Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1-1(104)-16/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X87 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X13, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X41 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 31N-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «N4» dekabr N0N1-ci il tarixli, 1(098)-N47/N0N1 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyevin sədrliyi, hakim Vidadi Nəsirovun məruzəsi və hakim Sevindik Əzizovdan ibarət tərkibdə) «N4» dekabr N0N1-ci il tarixli, 1(098)-N47/N0N1 nömrəli hökmü ilə xx xxxxxx 1989-cu il tarixdə Macarıstan Respublikasının Sokenfexlv şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissəsinin bölük komandiri vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs CM-in 31N-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 (bir) günlük müddət, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək 6 (altı) ay 7 (yeddi) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş 8.000 (səkkiz min) manat miqdarında təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1.500 (bir min beş yüz) manat cərimə cəzasının saxlanılması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinə dəyişdirilməsi, onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, haqqında seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 311.3.N-ci maddəsi ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmiş və almışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Goranboy rayonunun ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin döyüş hazırlığı bölmə rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının əvvəllərində hərbi hissə komandanlığının şifahi göstərişinə əsasən, N7 sentyabr-10 noyabr N0N0-ci il tarixlərdə ölkənin ərazi bütövlüyünün təmin edilməsi uyğunda aparılmış döyüş əməliyyatları zamanı səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlər üzərində qeyri-rəsmi nəzarətçi qismində təyin edilərək, ona Azərbaycan Respublikası Prezidentinin 01 dekabr N0N0-ci il tarixli, N3/10 №-li Sərəncamının təmin edilməsi məqsədi ilə verilmiş Müdafiə nazirinin 0N dekabr N0N0-ci il tarixli, N46 №-li əmrinin icrası ilə əlaqədar səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərin mərhələli şəkildə tərxis olunmalarının təmin edilməsi məqsədi ilə həmin əsgərlərin döyüş əməliyyatlarında xəsarət almış, ailənin tək övladı olan və digər kateqoriyalar üzrə siyahılarının hazırlanması və bununla bağlı digər vəzifələri icra etməsinə dair tapşırıqlar verilmişdir. Bundan sonra kapitan Təqsirləndirilən şəxs həmin tapşırıqların icrası ilə əlaqədar səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərdən ailənin tək övladı olanların xəsarət almış əsgərlərlə birlikdə digərlərindən daha tez tərxis olunacaqlarını bilib həmin kateqoriyadan olan əsgərləri müəyyən etməklə istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə bununla bağlı ona verilmiş səlahiyyətlərdən istifadə edərək qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Daha sonra o, həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N dekabr N0N0-ci il tarixdə saat 09 radələrində həmin vaxt N nömrəli hərbi hissənin 4-cü taborunun madditexniki təminat tağımının baş aşbazı vəzifəsində xidmət edən əsgər X50 hərbi hissənin qərargah binasının arxasında görüb onunla aralarındakı söhbət zamanı sonuncunun ailəli olmaqla N azyaşlı uşağının olduğunu, valideynləri ilə birgə yaşadığını, bacı və qardaşının isə ailəli olmaqla valideynlərindən ayrı yaşadıqlarını bilib əsgər Ə.H.Paşayevdən ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunmaq istəyib-istəmədiyini soruşmuş və əsgər Ə.H.Paşayev vaxtından əvvəl tərxis olunmaq istədiyini bildirdikdə, qanunsuz qazanc əldə etmək məqsədi ilə ona yaşadığı yerdən qardaş və bacısı barədə məlumatlar qeyd olunmamaqla yalnız öz ailə üzvlərinin adları qeyd olunmuş ailə tərkibi haqqında arayış alıb təqdim edə biləcəyi halda və 400 (dörd yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər Ə.H.Paşayev onun təklifi ilə razılaşmış və elə həmin gün səhər saatlarında ilk öncə yaşadığı Bərdə rayonunun Mehdili kənd icra nümayəndəliyi ilə telefonla danışaraq ona ailənin tək övladı olmaqla özünün ailəsi ilə birlikdə valideynlərinin yanında yaşaması barədə arayış verilməsini xahiş etmiş, daha sonra isə qardaşı Sədi Paşayevə zəng edərək ondan həmin arayışı götürüb onu 400 (dörd yüz) manat məbləğində pulla birlikdə xidmət etdiyi N nömrəli hərbi hissəyə gətirməsini tapşırmışdır. X101 Bərdə rayonunun Mehdili kənd icra nümayəndəliyindən qardaşı Ə.H.Paşayevin ailənin tək övladı olması və ailəsi ilə birlikdə valideynlərinin yanında yaşaması barədə arayış aldıqdan sonra onu 400 (dörd yüz) manat məbləğində pulla birlikdə elə həmin gün saat N radələrində N nömrəli hərbi hissənin qarşısında gətirib əsgər Ə.H.Paşayevə vermişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat verildikdən sonra o, elə həmin gün günorta saatlarında hərbi hissənin qərargah binasının qarşısında əsgər Ə.H.Paşayevdən ailə tərkibi barədə tapşırdığı məzmunda olan arayışla birlikdə, 400 (dörd yüz) manat məbləğində pulu rüşvət alaraq, hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 347 nömrəli əmri ilə əsgər Ə.H.Paşayevin ailənin tək övladı kimi ordu sıralarından tərxis olunmasını təmin etmişdir. Bundan başqa, R.M.Tarvediyev həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının əvvəllərində günorta saatlarında onun ailə vəziyyəti ilə bağlı tərxis olunacaq əsgərlərin sənədlərini yığdığını görərək ailə vəziyyəti ağır olduğundan ordudan tez tərxis olunması ilə bağlı ona köməklik göstərməsi üçün müraciət etmiş, xidmət etdiyi hərbi hissənin 4-cü bölüyünün pulemyotçusu, əsgər X76 ilə hərbi hissənin qərargah binasının yanında aralarındakı söhbət zamanı sonuncunun valideynləri ilə birgə yaşadığını, özündən başqa xəstə bacısının onun himayəsində olduğunu, digər bacılarının ailəli olmaqla onlardan ayrı yaşadıqlarını, qardaşının isə vəfat etdiyini bilmişdir. Bu zaman o, qanunsuz qazanc əldə etmək məqsədi ilə əsgər X.Q.Cəfərova ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunması üçün yaşadığı yerdən bacıları barədə məlumatlar qeyd olunmamaqla müvafiq ailə tərkibi haqqında arayış alaraq təqdim edə biləcəyi halda və 500 (beş yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxs kimi təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər X.Q.Cəfərov onun təklifi ilə razılaşmış və elə həmin gün istifadəsində olan mobil telefon vasitəsi ilə atası Qara Cəfərova zəng edərək ondan yaşadıqları Bərdə rayonunun Mehdili kənd icra nümayəndəliyindən müvafiq məzmunda ailə təkibi haqqında arayış almasını və həmin arayışı 500 (beş yüz) manat məbləğində pulla birlikdə xidmət etdiyi hərbi hissəyə gətirməsini xahiş etmişdir. Bundan sonra vətəndaş X1N1 rayonunun Mehdili kənd icra nümayəndəliyindən müvafiq məzmunlu ailə təkibi haqqında arayış alaraq həmin arayışı 1N dekabr N0N0-ci il tarixdə günorta saatlarında N nömrəli hərbi hissənin nəzarətburaxılış məntəqəsində 300 (üç yüz) manat məbləğində pulla birlikdə əsgər X.Q.Cəfərova təqdim etmiş və bu barədə ona məlumat verildikdən sonra, kapitan Təqsirləndirilən şəxs aralarındakı razılaşmaya əsasən əsgər X.Q.Cəfərovla elə həmin gün günorta saatlarında N nömrəli hərbi hissənin N-ci taborunun inzibati binasının yanında görüşüb ondan ailənin tək övladı olması və valideynləri ilə birlikdə yaşaması barədə arayışla birlikdə, 300 (üç yüz) manat məbləğində pulu təkrarən rüşvət alaraq, əsgər X.Q.Cəfərovun ailənin tək övladı kimi hərbi hissə komandirinin 1N dekabr N0N0-ci il tarixli 351 nömrəli əmri ilə ordu sıralarından tərxis olunmasını təmin etmişdir. Həmçinin R.M.Tarvediyev həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0ci ilin dekabr ayının ortalarında, günorta saatlarında xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunda üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərə dair məlumatları dəqiqləşdirərkən həmin divizionun tank əleyhinə artilleriya batareyasında usta-heyət nəfəri vəzifəsində xidmət edən əsgər X15 ona yaxınlaşaraq ordudan tez tərxis olunmaq istədiyini, evin tək övladı olmamaqla qardaşının olduğunu, lakin özünün ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmağı ilə bərabər valideynlərindən ayrı yaşadığını, buna dair qardaşı tərəfindən müvafiq arayışın alınaraq ona göndərildiyini, lakin həmin arayışı hərbi hissənin nizami hissəsinə təqdim etməsinə baxmayaraq, ona himayəsində uşaqları olan əsgərlərin digərlərindən tez tərxis olunmayacağı bildirildiyini deyib, ona tez tərxis olunmasında köməklik göstərə bilibbilməyəcəyini soruşmuşdur. Bu zaman kapitan Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə həqiqətən də himayəsində uşaqları olan əsgərlərin digərlərindən daha tez tərxis olunmayacaqlarını təsdiq etmiş və əsgər M.Ə.Mirzəyevə pul verilməsi müqabilində onun vaxtından əvvəl tərxis olunmasını təşkil edə biləcəyini deyib ondan buna görə nə qədər pul verə biləcəyini soruşmaqa vəzifəli şəxs kimi təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər M.Ə.Mirzəyev onun təklifini qəbul edərək 300 (üç yüz) manat məbləğində pul verə biləcəyini bildirdikdə kapitan Təqsirləndirilən şəxs həmin məbləğə razılaşmış və əsgər M.Ə.Mirzəyevdən ailə tərkibi haqqında arayışı alaraq onun ailənin tək övladı olmadığı halda, hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 355 nömrəli əmri ilə vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təmin etmiş və həmin gün M.Ə.Mirzəyevdən N nömrəli hərbi hissənin inzibati binasından bir qədər kənarda 300 (üç yüz) manat məbləğində pulu birbaşa və şəxsən təkrarən rüşvət almışdır. Bundan başqa, R.M.Tarvediyev həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 1N dekabr N0N0-ci il tarixdə, günorta saatlarında xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunda üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərə dair məlumatları dəqiqləşdirərkən həmin divizionda saxlanılmış hərbi hissənin 4-cü taborunun 5-ci bölüyünün 3-cü tağımının N-ci manqasının komandiri vəzifəsində xidmət edən əsgər X4N divizionun inzibati binasının zabitlər otağında yanına çağıraraq onunla aralarındakı söhbət zamanı sonuncunun atasının olmadığını, özünün işləyərək ailəsinin yeganə gəlir mənbəyi olduğunu və anasının onun himayəsində Balakən rayonunda yaşadığını, bacısının ailə quraraq ayrı yaşadığını, qardaşının isə Bakı şəhərində yaşayaraq işlədiyini bilmişdir. Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə əsgər E.G.Həsənovdan vaxtından əvvəl ordu sıralarından ehtiyata tərxis olunmaq istəyib-istəmədiyini soruşmuş və sonuncu tərxis olunmaq istədiyini dedikdə, əsgər E.G.Həsənova anasının onun himayəsində tək yaşaması və özünün ailənin yeganə gəlir mənbəyinin olması barədə ailə tərkibi haqqında arayış alaraq təqdim edə biləcəyi halda və 500 (beş yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxs kimi təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Həmin söhbət zamanı əsgər E.G.Həsənov maddi vəziyyətlərinin ağır olduğu səbəbindən yalnız 400 (dörd yüz) manat məbləğində pul verə biləcəyini dedikdə, kapitan Təqsirləndirilən şəxs buna razılaşmış və bundan sonra əsgər E.G.Həsənov elə həmin gün anası Xavər Həsənovaya telefonla zəng edərək ondan yuxarıda qeyd edilən məzmunda arayış almasını və həmin arayışı 400 (dörd yüz) manat məbləğində pulla birlikdə ona göndərməsini xahiş etmişdir. Həmin arayış Xavər Həsənova tərəfindən 400 (dörd yüz) manat məbləğində pulla birlikdə məzuniyyətdən qayıdan əsgərlər vasitəsi ilə N dekabr N0N0-ci il tarixdə əsgər E.G.Həsənova göndərildikdən sonra sonuncu bu barədə kapitan Təqsirləndirilən şəxs məlumat vermiş və aralarındakı razılaşmaya əsasən, kapitan Təqsirləndirilən şəxs N dekabr N0N0-ci il tarixdə saat 10 radələrində Artilleriya Divizionuna gələrək divizionun inzibati binasının zabitlər otağında əsgər E.G.Həsənovdan ailə tərkibi barədə arayışla birlikdə 400 (dörd yüz) manat məbləğində pulu təkrarən rüşvət alaraq, əsgər E.G.Həsənovun ailənin tək övladı kimi hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 356 nömrəli əmri ilə ordu sıralarından tərxis olunmasını təmin etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının əvvəllərində xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunun tank əleyhinə Artilleriya Batareyasında üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərə dair məlumatları dəqiqləşdirərkən həmin batareyanın radiotelefonçusu vəzifəsində xidmət edən əsgər X34 ona yaxınlaşaraq ordu sıralarından tez tərxis olunmaq istədiyini, lakin ailənin yeganə övladı olmadığını, bacı və qardaşının olduğunu, onların isə ailəli olmaqla ayrı yaşadıqlarını deyərək bu işdə ona köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, o, qanunsuz qazanc əldə etmək məqsədi ilə əsgər A.S.Quliyevə həmin məsələni asanlıqla həll edə biləcəyini demiş və öz istifadəsində olan mobil telefon danışıq nömrəsini verərək ona həmin nömrəyə zəng etməsini tapşırmışdır. Əsgər A.S.Quliyev elə həmin gün axşam saatlarında ona zəng etmiş və aralarındakı həmin telefon danışığı zamanı kapitan Təqsirləndirilən şəxs ona yalnız özü və valideynlərinin qeyd olunduğu ailə tərkibi haqqında arayış təqdim edə biləcəyi halda və 400 (dörd yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxs kimi təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər A.S.Quliyev onun təklifini qəbul edərək razılaşmış və atası Sədulla Quliyev tərəfindən qeyd edilən məzmunda arayış 400 (dörd yüz) manat məbləğində pulla birlikdə N dekabr N0N0-ci il tarixdə taksi vasitəsi ilə N nömrəli hərbi hissəyə göndərildikdən sonra, aralarındakı razılaşmaya əsasən kapitan Təqsirləndirilən şəxs əsgər A.S.Quliyevlə N dekabr N0N0-ci il tarixdə saat 10 radələrində divizionun ərazisində yerləşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanasında təklikdə görüşmüş və orada ondan ailənin tək övladı olması barədə arayışla birlikdə, 400 (dörd yüz) manat məbləğində pulu təkrarən rüşvət alaraq, əsgər A.S.Quliyevin ailənin tək övladı kimi N dekabr N0N0-ci il tarixli 357 nömrəli əmri ilə ordu sıralarından tərxis olunmasını təmin etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının ortalarında xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunda üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərə dair məlumatları dəqiqləşdirərkən həmin divizionun N-ci Artilleriya Batareyasının baş sürücüsü vəzifəsində xidmət edən əsgər X43 divizionun ərazisində ona yaxınlaşaraq vaxtından əvvəl ordudan tərxis olunmaq istədiyini, lakin ailənin tək övladı olmadığını, bir bacısının ailə həyatı qurmaqla ayrı yaşadığını, digər bacısının isə valideynləri ilə birlikdə onun himayəsində yaşadıqlarını, həmçinin xəstə olduqlarını, bu səbəbdən ailənin bütün yükünün onun üzərinə düşdüyünü deyib ondan vaxtından əvvəl tərxis olunmasında köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman kapitan Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə əsgər R.Ş.Mehdiyevdən ailənin tək övladı olması və özünün ailənin yeganə gəlir mənbəyinin olması barədə ailə tərkibi haqqında arayış alaraq təqdim edə biləcəyi halda və 300 (üç yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxs kimi təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər R.Ş.Mehdiyev onun təklifi ilə razılaşmış və xidmət yoldaşlarının birinin telefonu ilə atası Şəfayət Mehdiyevə zəng edərək ona yaşadıqları Bərdə rayonunun Yeni Əyricə kənd icra nümayəndəliyindən qeyd edilən məzmunda ailə tərkibi haqqında arayış almasını tapşırmışdır. Daha sonra əsgər R.Ş.Mehdiyev N günlük məzuniyyətə buraxılmış və məzuniyyətdən qayıdarkən atası tərəfindən alınmış arayışı və N00 (iki yüz) manat məbləğində pulu özü ilə götürüb N dekabr N0N0-ci il tarixdə hərbi hissəyə qayıtmışdır. Bundan sonra əsgər R.Ş.Mehdiyev kapitan Təqsirləndirilən şəxslə N dekabr N0N0-ci il tarixdə günorta saatlarında N nömrəli hərbi hissənin mağazasının yanında təklikdə görüşərək atası tərəfindən alınmış ailə tərkibi haqqında arayışı ona təqdim etmiş və onunla pulu hərbi xidmətdən tərxis olunmasından sonra verəcəyinə dair razılaşmışdır. Kapitan Təqsirləndirilən şəxs qeyd edilən arayışı alaraq əsgər R.Ş.Mehdiyevin ailənin tək övladı olmadığı halda, hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 357 nömrəli əmri ilə vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təmin etmiş və hərbi biletini R.Ş.Mehdiyevə hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən kənarda təqdim etdikdən sonra N00 (iki yüz) manat məbləğində pulu ondan birbaşa və şəxsən təkrarən rüşvət almışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının ortalarında xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunda üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərə dair məlumatları dəqiqləşdirərkən hərbi hissənin mühəndisistehkam bölüyünün radiotelefonçusu vəzifəsində xidmət edən əsgər X99 ilə aralarındakı söhbət zamanı sonuncunun anası ilə birgə Tərtər şəhərində yaşadığını və anasının onun himayəsində olduğunu, özündən başqa bacısının və qardaşının olduğunu, lakin onların ailəli olmaqla ayrı yaşadıqlarını bilib qanunsuz qazanc əldə etmək məqsədi ilə əsgər Ə.N.Əmirliyə ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunması üçün yaşadığı yerdən ailənin yeganə övladı olması və anasının onun himayəsində yaşaması barədə müvafiq arayış alaraq təqdim edə biləcəyi halda və pul verməsi müqabilində onun vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxs kimi təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər Ə.N.Əmirli həmin təklifi qəbul edərək razılaşmış və anası Amaliya Əmirli ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan qeyd edilən məzmunda ailə tərkibi haqqında arayış alıb həmin arayışı N nömrəli hərbi hissəyə göndərməsini xahiş etmişdir. Anası tərəfindən həmin arayış alınaraq N dekabr N0N0-ci il tarixdə hərbi hissəyə göndərildikdən sonra əsgər Ə.N.Əmirli bu barədə kapitan Təqsirləndirilən şəxs məlumat vermiş və sonuncu elə həmin gün divizionun ərazisində arayışı əsgər Ə.N.Əmirlidən alıb həmin arayış əsasında onun vaxtından əvvəl tərxis olunacağını bildirərək bunun müqabilində ona 300 (üç yüz) manat məbləğində pul verməli olmasını demişdir. Əsgər Ə.N.Əmirli ona həmin vaxt cibində cəmi 130 (yüz otuz) manat məbləğində pul olduğunu, həmin puldan ona yalnız 100 (yüz) manat məbləğində pul verə biləcəyini, qalan 100 (yüz) manat məbləğində pulu isə tərxis olunduqdan sonra yekun pul təminatını alıb verə biləcəyini dedikdə, kapitan Təqsirləndirilən şəxs əlavə pula ehtiyac olmadığını bildirib ondan 100 (yüz) manat məbləğində pulu təkrarən rüşvət almış və əsgər Ə.N.Əmirlinin ailənin tək övladı kimi hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 358 nömrəli əmri ilə ordu sıralarından tərxis olunmasını təmin etmişdir. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə görə Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin döyüş hazırlığı bölmə rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən onun hərbi qulluqçuları tərxis etmək hüququ olmamış, sonuncu güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən maddi neməti (pulu) istəmiş və almışdır. Belə ki, məhkəmənin hökmünə görə Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Goranboy rayonunun ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin döyüş hazırlığı bölmə rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmaqla hərbi hissənin idarə heyətinin hərbi qulluqçularına aid olmuşdur. N0N0-ci ilin dekabr ayının əvvəllərində hərbi hissə komandanlığının tapşırığına əsasən hərbi hissənin idarə heyətinin N nəfərə yaxın hərbi qulluqçularından ibarət işçi qrupu yaradılmış, həmin işçi qrupların heyəti də öz aralarında kiçik qruplara bölünərək növbəli şəkildə həftənin bütün günləri N7 sentyabr-10 noyabr N0N0-ci il tarixlərdə ölkənin ərazi bütövlüyünün təmin edilməsi uyğunda aparılmış döyüş əməliyyatları zamanı səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərin üzərində nəzarəti həyata keçirən komandir heyətinin xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirməsini yoxlamaq və müşahidə etmək məqsədilə həmin hərbi qulluqçuların günün nizam qaydasına riayyət olunmasına, döyüş hazırlığı planına uyğun olaraq atış çalışmalarının və taktiki dərslərin keçirilməsinə nəzarət etmişlər. Həmin müddətdə Təqsirləndirilən şəxs qeyri-rəsmi nəzarətçi qismində təyin edilməsi barədə, həmçinin ona Azərbaycan Respublikası Prezidentinin 01 dekabr N0N0-ci il tarixli, N3/10 №-li Sərəncamının təmin edilməsi məqsədi ilə verilmiş Müdafiə nazirinin 0N dekabr N0N0-ci il tarixli, N46 №-li əmrinin icrası ilə əlaqədar səfərbərlik üzrə hərbi xidmətə çağırılmış şəsgərlərin mərhələli şəkildə tərxis olunmalarının təmin edilməsi məqsədi ilə həmin əsgərlərin döyüş əməliyyatlarında xəsarət almış, ailənin tək övladı olan və digər kateqoriyalar üzrə siyahılarının hazırlanması və bununla bağlı digər vəzifələri icra etməsinə dair hərbi hissə komandirinin nə şifahi, nə də rəsmi əmri olmamış,bu barədə tapşırıq hərbi hissə komandanlığının şifahi əmri ilə şəxsi heyətin uçotu bölməsinə verilmişdir. Bundan sonra kapitan Təqsirləndirilən şəxs səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərdən ailənin tək övladı olanların xəsarət almış əsgərlərlə birlikdə digərlərindən daha tez tərxis olunacaqlarını bilib, həmin kateqoriyadan olan əsgərləri müəyyən etməklə əvvəlcə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinin vəzifəsini icra edən kapitan X10 pul təklifi qarşılığında kimliyi məlum olmayan əsgərin tərxis olunması ilə bağlı bir dəfə xahiş etmiş, həm də özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən şəxsi heyətin uçotu bölməsinin operatoru vəzifəsində xidmət edən çavuş X7 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna SMS mətni göndərərək «Hüseynin adını sal siyahıya arayışını gətirib sizə verəcəm” demiş, lakin Elnur Eyniyevin «Rüstəm, belə işlərə girmə» cavabından və Rövşən Süleymanovun onun mesajına cavab verməməsi məlum olduqdan sonra, səfərbərliklə hərbi xidmətə çağırılan şəxslərin ailə tərkibi haqqında arayışlarının bölmə rəisi vəzifəsini icra edən Elnur Eyniyevin göstərişinə əsasən həmin bölmənin qarşısında yerləşdirilmiş qutuya yığıldığını bildiyindən tərxis olunacaq şəxslərdən sərancamın tələbinə cavab verən məzmunlu arayışları əldə edib şəxsi heyətin uçotu bölməsində yığılan sənədlərə əlavə edildiyi halda öz mülahizəsinə görə əsgərlərin hərbi xidmətdən tərxis olunacaqları qənaətinə gələrək istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə öz güman edilən təsir imkanlarından istifadə edərək əsgərlərin ailə tərkibi haqqında arayışını gətirib şəxsi heyətin uçotu bölməsinə və orada qoyulmuş qutuya əlavə etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək qərarına gəlmişdir. Daha sonra o, həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N dekabr N0N0-ci il tarixdə saat 09 radələrində həmin vaxt N nömrəli hərbi hissənin 4-cü taborunun madditexniki təminat tağımının baş aşbazı vəzifəsində xidmət edən əsgər X77 ilə qarşılaşmış, sonuncu Təqsirləndirilən şəxs tərxis olunan əsgərlərin kimliyi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs tərxis olunan əsgərlərin evin tək övladları olduğu haqda bildirmişdir. X115 Təqsirləndirilən şəxs evin tək oğul övladı olduğunu, ordudan tərxis olunmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs cavabında «evin tək oğlu olsan tərxis oluna bilərsən» demişdir. Daha sonra Təqsirləndirilən şəxs X115dən bacı-qardaşının olub-olmadığını soruşmuş, sonuncu həm bacı, həm də qardaşının olduğunu, lakin hər ikisinin də ailəli olmaqla ondan ayrı yaşadıqlarını, özünün də ailəli olduğunu, himayəsində N (iki) azyaşlı övladının olduğunu bildirmişdir. Bunu eşidən kapitan Təqsirləndirilən şəxs Əhsən Paşayevə «ailə tərkibi haqqında arayış gətir, həmin arayışda yalnız öz ailə üzvlərinin və valideynlərinin adlarını qeyd etdir.Deyib səni mən tərxis etdirəcəm» demiş və 400 (dörd yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən maddi neməti istəmişdir. X78 təklifi ilə razılaşmış və elə həmin gün səhər saatlarında ilk öncə yaşadığı Bərdə rayonunun Mehdili kənd icra nümayəndəliyi ilə telefonla danışaraq ona ailənin tək övladı olmaqla özünün ailəsi ilə birlikdə valideynlərinin yanında yaşaması barədə arayış verilməsini xahiş etmiş, daha sonra isə qardaşı Sədi Paşayevə zəng edərək ondan həmin arayışı götürüb onu 400 (dörd yüz) manat məbləğində pulla birlikdə xidmət etdiyi N nömrəli hərbi hissəyə gətirməsini tapşırmışdır. X101 Bərdə rayonunun Mehdili kənd icra nümayəndəliyindən qardaşı Əhsən Paşayevin ailənin tək övladı olması və ailəsi ilə birlikdə valideynlərinin yanında yaşaması barədə arayış aldıqdan sonra onu 400 (dörd yüz) manat məbləğində pulla birlikdə elə həmin gün saat N radələrində N nömrəli hərbi hissənin qarşısında gətirib X115ə vermişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat verildikdən sonra o, elə həmin gün günorta saatlarında hərbi hissənin qərargah binasının qarşısında X115dən ailə tərkibi haqqında arayışla birlikdə, 400 (dörd yüz) manat məbləğində pulu eyni məqsədlə alaraq, hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 347 nömrəli əmri ilə X115in ailənin tək övladı kimi ordu sıralarından tərxis olunmasını təmin etmişdir. Bundan başqa, Rüstəm Tarvediyev həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının əvvəllərində günorta saatlarında hərbi hissənin inzibati binasında X76 onunla birgə xidmət edən əsgər yoldaşlarının müvafiq arayışla kapitan Təqsirləndirilən şəxs müraciət etdiklərini görmüş, X85 Tarverdiyevə yaxınlaşmış, valideynləri ilə birgə yaşadığını, özündən başqa xəstə bacısının onun himayəsində olduğunu, digər bacılarının ailəli olmaqla onlardan ayrı yaşadıqlarını, qardaşının isə vəfat etməsi barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə Xanlar Cəfərova «narahat olma evin tək övladı olduğun haqda arayışı gətir sənin tərxisinə köməklik edəcəm» deməklə ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunması üçün yaşadığı yerdən bacıları barədə məlumatlar qeyd olunmamaqla müvafiq ailə tərkibi haqqında arayış almasını izah etmiş və 500 (beş yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən maddi neməti istəmişdir. X66 təklifi ilə razılaşmış və elə həmin gün istifadəsində olan mobil telefon vasitəsi ilə atası Qara Cəfərova zəng edərək ondan yaşadıqları Bərdə rayonunun Mehdili kənd icra nümayəndəliyindən müvafiq məzmunda ailə təkibi haqqında arayış almasını və həmin arayışı 500 (beş yüz) manat məbləğində pulla birlikdə xidmət etdiyi hərbi hissəyə gətirməsini xahiş etmişdir. Bundan sonra vətəndaş X1N1 rayonunun Mehdili kənd icra nümayəndəliyindən müvafiq məzmunlu ailə təkibi haqqında arayış alaraq həmin arayışı 1N dekabr N0N0-ci il tarixdə günorta saatlarında N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsində 300 (üç yüz) manat məbləğində pulla birlikdə X105a təqdim etmiş və bu barədə ona məlumat verildikdən sonra, kapitan Təqsirləndirilən şəxs aralarındakı razılaşmaya əsasən X105la elə həmin gün günorta saatlarında N nömrəli hərbi hissənin N-ci taborunun inzibati binasının yanında görüşüb ondan ailənin tək övladı olması və valideynləri ilə birlikdə yaşaması barədə arayışla birlikdə, 300 (üç yüz) manat məbləğində pulu vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən almış, X105un ailənin tək övladı kimi hərbi hissə komandirinin 1N dekabr N0N0-ci il tarixli 351 nömrəli əmri ilə ordu sıralarından tərxis olunmasını təmin etmişdir. X48 həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının ortalarında, günorta saatlarında xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunda olarkən həmin divizionunun tank əleyhinə artilleriya batareyasında usta-heyət nəfəri vəzifəsində xidmət edən X15 ona yaxınlaşaraq ordudan tez tərxis olunmaq istədiyini, evin tək övladı olmamaqla qardaşının olduğunu, lakin özünün ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmağı ilə bərabər valideynlərindən ayrı yaşadığını, buna dair qardaşı tərəfindən müvafiq arayışın alınaraq ona göndərildiyini, lakin həmin arayışı hərbi hissənin nizami hissəsinə təqdim etməsinə baxmayaraq, ona himayəsində uşaqları olan əsgərlərin digərlərindən tez tərxis olunmayacağı bildirildiyini deyib, ona tez tərxis olunmasında köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt kapitan Təqsirləndirilən şəxs Mirzə Mirzəyevə «mən tanıyıram deyəcəm, sənin tərxis olunmağına köməklik ediləcək» demiş və əsgər M.Ə.Mirzəyevə 300 (üç yüz) manat pul verəcəyi təqdirdə onun tərxis olunma məsələsini həll edə biləcəyini demiş, əsgər Mirzə Mirzəyev onun təklifini qəbul edərək 300 (üç yüz) manat məbləğində pul verə biləcəyini bildirdikdə kapitan Təqsirləndirilən şəxs həmin məbləğlə razılaşmış və əsgər Mirzə Mirzəyevdən ailə tərkibi haqqında arayışı alaraq onun ailənin tək övladı olmadığı halda, hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 355 nömrəli əmri ilə vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təmin etmiş və həmin gün Mirzə Mirzəyevdən N nömrəli hərbi hissənin inzibati binasından bir qədər kənarda 300 (üç yüz) manat məbləğində pulu vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən almışdır. Həmçinin Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının əvvəllərində xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunun tank əleyhinə Artilleriya Batareyasında olarkən həmin batareyanın radio telefonçusu vəzifəsində xidmət edən əsgər X34 ona yaxınlaşaraq ordu sıralarından tez tərxis olunmaq istədiyini, lakin ailənin yeganə övladı olmadığını, bacı və qardaşının olduğunu, onların isə ailəli olmaqla ayrı yaşadıqlarını deyərək bu işdə ona köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, o, qanunsuz qazanc əldə etmək məqsədi ilə X106ə həmin məsələni asanlıqla həll edə biləcəyini demiş vəöz istifadəsində olan mobil telefon danışıq nömrəsini verərək ona həmin nömrəyə zəng etməsini tapşırmışdır. X106 elə həmin gün axşam saatlarında ona zəng etmiş və aralarındakı həmin telefon danışığı zamanı kapitan Təqsirləndirilən şəxs ona yalnız özü və valideynlərinin qeyd olunduğu ailə tərkibi haqqında arayış təqdim edə biləcəyi halda və 400 (dörd yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl tərxis olunmasını təşkil edə biləcəyini deyərək pulu vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən istəmişdir. X67 təklifini qəbul edərək razılaşmış və atası Sədullah Quliyev tərəfindən qeyd edilən məzmunda arayışı 400 (dörd yüz) manat məbləğində pulla birlikdə N dekabr N0N0-ci il tarixdə taksi vasitəsi ilə N nömrəli hərbi hissəyə göndərildikdən sonra, aralarındakı razılaşmaya əsasən kapitan Təqsirləndirilən şəxs X106lə N dekabr N0N0-ci il tarixdə saat 10 radələrində divizionun ərazisində yerləşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanasında təklikdə görüşmüş və orada ondan ailənin tək övladı olması barədə arayışla birlikdə, 400 (dörd yüz) manat məbləğində pulu eyni məqsədlə alaraq, X106in ailənin tək övladı kimi N dekabr N0N0-ci il tarixli 357 nömrəli əmri ilə ordu sıralarından tərxis olunmasını təmin etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının ortalarında xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunda olarkən həmin divizionun N-ci Artilleriya Batareyasının baş sürücüsü vəzifəsində xidmət edən əsgər X43 divizionun ərazisində ona yaxınlaşaraq vaxtından əvvəl ordudan tərxis olunmaq istədiyini, lakin ailənin tək övladı olmadığını, bir bacısının ailə həyatı qurmaqla ayrı yaşadığını, digər bacısının isə valideynləri ilə birlikdə onun himayəsində yaşadıqlarını, həmçinin xəstə olduqlarını, bu səbəbdən ailənin bütün yükünün onun üzərinə düşdüyünü deyib ondan vaxtından əvvəl tərxis olunmasında köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman kapitan Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə əsgər R.Ş.Mehdiyevdən ailənin tək övladı olması və özünün ailənin yeganə gəlir mənbəyinin olması barədə ailə tərkibi haqqında arayış alaraq təqdim edə biləcəyi halda və 300 (üç yüz) manat məbləğində pul verməsi müqabilində onun vaxtından əvvəl tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən həmin məbləğdə pulu istəmişdir. X68 təklifi ilə razılaşmış və xidmət yoldaşlarının birinin telefonu ilə atası Şəfayət Mehdiyevə zəng edərək ona yaşadıqları Bərdə rayonunun Yeni Əyricə kənd icra nümayəndəliyindən qeyd edilən məzmunda ailə tərkibi haqqında arayış almasını tapşırmışdır. Daha sonra X107 N günlük məzuniyyətə buraxılmış və məzuniyyətdən qayıdarkən atası tərəfindən alınmış arayışı və N00 (iki yüz) manat məbləğində pulu özü ilə götürüb N dekabr N0N0-ci il tarixdə hərbi hissəyə qayıtmışdır. Bundan sonra X107 kapitan Təqsirləndirilən şəxslə N dekabr N0N0-ci il tarixdə günorta saatlarında N nömrəli hərbi hissənin mağazasının yanında təklikdə görüşərək atası tərəfindən alınmış ailə tərkibi haqqında arayışı ona təqdim etmiş və onunla pulu hərbi xidmətdən tərxis olunmasından sonra verəcəyinə dair razılaşmışdır. Kapitan Təqsirləndirilən şəxs qeyd edilən arayışı alaraq X107in ailənin tək övladı olmadığı halda, hərbi hissə komandirinin N dekabr N0N0ci il tarixli 357 nömrəli əmri ilə vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təmin etmiş və hərbi biletini Rüfət Mehdiyevə hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən kənarda təqdim etdikdən sonra N00 (iki yüz) manat məbləğində pulu ondan birbaşa və şəxsən eyni məqsədlə almışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının ortalarında, xidmət etdiyi hərbi hissənin Artilleriya Divizionunda olarkən hərbi hissənin mühəndis-istehkam bölüyünün radiotelefonçusu vəzifəsində xidmət edən əsgər X99 ilə aralarındakı söhbət zamanı sonuncunun anası ilə birgə Tərtər şəhərində yaşadığını və anasının onun himayəsində olduğunu, özündən başqa bacısının və qardaşının olduğunu, lakin onların ailəli olmaqla ayrı yaşadıqlarını bilib qanunsuz qazanc əldə etmək məqsədi ilə X1N8yə ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunması üçün yaşadığı yerdən ailənin yeganə övladı olması və anasının onun himayəsində yaşaması barədə müvafiq arayış alaraq təqdim edə biləcəyi halda və pul verməsi müqabilində onun vaxtından əvvəl ordu sıralarından tərxis olunmasını təşkil edə biləcəyini deyərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən pulu istəmişdir. X1N8 həmin təklifi qəbul edərək razılaşmış və anası Amaliya Əmirli ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan qeyd edilən məzmunda ailə tərkibi haqqında arayış alıb həmin arayışı N nömrəli hərbi hissəyə göndərməsini xahiş etmişdir. Anası tərəfindən həmin arayış alınaraq N dekabr N0N0-ci il tarixdə hərbi hissəyə göndərildikdən sonra X1N8 bu barədə kapitan Təqsirləndirilən şəxs məlumat vermiş və sonuncu elə həmin gün divizionun ərazisində arayışı X1N8dən alıb həmin arayış əsasında onun vaxtından əvvəl tərxis olunacağını bildirərək bunun müqabilində ona 300 (üç yüz) manat məbləğində pul verməli olmasını demişdir. X103 həmin vaxt cibində cəmi 130 (yüz otuz) manat məbləğində pul olduğunu, həmin puldan ona yalnız 100 (yüz) manat məbləğində pul verə biləcəyini, qalan 100 (yüz) manat məbləğində pulu isə tərxis olunduqdan sonra yekun pul təminatını alıb verə biləcəyini dedikdə, kapitan Təqsirləndirilən şəxs əlavə pula ehtiyac olmadığını bildirib ondan 100 (yüz) manat məbləğində eyni məqsədlə almış və X1N8nin ailənin tək övladı kimi hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 358 nömrəli əmri ilə ordu sıralarından tərxis olunmasını təmin etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 311.3.N-ci maddəsindən həmin Məcəllənin 31N-1.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və məhkumun barəsində bəraət hökmü çıxarılmasını, dövlət ittihamçısı apellyasiya protestində hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs ilə X15 arasında keçirilmiş 05 may N0N1-ci il tarixli üzləşdirmənin ittihama daxil edilməklə, R.M.Rüstəmovun CM-in 311.3.N-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Teyyub Muxtarovun sədrliyi, hakimlər Salman Hüseynov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 06 aprel N0NN-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakim Tahir Kazımovun sədrliyi, hakimlər Əziz Seyidov və Ələsgər Novruzovdan ibarət tərkibdə) N6 oktyabr N0NN-ci il tarixli, 1-1(10N)-70/N0NN saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel N0NN-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi qərara alınmışdır. Apellyasiya müraciətlərinin əsaslandırılması və cinayət prosesi iştirakçılarının apellyasiya müraciətlərinə münasibəti: Məhkumun müdafiəçisi hökmdən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 311-ci maddəsi ilə ittiham verilmiş və həmin cinayətin xüsusi subyekti vəzifəli şəxs olmalıdır. Təqsirləndirilən şəxs N019-cu ilin oktyabr ayından korpus komandirinin əmri ilə həmin hərbi hissədə döyüş hazırlığı bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Onun vəzifəsinə təlimlər keçirmək, təlim atışlarına və dərslərə nəzarət etmək daxil olmuşdur. Eyni zamanda N nömrəli hərbi hissənin məktubundan da görünür ki, adları qeyd edilən əsgərlər Təqsirləndirilən şəxs tabeliyinə verilməmiş, Təqsirləndirilən şəxs həmin əsgərləri eləcə də digər əsgərləri güzəştli əsaslarla ordudan tərxis etmək səlahiyyəti olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan zabit olmadığından hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunmur. Belə olduğu halda hesab edir ki, hökm ləğv edilməli Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Dövlət ittihamçısı hökmdən verilmiş apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə CM-in 311.3.N-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsini etiraf etməsədə iş üzrə dindirilmiş şahidlərin X99, X43, X34, X15, X16, X77 və X51 və digər şəxslərin ifadələri, üzləşdirmə protokolları, habelə cinayət işinin materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs həmin əməli törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmənin fikrincə, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin döyüş hazırlığı bölmə rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən onun hərbi qulluqçuları tərxis etmək hüququ olmamış, sonuncu güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən maddi neməti (pulu) istəməmiş və almışdır. Həmçinin məhkəmə hökmündə N nömrəli hərbi hissəsinin artilleriya divizionunun N-ci artilleriya batareyasının idarəetmə tağımının komandiri baş leytenant X17 barəsində olan Tərtər Hərbi Məhkəməsinin 03 may N018-ci il tarixli hökmünu qeyd etməklə göstərmişdir ki, əsgər X14 idarəetmə tağımının tərkibində olan, şərti olaraq “Polad” adlanan komanda müşahidə məntəqəsində vakant əsgər ştatının olduğunu və həmin ştata əsgər təyin olunmalı olduğunu eşidib 30 dekabr N016-cı il tarixdə günorta saatlarında batareyanın qərargahının qarşısında Saleh Zərbaliyevə yaxınlaşmış, həmin vakant ştata təyin oluna bilibbilməyəcəyini sonuncudan soruşmuşdur. Saleh Zərbaliyev öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə əsgər Kamran Süleymanova həmin ştata təyin olunması müqabilində özü üçün N00 (iki yüz) manat pul istəmiş və sonuncu həmin təkliflə razılaşıb atası X5 05 yanvar N017-ci il tarixdə telefonla zəng vurub məlumat vermişdir. Süleyman Süleymanov isə baş leytenant Saleh Zərbaliyevin tapşırığına əsasən elə həmin gün Naftalan şəhər sakini, X18 adına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin X58 N00 (iki yüz) manat məbləğində pul göndərmişdir. Saleh Zərbaliyev pulun Tural İsmayılovun adına göndərildiyini bildikdən sonra, 06 yanvar N017-ci il tarixdə səhər saatlarında artilleriya divizionunun komandiri, mayor XN olduğu idarəetmə tağımının komplektləşdirilməsi məqsədi ilə əsgər X6 tağımın tərkibində olan, şərti olaraq «Polad» adlanan komanda müşahidə məntəqəsindəki vakant ştata təyin edilməsini təklif edərək, mayor Bəhruz Hüseynovun həmin tarixli təqriri əsasında əsgər Kamran Süleymanovun hərbi hissə komandiri, polkovnik-leytenant Ramin Mustafayevin 06 yanvar N017-ci il tarixli, 6 №li əmri ilə tutduğu vəzifədən azad edilərək artilleriya batareyasının idarəetmə tağımının kəşfiyyat manqasında baş kəşfiyyatçı vəzifəsinə təyin olunmasına nail olmuş və həmin gün saat N1:N0 radələrində Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində Tural İsmayılovla görüşərək Süleyman Süleymanov tərəfindən göndərilmiş N00 (iki yüz) manat pulu ondan almışdır. Həmin iş üzrə dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət etmiş və X30 CM-nin 311.1-ci maddəsi ilə elan edilmiş ittihamın həmin Məcəllənin 31N-1.1-ci maddəsinə tövsif edilməsini və onun bu maddə ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə 03 may N018-ci il tarixli hökmünu preyudisiyal qüvvəyə malik olma kimi qəbul etmişdir. Aşağıdakılara əsasən, məhkəmənin gəldiyi nəticə əsassız olduğuna dəlalət edir: Belə ki, N nömrəli hərbi hissəsinin artilleriya divizionunun N-ci artilleriya batareyasının idarəetmə tağımının komandiri baş leytenant X17 barəsində olan işdən görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 130-cu maddəsinə əsasən S.Zərbaliyev N nömrəli hərbi hissəsinin artilleriya divizionunun N-ci artilleriya batareyasının idarəetmə tağımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olduğu zaman qeyd olunan cinayəti törədərkən vəzifəli şəxs olsada onun əsgər X1 olduğu tağımın tərkibində vakant əsgər ştatına təyin etmək üçün səlahiyyəti olmamışdır. Məhz buna görə də dövlət ittihamçısı elan edilmiş ittihamın həmin Məcəllənin 31N-1.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Müqayisə etdikdə görünür ki, N nömrəli hərbi hissəsinin artilleriya divizionunun N-ci artilleriya batareyasının idarəetmə tağımının komandiri baş leytenant X17 barəsində aparılmış iş, kapitan Həsənli Nofəlin işi ilə eynilik təşkil etmir. Yəni S.Zərbəliyev taqım komandiri olmaqla, məhkum N.Həsənlinin bölük komandiri olmuş səlahiyyətlərinə malik olmamışdır. Kapitan N.Həsənli bölük komandiri kimi yuxarı komandanlığa xahiş etmək və vəsatət vermək vəzifələrinə malik olmuşdur. Bu cür səlahiyyət isə taqım komandiri olan baş leytenant S.Zərbəliyevdə olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş sabiq N nömrəli hərbi hissənin komandiri, polkovnik Vüsal Ələsgərovun ifadəsindən görünür ki, tərəfindən verilən şifahi göstərişə əsasən Təqsirləndirilən şəxs idarə heyətinin zabiti kimi qismən səfərbərlik elan edilən zaman çağrılmış şəxslərin intizamsız olmalarına görə üzərlərində olan zabit və tabelikdə olan şəxslərə xidmətin təşkili ilə bağlı nəzarət etmişdir. Bundan əlavə, iş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinin sabiq köməkçisi, kapitan X19 ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən hadisələr ərəfəsində Təqsirləndirilən şəxs ona tək övlad olmayan şəxslərin “Müsəlman variantı ilə” yəni pul ilə tərxis olunmasını təklif etmiş və o, razı olmamışdır. İşdə olan 1N sentyabr N0N1-ci il tarixli, N744 №-li məktubdan görünür ki, «Döyüş Nizamnaməsi»nin tələblərinə əsasən, hərbi hissə komandiri tərəfindən verilən şifahi əmr kapitan R.M.X4 toplanmış qismən səfərbərlik qaydasında hərbi xidmətə çağırılmış əsgərlərin üzərində bölmə komandiri kimi funksional vəzifələri yerinə yetirməsi üçün kifayət etmiş, habelə Azərbaycan Respublikası Prezidentinin 01 dekabr N0N0-ci il tarixli, N3/10 №-li Sərəncamından irəli gələn tələblərin icrası onun vəzifə səlahiyyətlərinə aid olmuş, həmin tələbin icrası ilə əlaqədar yuxarı komandanlığın kapitan Təqsirləndirilən şəxs əlavə göstəriş verməsinə zərurət olmamışdır. Təqsirləndirilən şəxs səfərəbliklə əlaqədar çağrılmış şəxslərin üzərində nəzarət etməyindən və həmin şəxslərin onu rəhbər kimi qəbul etmələrindən istifadə edib onların digər şəxsi heyətdən əvvəl tərxis olunmalarından qazanc əldə etmək məqsədi ilə faydalanmış və özü üçün maddi nemət əldə etmək məqsədi ilə vəzifəsinldən sui-istifldə etməklə müxtəlif məbləğlərdə pulu rüşvət olaraq istəmiş və almışdır. Cinayət qanununa görə vəzifəli şəxsin qərarına qanuni (öz səlahiyyət çərçivəsində) təsir imkanı olan şəxsin həmin qərara təsir etmək üçün bu cinayətin predmetlərini istəməsi və ya alması müvafiq tərkib əlamətləri olduqda rüşvət alma (CM-nin 311-ci maddəsi) kimi tövsif olunmalıdır. CM-nin 31N-1.1-ci maddəsindən görünür ki, vəzifəli şəxsin qərarına təsir göstərilməsi qanunsuz olmalıdır. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs, şahidlər X8, X69, X44, XN0 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri tam, hərtərfli və obyektiv yoxlayaraq və bir-biri ilə müqayisəli təhlil edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsi özünün, şahidlər X8, X69, X44 ifadələri isə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. İşin hallarından görünür ki, təqsirləndirilən şəxs mütamadi olaraq pul vermiş şəxslərin üzərlərində rəhbəredici şəxs kimi göstərişlər və tapşırıqlar verdiyindən həmin yuxarıda göstərilən şəxslər onu nəzarət edən şəxs kimi qəbul etmiş və tərxis olunmaları ilə bağlı hər hansı bir digər zabitə deyil məhz Təqsirləndirilən şəxs maddi nemət pul, yəni rüşvət vermişlər. Məhkəmə hökmdə şahidlər X8, X69, X44 ifadələrini yüngülləşdirici hal kimi qəbul etsədə, digər tərəfdən Təqsirləndirilən şəxs və qeyd olunan şəxslərin ifadələrinə tənqidi yanaşmamış və istədiyi nəticəni həyata keçirtmək üçün iş üzrə faktiki hallara əsaslanmadan təqsirləndirilən şəxsin xeyrinə qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə belə qənaətə gəlmişdir ki, Cinayət Qanununa görə rüşvət verənin xeyrinə edilməli olan hərəkət (hərəkətsizlik) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) çərçivəsindən kənara çıxdıqda, lakin onun öz qulluq mövqeyinə görə belə hərəkətin (hərəkətsizliyin) icrasına yardım edə bildiyi hallarda, yəni vəzifəli şəxsin öz qulluq mövqeyinə görə rüşvət verənin xeyrinə həmin işləri başqa vəzifəli şəxslərin hesabına yerinə yetirmək üçün tədbirlər görə bildiyi hallarda həmin vəzifəli şəxsin əməli CM-in 31N-1-ci maddəsi ilə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) kimi tövsif edilməlidir. Lakin məhkəmə hökmündə təqsirləndirilən şəxsin konkret hansı tədbirləri görüb-görə bilməməsini açıqlaya və əsaslandırma bilməmişdir. Bu da onu göstərir ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 311.N.3-cü maddəsindən əsassız olaraq həmin Məcəllənin 31N-1.1-ci maddəsinə tövsif edib 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzasına və CM-nin 69.4-cü maddəsinin tələbinə əsasən təyin edilmiş 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzasından tamamilə azad edilməsi haqqında qərar qəbul etmişdir. Bundan başqa məhkəmə hökmdə göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, ilk dəfə az ağır cinayət törətmiş, uzun müddətdir ki, ordu sıralarında xidmət edir, xidmət etdiyi dövrdə nümunəvi hərbi qulluq keçmiş, cinayət hadisəsindən əvvəl 44 günlük Vətən Müharibəsində iştirak etmiş, müvafiq medallarla təltif edilmiş, hərbi hissənin komandirinin təqdim etdiyi xidməti xasiyyətnamədə müsbət xarakterizə olunmuş, ailəli olmaqla himayəsmndə az yaşlı övladının olmasını və atasının xəstə olmasını göstərməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin aradan qalxdığı qənaitinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, pulları alınmış şəxslər də Vətən müharibəsində sinələrini güllələrə sipər etməklə düşmən mövqelərinin alınmasında və işğal altında olmuş torpaqlarımızın azad olunmasında iştirak etmiş və müvafiq meddallara layiq görülmüşlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Vətən müharibəsindən sonra baş vermiş, sonuncu hadisədən sonra insani keyfiyyət nümayiş etdirməklə əməllərini etiraf etməməklə pullarını aldığı şəxslərdən üzr istəyib barışmamış, onlara vurduğu maddi zərəri ödəməyərək öz insani keyfiyyətini ortaya qoymuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhz bu ölkənin vətəndaşı kimi Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin “vətəni müdafiə hər bir vətəndaşın borcudur” müddəasının tələblərinə əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə iştirak etməklə öz vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir. Bununla yanaşı, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, dövlət sirrini ciddi surətdə saxlamalıdır. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərbi qulluqçu kimi Nizamnamə ilə üzərinə qoyulan vəzifələri icra etməklə “Vətən müharibəsi”ndə iştirak etməsini nəzərə alaraq, onun bu döyüşlərdə iştirakını qabarıq şəkildə ön plana çəkib xüsusi formada vurğulamağa çalışmışdır. Həmçinin məhkəmə tərəfindən təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs «Vətən müharibəsində» iştirak etmiş şəxslərdən rüşvət almasına tənqidi yanaşmamaqla pulları alınmış şəxslərin Vətən müharibəsində iştrakları ilə bağlı hökmdə heç bir cümlə əks olunmamışdır. Elə bunun özüdə məhkəmənin təqsirlənidirilən şəxsə nisbətdə işə subyektiv yanaşması deməkdir. Qeyd olunmalıdır ki, hər bir Azərbaycan vətəndaşının ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etməsi təqdirə və ehtirama layiq bir haldır. Bu səbəbdən Təqsirləndirilən şəxs döyüşdə iştirak etməsi yüksək qiymətləndirilməlidir. Lakin, məhkəmə heç də bu xüsusata istinad etməklə qanunsuz və əsassız qərarların qəbul edilməsinə rəvac verməməlidir. Bundan əlavə, məhkəmə hökmdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ilə X15 arasında keçirilmiş 05 may N0N1-ci il tarixli üzləşdirmə protokolunda keçirilən üzləşdirmə zamanı Təqsirləndirilən şəxs şahid statusunda olmaqla vermiş olduğu ifadəsi öz əleyhinə alınmaqla CPM-95.6.4cü maddəsinin tələbi pozulmasını qeyd etmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərdən keçirib belə qənaətə gəlmişdir ki, üzləşdirmə protokolu, Təqsirləndirilən şəxslə şahid Mirzə Mirzəyev arasında keçirilmiş üzləşdirmə protokolu CPM-nin 318.1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan çıxarılmalıdır. Lakin məhkəmə bu hissədə əsassız olaraq üzləşdirmə protokolunu ittihamdan çıxarmışdır. Belə ki, işin hallarından görünür ki, kapitan Təqsirləndirilən şəxs CM-nin 311.3.N-ci maddəsi ilə təqsirləndirilməsi üzrə cinayət işi başqa bir cinayət işindən ayrılmış və üzləşdirmə həmin cinayət işi üzrə istintaqın gedişi zamanı keçirilmişdir. Yəni cinayət təqibinin başlanılması üçün işin hallarına aydınlıq gətirilməsi məqsədi ilə işdə olan şahidlər arasında üzləşdirmə keçirilmişdir. Həmçinin göründüyü kimi üzləşdirmə Təqsirləndirilən şəxs heç bir yaxın qohumuna qarşı ifadə verməsindən getmir və məhz onların arasında olan xüsussata aydınlıq gətirilməsi üçün keçirilmişdir. Habelə üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs məhkəmə istintaqında olduğu kimi onun üzünə qarşı rüşvət alması bildirdikdə hamısını təkzib etdiyi kimi həmin üzləşdirmədə də üzünə deyilənləri təkzib etmişdir. Odur ki, istintaqın gedişatında keçirilmiş üzləşdirmə ilə məhkəmə istintaqı zamanı da keçirilmiş üzləşdirmə arasında ziddiyyət yoxdur. Buna görə də sübut növü kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ilə XN1 arasında keçirilmiş 05 may N0N1-ci il tarixli üzləşdirmə ittihama daxil edilməlidir. Bundan əlavə, məhkəmə prossesual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, CPM-nin 318.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən protokol deyil, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Odur ki, üzləşdirmə protokolunun ittihamdan çıxarılması əsassızdır. Hazırkı vəziyyətdə Tərtər Hərbi Məhkəməsinin müvafiq qərarı ilə Təqsirləndirilən şəxs cəzadan kənarda qalması sosial ədalətin bərpasına xələl gətirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Beləliklə, məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs əməlini CM-nin 311.3.N-ci maddəsindən həmin Məcəllənin 31N-1.1-ci maddəsinə tövsif etmiş və eyni zamanda əsassız olaraq Təqsirləndirilən şəxs ilə M.Mirzəyev arasında keçirilən üzləşdirməni ititihamdan çıxarmaqla gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, Tərtər Hərbi Məhkəməsinin «N4» dekabr N0N1-ci il tarixli, 1(098)-N47/N0N1 nömrəli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs CM-in 311.3.N-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyaları həddində cəza təyin edilməsinə dair barəsində yeni hökm çıxarılmasını apelyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, məhkumun heç bir cinayət əməli törətmədiyini, qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyini bildirdilər və apellyasiya şikayətinin təmin edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, protestin isə əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya instansiya məhkəməsində araşdırma: Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırılma aparılması üçün məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla, yəni məhkumun yenidən dindirilməsi və işdə olan digər sübutların araşdırılması ilə keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş məhkum Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, N019-ci il oktyabr ayında həmin korpus komandirinin əmrinə əsasən döyüş hazırlığı bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Onun vəzifəsi təlimlər keçirmək, təlim atışlarına və dərslərə nəzarət etmək olmuş, ümumiyyətlə hərbi qulluqçu tərxis etmək kimi səlahiyyəti olmamışdır. Ona elan olunan ittihamda nəzərdə tutulan əməllər onun yox, şəxsi heyətin uçotu bölməsinin səlahiyyətinə aid olmuşdur. xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respbublikasının Prezidenti bəzi hərbi qulluqçuların ordudan tərxis olunması haqqında sərəncam vermiş, həmin sərəncamın tələblərinə görə ailənin tək övladı, himayəsində 3 azyaşlı uşağı olanlar, valideynlərindən biri və ya hər ikisi 1-ci və N-ci qrup əlil olan kateqoryasına aid şəxslərin ordudan tərxis edilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncamın icrası ilə əlaqədar şəxsi heyətin uçotu bölməsi məşğul olmuş, hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi mayor Eldəniz Bayramov koronovirus xəstəsi olduğuna görəsonuncunun vəzifəsini kapitan X55 icra etmişdir.Səfərbərliklə çağırılmış əsgərlər ona tərxis olunmalarına köməklik edilməsi barədə yaxınlaşıb bir söz deməmiş,onun hərbi qulluqçuların tərxis olunmaları ilə əlaqədar heç bir əlaqəsi olmamış, xidmətdə olduğu müddətdə ümumiyyətlə tərxis məsələləri ilə məşğul olmamış, şəxsi heyətin tərxis olunması ilə şəxsi heyətin uçotu bölməsi məşğul olmuşdur. Onun nizami hissədən hər hansı bir hərbi qulluqçunun hərbi biletini götürmək və tərxis etmək səlahiyyəti olmadığından o, hərbi qulluqçuların hərbi biletlərini tərxis olunduqdan sonra özlərinə qaytarmamış və heç vaxt belə bir hadisə olmamışdır. O, əsgərlərdən tərxis olunmaları müqabilində pul və ya maddi nemət istəməmiş və almamışdır. Adlarını sonradan bildiyi X15, X99, X76, X77, X45, X70, XNN bir dəfə üzləşdirmə zamanı görmüş, onların nəyə görə ona pul verdiklərinin söyləmələrinin səbəbini bilmir, şahidlərin dedikləri yalandır, o, şahidlərdən ailə tərkibi haqqında arayış almamış, onların tərxis olunmasına köməklik göstərməmişdir. Hesab edir ki, tərxis olunan əsgərlərə ibtidai istintaq zamanı hədə-qorxu gəlindiyi üçün ona qarşı ifadə vermişlər. Bundan başqa xidmətdə olarkən kapitan Tural Eyniyevin telefonu nasaz olduğundan ona telefon lazım olduğunu demiş, onunda evində artıq istifadə etmədiyi “İphone 7” markalı mobil telefonu olmuş və həmin telefonu 600 manata satdığa qoymuşdur. Lakin telefonun qutusu və sənədləri olmadığı üçün Tural Eyniyev ondan telefonu almaqdan imtina etmişdir. Bundan başqa o, Tural Eyniyevə səfərbərliklə çağırılmış hərbi qulluqçuların ailə tərkibi haqqında arayış təqdim etmələri halda pul vermələri müqabilində tərxis oluna biləmələri üçün pul təklif etməmiş, Tural Eyniyev onunla üzləşdirmə aparılan zaman «Təqsirləndirilən şəxs mənim otağıma gəlib sənəd təqdim edib, lakin tərxislə bağlı arayış təqdim etməyib» demişdir. İbtidai istintaq zamanı müstəntiq onu X76 ilə üzləşdirərkən şahid Xanlar Cəfərov ifadəsini oxuyub otaqdan çölə çıxarmış, müstəntiq ondan şahid Xanlar Cəfərovdan pul alıb-almadığını soruşmuş, o, şahid Xanlar Cəfərovdan pul almasını qəti şəkildə inkar etmişdir. Sonra müstəntiq onu çölə çıxarıb şahid Xanlar Cəfərovu otağa dəvət etmiş, bundan bir müddət sonra müstəntiq həm özünə həmdə şahid Xanlar Cəfərova ifadələrini ayrı-ayrylıqda imzalatmışdır. Bundan başqa heç bir əsgərin ailə tərkibi haqqında arayışı pul təklifi qarşılığında Tural Eyniyevə təqdim etməmiş, “Müsəlman variantı” ilə işi həll edə biləcəyini soruşmamış, sonuncu da cavabında «Rüstəm, belə işlərə girmə» deməmişdir. Tural Eyniyev üzləşdirmə zamanı“ola bilər ki Təqsirləndirilən şəxs də oraya sənəd qoysun, şəxsən mənə sənəd təqdim etməyib” sözlərini demiş, lakin o, şəxsi heyətin uçotu bölməsinə öz vəzifələrinin icrası ilə əlaqədar sənəd təqdim etmiş, əsgərlərin tərxis olunması ilə bağlı sənəd təqdim etməmişdir. Bundan başqa o, əsgər X31 tanımamış, üzləşdirmə zamanı görmüş, sonuncudan N manat pul istəməmiş, Rüfət Mehdiyev ona N00 manat pula gücü çatdığı bildirdiyinə görə onunla aralarında heç bir razılaşma olmamışdır. O, Rüfət Mehdiyevdən N00 manat pul almamış, ona hərbi biletini tərxis olunması ilə bağlı möhürlətdirib NBM-də təqdim etməmişdir. Bundan başqa şahid X70 arasında keçirilmiş xx.xx.N0N1-ci il tarixli üzləşdirmə protokolu barədə bildirir ki, onun atası heç Zaqatalanın yolunu tanımamış, üzləşdirmə zamanı Elvin Həsənovu görmüş, üzləşdirmək keçirilən vaxt əvvəl otaqdan o çıxmış, sonra otağa daxil olduqmuş, şahid Elvin Həsənov otaqdan çıxmış, sonunda isə müstəntiq ona demişdir ki, «gəlin qol çəkin» üzləşdirilmə keçirilmişdir. Halbu ki, o, şahid Elvin Həsənovla üzləşdirilməmiş, şahid onun üzünə qarşı hər hansı bir hadisənin olduğunu deməmiş, üzləşdirmə zamanı vəkili də üzləşdirmədə iştirak etməmişdir. Məhkəmədən xx.xx.N0N0-ci il tarixdə başlamış Vətən müharibəsində peşəkar zabit kimi xidmət etməsini, Tərtər rayonun Talış kəndi və Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasında gedən döyüş əməliyyatlarında iştirak etməsini, həyatının 18 yaşından hərbi xidmətə bağlanmasını, 10 ildən artıq peşəkar zabit kimi xidmət etməsini, qələbə ilə başa çatan Vətən müharibəsində iştirak edən şəxs kimi döyüş əməliyyatlarından sonra həbs olunaraq zabit olaraq 6 aydan artıq müddət ərzində ən ağır mənəvi iztirablar keçirməsinin, himayəsində iki azyaşlı uşuğının olmasının nəzərə alınmasını xahiş etdi. 1.Cinayət işinin materiallarında olan şahid ifadələri və üzləşdirmə istintaq hərəkəti protokolları: Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X15 ifadəsində göstərmişdir ki, o, N0N0-ci ilin sentyabr ayında ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağırılaraq “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissəsinin Artilleriya Divizionunun tank əleyhinə artilleriya batareyasında usta-heyət nəfəri vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs hansı rütbədə və nə vəzifəsində xidmət etməsi barədə məlumatı olmamış, münasibətləri xidmət olmuş, aralarında ədavət və düşmənçildik olmamışdır. N0N0-ci ilin dekabr ayında bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncam verilmiş, həmin sərəncama əsasən ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında arayış təqdim etməklə ordu sıralarından tərxis olunanacağına dair məlumat verilmişdir. Özü ailəli olmaqla himayəsində iki azyaşlı övladı vardır. Bundan sonra o, atası Əbdülhəsən Mirzəyevlə telefonla danışıb ondan müvafiq məzmunda ailə tərkibi haqqında arayış alıb hərbi hissəyə göndərməsini xahiş etmişdir. Az sonra atası Əbdülhəsən həmin arayışı alıb qardaşı Fərid vasitəsilə ona göndərmişdir. Lakin o, həmin arayışı götürüb hərbi hissənin qərargahına təqdim etdikdəona bildirilmişdir ki, sərəncamda himayəsində iki azyaşlı övladı olan şəxslərin tərxis olunması nəzərdə tutulmur. Həmin vaxt kapitan Təqsirləndirilən şəxs ona «mən tanıyıram deyəcəm, sənin tərxis olunmağına köməklik ediləcək» demişdir. Bundan sonra o, arayışı kapitan Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin vaxt pul verməmiş, tərxis olunmasına köməklik edilməsi müqabilində kapitan Təqsirləndirilən şəxs ondan heç bir məbləğdə pul istəməmişdir. O hərbi xidmətdən tərxis olunduqdan sonra tərxis olunmasına köməklik göstərdiyinə görə öz istəyi iləhərbi hissədən kənarda kapitan Təqsirləndirilən şəxs N manat pul vermiş, həmin məbləğdə pulu ona heç kim göndərməmiş, pul özünün üzərində olmuşdur. İbtidai istintaq zamanı ifadə verdikdən sonra ifadəsini oxumuş, lakin həmin ifadəsini xatırlamır. Üzləşdirmə zamanı ona müstəntiq «sizlik bir şey yoxdu, narahat olmayın, ifadəni təsdiqlə» demişdir. Ordudan ailə tərkibi arayışı təqdim edərək tərxis olunmuş, təqdim etdiyi arayış əsasında ordudan tərxis olunubolunmamağında məhdudiyyət olmasından anlayışı olmamış, tərxis olunmasının qanunsuz olması haqda bir söz deyə bilməz, onu tərxis ediblər əvəzində hörmətini etmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X99 ifadəsində göstərmişdir ki,11 oktyabr N011-ci il tarixdə SHXÇDX-nin Tərtər rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəyə göndərilmiş, hərbi xidmətini həmin hərbi hissədə keçirib N3 mart N013cü il tarixdə ordu sıralarından tərxis olunaraq yaşadığı Tərtər şəhərinə gəlmiş, N1 sentyabr N0N0-ci il tarixdə səfərbərlik qaydasında yenidən müddətli həqiqi hərbi xidmətə çağırılaraq əvvəlcə 130, N6 sentyabr N0N0-ci il tarixdən isə N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün rabitəçisi vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlatlarında iştirak etmişdir. Vətən müharibəsi başa çatdıqdan sonra 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verilmiş, həmin sərəncama əsasən ailənin tək övladı olanları bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etdikləri halda ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. Onun bacısı və qardaşı olsa da, onlar ailə həyatı qurduqdan sonda ayrı yaşamış, anası isə onun himayəsində Tərtər şəhərində yaşamışdır. O, Rüstəm Tarerdiyevin sərancamında xidmət etməmiş, başqa bölmədə xidmət etmişdir. Tərxis olunmaqla bağlı məlumatları xidmət etdiyi bölmənin komandir heyəti tam məlumatlı olmadığından Təqsirləndirilən şəxs isə hərbi hissənin qərargahında qulluq etdiyindən səfərbərliklə çağırılan əsgərlər suallarını sonuncuya ünvanlamışdır.N0N0-ci ilin dekabr ayının əvvəllərində tərxis olunmaları üçün arayışla müraciət etdiklərini görüb, özü də Təqsirləndirilən şəxs yaxınlaşmış,anasının onun himayəsində və xəstə olmasını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona hansısa saxta sənəd əldə etməyi ona bildirməmiş, yalnız anasının onun himayəsində olması ilə bağlı arayış gətirməli olduğunu demişdir. Bundan sonra o, anası ilə əlaqə saxlayaraq onun himayəsində olmasına dair arayış alıb N nömrəli hərbi hissəyə göndərməsini xahiş etmişdir. Bir neçə gün sonra anası ona zəng edib «dediyin arayışı aldım vəhərbi hissəyəgöndərdim» demişdir. O, anası ilə danışdıqdan sonra hərbi hissənin Artilleriya Divizionunda kapitan Təqsirləndirilən şəxs yaxınlaşaraq həmin arayışın anası tərəfindən alınıb göndərildiyini bildirmişdir. N dekabr N0N0-ci il tarixdə günorta saatlarında kapitan Təqsirləndirilən şəxs divizionun ərazisində ona yaxınlaşaraq «narahat olma deyəcəm, gətirdiyin arayış əsasında tərxis olunma məsələsini həll edəcəm» demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, hərbi biletini ona təqdim etmiş, ordu sıralarından tərxis olunduğunu demişdir.O da kapitan Təqsirləndirilən şəxs onun tərxis edilməsi işini düzəltdiyi üçün elə-belə 100 manat pulu öz istəyi ilə xidmət etdiyi divizionun həyətində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs özü ondan heç bir məbləğdə pul istəməmişdir.O, Təqsirləndirilən şəxs pulu ona görə vermişdir ki, tərxis olunmaqla bağlı heç bir yerə getməmiş, Təqsirləndirilən şəxs o, xidmətdən tərxis olunduqdan sonra dvizionun ərazisində hərbi bileti ona təqdim etmişdir. İbtidai istintaq zamanı ifadəsində, həmçinin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs əvvəlcə ondan N manat pul istəməsini, pulu 100 manat olduğundan sonuncuya 100 (bir yüz) manat məbləğində pul verdiyini deməmiş, kapitan Təqsirləndirilən şəxs ondan pul istəməsini bildirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X76 ifadəsində göstərmişdir ki, N1 sentyabr N0N0-ci il tarixdə səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılaraq əvvəl N nömrəli hərbi hissəyə, daha sonra N6 sentyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilərək tərxis olunanadək həmin hərbi hissənin N-ci taborunun 4-cü bölüyünün N-ci tağımında pulemyotçu vəzifəsində xidmət etmişdir. 10 noyabr N0N0ci il tarixdə Vətən müzaribəsi başa çatdıqda sonra xidmət etdiyi taborun şəxsi heyəti N nömrəli hərbi hissənin qərargahında yerləşdirilmişdir. O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. O, ailənin tək övladı olmamış, ondan başqa bacıları olmuş, onlardan ikisi ailə həyatı qurub ayrı yaşasalar da, digər xəstəlikdən əziyyət çəkən bacısı valideynləri ilə birlikdə onun himayəsində olmaqla Bərdə rayonunun Xanağalı kəndində yaşamışdır. Həmin ərəfələrdə o, N0N0-ci ilin dekabr ayının əvvəllərində hərbi hissənin inzibati binasında onunla birgə xidmət edən əsgər yoldaşlarının müvafiq arayışla kapitan Təqsirləndirilən şəxs müraciət etdiklərini görmüş, o da Təqsirləndirilən şəxs yaxınlaşmışvə ailə vəziyyəti, o cümlədən bir qardaşının daha əvvəl rəhmətə getməsi barədə məlumat vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs tabeçiliyində olmamış, sonuncu onun üzərində rəhbərlik etməsədə ona «narahat olma evin tək övladı olduğun haqda arayışı gətir sənin tərxisinə köməklik edəcəm» demişdir. Bundan sonra o,istifadəsində olan mobil telefonla atası Qara Cəfərova zəng edərək ondan yaşadıqları Mehdili kənd icra nümayəndəliyindən özünün və valideynlərinin adları qeyd olunmaqla ailə tərkibi haqqında arayış almasını, daha sonra həmin arayışı hərbi hissəyə göndərməsini xahiş etmişdir. Xatırlamadığı tarixdə atası Qara Cəfərov hərbi hissəyə gələrək nəzarət-buraxılış məntəqəsinin qarşısında ona ailə tərkibi haqda müvafiq arayışla birlikdə 300 (üç yüz) manat pul vermişdir. Bundan sonrao, 1N dekabr N0N0-ci il tarixdə hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən sol tərəfdə yerləşən N-ci taborun inzibati binasının qarşısında kapitan Təqsirləndirilən şəxs yaxınlaşmış, aldığı arayışın qanunsuz olduğunu bildiyi halda sadəcə cahillikdən belə iş tutaraq həmin arayışı Təqsirləndirilən şəxs vermişdir. Özü tərxis olunmaq üçün pul vermək lazım olduğunu bilmiş, lakin Təqsirləndirilən şəxs tərxis olunması müqabilində ondan pul istəməmiş, Təqsirləndirilən şəxs «bu iş düzəlsin özüm hörmətini edəcəm» demişdir. O, hörmət deyəndə pulu nəzərdə tutmuş və 300 (üç yüz) manat pulu kağıza bükərək Təqsirləndirilən şəxs cibinə qoymuşdur.Bundan sonra Təqsirləndirilən şəxs elə həmin gün, yəni 1N dekabr N0N0-ci il tarixdə axşam saatlarında möhürlənmiş hərbi bileti ona verərək ordu sıralarından tərxis olunduğunu bildirmiş, o da elə həmin gün tərxis olunaraq evlərinə qayıtmışdır. Məhkəmədə verdiyi ifadəsi həqiqətdir. İbtidai istantaq zamanı da bu cür ifadə vermiş, ona ifadəsi təqdim edilmiş, 5-ci sinifə qədər təhsil aldığından oxumağı zəif olmuşdur. O, istintaq zamanı Təqsirləndirilən şəxs ondan 500 manat istəməsi, özünün isə sonuncya N manat pul verməsi barədə söz deməmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X77 ifadəsində göstərmişdir ki, N1 sentyabr N0N0-ci il tarixdə Bərdə rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə, N6 sentyabr N0N0-ci il tarixdə N nömərli hərbi hissəyə göndərilmişdir. N7 sentyabr N0N0-ci il tarixdə döyüşlər başladıqdan sonra aktiv döyüşlərə cəlb olunmuş, Azərbaycan Respublikası Prezidentinin ailənin tək övladları ilə bağlı sərəncamı olduqdan sonra 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir.Bundan sonra o, dəfələrlə yuxarı komandanlığa tərxis olunması üçün müraciət etmiş, onu ehtiyata buraxmamışdır. N dekabr N0N0-ci il tarixdə səhər saatlarında hərbi hissənin qərargahında olarkən tərxis olunan hərbi qulluqçuları görüb özü də tərxis olunmaq istəmiş, həmin vaxt təsadüfən kapitan Təqsirləndirilən şəxslə qarşılaşmış, sonuncudan tərxis olunan əsgərlərin kimliyi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs tərxis olunan əsgərlərin evin tək övladları olduğu haqda bildirmişdir. O, Təqsirləndirilən şəxs evin tək oğul övladı olduğunu, ordudan tərxis olunmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs cavabında «evin tək oğlu olsan tərxis oluna bilərsən» demişdir.Daha sonra Təqsirləndirilən şəxs ondan bacı-qardaşının olub-olmadığını soruşmuş, o, həm bacı, həm də qardaşının olduğunu, lakin hər ikisinin də ailəli olmaqla ondan ayrı yaşadıqlarını, özünün də ailəli olduğunu, himayəsində N (iki) azyaşlı övladının olduğunu bildirmişdir. Bunu eşidən kapitan Təqsirləndirilən şəxs ona «ailə tərkibi haqqında arayış gətir, həmin arayışda yalnız öz ailə üzvlərinin və valideynlərinin adlarını qeyd etdir deyib, mən tərxis etdirəcəm»demiş, sonra həmin arayışı təqdim edəcəyi halda, eyni zamanda ona 400 (dörd yüz) manat pul verməsi müqabilində onun ordu sıralarından nəzərdə tutulmuş müddətdən daha tez tərxis olunmağını təşkil edə biləcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs kiməsə pul verəcəyini, onu başqa şəxsə pul verdirib buraxacağını deməmişdir. Bundan sonra o, Bərdə rayonunun Mehdili kənd icra nümayəndəsinə telefonla zəng edərək ondan barəsində ailə tərkibi haqqında arayış verməsini, arayışda yalnız özünün ailə üzvlərimin və valideynlərinin adlarını qeyd etməsini xahiş etmişdir. Daha sonra isə qardaşı Sədi Paşayevə zəng edib bu barədə məlumat verərək ondan arayış hazır olduqdan sonra onu götürüb 400 (dörd yüz) manat pulla birlikdə hərbi hissəyə gətirməsini xahişetmişdir. Həmin gün qardaşı Sədi Paşayev saat N radələrində hərbi hissəyə gələrək hərbi hissənin qarşısında ona ailə tərkibi haqqında arayışı vermiş, o da həmin arayışa 400 (dörd yüz) manat pulu büküb hərbi hissədə Təqsirləndirilən şəxs vermişdir.Bundan bir müddət sonra hərbi xidmətdən tərxis olunmuş və evlərinə getmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X45 ifadəsində göstərmişdir ki, N1 sentyabr N0N0-ci il tarixdə səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılmış, əvvəlcə N nömrəli hərbi hissəyə, N6 sentyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissənin N-ci batareyasında sürücü vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncam verilmişdir. Həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. Bundan sonra o, səfərbərliklə çağırılan hərbi qulluqçuların yanına tez-tez kapitan Təqsirləndirilən şəxs gəlib getdiynidən ailə vəziyyəti barədə sonuncuya məlumat vermiş, Təqsirləndirilən şəxs cavabında «ailə tərkibi haqqında arayış gətir baxım sonra sənə kömək edəcəm» demişdir.O, N0N0-ci ilin dekabr ayının ortalarında mobil telefonla atasıŞəfayət Mehdiyevə zəng edərək, yaşadıqları Bərdə rayonunun Yeni Əyricə kənd icra nümayəndəliyindən barəsindəözünün və valideynlərinin adları qeyd olunmaqla ailə tərkibi haqqında arayış almasını və həmin arayışı N nömrəli hərbi hissəyə göndərməsini xahiş etmişdir. Həmin ərəfədə o, N (iki) günlük məzuniyyətə buraxılaraq yaşadığı kəndə getmiş, kənd icra nümayəndəliyindən arayışı özü almış, evdən pul da götürmüşdür. Həmin arayışda ata və bacısının N-ci qrup əlil olduğu qeyd edilmişdir. O, müvafiq arayışı hərbi hissəyə gələndə özü ilə birlikdə gətirmiş, hərbi hissənin ərazisində Təqsirləndirilən şəxs yaxınlaşmış və arayışı sonuncuya təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona «mən komandirə səni tərxis etdirəcəm mənlikdir, get saat 1N-də sənə zəng gələcək, gələrsən NBM-in qarşısına, hərbi biletini tərxis peçatı ilə sənə verəcəm çıxıb gedərsən» demişdir. Daha sonra Təqsirləndirilən şəxs ona «mənə N manat pul verərsən sonra tərxis olunarsan» demiş, o daTəqsirləndirilən şəxs «N00 manat pulum var, imkandırsa mənimdə adımı siyahıya salın, tərxis olunum» demiş, bundan sonra Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmışdır.Təqsirləndirilən şəxs ona pulu kiməsə verəcəyini deməmişdir. Sonra o, hərbi hissənin nəzarət buraxılış məntəqəsinin yanına gəlib Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Söhbət zamanı sonuncu ona tərxis olunması ilə bağlı möhürlənmiş hərbi biletini vermiş və o, hərbi hissədən çıxıb evlərinə getmişdir. O, məhkəmə istintaqı zamanı suala cavab olaraq «necə ola bilər ki, Təqsirləndirilən şəxs məni tanımır, biz birlikdə hərbi hissənin ərazisində yerləşən bufetdə oturub çay içmişik» demiş, həmin vaxt Təqsirləndirilən şəxs ondan tərxis olunacağı halda N manat pul verməli olduğunu deməsədə o,N manat pul verməsi müqabilində tərxis olunacağını bildiyindən Təqsirləndirilən şəxs N manat pul verməyə maddi cəhətdən gücünün çatmayacağını, N00 manat pul verə biləcəyini demiş, sonuncu onun bu təklifi ilə razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs ona arayışın məzmunu haqqında heç nə deməmiş, bu barədə o, xidmət yoldaşlarından eşitmişdir. Sonra o, ehtiyata buraxılıb hərbi biletini aldıqdan sonra xatırladığı qədər təxminən hərbi hissədən xeyli kənarda N00 (iki yüz) manat pulu kapitan Təqsirləndirilən şəxs təklikdə vermişdir. O, sonuncuya pulu verdikdə kapitan Təqsirləndirilən şəxs pulu kiməsə verəcəyi barədəona heç nə deməmişdir. İbtidai istintaq zamanı ifadəsində kapitan Təqsirləndirilən şəxsondan 300 (üç yüz) manat pul verməsi müqabilində asanlıqla ordu sıralarından nəzərdə tutulmuş müddətdən əvvəl tərxis olunmasını təşkil edə biləcəyini bildirməsini deməmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X70 ifadəsində göstərmişdir ki, N1 sentyabr N0N0-ci il tarixdə Balakən rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, orada qaldıqdan sonra N7 sentyabr N0N0-ci il tarixdə döyüş əməliyyatları başladıqdan sonra N nömrəli hərbi hissəyə göndərilmiş və aktiv döyüş əməliyyatlarına cəlb olunmuşdur. Kapitan Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, münasibətləri xidməti olmuş, Təqsirləndirilən şəxs hərbi hissədə görmüşdür. Xidmətdə olarkən eşitmişdir ki, Azərbaycan Respbublikası Prezidentinin müvafiq fərmanından sonra hərbi qulluqçuları ordudan tərxis etməyə başlamşlar. Bu zaman o, X96 ilə əlaqə saxlamış və ailə tərkibi haqqında arayış almasını sonuncudan xahiş etmişdir. Onun anası təqüdçüdür, o, anası ilə bir yerdə yaşamış, ondan başqa bir bacı və bir qardaşı olmuşdur. Bacısı ailə həyatı qurub, qardaşım isə xəstə olmaqla Bakı şəhərində müalicə olunur. X96 müvafiq ailə tərkibi haqqında arayışı alıb poçtla hərbi hissəyə yola salmış, həmin arayışda ailənin yeganə qazanc gətirən mənbəyi kimi o, qeyd olunmuş və həmin arayış əsasında tərxis olunmuşdur. O, tərxis məsələsi ilə bağlı Təqsirləndirilən şəxs yaxınlaşmamış, onunla bu barədə aralarında heç bir razılıq olmamış, sonuncu ona tərxis olunmaqda köməklik göstərə biləcəyini deyərək bunun müqabilində ondan 500 (beş yüz) manat məbləğində pul istəməmişdir. Bundan sonra o, N manat pulu Təqsirləndirilən şəxs verməyi üçün anası Kifayət Həsənovdan pul göndərməsini istəməmiş, həmçinin N manat pulu Təqsirləndirilən şəxs verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, orada yazılanların heç birini deməmiş, Təqsirləndirilən şəxs atası və vəkili ilə görüşdükdən sonra ərizə verməsinin yalan olduğunu, həmin şəxsləri tanımadığını, ümumiyyətlə ifadəsində yazılanların təmiz yalan olduğunu, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirir.İbtidai istintaq zamanı ifadəsi alınarkən ona mənəvi-psixoliji təsir olmuşdur. Belə ki, ona “sizin adınızı yazıblar, boynunuza almalısınız, Rüstəmin üzünə durmalısınız” deyilmişdir.Ona təsir göstərilib ifadəsi aldıqdan sonra bu barədə Baş prokurorluğa ərizə yazaraq hadisə barədə məlumat vermişdir. Bundan sonra o, ikinci dəfə prokurorluğa çağırılmışdır. Orada ifadəsinə nə yazdıqlarından məlumatı olmamışdır. Daha sonra ifadəsini imzalamış, üzləşdirmə də həmçinin bu qaydada keçirilmişdir. Bilinmirdi ki, təqsirləndirilən şəxs kimdir, vəkil kimdir, şahid kimdir. Üzləşdirmə zamanı müstəntiq gah onu, gah da Təqsirləndirilən şəxs çöləçıxarmış, üzləşdirmə bitdikdən sonra isə qarşıya qoyulmuş sənəd imzalamağı istəmişlər. Təqsirləndirilən şəxs tərxis olunmaq məsələsi ilə bağlı aralarından hər hansı razılıq, heç bir anlaşma olmamış, bunun müqabilində Təqsirləndirilən şəxs pul verməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, ibtidai istintaq zamanı iki dəfə dindirilmişdir.Ona ibtidai istintaq zamanı «sizin adınızı veriblər, ifadənizə yazmalısınız ki, guya Təqsirləndirilən şəxs sizdən pul alıb və sizi tərxis elətdirib» demişdir. O da bu barədəərizə yazaraq olmayan şeylər barədə ifadəsini aldığını bildirmişdir.Ona ibtidai istintaq zamanı ona «hər şeyi boynuna almalısan və Təqsirləndirilən şəxs üzünə durmalısınız» demişlər. O, üzləşdirmə zamanı heçifadəsində nə deməsini bilməmişdir. Ən sonra müstəntiq ona «gəl qol çək» demiş, o da ifadəsini imzalamışdır. O, Təqsirləndirilən şəxs isə pul verməmiş, buna heç bir səbəbdə olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X34 ifadəsində göstərmişdir ki, N1 sentyabr N0N0-ci il tarixdə səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətəçağrılaraq həmin tarixdə N nömrəli hərbi hissəyə, daha sonra N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissənin Artilleriya Divizionunun tank əleyhinə artilleriya batareyasında radiotelefonçu vəzifəsində xidmət etmişdir.O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, əvvəllər aralarında tanışlıq münasibətləri, ədavət və düşmənçilik olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncam verilmiş, həmin sərəncama əsasən ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. Onların ailəsində ondan başqa da uşaqlar olduğundan tərxis olunan şəxslərin kateqoriyalarına aid olmamışdır. Bununla belə o, vaxtından əvvəl tərxis olunmağa çalışmış və həmin ərəfələrdə hazırda kimliklərini xatırlamadığı əsgər yoldaşlarının sərəncamın tələblərinə uyğun olmadan ordu sıralarından vaxtından əvvəl tərxis olunduqlarını görüb, bunu necə etdikləri ilə maraqlandıqda əsgər yoldaşları ona «tərxis məsələləri ilə kapitan Təqsirləndirilən şəxs məşğul olur» demişlər. Bu səbəbdən o, N0N0-ci ilin dekabr ayının əvvəllərində hərbi hissənin ərazisində kapitan Təqsirləndirilən şəxs yaxınlaşaraq vaxtından əvvəl tərxis olunmaq istədiyini, lakin ailəsinin tərxis olunan tələblərə aid olmadığını demişdir. Təqsirləndirilən şəxs cavabında ona mobil nömrəsini verərək işlərinin çox olduğu üçün axşam zəng etməyi tapşırmışdır. Həmin gün axşam kapitan Təqsirləndirilən şəxs ona tərxis olunması müqabilində 400 (dörd yüz) manat pul, habelə yaşadığı kənddən yalnız özünün və valideynlərimin adları qeyd olunmuş ailə tərkibi haqqında arayış gətirməli olduğunu bildirmişdir.Həmin vaxt kapitan Təqsirləndirilən şəxs ona həmin pulun hər hansı digər şəxsə veriləcəyini deməmiş, pulu özüüçün istəmişdir. Bundan sonra o, N dekabr N0N0-ci il tarixdə atası ilə əlaqə saxlayaraq müvafiq məzmunlu arayışın alınıb 400 (dörd yüz) manat pulla birlikdəona göndərilməsini xahiş etmişdir. Bundan sonra atası tərəfindən hərbi hissəyəonun istədiyi məzmunda arayış və 400 (dörd yüz) manat pul göndərilmişdir. O, həmin pulu arayışla birlikdə götürüb elə həmin gün səhər saatlarında hərbi hissənin əsgər yataqxanasında təklikdə kapitan Təqsirləndirilən şəxs vermişdir. Daha sonra kapitan Təqsirləndirilən şəxs elə həmin gün günorta saatlarında ona möhürlənmiş hərbi bileti təqdim edərək ordu sıralarından tərxis olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X88 ifadəsində göstərmişdir ki,qardaşı Əhsən Paşayev N nömərli hərbi hissədə xidmətdə olarkən dekabr ayının əvvəllərində mobil telefona vasitəsilə zəng edərək ordu sıralarından tərxis olunması üçün arayış və N manat pul istəmiş, daha sonra müvafiq arayışın verilməsi üçün Bərdə rayonu Mehdili kənd icra nümayəndəsi ilə danışdığını bildirmişdir. Bundan sonra o, həmin nümayəndəliyi gedərək aliə tərkibi haqqında arayışı almışdır. Bir neçə gün sonra N nömrəli hərbi hissəyə gedərək N manat pulu və arayışı qardaşı Əhsənə vermişdir. Bundan sonra qardaşı Əhsən ordu sıralarından tərxis olunaraq evə qayıtmışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X16 ifadəsində göstərmişdir ki, Mirzə Mirzəyev onun doğma qardaşıdır, sonuncu N nömrəli hərbi hissədə xidmətdə olduğu zaman atası Əbdülhəsən Mizəyevlə telefon vasitəsilə əlaqə saxlayaraq ordu sıralarından tərxis olunması üçün ailə tərkibi haqqında arayış lazım olduğunu, bu səbəbdən də arayış almasını istəmişdir. Atası isə öz növbəsində arayışı almış və N manat pul ilə birlikdə onu N nömrəli hərbi hissəyə göndərmişdir. Bundan sonra o, hərbi hissəyə gedərək N manat pulu və arayışı X97ə təqdim etmişdir. X5N N manat pulu mədəsində ağrılar olduğundan mülki yeməkxanada yemək sifariş vermək üçün lazım olduğunu bildirmişdir. O, arayışı və N manat pulu qardaşına verdikdən bir neçə gün sonra qardaşı Mirzə ordu sıralarından tərxis olunaraq evə qayıtmışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X71 ifadəsində göstərmişdir ki, X70 onun doğma oğludur. X100 Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən hərbi qulluqçuları tərxis etdiklərini, buna görə müvafiq məzmunlu ailə tərkibi haqqında arayışı alıb ona göndərməyi bildirmişdir. X79 tərxis olunması üçün pul göndərməyi deməmişdir. Bundan sonra o, X1N3un dediyi məzmunlu arayışı yaşadıqları yer üzrə kənd icra nümayəndəliyindən almış və poçtla vasitəsilə hərbi hissəyə göndərmişdir. Həmin arayışı almaq üçün heç kimə heç bir bir məbləğdə pul verməmişdir. Arayışda qeydiyyatda olduğu ünvanda oğlu ilə onun yaşadığı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs birinci dəfədir görmüşdür. Özünün gözləri zəif görmüş, ifadəsini aldıqları zaman o, ifadəsini demiş, müstəntiq isə yazmışdır. Artıq-əksik yazıb bu barədə deyə bilməz. Bu artıq onun öz vicdanına qalıb. İbtidai istintaq zamanı ifadəsi elan olunarkən dinləmiş, həmin sözlər onun fikri olmamış, o, belə sözlər işlətməmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid XN3 ifadəsində göstərmişdir ki, N4 iyul N019-cu il tarixdə Goranboy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, həmin tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin kargüzar operatoru vəzifəsində, çavuş hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, münasibətləri xidməti olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır.«Vətən Müharibəsi» başa çatdıqdan sonra 01 dekabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən səfərbərlik qaydasında ordu sıralarına çağrılmış bəzi kateqoriyadan olan hərbi qulluqçuların tərxis olunmasına dair sərəncam imzalanmış və həmin sərəncam əsasında ailənin yeganə oğlan övladı, yaxın qohumlarından döyüş əməliyyatları zaman itkin düşmüş və ya şəhid olanlar, yaxın ailə üzvlərindən N-ci və ya 1-ci qrup əllik dərəcəsi müəyyən edilmişlər, döyüşlər zamanı yaralanmışlar, eyni zamanda, himayəsində 3 (üç) azyaşlı övladı olan əsgərlər növbəli şəkildə ordu sıralarından tərxis olunmalı olmuş və əmrə uyğun olaraq müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Göstərilən kateqoriyadan olan hərbi qulluqçular yaşadıqları, yaxud da daimi qeydiyyatda olduqları yer üzrə müvafiq icra nümayəndəliklərindən sərəncamda qeyd olunmuş əsasların təsdiq olunmasına dair arayışları gətirməklə hərbi hissəyə təqdim edərək ordu sıralarından tərxis olunmağa başlamışlarhəmin vaxt onun kapitan Təqsirləndirilən şəxs tərəfindən bəzi əsgərlərdən pul alınaraq onların barəsində müvafiq təhrif olunmuş məlumatlar əks olunduğu arayışları bölməyə təqdim etməsi və həmin əsgərlərin qanunsuz olaraq tərxis olunmalarına nail olunması barədə məlumatı olmamış, bu barədə artıq istintaq dövründə eşitmişdir. Təqsirləndirilən şəxs tərxislə bağlı şəxsən ona sənəd təqdim etməmişdir. O, ibtidai istintaq zamanı ifadəsini tam oxuya bilməmiş, ifadəsində səfərbərliklə çağırılan əsgərlər üzərində nəzarəti Təqsirləndirilən şəxs etdiyini, tərxis məsələləri ilə onun məşğul olduğunu, həmin əsgərlərin siyahısını hazırlayıb kapitan Tural Eyniyevə təqdim etməsini göstərməmiş, Təqsirləndirilən şəxs səfərbərliklə gələn əsgərlərə dərslər keçdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəxsən ona sənəd verməmiş, bundan başqa Təqsirləndirilən şəxs ona «Hüseynin adını sal siyahıya arayışını gətirib sizə verəcəm” deməmiş, belə bir hadisə olmamışdır. Təqsirləndirilən şəxs ona desə belə onun sıyahıya şəxsin adını salmaq səlahiyyəti olmamışdır. Ona məxsus mobil nömrəyə Təqsirləndirilən şəxs SMS göndərsədə o, həmin mesaja cavab verməmiş, iş yükünün çox olması səbəbindən xidmət vaxtı mesaj oxumağa vaxtı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X80 ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin Artilleriya Divizionunun komandirinin madditexniki təminat üzrə müavini vəzifəsində, mayor hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs intizamlı, savadlı və peşəkar zabit kimi tanımışdır. Vətən müharibəsi başa çatdıqdan səfərbərlik qaydasında hərbi hissəyə xidmətə çağrılmış hərbi qulluqçular hərbi hissə komandirinin əmrinə əsasən hərbi hissənin Artilleriya Divizionunda yerləşdirilmişdir. Həmin əsgərlərin üzərində nəzarətin həyata keçirilməsinin hərbi hissə komandiri tərəfindən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həvalə olunmasından məlumatı olmamış və istintaq zamanı da bu haqda bildirməmişdir. Lakin idarə heyətində xidmət göstərən hərbi qulluqçuların o cümlədən kapitan Təqsirləndirilən şəxs səfərbərlik üzrə çağırılmış əsgərlərin arasında yoxlanış aparmalarını görmüşdür. Onun kapitan Təqsirləndirilən şəxs səfərbərlik üzrə çağırılmış əsgərlərdən pul alması müqabilində tərxis etmələrinə şərait yaratmasında xəbəri olmamış, bu barədə araşdırma aparılan vaxt məlumatı olmuşdur. O, ibtidai istintaq zamanı ifadə verərkən ifadəsində «səfərbərliklə çağırılmış əsgərlər üzərində ümumi nəzarəti hərbi hissə komandanlığının şifahi əmrinə əsasən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həyata keçirməyə başlamışdır» kimi söz deməmişdir. Əsgərlərin tərxis edilmə səlahiyyətinin kapitan Təqsirləndirilən şəxs verilməsi barədə məlumatı olmamış, bu barədə Təqsirləndirilən şəxs tutulan zaman eşitmişdir. Səfərbərliklə çağırılmış hərbi qulluqçular üzərində konkret rəhbərliyi həyata keçirən şəxs olmamışdır. Həmin hərbi qulluqçuların içindən bir nəfər seçilmiş və həmin şəxs hər şeyə nəzarət etmişdir. O, istintaq zamanı da bu cür demişdir. İbtidai istintaq zamanı ifadəsini gecə vaxtı vermiş, həmin vaxt yorğun olduğundan ifadəsini oxumamış, müstəntiqə ifadəsini demiş, sonuncu da komputerdə onun ifadəsini yazmış, bundan sonra özü ifadəsini imzalamışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X19 ifadəsində göstərmişdir ki, N8 avqust N003-cü il tarixdə Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuş, N6 iyun N007-ci il tarixdə həmin məktəbi bitirdikdən sonra təlim-tədris mərkəzinə göndərilmiş, 1 il orada qaldıqdan sonra Naxçıvan Muxtar Respublikasında yerləşən N16 nömrəli hərbi hissəyə göndərilmiş, N iyun N017-ci il tarixdə xidmətimi davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, münasibətləri xidməti olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. «Vətən Müharibəsi» başa çatdıqdan sonra 01 dekabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən səfərbərlik qaydasında ordu sıralarına çağrılmış bəzi kateqoriyadan olan hərbi qulluqçuların tərxis olunmasına dair sərəncam imzalanmış və həmin sərəncam əsasında ailənin yeganə oğlan övladı, yaxın qohumlarından döyüş əməliyyatları zaman itkin düşmüş və ya şəhid olanlar, yaxın ailə üzvlərindən N-ci və ya 1-ci qrup əllik dərəcəsi müəyyən edilmişlər, döyüşlər zamanı yaralanmışlar, eyni zamanda, himayəsində 3 (üç) azyaşlı övladı olan əsgərlər növbəli şəkildə ordu sıralarından tərxis olunmalı olmuş və əmrə uyğun olaraq müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Sərəncamdan sonra qeyd olunan əsgərlərin göstəriciləri otaqda yığılırdı. O, axşam sənədləri yoxlayıb hərbi hissə komandirinə təqdim etmişdir. İdarə heyətindən hər kəs aidiyyəti üzrə səfərbərliklə çağırılmış əsgərlərin nizam-intizamını yoxlamış, hərbi hissə komandiri hansı zabitə bu barədə tapşırıq verirdisə həmin zabit ondan siyahını alaraq yoxlanış etmiş və nəticə barədə hərbi hissə komandirinə məruzə etmişdir. Təqsirləndirilən şəxs də döyüş hazırlığı bölmə rəisinin köməkçisi kimi əsgərlərə təlimlər keçmiş, atış təlim çalışmaları öyrətmişdir. Təqsirləndirilən şəxs döyüş hazırlığında olduğu üçün proqramlar onda olmuş, kimin hansı hazırlıq dərslərinin olmasını o, həmin idarə heyətinin zabitlərinə bildiridi. Ailə tərkibi haqqında arayışı hərbi hissəyə əsgərlərin özü gətirirdi, poçtla göndərirdilər və ya valideynləri gətirib təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən bölməyə hansısa əsgərin ailə tərkibi haqqında arayışı təqdim olunub, amma hansı əsgərin olmasını xatırlamır. Özünün tapşırığına görə arayışların yığıldığı otaqda masanın üzərinə qutu qoyulmuş və gələn arayışlar həmin qutunun içərisinə yığılırdı. Daha sonra o, yığılmış arayışlara bir-bir baxıb sərancamdan gələn öhdəliyə cavab verən ailə tərkibi haqqında arayışları ayrıd etmişdir. Xidməti işlərin çoxluğu ilə əlaqədar onun arayışların kimin gətirib qutuya atması barədə məlumatı olmamışdır. Kapitan Təqsirləndirilən şəxs ondan hansısa əsgərin pul təklifi qarşılığında tərxis olunması ilə bağlı bir dəfə xahiş etmiş, amma məbləğ deməmiş, “Müsəlman variantı” ilə işi həll edə biləcəyini soruşmuş, o da cavabında «Rüstəm, belə işlərə girmə» demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində pul verən əsgərlərdən yalnız X50 tanıdığını və Təqsirləndirilən şəxs həmin əsgəri ona təqdim etdiyini göstərməmiş, o, bu məzmunda ifadə verməmişdir, sadəcə olaraq «Əhsən adı mənə tanış gəlir» demişdir. Bundan başqa onun istintaq zamanı ifadəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs əsgərlərin sənədləri düzəldib ona təqdim etmiş, o da onları tərxis etmişdir. Bununla bağlı nə deyə bilər ki, o, cümləni bu məzmunda deməmiş, cümlə tamamilə fərqli formada yazılmışdır. Təqsirləndirilən şəxs konkret tərxis məsələlərinə baxılması üçün və ya səfərbərliklə çağırılanların üzərinə nəzarəti həyata keçirmək üçün rəhbər təyin olunmamışdır. Təqsirləndirilən şəxs ona N manat pul təklif etməmiş, onların arasında heç bir məbləğ söhbəti olmamışdır. O, Təqsirləndirilən şəxs «milyon versələr də bu işə girmərəm» demişdir. Rüstəm Taverdiyev ona SMS-lə “sənədsiz alınır 600-ə” mesajını yazmışdır. İbtidai istintaq zamanı bu barədə soruşulan zaman bildirmişdir ki, Təqsirləndirilən şəxs “İphone” markalı telefon istəmiş, sonuncu isə həmin telefonunun sənədsiz olduğunu bildirmişdir. Bundan başqa da bir dəfə aralarında maşın alqı-satqı söhbəti olmuşdur, bu işlərlə bağlı aralarında pul söhbəti olub, o, Təqsirləndirilən şəxs həmin pulu əsgərlərdən alıb tərxis olunmaları müqabilində ona təklif etdiyini cavabını verməmişdir. O, məhkəmə istintaqı zamanı verdiyi ifadəsininin həqiqət olduğunu bildirir. Üzləşdirmə zamanı verdiyi ifadəsini oxumuşdur, məhkəmədə elan olunarkən məhkəmədə verdiy ifadəsindən fərqli məzmun olduğu müəyyən olunur, bu məzmunda ifadəyə nəyə görə imza etməsi barədə heç nə deyə bilmir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X7N ifadəsində göstərmişdir ki, 09 oktyabr N0N0-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə N saylı hərbi hissə komandiri vəzifəsinə təyin edilmiş, polkovnik hərbi rütbəsində xidmət etmişdir. Kapitan Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onunla münasibəti xidməti olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs bacarıqlı, nizam-intizamlı bir zabit kimi tanımışdır. Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak edərək aktiv döyüş əməliyyatları zamanı xüsusi fəallıq göstərmişdir. O, Təqsirləndirilən şəxs məhz bu zaman daha da yaxından tanımış və onun vətənpərvər bir zabit olduğunu öz gözlərilə görmüşdür. 01 dekabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən səfərbərlik qaydasında ordu sıralarına çağrılmış bəzi kateqoriyadan olan hərbi qulluqçuların tərxis olunmasına dair sərəncam imzalanmış və həmin sərəncam əsasında Müdafiə nazirinin 0N dekabr N0N0-ci il tarixli, N46 №-li əmri icra olunması üçün hərbi hissələrə elan olunmuşdur. Həmin əmrin tələblərinə görə, «Vətən Müharibəsi» dövründə hərbi xidmətə qismən səfərbərlik qaydasında çağrılmış ailənin yeganə oğlan övladı, yaxın qohumlarından döyüş əməliyyatları zamanı itkin düşmüş və ya şəhid olanlar, yaxın ailə üzvlərindən N-ci və ya 1-ci qrup əlillik dərəcəsi müəyyən edilmişlər, döyüşlər zamanı yaralanmışlar, eyni zamanda, himayəsində 3 (üç) azyaşlı övladı olan əsgərlər növbəli şəkildə ordu sıralarından tərxis olunmalı olmuş və əmrə uyğun olaraq müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Belə ki, əmrin tələblərinə uyğun olaraq, göstərilən kateqoriyadan olan hərbi qulluqçular yaşadıqları, yaxud da daimi qeydiyyatda olduqları yer üzrə müvafiq icra nümayəndəliklərindən sərəncamda qeyd olunmuş əsasların təsdiq olunmasına dair arayışları gətirməklə hərbi hissəyə təqdim edərək ordu sıralarından tərxis olunmağa başlamışlar. Təqsirləndirilən şəxs döyüş hazırlığı bölmə rəisinin köməkçisi kimi tərxis məsələləri ilə bağlı heç bir əlaqəsi olmamışdır. Səfərbərliklə çağırılan müddətli həqiqi hərbi xidmət qulluqçularının özlərinin bölmə komandirləri olmuş, o, həmin hərbi qulluqçuların nizam-intizam səviyyəsi aşağı olduğu üçün idarə heyətindən növbətçi qruplar yaradılması barədə tapşırıq vermiş, onun bu tapşırığına əsasən həmin işçi qruplar bölmələr üzərindəümumi nəzarət sistemini həyata keçirmişlər. O, xüsusi olaraq bu tapşırığı təkcə Təqsirləndirilən şəxs yox, ümumilikdə hərbi hissənin N nəfərdən ibarət olan idarə heyətinin zabit-gizir heyətinə vermişdir. İşçi qrupların yaradılması barədə tapşırığın məqsədi hərbi hissədə, əsasən də səfərbərliklə çağırılmış əsgərlərdə döyüş ruhunu artırmaq, onların nizam-intizamını yuxarı səviyyəyə qaldırmaq və nizam-intizama cəlb etmək olub. O, bölmələrin döyüş hazırlığı qabiliyyətini hər zaman yuxarı səviyyədə saxlamaq üçün həftədə bir dəfə iclas keçirmiş, iclasda əsasən səfərbərliklə gəlmiş əsgərlərin nizam-intizam səviyyəsinin aşağı səviyyədə olması müzakirə edilmişdir. Səfərbərliklə gəlmiş əsgərlərdən bəzisi ştatdan kənar olmuşdur. O, həmin əsgərləri də bölmələrə bölüb onların üzərinə bölmə komandirləri təyin etmiş, həmin komandirlər səfərbərliklə çağırılmış hərbi qulluqçuların üzərində nəzarəti həyata keçirmişlər. Onun tapşırığına əsasən yaradılmış idarə heyətindən ibarət işçi qruplar əsgərlərə deyil, birbaşa səfərbərliklə gəlmiş əsgərlərin üzərində nəzarəti həyata keçirən komandir heyətinə nəzarəti həyata keçirmişdir. Belə ki, onun tapşırıq verdiyi idarə heyətinin hərbi qulluqçuları sadəcə olaraq həmin bölmələrdə günün nizam qaydasına riayyət olunmasına, döyüş hazırlığı planına uyğun olaraq fəaliyyət göstərməsinə, dərslərin keçirilməsinə nəzarət etmişdir. Hərbi hissə komandirinin müvanlərindən başqa idarə heyətinin hərbi qulluqçularının səfərbərliklə çağırılmış əsgərlər üzərində nəzarəti həyata keçirən bölmə komandirinə və ya tabor komandirinə göstəriş vermək və ya onların daxili idarəçiliyinə qarışa bilməzdi. Necə ola bilər ki, kapitan rütbəsində zabit tabor komandirinə göstəriş və ya əmr versin. Kapitan Təqsirləndirilən şəxs hərbi qulluqçulardan pul alıb onları tərxis etməsi məsələsi mümkün olan deyil, onun kapitan Təqsirləndirilən şəxs rüşvət alma məsələsinə inanmağı gəlmir. Çünki, Təqsirləndirilən şəxs heç belə bir səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs vəzifəsi döyüş hazırlığı bölmə rəisinin köməkçisi olmuş, sonuncu bölmələrdə dərslərin keçirilməsi, günün rejim qaydalarına nəzarət edilməsi funksiyasını həyata keçirmişdir. Tərxis olunma məsələləri ilə bağlı olan hər bir məsələşəxsi heyətin uçotu bölməsinin rəisinin səlahiyyətinə aiddir və yaranan problemlərə görə məhz həmin bölmə məsuliyyət daşıyır. Hərbi qulluqçuların tərxis olunmaları ilə bağlı arayışları ona şəxsi heyətin uçotu bölməsinin rəisinin müavini kapitan X19 təqdim etmişdir. Təqsirləndirilən şəxs isə tərxis məsələlərinə ümumiyyətlə aidiyyəti olmamışdır. O, N0N0-ci ilin dekabr ayının əvvəllərində hərbi hissə komandiri kimi N7 sentyabr-10 noyabr N0N0-ci il tarixlərdə ölkənin ərazi bütövlüyünün təmin edilməsi uyğunda aparılmış döyüş əməliyyatları zamanı səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlər üzərində qeyrirəsmi nəzarətçi qismində Təqsirləndirilən şəxs təyin edilməsi barədə, həmçinin sonuncuya ordu sıralarından tərxis ola biləcək əsgərlərin arayışlarının toplanması və ya həmin əsgərlərin siyahısının hazırlanması barədənə şifahi, nə də rəsmi əmr verməmiş, əgər bu barədə tapşırıq versə belə Təqsirləndirilən şəxs deyil, şəxsi heyətin uçotu bölməsinə verərmiş. O, ibtidai istintaq zamanı ifadə verdiyi zaman eynəyi yanında olmadığıüçün ifadəsini oxuya bilməmiş, üzləşdirmə zamanı da iradını müstəntiqə bildirmiş və «siz mənim demədiyim və olmayan hadisələri mənim ifadəmə yazmısız, ifadəmi təhrif etmisiz» demişdir. O, ifadəsində “səfərbəliklə çağırılmış əsgərlərə nəzarəti həyata keçirməyi Təqsirləndirilən şəxs tapşırmışdım» fikrini bildirməmişdir. İfadəninin sonunda “ifadəmi oxudum, mənim sözlərimlə düzgün yazılıb, düzdür” sözlərini müstəntiq deyib, o da prosessual qayda olduğu üçün yazmışdır. Onun Təqsirləndirilən şəxs tərxis məsələləri ilə məşğul olması barədə məlumatı olmamışdır. O, ibtidai istintaq zamanı da məhkəmədə vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə vermiş, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Onun istintaq zamanı vermiş olduğu ifadəsinin 99 faizi öz sözləri yazılmamış, sözləri təhrif olunmuş, üzləşdirmə zamanı dedikləri sözləri də təhrif olunmuş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini və üzləşdirmə zamanı müstəntiq tərəfindən yazılan bəzi sözləri təsdiq etmir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid XN4 ifadəsində göstərmişdir ki, o, hazırda N nömrəli hərbi hissəsinin komandiri vəzifəsində vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət edir. Məhkəmə istintaqı zamanı elan olunmuş N nömrəli hərbi hissənin 1N sentyabr N0N1-ci il tarixli, N744 №-li məktubu onun tərəfindən imzalanmışdır. O, həmin dövrdə hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət etmiş, hərbi hissə komandirinin vəzifəsini müvəqqəti icra etmişdir. O, hərbi hissəyə N iyun N0N1ci il tarixdə başqa hərbi hissədən gəlmiş, ona görə Təqsirləndirilən şəxs nə ilə ittiham olunmasından məlumatı olmamış, sonuncunu cəmi bir-iki dəfə görmüş, sonradan Təqsirləndirilən şəxs səfərbərliklə çağırılmış əsgərlərdən pul yığaraq onları ordu sıralarından tərxis etdiklərini öyrənmiş, tərxislə bağlı Təqsirləndirilən şəxs heç bir səlahiyyət olmamış, həmin dövrdə hərbi hissə komandiri tərəfindən Təqsirləndirilən şəxs səfərbərliklə çağırılmış əsgərlər üzərində nəzarəti həyata keçirmək səlahiyyəti verilməmişdir. Hansısa zabitə bununla bağlı səlahiyyət verilirsə həmin əmr mütləq qaydada rəsmiləşdirilməlidir. O, «Təqsirləndirilən şəxs «Döyüş Nizamnaməsinin tələblərinə əsasən, hərbi hissə komandiri tərəfindən verilən şifahi əmr kapitan Rüstəm X4 toplanmış qismən səfərbərlik qaydasında hərbi xidmətə çağırılmış əsgərlərin üzərində bölmə komandiri kimi funksional vəzifələri yerinə yetirməsi üçün kifayət etmiş, habelə Azərbaycan Respublikası Prezidentinin 01 dekabr N0N0-ci ii tarixli, N3/10 №-li Sərəncamından irəli gələn tələblərin icrası onun vəzifə səlahiyyətlərinə aid olmuş, həmin tələbin icrası ilə əlaqədar yuxarı komandanlığın kapitan Təqsirləndirilən şəxs əlavə göstəriş verməsinə zərurət olmaması qənaətinə gəlinmişdir» məzmunlu cavab məktubu yazan zaman işin nə ilə bağlı olmasını öyrənmək üçün araşdırılmasını tapşırmış və orada “hərbi hissə komandiri şifahi əmr verə bilər” deyə bildirmək istəmiş, “hərbi hissə komandirinin bununla bağlı əmri olub” deməmişdir. Sənədin “Döyüş Nizamnaməsinin tələblərinə əsasən hərbi hissə komandiri tərəfindən verilən şifahi əmr kapitan Təqsirləndirilən şəxs bölmə komandiri kimi funksional vəzifələri yerinə yetirməsi üçün kifayət etmişdir” hissəsi ilə bağlı onu deyə bilər ki, həmin hissədə qeyd olunanları əməliyyat bölmə rəisi araşdırıb. Döyüş nizamnaməsi döyüş zamanı tətbiq olunur. Həmin zaman döyüş əməliyyatları bitdiyi üçün döyüş nizamnaməsində göstərilənlər icra edilə bilməzdi. Yalnız o halda döyüş əməliyyatları bitdikdən sonra döyüş nizamnaməsi icra edilə bilər ki, hərbi hissə komandirinin bununla bağlı əmri olsun və həmin əmrdə şəxsi heyət atışlar, dərslər və s. digər məşğələlərə cəlb olunsun. Bir daha bildirmişdir ki, hərbi hissə komandiri şifahi əmr verə bilər, amma qəti olaraq deyə bilməz ki, hərbi hissə komandiri həqiqətən belə bir əmr verib. Hərbi hissə komandirinin verdiyi şifahi əmr sonradan rəsmiləşdirilə bilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgəri X76 ifadəsində bildirmişdir ki, o, N1 sentyabr N0N0-ci il tarixdə ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılaraq həmin tarixdə ilk öncə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, daha sonra N6 sentyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilərək tərxis olunanadək həmin hərbi hissənin N-ci taborunun 4-cü bölüyünün N-ci tağımında pulemyotçu vəzifəsində xidmət etmişdir. 10 noyabr N0N0-ci il tarixdə bağlanmış üçtərəfli razılaşmadan sonra xidmət etdiyi taborun şəxsi heyəti N nömrəli hərbi hissənin qərargahında yerləşdirilmiş və həmin tarixdən etibarən onların üzərində ümumi nəzarəti hərbi hissə komandanlığının şifahi əmrinə əsasən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həyata keçirməyə başlamışdır. O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. X.Q.Cəfərov qeyd etmişdir ki, o, ailənin tək övladı olmamış, ondan başqa bacıları olmuş, onlardan ikisi ailə həyatı qurub ayrı yaşasalar da, digər xəstəlikdən əziyyət çəkən bacısı valideynləri ilə birlikdə onun himayəsində olmaqla Bərdə rayonunun Xanağalı kəndində yaşayırlar. Həmin ərəfələrdə o, N0N0-ci ilin dekabr ayının əvvəllərində hərbi hissənin inzibati binasında onunla birgə xidmət edən əsgər yoldaşlarının müvafiq arayışlarla kapitan Təqsirləndirilən şəxs müraciət etdiklərini görərək özü də ona yaxınlaşmış və ailə vəziyyəti, o cümlədən bir qardaşının daha əvvəl rəhmətə getməsi barədə məlumat verərək Təqsirləndirilən şəxs hansı məzmunda arayış alıb təqdim etməli olduğunu, həmin arayışla da tərxis oluna bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman kapitan Təqsirləndirilən şəxs ona ailə vəziyyətinin dediyi kimi olduğu təqdirdə valideynlərinin onun himayəsində yaşamaları barədə müvafiq arayış gətirəcəyi və eyni zamanda, ona 500 (beş yüz) manat pul verəcəyi təqdirdə vaxtından əvvəl ordu sıralarından tərxis edilməsində köməklik göstərə biləcəyini bildirmişdir. Şahid qeyd etmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs həmin pulu hansısa başqa şəxsə verəcəyini deməmiş, pulu özü üçün istəmişdir. Bundan sonra o, istifadəsində olan mobil telefonla atası Qara Cəfərova zəng edərək ondan yaşadıqları Mehdili kənd icra nümayəndəliyindən özünün və valideynlərinin adları qeyd olunmaqla ailə tərkibi haqqında arayış almasını, daha sonra həmin arayışı müəyyən məbləğdə pulla birlikdə hərbi hissəyə göndərməsini xahiş etmiş və bir neçə gün sonra atası Q.Cəfərov hərbi hissəyə gələrək nəzarət-buraxılış məntəqəsinin qarşısında ona ailə tərkibi haqda müvafiq arayışla birlikdə 300 (üç yüz) manat pul vermişdir. Bundan sonra, 1N dekabr N0N0-ci il tarixdə hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən sol tərəfdə yerləşən N-ci taborun inzibati binasının qarşısında kapitan Təqsirləndirilən şəxslə görüşərək orada ona təklikdə atasının gətirdiyi arayışı və 300 (üç yüz) manat pul əlbəəl vermiş, kapitan R.MTarverdiyev də həmin məbləğə etiraz etməyərək ona tərxis olunma məsələsini həll edəcəyini deyib oradan uzaqlaşmışdır. Şahid qeyd etmişdir ki, bundan sonra kapitan Təqsirləndirilən şəxs elə həmin gün, yəni 1N dekabr N0N0-ci il tarixdə axşam saatlarında möhürlənmiş hərbi bileti ona verərək ordu sıralarından tərxis olunduğunu bildirmiş, o da elə həmin gün tərxis olunaraq evlərinə qayıtmışdır. İbtidai istintaq zamanı şahid X.Q.Cəfərov Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı iş üzrə verdiyi ifadəsini onun üzünə qarşı tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs ondan ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunmasını təmin etməsi müqabilində özü üçün 500 (beş yüz) manat pul istədiyini və ondan 300 (üç yüz) manat pul alaraq onun qanunsuz olaraq vaxtından əvvəl tərxis olunmasını təmin etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X.Q.Cəfərovun atası X81 eyni məzmunlu ifadə verərək qeyd etmişdir ki, N0N0-ci ilin dekabr ayının əvvvəllərində oğlu Xanlar Cəfərov ona zəng edərək yaşadıqları kənd icra nümayəndəliyindən özünün və valideynlərinin adları qeyd olunmaqla ailə tərkibi haqqında arayış almasını, daha sonra həmin arayışı müəyyən məbləğdə pulla birlikdə hərbi hissəyə göndərməsini xahiş etmiş, o da, bundan sonra yaşadıqları Bərdə rayonunun Mehdili kənd icra nümayəndəliyindən müvafiq arayış almış və həmin arayışı özü şəxsən aparıb 300 (üç yüz) manat pulla N nömrəli hərbi hissənin qarşısında övladı X.Q.Cəfərova vermişdir. Həmin vaxt o, pulun kimə veriləcəyindən məlumatı olmamış, artıq sonra, oğlu X.Q.Cəfərov 1N dekabr N0N0-ci il tarixdə tərxis olunub evlərinə qayıtdıqdan sonra məlum olmuşdur ki, 300 (üç yüz) manat pulu oğlu kapitan Təqsirləndirilən şəxs vaxtından əvvəl ordudan tərxis olunması müqabilində vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgəri X89 ifadəsində bildirmişdir ki, o, N0N0-ci ilin sentyabr ayında ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılaraq həmin tarixdə ilk öncə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, daha sonra N nömrəli hərbi hissəyə göndərilərək tərxis olunanadək həmin hərbi hissənin N-ci taborunun madditexniki təminat tağımında baş aşbaz vəzifəsində xidmət etmişdir. 10 noyabr N0N0-ci il tarixdə bağlanmış üçtərəfli razılaşmadan sonra xidmət etdiyi taborun şəxsi heyəti N nömrəli hərbi hissənin qərargahında yerləşdirilmiş və həmin tarixdən etibarən onların üzərində ümumi nəzarəti hərbi hissə komandanlığının şifahi əmrinə əsasən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həyata keçirməyə başlamışdır. O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. N dekabr N0N0-ci il tarixdə səhər saatlarında hərbi hissənin qərargahında olarkən kapitan Təqsirləndirilən şəxs onu görüb yanına çağıraraq evləri üçün darıxıb-darıxmadığını sorumuş və o, ailəli olduğundan evləri üçün çox darıxdığını, tezliklə tərxis olunub ailəsinin yanına qayıtmaq istədiyini demişdir. Bundan sonra kapitan Təqsirləndirilən şəxs ondan bacı-qardaşının olub-olmadığını soruşmuş və o, səmimi etiraf edib həm bacı, həm də qardaşının olduğunu, lakin hər ikisinin də ailəli olmaqla onlardan ayrı yaşadıqlarını, özünün də ailəli olduğunu, himayəsində N (iki) azyaşlı övladının olduğunu bildirmişdir. Bunu eşidən kapitan Təqsirləndirilən şəxs ona ailə tərkibi haqqında arayış almaqla, həmin arayışda yalnız öz ailə üzvləri və valideynlərinin adlarını qeyd etdirib həmin arayışı təqdim edəcəyi halda, eyni zamanda ona 400 (dörd yüz) manat pul verməsi müqabilində onun ordu sıralarından nəzərdə tutulmuş müddətdən daha tez, Müdafiə nazirinin əmrinə əsasən ailənin tək övladı kimi tərxis olunmasını təşkil edə biləcəyini bildirmişdir. Şahid qeyd etmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs həmin pulu hansısa başqa şəxsə verəcəyini deməmiş, pulu özü üçün istəmişdir. Həmin vaxt o, kapitan Təqsirləndirilən şəxs təklifini qəbul edərək razılaşmış və aralarındakı həmin söhbətdən bir müddət sonra, yaşadığı Bərdə rayonunun Mehdili kənd icra nümayəndəsi olan Rəhim müəllimə telefonla zəng edərək ondan barəsində ailə tərkibi haqqında arayış verməsini, arayışda yalnız onun özünün ailə üzvlərinin və valideynlərinin adlarını qeyd etməsini xahiş etmiş, daha sonra isə atası Sədi Paşayevə zəng edib bu barədə məlumat verərək ondan arayış hazır olduqdan sonra onu götürüb 400 (dörd yüz) manat pulla birlikdə hərbi hissəyə gətirməsini xahiş etmiş, pulu verib vaxtından əvvəl ordudan tərxis olunacağını bildirmişdir. Bundan sonra atası S.Paşayev elə həmin gün, yəni aralarındakı danışıq baş tutduğu gün, saat N radələrində hərbi hissəyə gələrək hərbi hissənin qarşısında ona ailə tərkibi haqqında dediyi arayışla birlikdə 400 (dörd yüz) manat pul vermiş və o, daha sonra elə həmin gün arayışı pulla birlikdə hərbi hissənin qərargah binasının yanında təklikdə kapitan Təqsirləndirilən şəxs vermiş və sonuncu elə gün onun tərxis olunmasını təmin etmiş, müvafiq möhürlənmiş hərbi biletini gətirib ona vermişdir. İbtidai istintaq zamanı şahid Ə.S.Paşayev Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı iş üzrə verdiyi ifadəsini onun üzünə qarşı tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs ondan ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunmasını təmin etməsi müqabilində özü üçün 400 (dörd yüz) manat pul istədiyini və ondan həmin pulu alaraq onun qanunsuz olaraq vaxtından əvvəl tərxis olunmasını təmin etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Ə.S.Paşayevin atası X88 eyni məzmunlu ifadə verərək oğlu Əhsən Paşayevin ondan xahiş etdiyi məzmunlu arayışı yaşadıqları Bərdə rayonunun Mehdili kənd icra nümayəndəliyindən alaraq N dekabr N0N0-ci il tarixdə özü şəxsən aparıb 400 (dörd yüz) manat pulla N nömrəli hərbi hissənin qarşısında Ə.S.Paşayevə verdiyini, sonuncunun da həmin pulu sonradan adını və vəzifəsini bildiyi kapitan Təqsirləndirilən şəxs verdiyini və bunun müqabilində vaxtından əvvəl tərxis olunaraq N dekabr N0N0-ci il tarixdə evlərinə qayıtdığını təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgəri X99 ifadəsində bildirmişdir ki, o, N0N0-ci ilin sentyabr ayında ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılaraq ilk öncə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, daha sonra N6 sentyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilərək tərxis olunanadək həmin hərbi hissənin mühəndis-istehkam bölüyündə radiotelefonçu vəzifəsində xidmət etmişdir. 10 noyabr N0N0-ci il tarixdə bağlanmış üçtərəfli razılaşmadan sonra xidmət etdiyi bölüyün şəxsi heyəti N nömrəli hərbi hissənin qərargahında yerləşdirilmiş və həmin tarixdən etibarən onların üzərində ümumi nəzarəti hərbi hissə komandanlığının şifahi əmrinə əsasən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həyata keçirməyə başlamışdır. O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. Şahid qeyd etmişdir ki, onun bacıları və qardaşı olsa da, onlar ailə həyatı qurduqdan sonda ayrı yaşamış, anası isə onun himayəsində Tərtər şəhərində yaşadığından, o, onunla birgə xidmət edən əsgər yoldaşlarının N0N0-ci ilin dekabr ayının əvvəllərində arayışla kapitan Təqsirləndirilən şəxs müraciət etdiklərini görüb, özü də ona yaxınlaşaraq ailə vəziyyəti barədə, o cümlədən anasının faktiki olaraq onun himayəsində olduğunu deyib bununla bağlı haradan arayış ala biləcəyini soruşmuşdur. Öz növbəsində kapitan Təqsirləndirilən şəxs ona şəhər icra nümayəndəliyindən müvafiq məzmunlu, yəni anasının onun himayəsində yaşaması barədə arayış gətirməklə ordu sıralarından vaxtından əvvəl tərxis edilə biləcəyini bildirmiş və bundan sonra o, anası Amalya Əmirli ilə əlaqə saxlayaraq onun himayəsində olmasına dair arayış alıb N nömrəli hərbi hissəyə göndərməsini xahiş etmiş və bir neçə gün sonra anası ona zəng edib dediyi arayışı aldığını və adını bilmədiyi N nömrəli hərbi hissənin məzuniyyətə buraxılmış əsgəri ilə göndərdiyini bildirmişdir. Anası ilə danışdıqdan sonra o, hərbi hissənin Artilleriya Divizionunda kapitan Təqsirləndirilən şəxs yaxınlaşaraq dediyi arayışın anası tərəfindən alınıb göndərildiyini bildirmiş və Təqsirləndirilən şəxs hərbi hissəyə gedib arayışı götürüb baxdıqdan sonra onun həmin arayışla tərxis oluna bilib-bilməyəcəyini bildirmişdir. N dekabr N0N0-ci il tarixdə günorta saatlarında kapitan Təqsirləndirilən şəxs divizionun ərazisində ona yaxınlaşaraq həmin arayış əsasında tərxis olunma məsələsini həll etdiyini deyib hərbi biletini ona təqdim edərək ordu sıralarından tərxis olunduğunu bildirmiş və bunun müqabilində ona nə qədər pul verəcəyini soruşmuş, ardınca isə 300 (üç yüz) manat pul verməsini istəmişdir. Şahid qeyd etmişdir ki, kapitan Təqsirləndirilən şəxs həmin vaxt pulu özü üçün istəmiş, hər hansı digər şəxsə pul verilməli olduğunu, yaxud istədiyi pulu başqa şəxsə verəcəyini deməmişdir. Həmin vaxt onun cibində cəmi 100 (yüz) manat pul olduğundan o, kapitan Təqsirləndirilən şəxs həmin məbləğdə pul verə biləcəyini demiş və sonuncu buna etiraz etməyərək divizionun əsgər yataqxanasında təklikdə əlbəəl həmin pulu ondan almış, üzərində həmin puldan başqa pul olmadığını görüb əlavə heç bir məbləğdə pul istəməmiş və bundan sonra o, evlərinə qayıtmışdır. İbtidai istintaq zamanı şahid Ə.N.Əmirli Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı iş üzrə verdiyi ifadəsini onun üzünə qarşı tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs ondan ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunmasını təmin etməsi müqabilində özü üçün 300 (üç yüz) manat pul istədiyini və ondan N dekabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin Artilleriya Divizionunun əsgər yataqxanasında 100 (yüz) manat pul aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgəri XN5 ifadəsində bildirmişdir ki, o, N0N0-ci ilin sentyabr ayında ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılmış və «Vətən müharibəsi» zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Artilleriya Divizionunun tank əleyhinə artilleriya batareyasında usta-heyət nəfəri vəzifəsində xidmət etmişdir. 10 noyabr N0N0-ci il tarixdə bağlanmış üçtərəfli razılaşmadan sonra xidmət etdiyi divizionun şəxsi heyəti N nömrəli hərbi hissənin qərargahında yerləşdirilmiş və həmin tarixdən etibarən onların üzərində ümumi nəzarəti hərbi hissə komandanlığının şifahi əmrinə əsasən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həyata keçirməyə başlamışdır. O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. Bundan sonra o, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq, atası Əbdülhəsən Mirzəyevlə telefonla danışıb ondan müvafiq məzmunda ailə tərkibi haqqında arayış alıb hərbi hissəyə göndərməsini xahiş etmiş və atası həmin arayışı alıb qardaşı Fərid vasitəsilə hərbi hissəyə göndərmişdir. Lakin o, həmin arayışı götürüb hərbi hissənin qərargahına təqdim etdikdə ona bildirilmişdir ki, sərəncamda himayəsində iki uşağı olan şəxslərin tərxis olunmsı nəzərdə tutulmamışdır. Bundan sonra o, N0N0-ci ilin dekabr ayının ortalarında əsgər yoldaşlarından kapitan Təqsirləndirilən şəxs tərxis olunacaq əsgərlərin siyahılarını hazırladığını və əsgərlərə tərxis olunmaqda köməklik göstərdiyini eşidib divizionun ərazisində özü ona yaxınlaşıb müraciət etmiş, kapitan Təqsirləndirilən şəxs ondan aldığı arayışı istəmiş və alıb baxdıqdan sonra ona həmin arayışla vaxtından əvvəl tərxis oluna bilməyəcəyini bildirmişdir. Lakin daha sonra kapitan Təqsirləndirilən şəxs ona 300 (üç yüz) manat pul verəcəyi təqdirdə onun tərxis olunma məsələsini həll edə biləcəyini demiş və o, razılaşaraq həmin pulu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Şahid qeyd etmişdir ki, kapitan Təqsirləndirilən şəxs həmin vaxt pulu özü üçün istəmiş, hər hansı digər şəxsə pul verilməli olduğunu, yaxud istədiyi pulu başqa şəxsə verəcəyini deməmişdir. Bundan sonra kapitan Təqsirləndirilən şəxs ondan həmin arayışı alaraq elə həmin gün N nömrəli hərbi hissənin qərargahına getmiş və ertəsi gün, səhər saatlarında onu divizionun ərazisində görüb yanına çağıraraq ordu sıralarından tərxis oluna biləcəyini bildirmiş, daha sonra isə həmin gün günorta saatlarında hərbi hissənin ərazisində ona möhürlənmiş vəziyyətdə hərbi biletini təqdim edərək tərxis olunduğunu bildirmiş və hərbi hissənin qarşısında yerləşən yolun qırağında ondan təklikdə tərxis olunması müqabilində 3 (üç) ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət 300 (üç yüz) manat pulu əlbəəl almışdır. İbtidai istintaq zamanı şahid M.Ə.Mirzəyev Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı iş üzrə verdiyi ifadəsini onun üzünə qarşı tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs ondan ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunmasını təmin etməsi müqabilində özü üçün 300 (üç yüz) manat pul istədiyini və həmin pulu N dekabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin qarşısında yolun kənarında təklikdə əlbəəl aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş M.Ə.Mirzəyevin qardaşı X16 eyni məzmunlu ifadə verərək onun xahişi ilə N0N0-ci ilin dekabr ayının əvvəllərində qardaşının ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olması barədə ailə tərkibi haqqında arayışı alıb N nömrəli hərbi hissənin qarşısında ona verdiyini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgəri X46 ifadəsində bildirmişdir ki, N1 sentyabr N0N0-ci il tarixdə ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılaraq həmin tarixdə ilk öncə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, daha sonra N6 sentyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilərək tərxis olunanadək həmin hərbi hissənin N-ci batareyasında «MAZ» avtomobil sürücüsü vəzifəsində xidmət etmişdir. 10 noyabr N0N0-ci il tarixdə bağlanmış üçtərəfli razılaşmadan sonra xidmət etdiyi batareyanın şəxsi heyəti N nömrəli hərbi hissənin qərargahında yerləşdirilmiş və həmin tarixdən etibarən onların üzərində ümumi nəzarəti hərbi hissə komandanlığının şifahi əmrinə əsasən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həyata keçirməyə başlamışdır. O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. R.Ş.Mehtiyev qeyd etmişdir ki, o, ailənin tək övladı deyil, bir bacısı ailə həyatı quraraq ayrı yaşasa da, digəri və valideynləri xəstə olmaqla onunla birlikdə yaşayır, ailənin bütün yükü də onun üzərində olmuşdur. N0N0-ci ilin dekabr ayının ortalarında o, əsgərlərin tərxislə bağlı hərbi hissənin inzibati binasının qarşısında kapitan Təqsirləndirilən şəxs müraciət etdiklərini görüb özü da ona yaxınlaşaraq, ailə vəziyyəti barədə məlumat vermiş və tərxis olunması üçün haradan arayış almalı olduğunu soruşmuşdur. Kapitan Təqsirləndirilən şəxs ona həqiqətən ailə vəziyyətinin dediyi kimi olduğu təqdirdə yaşadığı yer üzrə müvafiq arayış gətirməklə və 300 (üç yüz) manat pul verməsi müqabilində asanlıqla ordu sıralarından nəzərdə tutulmuş müddətdən əvvəl tərxis olunmasını təşkil edə biləcəyini bildirmişdir. Bu səbəbdən o, N0N0ci ilin dekabr ayının ortalarında mobil telefonla atası Şəfayət Mehdiyevə zəng edərək, yaşadıqları Bərdə rayonunun Yeni Əyricə kənd icra nümayəndəliyindən barəsində özünün və valideynlərinin adları qeyd olunmaqla ailə tərkibi haqqında arayış almasını və həmin arayışı N nömrəli hərbi hissəyə göndərməsini xahiş etmişdir. Həmin ərəfədə o, N (iki) günlük məzuniyyətə buraxılaraq yaşadığı kəndə getmiş və orada atasından onun kənd icra nümayəndəliyindən aldığı arayışı alıb məzuniyyətdən qayıtdığı gün, yəni N dekabr N0N0-ci il tarixdə hərbi hissənin mağazasının yanında kapitan Təqsirləndirilən şəxs vermiş, habelə ona əmri çıxdıqdan sonra istədiyi kimi 300 (üç yüz) manat deyil, imkanı çatdığı qədər N00 (iki yüz) manat pul verəcəyini bildirmişdir. Bundan sonra kapitan Təqsirləndirilən şəxs getmiş və təxminən yarım saat sonra onu hərbi hissənin nəzarətburaxılış məntəqəsinə çağırtdıraraq orada möhürlənmiş hərbi biletini ona təqdim edib artıq tərxis olunduğunu bildirmişdir. Bundan sonra o, öz növbəsində elə oradaca cibindən N00 (iki yüz) manat pulu çıxararaq təklikdə əlbəəl kapitan Təqsirləndirilən şəxs vermiş və elə həmin gün yaşadığı kəndə qayıtmışdır. Şahid qeyd etmişdir ki, kapitan Təqsirləndirilən şəxs ondan tərxis olunmasını təşkil etməsi müqabilində pul istəyərkən hər hansı digər şəxsin adını çəkməmiş, pulu özü üçün istəmiş və həmin pulu başqa şəxsə verəcəyi, yaxud da həmin pulun bir hissəsini verəcəyinə dair heç bir söz deməmişdir. İbtidai istintaq zamanı şahid R.Ş.Mehtiyev Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı iş üzrə verdiyi ifadəsini onun üzünə qarşı tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs ondan ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunmasını təmin etməsi müqabilində özü üçün 300 (üç yüz) manat pul istədiyini və N dekabr N0N0-ci il tarixdə onun tərxis olunmasına dair hərbi biletinə möhür vurdurub hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında təqdim etdikdən sonra ondan bunun müqabilində N00 (iki yüz) manat pul aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş R.Ş.Mehtiyevin atası X9 eyni məzmunlu ifadə verərək N0N0-ci ilin dekabr ayının ortalarında övladı R.Ş.Mehdiyevin xahişi ilə yaşadıqları kənd icra nümayəndəliyindən müvafiq məzmunlu, yəni yalnız özünün, həyat yoldaşının və övladı R.Ş.Mehdiyevin adları qeyd olunmuş arayış aldığını və həmin arayışı R.Ş.Mehdiyevin N dekabr N0N0-ci il tarixdə məzuniyyətdən qayıdarkən özü ilə N nömrəli hərbi hissəyə apardığını, daha sonra sonradan adının kapitan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə N00 (iki yüz) manat pul verməklə elə həmin gün ordudan tərxis olunaraq evlərinə qayıtdığını təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgəri X34 ifadəsində bildirmişdir ki, N1 sentyabr N0N0-ci il tarixdə ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılaraq həmin tarixdə ilk öncə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, daha sonra N6 sentyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilərək tərxis olunanadək həmin hərbi hissənin Artilleriya Divizionunun tank əleyhinə artilleriya batareyasında radiotelefonçu vəzifəsində xidmət etmişdir. 10 noyabr N0N0-ci il tarixdə bağlanmış üçtərəfli razılaşmadan sonra xidmət etdiyi taborun şəxsi heyəti N nömrəli hərbi hissənin qərargahında yerləşdirilmiş və həmin tarixdən etibarən onların üzərində ümumi nəzarəti hərbi hissə komandanlığının şifahi əmrinə əsasən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həyata keçirməyə başlamışdır. O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. Şahid qeyd etmişdir ki, ailələrində ondan başqa da uşaqlar olmuş, eləcə də o, sərəncamda göstərilmiş digər kateqoriyalara aid olmamış, bununla belə vaxtından əvvəl tərxis olunmağa çalışmış və həmin ərəfələrdə hazırda xatırlamadığı əsgər yoldaşlarının sərəncamın tələblərinə uyğun olmadan ordu sıralarından vaxtından əvvəl tərxis olunduqlarını görüb, bunu necə etdikləri ilə maraqlandıqda əsgər yoldaşları ona bildirmişlər ki, tərxis məsələləri ilə kapitan Təqsirləndirilən şəxs məşğul olur. Bu səbəbdən o, N0N0-ci ilin dekabr ayının əvvəllərində hərbi hissənin ərazisində kapitan Təqsirləndirilən şəxs yaxınlaşaraq vaxtından əvvələr tərxis olunmaq istədiyini, lakin sərəncamda göstərilən kateqoriya şəxslərə aid olmadığını demiş, kapitan Təqsirləndirilən şəxs də ona mobil nömrəsini verərək işləri çox olduğu üçün axşam zəng etməsini tapşırmışdır. Həmin gün axşam o, hərbi xidmətdə işlətdiyi mobil telefon nömrəsi ilə kapitan Təqsirləndirilən şəxs verdiyi nömrəyə zəng etmiş və özünü təqdim edib tərxis olunmaq istədiyini deyib bunun üçün nə etmək lazım olduğunu soruşduqda, kapitan Təqsirləndirilən şəxs ona bunun üçün 400 (dörd yüz) manat pul, habelə yaşadığı kənddən yalnız özünün və valideynlərinin adları qeyd olunmuş ailə tərkibi haqqında arayış gətirməli olduğunu bildirmişdir. Şahid qeyd etmişdir ki, həmin vaxt kapitan Təqsirləndirilən şəxs ona həmin pulun hər hansı digər şəxsə veriləcəyini deməmiş, pulu özü üçün istəmişdir. Bundan sonra o, N dekabr N0N0-ci il tarixdə atası ilə əlaqə saxlayaraq müvafiq məzmunlu arayışın alınıb 400 (dörd yüz) manat pulla birlikdə ona göndərilməsini istəmiş, həmin pulu tərxis olunması üçün kapitan Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. N dekabr N0N0-ci il tarixdə atası tərəfindən hərbi hissəyə onun istədiyi məzmunda arayış və 400 (dörd yüz) manat pul göndərilmiş, o da həmin pulu arayışla birlikdə götürüb elə həmin gün səhər saatlarında hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yatdıqları əsgər yataqxanasında təklikdə kapitan Təqsirləndirilən şəxs vermişdir. Daha sonra kapitan Təqsirləndirilən şəxs elə həmin gün günorta saatlarında ona möhürlənmiş hərbi biletini təqdim edərək ordu sıralarından tərxis olunduğunu bildirmiş və o, elə həmin gün yaşadığı Balakən rayonunun Katex kəndinə getmişdir. İbtidai istintaq zamanı şahid A.S.Quliyev Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı iş üzrə verdiyi ifadəsini onun üzünə qarşı tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs ondan ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunmasını təmin etməsi müqabilində özü üçün 400 (dörd yüz) manat pul istədiyini və həmin pulu ondan N dekabr N0N0-ci il tarixdə alaraq onun tərxis olunmasına dair hərbi biletinə möhür vurdurub təqdim etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş A.S.Quliyevin atası XN6 eyni məzmunlu ifadə verərək övladının xahişi ilə yaşadıqları yer üzrə kənd icra nümayəndəliyindən müvafiq məzmunlu, yəni yalnız özünün, həyat yoldaşının və övladı A.S.Quliyevin adları qeyd olunmuş arayış alıb həmin arayışı 400 (dörd yüz) manat pulla birlikdə taksi vasitəsi ilə N nömrəli hərbi hissəyə göndərdiyini təsdiq etmiş və bildirmişdir ki, A.S.Quliyev ona həmin pulu vaxtından əvvəl tərxis olunması müqabilində kapitan Tarverdiyev adlı zabitə verəcəyini demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgəri X70 ifadələrində bildirmişdir ki, N1 sentyabr N0N0-ci il tarixdə ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağrılaraq həmin tarixdə ilk öncə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, daha sonra N6 sentyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilərək tərxis olunanadək həmin hərbi hissənin 4-cü taborunun 5-ci bölüyünün 3-cü tağımının N-ci manqasının komandiri vəzifəsində xidmət etmişdir. 10 noyabr N0N0-ci il tarixdə bağlanmış üçtərəfli razılaşmadan sonra xidmət etdiyi taborun şəxsi heyəti N nömrəli hərbi hissənin qərargahında yerləşdirilmiş və həmin tarixdən etibarən onların üzərində ümumi nəzarəti hərbi hissə komandanlığının şifahi əmrinə əsasən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həyata keçirməyə başlamışdır. O, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 01 dekabr N0N0-ci il tarixdə bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis olunmasına dair sərəncamın verildiyi, həmin sərəncama əsasən də ailənin tək övladı olanların bu barədə ailə tərkibi haqqında müvafiq arayış təqdim etməklə ordu sıralarından tərxis olunacaqlarına dair məlumat verilmişdir. Şahid qeyd etmişdir ki, ailədə ondan başqa bacısı və qardaşı olmuş, eləcə də o, sərəncamda göstərilmiş digər kateqoriyalara aid olmamış, bununla belə vaxtından əvvəl tərxis olunmağa çalışmış və həmin ərəfələrdə hazırda xatırlamadığı əsgər yoldaşlarının sərəncamın tələblərinə uyğun olmadan ordu sıralarından vaxtından əvvəl tərxis olunduqlarını görüb, bunu necə etdikləri ilə maraqlandıqda əsgər yoldaşları ona bildirmişlər ki, tərxis məsələləri ilə kapitan Təqsirləndirilən şəxs məşğul olur. Həqiqətən də həmin vaxt kapitan Təqsirləndirilən şəxs əsgərlərin siyahılarını yazmış, yaralı olanların, eləcə də digər müvafiq kateqoriyadan olanların sənədlərini və adlarını qeyd etmişdir siyahıya almışdır. 1N dekabr N0N0-ci il tarixdə kapitan Təqsirləndirilən şəxs diviziona gələrək, əsgər yataqxanasında zabitlərin oturması üçün nəzərdə tutulmuş otaqda onu yanına çağırmış və tərxis olunmaq istəyib-istəmədiyini soruşduqda, o, cavab olaraq tərxis olunmaq istədiyini bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs ailədə neçə uşaq olduqlarını soruşmuş, ona bir bacı və bir qardaş olduğunu, bacısının ərə getdiyini, qardaşının isə Bakıda yaşamaqla orada işlədiyini demişdir. Bundan sonra kapitan Təqsirləndirilən şəxs ona tərxis olunmaqda köməklik göstərə biləcəyini deyərək bunun müqabilində ondan 500 (beş yüz) manat məbləğində pul istəmiş, həmin pulu özü üçün istəyərək hər hansı digər şəxsə verəcəyini deməmişdir. Lakin o, həmn məbləğin çox olduğunu deyərək cəmi 400 (dörd yüz) manat pul verə biləcəyini bildirmiş və kapitan Təqsirləndirilən şəxs onunla razılaşaraq yaşadığı yerdən arayış almaqla, həmin arayışda anasının adının qeyd olunmasını və ailənin yeganə gəlir gətirən övladı kimi göstərilməsini tapşırmışdır. Bundan sonra o, anasına zəng vurub yaşayış yerindən müvafiq məzmunlu arayış almasını, arayışda onun ailədə yeganə gəlir gətirən şəxs kimi qeyd olunmalı olduğunu izah etmiş və arayışla birlikdə ona 400 (dörd yüz) manat pul göndərməsini tapşırmışdır. N dekabr N0N0-ci il tarixdə Balakən rayonundan məzuniyyətdən qayıdaraq əsgərlərdən biri ona anası tərəfindən göndərilmiş arayışı və 400 (dörd) yüz manat pulu çağırıb hərbi hissənin ərazisində vermiş, bundan sonra o, N dekabr N0N0-ci il tarixdə səhər saat 10 radələrində kapitan Təqsirləndirilən şəxslə divizionun ərazisində təklikdə görüşərək həmin arayışı və pulu vaxtından əvvəl tərxis olunması müqabilində ona vermiş, bundan sonra kapitan Təqsirləndirilən şəxs həmin gün saat N radələrində möhürlənmiş şəkildə hərbi biletini ona təqdim edib artıq tərxis olunduğunu bildirmiş və o, elə həmin gün yaşadığı kəndə qayıtmışdır. Şahid həmçinin qeyd etmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs atası müdafiəçisi ilə birlikdə Zaqatala rayonuna gələrək onunla orada görüşmüş və ondan istintaq zamanı verdiyi ifadəsini danmasını, bununla da Təqsirləndirilən şəxs kömək etməsini xahiş etmiş, o da, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq Respublika Baş prokuroruna istintaq zamanı ona müstəntiq tərəfindən psixoloji təsir göstərilərək Təqsirləndirilən şəxs qarşı ifadə alındığı, əslində isə sonuncunun ondan pul istəmədiyi və almadığı barədə ərizə yazmış, lakin ona istintaq zamanı heç bir qanunsuz təsir göstərilməmiş, Təqsirləndirilən şəxs qarşı verdiyi ifadəsini özü könüllü vermiş və sonuncu həqiqətən də ondan qanunsuz olaraq vaxtından əvvəl ordu sıralarından tərxis olunması müqabilində pul istəmiş və almışdır. İbtidai istintaq zamanı şahid E.G.Həsənov Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı iş üzrə verdiyi ifadəsini onun üzünə qarşı tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs ondan ailənin tək övladı kimi vaxtından əvvəl tərxis olunmasını təmin etməsi müqabilində özü üçün 500 (beş yüz) manat pul istədiyini və 400 (dörd yüz) manat pulu ondan N dekabr N0N0-ci il tarixdə alaraq onun tərxis olunmasına dair hərbi biletinə möhür vurdurub təqdim etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş E.G.Həsənovun anası X71 eyni məzmunlu ifadə verərək övladının xahişi ilə yaşadıqları yer üzrə kənd icra nümayəndəliyindən müvafiq məzmunlu, yəni yalnız özünün və övladı E.G.Həsənovun adları qeyd olunmuş arayış alıb həmin arayışı 400 (dörd yüz) manat pulla birlikdə taksi vasitəsi ilə N nömrəli hərbi hissəyə göndərdiyini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq komandiri, polkovnik X7N ifadəsində bildirmişdir ki, «Vətən Müharibəsi» zamanı 09 noyabr N0N0-ci il tarixdə üçtərəfli razılaşma imzalandıqdan sonra qismən səfərbərlik qaydasında hərbi xidmətə çağırılmış əsgərlərin qısa müddət ərzində ordu sıralarından tərxis olunacaqları bildirilmişdir. Bu səbəbdən o, hərbi hissə komandiri olaraq, N0N0-ci ilin noyabr ayının ortalarında qismən səfərbərlik qaydasında hərbi xidmətə çağrılmış hərbi qulluqçuların xidmətə təyin olunmamaqla onların bir yerdə yerləşdirilmələri ilə əlaqədar hərbi hissənin Artilleriya Divizionuna göstəriş vermiş və N0N0-ci ilin dekabr ayının əvvəllərində həmin əsgərlərin nizam-intizamlarına, xidmətlərinə, xidmətdən irəli gələn digər məsələlərə komandir kimi nəzarətin həyata keçirilməsi üçün onların üzərinə ümumi nəzarətin təşkil olunması üçün hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs şəxsən təyin etmiş, ona həmin əsgərlərin üzərində nəzarəti daha ciddi həyata keçirməsinə dair göstəriş vermişdir. Bundan sonra kapitan Təqsirləndirilən şəxs həmin göstəriş əsasında qismən səfərbərliklə çağrılmış əsgərlərin üzərində nəzarəti həyata keçirməyə başlamışdır. 01 dekabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən səfərbərlik qaydasında ordu sıralarına çağrılmış bəzi kateqoriyadan olan hərbi qulluqçuların tərxis olunmasına dair sərəncam imzalanmış və həmin sərəncam əsasında Müdafiə nazirinin 0N dekabr N0N0-ci il tarixli, N46 №-li əmri icra olunması üçün hərbi hissələrə elan olunmuşdur. Həmin əmrin tələblərinə görə, «Vətən Müharibəsi» dövründə hərbi xidmətə qismən səfərbərlik qaydasında çağrılmış ailənin yeganə oğlan övladı, yaxın qohumlarından döyüş əməliyyatları zamanı itkin düşmüş və ya şəhid olanlar, yaxın ailə üzvlərindən N-ci və ya 1-ci qrup əlillik dərəcəsi müəyyən edilmişlər, döyüşlər zamanı yaralanmışlar, eyni zamanda, himayəsində 3 (üç) azyaşlı övladı olan əsgərlər növbəli şəkildə ordu sıralarından tərxis olunmalı olmuş və əmrə uyğun olaraq müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Belə ki, əmrin tələblərinə uyğun olaraq, göstərilən kateqoriyadan olan hərbi qulluqçular yaşadıqları, yaxud da daimi qeydiyyatda olduqları yer üzrə müvafiq icra nümayəndəliklərindən sərəncamda qeyd olunmuş əsasların təsdiq olunmasına dair arayışları gətirməklə hərbi hissəyə təqdim edərək ordu sıralarından tərxis olunmağa başlamışlar. Həmin ərəfədə qismən səfərbərlik qaydasında «Vətən Müharibəsi»ndə iştirak etmək üçün çağrılmış hərbi qulluqçular hərbi hissənin Artilleriya Divizionuna yerləşdirildiyindən və onların üzərində ümumi nəzarətin həyata keçirilməsi şəxsən kapitan Təqsirləndirilən şəxs tapşırıldığından, sərəncamın tələblərinə cavab verən əsgərlərin təqdim etdikləri sənədlərin yoxlanılıb əmrin tələblərinə uyğun olaraq tərxis olunmalı əsgərlərin siyahılarının hazırlanması, onların həqiqətən ordu sıralarından tərxis olunma əsaslarının olub-olmamasına nəzarət edilməsi də tərəfindən tamamilə kapitan Təqsirləndirilən şəxs həvalə edilmişdir. Şahid qeyd etmişdir ki, tərxis olunmalı olan hərbi qulluqçuların sənədləri hərbi hissənin şəxsi heyətin uçotu bölməsi tərəfindən hazırlandıqdan sonra onların hərbi biletləri imza olunması üçün ona təqdim edilmiş və o, hərbi biletləri imzalayıb möhürlədikdən sonra həmin hərbi qulluqçular tərxis edilmişlər. Şahid qeyd etmişdir ki, o, həmin müddətdə işlərinin çoxluğu ilə əlaqədar fərdi şəkildə sərəncamda göstərilmiş kateqoriyadan olan şəxslərin həqiqətən sərəncamın tələblərinə düşməklə tərxis oluna bilib-bilmədiklərini yoxlamaq imkanı olmamış, bu məsələlər tam olaraq birbaşa kapitan Təqsirləndirilən şəxs tapşırılmış, sənədlərin yoxlanılmasını eyni zamanda şəxsi heyətin uçot bölməsinin rəisi, kapitan Tural Eyniyev icra etmişdir. O cümlədən, kapitan Təqsirləndirilən şəxs verilmiş tapşırığa əsasən o, tərxis olunma əsasları olan əsgərlərin sənədlərini yığmaqla onları şəxsi heyətin uçotu bölməsinə təqdim etmiş, şəxsi heyətin uçotu bölməsində həmin əsgərlərin hərbi hissəyə sərəncamın tələblərinə əsasən təqdim etdikləri sənədlər yoxlanılmaqla əsgərlərin hərbi biletləri imza və möhürlənməsi üçün ona təqdim olunmuşdur. Əsgərlərin hərbi biletlərinə imza ilə möhürü şəxsən özü icra etmiş və həmin sənədlər hərbi hissənin şəxsi heyətinin uçotu bölməsində hazırlanmaqla ona təqdim olunmuşdur. Kapitan Təqsirləndirilən şəxs əsgərlərdən bunun müqabilində pul alması, o cümlədən əsgərlərdən pul almaqla qanunsuz olaraq onların tərxis olunmalırını təmin etməsi, yəni sərəncamda qeyd edilmiş tələblərə cavab verməyən əsgərləri müvafiq məzmunlu arayışlar təqdim etməklə vaxtından əvvəl tərxis olunmalarını təmin etməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs ona verilmiş səlahiyyətlərdən istifadə edərək həmin qanunsuz əməlləri icra etmişdir. İbtidai istintaq zamanı aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı şahid V.Ə.Ələsgərov Təqsirləndirilən şəxs üzünə qarşı N0N0-ci ilin dekabr ayının əvvəllərində onu Artilleriya Divizionunda toplanmış qismən səfərbərlik qaydasında hərbi xidmətə çağırılmış əsgərlərin üzərində ümumi nəzarəti həyata keçirtmək üçün təyin etdiyini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinin sabiq köməkçisi, kapitan X19 ifadəsində bildirmişdir ki, «Vətən Müharibəsi»ndən sonra qismən səfərbərlik qaydasında müddətli həqiqi hərbi xidmətə cəlb olunmuş hərbi qulluqçular, N0N0-ci ilin noyabr ayının ortalarında hərbi hissənin Artilleriya Divizionunda cəmləşdirilmiş və onların bir qrupunun nisbətən intizamsız olmaları nəzərə alınaraq, hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov onların üzərində ümumi nəzarətin həyata keçirilməsini hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs tapşırmışdır. 01 dekabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən səfərbərlik qaydasında ordu sıralarına çağrılmış bəzi kateqoriyadan olan hərbi qulluqçuların tərxis olunmasına dair sərəncam imzalanmış və həmin sərəncam əsasında Müdafiə nazirinin 0N dekabr N0N0-ci il tarixli, N46 №-li əmri icra olunması üçün hərbi hissələrə elan olunmuşdur. Həmin əmrin tələblərinə görə, «Vətən Müharibəsi» dövründə hərbi xidmətə qismən səfərbərlik qaydasında çağrılmış ailənin yeganə oğlan övladı, yaxın qohumlarından döyüş əməliyyatları zaman itkin düşmüş və ya şəhid olanlar, yaxın ailə üzvlərindən N-ci və ya 1-ci qrup əllik dərəcəsi müəyyən edilmişlər, döyüşlər zamanı yaralanmışlar, eyni zamanda, himayəsində 3 (üç) azyaşlı övladı olan əsgərlər növbəli şəkildə ordu sıralarından tərxis olunmalı olmuş və əmrə uyğun olaraq müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Belə ki, əmrin tələblərinə uyğun olaraq, göstərilən kateqoriyadan olan hərbi qulluqçular yaşadıqları, yaxud da daimi qeydiyyatda olduqları yer üzrə müvafiq icra nümayəndəliklərindən sərəncamda qeyd olunmuş əsasların təsdiq olunmasına dair arayışları gətirməklə hərbi hissəyə təqdim edərək ordu sıralarından tərxis olunmağa başlamışlar. Həmin ərəfədə qismən səfərbərlik qaydasında «Vətən Müharibəsi»ndə iştirak etmək üçün çağrılmış hərbi qulluqçular hərbi hissənin Artilleriya Divizionuna yerləşdirildiyindən və onların üzərində ümumi nəzarətin həyata keçirilməsi və sənədlərin şəxsi heyətin uçotu bölməsinə təqdim edilməsi şəxsən kapitan Təqsirləndirilən şəxs tapşırıldığından, sərəncamın tələblərinə cavab verən əsgərlərin təqdim etdikləri sənədlərin yoxlanılıb əmrin tələblərinə uyğun olaraq tərxis olunmalı əsgərlərin siyahılarının hazırlanması, onların həqiqətən ordu sıralarından tərxis olunma əsaslarının olubolmamasına nəzarət edilməsi də hərbi hissə komandiri tərəfindən tamamilə kapitan Təqsirləndirilən şəxs həvalə edilmiş, hərbi hissənin şəxsi heyətin uçotu bölməsi isə həmin sənədlərin toplanılaraq yoxlanılmasını və sənədlərin hazırlanaraq imzalanıb möhürlənməsi üçün hərbi hissə komandirinə təqdim edilməsi ilə məşğul olmuşdur. Məhz kapitan Təqsirləndirilən şəxs ailənin tək övladı olan əsgərlərin arayışlarını toplayaraq hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə təqdim etmiş, ondan başqa bu işi digər zabit və ya gizir görməmiş, Təqsirləndirilən şəxs bu məqsədlə tez-tez diviziona gedib həmin vəzifələri icra etmişdir. Şahid qeyd etmişdir ki, məhz kapitan Təqsirləndirilən şəxs hərbi hissədə səfərbərlik qaydasında hərbi xidmətə çağrılmış əsgərlərin sənədlərini toplamaqla hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə təqdim etdiyini hər kəs bilmiş, hamısını xatırlamasa da, həmin ərəfədə X115in sənədlərini şəxsən Təqsirləndirilən şəxs özü şəxsi heyətin uçotu bölməsində ona təqdim etmiş və həmin sənəd əsasında Ə.Paşayev ordu sıralarından tərxis edilmişdir. Şahid qeyd etmişdir ki, həmin ərəfədə həm təqdim olunan sənədlərin, həm də tərxisə hazırlaşan əsgərlərin çoxluğu ilə əlaqədar onun və bölmənin digər əməkdaşlarının təqdim edilən hər bir sənədi araşdırmağa vaxtı və imkanı olmamış, hərbi hissə komandanlığı tərəfindən tərxis prosesinin mümkün qısa müddət ərzində həyata keçirilməsinə dair tapşırıq verilmiş, əsgərlərdən kim hansı bölməyə verilmişdirsə, habelə onların üzərində rəhbər kim təyin olunmuşdursa, məhz həmin şəxslər də əksər hallarda əsgərlərin sənədlərini toplayaraq onlara təqdim etmiş, bəzi nadir hallarda isə əsgərlərin özləri müvafiq sənədləri gətirib bölməyə təqdim etmişlər. O cümlədən, Artilleriya Divizionunda toplanmış əsgərlərin üzərində nəzarət kapitan Təqsirləndirilən şəxs həyata keçirdiyindən, həmin əsgərlərin sənədlərini də məhz onun özü şəxsi heyətin uçotu bölməsinə təqdim etmiş, onlar da Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş arayışların məzmunu ilə bağlı heç bir şübhələri olmadığından, eləcə də arayışları yoxlamağa imkanları olmadığından həmin arayışları birmənalı olaraq qəbul etmişlər. Şahid qeyd etmişdir ki, həmin vaxt onun, kapitan Təqsirləndirilən şəxs tərəfindən bəzi əsgərlərdən pul alınaraq onların barəsində müvafiq təhrif olunmuş məlumatlar əks olunduğu arayışları bölməyə təqdim etməsi və həmin əsgərlərin qanunsuz olaraq tərxis olunmalarına nail olunması barədə məlumatı olmamış, bu barədə artıq istintaq dövründə eşitmişdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin kargüzar-operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş XN3 şahid T.M.Eyniyevlə eyni məzmunlu ifadə verərək təsdiq etmişdir ki, «Vətən Müharibəsi»ndən sonra qismən səfərbərlik qaydasında müddətli həqiqi hərbi xidmətə cəlb olunmuş hərbi qulluqçular, N0N0-ci ilin noyabr ayının ortalarında hərbi hissənin Artilleriya Divizionunda cəmləşdirilmiş və hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov tərəfindən onların üzərində ümumi nəzarətin həyata keçirilməsi hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs tapşırmışdır. 01 dekabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən səfərbərlik qaydasında ordu sıralarına çağrılmış bəzi kateqoriyadan olan hərbi qulluqçuların tərxis olunmasına dair sərəncam imzalanmış və həmin sərəncam əsasında Müdafiə nazirinin 0N dekabr N0N0-ci il tarixli, N46 №-li əmri icra olunması üçün hərbi hissələrə elan olunmuşdur. Həmin əmrin tələblərinə görə, «Vətən Müharibəsi» dövründə hərbi xidmətə qismən səfərbərlik qaydasında çağrılmış ailənin yeganə oğlan övladı, yaxın qohumlarından döyüş əməliyyatları zaman itkin düşmüş və ya şəhid olanlar, yaxın ailə üzvlərindən N-ci və ya 1-ci qrup əllik dərəcəsi müəyyən edilmişlər, döyüşlər zamanı yaralanmışlar, eyni zamanda, himayəsində 3 (üç) azyaşlı övladı olan əsgərlər növbəli şəkildə ordu sıralarından tərxis olunmalı olmuş və əmrə uyğun olaraq müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Göstərilən kateqoriyadan olan hərbi qulluqçular yaşadıqları, yaxud da daimi qeydiyyatda olduqları yer üzrə müvafiq icra nümayəndəliklərindən sərəncamda qeyd olunmuş əsasların təsdiq olunmasına dair arayışları gətirməklə hərbi hissəyə təqdim edərək ordu sıralarından tərxis olunmağa başlamışlar. Həmin ərəfədə qismən səfərbərlik qaydasında «Vətən Müharibəsi»ndə iştirak etmək üçün çağrılmış hərbi qulluqçular hərbi hissənin Artilleriya Divizionuna yerləşdirildiyindən və onların üzərində ümumi nəzarətin həyata keçirilməsi şəxsən kapitan Təqsirləndirilən şəxs tapşırıldığından, sərəncamın tələblərinə cavab verən əsgərlərin təqdim etdikləri sənədlərin yoxlanılıb əmrin tələblərinə uyğun olaraq tərxis olunmalı əsgərlərin siyahılarının hazırlanması, onların həqiqətən ordu sıralarından tərxis olunma əsaslarının olub-olmamasına nəzarət edilməsi və sənədlərin şəxsi heyətin uçotu bölməsinə təqdim edilməsi də hərbi hissə komandiri tərəfindən məhz kapitan Təqsirləndirilən şəxs həvalə edilmiş, hərbi hissənin şəxsi heyətin uçotu bölməsi isə həmin sənədlərin toplanılaraq bölmədə ümumi yoxlanılmasını və sənədlərin hazırlanaraq imzalanıb möhürlənməsi üçün hərbi hissə komandirinə təqdim edilməsi ilə məşğul olmuşdur. Məhz kapitan Təqsirləndirilən şəxs ailənin tək övladı olan əsgərlərin arayışlarını toplayaraq hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə təqdim etmiş, ondan başqa bu işi digər zabit və ya gizir görməmiş, Təqsirləndirilən şəxs bu məqsədlə tez-tez diviziona gedib həmin vəzifələri icra etmişdir. Şahid qeyd etmişdir ki, məhz kapitan Təqsirləndirilən şəxs hərbi hissədə səfərbərlik qaydasında hərbi xidmətə çağrılmış əsgərlərin sənədlərini toplamaqla hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə təqdim etdiyini hər kəs bilmiş, bununla bağlı əsgərlər məhz ona müraciət etmişlər. Şahid qeyd etmişdir ki, həmin ərəfədə həm təqdim olunan sənədlərin, həm də tərxisə hazırlaşan əsgərlərin çoxluğu ilə əlaqədar onun və bölmənin digər əməkdaşlarının təqdim edilən hər bir sənədi araşdırmağa vaxtı və imkanı olmamış, hərbi hissə komandanlığı tərəfindən tərxis prosesinin mümkün qısa müddət ərzində həyata keçirilməsinə dair tapşırıq verilmiş, əsgərlərdən kim hansı bölməyə verilmişdirsə, habelə onların üzərində rəhbər kim təyin olunmuşdursa, məhz həmin şəxslər də əksər hallarda əsgərlərin sənədlərini toplayaraq onlara təqdim etmiş, bəzi nadir hallarda isə əsgərlərin özləri müvafiq sənədləri gətirib bölməyə təqdim etmişlər. O cümlədən, Artilleriya Divizionunda toplanmış əsgərlərin üzərində nəzarət kapitan Təqsirləndirilən şəxs həyata keçirdiyindən, həmin əsgərlərin sənədlərini də məhz onun özü şəxsi heyətin uçotu bölməsinə təqdim etmiş, onlar da Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş arayışların məzmunu ilə bağlı heç bir şübhələri olmadığından, eləcə də arayışları yoxlamağa imkanları olmadığından həmin arayışları birmənalı olaraq qəbul etmişlər. Şahid qeyd etmişdir ki, həmin vaxt onun kapitan Təqsirləndirilən şəxs tərəfindən bəzi əsgərlərdən pul alınaraq onların barəsində müvafiq təhrif olunmuş məlumatlar əks olunduğu arayışları bölməyə təqdim etməsi və həmin əsgərlərin qanunsuz olaraq tərxis olunmalarına nail olunması barədə məlumatı olmamış, bu barədə artıq istintaq dövründə eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor X3N ifadəsində bildirmişdir ki, o, 05 dekabr N0N0-ci il tarixdə «Covid 19» virusuna yoluxduğuna görə evə buraxılmış və 1N yanvar N0N1-ci il tarixədək hərbi hissədə xidmətdə olmamış, həmin müddət ərzində onun vəzifələrini kapitan Tural Eyniyev icra etmişdir. «Vətən Müharibəsi»ndən sonra, N0N0-ci ilin noyabrdekabr aylarında səfərbərliklə hərbi xidmətə çağrılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi hissənin Artilleriya Divizionunda toplanmış və onların üzərində ümumi nəzarətin həyata keçirilməsi hərbi hissə komandiri tərəfindən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs tapşırılmışdır. Sağalıb xidmətə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, kapitan Təqsirləndirilən şəxs səfərbərliklə hərbi xidmətə çağırılmış hərbi qulluqçuların tərxis prosesi zamanı Artilleriya Divizionunda yığılmış əsgərlərin üzərində nəzarətin həyata keçirilməsi ilə yanaşı, həmçinin onların müvafiq sərəncamda göstərilmiş müvafiq kateqoriyalar üzrə siyahıya alınmasını da icra etmiş, o cümlədən həmin əsgərlərə aid müvafiq sənədləri toplayaraq bölməyə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin Artilleriya Divizionunun komandirinin maddi-texniki təminat üzrə müavini, mayor X80 ifadəsində bildirmişdir ki, 09 noyabr N0N0-ci il tarixdə düşmən silahlı birləşmələri ilə atəşkəs bəyannaməsi imzalandıqdan sonra qismən səfərbərlik qaydasında hərbi hissəyə xidmətə çağrılmış çoxsaylı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən əsgərlər hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərovun əmrinə əsasən hərbi hissənin Artilleriya Divizionunda yerləşdirilmiş, həmin əsgərlərin üzərində nəzarətin həyata keçirilməsi isə hərbi hissə komandiri tərəfindən hərbi hissənin döyüş hazırlığı bölmə rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs həvalə olunmuşdur. O, işləri ilə bağlı mütəmadi olaraq həmin ərəfələrdə diviziona gedib-gəldiyindən oraya yerləşdirilmiş əsgərlərin üzərində ümumi nəzarətin yalnız kapitan Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməsinin şahidi olmuş və sonuncu qismən səfərbərlik qaydasında hərbi xidmətə çağırılmış əsgərlərin üzərində böyük təyin edilməklə müvafiq vəzifələri icra etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş döyüş hazırlığı bölməsinin rəisi, polkovnik-leytenant A.X.Cəbiyev eyni məzmunlu ifadə verərək şahid R.F.Zamanovun ifadəsində göstərilmiş xüsusatları tam olaraq təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə rayonu Mehdili kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi X73 ifadəsində göstərmişdir ki, 01 iyul N001-ci il tarixdən Bərdə rayonu Mehdili kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. O, faktla bağlı bildirmişdir ki, N0N0-ci ilin dekabr ayının əvvəllərində Xanlar Cəfərovun atası Qara Cəfərovun müraciəti əsasında ona Xanlar Cəfərovun atası Qara Cəfərov, anası Xalidə Cəfərova, arvadı Ülviyyə Cəfərova və oğlu Tural Cəfərovla birgə Bərdə rayonu Xanağalı kəndində yaşaması barədə arayış vermişdir. Bundan başqa o bildirmişdir ki, N0N0-ci ilin dekabr ayının əvvəllərində Əhsən Paşayevin qardaşı Sədi Paşayevin müraciəti əsasında ona Əhsən Paşayevin arvadı, uşaqları ilə birgə Bərdə rayonu Xanağalı kəndində yaşaması barədə arayış vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Tərtər şəhər ərazi icra nümayəndəsi X8N ifadəsində bildirmişdir ki, o, N0N0-ci ilin dekabr ayının əvvəllərində X69 anası Amalya Əmirlinin müraciəti əsasında ona X69 anası Amalya Əmirli ilə birgə ünvan 1 ünvanında yaşaması barədə arayış vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhəri MKT İstehsalat birliyinin A.S.Puşkin küçəsi üzrə sahə rəisi X11 ifadəsində göstərmişdir ki, N0N0-ci ilin dekabr ayının əvvəllərində Mirzə Mirzəyevin atası Əbdülhəsən Mirzəyevin müraciəti əsasında ona Mirzə Mirzəyevin arvadı və uşaqları ilə birgə ad və soyadları qeyd olunmaqla ünvan N ünvanında yaşaması barədə arayış vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə rayonu Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini XN7 ifadəsində göstərmişdir ki, 07 iyun 1994-cü il tarixdən Bərdə rayonu Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində xidmət etmişdir. O, faktla bağlı bildirmişdir ki, N0N0ci ilin dekabr ayının əvvəllərində Rüfət Mehdiyevin atası Şəfayət Mehdiyevin müraciəti əsasında ona Rüfət Mehdiyevin atası, anası, həyat yoldaşı və iki övladı ilə birgə Bərdə rayonu Yeni Əyricə kəndində yaşaması barədə arayış vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Balakən rayonu Katex kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində xidmət edən X90 ifadəsində göstərmişdir ki, N019-cu ilin oktyabr ayından hazıradək qeyd olunan vəzifədə xidmət etmişdir. O, ifadəsində qeyd etmişdir ki, N0N0-ci ilin dekabr ayının əvvəllərində Asiman Quliyevin atası Sədullah Quliyevin müraciəti əsasında ona Asiman Quliyevin valideynləri ilə birgə, özünün və valideynlərinin ad və soyadları qeyd olunmaqla Balakən rayonu Katex kəndində yaşaması barədə arayış vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Balakən şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində aparıcı mütəxəssis vəzifəsində xidmət edən X74 ifadəsində göstərmişdir ki, N0N0-ci ilin fevral ayından hazıradək yuxarıda qeyd olunan vəzifədə xidmət etmişdir. O, faktla bağlı bildirmişdir ki, N0N0-ci ilin dekabr ayının ortalarında X36 anası X47 müraciəti əsasında ona Elvin Həsənovun anası ilə birgə ünvan 3 ünvanında yaşaması barədə arayış vermişdir. N. Cinayət işinin materiallarında olan digər sübutlar: İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 347 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər X77 N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, əşya, ərzaq və pul təminatından çıxarılmaqla ordu sıralarından tərxis olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 1N dekabr N0N0-ci il tarixli 351 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər X76 1N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, əşya, ərzaq və pul təminatından çıxarılmaqla ordu sıralarından tərxis olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 355 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər X15 N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, əşya, ərzaq və pul təminatından çıxarılmaqla ordu sıralarından tərxis olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 356 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər X70 N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, əşya, ərzaq və pul təminatından çıxarılmaqla ordu sıralarından tərxis olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 357 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər X46 və əsgər X34 N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, əşya, ərzaq və pul təminatından çıxarılmaqla ordu sıralarından tərxis olunmuşlar. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 358 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər X99 N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, əşya, ərzaq və pul təminatından çıxarılmaqla ordu sıralarından tərxis olunmuşdur. İş materiallarında olan 1N sentyabr N0N1-ci il tarixli, N744 №-li məktubdan görünür ki, «Döyüş Nizamnaməsi»nin tələblərinə əsasən, hərbi hissə komandiri tərəfindən verilən şifahi əmr kapitan R.M.X4 toplanmış qismən səfərbərlik qaydasında hərbi xidmətə çağırılmış əsgərlərin üzərində bölmə komandiri kimi funksional vəzifələri yerinə yetirməsi üçün kifayət etmiş, habelə Azərbaycan Respublikası Prezidentinin 01 dekabr N0N0-ci il tarixli, N3/10 №-li Sərəncamından irəli gələn tələblərin icrası onun vəzifə səlahiyyətlərinə aid olmuş, həmin tələbin icrası ilə əlaqədar yuxarı komandanlığın kapitan Təqsirləndirilən şəxs əlavə göstəriş verməsinə zərurət olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin N4 iyun N013-cü il tarixli 0107t №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin 95 illiyi yubiley medalı təltif olunmuşdur. İş materiallarında olan 17N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş Fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs döyüş və ictimai-siyasi hazırlıq dərslərində fərqləndiyinə, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi naliyyətlərə görə «N8 may Respublika Günü» münasibətilə təltif olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, kapitan Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşduur. İş materiallarında olan N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli 3977 nömrəli arayışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində işitrak etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X1N müharibə veteranıdır. O, Talış və Suqovuşan kəndləri uğruna gedən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli sərəncamına əsasən “Vətən Müharibəsi” iştirakçısı medalı ilə təltif edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X3 Müharibəsində iştirak edərkən yaralanmış, kəllə-betin travması, qəlğə yaralanması xəsarətlərini almışdır. İş materiallarında olan sənədlərdən görünür ki, X1N hərbi xidmət müddətində “Qüsursuz Xidmətə görə” üçüncü dərəcəli medalla və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Gəncə Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinin AZ-İİ № 149937 nömrəli xx.xx.N0N16-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə X91 arasında nikahları bağlanılmışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin AZ-İİİ № 889435 nömrəli xx.xx.N017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdə XN8 adlı övladı doğulmuşdur. İş materiallarında olan Gəncə Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinin AZ-İV № 109400 nömrəli xx.xx.N018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N018-ci il tarixdə X37 adlı övladı doğulmuşdur. İş materiallarında olan Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının 804 nömrəli 17 mart N01N-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası XN9 xx.xx.1984-cü il tarixdən xx.xx.199N-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində zabit kimi tankçı ixtisası üzrə xidmət etmiş, xx.xx.199N-ci il tarixədən Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirmişdir. İkinci funksional sinif ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir, hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon ƏSMN-nin 089056 nömrəli xx.xx.N013-cü il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası XN9 N-ci qrup müharibə əlilidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.N-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qiymətləndirdiyi hallar, tədqiq edilmiş sübutlar və iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək yeni hökm çıxarılmalıdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində cinayət hadisəsinin onun tərəfindən törədilməməsi qeyd olunmuş, bu səbəbdən də onun barəsində bəraət hökmünün çıxarılması, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində isə Təqsirləndirilən şəxs əməllərinin CM-in 311.3.N-ci maddəsinə tövsif edilməsi xahiş edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyasının münasibəti: Məhkumun müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını iddia etmişdir. CPM-in 4N.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: -cinayət hadisəsi olmadıqda; (CPM-in 4N.1.1) -əməldə cinayət tərkibi olmadıqda; (CPM-in 4N.1.N) -cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-in 4N.1.3) -təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-in 4N.1.4) Həmin Məcəllənin 4N.N-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: -bu Məcəllənin 4N.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; -bu Məcəllənin 4N.1.N-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; -bu Məcəllənin 4N.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; -bu Məcəllənin 4N.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Lakin yuxarıda göstərilən halların heç biri Təqsirləndirilən şəxs hərəkətlərində müşahidə edilməmişdir. Əksinə o, cinayət əməllərini törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə kollegiyası şahidlərin ifadələrini, üzləşdirmə istintaq hərəkəti protokollarını, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək Təqsirləndirilən şəxs ifadələrini həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, ibtidai araşdırma zamanı toplanmış və iş materiallarına əlavə edilmiş kifayət qədər mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibinin olması tam olaraq sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı heç kimdən pul istəmədiyini və almadığını bildirsə də, iş materiallarından görünür ki, həmin dəlillər hərtərəfli, tam və obyektiv araşdırılaraq yoxlanılmış, nəticədə həmin dəlillərin məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə gətirilərək əsassız olduğu müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hərbi xidmət müddətində heç kimdən rüşvət istəmədiyini və almadığı qeyd etsə də, N nömrəli hərbi hissənin sabiq əsgərləri X70, X77, X99, X76, X15, X43 və X34 ibtidai istintaq zamanı ifadələrində, eləcə də Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmələr zamanı tam olaraq təsdiq etmişlər ki, sonuncu N0N0-ci ilin dekabr ayında onlardan qanunsuz olaraq ailənin tək övladları kimi vaxtından əvvəl ordu sıralarından tərxis olunmaları müqabilində özü üçün şəxsən müxtəlif məbləğlərdə pulu rüşvət istəmiş və almış, aldığı rüşvətin müqabilində onların müvafiq tarixlərdə hərbi hissə komandirinin əmri əsasında ordudan tərxis olunmalarını təmin etmişdir. Göstərilən xüsusatlar həmçinin iş üzrə alınmış digər şahid ifadələri, hərbi hissə komandirinin əmrlərindən çıxarışları və digər iş materialları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq komandiri, polkovnik V.Ə.Ələsgərovun, hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinin sabiq köməkçisi, kapitan T.M.Eyniyevin, həmin bölmənin kargüzar-operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş R.N.Süleymanovun və digər şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs səfərbərliklə hərbi xidmətə çağırılmış və vaxtından əvvəl tərxis olunmalı olan şəxslər kateqoriyasına uyğun olan hərbi qulluqçuların sənədlərinin toplanılaraq şəxsi heyətin uçotu bölməsinə təqdim edilməsinə dair müvafiq tapşırıqlar verilməklə yanaşı, həmin vəzifələr məhz onun üzərinə qoyulmuş, ondan başqa həmin vəzifələri digər şəxs və ya şəxslər icra etməmiş, əsgərlərə aid sənədlər məhz Təqsirləndirilən şəxs tərəfindən hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə təqdim edilmiş və o, bütün sənədlərin orada yoxlanılmasının mümkün olmadığını, bu səbəbdən onun tərəfindən təqdim olunan sənədlərin yoxlanılmadan qəbul edildiyini bilmiş, məhz bundan istifadə edərək əsgərlər E.G.Həsənov, Ə.H.Paşayev, Ə.N.Əmirli, X.Q.Cəfərov, M.Ə.Mirzəyev, R.Ş.Mehdiyev və A.S.Quliyevdən müxtəlif məbləğlərdə pullar alaraq onlar tərəfindən onun tapşırığına əsasən təqdim edilmiş müvafiq məzmunlu arayışları hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə təqdim edərək onun qanunsuz əməlləri barədə məlumatlı olmayan müvafiq hərbi vəzifəli şəxslərin köməkliyi ilə həmin əsgərlərin qanunsuz olaraq vaxtından əvvəl ordu sıralarından ehtiyata buraxılmalarına nail olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan cinayət əməlinin törədilməsinə dair ittihamda göstərilən hərəkətlər həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən və məhz ittihamda göstərilən formada törədilmişdir. Bu hissədə məhkəmə kollegiyası cinayət işi üzrə şahid qismində tanınmış şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri mötəbər və işin faktiki hallarına uyğun hesab edir. Doğrudur, Təqsirləndirilən şəxs pul vermiş şəxslər birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı fərqli məzmunda ifadələr versələr də, məhkəmə kollegiyası işin faktiki hallarını əsas götürərək onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələri daha inandırıcı hesab edir. Belə ki, həmin şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələrin mötəbərliyini şübhə altına almağa heç bir faktiki və hüquqi əsaslar yoxdur. Eyni zamanda iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində ifadə verərkən şahidlər fərqli məzmunda ifadə vermələrinin səbəblərini heç bir faktiki halla əlaqələndirə bilməmiş, onlar ifadələri arasında olan ziddiyyətlərin səbəblərini göstərə bilməmişlər. Cinayət işinin materiallarından isə görünür ki, həmin şəxslər ibtidai istintaq zamanı dindirilərkən onların hüquq və vəzifələri izah edilmiş, yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq onlara edilmiş və yalnız bundan sonra müstəqil şəkildə ifadələrini vermişlər. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs pul vəsaiti vermiş şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini işin digər halları ilə əlaqəli şəkildə təhlil edərək və qiymətləndirərək hesab edir ki, həmin şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri əsas götürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməlləri şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassızdır və iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə ziddiyyət təşkil edir. Beləliklə də, apelyasiya şikayətində göstərilən dəlillər iş materiallarında olan sübutlarla tam təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs əməli CM-in 311.3.N-ci maddəsindən həmin Məcəllənin 31N-1.1-ci maddəsinə tövsif edilmişdir. Apellyasiya protestində məhkəmənin gəldiyi bu nəticə mübahisələndirilmişdir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. İşin hallarından görünür ki, ittihamda nəzərdə tutulan hadisələrin mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən inkar edilməmişdir. Yəni, həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi qeyd olunan hadisələrin baş verməsi hissəsində eyni nəticəyə gəlmişlər. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifində istintaq orqanının gəlmiş olduğu nəticələrlə razılaşmamış və hesab etmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin döyüş hazırlığı bölmə rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən onun hərbi qulluqçuları tərxis etmək hüququ olmamış, sonuncu güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən maddi neməti (pulu) istəməmiş və almışdır. Lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticələrlə razılaşmır və aşağıdakıları qeyd edir: CPM-nin N8-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Eyni zamanda cinayət-prosessual qanunvericiliyə görə cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr təqsirləndirilən şəxsə bəraət verən hallarla yanaşı onu ifşa edən halları da nəzərə almaq vəzifəsini yerinə yetirməlidir. (CPM-nin N8.4.N-ci maddəsi). Həmin Məcəllənin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-nin 145.1-ci maddəsinə əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan əlavə, CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CM-in 311.1-ci maddəsində rüşvət almaya, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Müvafiq tövsifedici əlamətlər olduqda (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar törədildikdə, külli miqdarda törədildikdə) əməl müvafiq olaraq CM-in 311.3.1, 311.3.N və ya 311.3.3-cü maddələri ilə tövsif olunur. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi isə CM-in 31N-1.1-ci maddəsi ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 311ci maddəsində təsbit olunmuş “Rüşvət alma (passiv rüşvətxorluq)” cinayətinin obyektiv cəhətini xarakterizə edən əlamətlər aşağıdakılardır: -vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hər hansı hərəkəti (hərəkətsizliyi) etməsi; -vəzifəli şəxsin xidməti vəzifəsinə (səlahiyyətlərinə) birbaşa daxil olmasa da,onun vəzifə mövqeyi ilə əlaqədar olaraq rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hər hansı hərəkətin (hərəkətsizliyin) yerinə yetirilməsinə yardım etməsində ifadə olunan hərəkətlər (hərəkətsizliklər); -vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə xidmət üzrə ümumi himayədarlıq və ya laqeydliklə əlaqədar etdiyi hərəkətlər (hərəkətsizliklər); -vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə qanunsuz hərəkətlər (hərəkətsizliklər) etməsi; -vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə etdiyi yuxarıda sadalanan hərəkətlərə (hərəkətsizliklərə) görə özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tövsif olunduğu CM-in 31N-1.1-ci maddəsində təsbit olunmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin obyektiv cəhətini xarakterizə edən əlamətlər aşağıdakılardır: -vəzifəli şəxs tərəfindən tutduğu qulluq mövqeyi ilə əlaqədar olaraq həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək; -vəzifəli şəxs tərəfindən tutduğu qulluq mövqeyi ilə əlaqədar olaraq güman edilən təsirimkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək; -vəzifəli şəxs tərəfindən yuxarıda sadalanan məqsədlərlə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi. Qanunun mənasından göründüyü kimi, vəzifəli şəxs həm bilavasitə onun xidməti səlahiyyətlərinə daxil olan hərəkətlərin (hərəkətsizliklərin) icrası ilə əlaqədar rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hər hansı hərəkəti etməsinə görə rüşvət ala bilər, həm də tutduğu vəzifəyə görə xidməti əlaqələrinin (bu zaman şəxsi əlaqələr nəzərə alınmamalıdır) hesabına rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə yerinə yetirə biləcəyi hərəkətlərə (hərəkətsizliklərə) görə rüşvət ala bilər. Həmçinin qeyd etmək lazımdır ki, “nüfuz alveri” cinayəti törədilərkən vəzifəli şəxs həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərir. CM-in 31N-1.1-ci maddəsinə əsasən şəxs məhz vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək məqsədilə maddi və sair nemətləri, imtiyaz və ya güzəşti istədikdə və ya aldıqda, yaxud bu barədə təklifi və ya vədi qəbul etdikdə cinayət məsuliyyəti daşıyır. Belə bir məqsədin mövcudluğu isə təqsirkarın qərarı qəbul edəcək vəzifəli şəxslə münasibətlərinin xarakteri, ona təsir imkanının olması və başqa hallar əsasında sübut edilə bilər. Həmçinin həmin maddədə nəzərdə tutulmuş “həqiqi təsir imkanları” ilə bağlı qeyd etmək lazımdır ki, nüfuz sahibinin müxtəlif konkret vasitələrlə vəzifəli şəxsin qərar qəbul etməsinə təsir göstərə bilməsinin real olması, bunun kənar şəxslərə də məlum olması hallarında “həqiqi təsir imkanları”-ndan söhbət gedə bilər. “Güman edilən təsir imkanları” isə nüfuz sahibinin vəzifəli şəxsin qərar qəbul etməsinə qanunsuz təsir edə bilməsini öz mülahizəsinə, rəyinə, fikrinə əsasən mümkün hesab etməsidir. Təsir imkanlarının olmasını güman etmənin obyektiv əsasları (nüfuz sahibinin qərar qəbul edəcək vəzifəli şəxslə münasibətləri, cəmiyyətdəki mövqeyi, bundan əvvəl başqa vəzifəli şəxslərə təsir etməsi faktlarının olması və s.) olmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili isə onu göstərir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməli CM-in 31N-1.1-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir. Belə ki, CM-nin 31N-1.1-ci maddəsində xüsusi məqsəd vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdən ibarətdir. Şəxs məhz bu məqsədlə maddi və sair nemətləri imtiyaz və ya güzəşti istədikdə və ya aldıqda CM-nin 31N-1.1-ci maddəsi ilə məsuliyyət daşıyır. Lakin cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək ayrı-ayrı vəzifəli şəxslərin qərarına qanunsuz təsir göstərə bilməsi üçün belə bir mövqeyə malik olması müəyyən edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, cinayət işinin materiallarında olan şahid ifadələrindən də görünür ki, ittihamda göstərilən əməllərin törədilməsi məhz hərbi qulluqçulardan pul alınması və ya istənilməsi ilə şərtlənmiş, heç bir vaxt hansısa vəzifəli şəxsə «xahiş etmək» adı altında pul vəsaiti alınmamış və ya istənilməmiş, şəxslər arasındakı danışıqlar da bu mövzuda olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməllləri CM-in 311.3.N-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlir. Belə ki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs ayrı-ayrı vəzifəli şəxslərə həqiqi və ya güman edilən təsir imkanlarının olması müəyyən edilmir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş sabiq N nömrəli hərbi hissənin komandiri, polkovnik Vüsal Ələsgərovun ifadəsindən görünür ki, tərəfindən verilən şifahi göstərişə əsasən Təqsirləndirilən şəxs idarə heyətinin zabiti kimi qismən səfərbərlik elan edilən zaman çağrılmış şəxslərin intizamsız olmalarına görə üzərlərində olan zabit və tabelikdə olan şəxslərə xidmətin təşkili ilə bağlı nəzarət etmişdir. Bundan əlavə, iş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinin sabiq köməkçisi, kapitan X19 ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən hadisələr ərəfəsində Təqsirləndirilən şəxs ona tək övlad olmayan şəxslərin “Müsəlman variantı ilə” yəni pul ilə tərxis olunmasını təklif etmiş və o, razı olmamışdır. İşdə olan 1N sentyabr N0N1-ci il tarixli, N744 №-li məktubdan görünür ki, «Döyüş Nizamnaməsi»nin tələblərinə əsasən, hərbi hissə komandiri tərəfindən verilən şifahi əmr kapitan R.M.X4 toplanmış qismən səfərbərlik qaydasında hərbi xidmətə çağırılmış əsgərlərin üzərində bölmə komandiri kimi funksional vəzifələri yerinə yetirməsi üçün kifayət etmiş, habelə Azərbaycan Respublikası Prezidentinin 01 dekabr N0N0-ci il tarixli, N3/10 №-li Sərəncamından irəli gələn tələblərin icrası onun vəzifə səlahiyyətlərinə aid olmuş, həmin tələbin icrası ilə əlaqədar yuxarı komandanlığın kapitan Təqsirləndirilən şəxs əlavə göstəriş verməsinə zərurət olmamışdır. Bundan başqa, Silahlı Qüvvələrin Daxili Nizamnaməsinin 9-cu maddəsindən görünür ki, rəis tabelikdə olanlara əmr vermək hüququna malikdir və tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludur. Həmin Nizamnamənin 11-ci maddəsindən görünür ki, Təqsirləndirilən şəxs kapitan rütbəsində xidmətdə olduğuna görə özündən rütbə və vəzifədə olan şəxslərə birbaşa rəis hesab olunur. Nizamnamənin 14-cü maddəsindən görünür ki, Əmrlər bir qayda olaraq tabelik üzrə verilir. Böyük rəis zəruri hallarda tabe olana əmr verə bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs səfərbərliklə əlaqədar çağırılmış şəxslərin üzərində nəzarət etməsindən və həmin şəxslərin onu rəhbər kimi qəbul etmələrindən istifadə edib onların digər şəxsi heyətdən əvvəl tərxis olunmalarından qazanc əldə etmək məqsədi ilə faydalanmış və özü üçün maddi nemət əldə etmək məqsədi ilə vəzifəsindən sui-istifldə etməklə müxtəlif məbləğlərdə pulu rüşvət olaraq istəmiş və almışdır. İşin hallarından görünür ki, təqsirləndirilən şəxs mütamadi olaraq pul vermiş şəxslərin üzərlərində rəhbəredici şəxs kimi göstərişlər və tapşırıqlar verdiyindən həmin yuxarıda göstərilən şəxslər onu nəzarət edən şəxs kimi qəbul etmiş və tərxis olunmaları ilə bağlı hər hansı bir digər zabitə deyil, məhz Təqsirləndirilən şəxs maddi nemət pul, yəni rüşvət vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. (CM-nin N44.1-ci maddəsi və 18N.N.4-cü maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 17 mart və N1 oktyabr N011-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart N006, “Fadin Rusiyaya qarşı” iş üzrə N7 iyul N006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.N009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə N4 may N007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, bir sübutun qəbul edilməsi digərinin rədd edilməsi motivlərini göstərməmiş, özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış və işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının icasında tədqiq edilmiş mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmiş və almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 311.3.N-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalı, həmçinin ona əlavə cəza olaraq dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-in 59-cu maddəsində sadalanan, eləcə də CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM-in 59.N-ci maddəsi). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.N-ci maddəsinə əsasən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. CM-in 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 46.N-ci maddəsinə əsasə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, zabit kimi xidmət etdiyi 10 il ərzində digər qanun pozuntusuna yol verməməsi, xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunması, himayəsində iki azyaşlı uşağının olması, himayəsində olan atasının N-ci qrup müharibə əlili olmasını, 1984-cü ildən 199N-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində, 199N-ci il tarixdən isə tankçı ixtisası üzrə zabit kimi xidmət edib polkovnik-leytenant rütbəsinə qədər yüksəlməsi, ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkdiyi üçün hərbi xidmətə yarasız hesab edilməsi, özünün xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Vətən Müharibəsində, xüsusən də Suqovuşan və Talış kəndləri uğrunda ağır döyüşlərdə işitrak etməsi, döyüşlərə iştirak edərkən ağır yaralanması (kəllə-beyin travması və qəlpə yaralanması), “Vətən Müharibəsi iştirakçısı” medalı ilə, o cümlədən hərbi xidmət müddətində bir sıra medallarla təltif olunması CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə istintaqı zamanı Rüstəm Tarıverdiyev özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməsə də, məhkəmə baxışının sonunda ona köməklik etməsini xahiş etməsi və məhkəmə iclaslarındakı davranışı onun əməlini dərk etməsi və bu əməlindən peşmançılıq hissi keçirməsi qənaətinə gəlməyə əsas verir və bu hal da ona cəza təyin edilərkən nəzərə alınmaya bilməz. N7 sentyabr N0N0-ci il tarixdə başlayan Vətən Müharibəsi 10 noyabr N0N0-ci il tarixdə Qələbə ilə başa catmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqların işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə olunan möhtəşəm zəfər azərbaycanlıların milli birliyinin və həmrəyliyinin təcəssümü kimi tarixə yazılacaqdır. Ali Baş Komandanın qətiyyətli və müdrik rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun cəsarəti və şəhidlərin qanı hesabına 30 il ərzində həll edə bilinməyən məsələ cəmi 44 gün ərzində həll etməklə torpaqlar erməni işğalından azad edilərək ölkənin tarixi ərazi bütövlüyü bərpa edilmişdir. Məhz belə bir şəraitdə, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirakı, onun Vətən qarşısında xidmətləri nəzərdən qaçırılmamalı, ona cəza təyin edilərkən digər hallarla yanaşı onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda olan döyüş əməliyyatlarında iştirakı nəzərə alınmalıdır. Cəzanın xüsusi xəbərdaredici məqsədi kimi, onu göstərir ki, müəyyən növdə və həddə cəzaya məhkum edilmiş şəxs, cəzasını çəkərkən öz davranışının neqativ tərəfini dərk edir və bir daha yeni cinayətlər törətmir. Əgər cəza ədalətli təyin edilirsə, yəni təyin edilən cəza cinayətin ağırlığına və cinayətkarın şəxsiyyətinin təhlükəliliyinə uyğun gəlirsə, məhkəmə prosesində dövlətin tarixi qələbə əldə etdiyi zaman kəsiyində mənəvi dəyərlərə ciddi riayət etməklə yuxarıda qeyd edilən amillərin nəzərə alınması ilə təyin edilən cəza islah etmənin ilkin düzgün əsasını qoymuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N5 iyun N003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral N017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.N-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarının N5-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və CM-in 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək əsas cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası cəza təyini zamanı aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) NN saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyasının iclasında tədqiq olunan ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-nin 1N4-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 311.3.N-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz məhkum tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. CPM-nin 399.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 399.1.1. məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 399.1.N.məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 399.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi. CPM-nin 401.1.1 və 401.1.N-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə, ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir: CPM-nin 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.N. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü CPM-in 399-cu, 401-ci və 403-cü maddələrinin tələblərinin pozulması ilə çıxarıldığından ləğv edilməli və iş üzrə yeni hökm çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 397, 398.1.N, 399, 401, 403, 407-410 və 41N-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31N-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «N4» dekabr N0N1-ci il tarixli, 1(098)-N47/N0N1 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilsin. İş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.N-ci maddəsinə əsasən N (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, ictimai qaydaya əməl etmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, ictimai faydalı işlə məşğul olmaq, ictimai-təhlükəli əməlləri törətməkdən çəkinmək, özünü cəmiyyətə və ailəsinə faydalı bir insan kimi yetişdirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli 08 dekabr N0N3-cü il tarixdən hesablansın, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş N (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Birinci instansiya məhkəməsində işə baxılarkən dövlət hesabına pulsuz hüquqi xidmətlərinə görə müdafiəçiyə ödənilməli olan haqq, vəkil Müdafiəçi 35 (otuz beş) iş saatına görə N10 (iki yüz on) manat dövlət büdcəsi hesabına Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-16/2023
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1-1(104)-16/2023
08.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver