Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-11/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X5 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X2 və X3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.2.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin «07» sentyabr 2022-ci il tarixli, 1(098)-163/2022 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyevin sədrliyi, hakim Əhməd Sarıyevin məruzəsi, hakim Vidadi Nəsirovdan ibarət tərkibdə) «07» sentyabr 2022-ci il tarixli, 1(098)- 163/2022 nömrəli hökmü ilə xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Volqaqrad vilayətində doğulmuş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün avtomobil taqımının, 2-ci avtomobil manqasının baş sürücüsü, kiçik çavuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 -ci maddələri ilə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1.000 (bir min) manat miqdarında cərimə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cərimə cəzalarını qismən toplamaq yolu ilə o, qəti olaraq 2.000 (iki min ) manat miqdarında cərimə cəzası ilə cəzalandırılmış, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının ona aid hissədə Laçın rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, xx.xx.1987-cı il tarixdə Zərdab rayonunun Əlibəyli kəndində doğulmuş, ünvan 2 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına, CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək 5.500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cərimə cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 6.000 (altı min ) manat miqdarında cərimə cəzası ilə cəzalandırılmış, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının ona aid hissədə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs1 vətəndaş Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və hal-hazırda Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün avtomobil tağımının baş sürücüsü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyi zaman tanıdığı, sonradan yaxın münasibətli olduğu Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin fevral ayında telefonda danışan zaman sonuncu ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına yenidən qayıtmaq istədiyini bildirdikdə, səlahiyyətlərinin və real imkanlarının olmamasına baxmayaraq qanunsuz qazanc əldə edib varlanmaq məqsədi ilə onu yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa olunmasına köməklik edə biləcəyini bildirməklə yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə guya hansısa qeyri-müəyyən vəzifəli şəxsə 4.500 (dörd min beş yüz) manat məbləğində pul verilməli olduğunu deyib aldadaraq, onu inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla rüşvət verəyə təhrik etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 da həmin vaxt ona məxsus VAZ-2107 markalı avtomobilini 4400 (dörd min dörd yüz) manata sataraq və üstünə də 100 (yüz) manat məbləğində pul qoyaraq ümumilikdə 4.500 (dörd min beş yüz) manat məbləğində pulu 2019-cu ilin fevral ayının əvvəllərində Bərdə şəhərində avtovağzalın yaxınlığında Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 4.500 (dörd min beş yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs1 aldıqdan sonra ona sənədlərini toplayıb N nömrəli hərbi hissəyə verməsini tapşıraraq hərbi xidmətə qəbul edilməsi üçün ondan aldığı pulu guya müvafiq şəxsə verib xidmətə qəbulunu təşkil edəcəyini yalan deyərək aldığı pulu özünə götürüb reallıqda isə onun xidmətə qəbulu ilə bağlı heç bir hərəkət etməyərək Zərərçəkmiş şəxs1 pulunu, yəni əmlakını ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 həmin vəzifədə və rütbədə xidmət edərkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan zaman onunla eyni taborda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən, hazırda ehtiyyatda olan Təqsirləndirilən şəxs2 ilə 2021-ci ilin yay aylarında Bakı şəhərində görüşən zaman Təqsirləndirilən şəxs2 ona hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu və ya gizir kimi xidmətə qəbul etdirmək, yaxud hərbi qulluqçuların hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilməsini təşkil etməyə heç bir səlahiyyətə və real imkana malik olmadığı halda, qanunsuz qazanc əldə edib varlanmaq məqsədi ilə ətrafında dost-tanışlarının çox olduğunu, Müdafiə Nazirliyində vəzifədə çalışan tanışının olduğunu və müəyyən pul müqabilində hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və gizir kimi xidmətə qəbul etdirə biləcəyini bildirdikdə, o, Təqsirləndirilən şəxs2 bu təklifi ilə razılaşmış və onun istifadəsində olan ***-***- **-** mobil nömrəsini mobil telefonuna qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən zaman tanıdığı, xidmət müddətinin başa çatması səbəbilə ehtiyata buraxılmış Göyçay rayonunun Qarayazı kənd sakini Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edib danışan zaman vətəndaş Zərərçəkmiş şəxs2 yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qayıtmaq istədiyini, bununla bağlı N nömrəli hərbi hissəyə də müraciət etdiyini bilib sonuncuya xidmətə qəbul edilməsinin bir-iki il ləngidiləcəyi barədə həqiqətə uyğun olmayan təhrikedici məlumatlar verərək səlahiyyətlərinin və real imkanlarının olmamasına baxmayaraq Zərərçəkmiş şəxs2 yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa olunmasına köməklik edə biləcəyini bildirməklə yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə bu barədə şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək bildirmişdir. Təqsirləndirilən şəxs2 yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq özgə əmlarını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa olunmasına köməklik edə biləcəyini bildirərək bu işin müqabilində Müdafiə Nazirliyində adını və vəzifəsini bildirmədiyi yüksək vəzifəli tanışına 4.000-4.500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs2 maddi imkanının zəif olduğunu dedikdə Təqsirləndirilən şəxs2 2.500 (iki min beş yüz) manat məbləğində pul qarşılığında Zərərçəkmiş şəxs2 guya müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa edəcəyi barədə razılaşıb onunla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiə Nazirliyində tanışı olan adama 2.500 (iki min beş yüz) manat pul verilməli olduğunu deyib aldadaraq, onu inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla rüşvət verməyə təhrik etmiş və etibarını qazanmaq məqsədi ilə guya Zərərçəkmiş şəxs1 adlı şəxsi də özünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmış Zərərçəkmiş şəxs1la telefonda danışıb onunla dəqiqləşdirmə aparmış, həmin telefon danışığı zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığını bilmədiyi üçün onu həqiqətən Təqsirləndirilən şəxs1 xidmətə bərpa etdirdiyini demişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 onu da pul müqabilində xidmətə bərpa edəcəyinə inanıb aldanaraq xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan, sonuncunun qardaşı Şahid2 adına olan “Kapital Bank”a məxsus 6768 6771 7798 8411 nömrəli kart hesabına Göyçay şəhərində quraşdırılmış 5065 nömrəli “eManat” ödəniş terminalı vasitəsilə 25 (iyirmi beş) manat məbləğini komissiya haqqı kimi ödəməklə 2525 (iki min beş yüz iyirmi beş) manat pul köçürmüş, Təqsirləndirilən şəxs1 həmin pulu Naftalan şəhərində nağdlaşdıraraq “eManat” ödəniş terminalı vasitəsilə 1.500 (bir min beş yüz) manatını Təqsirləndirilən şəxs2 adına olan “Kapital Bank”a məxsus 6768 6771 7276 0427 nömrəli kart hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 aldığı məbləğin 1.000 (bir min) manatını Təqsirləndirilən şəxs2 güvənmədiyi üçün özündə saxlayaraq sonuncuya həmin 1.000 (bir min) manat pulun Zərərçəkmiş şəxs2 olduğunu, istədiyi zaman göndərə biləcəyini deyib anasının əməliyyat xərclərinə və arvadının müalicəsinə xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 eyni niyyətlə Təqsirləndirilən şəxs2 xəbərsiz onun adından istifadə edərək şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə vətəndaş Zərərçəkmiş şəxs2 özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 xidməti xasiyyətnamə və digər sənədlərin hazırlanması ilə bağlı 125 (bir yüz iyirmi beş) manat pul istəmiş, Zərərçəkmiş şəxs2 qeyd olunan pulu həmin tarixdə Göyçay şəhərində 5065 nömrəli “eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş yuxarıda qeyd olunan kart hesabına göndərmiş, sonuncu isə həmin 125 (bir yüz iyirmi beş) manat pulu özündə saxlamış və Təqsirləndirilən şəxs2 göndərməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 eyni niyyətlə Təqsirləndirilən şəxs2 istəyi əsasında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 xidməti xasiyyətnamə və digər sənədlərin hazırlanması ilə bağlı əlavə olaraq 200 (iki yüz) manat pul istəmiş, Zərərçəkmiş şəxs2 qeyd olunan pulu həmin tarixdə Göyçay şəhərində 2011 nömrəli “eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş yuxarıda qeyd olunan kart hesabına göndərmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aralarında olan razılığa əsasən həmin pulun 50 (əlli) manatını özündə saxlayıb, 150 (bir yüz əlli) manatını ona göndərməsini bildirdikdə, Təqsirləndirilən şəxs1 həmin pulun 50 (əlli) manatını özündə saxlayıb 150 (bir yüz əlli) manatını Təqsirləndirilən şəxs2 istifadəsində olan yuxarıdakı kart hesabına göndərmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını, yəni 2.850 (iki min səkkiz yüz əlli) manat pulunu ələ keçirib dələduzluq etmiş, habelə təkrarən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs2 daha artıq pul əldə etmək məqsədilə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs1 xəbəri olmadan guya işinin düzəlməyinə az qaldığını, lakin korpus komandirinə pul çatmadığını, buna görə də korpus komandirinə verməsi üçün ona 500 (beş yüz ) manat məbləğində pul göndərilməli olduğunu bildirdikdə, Zərərçəkmiş şəxs2 artıq bu məsələdən bezdiyini, işə düzəlmək istəmədiyini bildirərək onlara verdiyi pulları geri qaytarmalarını tələb etmişdir. Lakin, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 guya çox əziyyət çəkdiklərini, işinin düzəlməsinə az qaldığını deyərək 500 (beş yüz) manat məbləğində pula görə işini pozmamasını demiş, “WhatsApp” proqramı vasitəsilə özünə məxsus üzərində «Təqsirləndirilən şəxs2» yazılmış Kapital banka məxsus 6768 6771 7276 0427 nömrəli kartının şəklini göndərmiş, Zərərçəkmiş şəxs2 məcbur qalaraq xx.xx.2021-ci il tarixdə qeyd olunan kart hesabına “e-manat” ödəniş terminalı vasitəsilə 500 (beş yüz) manat pul köçürmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını, yəni ümumilikdə 3.225 (üç min iki yüz iyirmi beş) manat pulunu ələ keçirib dələduzluq etmiş, habelə Zərərçəkmiş şəxs2 xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində hökmün ləğv edilməsini, CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və CM-in 32.4, 312.1-ci maddəsi ilə ona bəraət verilməsini, Zərərçəkmiş şəxs2 apellyasiya şikayətində hökmün dəyişdirilməsini və məhkumlara təqsirli bilindikləri maddələrlə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, özünü CM-in 178.2.1-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Onunla barışıq əldə etmişdir. Lakin özünü CM-in 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilmir. Çünki o, xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya edilməməsi üçün hər hansı bir vəzifəli, səlahiyyətli şəxsə rüşvət verməmiş və belə bir niyyətdə olmamışdır. Özü ərizələr yazmaqla Zərərçəkmiş şəxs2 qanuni yollarla xidmətə düzəlməyinə nail olmağa çalışmış, bu yolla ondan pul alaraq mənimsəmək istəmişdir. Hökmlə razı deyil, hesab edir ki, əməlində CM-in 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. Zərərçəkmiş şəxs apellyasiya şikayətini maddi və prosessual hüququ normalarına istinad edərək onunla əsaslandırmışdır ki, hökmlə razı deyil, təqsirləndirilən şəxslərə həddən artıq yüngül cəza təyin edilmiş, onlara azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, şikayətin təmin edilməsini və Təqsirləndirilən şəxs2 barəsində CM-in 32.4, 312.1-ci maddəsi ilə bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Həmçinin bildirdilər ki, zərərçəkmiş şəxs notarial qaydada ərizə vermiş və apellyasiya şikayətindən imtina etməsini göstərmişdir. Həmin hissədə də Qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi zərərçəkmiş şəxsin apellyasiya şikayətindən imtina etməsinin nəzərə alınmasını və hər iki apellyasiya şikayəti üzrə Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin göstərdi ki, verilmiş apellyasiya şikayətindən imtina etmək zərərçəkmiş şəxsin hüququdur. Həmin ərizənin təmin edilərək zərərçəkmiş şəxsin apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə baxılmasına xitam verilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş zərərçəkmiş şəxsin notarial qaydada təsdiq edilmiş 28 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, apellyasiya şikayətindən imtina edir. CPM-in 390.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apelyasiya şikayətini və apelyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək, və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının apelyasiya şikayətinə, yaxud apelyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə cinayət prosesi tərəflərinin fikrini dinləyərək CPM-in 390 və 396-cı maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apelyasiya şikayətindən imtinası qəbul edilməli, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkum apellyasiya şikayətində özünü CM-in 178.2.1-ci maddəsi ilə təqsirli bildiyini, lakin əməlində CM-in 32.4, 312.1-ci maddəsinin tərkibinin olmadığını qeyd etmişdir. Məhkumun qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onun həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə, yəni zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, kart hesab məlumatlarından çıxarışlar, istintaq hərəkəti protokolları habelə sair iş materialları ilə tamamilə təkzib edilir. Məhkumun apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs1 vasitəsilə, eləcə də özü birbaşa pul istəyərək almasını inkar etmir. Məhkum birinci instansiya məhkəməsində də eyni qaydada ifadə vermişdir. Onun mübahisələndirdiyi məsələ xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya edilməməsi üçün hər hansı bir vəzifəli, səlahiyyətli şəxsə rüşvət verməməsi və belə bir niyyətdə olmamasıdır. O, iddia edir ki, özü ərizələr yazmaqla Zərərçəkmiş şəxs2 qanuni yollarla xidmətə düzəlməyinə nail olmağa çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. «CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-in 32.4, 312.1-ci maddəsində rüşvət verməyə təhrik etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hazırki işin halları baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs2 dəlilləri nə cinayət işinin materialları ilə, nə də işin faktiki halları ilə təsdiq edilmir. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 özü və Təqsirləndirilən şəxs2 üçün Zərərçəkmiş şəxs2 birinci dəfə 2525 manat, ikinci dəfə isə 200 manat məbləğində pul vəsaitinin kart hesabına köçürülməsinə nail olmuşdur. İlk dəfə köçürmə zamanı Təqsirləndirilən şəxs2 1500 manat, ikinci dəfə isə 150 manat çatmışdır. Həmçinin qeyd olunanlardan əlavə Təqsirləndirilən şəxs2 özü Zərərçəkmiş şəxs2lə əlaqə saxlayaraq kart hesabına 500 manat pul köçürülməsinə nail olmuşdur. İşin hallarından göründüyü kimi məhkumlar birlikdə qeyd olunan əməlləri törətmiş, onlar ümumi niyyətlə hərəkət etmiş (Təqsirləndirilən şəxs1 özünə 125 manat, Təqsirləndirilən şəxs2 özünə 500 manat alması istisna olmaqla), Təqsirləndirilən şəxs2 ümumilikdə 2150 manat məbləğdə pul çatmışdır. İlk öncə qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs2 məhkumlara vermiş olduğu pulun məbləğinə nəzər yetirdikdə, həmin məbləğin hər hansı ərizənin yazılması və sənədləşmələrin aparılması müqabilində verilməsi absurd və məntiqsizdir. Belə ki, Təqsirləndirilən şəxs2 şikayətində zərərçəkmiş şəxsə ərizələr yazmaqla işə bərpasına nail olmağa çalışdığını göstərsə də, onun bu formada hər hansı bir səlahiyyəti, hüququ və vəzifəsi olmamış, hansı səbəbdən ərizələr yazmalı olmasını şikayətində əsaslandıra bilməmişdir. Yenə də, kollegiya o, qənaətdədir ki, hər hansı ərizələrin yazılması müqabilində qeyd olunan yüksək məbləğlərdə pul vəsaitlərinin verilməsi ağlabatan deyil və Təqsirləndirilən şəxs2 iddiası əsassızdır. Bundan başqa qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə pul vəsaitlərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu aldatması nəticəsində həmin şəxslərə vermiş, həmin şəxslərin hansısa yollarla onun işini düzəldəcəyini güman etmişdir. Yəni, Zərərçəkmiş şəxs2 verdiyi məbləğləri ərizə yazılması və ya dövlət rüsumu, eləcə də hər hansı bir dövlət ödənişinin müqabilində verməmiş, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vədlərinə inanaraq həmin şəxslərə pul vermiş və işinin düzələcəyini ehtimal etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 rüşvət verməyə təhrik etmişlər. Yəni zərərçəkmiş şəxs məhkumlara pul vəsaitini verərkən həmin pulu hər hansı ərizə yazılması üçün deyil, qeyri-qanuni yollarla vəzifəli şəxslərə rüşvət verilməsi məqsədi ilə vermişdir. Məhkumlar da zərərçəkmiş şəxsdən pulu kiməsə rüşvət vermək məqsədi ilə almışlar. Yəni məhkumlar zərərçəkmiş şəxsi öz işinin düzəlməsi müqabilində rüşvət verməyə təhrik etmişlər. Belə olduğu halda kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 32.4, 312.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunan cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi özünün qismən etirafedici ifadəsi, dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə haqlı olaraq Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 32.4, 312.1-ci maddələri ilə verilmiş ittihamla razılaşmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs2 təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs2 əməlini düzgün qiymətləndirmişdir. Daha sonra, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Məhkuma təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, əməlində cəzasını yüngülləşdirən (təqsirini boynuna alıb əməlini səmimi etiraf etməsini və peşmanlıq hissi keçirməsi, almış olduğu pulları zərərçəkmiş şəxslərə qaytarmasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırılmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmaması, ağır ailə vəziyyətini, xidmət müddətində intizamlı xidmətinə görə medala təltif olunmasını, hərbi xidmətdən ehtiyata buraxılmasını) halları və ağırlaşdıran (CM-nin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini) halı nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin etməklə və həmin cəzaları CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaqla, ona qəti olaraq 6000 manat cərimə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma həm ayrıayrı maddələrlə, həm də cinayətlərin məcmusuna əsasən cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq barəsində olan yüngülləşdirici halları kifayət qədər araşdırmış, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etmiş, həmin cəzaları CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamışdır və hazırki halda məhkuma təyin edilmiş cərimə cəzasının məbləğinin azaldılması, məhkum olunduğu maddələrə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə baxılmasına xitam verilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 390, 396, 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs2 ərizəsi təmin edilsin. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinə baxılmasına onun həmin şikayətdən imtina etməsi ilə əlaqədar xitam verilsin. Məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.2.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin «07» sentyabr 2022-ci il tarixli, 1(098)-163/2022 nömrəli hökmü məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə münasibətdə məhkum Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-11/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-11/2023
28.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver