həvəsləndirilməmiş, intizam qaydasında 5 (beş) dəfə cəzalandırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 24 saylı əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30-da radələrində xidmət yerini özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 11 saylı əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00-da xidmət yerinə gəldiyi üçün qazan təminatına qoyulmuşdur. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin qərargah rəisinin aryışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixində saat 18:30 radələrində xidmət yerinitərk etmiş və xx.xx.2021-ci il tarixdə xidməti yerinə qayıtmışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin baş leytenantı Cavidan Şəmilzadənin komandirə raportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə hərbi hissəni özbaşına tərk etmiş və xx.xx.2022-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi Orxan Babayevin raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs «hər iki əlin arxa səthinin, sağ əlin içəri səthinin, sol dizin səthi sıyrılmış yaraları, sol aşıq baldır oynağının zəif reaktiv ödemi» diaqnozu ilə xəsarət almışdır. Cinayət işinin materiallarında olan 02 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 333.1-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 39.1.12-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N fevral 2022-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarili 6410 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il taridən Psixatiriya bölməsində «Dissosiativkonversion pozuntu» diaqnozu ilə stasionar müayinə və müalicədədir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 998 nömrəli «X10»sinə əsasən Təqsirləndirilən şəxs «Xəstəliklər cədvəli»nin Nb maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» diaqnozu ilə «Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı» hesab edilmişdir və şəhadətnamədə göstərilmişdir ki, şikayəti əsəbilikdəndir. Anemnezi ilkin inkişafı dövrü normal keçib. Uşaq yaşlarında xasiyyətcə dəcəl və ərköyün olub. Orta məktəbddə təhsilə maraq göstərməyib, davamiyyəti zəif olub və formal olaraq 5-ci sinifə qədər məktəbə gedib. Valideyinlərinin iradlarına cavab olaraq tez-tez əhval-ruhiyyəsi dəyişib küskünlük halı keçirib, bəzən isə evdən acıq edərək gedib. 16 yaşında atası ilə mübahisə edərək sol saidinə kəsiklər edib. Bundan sonra deməsinə görə bir neçə dəfə əsəbiləşərək sol saidinə kəsiklər edib. Hərbi xidmətə çağırış zamanı müayinə edilərək hərbi xidmətə yararlı olması təyin edilib. Həvəslə hərbi xidmətə gedib. Hərbi hissədən təqdim edilən xidməti xasiyyətnamədən aydın olur ki, «xidmət etdiyi dövr ərzində özünü nizam intizamsız bir hərbi qulluqçu kim göstərmişdir. Komandir və rəislər tərəfindən verilən əm rvə tapşırıqları vaxtında və dəqiq yerinə yetirmir. Hərbi nizamnamənin tələblərini zəif bilir və gündəlik xidmətini onlara əsasən qurmağa çalışmır, bilik və bacarığını artırman üçün öz üzərində işləmir. Hərbi geyim formasını səliqəli daşımır. Üzərinə düşən xidməti vəzifələrini şüurlu şəkildə dərk edir. Onları layiqincə yerinə yetirməyə çalışmır. Xidmət etdiyi kollektivdə özünə hörmət qazana bilməmişdir, qarşılıqlı münasibətdə səmimi və mehriban deyil». xx.xx.2022-ci il tarixdən MN BKH-da müayinə və müalicədədir. Obyektiv müayinənin məlumatları fiziki cəhətdən kafi inkişaf etmişdir. İnkişaf qüsurları yoxdur. Normastenik bədən quruluşudur, qidalanması kafidir. Dəri və görünən selikli qişaları adi rəngdədir. Hər iki saidin ön səthində çoxsaylı kəsilmiş yaralardan sonrakı bərkimiş və sol saidin ön səthində kəsilmiş yaralardan sonrakı bərkiməmiş dəri çapıqları qeyd edilir. Periferik limfa düyünləri böyüməyib. Əzələ sistemi kafi inkişaf etmişdir. Döş qəfəsi düzgün quruluşludur. Tənəffüs aktında hər iki tərəfdə simmetrik iştirak edir. Tənəffüs hərəkətlərinin sayı dəqiqədə 18-dir. Perkussiya zamanı ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. A/T 120/70 mm c. süt Nəbzi ritmik dəqiqədə 86 vurğudur. Ürək tonları aydın ritmikdir. Qanı yumşaq palpasiyada ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Defakasiya müntəzəmdir. Bel nahiyyəsində döyəcləmə əlaməti hər iki tərəfdə mənfidir. Diurez pozulmamışdır. Nevroloji statusunda irəli uzadılmış əl barmaqlarında və yumulmuş göz qapaqlarında tremor müşahidə edilir. Distal hiperhidroz qeyd olunur. Görmə itiliyi hər iki gözdə 1.0. Pıçıltı nitqini hər iki quluqda 6.0 məsafədən eşidir. Psizxi vəziyyəti bələdliyi bütün növlər üzrə saxlanılıb düzgündür. Söhbətə həvəssiz və fikirli tərzdə başlayır. Suallara sakit səslə ardıcıl cavablar verir. Deyir ki, «mən brinci dəfə 16 yaşımda olanda atamla dalaşıb əsəbiləşib qolumu kəsdim, ondan sonra əsəbiləşəndə qolumu kəsirdim əsgərliyə gələndən sonra hərbi hissədə əsəbiləşərək qlumu kəsdim, səbrsizəm, heç nəyə səbrim çatmır, bir işi axıra kimi görə bilmirəm, əsəbiləşəndə baş ağrıları olur, yerimdə dayana bilmirəm, nəsə etməsəm sakitləşə bilmirəm, bura psixatiriya bölməsinə gələndə qapalı yer olduğu üçün darıxacağımı bilirdim ona görədə qalmaq istəmirdim, xidmət etmək istəyirəm, ancaq necə xidmət edəcəyimi bilmirəm». Emosiyaları dəyişkəndir. Qavrama pozuntuları və sayıqlama aşkar olunmur. Zehni inkişaf səviyyəsi yaşına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğundur. Yaddaşı pozulmayıb. Özünə, yaranmış vəziyyətə və xəstəliyinə qarşı tənqidi münasibətləri zəifləyib. Hal-hazırda bölmədə özünü narazı ədalı və özündən razı tərzdə aparır. Palata yoldaşları ilə ünsiyyətdə seçmə olur, təkliyə və tənhalığa meyillidir. Göstərişlər olduqda həyacan və təşviş hissi keçirir. Göstərişləri və tapşırıqları dərhal yerinə yetirir. Yuxusu dərmanla, yeməyi kafidir. Diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhk-nın qərarı: F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli 258 nömrəli əmri ilə Dadaşov X11 Nazirliyinin Mərkəzi Hərbi həkim komissiyasının qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 998 nömrəli «X10»sinə əsasən «Xəstəliklər cədvəli»nin Nb maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilərək Ordu Sıralarından ehtiyyata buraxılmış hesab edilmiş, N sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və sənədləri SHXÇDX-nin Sabirabad rayon şöbəsinə göndərilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini birinci instansiya məhkəməsinin qiymətləndirdiyi hallar, tədqiq edilmiş sübutlar və iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin bəraət hökmü dəyişdirilmədən saxlanılmalı, birinci instansiya məhkəməsinin cinayət təqibinə xitam verilməsinə dair qərarı isə ləğv edilib həmin hissədə yeni hökm çıxarılmalıdır. Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Birinci instansiya məhkəməsinin hökmü və qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 74-ci maddəsi tətbiq edilməklə barəsində olan cinayət təqibinə şəratin dəyişməsi nəticəsində CM-nin N7.2.3-cü maddəsi ilə xitam verilməsi, ona CM-nin 333.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmadığından CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi qərara alınmışdır. Apellyasiya protestində məhkəmənin gəldiyi bu nəticə mübahisələndirilmiş, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsaslarına görə hökmün və qərarın ləğv edilməsi iddia edilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini qismən əsaslı hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 333.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla əlaqədar aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya protestinin dəlillərindən görünür ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 998 nömrəli «X10»sinə əsasən Təqsirləndirilən şəxs «Xəstəliklər cədvəli»nin Nb maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» diaqnozu ilə «Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı» hesab edilməsi işin mübahisə doğurmayan halıdır. Apellyasiya protestində isə Təqsirləndirilən şəxs həmin xəstəliyin məhz hansı tarixdə yaranması mübahisələndirilmiş, protest müəllifinin fikrincə Təqsirləndirilən şəxs hərbi xidmətə çağırılarkən və ittiham olunduğu əməli törədərkən hərbi xidmətə yararlı olmuş və o, hərbi xidmət əleyhinə cinayətlərin subyekti statusunda olmuşdur. Məhz apellyasiya protestində göstərilən dəlillərin araşdırılması və Təqsirləndirilən şəxs qeyd olunan xəstəliyin hansı tarixdə yaranmasının dəqiq müəyyən edilməsi məqsədilə, məhkəmə kollegiyası tərəfindən cinayət işi üzrə məhkəmə baxışı məhkəmə istintaqı aparılmaqla keçirilmiş, bu məqsədlə məhkum yenidən dindirilmiş, onun barəsində müvafiq ekspertizalar təyin edilmiş, lakin yekun nəticədə birinci instansiya məhkəməsinin bəraət hökmünün qanuni və əsaslı olması müəyyən edilmişdir. CM-nin 333.1-ci maddəsinin tələbinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə cinayət məsuliyyəti yaradır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 333-cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və üzürlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsi təşkil edir. CM-in tələblərinə görə həmin Məcəllənin 333-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantı, zabit, gizir, miçman, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu və ya kontrakt üzrə xidmət edən şəxs təşkil edir. CM-in 19-cu maddəsinə görə həmin Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmçinin qeyd etmək lazımdır ki, CM-də nəzərdə tutulmuş bir sıra cinayətlər subyektinin əlavə əlamətlərinə görə fərqləndirilir və həmin cinayətlərin subyekti “xüsusi subyekt” hesab edilir. CM-in 333-cü maddəsində də qeyd olunan cinayəti törətmiş şəxs xüsusi subyekt hesab edilir və həmin subyekt bir sıra fərdi xüsusi əlamətlərə malik olmalıdır. Burada əsas əlamət isə həmin cinayəti törətmiş şəxsin hərbi qulluqçu statusuna malik olması və hərbi xidmətə yararlı olmasıdır. Lakin hazırki cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu müddətdə hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətə yararlı olması işin mübahisəli və şübhəli halıdır. Belə ki, həm Təqsirləndirilən şəxs öz ifadələrindən, həm də iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 yaşında atası ilə mübahisə edərək sol saidinə kəsiklər etmişdir. Həmçinin özünün deməsinə görə bundan sonra bir neçə dəfə əsəbiləşərək sol saidinə kəsiklər etmiş, daha sonra hər dəfə əsəbiləşəndə qolunu kəsmiş, hərbi xidmətə gəldikdən sonra hərbi hissədə əsəbiləşərək qolunu kəsmişdir. Məhkəmə kollegiyasının iclasında da, Təqsirləndirilən şəxs qollarında olan kəsikləri məhkəmə kollegiyasına nümayiş etdirmiş və məhkəmə kollegiyasında onun ifadəsində göstərdiyi xüsusatlara (qollarında müxtəlif vaxtlarda kəsiklər etməsinə) dair hər hansı şübhə və anlaşılmazlıq qalmamışdır. Yəni hazırda da, onun hər iki qolunda çoxsaylı kəsiklərin olması açıq-aydın görünür. Lakin bununla belə Təqsirləndirilən şəxs «Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı» hesab edilməsinə səbəb olan xəstəliyin dəqiq olaraq hansı tarixdə yaranmasını müəyyən etmək məqsədilə, məhkəmə kollegiyası tərəfindən 2 dəfə ekspertiza təyin edilmiş, lakin ekspertlər ehtimal xarakterli cavablar verərək Təqsirləndirilən şəxs xəstəliyin yaranma tarixinə dair dəqiq bir nəticəyə gələ bilməmişlər. Belə ki, məhkəmə kollegiyasının müvafiq qərarı əsasında verilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in 16 fevral 2023-cü il tarixli 428 saylı rəyindən görünür ki, hərbi xidmət dövründə Təqsirləndirilən şəxs “E 44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu” qeyd edilib. Təqdim edilmiş sənədlərdən bu xəstəliyin iyul ayında yaranmağını ehtimal etmək olar. Həmin rəydə qeyd olunan ehtimalları aradan qaldırmaq, eləcə də ekspertlər tərəfindən tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə kollegiyada yaranmış sualları aradan qaldırma üçün məhkəmə kollegiyası tərəfindən yenidən ekspertiza təyin edilmiş və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in 06 iyul 2023-cü il tarixli 95 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilmiş «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu»nun dəqiq yaranma tarixini müəyyən etmək mümkün deyildir. Amma təqdim edilmiş tibbi sənədlərə görə həmin psixi pozuntunun 2022-ci ilin iyul ayında yaranmasını ehtimal etmək olar. Həmin psixi pozuntu psixogen xarakter daşımaqla şəxsin fərdi xüsusiyyətləri fonunda subyektiv olaraq həll edə bilmədiyi psixoloji problemlərdən irəli gəlmişdir. Göründüyü kimi ekspertlər özləri də Təqsirləndirilən şəxs qeyd edilmiş «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu»nun dəqiq yaranma tarixini müəyyən edə bilməmişlər, onlar yalnız təqdim edilmiş tibbi sənədlər əsasında həmin psixi pozuntunun 2022-ci ilin iyul ayında yaranmasını ehtimal etməyin mümkün olduğu nəticəsinə gəlmişlər. Lakin qeyd olunan rəylərdə ekspertlərin bu nəticəyə gəlməsinin səbəb və motivləri ilə əlaqədar heç bir mötəbər dəlilə istinad edilməmiş, ekspertlər gəldikləri nəticəni kifayət qədər əsaslandırmamışlar. Ekspertlərin istinad etdiyi Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2022-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışından isə görünür ki, həmin arayışda Təqsirləndirilən şəxs xəstəliyi barədə heç bir məlumat əks etdirilməmişdir (bax İ cild i.v. 21). Təqsirləndirilən şəxs özünün və atasının ifadələrində göstərdikləri Təqsirləndirilən şəxs xidmətdən əvvəl xəstəliyi olması, onun özünə xəsarətlər yetirməsi barədə verdiyi ifadələri isə ümumiyyətlə araşdırılmamışdır. Halbuki, Təqsirləndirilən şəxs özünün zahiri baxışı belə, onun qollarında olan kəsikləri görmək üçün kifayət edər və qeyd olunan məsələlərin vaxtında araşdırılmasına gətirib çıxarardı. Ekspertlərin istinad etdiyi digər bir sənəd cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən 11 iyun 2021-ci il tarixli 804 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası SHXÇDX-in Sabirabad Rayon Şöbəsi tərəfindən verilən 10 iyun 2021-ci il tarixli 165/4 nömrəli göndərişdən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına “kəsiklər” diaqnozu ilə stasionar müayinə üçün göndərilmişdir (bax İİ cild i.v. 145). Həmin göndəriş əsasında verilmiş Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən 11 iyun 2021-ci il tarixli 804 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası SHXÇDX-in Sabirabad Rayon Şöbəsinin 10 iyun 2021-ci il tarixli 165 nömrəli göndərişi ilə 11 iyun 2021-ci il tarixdə həmin xəstəxanada müayinə olunmuş və müayinə nəticəsində ona “hal-hazırda praktiki psixi sağlam. Anamnezində bir dəfə keçirilmiş astenik reaksiya” diaqnozu qoyulmuşdur. Eyni zamanda həmin aktda göstərilmişdir ki, özünün deməsinə görə 5-6 ay əvvəl əsəbi halda eyni gündə hər iki yerdə ülgüclə çoxsaylı kəsiklər aparmışdır (bax İİ cild i.v. 146). Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdən N oktyabr 2021-ci il tarixədək və 24 noyabr 2021-ci il tarixdə saat 18:30-dan 25 noyabr 2021-ci il tarixdə saat N:30-dək öz xidmət yerini tərk etmişdir (bax İ cild i.v. 26). Cinayət işinin materiallarında olan 02 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 333.1-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 39.1.12-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir (bax İ cild i.v. 230-233). Yuxarıda sadalanan və iş materiallarına əlavə edilmiş sənədlər onu göstərir ki, Təqsirləndirilən şəxs hərbi xidmətə gəlməmişdən əvvəl psixi problemləri olmuşdur. Belə ki, onun heç bir əsaslı səbəb olmadan qollarında ülgüclə kəsiklər etməsi, hərbi xidmətə gəldikdən sonra dəfələrlə xidmət yerini öz başına tərk etməsi onun hərbi xidmətdən əvvəl psixi vəziyyəti ilə əlaqədar haqlı suallar doğurur. Qeyd etmək zəruridir ki, psixi cəhətdən sağlam olan və hərbi xidmətə yararlı olan şəxsin heç bir əsaslı səbəb olmadan özünə xəsarətlər yetirməsi ağlabatan və məntiqli deyildir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs özünə cəmi bir dəfə deyil, bir neçə dəfə bu formada xəsarətlər yetirmişdir. Həmin halın məhz dəfələrlə təkrarlanması isə məhkəmə kollegiyasına belə bir nəticəyə gəlməyə əsas verir ki, onda hərbi xidmətə çağırışdan əvvəl psixi xəstəliklərin təzahürləri artıq mövcud olmuş, müxtəlif vaxtlarda isə həmin xəstəliklər onda daha da alovlanmış, bunun məntiqi nəticəsi olaraq isə o, sonuncu dəfə xidmət yerini tərk etməmişdən əvvəl 2 dəfə yəni 13 oktyabr 2021-ci il tarixdə və 24 noyabr 2021-ci il tarixdə öz xidmət yerini tərk etmişdir. Bundan sonra isə o, ittiham olunduğu əməli törətmişdir. Sadalanan bu hallar Təqsirləndirilən şəxs hərbi xidmətə çağırışdan əvvəl psixi problemləri olmasını bir daha təsdiq edir. Bütün bu qeyd olunanlar Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2022-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışının əsaslı olmadığını göstərir. Həmin arayışın verilməsindən 6 ay sonra Dadaşov X11 Nazirliyinin Baş Klinik Hospitalında müayinə olunarkən onun «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» diaqnozu ilə «Xəstəliklər cədvəli»nin Nb maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən «Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı» hesab edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2022-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışı ilə Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olması, yuxarı instansiya sayılan və yekun rəy vermək səlahiyyətinə malik olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 998 nömrəli rəyi ilə təkzib olunmuşdur. Bundan başqa, qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2022-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışı yalnız müayinə ilə verilsə də, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 998 nömrəli «X10»si isə Təqsirləndirilən şəxs həmin hospitalın psixatiriya şöbəsində stasionar müalicə edilərək ixtisaslaşmış ştatlı hərbi həkim komissiyasının qərarı ilə verilmişdir. Odur ki, məhkəmə kollegiyası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2022-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışını mötəbər sübut hesab etmir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr də dəfələrlə hərbi hissəni tərk etməsi və özünə xəsarət yetirməsi faktları hərbi həkim komissiyasının və ibtidai istintaqın nəzərindən kənarda qalmışdır. Qeyd olunanlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə göstərilən əlavə əlamətlə səciyyələnən şəxs kimi xüsusi subyekt olmamışdır. Məhkəmə kollegiyası CPM-in 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq ekspert rəylərinin Təqsirləndirilən şəxs xəstəliyin yaranma tarixinin ehtimal əsasında müəyyən edilməsinə dair nəticəsini əsaslı hesab etmir və Təqsirləndirilən şəxs təqsirinin ehtimal yolu ilə müəyyən edilməsini CPM-in 351.2-ci maddəsinin pozulması kimi qiymətləndirir. CPM-in 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəliyin yaranma tarixi ehtimallar əsasında müəyyən edilə bilməz, lakin həmin xəstəliyin yaranma tarixinin müəyyən edilməsi üçün məhkəmə kollegiyasının cəhdləri də heç bir nəticə verməmişdir. Ona görə də, yaranmış şübhələr Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli və o, ehtimallar əsasında məhkum edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 333-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin xüsusi subyekti olmaması barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır və bu səbəbdən apellyasiya protesti həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-nin 74-ci maddəsi tətbiq edilməklə barəsində olan cinayət təqibinə şəratin dəyişməsi nəticəsində CMnin N7.2.3-cü maddəsi ilə xitam verilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin bu hissədə dəlilləri əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 74-cü maddəsində göstərilən əsasla icraata xitam verilməsinin iki halı nəzərdə tutulmuşdur. Birincisi cinayətin ictimai təhlükəliliyini aradan qaldıran hallar, ikincisi isə təqsirkarın şəxsiyyətinin ictimai təhlükəliliyini aradan qaldıran hallar. Qeyd edilən hər iki halın mövcudluğu təsdiq edildikdə şəraitin dəyişməsi əsası ilə iş üzrə icraata xitam verilməsi mümkündür. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Göründüyü kimi şəraitin dəyişməsi cinayət törədilən andan sonra baş verən dəyişikliklərdə özünü büruzə verməlidir. Lakin hazırki cinayət işinin hallarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və bu əməli törədərkən onun 18 yaşı olaraq gənc olmasını, eyni zamanda həmin vaxt psixi xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq onun barəsində CM-in 74-cü maddəsini tətbiq etmişdir. Lakin məhkəmə qeyd olunan halları şəraitin dəyişməsi kimi qiymətləndirərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair 12 may 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitisiya Məhkəməsi Plenumunu göstərilmişdir ki, apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə tərəfindən CM-in 74-cü maddəsinin tətbiqi düzgün olmadığına görə məhkəmənin iş üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli və iş üzrə cinayət mühakimə icraatının qaydalarına uyğun olaraq hökm çıxarılmalıdır. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsiri birinci instansiya məhkəməsində aparılmış icraat zamanı tədqiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla onun CM-in N7.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin N7.2.3-cü maddəsi ilə təqsirli bilinməli və ona cəza təyin olunmalıdır. Cəza məsələsi ilə bağlı məsələləri müzakirə edən məhkəmə kollegiyası aşağıdakıları vurğulamağı zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.1-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar, 59.2-ci maddəsinə əsasən isə məhkəmənin nəzərə aldığı ayrı-ayrı cəzanı yüngülləşdirən hallar cəza təyini zamanı nəzərə alınır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxsin cəzasını ağrılaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar onun barəsində CM-nin 62.1 və 62.2-ci maddələrinə əsasən müstəsna halar kimi nəzərdən keçirilə bilər. Belə ki, CM-nin 62-ci maddəsi məhkəmələrdə baxılan cinayət işləri üzrə cinayətə görə qanunda müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini nəzərdə tutur. Cinayət Qanununun həmin normasına görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər (CM-nin 62.1-ci maddəsi). CM-nin 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində qeyd edilən hallar müstəsna hallardır. Cinayət işinin materiallarından görünür ki, CM-nin N7.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törədərək, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə aid olan və ümumi dəyəri 105 manat olan və əvvəllər istifadədə olmuş 5 manatdan 50 manatadək dəyəri olan müxtəlif geyim və məişət əşyalarını oğurlamış və şəxsi istifadəsi zamanı üstündə aşkar olunaraq hamısı geri qaytarılmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslə barışmış, hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs vurmuş olduğu zərərin məbləğini, eləcə də işin digər hallarını nəzərə alaraq həmin halları Təqsirləndirilən şəxs barəsində müstəsna hallar kimi qiymətləndirməyi mümkün hesab edir. Eyni zamanda həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçıları məhkəmə çıxışlarında Təqsirləndirilən şəxs CM-in N7.2.3-cü maddəsi ilə təqsirli bilinməsini və həmin maddəyə CM-in 62-ci maddəsi tətbiq edilməklə onun 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini xahiş etmişlər. İş üzrə mülki iddia və CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə hərbi prokurorluğunun maddi sübut otağına təqdim olunmuş, üzərində “X21” yazıları olan, süni dəri materiallı olan qol saatı, bir ədəd “Samsung” markalı, “Galaxy Note N8000” model planşet, bir ədəd “üzərində markalanmasına dair heç bir məlumat olmayan, təxminən 25 sm ölçülü suvenir bıçaq, bir ədəd üzərində “Raul xx.xx.2016 Ələsgərli 60” yazıları olan təsbeh, bir ədəd üzərində “Net Plaver wear” yazıları olan boz rəngli gödəkcə, bir ədəd üzərində “Get over jeans” yazıları olan göy rəngli kişi şalvarı, bir ədəd qara rəngli süni dəri materialından olan kəmər zərərçəkmiş şəxs X2 qaytarılmalıdır. İş üzrə məhkəmə xərci - məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)-N2/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)-N2/2022 saylı qərarı ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində CM-in N7.2.3-cü maddəsi ilə yeni ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs CM-in N7.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkdiyi müddətdə üzərinə müəyyən vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384, 385, 397, 398, 399, 401, 407-408 və 412-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)-N2/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)-N2/2022 nömrəli cinayət təqibinə xitam verilməsinə dair qərarı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilsin və həmin hissədə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N7.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar – Gəncə hərbi prokurorluğunun maddi sübut otağına təqdim olunmuş, üzərində “X21” yazıları olan, süni dəri materiallı olan qol saatı, bir ədəd “Samsung” markalı, “Galaxy Note N8000” model planşet, bir ədəd “üzərində markalanmasına dair heç bir məlumat olmayan, təxminən 25 sm ölçülü suvenir bıçaq, bir ədəd üzərində “Raul xx.xx.2016 Ələsgərli 60” yazıları olan təsbeh, bir ədəd üzərində “Net Plaver wear” yazıları olan boz rəngli gödəkcə, bir ədəd üzərində “Get over jeans” yazıları olan göy rəngli kişi şalvarı, bir ədəd qara rəngli süni dəri materialından olan kəmər zərərçəkmiş şəxs X2 qaytarılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün ekspertiza xərci və cəza hissədə icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmün maddi sübutlara aid hissədə icrası Gəncə hərbi prokurorluğuna həvalə edilsin. Hökm elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar