Məhkəmə qərarları › İş №1-1(104)-12/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-12/2023

02.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-12/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi haqqında Tərtər Hərbi Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1-1(098)-188/2022 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Tərtər Hərbi Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1-1(098)-188/2022 nömrəli hökmü ilə (sədrlik edən İ.Quliyev) Təqsirləndirilən şəxs CM-in 333.4-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən cinayət məsuliyyətindən azad edilməsi, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Tərtər Hərbi Məhkəməsinin CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı qəbul etdiyi 17 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cinayət işinə baxılarkən dövlət ittihamçısı X3 göstərdi ki, Tərtər Hərbi Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1-1(098)-188/2022 nömrəli hökmündən birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini Cinayət-Prosessual Məcəlləsinin 390.2-ci maddəsinə əsasən geri götürür. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. (bu barədə məhkəmə kollegiyasına yazılı məktub təqdim etmişdir). Məhkum Təqsirləndirilən şəxs göstərdi ki, məktubla razıdır. Həmin məktubun nəzərə alınaraq verilmiş apelyasiya protesti üzrə icraata xitam verilməsini xahiş edir. Məhkumun müdafiəçisi X4 apelyasiya protesti üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 390.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. CPM-nin 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək CPM-in 390.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı X1 apelyasiya protestini geri götürməsi barədə vəsatəti qəbul edilməli və apelyasiya protestinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən CPM-in 321 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı X1 apelyasiya protestini geri götürməsi barədə vəsatəti təmin edilsin. Apellyasiya protestinə baxılmasına dövlət ittihamçısının apellyasiya protestini geri götürməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar