Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1-1(104)-52/2023 25.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Hərbi Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Gəncə Hərbi Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(095)-22/2023 saylı (hakimlər V.K.Məmmədov (sədrlik edən), K.N.Muxtarov və N.N.Hüseynli) hökmü ilə xx xxxxxx 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 48, ev 8B-də qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Süleyman Rüstəmov küçəsində yerləşən yeni yaşayış massivində yaşayan, N nömrəli hərbi hissənin hərbi qulluçusu, baş leytenant, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 125-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 329.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, 29 iyul 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı, 22 avqust 2022-ci il tarixdən 18 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla cəza çəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmdən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Həmçinin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməllərinin CM-nin 125, 329.2.1 və 341.3-cü maddələrinə tövsif edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. İbtdai istintaq orqanının gəldiyi nəticə İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə, o, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etmiş, habelə onun rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə döyüş şəraitində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki şəxslərin hüquqlarına, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla həmin əməllər ağır nəticələrə səbəb olmuş, həmçinin o, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 3cü tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində Kəlbəcər rayonunun Zar kəndinin ərazisində, bölüyün dayaq məntəqəsindən 4 km məsafədə yerləşən, şərti olaraq «KS-24» (Kəlbəcər Sərhəd, köhnə adı «Tanker-10») adlanan döyüş mövqeyinin başçısı kimi həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin yay aylarında günorta saatlarında komandiri olduğu tağımın 1-ci manqasının baş əsgəri X10 ona məxsus siqaret qutusundan N (bir) ədəd siqaret götürdüyünü aşkar edib, buna görə tabeliyindəki əsgər heyətini həmin döyüş mövqeyinin əsgər yataqxanasında sıraya düzmüş və «siqareti ondan icazəsiz götürənin var-yoxunun» ünvanına söyüş söymüşdür. Bu zaman əsgər N.N.Cümşüdov, digər əsgərlərin siqaretin onun tərəfindən götürüldüyünü bildikləri və artıq onların arasında nüfuzdan düşdüyü qənaətinə gəlib ağlayaraq kənara çəkilmişdir. Xidmət yoldaşlarının köməkliyi ilə sakitləşib bir az sonra özünə gəldikdən bir neçə dəqiqə sonra əsgər N.N.Cümşüdovun əsgər yataqxanasında leytenant Təqsirləndirilən şəxs yaxınlaşıb «Komandir, səhvən sizin siqaretinizi götürmüşəm, bağışlayın» deyərək ondan üzr istəməsinə baxmayaraq, leytenant Təqsirləndirilən şəxs onun hərəkətindən daha da qəzəblənib «Bəs sənin gözün kordu, görmürsən ki, kimin siqaretini götürürsən, bilmirsən siqaret hamıya sayla verilir?» deyərək onu tənbeh etmiş, sonra isə onun sifətinə bir sillə zərbəsi, bunun ardınca sifətinin sağ və sol nahiyələrinə iki yumruq zərbəsi vurmuş və əsgər N.N.Cümşüdov həmin zərbələrin təsirindən başını tutub yerə əyildikdə, leytenant Təqsirləndirilən şəxs sobanın yanındakı odun parçasını götürərək həmin odunla onun baş nahiyəsinə zərbə vurmaq istəsə də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X17 ona mane olaraq odunu əlindən almış, bununla da leytenant Təqsirləndirilən şəxs rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin fevral ayının əvvəllərində, günorta saatlarında başçısı olduğu, şərti olaraq «KS-24» (Kəlbəcər Sərhəd, köhnə adı «Tanker-10») adlanan döyüş mövqeyinin əsgər yataqxanasında komandiri olduğu tağımın 2-ci manqasının tuşlayıcısı, əsgər X13 əynindəki şalvarında yırtıq olduğunu və şalvarın ləkəli olduğunu görüb bundan qəzəblənərək onu tənbeh etmiş, daha sonra sonuncunun sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində şəxsə zor tətbiq etmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin fevral ayının sonlarında saat 10-11 radələrində başçısı olduğu, şərti olaraq «KS-24» (Kəlbəcər Sərhəd, köhnə adı «Tanker-10») adlanan döyüş mövqeyinin əsgər yataqxanasında tağımın aşpazı kimi xidmət edən, komandiri olduğu tağımın 1-ci manqasının qumbaratan köməkçisi, əsgər X1 yeməyini istəmişdir. Əsgər K.M.Eyvazov «Komandir, saat hələ on birdir, mən günorta yeməyini təzə qoymuşam, qızmağına hələ var» deyib səhər yeməyinin artıq yeyildiyini, nahar yeməyinin isə hazır olmadığını bildirdikdə, leytenant Təqsirləndirilən şəxs bundan qəzəblənib «sənə deməmişəm mənim səhər yeməyim həmişə vaxtında hazır olsun? Nə üçün mənim səhər yeməyim hazır deyil?» deyərək onu tənbeh etmiş, daha sonra əsgər K.M.Eyvazovun ayaq nahiyəsinə təpiklə bir zərbə və sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində şəxsə zor tətbiq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, şərti olaraq «KS-24» (Kəlbəcər Sərhəd) adlanan döyüş mövqeyinin başçısı kimi 04 iyun 2022-ci il tarixdə saat 13:50 radələrində döyüş mövqeyinin ərazisinə baxmaq və döyüş növbətçiliyinin hansı qaydada həyata keçirilməsini yoxlamaq məqsədi ilə əsgər yataqxanasından çıxıb, birbaşa döyüş növbətçiliyinin icra olunduğu 1 №-li uzun müddətli atəş mövqeyinə getmişdir. Mövqeyə daxil olarkən o, həmin vaxt atəş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın 3-cü manqasının atıcısı, əsgər X4 əlində istifadəsi qadağan olunmuş smartfon tipli «Redmi 9A» markalı mobil telefon görərək, sonuncudan həmin telefonu kimdən aldığını soruşmuş və telefonu söndürub ona təhvil verməsini istəmişdir. Əsgər S.M.Abdullazadə ona həmin telefonu hamamlanmaq üçün 1-ci tabora düşdükləri gün orada şərti olaraq «Tanker-3» adlandırılan döyüş mövqeyinin əsgərlərindən aldığını deyərək, telefonu söndürüb ona təqdim etmiş və bu barədə heç kimin bilməməsini xahiş edərək, təklikdə söhbət edə biləcəklərini bildirdikdə, leytenant Təqsirləndirilən şəxs onun bu xahişinə etiraz etməyib, əsgər yataqxanasına getməsini və döyüş mövqeyində olan əsgərləri yoxlayıb qayıdacağını bildirmişdir. Postun ərazisini gəzib şəxsi heyəti yoxladıqdan sonra o, əsgər yataqxanasına qayıtmış və 1 №-li uzun müddətli atəş mövqeyinin yanında əsgər S.M.Abdullazadə ona yaxınlaşaraq bir daha söhbət etmək istədiyini bildirdikdə, ona əsgər yataqxanasında söhbət etməyi təklif etmişdir. Yataqxanaya gedərkən əsgər S.M.Abdullazadə ona «komandir, mən əvvəl xidmət etdiyim postlarda da telefon işlətmişəm, lakin bu posta gələndə sizə hörmət edərək gətirməmişdim, amma hamamlanmaq üçün tabora düşdüyümüz gün, problemim olduğuna görə telefonla danışmalı olduğumdan «Tanker-3» döyüş mövqeyinin əsgərlərindən almışam» dedikdə o, əsgər S.M.Abdullazadədən problemi olduğu təqdirdə hansı səbəbdən ona heç bir söz demədiyini soruşmuş, sonuncu da şəxsi problemləri barədə heç kimə deyə bilmədiyini bildirmişdir. Onlar əsgər yataqxanasına daxil olduqda leytenant Təqsirləndirilən şəxs həmin vaxt döyüş növbəsini çəkməli olan 3-cü tağımın 60 millimetrlik minatan heyəti, müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçusu, əsgər X14 yataqdan qaldıraraq şəxsi heyətə nəzarət etmək üçün göndərmiş və bundan sonra əsgər S.M.Abdullazadə orada ondan nömrəni üzərindən çıxartmaq üçün telefonu istədikdə, buna etiraz etməyib telefonu verərək nömrəni çıxarıb qaytarmasını tapşırmışdır. Əsgər S.M.Abdullazadə öz yatağına tərəf gedib nömrəni çıxararaq telefonu yenidən gətirib qaytarmaq istəyərkən, leytenant Təqsirləndirilən şəxs ondan telefonu açıb qaytarmasını istəmiş, lakin əsgər S.M.Abdullazadə telefonda şəxsi məlumatlarının olmasını əsas gətirərək bundan imtina etmişdir. Bundan qəzəblənən leytenant Təqsirləndirilən şəxs, belə olduğu təqdirdə əsgər S.M.Abdullazadəyə telefonu ona tərxis olunduğu vaxt qaytaracağını demişdir. Daha sonra leytenant Təqsirləndirilən şəxs həmin vaxt əsgər yataqxanasında olan 3-cü manqanın əsgəri X15 yanında həmin manqanın komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X16 müraciət edərək, əsgər S.M.Abdullazadənin telefonunu göstərib «Telefon satıram, istəmirsən?» deyərək sual vermişdir. Kiçik çavuş E.Y.Mədətov «yox, komandir, öz telefonum var, istəmirəm» deyərək cavab verdikdən sonra leytenant Təqsirləndirilən şəxs həmin hərəkətindən qəzəblənmiş əsgər S.M.Abdullazadə «o telefonu heç kimə sata bilməzsiz, istəsəm zəng vuraram və siz telefonu yarım saat ərzinə mənə özünüz qaytararsınız» deyərək bildirmişdir. Leytenant Təqsirləndirilən şəxs ona «sən kimə zəng edəcəksən ki, yarım saat ərzində o telefonu mən sənə qaytaracam» deyə sual vermiş, daha sonra kiçik çavuş E.Y.Mədətova «istədiyi şəxsə zəng etməsi üçün» öz telefonunu əsgər S.M.Abdullazadəyə verməsini tapşırmışdır. Lakin əsgər S.M.Abdullazadə kiçik çavuş E.Y.Mədətovun telefonunun istəmədiyini bildirərək, «öz telefonumu verin mən zəng edim və siz yarım saata telefonu mənə qaytaracaqsınız» deyə cavab vermiş və onun bu sözündən daha da çox qəzəblənmiş leytenant Təqsirləndirilən şəxs, komandir kimi tabelikdə olan şəxsə qarşı təmkinli və nəzakətli olmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib qanuni təsir tədbirləri görməli olduğu halda, eləcə də hərəkətlərinin əsgər S.M.Abdullazadəni şəxsi heyət qarşısında nüfuzdan salmaqla onun psixiemosional halına kəskin mənfi təsir edə biləcəyini bildiyi halda, rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyətin və yuxarı komandanlığın qarşısında özünü tələbkar, prinsipial, tabeliyində olanların, eləcə də kənar şəxslərin təsiri altında özünün verdiyi qərarlardan imtina etməyən zabit kimi göstərmək məqsədi ilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin vəziyyətdə məhz əsgər S.M.Abdullazadəni nəzərdə tutaraq, şəxsi heyət arasında ən ağır təhqirlər kimi qəbul edilən ifadələr işlədib «yarım saata telefonu qaytarmayanın var-yoxunu…, sortunu…, şərəfini…» deyərək söyüşlər söymüş, daha sonra isə istifadəsində olan mobil telefonla, «WhatsApp» mobil tətbiqi vasitəsi ilə bölük komandiri, baş leytenant X2 mesaj göndərərək, əsgər S.M.Abdullazadədə telefon aşkar etdiyini, sonuncunun isə guya kiminsə vasitəsi ilə həmin telefonu yarım saat ərzində qaytartdıracağını dediyini bildirmişdir. Baş leytenant V.E.Muradxanlı həmin mesaja cavab olaraq leytenant Təqsirləndirilən şəxs «WhatsApp» mobil tətbiqi vasitəsi ilə səsli mesaj göndərərək, «o əsgəri E.R.Rəhimovla birlikdə mənim yanıma göndər, görüm kim məndən yarım saata telefonu ala biləcək» deyərək tapşırıq vermiş və bunu eşidən əsgər S.M.Abdullazadə özünün dediyi vaxt ərzində telefonunun ona qaytarılmasını təmin edə bilməyəcəyinə görə şəxsi heyət arasında nüfuzdan düşəcəyini anlayaraq, leytenant Təqsirləndirilən şəxs hərəkətlərindən təsirlənib həyəcanlı və rəngi ağarmış halda üzünü sonuncuya tutaraq «komandir, sizdən gözləməzdim, nə üçün bölük komandirinə məruzə etdiniz» deyib çölə çıxaraq şəxsi heyətin yanına getmişdir. Bundan sonra leytenant Təqsirləndirilən şəxs, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər E.R.Rəhimovu və əsgər S.M.Abdullazadəni əsgər yataqxanasına çağırıb, hər ikisinə hazırlaşaraq şərti olaraq «KA-24» adlanan bölüyün dayaq məntəqəsinə getmələrini tapşırmışdır. Bu zaman əsgər E.R.Rəhimov bölüyün baş çavuşunun ona zəng edərək postda olan iki binokuldan (yaxınlaşdırıcı optik cihaz) birini gətirməsini tapşırdığın bildirərək, binokullardan birini götürüb əsgər S.M.Abdullazadəyə vermiş və artıq hər ikisi yataqxanadan çıxarkən leytenant Təqsirləndirilən şəxs masanın üzərində olan, əsgər S.M.Abdullazadəyə məxsus mobil telefonu da əsgər E.R.Rəhimova verib həmin telefonu bölük komandirinə təhvil verməsini tapşırmışdır. Onlar saat 14:30 radələrində əsgər yataqxanasından çıxarkən, əsgər S.M.Abdullazadə kefsiz, fikirli, həyəcanlı vəziyyətdə çıxmış və təxminən 65-70 metr yol getdikdən sonra, dağın yamacında əsgər E.R.Rəhimovdan şəxsi məlumatlarını silmək üçün telefonunu ona verməsini istəmişdir. Lakin əsgər E.R.Rəhimov ona şəxsi məlumatlarını bölük komandirinin yanında silə biləcəyini deyərək, telefonu verməkdən imtina etmiş və bundan sonra əsgər S.M.Abdullazadə yarım saatlıq müddətin daraldığını, tamam olduqda leytenant Təqsirləndirilən şəxs dediyi söyüşləri qəbul etmiş hesab olunacağını görüb buna görə daha də həyəcanlanaraq, qəflətən telefonu onun əlindən alıb yerdə olan iti uclu daşların üzərinə möhkəm zərbə ilə vuraraq sındırmışdır. Daha sonra əsgər S.M.Abdullazadə, leytenant Təqsirləndirilən şəxs ona qarşı etdiyi qanunsuz və nizamnamədən kənar hərəkətlərdən, yəni bir qədər öncə digər xidmət yoldaşlarının gözü qarşısında məhz onu nəzərdə tutaraq telefonu yarım saata ondan geri almayanın ünvanına əsgərlər arasında ən ağır təhqir kimi qəbul edilən söyüşlər söyməsindən, bununla da faktiki olaraq onu əsgər yoldaşlarının yanında «böyük əsgər» kimi nüfuzdan salmasından, eləcə də hadisədən bir neçə gün əvvəl əsgər yoldaşlarına bölük komandiri, baş leytenant V.E.Muradxanlıdan qorxub çəkindiyini dediyinə görə artıq ondan da telefonunu ala bilməyəcəyini düşünməsindən təsirlənib həmin vəziyyətdə, saat 14.35-də qaçaraq leytenant Təqsirləndirilən şəxs də olduğu əsgər yataqxanasına qayıtmışdır. Əsgər yataqxanasına daxil olduqda əsgər S.M.Abdullazadə orada həyəcanlı vəziyyətdə uca səslə həmin vaxt qapının yanında dayanmış əsgər T.S.Ağayevə «qardaşım, mənə bir siqaret gətir» deyib onu yataq yerlərinə tərəf göndərmiş, daha sonrə isə otağa daxil olarkən sol tərəfdə yerləşən silahların saxlanıldığı yerdən özünə təhkim olunmuş «AKM» markalı, 7.62 mm kalibrli TA 3865 nömrəli avtomat silahı, içərisində 0N (bir) ədəd təlim və 29 (iyirmi doqquz) ədəd 7,62 mm kalibrli döyüş patronu olan darağı götürmüşdür. Bundan sonra əsgər S.M.Abdullazadə ondan 2 (iki) metr məsafədə, yataq yerinin üzərində əyləşmiş leytenant Təqsirləndirilən şəxs tərəf baxıb darağı silahın üzərinə keçirmiş və silahı avtomatik atəş rejimində atəşə hazır vəziyyətə gətirmişdir. Bunu görən leytenant Təqsirləndirilən şəxs qışqıraraq ona «Neynirsən burda?» deyə sual vermiş, o isə «özümü vuracam» deyərək cavab vermişdir. Bunu eşidən leytenant Təqsirləndirilən şəxs rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyətin və yuxarı komandanlığın qarşısında özünü tələbkar, prinsipial, tabeliyində olanların, eləcə də kənar şəxslərin təsiri altında özünün verdiyi qərarlardan imtina etməyən zabit kimi göstərmək məqsədi ilə döyüş şəraitində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, həmin vaxt düşdüyü situasiya ilə əlaqədar emosional gərginlik vəziyyətində olan əsgər S.M.Abdullazadəni sakitləşdirib həmin vəziyyətdən çıxartmaqla onun qayğısına qalmaq, ona qarşı anlayışlı və mülayim rəftar etmək imkanı və zamanı olduğu halda, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə yolu ilə özünü öldürmə həddinə çatdıraraq, bir daha hərəkətlərinin əsgər S.M.Abdullazadəni şəxsi heyət qarşısında nüfuzdan salmaqla onun psixi-emosional halına kəskin mənfi təsir edə biləcəyini bildiyi halda, acıqlı tərzdə, həmin vaxt əsgər yataqxanasında olan əsgər T.S.Ağayevin eşidəcəyi səs tonu ilə «özünü vurmayanın var yoxunu…, sortunu…» deyib sonuncunun ünvanına yenidən şəxsi heyət arasında ən ağır təhqirlər kimi qəbul edilən ifadələr işlətmişdir. Bu zaman əsgər S.M.Abdullazadə leytenant Təqsirləndirilən şəxs ona qarşı yol verdiyi qanunsuz və nizamnamədən kənar hərəkətlərinin təsiri altında davranış aktlarında təzahür etmiş, qarşılaşdığı şəraitlə, yəni onda hərbi xidmət zamanı istifadəsi qadağan edilmiş mobil telefon aşkar edilməsi, buna görə barəsində yuxarı komandanlığa məruzə edilərək cəzalandıralacağı və leytenant Təqsirləndirilən şəxs tərəfindən yol verdiyi intizam pozuntusuna görə barəsində qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi əvəzinə, ən ağır şəkildə söyülüb təhqir olunmaqla əsgər yoldaşları qarşısında nüfuzdan salınması ilə şərtləşmiş emosional gərginlik halını keçirərək, birbaşa həmin qanunsuz və nizamnamədənkənar hərəkətlər səbəbindən özünü öldürmək barədə qərarını daha da qətiləşdirmiş və bu məqsədlə dərhal elə orada, yəni əsgər yataqxanasının giriş qapısının içəri tərəfində ayaqüstü vəziyyətdə əlindəki silahın çaxmağını sürətli şəkində üç dəfə çəkib-buraxmaqla bir ədəd təlim və iki ədəd döyüş patronunu yerə düşürmüş, həmin an leytenant Təqsirləndirilən şəxs əsgər S.M.Abdullazadənin özünü öldürməyə yönəlmiş real hərəkətlərini sadəcə izləmiş, daha sonra sonuncu sürgü qolunu dördüncü dəfə çəkib buraxaraq silahın lülə hissəsini çənəaltı nahiyəsinə dirəyib bu vəziyyətdə avtomatik atəş rejimində aşağıdan yuxarıya doğru istiqamətdə, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafədən, iki atəş açaraq özünə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid «giriş dəliyi çənəaltı nahiyədə, çıxış dəliyi təpə nahiyəsində yerləşməklə başın iki ədəd dəlib keçən güllə yarası» xəsarətlərini yetirməklə baş beyin toxumasının əzilib dağılması səbəbindən hadisə yerində ölmüş, bununla da leytenant Təqsirləndirilən şəxs rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə döyüş şəraitində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki şəxslərin hüquqlarına, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla həmin əməllər ağır nəticələrə səbəb olmuş, həmçinin o, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Buna görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxsun yuxarıda göstərilən əməllərini CMnin 125, 329.2.1 və 341.3-cü maddələri qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Məhkəmənin mövqeyinə görə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş Səid Abdullazadəni hər iki halda (birinci halda telefonu yarım saata qaytarmayanı, ikinci halda isə özünü öldürməyəni) söyüb təhqir edərək ona mənəvi əzab verməklə sonuncuya qarşı amansız rəftar etməsi istintaq orqanı tərəfindən özünü öldürmə həddinə çatdırmaqla, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə yanaşı artıq olaraq həmin Məcəllənin 341.3-cü maddəsi ilə də tövsif edilmişdir. Belə ki, cinayət qanununun normalarına görə vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətinin xüsusiyyəti ondan ibarətdir ki, onların törədilməsi zamanı təhlükəli nəticələr zərər çəkmiş şəxsə bilavasitə zərər vurulması ilə deyil, qanunsuz əmr verilməsi yolu ilə meydana çıxır. Həmçinin, cinayət qanununun normalarına görə tabelikdə olan hərbi qulluqçu barəsində nizamnamədənkənar hərəkətlərin qarşısının alınması üşün rəis tərəfindən tədbir görülməməsi də hakimiyyətdən istifadə etməmə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əsgər Səid Abdullazadədə postda istifadəsi qadağan olunmuş android tipli telefon, yəni nizamnamədənkənar hərəkəti aşkar edərək bölük komandiri, baş leytenant X11 məruzə etməsinə gəldikdə, Təqsirləndirilən şəxs rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyətin və yuxarı komandanlığın qarşısında özünü tələbkar, prinsipial, tabeliyində olanların, eləcə də, kənar şəxslərin təsiri altında özünün verdiyi qərarlardan imtina etməyən zabit kimi göstərmək məqsədi ilə yox, rəis kimi xidməti vəzifələrini icra edərək nizamnamədənkənar hərəkətlərin qarşısının alaraq vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə uyğun istifadə etməsi kimi qiymətləndirilməlidir. Çünki təqsirləndirilən şəxs qeyd olunan hərəkəti nəticəsində özü və üçüncü şəxslər üçün hər hansı bir qanunsuz üstünlük əldə etmir. Belə bir qanunsuz üstünlüyün nədə ifadə olunması isə istintaq orqanının təqsirləndirilən şəxsin fikirlərinə dair şəxsi mülahizəsi ilə əsaslandırılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs özünü tələbkar, prinsipial və tabeliyində olanların, eləcə də kənar şəxslərin təsiri altında özünü verdiyi qərarı dəyişməyən zabit kimi göstərməsi ona xidmət şəraitində malik olmalı olduğu nüfuzu qorumağa xidmət edə bilər. Lakin təqsirləndirilən şəxsin özü və üçüncü şəxslər üçün heç bir qanunsuz üstünlük gətirə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əsgər Səid Abdullazadəni dəfələrlə təhqir etməsi, əsgər Səid Abdullazadə «Özümü vuracam» dedikdə onu sakitləşdirmək əvəzinə özünü vurmayanın ünvanına nalayiq ifadələr işlətməsi, nəticədə əsgər Səid Abdullazadənin avtomat silahdan atəş açaraq özünü vurması rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyətin və yuxarı komandanlığın qarşısında özünü tələbkar, prinsipial, tabeliyində olanların, eləcə də kənar şəxslərin təsiri altında özünün verdiyi qərarlardan imtina etməyən zabit kimi göstərmək məqsədi ilə döyüş şəraitində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi kimi yox, təqsirkardan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə yolu ilə özünü öldürmə həddinə çatdırma kimi qiymətləndirilməlidir. Belə ki, əsgər Səid Abdullazadə xidməti cəhətdən leytenant Təqsirləndirilən şəxs asılı vəziyyətdə olmuş, yəni onun tabeliyində xidmət etmişdir. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs hər hansı bir cinayət əməli törətməmiş, X7 qarşı hər hansı bir nəlayiq söz işlətməmişdir. O, X5 istifadəsi qadağan olunmuş telefon aşkar etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq bölük komandirinə məruzə etmişdir və daha sonra bölük komandirinin göstərişinə əsasən Səid Abdullazadəni bölük komandirinin yanına göndərmişdir. Səid Abdullazadə bölük komandirinin onu cəzalandıracağından qorxduğu üçün intihar etmişdir. Səid Abdullazadə bölük komandiri X8 həddindən çox qorxması iş materialları ilə də öz təsdiqin tapır. Bundan əlavə Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd edilir ki, guya ki, Səid Abdullazadənin əlində silah olduğunu gördüyü halda ona «Özünü vurmayanın var yoxunu…, sortunu…» deyib sonuncunun ünvanına şəxsi heyət arasında ən ağır təhqirlər kimi qəbul edilən ifadələr işlətmişdir. Məntiqlə fikirləşsək heç kəs əlində atışa hazır vəziyyətdə silah olan şəxsə cəsarət edib söyməz. Çünki əlində atışa hazır vəziyyətdə silah olan şəxsin onu söyüb təhqir edən şəxsi öldürmək ehtimalı yüksəkdir. Həmçinin əgər Hüseyn X12rşı hər hansı bir nəlayiq söz demiş olsaydı şahidlər ilkin ifadələrində bu barədə qeyd edərdilər. Halbu ki, X21 hadisədən dərhal sonra Təqsirləndirilən şəxs «komandir niyə bölük komandirinə məruzə etdiniz? Səid bölük komandirindən qorxurdu axı, siz bölük komandirinə məruzə etməsəydiniz o, özünü öldürməzdi» kimi irad bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs tabeliyində olan heç bir əsgərə qarşı zorakılıq etməmiş, heç kimi təhqir etməmişdir. Hərbi hissədə mütəmadi olaraq sorğular aparılmış və bədən baxışı keçirilmiş, əgər bugünə kimi o, zorakılıq etmiş olsaydı ondan şikayət olunardı, lakin onun barəsində şikayət olmamışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, cinayət qanununun normalarına görə vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətinin xüsusiyyəti ondan ibarətdir ki, onların törədilməsi zamanı təhlükəli nəticələr zərərçəkmiş şəxsə bilavasitə zərər vurulması ilə deyil, qanunsuz əmr verilməsi yolu ilə meydana çıxır. Həmçinin, cinayət qanununun normalarına görə tabelikdə olan hərbi qulluqçu barəsində nizamnamədənkənar hərəkətlərin qarşısının alınması üçün rəis tərəfindən tədbir görülməməsi də hakimiyyətdən istifadə etməmə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əsgər Səid Abdullazadədə postda istifadəsi qadağan olunmuş android tipli telefon aşkar edərək bölük komandiri, baş leytenant X11 məruzə etməsini, onun rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyətin və yuxarı komandanlığın qarşısında özünü tələbkar, prinsipial, tabeliyində olanların, eləcə də, kənar şəxslərin təsiri altında özünün verdiyi qərarlardan imtina etməyən zabit kimi göstərmək məqsədi ilə yox, rəis kimi xidməti vəzifələrini icra etməklə nizamnamədənkənar hərəkətlərin qarşısının alaraq vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə uyğun istifadə etməsi kimi qiymətləndirmiş və bunun təqsirləndirilən şəxsin özü və üçüncü şəxslər üçün heç bir qanunsuz üstünlük gətirə bilməməsi qənaətində olmuşdur. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsin qeyd olunan hərəkəti nəticəsində özü və üçüncü şəxslər üçün hər hansı bir qanunsuz üstünlük əldə etməsi istintaq orqanının şəxsi mülahizəsi ilə əsaslandırılmışdır. Bu məqamda qeyd etmək lazımdır ki, CPM-nin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Hazırki iş üzrə də toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri Təqsirləndirilən şəxs özünü yuxarıda göstərilən tərzdə aparan bir zabit olmasını təsdq etmiş, isintaq orqanı tərəfindən də bu hal qanuni və əsaslı olaraq üstünlük əldə etmə kimi qiymətləndirilmişdir. Zabitin hərəkətləri nizamnamə və yuxarı komandanlığın müvafiq əmrləri (mobil lelefon aşkar olunduğu təqdirdə dərhal alınıb bu barədə məruzə olunması barədə) ilə uzlaşardı və bu normativ aktlara uyğun atılmış addım olardı. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs hərəkətləri özü-özlüyündə qanunsuzdur, bu azmış kimi o, bu qanunsuz əməllərini davam etdirir, tabeliyində olanlara bunu həzm etdirməyə, qanunsuz olduğu halda belə hərəkətin edilməsinin onun üçün çətin olmadığını göstərməyə çalışır, qanunsuz yolla nüfuzunu qorumağa çalışır. Sadalanan bu hallar məhkəmənin mövqeyini tamamilə təkzib etsə də, nədənsə məhkəmənin nəzərindən qaçmışdır. Bir məqama da diqqət etmək lazımdır ki, belə qanunsuz hərəkətlərlə «nüfuz qazanmağa» çalışması Təqsirləndirilən şəxs ilk hal olmamış, tabeliyində olan şəxslərə qarşı zor tətbiq etdiyi halların hər birində də onun özünə vurğunluğu, üstün sayması kimi xarakteri açıq-aşkar müşahidə olunmuşdur. Cinayət prosesi tərəflərini mövqeyi Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, heç bir cinayət əməli törətməmişdir. Protestə etiraz edir, şikayətdə göstərilən məzmunda çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, protestə etiraz etdi, şikayətin təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestin dəlillərinə uyğun çıxış edərək təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Əsas Qanunun bu müddəalarından irəli gələrək qanunverici cinayət mühakimə icraatı zamanı həqiqətə nail olmağın prinsiplərini, qaydasını və prosedurunu cinayət-prosessual qanunvercilik vasitəsilə müəyyən etmişdir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən, yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsi vəziyyətini protestin və şikayətlərin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesinin tərəflərini məhkəmə kollegiyasının iclasında dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı apellyasiya protesti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə iş üzrə yeni hökm çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və o həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham üzrə cinayət əməllərinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır. Məhkəmə kollegiyası məhkuma elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci madələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası ittiham olunduğu maddələr ilə bəraət verilməsini mümkün hesab etmir. Apellyasiya protestinin dəlillərindən görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hökmü mübahisələndirmişdir. Belə ki, məhkəmənin CM-nin 341.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq aşağıdakılar qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə CM-nin 341.3-cü maddəsinin xaric edilməsi ilə bağlıdır. CM-nin 341.3-cü maddəsinə əsasən rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası CM-nin 341.3-cü maddəsinin xaric edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi Səid Abdullazadə əsgər yataqxanasına daxil olduqda özünü öldürmək qərarını qətiləşdirmiş, orada olan əsgər yoldaşını siqaret gətirmək bəhanəsi ilə silah otağı istiqamətindən kənarlaşdırıb özünə təhkim olunmuş avtomat silahı götürmüşdür. Bu həddə çatmış əsgərini görən Təqsirləndirilən şəxs isə komandir kimi Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən qanuni tədbirlər görməli olduğu halda, ümumiyyətlə baş verə biləcək hər hansı hadisə barədə dərhal yuxarı komandanlığa məlumat verməli, hadisənin qarşısını almaq üçün zəruri addımlar atmalı olduğu halda, əksinə, hadisənin daha ağır nəticələrə səbəb olmasına zəmin yaratmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bu əməlləri amansız rəftar olmaqla tabeliyində olan şəxsi özünü öldürmə həddinə çatdırma kimi deyil, rəis və vəzifəli şəxs kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmə ilə müşayiət olunmuşdur ki, bu da CM-nin 125-ci maddəsi ilə əhatə olunmadığına görə belə qiymətləndirilmə tamamilə qanunsuzdur. Belə ki, Təqsirləndirilən şəxs rəis olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə tabeliyində olan əsgər Səid Abdullazadənin özünü öldürmə həddinə çatdığını görməsinə baxmayaraq komandir kimi Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən qanuni tədbirlər görməli olduğu halda, ümumiyyətlə baş verə biləcək hər hansı hadisə barədə dərhal yuxarı komandanlığa məlumat verməli, hadisənin qarşısını almaq üçün zəruri addımlar atmalı olduğu halda, əksinə, hadisənin daha ağır nəticələrə səbəb olmasına zəmin yaratmışdır. Ona görə də məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hissədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 341.3cü maddəsinin dipozisiyasında nəzərdə tutulmuş cinayət tərkibi mövcuddur. İbtidai istintaq orqanı əməlin bu hissədə tövsifi üzrə düzgün nəticəyə gəlsə də birinci instansiya məhkəməsi cinayət qanunun normasını düzgün şərh etməyərək əsassız nəticəyə gəlmişdir. CPM-nin 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Azərbaycan Respublikası CPM-nin 399.1 və 399.1.4-cü maddələrinə əsasən məhkəmənin cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət qanunun normasını düzgün tətbiq etmədiyindən CPM-nin 403-cü maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin qeyd olunan hökmü ləğv edilməli, iş üzrə yeni ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs CM-nin 125, 329.2.1 və 341.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməlidir. Cəza məsələsi ilə bağlı məsələləri müzakirə edən məhkəmə kollegiyası aşağıdakıların vurğulamağı zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı məhkum barəsində olan bütün yüngülləşdirici hallar, cinayət törədildikdən sonrakı davranışı, təyin olunmuş cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətdikdən sonra özünü müsbət mənada göstərmiş, 44 gün müddətində davam etmiş Vətən Müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən «Kəlbəcər rayonunun azad olunması» medalı ilə təltif olunmuş, atası X22 İİ qrup əlildir, zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, öz davranışı ilə islah olunduğunu sübut etməyə çalışmış və müəyyən mənada buna nail ola bilmişdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanı yüngülləşdirən halları nəzərdə tutan CM-in 59.2-ci maddəsində cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs 44 günlük “Vətən Müharibəsi” iştirakçısı olması, İİ Qarabağ müharibəsində gedən döyüşlərdə göstərdiyi xidmətlərinə görə “Kəlbəcər rayonunun azad olunması” medalına layiq görülməsi üçün adlı siyahıda adının qeyd edilməsi, eləcə də cinayət əməlinin törədildiyi vaxtdan keçən 1 ildən artıq müddətdə nümunəvi hərbi xidmət keçməsi Təqsirləndirilən şəxs atasının İİ qrup əlil olması, onun şəxsiyyətini müsbət səciyələndirən və cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə aradan qaldıran haldır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs hərbi xidmətini davam etdirmək arzusunda olmasını, Vətən Müharibəsində iştirak etməsini, medalla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs barəsində hazırda nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu məhkumun cəza çəkmədən islah olunan şəxs olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas verir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum özünün davranışları, danışıq tərzi ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real çəkilməsi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də məhkumun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və humanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkuma aid olan cəzasını yüngülləşdirən hallar qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar cəzanın onun islah edilməsinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 125, 329.2.1 və 341.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla onun üzərində qəti cəzaya məhkum edilməli, CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyası CPM-nin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübutların taleyi həll edilməlidir. Kollegiya hesab edir ki, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353, 356, 410 və 412-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələri ilə məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin 18 may 2023-cü il tarixli 1- 1(095)22/2023 nömrəli hökmü ləğv edilsin. İş üzrə yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il sınaq müddəti müəyyən edilərək şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi hərbi xidmət dövründə hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduqdan sonra isə qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə hərbi nizamnamələrin tələblərini dərindən öyrənmək və tələblərinə ciddi əməl etmək, hərbi qulluqcularla nizamnamələrin tələblərinə uyğun münasibət qurmaq, hərbi qulluqcularla nəzakətlə davranmaq, komandirlərin əmr və tapşırıqlarını dəqiq və vaxtında icra etmək, hərbi hissəni özbaşına tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – N nömrəli hərbi hissədə saxlanılan N (bir) ədəd 7,62 mm kalibrli, «AKM» markalı, TA 3865 nömrəli avtomat silah, həmin avtomat silaha aid N (bir) ədəd sandıqça, 27 ədəd patron, N (bir) ədəd gülləsiz patron həmin hərbi hissənin istifadəsinə verilsin; N nömrəli hərbi hissədə saxlanılan N (bir) ədəd buşlat, N (bir) ədəd kitel, N (bir) ədəd alt köynəyi, N (bir) ədəd mayka, N (bir) ədəd boğazlıq, N (bir) ədəd hərbi yun papaq, N (bir) ədəd hərbi şalvar, N (bir) ədəd alt şalvarı, N (bir) ədəd alt tumanı, N (bir) cüt hərbi çəkmə, N (bir) cüt corab, 2 (iki) ədəd giliz, iki ədəd metal predmet və istifadəyə yararsız olduğundan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan N (bir) ədəd sensor ekranlı «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiaomi Redmi 9A» markalı «M2006C3LG» modelli smartfon tipli mobil telefon məhv edilsin. İş üzrə məhkəmə xərcləri - məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsindən ötrü 160 (yüz altmış) manat, kompleks məhkəmə ballistik-trasoloji-daktiloskopik ekspertizasının keçirilməsi üçün 353 (üç yüz əlli üç) manat, məhkəmə-psixoloji ekspertizasının keçirilməsi üçün 120 (yüz iyirmi) manat, materialların məhkəmə-kriminalistik ekspertizasının keçirilməsi üçün 89 (səksən doqquz) manat, əlavə məhkəmə-psixoloji ekspertizasının keçirilməsi üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 842 (səkkiz yüz qırx iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-52/2023
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1-1(104)-52/2023
25.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver