Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-22/2023 17.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Apellyasiya Məhkəmələrində X6 üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X1, Zərərşəkmiş şəxs və mülki iddiaçı X3, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirli blinib məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1-1(095)-016/2023 saylı hökmündən zərərşəkmiş şəxs və mülki iddiaçı Könül Quliyevanın, məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Hərbi Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim K.N.Muxtarov), 17 yanvar 2023-cü il tarixli, 1-1(095)-016/2023 saylı hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissədə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən hər ay aylıq pul təminatından 10 (on) faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası müddətinin əvvəlinin Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması, hökmün icrasının N nömrəli hərbi hissənin komandanlığına həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxs X8 tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddianın qismən təmin edilməsi, mənəvi zərər kimi 5000 (beş min) manat məbləğində pulun və 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş X4 ödənilməsi hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz olaraq toplamış, habelə, pornoqrafik materialları yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Şəmkir şəhərinin ərazisində yerləşmiş N nömrəli hərbi hissəsinin (3-cü Ordu Korpusu) qərargah bölüyünün komendant tağımının avtomobil manqasının sürücüsü vəzifəsində əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən təxminən 2016-cı ilin iyun ayından etibarən ərazi baxımından həmin hərbi hissənin daxilində yerləşən N3 nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün yazarı vəzifəsində kiçik çavuş rütbəsində xidmətdə olan qadın hərbi qulluqçu X4 özünü ailə vəziyyəti baxımından subay kimi təqdim edib onunla tanış olmuş, onu ciddi sevgi münasibətləri qurmaq istədiyinə inandırmış və aralarında sevgili münasibətləri yaranmış, o, həmin bölüyün taktiki komanda məntəqəsinin sürücüsü vəzifəsində əsgər rütbəsində xidmətdə olarkən təxminən 2016-cı ilin avqust ayının sonlarında gecə saat 04 radələrində Gəncə şəhərində yerləşən xalasıgilin evində olan kiçik çavuş Könül Quliyevanın istifadəsində olmuş Bakcell mobil operatoruna məxsus ***- ***-**-** saylı mobil nömrəyə zəng edib onunla danışmağa başlamış və intim məzmunlu söhbətlər edərək onu ehtiraslandırıb görüntülü şəkildə onun çılpaq halda bədənini və intim yerlərini görmək istədiyini bildirmiş, kiçik çavuş Könül Quliyeva da onun istəyini yerinə yetirib aralarındakı danışığı qeyd olunan mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” tətbiqində görüntülü şəkildə davam etdirmiş və əynindəki geyim əşyalarını çıxarıb ilk öncə sinə nahiyəsini, daha sonra isə çılpaq halda bütün bədənini və intim yerlərini ona göstərən zaman kiçik çavuş Könül Quliyevanın məlumatı olmadan gizli şəkildə həmin görüntüləri telefonda olan funksiya vasitəsilə 02 (iki) ədəd video şəkilində qeydə alaraq telefonunun yaddaşında saxlamaqla şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını toplamış, bir müddət sonra kiçik çavuş Könül Quliyeva onun evli olduğunu bilib münasibətlərinə son qoyduqdan sonra isə onu rüsvay etmək, habelə, kiçik çavuş Könül Quliyeva ilə intim münasibətləri olduğunu nümayiş etdirmək məqsədilə, topladığı qeyd olunan video çəkiliş materiallarını təxminən 2016-cı ilin sonlarından 2021-ci ilin oktyabr ayınadək olan müddətdə “WhatsApp” tətbiqi vasitəsilə istintaqa məlum olmayan şəxslərin mobil telefonlarına göndərməklə şəxsi həyatın sirri olan məlumatları əks etdirən pornoqrafik xarakterli video çəkiliş materiallarını yaymışdır. Məhkəmənin gəldiyi nəticəyə görə qeyd edilən hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-nin 156.1 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərşəkmiş şəxs və mülki iddiaçı X8 apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1-1(095)-016/2023 saylı hökmünü ləğv edib Təqsirləndirilən şəxs CM-nin 156.1 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona təqsirləndirildiyi maddənin sanksiyasının ən yuxarı həddində ağır cəza təyin edilməsi və mülki iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərşəkmiş şəxs və mülki iddiaçı X8 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə məhkuma təyin edilən cəzanın həddi və mülki iddia ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 156.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və həmin maddədə nəzərdə tutulmuş cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin etməməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, onun həmin videodan xəbəri olmamış, yalnız 2021-ci ildə bu haqqda bilmişdir və həmin müddət ərzində təqsirləndirilən şəxs tərəfindən bu video görüntülər yayılmışdır. Bundan başqa, CM-nin 242-ci maddəsinin sanksiyasında üç ilədək azadlıqdan məhrumetmə cəzası qeyd edilməsinə baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 242-ci maddəsi ilə yüngül cəza təyin edərkən nəzərə almamıdır ki, o, Teymurazın evli olduğunu bilib münasibətlərə son qoyduqdan sonra təqsirləndirilən şəxs onu rüsvay etmək, habelə onunla intim münasibətlərdə olduğunu nümayiş etdirmək məqsədi ilə topladığı qeyd olunan video çəkiliş materialını 2021-ci ildə WhatsApp tətbiqi vasitəsi ilə müxtəlif şəxslərin mobil telefonlarına göndərməklə, şəxsi heyətin sirri olan məlumatları əks etdirən parnoqrafik video çəkiliş materialını yaymışdır. Həmçinin birinci instansiya məhkəməsi mülki iddianı qismən təmin edilməsi barərə qərar qəbul edərkən nəzərə almamışdır ki, cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmişdir. Səhhətində yaranan problemlərlə əlaqədar müayinə və müalicə alır. Heç cür rahatçılıq tapa bilmir. Odur ki, Gəncə Hərbi Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1-1(095)-016/2023 saylı hökmünü ləğv edib Təqsirləndirilən şəxs CM-nin 156.1 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona təqsirləndirildiyi maddənin sanksiyasının ən yuxarı həddində ağır cəza təyin edilməsi və mülki iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkumun müdafiəçisi Müdafiəçi birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-016/2023 saylı, 17 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs CM-nin 156.1 və 242-ci maddələri ilə verilmiş ittihamlar sübut edilmədiyindən və onun əməllərində həmin maddələrin tərkibi olmadığından ona həmin maddələrlə bəraət verilməsi və mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-016/2023 saylı, 17 yanvar 2023-cü il tarixli hökmünü qanunsuz, əsassız, ədalətsiz və qeyri-obyektiv hesab edirlər. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz olaraq toplama, habelə, pornoqrafik materialları yayma cinayət əməllərini törətməkdə təqsirləndirilmişdir. İşdən isə göründüyü kimi əvvəla, video çəkiliş təxminən 2016-cı ilin ortalarında baş vermiş, lakin həmin videonun kiməsə göndərilməsi, nə vaxt göndərilməsi və kim tərəfindən hansı məqsədlə göndərilməsi nə ibtidai istintaq orqanı tərəfindən və nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Eyni zamanda, şahid X5 ifadəsində bildirmişdir ki, sözügedən video görüntülər ona təxminən 2021-ci ilin oktyabr ayının sonlarında tanımadığı mobil nömrədən "WhatsApp" mobil tətbiqi vasitəsi ilə göndərilmişdir. Cinayət işinin materiallarından isə göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən həmin vaxta qədər, yəni 2021-ci ilin oktyabr ayının sonlarınadək həmin video görüntülərin kiməsə göndərilməsi sübut olunmamışdır. Müdafiə tərəfi olaraq belə hesab edir ki, nə ibtidai istintaq zamanı və nə də məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması sübut edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri isə sözügedən video görüntülərin Təqsirləndirilən şəxs tərəfindən yayılmasını təsdiq etmir. Eyni ilə belə hesab edir ki, nə ibtidai istintaq zamanı və nə də məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət sübut edilməmişdir. Onu da qeyd etmək lazımdır ki, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin hər birinə: "siz bu sözügedən video görüntülərin Təqsirləndirilən şəxs tərəfindən çəkilməsini, yayılmasını, kiməsə göndərilməsini haradan bilirsiniz və nə vaxt öyrənmisiniz" sualları verilmiş və onların hər biri: "bu sözügedən video görüntülərin Təqsirləndirilən şəxs tərəfindən çəkilməsini, yayılmasını, göndərilməsini biz yalnız Şəmkir hərbi prokurorluğunda olarkən müstəntiqin deməsindən bilmişik" - demişlər. Çox maraqlıdır ki, iş üzrə qeyd edilən bu faktlar 1-1(095)-016/2023 saylı, 17 yanvar 2023-cü il tarixli hökmdə məhkəmədə dindirilmiş şahidlərin ifadələrində də olduğu kimi qeyd edilsə də məhkəmə bu hallara hüquqi qiymət verməmişdir (çox güman ki, şahidlərin qeyd edilən ifadələri məhkəmə iclasının nasaz vidioçəkilişi zamanı da ala-yarımçıq da olsa qeydə alınmışdır). Digər tərəfdən, məhkəmənin sözügedən hökmündə Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrələri sadalanmış, lakin heç bir əsaslandırma olmadan məhkəmə belə nəticəyə gəlmişdir ki, sözügedən video görüntülər onun tərəfindən yayılmışdır. Eyni zamanda məhkəmə 1-1(095)-016/2023 saylı, 17 yanvar 2023-cü il tarixli hökmündə gəldiyi nəticəni əsaslandırarkən Avropa İnsan Hüquqları Konvensiyasına, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına istinad etməklə kifayətlənmiş, yəni sadəcə sadalamış, əsaslandıra bilməmişdir. Sözügedən video görüntülərin Təqsirləndirilən şəxs tərəfindən yayılmasını, hər hansı bir məqsədlə kiməsə göndərilməsini təsdiq edən bir dənə olsun belə sübut yoxdur. İbtidai istintaq orqanı tərəfindən əldə edilmiş müəyyən məlumatların isə həqiqiliyinə və əldə edilməsi hallarına şübhələr olduğu üçün sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə, habelə istər ibtidai istintaq zamanı və istərsə də birinci instansiya məhkəməsində toplanmış sübutlara əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələrinin tərkibi yoxdur və həmin maddələrlə ona bəraət veriməlidir. İş üzrə zərərçəkən X3 "Dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddia ərizəsinə gəldikdə isə qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi iş üzrə zərərçəkən Könül Quliyevanın şikayəti Azərbaycan Respublikası Hərbi Prokuroruna olmuşdur və həmin şikayətdə Könül Quliyeva hərbi hissə komandiri İlqar Abdulxalıqovun ondan 5000 (beş min) manat istədiyini və onun bu pulu verməyə imkanı olmadığını bildirdikdə isə onun qanunsuz olaraq ordu sıralarından tərxis edilməsindən və həmin hərbi hissənin zabitlərinin ona qarşı olan qeyri-etik münasibətlərindən olmuşdur. Lakin çox təəssüflər olsun ki, Könül Quliyevanın həmin ərizəsi araşdırılması üçün Şəmkir hərbi prokurorluğuna daxil olduqdan sonra, zərərçəkənin şikayəti istintaqı aparan müstəntiq tərəfindən mahiyyətindən yayındırılaraq Təqsirləndirilən şəxs yönəldilmiş və iş üzrə zərərçəkən Könül Quliyevanın ifadəsi alınarkən onun şikayəti qəsdən Təqsirləndirilən şəxs istiqamətləndirilmişdir. Hərbi hissənin komandirindən və digər zabitlərindən olunan şikayət isə kölgəyə alınaraq sonda heç bir müvafiq araşdırma aparmadan guya onların əməllərində cinayət tərkibinin olması sübut edilmədiyindən onlar barəsində cinayət işinin icraatına xitam verilmişdir. Həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlardan göründüyü kimi sözügedən vidio görüntülərin iş üzrə Təqsirləndirilən şəxs tərəfindən yayılması öz təsdiqini tapmamışdır. Digər tərəfdən isə həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, sözügedən video görüntülərdə qeyd edilənlər həqiqətən də baş vermişdir. Yəni həmin məlumatların kimin tərəfindən yayılması müəyyən edilməsə də, həmin məlumatların həqiqət olması baxımından hər hansı bir mənəvi zərərin tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin tələblərinə ziddir və rədd edilməlidir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Gəncə Hərbi Məhkəməsinin 1-1(095)- 016/2023 saylı, 17 yanvar 2023-cü il tarixli hökmü çıxarılarkən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Cinayər-Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kolleqiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin təmin edilməsini, zərəçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayərinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kolleqiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, ona verilən ittihamla razı olmadığını və heç bir cinayət törətmədiyini bildirdi. Odur ki, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini təmin edib barəsində bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərşəkmiş şəxs və mülki iddiaçı X8 hökmdən verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini, müdafiə tərəfinin şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Alıkişiyev müdafiə tərəfinin apellyasiya şikayətinə etiraz etdi və əlavə olaraq göstərdi ki, məhkumun təqsirli bilindiyi, hökmdə qeyd olunan cinayət əməllərini törətməsi özünün ifadəsində göstərdiyi bir sıra xüsusatlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə iş materiallarında olan digər sübutlarla sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 156.1 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmişdir. Məhkuma həmin maddələrlə bəraət verilməsinə heç bir əsas yoxdur. Ona görə də müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini, hökmlə məhkuma təqsirli bilindiyi cinayət əməlinə görə təyin edilmiş cəzanın ağırlaşdırılması və mülki iddianın tam təmin edilməsi barədə zərərçəkmiş şəxsin apellyasiya şikayətinə gəldikdə birinci imstansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması və mülki iddianın tam həcmdə təmin edilməsi barədə qanunauyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfinin apellyasiya şikayətinin məzmunundan məlum olduğu kimi şikayətdə təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, iş üzrə bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərində məhkumun birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi cinayət əməllərini törətmədiyi, onun təqsirini sübut edən heç bir mötəbər sübutun olmadığı, birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyi qeyd edilmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs CM-nin 156.1 və 242-ci maddələrinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxsi əməllərində CM-nin 156.1 və 242-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətlərini müəyyən edib düzgün nəticəyə gəlmiş, öz hökmünü qanuni yolla əldə edilmiş sübutlarla əsaslandıraraq Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericliyinə əməl etmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Şəmkir şəhərinin ərazisində yerləşmiş N nömrəli hərbi hissəsinin (3-cü Ordu Korpusu) qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü vəzifəsində əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən təxminən 2016-cı ilin iyun ayından etibarən ərazi baxımından həmin hərbi hissənin daxilində yerləşən N3 nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün yazarı vəzifəsində kiçik çavuş rütbəsində xidmətdə olan qadın hərbi qulluqçu X4 özünü ailə vəziyyəti baxımından subay kimi təqdim edib onunla tanış olmuş, onu ciddi sevgi münasibətləri qurmaq istədiyinə inandırmış və aralarında sevgili münasibətləri yaranmış, o, həmin bölüyün taktiki komanda məntəqəsinin sürücüsü vəzifəsində əsgər rütbəsində xidmətdə olarkən təxminən 2016-cı ilin avqust ayının sonlarında gecə saat 04 radələrində Gəncə şəhərində yerləşən xalasıgilin evində olan kiçik çavuş Könül Quliyevanın istifadəsində olmuş Bakcell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib onunla danışmağa başlamış və intim məzmunlu söhbətlər edərək onu ehtiraslandırıb görüntülü şəkildə onun çılpaq halda bədənini və intim yerlərini görmək istədiyini bildirmiş, kiçik çavuş Könül Quliyeva da onun istəyini yerinə yetirib aralarındakı danışığı qeyd olunan mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” tətbiqində görüntülü şəkildə davam etdirmiş və əynindəki geyim əşyalarını çıxarıb ilk öncə sinə nahiyəsini, daha sonra isə çılpaq halda bütün bədənini və intim yerlərini ona göstərən zaman kiçik çavuş Könül Quliyevanın məlumatı olmadan gizli şəkildə həmin görüntüləri telefonda olan funksiya vasitəsilə 02 (iki) ədəd video şəkilində qeydə alaraq telefonunun yaddaşında saxlamaqla şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını toplamış, bir müddət sonra kiçik çavuş Könül Quliyeva onun evli olduğunu bilib münasibətlərinə son qoyduqdan sonra isə onu rüsvay etmək, habelə, kiçik çavuş Könül Quliyeva ilə intim münasibətləri olduğunu nümayiş etdirmək məqsədilə, topladığı qeyd olunan video çəkiliş materiallarını təxminən 2016-cı ilin sonlarından 2021-ci ilin oktyabr ayınadək olan müddətdə “WhatsApp” tətbiqi vasitəsilə istintaqa məlum olmayan şəxslərin mobil telefonlarına göndərməklə şəxsi həyatın sirri olan məlumatları əks etdirən pornoqrafik xarakterli video çəkiliş materiallarını yaymışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması, birinci instansiya məhkəməsində dindidirlmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyi və digər məhkəmə-istintaq materialları ilə, eləcə də məhkumun özünü ona elan olunmuş ittihamda qismən təqsili bilməsinə dair verdiyi ifadəsində göstərdiyi bir sıra xüsusatlarla təsdiq edilir. Təqsirləndirilən şəxs əməlləri CM-nin 156.1 və 242-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə əsaslı olaraq təqsirli bilinmişdir. İş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkumun əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməllərin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməllərini düzgün qiymətləndirmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, eyni dəlillər birinci instansiya məhkəməsində də irəli sürülmüş və irəli sürülən bu dəlillər müdafiəçinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmış və həmin dəlillər öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, parnoqrafik video görüntünü yaymasını inkar etməsi ilə bağlı verdiyi ifadəsi onun özünün qismən etirafedici ifadəsində göstərdiyi bir sıra xüsusatlarla, həmçinin cinayət işi üzrə tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş parnoqrafik video görüntülərlə, həmin görüntülərə baxış protokolu, eləcə də iş materiallarında olan digər istintaq hərəkəti protokolları, ekspert rəyi, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilmişdir. Məhkəmə kollegiyası məhkumun təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürdüyü dəlillər əsasında hökmün ləğv edilməsi və məhkumun barəsində bəraət hökmünün çıxarılması üçün heç bir qanuni əsaslar görmür. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; -bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Ona görə də, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs CM-nin 156.1 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır və müdafiə tərəfinin həmin dəlilləri irəli sürməsini məhkumun məsuliyyətdən yayınmaq məqsədi güdməsi kimi qiymətləndirir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması və mülki iddianın tam təmin olunması ilə bağlı zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Vətən müharibəsi zamanı gedən döyüşlərdə fəal iştirak etməsi, buna görə də, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, xidməti cəhətdən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən, cinayətin sair alçaq niyyətlərlə törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Hökmdən göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilsə də, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsini qərara almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğunu və həmin maddədə nəzərdə tutulmuş cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçdiyini, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdiyini və müddətin keçməsi əsası ilə cinayət təqibinə xitam verilməsi ilə razılaşmadığını, həmçinin dövlət ittihamçısının bu məsələ ilə bağlı mövqeyini nəzərə alaraq düzgün olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməməklə barəsində ittiham hökmü çıxarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 242-ci maddəsi ilə cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 49.4, 50.1, 58.1, 58.3 və 66.2-ci maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq, ona törətdiyi CM-nin 242-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının onun əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, şəxsiyyətinə uyğun olmamaqla ağır olması qənaətinə gəlmiş və düzgün olaraq onun hərbi qulluqçu olduğunu nəzərə alıb CM-nin 49.4 və 50.1-ci maddələrinə əsaslanaraq ona hər ay pul təminatından 10 (on) faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №li Qərarının 3-cü bəndində də göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edəcək həddədir. Birinci instansiya məhkəməsi cəza təyini ilə bağlı məsələni həll edərkən qanunun tələblərini pozmamış, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayət qanununun tələblərinə cavab verir. Bu cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmaqla yanaşı, zərərçəkmiş şəxsin qanuni mənafelərini pozmayan cinayəthüquqi tədbir sayıla bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri əsasında məhkum Təqsirləndirilən şəxs CM-nin 156.1-ci maddəsi ilə cəza təyin edilməsi, eləcə də CM-nin 242-ci maddəsi ilə təyin edilmiş cəzanın ağırlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş Könül Quliyeva “Cinayət əməlinin törədilməsi nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş mənəvi zərərin əvəzi olaraq Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pulun və ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək, iddiaçının mənəvi və fiziki iztirablarının xarakterini və dərəcəsini, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alıb verilmiş mülki iddianı qismən təmin edərək törədilmiş cinayət hadisəsi nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan mülki iddiaçı X3 xeyrinə 5000 manat pulun tutulmasını qərara almaqla mülki iddia ilə bağlı məsələnin həllində düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği iddiaçının mənəvi və fiziki iztirablarının xarakterinə və dərəcəsinə uyğun olmaqla ağlabatan və ədalətlidir. Odur ki, məhkəmə kolleqiyası hesab edir ki, zərərçəkmiş şəxsin iddianın tam təmin edilməsi ilə bağlı dəlilləri, eləcə də müdafiə tərəfinin apellyasiya şikayətinin mülki iddianın tamamilə təmin edilməməsi ilə bağlı dəlilləri əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətləri üzrə tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirli blinib məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1-1(095)- 016/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs-mülki iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirli blinib məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1-1(095)-016/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-22/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-22/2023
17.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver