Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-5/2023 18.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 1(098)-45/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakim S.Ə.Əzizov) 01 iyul 2022-ci il tarixli, 1(098)- 45/2022 nömrəli hökmü ilə 05 avqust 1987-ci il tarixdə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin artilleriya divizionunun 3-cü batareyasının 2-ci tağımının 4-cü topunun sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən, barəsində 18 noyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.3-cü maddələri ilə 4000 (dörd min) manat məbləğində cərimə cəzası, CM-in 32.4, 312.1-ci maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzasının icrasının onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, xx xxxxxxx 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissənin idealoji iş və mənəvi psixoloji təminat üzrə bölmə rəisinin köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edən, barəsində 25 noyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.3-cü maddələri ilə 4000 (dörd min) manat məbləğində cərimə cəzası, CM-in 32.4, 312.1-ci maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzasının icrasının onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmiş, həmçinin iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs tərəfindən rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi nemət verməsinə təhrik etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 SHXÇDX-nin Goranboy rayon şöbəsindən könüllü olaraq ordu sıralarına daxil olub müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xx.xx.2014-cü il tarixdən Müdafiə Nazirliyinin hazırda Laçın rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 3-cü batareyasının 2-ci tağımının 4-cü topunun sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, 2021-ci ilin yanvar ayının sonlarında yaranmış maddi sıxıntılarını həll etmək üçün, aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı, əvvəllər N nömrəli hərbi hissənin artilleriya divizionunda birlikdə xidmət etdiyi, N nömrəli hərbi hissəsinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə bölmə rəisinin baş köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs2 ilə razılaşıb öz niyyətlərini həyata keçirmək məqsədi ilə onunla qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etdikdən sonra, hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək səlahiyyətinə və həmin işin həllinə hansısa kömək etməyə hər hansı imkanı olmadığı halda, həmin ərəfədə qohumları vasitəsi ilə ona sənədlərini aparıb N nömrəli hərbi hissəyə təqdim etməkdə köməklik göstərməsini xahiş edən Naxçıvan Muxtar Respublikası Culfa rayonu Bənəniyar kəndində qeydiyyatda olmaqla Goranboy rayonu 58-ci məhəllədə yaşayan vətəndaş X9 qanuni yollarla müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəməsi barədə fikrindən daşındırmaq məqsədi ilə guya onun pul verməyəcəyi halda heç bir halda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməyəcəyi, hansısa bəhanə ilə fiziki hazırlıq imtahanından bilərəkdən kəsiləcəyi barədə həqiqətə uyğun olmayan təhrikedici məlumatlar verərək, eləcə də özünün yuxarı vəzifədə xidmət etməklə vətəndaşları müvafiq imtahanlardan keçirtdirməklə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirmək üçün daha yuxarı vəzifələrdə tanışı olduğunu bildirdiyi mayor Təqsirləndirilən şəxs2 vasitəsi ilə vətəndaş Əli Əlisoyun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyi təsəvvürü yaradıb, həmin vaxta qədər özü könüllü olaraq qanuni yollarla müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən Əli Əlisoyu yalan vədlərinin təsiri altına salaraq hər hansı bir vətəndaşın Azərbaycan Respublikası Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbulunun Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən aparıldığını, hansısa hərbi hissə, eləcə də vəzifəli şəxs tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edən vətəndaşdan pul və ya digər maddi nemət, habelə rəsmi ödəniş tələb olunmadığını, bunun üçün müraciət etmiş vətəndaşın müvafiq imtahanlarda iştirak edib, əgər imtahanlardan məqbul qiymət alarsa, müvafiq hazırlıq kursuna cəlb olunduqdan sonra xidmətə qəbul oluna biləcəyinin mümkün olduğunu bildiyi halda, Əli Əlisoya onu mayor Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2500 (iki min beş yüz) manat pulun müqabilində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyini deyib Əli Əlisoyu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, həmin vaxt ona qeyd etdiyi məbləğdə pulunun olmadığını deyən Əli Əlisoyu inandırmaq üçün bu işi Əli Əlisoyun yaxın qohumu Arifin “xətrinə” 2000 (iki min) manat pulun müqabilində həll edəcəyini, pulun yarısını əvvəlcədən, yerdə qalan hissəsini isə fiziki hazırlıq imtahanından sonra alacağını bildirib Əli Əlisoyu razı salmağa nail olmuşdur. Bu məqsədlə o, 2021-ci ilin mart ayının ortalarında Əli Əlisoya zəng edib onu müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirmək məsələsini qeyd etdiyi yüksək vəzifəli tanışı, mayor Təqsirləndirilən şəxs2la danışıb tam razılaşdığını, Təqsirləndirilən şəxs2 pulu ondan təcili şəkildə istədiyini, pulun min manatını təcili olaraq ona verməli olduğunu deyib, həmin gün axşam saatlarında X16 şəhəri ərazisində görüşüb ikisi təklikdə olarkən Əli Əlisoydan 1000 (min) manat pulu qəbul etmiş, qısa müddət sonra Əli Əlisoya yenidən zəng edib pulu qeyd etdiyi həmin yüksək vəzifəli tanışına, yəni mayor Təqsirləndirilən şəxs2 verdiyini yalandan deyib, yaxın vaxtlarda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməsindən ötrü onun hərbi hissədən çağırılacağını bildirmişdir. Daha sonra o, qeyd edilən qanunsuz əməlini davam etdirərək 2021-ci ilin aprel ayının əvvəllərində Əli Əlisoydan qanunsuz olaraq alacağı yerdə qalan pulu ələ keçirib qabaqcadan razılaşdığı mayor Təqsirləndirilən şəxs2 vermək imkanını asanlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ona etibarını möhkəmləndirmək üçün müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirməsi üçün lazım olan tibbi və digər sənədlərin toplanmasında Əli Əlisoyla birlikdə iştirak etmiş, həmçinin mayor Təqsirləndirilən şəxs2la əlbirliyini davam etdirərək bir neçə gün sonra Təqsirləndirilən şəxs2 göstərişi əsasında Əli Əlisoyun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması üçün yığıb N nömrəli hərbi hissəyə təqdim etdiyi sənədlərini Əli Əlisoy ilə birlikdə oradan götürüb N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş X2 vasitəsi ilə N nömrəli hərbi hissəyə təqdim etmiş, həmin gün o, yenidən Əli Əlisoya zəng edib Təqsirləndirilən şəxs2 yerdə qalan min manat pulu da təcili olaraq istədiyini deyib pulu verməyi israrla təkid etmiş və qısa müddət sonra X16 rayonunun Səfikürd kəndi ərazisində görüşüb Əli Əlisoydan 1000 (min) manat pulu da qəbul edib Goranboy rayonunun Səfikürd kəndi ərazisində yerləşən “Milli ÖN” ödəmə teminalı vasitəsi ilə mayor Təqsirləndirilən şəxs2 ona verdiyi, Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 416974 ****** 9822” nömrəli plastik əmək haqqı kartına göndərmiş, bundan bir neçə gün sonra o, eyni üsulla Təqsirləndirilən şəxs2 daha 300 (üç yüz) manat pul göndərib bu barədə Əli Əlisoya məlumat verib onun yaxın vaxtlarda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləcəyini vəd etmiş, lakin vədinə əməl etmək və icrası üçün heç bir real hərəkət etmək niyyətində olmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, qısa müddət sonra Əli Əlisoyun şikayətlərinin qarşısını almaq üçün Təqsirləndirilən şəxs2 göndərdiyi, ümumilikdə 1300 (min üç yüz) manat pulu Təqsirləndirilən şəxs2 alaraq, həmin pulun 1250 (min iki yüz əlli) manatını 2021-ci ilin aprel ayının sonlarında, yerdə qalan pulu isə özü 2021-ci ilin iyun ayının əvvəllərində, yəni qeyd edilən fakt barədə araşdırma başlanıldıqdan sonra Əli Əlisoya geri qaytarmağa məcbur olmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmünə əsasən X10 vəzifəli şəxs tərəfindən rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi nemət verməsinə təhrik etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə bölmə rəisinin baş köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət etdiyi müddətdə tanışı, əvvəllər N nömrəli hərbi hissənin artilleriya divizionunda birlikdə xidmət etdiyi, qeyd edilən divizionun 3-cü batareyasının 2-ci tağımının 4-cü topunun sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs1 2021-ci ilin mart ayında ona zəng edib vətəndaş X9 müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istədiyini bildirdikdən sonra, hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək səlahiyyətinə və həmin işin həllinə hansısa kömək etməyə hər hansı imkanı olmadığı halda, həmin ərəfədə yaranmış maddi sıxıntılarını həll etmək üçün aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, özgənin əmlakını ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1la razılaşıb öz niyyətlərini həyata keçirmək məqsədi ilə onunla qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etdikdən sonra, Əli Əlisoyu müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyini Əli Əlisoya bildirməsini Təqsirləndirilən şəxs1 deyib onunla birlikdə yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq Əli Əlisoyun əmlakını ələ keçirmək niyyəti ilə 2000 (iki min) manat pul verməli olduqlarını bildirib, həmin vaxta qədər özü könüllü olaraq qanuni yollarla müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən Əli Əlisoyu yalan vədlərinin təsiri altına salaraq hər hansı bir vətəndaşın Azərbaycan Respublikası Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbulunun Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən aparıldığını, hansısa hərbi hissə, eləcə də vəzifəli şəxs tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edən vətəndaşdan pul və ya digər maddi nemət, habelə rəsmi ödəniş tələb olunmadığını, bunun üçün müraciət etmiş vətəndaşın müvafiq imtahanlarda iştirak edib, əgər imtahanlardan məqbul qiymət alarsa, müvafiq hazırlıq kursuna cəlb olunduqdan sonra xidmətə qəbul oluna biləcəyinin mümkün olduğunu bildiyi halda, yüksək vəzifələrdə tanışlarının olmasını bildirməklə Təqsirləndirilən şəxs1 vasitəsilə Əli Əlisoyu inandırıb aldadaraq Əli Əlisoyu vəzifəli şəxsə rüşvət verməyə təhrik edərək Təqsirləndirilən şəxs1 vasitəsi ilə Əli Əlisoyu inandırmaq üçün qeyd edilən 2000 (iki min) manat məbləğində pulun yarısını əvvəlcədən, yerdə qalan hissəsini isə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün keçirilən imtahanlarda iştirak edərkən alacağını bildirib Əli Əlisoyu razı salmağa nail olmuşdur. Bu məqsədlə o, 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs1 zəng edib Əli Əlisoydan qanunsuz olaraq alacağı pulu ələ keçirmək imkanını asanlaşdırmaq məqsədi ilə Əli Əlisoyun etibarını möhkəmləndirmək üçün Əli Əlisoyun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması üçün N nömrəli hərbi hissəyə toplayıb təqdim etdiyi sənədlərini Əli Əlisoy ilə birlikdə oradan götürüb N nömrəli hərbi hissəyə təqdim etməyi tapşırmış, Əli Əlisoyun sənədlərinin N nömrəli hərbi hissəyə verildiyinə əmin olduqdan sonra o, yenidən Təqsirləndirilən şəxs1 zəng edib yüksək rütbəli zabit tanışının pulun 1000 (min) manatını ondan istədiyini deyib Əli Əlisoyun bu işin müqabilində verməli olduğu pulun 1000 (min) manatını istəmiş, bundan sonra, Təqsirləndirilən şəxs1 Əli Əlisoya zəng edib pulun 1000 (min) manatını təcili olaraq ona verməli olduğunu deyib həmin gün axşam saatlarında X16 şəhəri ərazisində görüşüb Əli Əlisoydan 1000 (min) manat pulu qəbul edib bu barədə ona məlumat vermiş, o da Təqsirləndirilən şəxs1 "xxxx" ASC tərəfindən verilmiş plastik əmək haqqı kartının “416974 ****** 9822” nömrəli kodunu verərək, Təqsirləndirilən şəxs1 Goranboy rayonunun Səfikürd kəndi ərazisində yerləşən “Milli ÖN” ödəmə teminalı vasitəsi ilə göndərdiyi 1000 (min) manat pulun bankın xidmət haqqı kimi tutulmuş on manatı çıxıldıqdan sonra yerdə qalan 990 (doqquz yüz doxsan) manat hissəsini xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin bankomatından çıxarmış, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 eyni üsulla ona göndərdiyi 300 (üç yüz) manat pulun bankın xidmət haqqı kimi tutulmuş üç manatı çıxıldıqdan sonra yerdə qalan 297 (iki yüz doxsan yeddi) manat hissəsini xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin bankomatından çıxarıb nağdlaşdırıb öz şəxsi ehtiyaclarına xərcləməklə Təqsirləndirilən şəxs1 vasitəsi ilə Əli Əlisoyun ümumilikdə 1300 (min üç yüz) manat pulunu ələ keçirib həmin pulun üzərində istədiyi kimi sərəncam vermək imkanına nail olduqdan sonra Təqsirləndirilən şəxs1 vasitəsi ilə Əli Əlisoya onun yaxın vaxtlarda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləcəyini vəd etmiş, lakin vədinə əməl etmək və icrası üçün heç bir real hərəkət niyyətində olmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, qısa müddət sonra Əli Əlisoyun şikayətlərinin qarşısını almaq üçün Təqsirləndirilən şəxs1 vasitəsi ilə ondan aldığı, ümumilikdə 1300 (min üç yüz) manat pulu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Əli Əlisoya geri qaytarmağa məcbur olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 1(098)-45/2022 nömrəli hökmünü dəyişdirərək CM-in 62-ci maddəsini tətbiq etməklə aşağı həddə cərəimə cəzası təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Hökmdən həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Tərtər Hərbi Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 1(098)-45/2022 nömrəli hökmünün dəyişdirilməsini və cinayət işinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş hissəsinə xitam verilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən məhkəmənin hökmünü cəzanın ağırlığı baxımından ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, peşman olmasını, himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikasının ərazi bötövlüyü və suverenliyi uğrunda aparılmış döyüşlərdə iştirak etməsini, «Laçının azad olunmasına görə" medalı ilə təltif olunmasını, "şəkərli diabet" xəstəliyindən əziyyət çəkməsini, hazırda Laçın rayonunda hərbi xidmətdə olmaqla xidmətini davam etdirmək arzusunda olmasını, ailədə əsas gəlir gətirən şəxs olmasını, ağır ailə şəraitini, yəni təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitini daha da ağırlaşdıracağını, yeni cinayət əməli törətməyərək artıq islah olunmasını və s. kifayət qədər nəzərə almadan, onun barəsində nəzərdə tutulduğundan daha yüngül cəzanın verilməsi əsaslarının müəyyən edilmədiyi qənaətinə gələrək ona mütləq 5000 (beş min) manat cərimə cəzası təyin edilməsi qənaətinə gəlmişdir. Ancaq məhkəmə Təqsirləndirilən şəxs1 barəsində nəzərdə tutulduğundan daha yüngül cəzanın verilməsi əsaslarının müəyyən edilməməsinin nədən ibarət olması, bununla məhkəmə hansı gözləntiləri, parametrləri ondan gözləməsini şərh etməmiş, gəldiyi bu nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 62.2-ci maddəsinə əsasən cazanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Baxmayaraq ki, buna kifayət qədər əsaslar olmuşdur. Məhkmənin hökmündən görünür ki, qeyd edilən hallar cəza təyini zamanı kifayət qədər nəzərə alınmamış və təqsirləndirilən şəxsə ağır cəza təyin edilmişdir. Odur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 1(098)-45/2022 saylı, 01 iyul 2022-ci il tarixli hökmünü dəyişdirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə aşağı həddə cərimə cəzası təyin edilməsi barədə yekun qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, aşağıda göstərilən əsaslara görə hesab edir ki, Tərtər Hərbi Məhkəməsinin 01 iyul 2022-cı il tarixli 1(098)-45/2022 nömrəli İttiham hökmü dəyişdirilməli və Təqsirləndirilən şəxs2 barəsində daha yüngül cəza növü tətbiq edilməlidir. Ona görə ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, cəza təyin edilərkən baş vermiş cinayətin xarakteri, ictimai təhlükləlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallar, təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamış və nəticədə ona azadlıqdan məhumetmə cəzası təyin edilmişdir. Lakin Məhkəmə cəza təyin edərkən aşağıdakıları nəzərə almalı idi: Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 5-10 aprel 2021-ci il tarixləri aralığında zəng edərək, Əli Əlisoy adlı şəxsdən 1000 manat pul alaraq MAHHXHQ-si kimi işə düzəldəcəyinə söz verdiyini bildirmiş, Əli Əlisoyu işə düzəltməsinə kömək etməsini ondan xahiş etmiş, o, isə Əli Əlisoyu işə düzəltməyə kömək edəcəyinə söz verməmiş və sonuncunu işə düzəltməkdən imtina etmişdr. Bundan sonra Təqsirləndirilən şəxs1 Rüfət X13 sənədlərini qəbul etdirməsini xahiş etmiş və o, N nömrəli hərbi hissədə MAHHXHQ-nin qəbulunun apanldığını bildiyi üçün Təqsirləndirilən şəxs1 sənədləri, sənədləri N nömrəli hərbi hissəyə apanb verməsini məsləhət bilmişdir. Lakin Vüsal N nömrəli hərbi hissənin yerləşdiyi yeri bilmədiyini demişdir. Ona görə də Firudin Quliyev adlı xidmət yoldaşını Vüsalla görüşdürmüş və Firudin də Vüsala sənədləri aparıb N nömrəli hərbi hissəyə verməsinə kömək etmişdir. Bundan başqa, Əli Əlisoyun işə düzəlməsi ilə bağlı başqa heç bir əlaqəsi olmamışdır. Əli Əlisoun sənədlərinin N nömrəli, N nömrəli və ya hər hansı başqa hərbi hissədə qəbulu ilə bağlı hər hansı şəxsə müraciət və xahiş etməmişdir. Əli Əlisoya isə onun üçün kimdən isə xahiş edəcəyini bildirməmişdir. Əli Əlisoyu tanımır və onunla heç bir əlaqəsi olmamışdır. xx.xx.2021-ci il tarixdə atası vəfat etdiyi və həmin ərəfədə banka kredit borcu olduğu üçün pula ehtiyacı olmuş və Təqsirləndirilən şəxs1 pul olduğunu bildiyindən, Kəlbəcər rayonunda xidmətdə olduğundan, banka isə kredit ödəməli olduğundan Vüsaldan 1000 manat borc pul istəmiş və Vüsal onun maaş kartına 1000 manat köçürmüşdür. Ailə üzvləri həmin pulu bankomatdan çıxartmışdılar. Daha sonra əlavə 300 manat pul lazım olduğu üçün Vüsaldan 300 manat pul borc istəmiş və Vüsal yenə həmin pulu maaş kartına göndərmişdir. Beləliklə Vüsal ona cəmi 1300 manat borc pul göndərmişdir. O, isə aprel ayıının məvacibini aldıqdan sonra 1000 manat pulu Təqsirləndirilən şəxs1 özünə göndərmiş, 300 manat pulu isə özü Vüsalın kartına köçürmüşdür. Təqsirləndirilən şəxs2 Əli Əlisoyu rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi nemət verməsinə təhrik etməmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə Əli Əlisoyun pullarını ələ keçirməmiş, Təqsirləndirilən şəxs1la Əli Əlisoy arasında baş vermiş danışıqları bilməmiş və həmin ərəfədə yalnız Kəlbəcər rayonunda xidmətdə olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə özünü təqsirli bilməmiş, ifadələrində Əli Əlisoyu rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə alaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi nemət verməsinə təhrik etməməsini, habelə öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə Əli Əlisoyun pullarını ələ keçirməməsini, Təqsirləndirilən şəxs1la Əli Əlisoy arasında baş vermiş danışıqları bilməməsini və həmin ərəfədə yanız Kəlbəcər rayonunda xidmətdə olmasını göstərmişdir. İstintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Əli Əlisoyu vəzifəli şəxsə rüşfət verməyə ləhrik etməsi və qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1la qabaqcandan əbir olan bir qrup şəxs halında aldatma yolu ilə Əli Əlisoyun pullarını ələ keçirməsi sübuta yetirilməmişdir. Ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan edilməsi üçün heç bir sübut yoxdur. Məhkəmə ittiham hökmündə yalnız ehtimallara əsaslanmışdır. Əli Əlisoy və Təqsirləndirilən şəxs1 da qeyd olunanları təsdiq etmişlər. Yalnız ehtimalları sübut kimi qiymətləndirmək olmaz. Odur ki, apellyasiya instansiya məhkəməsi baxışı zamanı həmin xüsusatlar yenidən araşdırılıb hüquqi qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı toplanılmış subutların kifayət etməsi nəticəsində cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edillməsi tamamilə mümkün olduğu halda məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini düzgün tövsif etməmiş, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. Lakin yuxanda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respblikası CM-in 178.2.1 178.2.3 və 32.4, 312.1-ci maddələrinin tərkibi yoxdur. Ona görə də cinayət işinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş hissəsinə xitam verilməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Həmçinin Apellyasiya Məhkəməsindən işə baxaraq Təqsirləndirilən şəxs2 barəsində aşağıdakıları nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağı vardır, ona qarşı heç bir tələb və şikayət yoxdur, əvvəllər məhkum olunmamışdır, 27 sentyabr 2020-ci il tarixdən müharibə başlayan vaxtdan Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə yaralanaraq kəllə-beyin travması almış, müalicə olunduqdan sonra yenidən döyüşlərə qatılmış və qələbə gününə qədər döyüşmüş, Kəlbəcər rayonuna ilk daxil olanlardan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Kəlbəcərin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Müharibə başa çatandan hazıra qədər Kəlbəcər rayonu ərazisində xidmət aparır və xidmətini davam etdirmək arzusundadır, ali hərbi ixtisaslıdır və mayor rütbəsindədir. Əvvəllər məhkum olunmamışdır, xidmət yerindən və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Ona 5000 (beş min) cərimə cəzası təyin edilməsi ailə vəziyyətinə mənfi təsir göstərəcək, ailə üzvlərinin həm maddi, həm də mənəvi cəhətdən çətin vəziyyətə düşmələrinə səbəb olacaqdır. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Fuad İsgəndərov məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etsə də, məhkəmə kollegiyasının sonrakı iclasında təqsirləndirilən şəxsin zərəri tam ödədiyini, həmçinin məhkəmə baxışının gedişində ziyanın 25%-nin dövlətə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmadığını bildirərək şikayətin təmin edilməsini və təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisinin göstərdikləri razı olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam məbləğdə ödəliyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25%-ni dövlət büdçəsinə ödədiyini bildirərək müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etsə də, məhkəmə kollegiyasının sonrakı iclasında zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənildiyini, həmçinin məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli olduğunu bildirməsini, ziyanın 25%-nin dövlətə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisinin göstərdikləri razı olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam məbləğdə ödəliyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25%-ni dövlət büdçəsinə ödədiyini bildirərək müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla hər iki təqsirləndirlən şəxsə münasibətdə irəli sürülmüş ittihamdan CM-in 32.4,312.1-ci maddəsinin çxarılmasını xahiş etdi. Həmçinin təqsirlənsirilən şəxslərə CM-in 178.2.1 və 178.2.3-cü maddələri ilə verilmiş ittihamı müdafiə etdiyini bildirdi, vurulmuş ziyanın məbləğinin 25%-nin təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə ödəmələri təsdiq olunduğu halda həmin hissədə qanuna uyğun qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X14 məhkəmə bildirişi göndərilməklə məlumat verisə də, sonuncu məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə zərərçəkmiş şəxs X9 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa İnsan Hüquqları Məhkəməsi “X4rşı”, “X5rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Apellyasiya məhkəməsinin cinayət kollegiyası CPM-nin 397-ci maddəsi ilə təsbit edilmiş həqiqətin müəyyən edilməsi vəzifəsindən çıxış edərək apellyasiya şikayətlərinin dəlilləri çərçivəsində, həm də bu dəlillərdən asılı olmayaraq məhkəmə tərəfindən maddi və prosessual qanunvericliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamışdır. Bu zaman müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 32.4, 312.1-ci maddəsi ilə ittiham irəli sürərkən, birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 32.4, 312.1-ci maddəsi ilə məhkum edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 32.4, 312.1-ci maddəsi ilə tövsifinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. CM-in 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə olunmuş hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün pul və sair nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Təqsirləndirilən şəxs1 qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamların məzmunu ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin hazırda Laçın rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 3-cü batareyasının 2-ci tağımının 4-cü topunun sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, 2021-ci ilin yanvar ayının sonlarında yaranmış maddi sıxıntılarını həll etmək üçün, aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı, əvvəllər N nömrəli hərbi hissənin artilleriya divizionunda birlikdə xidmət etdiyi, N nömrəli hərbi hissəsinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə bölmə rəisinin baş köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs2 ilə razılaşıb öz niyyətlərini həyata keçirmək məqsədi ilə onunla qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etdikdən sonra, hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək səlahiyyətinə və həmin işin həllinə hansısa kömək etməyə hər hansı imkanı olmadığı halda, həmin ərəfədə qohumları vasitəsi ilə ona sənədlərini aparıb N nömrəli hərbi hissəyə təqdim etməkdə köməklik göstərməsini xahiş edən Naxçıvan Muxtar Respublikası Culfa rayonu Bənəniyar kəndində qeydiyyatda olmaqla Goranboy rayonu 58-ci məhəllədə yaşayan vətəndaş X9 qanuni yollarla müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəməsi barədə fikrindən daşındırmaq məqsədi ilə guya onun pul verməyəcəyi halda heç bir halda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməyəcəyi, hansısa bəhanə ilə fiziki hazırlıq imtahanından bilərəkdən kəsiləcəyi barədə həqiqətə uyğun olmayan təhrikedici məlumatlar verərək, eləcə də özünün yuxarı vəzifədə xidmət etməklə vətəndaşları müvafiq imtahanlardan keçirtdirməklə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirmək üçün daha yuxarı vəzifələrdə tanışı olduğunu bildirdiyi mayor Təqsirləndirilən şəxs2 vasitəsi ilə vətəndaş Əli Əlisoyun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyi təsəvvürü yaradıb, həmin vaxta qədər özü könüllü olaraq qanuni yollarla müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən Əli Əlisoyu yalan vədlərinin təsiri altına salaraq hər hansı bir vətəndaşın Azərbaycan Respublikası Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbulunun Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən aparıldığını, hansısa hərbi hissə, eləcə də vəzifəli şəxs tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edən vətəndaşdan pul və ya digər maddi nemət, habelə rəsmi ödəniş tələb olunmadığını, bunun üçün müraciət etmiş vətəndaşın müvafiq imtahanlarda iştirak edib, əgər imtahanlardan məqbul qiymət alarsa, müvafiq hazırlıq kursuna cəlb olunduqdan sonra xidmətə qəbul oluna biləcəyinin mümkün olduğunu bildiyi halda, Əli Əlisoya onu mayor Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2500 (iki min beş yüz) manat pulun müqabilində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyini deyib Əli Əlisoyu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bu məqsədlə o, Əli Əlisoydan ayrı-ayrı vaxtlarda ümumilikdə 2000 manat pul almış, həmin pulun 1000 manatını Goranboy rayonunun Səfikürd kəndi ərazisində yerləşən “Milli ÖN” ödəmə teminalı vasitəsi ilə mayor Təqsirləndirilən şəxs2 ona verdiyi, Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 416974 ****** 9822” nömrəli plastik əmək haqqı kartına göndərmiş, bundan bir neçə gün sonra o, eyni üsulla Təqsirləndirilən şəxs2 daha 300 (üç yüz) manat pul göndərib bu barədə Əli Əlisoya məlumat verib onun yaxın vaxtlarda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləcəyini vəd etmiş, lakin vədinə əməl etmək və icrası üçün heç bir real hərəkət etmək niyyətində olmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Eyni ilə Təqsirləndirilən şəxs2 qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamların məzmunu ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə bölmə rəisinin baş köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət etdiyi müddətdə tanışı, əvvəllər N nömrəli hərbi hissənin artilleriya divizionunda birlikdə xidmət etdiyi, qeyd edilən divizionun 3-cü batareyasının 2-ci tağımının 4-cü topunun sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs1 2021-ci ilin mart ayında ona zəng edib vətəndaş X9 müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istədiyini bildirdikdən sonra, hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək səlahiyyətinə və həmin işin həllinə hansısa kömək etməyə hər hansı imkanı olmadığı halda, həmin ərəfədə yaranmış maddi sıxıntılarını həll etmək üçün aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, özgənin əmlakını ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1la razılaşıb öz niyyətlərini həyata keçirmək məqsədi ilə onunla qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etdikdən sonra, Əli Əlisoyu müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyini Əli Əlisoya bildirməsini Təqsirləndirilən şəxs1 deyib onunla birlikdə yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq Əli Əlisoyun əmlakını ələ keçirmək niyyəti ilə 2000 (iki min) manat pul verməli olduqlarını bildirib, həmin vaxta qədər özü könüllü olaraq qanuni yollarla müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən Əli Əlisoyu yalan vədlərinin təsiri altına salaraq hər hansı bir vətəndaşın Azərbaycan Respublikası Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbulunun Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən aparıldığını, hansısa hərbi hissə, eləcə də vəzifəli şəxs tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edən vətəndaşdan pul və ya digər maddi nemət, habelə rəsmi ödəniş tələb olunmadığını, bunun üçün müraciət etmiş vətəndaşın müvafiq imtahanlarda iştirak edib, əgər imtahanlardan məqbul qiymət alarsa, müvafiq hazırlıq kursuna cəlb olunduqdan sonra xidmətə qəbul oluna biləcəyinin mümkün olduğunu bildiyi halda, yüksək vəzifələrdə tanışlarının olmasını bildirməklə Təqsirləndirilən şəxs1 vasitəsilə Əli Əlisoyu inandırıb aldadaraq Əli Əlisoyu vəzifəli şəxsə rüşvət verməyə təhrik edərək Təqsirləndirilən şəxs1 vasitəsi ilə Əli Əlisoyu inandırmaq üçün qeyd edilən 2000 (iki min) manat məbləğində pulun yarısını əvvəlcədən, yerdə qalan hissəsini isə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün keçirilən imtahanlarda iştirak edərkən alacağını bildirib Əli Əlisoyu razı salmağa nail olmuşdur. Bu məqsədlə o, 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs1 zəng edib Əli Əlisoydan qanunsuz olaraq alacağı pulu ələ keçirmək imkanını asanlaşdırmaq məqsədi ilə Əli Əlisoyun etibarını möhkəmləndirmək üçün Əli Əlisoyun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması üçün N nömrəli hərbi hissəyə toplayıb təqdim etdiyi sənədlərini Əli Əlisoy ilə birlikdə oradan götürüb N nömrəli hərbi hissəyə təqdim etməyi tapşırmış, Əli Əlisoyun sənədlərinin N nömrəli hərbi hissəyə verildiyinə əmin olduqdan sonra o, yenidən Təqsirləndirilən şəxs1 zəng edib yüksək rütbəli zabit tanışının pulun 1000 (min) manatını ondan istədiyini deyib Əli Əlisoyun bu işin müqabilində verməli olduğu pulun 1000 (min) manatını istəmiş, bundan sonra, Təqsirləndirilən şəxs1 Əli Əlisoya zəng edib pulun 1000 (min) manatını təcili olaraq ona verməli olduğunu deyib həmin gün axşam saatlarında X16 şəhəri ərazisində görüşüb Əli Əlisoydan 1000 (min) manat pulu qəbul edib bu barədə ona məlumat vermiş, o da Təqsirləndirilən şəxs1 "xxxx" ASC tərəfindən verilmiş plastik əmək haqqı kartının “416974 ****** 9822” nömrəli kodunu verərək, Təqsirləndirilən şəxs1 Goranboy rayonunun Səfikürd kəndi ərazisində yerləşən “Milli ÖN” ödəmə teminalı vasitəsi ilə göndərdiyi 1000 (min) manat pulun bankın xidmət haqqı kimi tutulmuş on manatı çıxıldıqdan sonra yerdə qalan 990 (doqquz yüz doxsan) manat hissəsini xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin bankomatından çıxarmış, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 eyni üsulla ona göndərdiyi 300 (üç yüz) manat pulun bankın xidmət haqqı kimi tutulmuş üç manatı çıxıldıqdan sonra yerdə qalan 297 (iki yüz doxsan yeddi) manat hissəsini xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin bankomatından çıxarıb nağdlaşdırıb öz şəxsi ehtiyaclarına xərcləməklə Təqsirləndirilən şəxs1 vasitəsi ilə Əli Əlisoyun ümumilikdə 1300 (min üç yüz) manat pulunu ələ keçirib həmin pulun üzərində istədiyi kimi sərəncam vermək imkanına nail olduqdan sonra Təqsirləndirilən şəxs1 vasitəsi ilə Əli Əlisoya onun yaxın vaxtlarda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləcəyini vəd etmiş, lakin vədinə əməl etmək və icrası üçün heç bir real hərəkət niyyətində olmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Qeyd olunan ittihamların məzmunundan açıq-aşkar görünür ki, istintaq orqanı özü belə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yekun ittiham irəli sürərkən onların Əli Əlisoya müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləcəyini vəd etmələri, lakin onların vədlərinə əməl etmək və icrası üçün heç bir real hərəkət etmək niyyətində olmadıqları nəticəsinə gəlmiş, yəni onların zərərçəkmiş şəxsin müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməsi məsələsinin həlli üçün hər-hansı bir vəzifəli şəxslə əlaqələrinin olmasını sübuta yetirə bilməmişdir. Məhz bu səbəbdən də ibtidai araşdırma orqanı onlara dələduzluqla bağlı cinayət ittihamları irəli sürmüşdür. Yuxarıda əks olunmuş hüquqi mövqenin işığında məhkuma qeyd olunan maddə ilə irəli sürülmüş ittihamın işin faktiki halları baxımından təhlil etdikdə müəyyən olunur ki, ittihamda rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Belə ki, Təqsirləndirilən şəxs1 və onun basitəsi ilə Təqsirləndirilən şəxs2 Əli Əlisoya müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləcəyini vəd edərək bu məqsədlə yüksək vəzifəli şəxsə pul verməli olduğunu bildirsələr də, reallıqda onlar rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmamış, heç buna cəhd belə etməmiş, faktiki olaraq vasitəçilik etmək imkanlarının olmasını yalandan deməklə zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə niyyətlənmişlər. Başqa sözlə, yalançı vasitəçi olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Ona görə də, onların əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, məhkumların məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Bu halda əməl CM-in 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda CM-in 32.4, 312.1-ci maddə ilə də tövsif edilməsinə ehtiyac yoxdur. CPM-in 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etməsinə dair CM-in 32.4, 312.1-ci maddəsi onlara qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz qulluq mövqelərindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişlər. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qabaqcadan əlbir olan qrup halında törədilməsi onların özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, CM-in 32.4, 312.1-ci maddəsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan xaric edilməli, onlara CM-in 178.2.1 və 178.2.3-cü maddələrlə irəli sürülmüş ittihama aid hissədə isə aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş X14 vurulmuş maddi ziyan tamamilə ödənilmişdir və sonuncunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclası zamanı Vüsal Əhməodov məhkəməyə 21708 nömrəli "xxxx" ASC tərəfindən verilmiş qəbzi təqdim edərək cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında, yəni 313.00 manatı dövlət büdcəsinə ödədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclası zamanı həmçinin Təqsirləndirilən şəxs2 məhkəməyə 21747 nömrəli "xxxx" ASC tərəfindən verilmiş qəbzi təqdim edərək cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında, yəni 313.00 manatı dövlət büdcəsinə ödədiyini bildirmişdir. CM-in 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2- 1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Qanunvericiliyin tələbinə əsasən CM-in 178.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı ödəmiş və cinayət nəticəsində vurulmuş ziyanın 25%-i dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməlidir. Ümumilikdə, cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilən cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və cəza tətbiq etməkdən imtinası, şəxsin törədilən cinayətə görə məsuliyyətə cəlb edilməməsi nəzərdə tutulur. CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə kollegiyası qanunun tələbini tətbiq etmək məqsədilə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəmələrini, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etmələrini, təqsirləndirilən şəxslərin əvvəllər CM-in 72-73-2 və 74.1-ci maddələrinin heç birinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilməmələrini nəzərə alaraq onların CM-in 178.2.1 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmələrini və barələrində həmin maddələrlə cinayət təqibinə xitam verilməsini qanuna müvafiq hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 1(098)-45/2022 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan CM-in 32.4, 312.1-ci maddəsi xaric edilməli, CM-in 178.2.1 və 178.2.3-cü maddələrlə irəli sürülmüş ittihama aid hissədə iş üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməlidirlər. Şərh olunanlara əsasən və CPM-in 40.3, 43.1.2, 397-403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasl CM-in 178.2.1, 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 1(098)-45/2022 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4,312.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan CM-in 32.4, 312.1-ci maddəsi (bu maddə əsasında irəli sürülmüş ittiham) xaric edilsin. Azərbaycan Respublikasl CPM-in 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.1 və 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4,312.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan CM-in 32.4, 312.1-ci maddəsi (bu maddə əsasında irəli sürülmüş ittiham) xaric edilsin. Azərbaycan Respublikasl CPM-in 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.1 və 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Birinci instansiya məhkəməsində işə baxılarkən dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi1 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 108 (bir yüz səkkiz) manat məbləğində, vəkil Müdafiəçi2 işlədiyi Bərdə Rayon Vəkil Bürosunun hesabına 108 (bir yüz səkkiz) manat məbləğində pul köçürülsün. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-5/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-5/2023
18.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver