Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-58/2023 18.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X2 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 31 may 2023-cü il tarixli, 1-1(098)-122/2023 saylı qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə ilkin baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 31 may 2023-cü il tarixli, 1-1(098)-122/2023 saylı qərarı ilə (sədrlik edən İlqar Quliyev) 1 aprel 1979-cu ildə Ağdam rayonu Xıdırlı kəndində doğulmuş, AzərbaycanRespublikasının vətəndaşı, evli, iki azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkumolunmamış, Vətən Müharibəsi iştirakcısı, Ağdam rayonu 698 saylı Quzanlı qəsəbəsi ev 655-də yaşayan, N nömrə hərbi hissəsinin 3-cü taborunun maddi-texnık təminat taqımının avtomobil manqasının sürücüsü əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 305-ci maddəsinə əsasən onun əməlində cinayət tərkibi olmadığına görə CPM-nini 39.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmənin hazırlıq iclasında xitam verilmiş, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatəti qismən təmin edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilmişdir. İş üzrə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 3- cü taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 23 may 2022-ci il tarixdə saat 19 radələrində ona təhkim edilmiş hərbi texnika hesab edilən “UAZ-390945" markalı “B 420 QQ” hərbi dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hərbi hissənin Ağdam rayonunun Qalayçılar kəndinin ərazisində yerləşən 3-cü taborunun qərargah binasının qarşısına gəlmişdir. Həmin gün verilən tapşırığa əsasən taborun qərargah binasının sağ tərəfində yerləşən qazanxanın qarşısında taborun postlarınagöndərilməsi üçün toplanmış su dolu qablar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yüklənməli olmuş, bu məqsədlə sonuncu idarə etdiyi avtomobili həmin istiqamətdə arxaya doğru hərəkət etdirən zaman “Yol hərəkətihaqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin "avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya doğru hərəkət etdirməməli və lazım gəldikdə arxada olan şəraitdən xəbərdar olmaq üçün kənar şəxslərin köməyindən istifadə etməlidir” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qazanxanın qarşısında quraşdırılmış metal işıq dirəyini vurmuş və işıq dirəyinin aşaraq yaxınlıqda olan həmin taborun qumbaraatan manqasının qumbaraatanıvəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs üstünə düşməsi nəticəsində ehtiyatsızlıqdan sonuncuya sağlamlığın qısa müddətəpozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən “təpə- alın nahiyəsinin çapılmış yarası, yumşaq toxumaların əziyi” və əmək qabiliyyətinin 1/3-dən az hissəsinin daimi itirilməsinə səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid edilən “posttravmatik alt kəsicidişlərin- 31, 32, 41, 42-ci dişlərin tac hissəsinin sınığı” xəsarətini yetirmişdir. Tərtər Hərbi Məhkəməsinin 31 may 2023-cü il tarixli, 1-1(098)-122/2023 saylı qərarı qərarından Dövlət ittihamçısı apellyasiya protesti verərək qərarın ləğv edilməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protestində qeyd edilmişdir ki, məhkəmənin mövqeyinə əsasən Təqsirləndirilən şəxs təhkim olunaraq onun tərəfindən idarə olunan “UAZ-390945" markalı “B 420 QQ” hərbi dövlət qeydiyyat nişanlı avtomobil hərbi texnika hesab olunmur. Məhkəmə bu fikri belə əsaslandırmışdır ki, tanklar, zirehli maşınlar, özüyeriyən artilleriya və raket qurğuları döyüş texnikasına, artilleriya sistemlərinin və odlu silahları idarəetmə aparatlarının yükləndiyi qoşquları yedəyə almaq üçün nəzərdə tutlmuş, habelə özü hərəkət edən digər texniki vasitələr xüsusi təyinatlı nəqliyyat vasitələrinə aid edilir. Bundan əlavə, hərbi texnikaya hərbi maşınlar tipinə və ya onlarda qurulmuş avadanlıqlara müvafiq olub xüsusi məqsədlər üçün istifadə olunan özüyeriyən texniki vasitələr xüsusi təyinatlı nəqliyyat vasitələrə aid edilir. Müxtəlif təyinatlı mühəndis maşınları (səngər qazan maşınlar, buldozerlər, kötükçıxaran və cığıraçan maşınlar və s.), sanitar xidməti nəqliyyatı, səyyar təmir emalatxanaları, labaratoriyalar və s. xüsusi hərbi texnika qrupuna daxildir. Eyni zamanda, şəxsi heyətin, silahların, hərbi sursatların, hərbi texniki əmlakın, ərzaq və əşya məhsullarını daşınması üçün nəzərdə tutulan, habelə gündəlik təsərrüfat, mədəniməişət, tibbi və s. xidmətlərin həyata keçirilməsi üçün istifadə edilən maşınlar nəqliyyat maşınları qrupuna daxildir. Şərh olunan cinayətin obyektiv cəhəti döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanın idarəetmə və istismar qaydalarını pozmada, bu hərəkətlərin zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasında və təqsirkarın əməlləri ilə ictimai-təhlükəli nəticələr arasında səbəbli əlaqədə ifadə olunur. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 sentyabr 2014-cü il tarixli qərarı ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Avtomobil xidməti haqqında” Təlimiatın 3.1-ci bənilnə əsasən hərbi hissəyə məxsus avtomobillər tipinə görə minik, yük və xüsusi avtomobillərə, istismar qrupuna görə isə döyüş, nizami, nəqliyyat və təlim avtomobillərinə bölünür. Həmçinin, nəzərə almaq lazımdır ki, elmi ədəbiyyatda hərbi texnika dedikdə, Silahlı Qüvvələrə məxsus olmaqla hərbi əməliyyatları və gündəlik fəaliyyəti təmin edən texniki vasitələr (avadanlıqlar) başa düşülür. Onlara aşağıdakılar aid edilir: -düşmənə birbaşa döyüş zərərinin yetirilməsi üçün nəzərdə tutulmuş döyüş texnikası, yəni silah və daşıyıcıları. Bu növ texnika hərbi texnikanın ən mühüm tərkib hissəsidir (qeyd olunan texnika növü ilə bağlı tovsiflə əlaqədar adətən fərqli mövqe yaranmasa da, texnikanın digər növlərinə aid vasitələrlə bağlı müəyyən fikir ayrılığı mövcuddur). -qoşunların və digər texniki avadanlığın idarə edilməsi üçün nəzərdə tutulmuş texniki vasitələr; -arxa təminat və döyüş əməliyyatlarının təminatı ilə bağlı nəzərdə tutulmuş texniki vasitələr; - təlim və təbliğat işlərinin aparılması üçün nəzərdə tutulmuş texniki vasitələr. Qoşun növündən asılı olaraq hərbi texnika quru qoşunları, hərbi dəniz, hərbi hava, mühəndis təminatı və s.. növlərə bölünür. Bundan əlavə, hərbi texnika öz funksional təyinatına görə müxtəlif təsinifatlara bölünür (raket, artilleriya, tank əleyhinə, rabitə və s...) Arxa təminat texnikası adlanan altkateqoriyaya avtomobil texnikası da aiddir (mənbə: Rusiya Federasiyası Hüquq Ensiklopediyası 2015, Hərbi texnika, hərbi terminlər lügəti. A.Plexov, S.Şapkin Hərbi nəşriyyat 1988). Cinayət işində olan N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayışdan da görünür ki, “UAZ-390945” markalı “B 420 QQ” hərbi qeydiyyat nişanlı yük avtomobili xx.xx.2021-ci il tarixdən hərbi hissənin balansındadır və qeyd edilən yük avtomobili hərbi texnika hesab edilir. Göründüyü kimi, CM-in 351-ci maddəsində hərbi hissəyə aid nəqliyyat vasitələrinin idarəetmə və istismar qaydalarının pozulmasının fərdiləşdirilməməsi, bu maddə ilə məsliyyət yaranmasını inkar edə bilməz, çünki təkərli nəqliyyat vasitələri də öz-özlüyündə hərbi hissənin ümumi hərbi texnikasının tərkib hissəsidir. Hərbi texnikanının idarəetmə və istismar qaydalarının pozulması dispozisiyada qeyd olunan nəticələrə səbəb olduqda CMin 351-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Belə olan halda, hərbi hissəyə məxsus döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələri də daxil olmaqla, hərbi texnikanın, o cümlədən təkərli, özüyeriyən nəqliyyat vasitələrinin idarəetmə və istismarı ilə müşayiət olunan cinayətləri törətmiş şəxslərin əməllərinin CM-in 351-ci maddəsi ilə tövsif edilərək məhkəmə məsuliyyətinə verilməsi qanuni və əsaslıdır. Məhkəmənin mübahisələndirdiyi ikinci məqam, Təqsirləndirilən şəxs CM-nin 351.1-ci madddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması üçün onun hərbi texnikanı idarəetmə və istismar qaydalarını vəhdət şəkildə pozduğu halda, əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa cinayət məsuliyyətinə cəlb oluna bilməsi ilə bağlı mövqedir ki, hesab edirəm bu tamamilə yanlışdır. Təsadüfi deyildir ki, Tərtər hərbi məhkəməsinin mövqeyindən fərqli olaraq, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarı bu iki maddənin törədilməsi üsullarını demək olar ki, fərqləndirməmiş, CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsulliyyətinin yaranması üçün nəzərdə tutulmuş, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə müşayiət olunan ictimai-təhlükəli hərəkətlərin analoji olaraq CM-in 351-ci maddəsinə də şamil olunduğu qənaətində olmuşdur. Qərarın 11-ci bəndində göstərilişdir ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Qərarın 8-ci bəndindən isə görünür ki, döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma cinayətinin subyekti həm belə maşınları bilavasitə idarə edən, həm də müvafiq normativ sənədlərlə və ya əmrlərlə üzərinə onların istismarı qaydalarına əməl edilməsi vəzifəsi qoyulmuş hərbi qulluqçular ola bilər. Bunlara sürücülər, hərbi hissənin texniki xidmətinin vəzifəli şəxsləri, zirehli və digər döyüş və xüsusi maşınların komandirləri, nəzarət-texniki məntəqələrinin rəisləri, avtopark üzrə növbətçilər və sair şəxslər aiddirlər. Bununla bağlı qeyd etmək lazımdır ki, CM-in 263-cü maddəsində nəzərdə tutulmuş əməli törədən şəxslərdən fərqli olaraq, həmin Məcəllənin 351-ci maddəsinin subyektləri hərbi qulluqçulardır, bu norma əvvəlkinə münasibətdə xüsusi normadır və bu əməllə bağlı cinayət tərkibinin yaranması üçün qeyd oluna qərarda da göstərildiyi kimi, hərbi qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması tələb olunur. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin də yuxarıda qeyd olunmuş, CM-in 351-ci maddəsinin subyektlərin bölgüsü ilə bağlı möqeyindən birmənalı olaraq nəticə çıxarmaq mümkündür ki, bu əməl ayrı-ayrılıqda həm idarəetmə, həm də istismar qaydasının pozulması ilə törədilə bilər və hər biri üzrə də fərqli subyektlər mövcud olacaqdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs münasibətdə də cinayət tərkibinin yaranması üçün onun “UAZ-390945" markalı “B 420 QQ” hərbi dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsi ilə yanaşı istismarı qaydasını pozması da tələb olunmur və istintaq orqanı tərəfindən qanuni və əsaslı olaraq ittiham elan edilməklə məhkəmə məsuliyyətinə verilmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Tərtər Hərbi Məhkəməsində bu qəbildən olan cinayət işləri üzrə, yəni analoji hadisənin təqsirləndirilən şəxslər tərəfindən hərbi texnikanın idarəetmə qaydalarının pozulması ilə (və istismar qaydalarını pozmamaqla) törədilmiş cinayət əməlləri ilə bağlı dəfələrlə hökmlər çıxarılmışdır. Buna misal olaraq N №-li hərbi hissənin MAHHXHQ, kiçik çavuş X4 barəsində xx.xx.2021-ci il tarixli, N №-li hərbi hissənin MAHHXHQ, əsgər X1 barəsində xx.xx.2022-ci il tarixli hökmləri və s. göstərmək olar. Məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etmədən Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd olunan cinayət işi üzrə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığı və cinayət qanunu normasını düzgün tətbiq etmədiyindən, bu nöqsanlarla çıxarılmış qərar CPM-nin 399.1.2 və 399.1.4-cü maddələrinə əsasən ləğv olunmalı və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestin təmin olunmasını, Tərtər Hərbi Məhkəməsinin ləğv edilməsini və işin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya protesti ilə razı olmadığını bildirdi və göstərdi ki, birinci instansiya məhkəməsi haqlı olaraq əməldə cinayət tərkibi olmadığından hüquqlarını müdafiə etdiyi şəxs barəsində olan cinayət işinin icraatına xitam vermişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını protestinin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini protestin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, qərar ləğv edilməklə cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinin məhkəmə baxışı mərhələsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381- 390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; 391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını; 391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, birinci instansiya məhkəməsinin həmin qərarından verilmiş protestə apellyasiya instansiya məhkəməsinin ilkin baxış mərhələsində baxılmalı və qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin icraatının gedişindən görünür ki, məhkəmə iş üzrə icraata xitam verilməsi qərarını məhkəmə istintaqı başlananadək qəbul etmişdir. Bu zaman ittiham aktının nəticəvi hissəsi elan olunmamış, sübutlar tədqiq edilməmiş, məhkəmə çıxışları olmamış və təqsirləndirilən şəxsə son söz verilməmişdir. Apellyasiya məhkəməsi yalnız həmin qərarı ilkin baxış mərhələsində ləğv edib birinci instansiya məhkəməsinə qaytara bilər. Lakin apellyasiya məhkəməsinin məhkəmə baxışı mərhələsində birinci instansiya məhkəməsinin yekun qərarını ləğv edilb işi baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmaq səlahiyyəti nəzərdə tutulmamışdır (CPM-nin 399-cu mad.) Bundan başqa yuxarıda da qeyd edildiyi kimi apellyasiya instansiya məhkəməsi CPM-nin 391.2-ci maddəsinə əsasən ilkin baxış iclasında hər bir halda iş üzrə icraata xitam verilməsi əsaslarını yoxlamalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsində iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan verilmiş şikayət və ya protestlərə baxılması və məhkəmə qərarının qanuniliyi və əsaslılığının yoxlanılması apellyasiya məhkəməsinin ilkin baxış mərhələsinə aid edilmişdir. Bu baxımından hazırkı apellyasiya protestinə ilkin baxış iclasında baxaraq qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq ona istinad etmişdir ki, verilən ittihamda nəqliyyat vasitəsi olan “UAZ-390945” markalı “B 420 QQ” hərbi dövlət qeydiyyat nişanlı avtomobilinin hərbi sahədə hansı xüsusi funksional təyinatına görə şərtləndirilən həmin texnikanın istifadəsi baxımından cinayət işində hərbi texnika hesab edilməsinə əsas verən ixtisaslaşdırılmış heç bir məlumat yoxdur. Həmin nəqliyyat vasitəsi şəxsi heyətə su daşıması üçün nəzərdə tutulduğundan burada “UAZ-390945” markalı “B 420 QQ” hərbi dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğundan CM-nın 351.1-ci maddəsinin obyektinin predmeti olması istisna edilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, hərbi qulluqçular tərəfindən idarə olunan hərbi maşınlar, döyüş, xüsusi və ya nəqliyyat maşınları (tanklar, zirehli maşınlar, özüyeriyən artilleriya və raket qurğuları, tikinti, yanğınsöndürən, tibbi, sanitar xidməti nəqliyyatı, səyyar təmir emalatxanaları, laboratoriyalar, mühəndis və buna oxşar funksiyaları yerinə yetirən özüyeriyən nəqliyyat vasitələri, şəxsi heyətin, silahların, hərbi sursatın, hərbi-texniki əmlakın daşınması üçün nəzərdə tutulan, habelə gündəlik təsərrüfat, mədəni-məişət və sair xidmətlərin həyata keçirilməsi üçün istifadə edilən maşınlar, hərbi hissənin çöl və daimi parklarında olan bütün mexaniki nəqliyyat vasitələri) CM-nin 263 və 263-1-ci maddələrinin predmetinə aid deyil və bunlar döyüş, xüsusi və ya nəqliyyat maşınlarının idarəetmə və istismar qaydalarını pozmağa görə CM-nin 351-ci maddəsində məsuliyyət nəzərdə tutan hərbi cinayətin predmeti hesab olunurlar. Cinayət işində olan N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayışdan da görünür ki, “UAZ-390945” markalı “B 420 QQ” hərbi qeydiyyat nişanlı yük avtomobili xx.xx.2021-ci il tarixdən hərbi hissənin balansındadır və qeyd edilən yük avtomobili hərbi texnika hesab edilir. Göründüyü kimi plenumun yuxarıda qeyd etdiyi hüquqi mövqeyindən aydın olur ki, hərbi qulluqçular tərəfindən idarə olunan döyüş, xüsusi və ya nəqliyyat maşınlarının idarəetmə və istismar qaydalarını pozmağa görə (qeyd edilən nəqliyyat vasitələrinə gündəlik təsərrüfüt, mədəni-məişət və sair xidmətlərin həyata keçirilməsi üçün istifadə edilən maşınlar da daxildir) CM-nin 351-ci maddəsində məsuliyyət nəzərdə tutan hərbi cinayətin predmeti hesab olunurlar. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsinin əsası kimi göstərilən digər məsələ Təqsirləndirilən şəxs CM-nin 351.1-ci madddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması üçün onun hərbi texnikanı idarəetmə və istismar qaydalarını vəhdət şəkildə pozduğu halda, əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa cinayət məsuliyyətinə cəlb oluna bilməsi ilə bağlı mövqedir. Birinci intstansiya məhkəməsinin həmin mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma cinayətinin subyekti həm belə maşınları bilavasitə idarə edən, həm də müvafiq normativ sənədlərlə və ya əmrlərlə üzərinə onların istismarı qaydalarına əməl edilməsi vəzifəsi qoyulmuş hərbi qulluqçular ola bilər. Bunlara sürücülər, hərbi hissənin texniki xidmətinin vəzifəli şəxsləri, zirehli və digər döyüş və xüsusi maşınların komandirləri, nəzarət-texniki məntəqələrinin rəisləri, avtopark üzrə növbətçilər və sair şəxslər aiddirlər. Döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarını idarə edən, lakin hərbi qulluqçu statusuna malik olmayan şəxsin, habelə öz şəxsi və ya CM-nin 351-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə aid olmayan digər nəqliyyat vasitələrini idarə edən hərbi qulluqçuların yol hərəkəti və ya nəqliyyat vasitələrini idarə etmə qaydalarını pozmaları CM-nin 263 və ya 263-1-ci maddələri ilə məsuliyyətə səbəb olur. CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nın 351.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olub olmaması prosessual qanunvericliyin tələblərinə müvafiq olaraq sübutların tədqiqi nəticəsində mümkündür. Belə ki, CM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi CM-nin 39.1.2-ci maddəsində göstərilən əsasla, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi mümkündür. Cinayət Qanununun müddəasının mənasından görünüdüyü kimi əməldə cinayət tərkibinin olmaması əsasları bilavasitə məhkəmədə tədqiq edilməlidir. Sübutların tədqiqi prosessual qanunvericiliyə əsasən məhkəmə baxışının məhkəmə istintaqı mərhələsinə aid edilmişdir. Yəni cinayət-prosessual qanunvericiliyə görə məhkəmə ilkin baxış hərəkətlərini etdikdən sonra dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edir, daha sonra təqsirləndirilən şəxsə ittihamın mahiyyəti və bununla bağlı digər prosessual hərəkətlər elan edilir. Bundan sonra isə sübutların tədqiqinə başlanılır. Sübutların tədqiqi nəticəsində şəxsin təqsiri müəyyən edilmədikdə ona bəraət verilir, təqsiri təsdiq edildikdə isə ya onun barəsində ittiham hökmü çıxarılır, yaxud da müvafiq əsaslar olduqda iş üzrə icraata xitam verilir. Göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmaması hallarını məhkəmə istintaqından kənar müəyyən edilmiş hesab edərək düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sübutları tədqiq etmədən (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri və şahidlər dindirilmədən və ya ifadələri elan edilmədən, həmçinin məhkəməyədək icraatın materiallarına əlavə edilmiş, elan edilmiş ittihamın məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan sənədlər elan edilmədən, təqsirləndirilən şəxsə və dövlət ittihamçısına məhkəmə çxışları, təqsirləndirilən şəxsə isə həmçinin son sözlə çıxış etmək imkanı yaradılmadan) Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata CM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibinin olmaması ilə bağlı xitam vermişdir. . Hazırkı vəziyyətdə məhkəmənin müvafiq qərarı ilə Təqsirləndirilən şəxs cinayətin törədilməsində vaxtından əvvəl təqsirli bilinməməsi sosial ədalətin bərpasına xələl gətirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Göründüyü kimi məhkəmə CPM-nin 344, 346 və 347-ci maddələrinə istinad etmədən, sübutların tədqiq edilməsini təmin etmədən və bununla da təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmamasını sübuta yetirmədən əsassız qərar qəbul etmişdir. Beləliklə, birinci instasniya məhkəməsi məhkəmə baxışı zamanı məhkəmə istintaqı keçirmədən və sübutları tədqiq etmədən qabaqcadan hüquqi qüvvə verməklə əsassız olaraq CM-nin 39.1.2-ci maddəsində nəzərdə tutulan əməldə cinayət tərkibinin olmaması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, cinayət əməli törətmiş şəxsin təqsiri məhkəmə istintaqında qanunla müəyyən edilmiş qaydada sübuta yetirilir. Lakin birinci instansiya məhkəməsi məhkəmə baxışı keçirmədən və sübutları tədqiq etmədən təqsirləndirilən şəxsin ona istinad olunan əməli törətməməsi nəticəsinə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki. apellyasiya protestinin dəlilləri əsaslıdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və cinayət işi birinci instansiya məhkəməsinin hazırlıq mərhələsinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 391.9-cu maddəsinə görə bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 391, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 31 may 2023-cü il tarixli, 1-1(098)-122/2023 saylı qərarı ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-58/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-58/2023
18.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver