Məhkəmə qərarları › İş №1-1(104)-2/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-2/2024

05.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-2/2024 05.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X3 ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İnqilab oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 0N fevral N0N3-cü il tarixli, 1(098)-17/N0N3 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 0N fevral N0N3-cü il tarixli, 1(098)-17/N0N3 saylı hökmü ilə (sədrlik edən S.Ə.Əzizov) xx.xx.1996-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Bərdə rayonunun Yerli Ağalı kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün N-ci tağımının komandiri, gizir, barəsində N4 noyabr N0NN-ci il tarixdə «Həbs» qətimkan tədbiri seçilməklə 13 yanvar N0N3-cü il tarixdə tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin N XN saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın dörd gününə azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin N9 mart N0NN-ci il tarixli 1 (098)-91/N0NN nömrəli hökmü ilə CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinməklə təyin edilmiş aylıq pul təminatından 05 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 05 (beş) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş qalan 04 (dörd) ayı CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.N və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs 0N sentyabr N0NN-ci il tarixdən 03 sentyabr N0NN-ci il tarixədək tutulduğu 01 (bir) gün və 13 yanvar N0N3-cü il tarixdən 0N fevral N0N3-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı N0 (iyirmi) gün, cəmi N1 (iyirmi bir) gün müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə, həmin müddət Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində 03 (üç) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs oglunun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, onun üzərində saxlanılmış 03 (üç) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması və onun üzərinə sınaq müddəti ərzində nümunəvi hərbi xidmət keçmək, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs oglunun davranışına nəzarət edilməsinin hazırda hərbi qulluq keçdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə qeydiyyat və yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə zalından dərhal həbsdən azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs gizir olmaqla üç aydan artıq müddətdə üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Əliağalılar kəndində yerləşən 1-ci taborunun 1-ci bölüyünün N-ci taqım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən xidmət etdiyi hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli, 46 nömrəli əmri ilə N fevral N0NN-ci il tarixdə 15 gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N5 fevral N0NN-ci il tarixdə məzuniyyətdən hərbi hissəyə qayıtmalı olduğu halda qayıtmamış, 0N sentyabr N0NN-ci il tarixdə saat 08:00-da Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmiş, bununla da, o, gizir olmaqla üç aydan artıq müddətdə üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında qayıtmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs bu hərəkəti ilə CM-in 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək Tərtər Hərbi Məhkəməsinin 0N fevral N0N3-cü il tarixli hökmü dəyişdirilmsəini və Təqsirləndirilən şəxs CM-in 333.4-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə CM-in 70-ci maddəsi xaric edilməklə ona CM-in 333.4-1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini və xarakterini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almamış, törətdiyi cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, əsassız olaraq CM-in 70-ci maddəsini tətbiq etmişdir. Aşağıda göstərilən əsaslara görə hökm dəyişdirilməlidir. Təqsirləndirilən şəxsin gənc olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət qanunvericiliyi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddini 16 yaş müəyyən etmiş, ictimai təhlükəliliyinə görə fərqlənən bəzi cinayətləri törətməyə görə isə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddini 14 yaş müəyyən etmişdir. Bundan əlavə, cinayət qanunvericiliyində 18 yaşdan 60 yaşadək olan kişilər üçün hər hansı bir imtiyaz və s. nəzərdə tutulmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasına dair gəldikdə isə bildirilməlidir ki, sadalanan hallar onun həqiqətən əməlindən peşman olduğunu təsdiq etmir. Belə ki, CM-in 7N.1-ci maddəsində verilən açıqlamaya görə səmimi peşmançılıq dedikdə, cinayəti törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi başa düşülür. Təqsirləndirilən şəxs hərəkətlərində isə bu əlamətlərin heç biri mövcud deyil. Belə ki, iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs könüllü gəlməyərək polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə də törətdiyi cinayət əməlini etiraf edib əməlindən peşman olduğunu bildirsə də, həmçinin xx.xx.N0NN-ci il tarixdə barəsində Amnistiya Aktının tətbiq edilməsini xahiş etsə də, elə həmin gün xidmət yerinə qayıtmalı olduğu halda qayıtmayaraq, xx.xx.N0NN-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs ifadəsində təqsirini boynuna almasını göstərsə də, barəsində cinayət işinin istintaqının aparılmasına baxmayaraq, eyni xarakterli cinayəti təkrar törətməsinə davam etmiş, bununla da, təqsirini boynuna alması formal xarakter daşıyaraq həqiqəti əks etdirməmişdir. Çünki, şəxsin barəsində cinayət işinin istintaqının aparıldığı müddətdə yenidən eyni xarakterli cinayətin törətməsi, onun əməlindən peşman olmasını bildirməsi ilə üst-üstə düşmür. Belə olan halda, məhkəmənin Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olması qənaətinə gəlməsinin səbəbi anlaşılan deyil. Bundan başqa, Təqsirləndirilən şəxs hərbi xidmətini davam etdirmək arzusunda olmasına dair qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək, xx.xx.N0N1ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NNci il tarixədək, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək və xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0N3-cü il tarixədək hərbi hissəni tərk edərək, xx.xx.N0N1-ci il tarixdən hökm çıxarılanadək, yəni xx.xx.N0N3-cü il tarixədək və yaxud N il 6 ay ərzində 405 gün və ya N il N ay N gün müddətdə hərbi hissədə olmamağı onun hərbi xidmətini davam etdirmək arzusunun əksinin göstəricisi olmuş, həmçinin Təqsirləndirilən şəxs hərbi xidmətini davam etdirmək arzusunda olmasını deyib yalnız istəyini nümayiş etdirmişdir. Hər hansı bir şəxsin istəyinin yüngülləşdirici hal kimi nəzərə alınması isə cinayət qanunvericiliyində qəbuledilməzdir. Buradan da görünür ki, məhkəmə cinayət işində olan halları düzgün qiymətləndirməyərək, sübut olunmuş faktlara deyil, yalnız təqsirləndirilən şəxsin həqiqəti əks etdirməyən ifadəsinə istinad etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ailədə gəlir gətirən yeganə şəxs olmasına dair qeyd edilməlidir ki, məhkəmə onun ailədə gəlir gətirən yeganə şəxs olmasını araşdırmadan və hökmdə buna dair hər hansı bir təsdiqedici sənəd göstərmədən həmin halı əsassız olaraq yüngülləşdirici hal kimi nəzərə almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs öz ifadəsindən də görünür ki, o, hərbi hissədə olmadığı müddətlərdə heç yerdə işləməmiş və evə gəlir gətirməmişdir. Hətta, şahid X5 məhkəməyə verdiyi ifadəsində, Təqsirləndirilən şəxs atasının ona, oğlu Təqsirləndirilən şəxs 4-5 gündür evə gəlmədiyi, evdə problem yaratdığı, tez-tez evdən pul istədiyini və hərbi hissəyə getmədiyini bildirməsini qeyd etmişdir. Bundan başqa, məhkəmə Ü.Q.X1 iştirak etməsini və döyüşlərdə göstərdiyi şücaətlərə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını yüngülləşdirici hal kimi nəzərə alınmasına dair bildirilməlidir ki, Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1ci il tarixədək və xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək olan müddətə xidmət yerini özbaşına tərk edərək CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə görə onun xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək aparılan Vətən Müharibəsində iştirak etdiyi, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunduğu nəzərə alınaraq barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr N0N1-ci il tarixli Qərarının 1.1 və 1.N-ci bəndlərini tətbiq etməklə N5 fevral N0NN-ci il tarixdə CPM-nin 39.1.1N-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, bundan sonra, Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda xx.xx.N0NN-ci il tarixdə xidmət yerinə qayıtmaqla bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında qayıtmayaraq CM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli hökmündən görünür ki, onun Vətən Müharibəsində iştirak etməsi və “Cəsur döyüşçü” medalı ilə təltif olunması yüngülləşdirici hal kimi bir daha nəzərə alınaraq CM-in 333.4-cü maddəsinin sanksiyası daxilində cəzanın aşağı həddi olan aylıq pul təminatından dövlət nəfinə 5 faiz məbləğində pul tutulmaqla 5 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək aparılan Vətən Müharibəsində iştirak edərək “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunduqdan sonra bir neçə dəfə eyni xarakterli cinayətlər törədərək, onun müharibədə iştirakı və medallarla təltif edilməsi dövlət orqanları tərəfindən N dəfə nəzərə alınmasına baxmayaraq, hazırda məhkəmə tərəfində 3-cü dəfə də nəzərə alınmışdır. Bu da, CM-in 41-ci maddəsində təsbit edilmiş cəzanın məqsədinə ziddir. Təqsirləndirilən şəxs müharibədə iştirakı və medallarla təltif edilməsi dəfələrlə nəzərə alınması cəzasızlıq mühitinə gətirib cıxarır və cəzanın məqsədinə xidmət etmir. Belə olan halda Təqsirləndirilən şəxs tərəfindən yenidən cinayət törədilməsinə şərait yaranır. Buna misal olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulmasına baxmayaraq, məhkəmə baxışı zamanı da hərbi hissəni özbaşına tərk edərək ikinci dəfə tutulmasını göstərmək olar. Bir sözlə, Təqsirləndirilən şəxs müharibədə iştirakı və medallarla təltif edilməsi dövlət orqanları tərəfindən iki dəfə nəzərə alınmasına baxmayaraq, ona göstərilən etimadı doğrulda bilməyib, əksinə olaraq, cəzasızlıq mühitindən istifadə edib yenidən eyni xarakterli cinayət törətmişdir. Məhkəmə cəza təyin edərkən Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar şəxsi heyətin komandanlığın sərəncamında qalması zəruriliyini vurğulasa da, Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərini mütəmadi olaraq yerinə yetirməyib N il 6 ay ərzində N il N ay N gün hərbi hissədə olmaması onun hərbi hissədə komandanlığın sərəncamında qalmasının zəruriliyi vacib və mütləq deyil, çünki həmin şəxsin eyni cinayəti törətməsi ehtimalı vardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, özünün ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını və artıq islah yolunda olmasını, həmçinin ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın real olaraq çəkilməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə biləcəyini və nəticədə onun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini qeyd etsə də, bu sübut edilmiş hallara əsaslanmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs dəfələrlə hərbi hissəni tərk etməsi, ibtidai istintaq və məhkəmə baxışında belə xidmət yerinə gəlməməsi və könüllü deyil, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunması onun ictimai təhlükəliliyinin azalmasına yox, ictimai təhlükəli şəxs kimi qalmasına dəlalət edir. Məhkəmənin Təqsirləndirilən şəxs artıq islah yolunda olması qənaətinə gəlməsi də, şübhə doğurur, çünki həmin məhkəmə tərəfindən aparılan istintaq zamanı Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən boyun qaçırması nəticəsində barəsində axtarış verilərək tutulması faktı bunu əksini göstərir. Məhkəmənin Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın real olaraq çəkilməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə biləcəyini və nəticədə onun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini qeyd etməsi də, başa düşülən deyil, çünki, məhkəmə bunu, yalnız qeyd etməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın real olaraq çəkilməsi onun özünü və ailəsini hansı ciddi məhrumiyyətlərə düçar edə biləcəyini göstərməmiş və təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın hansı səbəbə görə Təqsirləndirilən şəxs islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini əsaslandırmamış, bundan əlavə, Təqsirləndirilən şəxs birinci dəfə Amnistiya Aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, N-ci dəfə ona sanksiya daxilində azadlıqdan məhrum etmə ilə bağlı olmayan aşağı həddə cəza təyin edilmiş, lakin, bundan nəticə çıxarmayıb islah olunmayaraq barəsində məhkəmədə cinayət işinin istintaqının gedişində bir daha eyni xarakterli cinayət törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs islah yolunda olmayaraq törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini dərk etməmiş və əməlindən peşman olmamışdır. Belə olan halda isə Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin yenidən törətməsi ehtimalı qalmaqda davam edir. Təqsirləndirilən şəxs hazırda hərbi qulluqçu olaraq mütəmadi olaraq eyni xarakterli cinayətlərin törətməsi və ictimai təhlükəli şəxs kimi qalması onu göstərir ki, o, cəmiyyətdən təcrid edilməsə cəzanın məqsədlərinə nail olmaq mümkün olmayacaqdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar olmasa da, məhkəmə CM-in 70-ci maddəsini tətbiq edərkən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən halları, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini düzgün qiymətləndirməmişdir. Lakin buna baxmayaraq, CM-in 70-ci maddəsini tətbiq etmək üçün hökmdə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarla əlaqədar onun ictimai təhlükəliliyinin azalmasını, eləcə də, həmin hallarla bağlı onun artıq islah yolunda olmasını göstərmişdir. Ədalətli cəza təyin edilməsi üçün zəruri amillərdən biri də məhkəmə tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu müddət ərzində hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasını da nəzərə almamış, Təqsirləndirilən şəxs ictimai təhlükəliliyinin azalması və islah yolunda olduğu faktını təsdiq edən hər hansı bir tutarlı dəlillərlə əsaslandırmamış və bu iş materiallarindan da görsənmir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halı cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, həmin halın gəlinmiş nəticəyə təsirini tutarlı dəlillərlə əsaslandırmamışdır. Qeyd etmək lazımdir ki, CPM-in 139.0.5.-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar da sübut edilməli halların siyahısına daxil edildiyindən məhkəmənin istinad edərək CM-in 70-ci maddəsini tətbiq etdiyi həmin hallar sübuta əsasən müəyyən edilməlidir. Bu baxımdan məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğu barədə gəldiyi nəticələri hökmdə kifayət qədər əsaslandırmamışdır. Ona görə də həmin hallar sübuta əsasən müəyyən edilmədiyinə və mötəbər və yekun nəticəyə gəlməyə imkan verə biləcək həcmdə olmadığına görə məhkuma CM-in 70ci maddəsinin tətbiq edilməsi üçün kifayət hesab edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin ictimai təhlükəliliyini, xarakterini və şəxsiyyətini düzgün nəzərə almamış, onun şəxsiyyətinə açıq-aydın uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestinin dəlillərini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, məhkəmə tərəfindən cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, cinayətin törədilmə şəraitinin, cəzanı yüngülləşdirən halların düzgün qiymətləndirilməməsini göstərdi, bu səbədən də CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fuad İsgəndərov apellyasiya protestinə etiraz etdilər, protestin təmin edilməməsini və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkum əlavə olaraq göstərdi ki, əməlindən peşmandır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.N-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müriciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunmasına dair dövlət ittihamçısının, apellyasiya protestinin təmin olunmamasına dair məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası, apellyasiya protestinin dəlillərində göstərilməsə də CPM-in 397-ci maddəsinin tələblərindən çıxış etməklə protestin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində də yoxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. İbtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi məhkumun əməlinin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Məhkumun əməli CM-in 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi özünün etiraf edici ifadə ləri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya protestinin məzmunundan göründüyü kimi, protestin dəlilləri cəzanın şərti hesab edilməsi ilə bağlıdır. Protestdə işin faktiki halları və əməlin tövsifi mübahisə edilmir. Belə ki, apellyasiya protestində Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya CM-in 70-ci maddəsinin tətbiqi mübahisələndirilmiş, cəzanın şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsi xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən CM-in 8.1, 9.N, 41.N, 58, 59 və 61-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları (onun gənc olmasını, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, ailədə əsas gəlir gətirən şəxs olmasını və hərbi xidmətini davam etdirmək arzusunda olmasını, Vətən müharibəsində iştirak etməsini və döyüşlərdə göstərdiyi şücaətlərə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını) və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumun törətmiş olduğu cinayət əməlinin törədilməsi üsulunu, məhkumun davranışını, məhkumun törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməli və məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. CM-in 70.1 və 70.N-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamələndirir, onun tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CM-in 41.N-ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (Cinayət Məcəlləsinin 7-ci maddəsi), ədalət (Cinayət Məcəlləsinin 8-ci maddəsi), humanizm (Cinayət Məcəlləsinin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 41.N və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsinin 59.N-ci maddəsi). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-in 61.N-ci maddəsinə əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkəmələr Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırmalıdırlar (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 4, § 4, N5 iyun N003-cü il). Məhkəmə kollegiyası hesab edir ki, hökmdə qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işində olan və məhkəmələrdə tam, hərtərəfli və obyektiv yoxlanılaraq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit edən CPM-in 139.0.5-ci maddəsinin də tələbi pozulmamışdır. Ona görə də məhkəmə kollegiyası hökmdə göstərilən halların cəzanı hüngülləşdirən hallar kimi nəzərə alınmalı olmadığına dair protestin dəlilləri ilə razılaşmır və bu dəlilləri əsassız hesab edir. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş cəzanı yüngülləşdirən halları cəzanın şərti tətbiq edilməsi üçün kifayət olmadığı qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-in 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Azərbaycan Respublikası CMin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun N5 iyun N003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın N-ci bəndində göstərilmişdir cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-in 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Plenum həmin Qərarında həmçinin qeyd etmişdir ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət Qanununun sadalanan normalarının təhlilindən də görünür ki, cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı ilə özünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanığıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın tam islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Belə vəziyyətdə cəzanın məqsədlərinə daha tez nail olunmağa başlandığı üçün cəzanın real olaraq çəkilməsinə zərurət aradan qalxır. Belə hallarda cəzanın real olaraq çəkilməsinə lüzum qalmır. İşin hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan “xidmət yerinə vaxtında qayıtmama” cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Əliağalılar kəndində yerləşən 1-ci taborunun 1-ci bölüyünün N-ci taqım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən xidmət etdiyi hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli, 46 nömrəli əmri ilə N fevral N0NN-ci il tarixdə 15 gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N5 fevral N0NN-ci il tarixdə məzuniyyətdən hərbi hissəyə qayıtmalı olduğu halda qayıtmamış, 0N sentyabr N0NN-ci il tarixdə saat 08:00-da Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmiş, bununla da, o, gizir olmaqla üç aydan artıq müddətdə üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 333.4-1-ci maddəsində nəzərdə tutulan əməl hərbi cinayət olmaqla, bu cinayətin ictimai təhlükəlilıyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. Törədilmiş cinayətin obyekti Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi mükəlləfiyyəti təmin edən ictimai münasibətlərdir, başqa sözlə desək hərbi xidmət keçmə qaydalarıdır. Hərbi xidmətdə olan hərbi qulluqçu hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi, döyüş hazırlığının təmin edilməsi üçün daim hərbi hissənin (komandirin) sərəncamında olmalıdır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən, komandir tabeliyində olanların harada olduqlarını və nə etdiklərini həmişə bilməlidir. Cinayətin ictimai təhlükəliliyi komandirin (rəisin) tabeliyindəki hərbi qulluqçunu lazım olan vaxtda tapmasına, müəyyən tapşırıqlar verməsinə zərurət yarandıqda, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş, yaxud da xidmət yerinə vaxtında qayıtmamış bu hərbi qullquçunun bu işə əngəl törətməsində, bununla da rəislə tabelikdəki hərbi qulluqçu arasında əlaqənin itməsində, hərbi xidmət qaydalarının pozulmasında ifadə olunur. Son nəticədə bu şəxsi heyət arasında hətbi intizamın zəfləməsinə, qarşıya qoyulmuş vəzifələr yerinə yetirilməyəcək dərəcədə hərbi hissənin döyüş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, Silahlı Qüvvələrin hərbi hissələrinin döyüş hazırlığının, şəxsi heyət arasında hərbi intizamın təmin edilməsi CM-in 333-334-cü maddələrində göstərilən cinayətləri törətmiş şəxslərin bu əməllərə görə təqsirli bilindikləri halda sərt cəzalandırılmasını zəruri edir. Lakin hazırki işə baxan məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti hesab edərkən işin hallarını, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 8, 58.3, 70-ci maddələrində göstərilən, cəzanın müəyyən edilməsinə və şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, bununla da Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayət əməlini törətdiyinə (xidmət yerinə vaxtında qayıtmadığına) görə əvəllər də CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, lakin o, bundan heç bir nəticə çıxarmayaraq öz cinayət əməlini davam etdirmişdir. Bu da onun çətin islah oluna bilən şəxs olduğuna, islah yolunda olmadığına dəlalət edir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən halları, xüsusən də onun törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını kifayət qədər nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edib, ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Məhkumun apellyasiya icraatı zamanı davranışı da bu qənaətə gəlməyə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış işin yuxarıda qeyd edilən halları (o cümlədən cəzanı yüngülləşdirən hallar) məhkum Təqsirləndirilən şəxs islah olunan olmaqla CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi yolu ilə məhkumun islah olunmasına nail olmaq mümkündür. Məhkumun şəxsiyyəti, davranışı, işin halları, məhkəmə kollegiyasına bu nəticəyə gəlməyə əsas verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı məhkəmə baxışından yayındığına görə xx.xx.N0N3-cü il tarixli qərarala onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və axtarış elan edilmişdir. Ağdam rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi tərəfindən aparılmış axtarış-əməliyyat tədbirləti nəticəsində Təqsirləndirilən şəxs xx.xx.N0N4-cü il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin N saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. CPM-in 399.1, 391.4 və 399.1.5-ci maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.N. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, hökmdən CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni xx.xx.N0N4-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 41N-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 0N fevral N0N3-cü il tarixli, 1(098)-17/N0N3 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 3 (üç) il 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası icraya yönəldilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.N0N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0N saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar