Məhkəmə qərarları › İş №1-1(104)-6/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-6/2023

22.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-6/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 315-ci maddələri ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(098)-166/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protestinə və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(098)-166/2022 saylı hökmü ilə (sədrlik edən İ.M.Quliyev) xx xxxxxxxx 1977-ci ildə Bərdə rayon Yenidaşkənd kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi şəkildə kənd təsərrüfatı ilə məşğul olan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 21 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi; xx xxxxxxx 1998-ci ildə Bərdə rayon Yenidaşkənd kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edən, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3-2-ci və 315-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 315-ci maddəsi 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunması qərara alınmış, üzərinə nümunəvi hərbi xidmət keçmək, tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsinin qulluq etdiyi hərbi hissənin komandanlığına, xidmət müddəti başa çatdıqdan sonra isə yaşayış yeri üzrə icra və probasiya xidmətinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutlara dair məsələlər həll edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1a Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2, 177.2.1, 177.2.2 və 177.2.3-2-ci, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2, 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə ittiham irəli sürülmüşdür, ona görə ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin əvvəllərində bankdan götürdüyü pul kreditini ödəyə bilmədiyinə görə qanunsuz gəlir əldə etmək və varlanmaq məqsədi ilə Tərtər rayonu ərazisində olan əkin sahələrindən müxtəlif şəxslərə məxsus su matorlarını və Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini kəsib satmaqla pul əldə etmək qərarına gələrək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin fevral ayının əvvəllərində Tərtər rayonunun Sarıcalı kəndi ərazisində yerləşən əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən, Bərdə rayonunun İmamqulubəyli kənd sakini vətəndaş Zərərçəkmiş şəxs2 məxsus, dəyəri 1450 (bir min dörd yüz əlli) manat təşkil edən «Belarus» markalı su motorunu gizli yolla talayıb yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə saxlamaqla Zərərçəkmiş şəxs2 1450 (bir min dörd yüz əlli) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli talamaqla oğurluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin fevral ayının sonlarında Tərtər rayonunun Mamırlı kəndi ərazisində yerləşən əkin sahələrindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan 09/263 reper nömrəli subartezian quyusunun 25 metr uzunluğunda olan VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 125 (bir yüz iyirmi beş) manat təşkil edən cərəyan daşıyıcı elektrik xəttini özü ilə gətirdiyi kəsici alətlə kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 125 (bir yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğlurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin gün, Tərtər rayonunun Mamırlı kəndi ərazisində yerləşən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan 09/220 reper nömrəli subartezian quyusunun 29 metr uzunluğunda, VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edən cərəyan dayışıcı kabeli eyni üsulla kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 145 (bir yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğlurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin fevral ayının sonlarında Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahələrindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-140 reper nömrəli subartezian quyusunun 37 metr uzunluğunda olan VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 185 (bir yüz səksən beş) manat təşkil edən cərəyan daşıyıcı elektrik xəttini eyni üsulla kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 185 (bir yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğlurluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin gün Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahəsindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-53 reper nömrəli subartezian quyusundan VPP-25 markalı, 28 metr uzunluğunda, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 140 (bir yüz qırx) manat təşkil edən cərəyan dayışıcı elektrik xəttini eyni üsulla kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 140 (bir yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğlurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 həmin gün Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahəsindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-157 reper nömrəli subartezian quyusundan VPP-25 markalı, 29 metr uzunluğunda, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edən cərəyan dayışıcı elektrik xəttini eyni üsulla kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 145 (bir yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğlurluq etmişdir. Habelə o, həmin gün Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahəsindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-09/189 reper nömrəli subartezian quyusunun 25 metr uzunluğunda, VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 125 (bir yüz iyirmi beş) manat təşkil edən cərəyan dayışıcı kabelini eyni üsulla gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 125 (bir yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini talamaqla oğlurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin mart ayının əvvəllərində Tərtər rayonunun İsmayılbəyli kəndi ərazisində yerləşən əkin sahələrindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan 09/200 reper nömrəli subartezian quyusunun 25 metr uzunluğunda olan VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 125 (bir yüz iyirmi beş) manat təşkil edən cərəyan daşıyıcı elektrik xəttini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 125 (bir yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini talamaqla oğlurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin mart ayının əvvəllərində Tərtər rayonunun Evoğlu kəndi ərazisində yerləşən əkin sahəsindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan 09/228 reper nömrəli subartezian quyusunun 21 metr uzunluğunda olan VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 105 (bir yüz beş) manat təşkil edən cərəyan daşıyıcı elektrik xəttini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 105 (bir yüz beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini talamaqla oğlurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə oğlu, xx xxxxxxx 1998-ci il tarixdə anadan olmuş, Bərdə rayonunun Yenidaşkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət aparan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq qərarına gələrək bu məqsədlə 20 mart 2022-ci il tarixdə saat 22 radələrində oğlu Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəndə gedib maşını əkin sahəsinin yanında saxlayaraq oğlu Təqsirləndirilən şəxs2 maşında gözləməsini bildirdikdən sonra orada əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-52 reper nömrəli subartezian quyusunun 24 metr uzunluğunda VPP-25 markalı 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 120 (bir yüz iyirmi) manat olan cərəyan daşıyıcı elektrik xəttini özü ilə aparmış xüsusi kəsici alətlə kəsib götürdükdən sonra həmin elektrik kabelini oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşının yük yerinə qoymaqla elektrik xəttini oğlu Təqsirləndirilən şəxs2lə birlikdə talayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamaqla oğlurluq etmişlər. Həmçinin o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə Tərtər rayonunun Zolgörən kəndi ərazisində yerləşən digər əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq qərarına gələrək 20 mart 2022-ci il tarixdə saat 22:30 radələrində oğlu Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi VAZ 2106 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əkin sahəsinin yanına gedib oğlu Təqsirləndirilən şəxs2 maşında gözləməsini bildirdikdən sonra əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-54 reper nömrəli subartezian quyusunun 23 metr uzunluğunda VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 115 (bir yüz on beş) manat olan cərəyan daşıyıcı elektrik xəttini özü ilə aparmış xüsusi kəsici alətlə kəsib götürdükdən sonra həmin elektrik kabelini oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşının yük yerinə qoymaqla elektrik xəttini oğlu Təqsirləndirilən şəxs2lə birlikdə gizli yolla talayaraq oğurlayıb zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 115 (bir yüz on beş) manat məbləğində maddi ziyan vurmuş, ümumilikdə isə Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olan, dövlət və ictimai əhəmiyyətli 266 metr uzunluğunda elektrik xəttini oğurlamaqla zərərçəkmiş şəxs Tərtər rayon Suvarma Sistemləri idarəsinə 1330 (bir min üç yüz otuz) manat məbğəlində maddi ziyan vuraraq təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamaqla oğlurluq etmişlər. Həmçinin o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə Tərtər rayonunun Soyulan kəndi ərazisində yerləşən digər əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq qərarına gələrək saat 22:40 radələrində oğlu Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi VAZ 2106 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəndin ərazisinə gedərək orada yerləşən əkin sahəsinin yanına çatdıqdan sonra Təqsirləndirilən şəxs2 maşında gözləməsini bildirdib əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan subartezian quyusundan cərəyan daşıyıcı kabeli oğulamaq məqsədi ilə maşından düşüb artezianın yerləşdiyi yerə getdikdən sonra həmin vaxt polis əməkdaşlarının oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşına yaxınlaşdıqlarını görüb ifşa olunduqlarını düşünərək orada yerləşən subartezian quyusunun elektrik daşıyıcı kabelini oğurlaya bilməyib iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş və yaşadığı evə qayıtmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamağa cəhd etmişlər. Həmçinin Müdafiə Nazirliyinin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət aparan Təqsirləndirilən şəxs2 20 mart 2022-ci il tarixdə saat 22:40 radələrində atası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Tərtər rayonunun Soyulan kəndi ərazisində yerləşən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq məqsədi ilə idarə etdiyi VAZ 2106 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili həmin kəndin ərazisində yerləşən əkin sahəsinin yanında saxlayıb avtomobilin içərisindən oturaraq əvvəlcədən aralarında əldə etdikləri razılaşmaya əsasən atası Təqsirləndirilən şəxs1 əkin sahəsində olan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğulayıb gətirməsini gözləyərkən həmin vaxt ərazidə xidmət aparan Tərtər rayon polis şöbəsinin post patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət aparan Zərərçəkmiş şəxs1 və həmin bölüyün polis nəfəri, polis serjantı Aslanlı X6 Salah Əsəd oğluna məxsus avtomobilin dayandığını görüb xidmət apardıqları ərazidə subartezian quyularının elektrik naqillərinin oğurlanması halları tez-tez baş verdiyindən sürücü Təqsirləndirilən şəxs2 şübhələnib onun şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 sənədlərini yoxladıqdan sonra ondan şübhələndikləri üçün sonuncuya avtomaşının yük yerinə baxmaq istədiklərini bildirdikdə Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1lə birlikdə oğurladığı və avtomaşının yük yerində saxladığı elektrik naqillərinin polis əməkdaşları tərəfindən aşkar ediləcəyindən qorxaraq polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq avtomaşını sürüb oradan uzaqlaşmış, daha sonra Tərtər rayonunun Soyulan kəndinin ərazisində avtomaşını saxlayıb yük yerində olan oğurlanmış elektrik naqilini yolun kənarına ataraq avtomobilə oturmuş, həmin vaxt Tərtər rayon polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs1 və Şahid onu görmüş, bu zaman polis serjantı Zərərçəkmiş şəxs1 onun idarə etdiyi avtomobilə yaxınlaşıb aşağı düşməsini tələb etdikdə Təqsirləndirilən şəxs2 onun qanuni göstərişlərinə məhəl qoymadığı üçün sonuncunun idarə etdiyi avtomobilin sol yan güzgüsündən və sol qanad hissəsindən tutaraq ona bir daha avtomobildən düşməsinə dair göstərmiş vermiş, Təqsirləndirilən şəxs2 onun qanuni tələbinə məhəl qoymayıb Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərərək avtomaşını sürətlə sürüb orada uzaqlaşmaq üçün avtomobilin sükanını sağa və sola hərəkət etdirərək sol qanad hissəsi ilə polis serjantı Zərərçəkmiş şəxs1 vurmuş, sonuncu əlləri ilə maşından tutduğu üçün təxminən 10-15 metr sürünüb üzü üstə asfalt örtüyə yıxılması nəticəsində hakimiyyət nümayəndəsi olan Tərtər rayon polis şöbəsinin post patrul bölüyünün manqa komandiri, polis serjantı Zərərçəkmiş şəxs1 ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan «sol gözaltı almacıq sağ əlin arxa səthinin çoxsaylı, sağ mil-bilək oynağının arxaiç-yan səthinin sıyrıqları, hər iki diz qapağının küt travması» xəsarətləri ilə müşayiət olunan xəsarətlər yetirib hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2 maddələri ilə olan ittihamı xaric etmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci, Təqsirləndirilən şəxs2 isə CM-in 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə təqsirli bilərək onlara həmin maddələrlə cəza təyin etmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X9 apellyasiya protesti verərək Tərtər Hərbi Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini və CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2 maddələrinin ittihama daxil edilib Təqsirləndirilən şəxs2 münasibətdə CM-in 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilərək, Təqsirləndirilən şəxs1 CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2, 177.2.1, 177.2.2 və 177.2.3-2-ci, maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2, 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə təqsirli bilinib onlara həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs1 və övladı Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə istintaqı zamanı elan edilmiş ittihamlar üzrə özlərini tam təqsirli bilmişlər və özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini maddi cəhətdən sıxıntıları olduğuna görə oğurlayıb satmalarını qeyd etmişlər. Həmçinin məhkəməyədək və məhkəmə istintaqı zamanı alınmış ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə Tərtər rayonunun Soyulan kəndi ərazisində yerləşən digər əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq qərarına gələrək saat 22:40 radələrində oğlu Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi VAZ 2106 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəndin ərazisinə gedərək orada yerləşən əkin sahəsinin yanına çatdıqdan sonra Təqsirləndirilən şəxs2 maşında gözləməsini bildirib əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan subartezian quyusundan cərəyan daşıyıcı kabeli oğulamaq məqsədi ilə maşından düşüb artezianın yerləşdiyi yerə getdikdən sonra həmin vaxt polis əməkdaşlarının oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşına yaxınlaşdıqlarını görüb ifşa olunduqlarını düşünərək orada yerləşən subartezian quyusunun elektrik daşıyıcı kabelini oğurlaya bilməyib iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş və evinə getməklə iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmişdir. Göründüyü kimi, Tərtər rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşlarının ərazidə ayıq-sayıq xidmət aparmaları və vaxtında müdaxilə etmələri nəticəsində Əsəd və Təqsirləndirilən şəxs2lər iradələrindən asılı olmayan səbəbdən cinayətkar əməllərini başa çatdıra bilməmişlər. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən-bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Bundan başqa, istintaq materialları ilə və məhkəmə istintaqı zamanı toplanmış sübutların təhlilindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 tərəfindən talanan hər bir dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan subartezian quyusunun elektrik daşıyıcı naqilləri 23-25 metr olmaqla (115 və ya 120 manat) dəyərində olmuşdur. Məhz bütün hallar üzrə sübutlar qiymətləndirilməklə bu nəticəyə gəlinmişdir ki, Əsəd və Təqsirləndirilən şəxs2lər Tərtər rayonunun Soyulan kəndi ərazisində yerləşən digər əkin sahəsində olan subortezian quyusundan iradələrindən asılı olmayan səbəbdən cinayətkar əməllərini başa çatdıra bilmədikləri cinayət əməllərində də eyni ölçüdə və dəyərdə özgə əmlakını talamaq niyyətlərində olmuşlar. Onların talayacaqları əmlakın dəyəri ilə bağlı, yəni qəsdin yönəldiyi əmlakın dəyəri bundan əvvəlki əməllərinin ümumi fonunda qiymətləndirilmiş, konkretlilik aparılması mümkün olmasa da, qəsdin xarakteri hər dəfə olduğu kimi ən azı 100 manatdan yuxarı olan əmlakın törədilməsinə dəlalət edir. Bu məbləğin az olacağı ilə bağlı müdafiə tərəfindən də məhkəmə istintaqında tutarlı əsaslar gətirilməmiş, hökmdə də məhkəmə bunu əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə hökmdə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, ilk dəfə az ağır cinayət törətmiş, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəmişdir, Vətən Müharibəsində yaxından və fəal iştirak etmiş, döyüşlərdə yaralanmış, təltif edilmişdir. Himayəsində bir azyaşlı övladı olmasını da qeyd etməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin aradan qalxdığını əsas tutaraq Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunacağını hesab etmişdir. Lakin, zərərçəkmiş şəxs Tərtər rayon polis şöbəsinin baş serjantı Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirərəkən xəsarət almasını, məhkəməyədək və məhkəmə istintaqı zamanı dəfələrlə Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olmasını və qanunla nəzərdə tutulmuş qaydada cəzalanmasını istəməsini məhkəmə nəzərə almamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Vətən müharibəsindən sonra baş vermişdir. Onun Vətən müharibəsində iştirak etməsi hər hansı bir cinayəti törətməyə və bu cinayətə görə cəzalandırılmamasına əsas vermir. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 məhz bu ölkənin vətəndaşı kimi Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin “vətəni müdafiə hər bir vətəndaşın borcudur” müddəasının tələblərinə əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə iştirak etməklə öz vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 hərbi qulluqçu kimi Nizamnamə ilə üzərinə qoyulan vəzifələri icra etməklə “Vətən müharibəsi”ndə iştirak etməsini nəzərə alaraq, onun bu döyüşlərdə iştirakını qabarıq şəkildə ön plana çəkib xüsusi formada vurğulamağa çalışmışdır. Qeyd olunmalıdır ki, hər bir Azərbaycan vətəndaşının ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etməsi təqdirə və ehtirama layiq bir haldır. Bu səbəbdən Təqsirləndirilən şəxs2 döyüşdə iştirak etməsi yüksək qiymətləndirilməlidir. Lakin, məhkəmə heç də bu xüsusata istinad etməklə qanunsuz və əsassız qərarların qəbul edilməsinə rəvac verməməlidir. Hökmdə digər bir mühüm məqamla bağlı da ciddi qanun pozuntusuna yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 cəza təyin edən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onu 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilərək 02 (il) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315-ci maddəsi 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Bu cəza da CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən CM-in 66.2-ci maddəsinin tələblərinə riayət edilməmiş, faktiki olaraq cəza təyini az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuşdur. Cəzalar qismən toplanıldığı halda, qəti cəza hər iki maddə üzrə təyin edilmiş cəzalardan artıq olmalı idi ki, hökmdə də bu qanun pozuntusu yaranmışdır. Hazırkı vəziyyətdə Tərtər Hərbi Məhkəməsinin müvafiq hökmü sosial ədalətin bərpasına xələl gətirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Odur ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığı, bu nəticələr işin faktiki halları ilə uyğun olmadığı, o cümlədən cinayət qanunu norması düzgün tətbiq edilmədiyi üçün CPM-in 399.1.1, 399.1.2 və 399.1.4-cü maddələrinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilməli, CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2-ci maddələri ittihama daxil edilib Təqsirləndirilən şəxs2 münasibətdə CM-in 70-ci maddəsinin müddəaları xaric edilərək, Təqsirləndirilən şəxs1 CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2-ci, 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2, 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmalıdır”. Hökmdən həmçinin Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək Tərtər Hərbi Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini və CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2 maddələrinin ittihama daxil edilib Təqsirləndirilən şəxs2 münasibətdə CM-in 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilərək ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs1 və övladı Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı da özlərini təqsirli biliblər. Həmçinin şahid ifadələrindən, onun və digər zərərçəkmiş şəxsin nümayəndəsinin də ifadələrindən və işin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 20 mart 2022-ci il tarixdə Tərtər rayonunun Soyulan kəndi ərazisində yerləşən əkin sahəsində olan elektrik xəttini oğurlamaq istədikdə o və növbədə olan iş yoldaşının Təqsirləndirilən şəxs2 hərəkətlərindən şübhələnməklə onun avtomaşınına yaxınlaşdıqda və sonuncu onları görüb qaçdıqdan sonra Təqsirləndirilən şəxs1 bu halı görərək artıq ifşa olunduqlarını düşünüb ərazidə yerləşən subartezian quyusunun elektrik daşıyıcı kabelini oğurlaya bilməyib iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmişdir. Bütün bu hallara görə onlara CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2 maddələri ilə ittiham verilmiş, lakin məhkəmə əsassız yerə bu maddələri ittihamdan xaric etmişdir. Bundan başqa, məhkəmə hökmdə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadığını, ilk dəfə az ağır cinayət törətdiyini, peşman olmasını, Vətən Müharibəsində yaxından yaxından iştirak etməklə döyüşlərdə yaralanmasını, medalla təltif edilməsinivə bir azyaşlı övladı olmasını əsas tutaraq yüngül cəza, yəni şərti cəza vermişdir. Lakin məhkəmə daim dövlətin keşiyində və asayişin qorunmasında misilsiz xidmət göstərən DİN-in əməkdaşının xidmət başında hücuma məruz qalmasını, ona fiziki zərər yetirilməsini və Təqsirləndirilən şəxs2 şikayətçi olmasını nəzərə almayaraq əsassız nəticəyə gəlmişdir”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya protestini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Tərtər Hərbi Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini və CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2-ci maddələrinin ittihama daxil edilib Təqsirləndirilən şəxs2 münasibətdə CMin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilərək, Təqsirləndirilən şəxs1 CMin 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2, 177.2.1, 177.2.2 və 177.2.3-2-ci, maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2, 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə təqsirli bilinib onlara həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X8 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə və apellyasiya protestinə etiraz edərək Tərtər Hərbi Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmünün qanuni və ədalətli olduğunu bildirdilər və apellyasiya şikayəti və protestinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət işinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını protestinin dəlilləri üzrəəri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini protestinin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, hökm dəyişdirlmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ittiham və müdafiə tərəfinə aid şəxslər tərəfindən əməlin hüquqi tövsifi mübahisələndirilmişdir. Belə ki, ittihamçı və zərərçəkmiş şəxs CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2-ci maddələrinin ittihamdan xaric edilməsi ilə razı deyillər və həmin maddələrlə təqsirləndirilən şəxslərə cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamağa cəhd etdikləri elektrik xəttinin məbləği göstərilməmişdir, eyni zamanda, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayətlər təkrarən törədilmişdir və onların növbəti dəfə eyni xarakterli cinayəti törədilməsinə hazırlaşaraq polis əməkdaşlarının onlara yaxınlaşması onları cinayət hərəkətlərinə, ümumiyyətlə, başlamadan bu niyyətlərindən daşınmağa məcbur etmişdir. Burada təqsirləndirilən şəxslər tərəfindən cəhd etmələri konkret olaraq hansı obyektə və hansı predmetə yönəlməsi və bu cinayət qəsdin predmetinin qiyməti nə qədər olması da bu səbəbdən müəyyən edilmədiyindən ittihamda göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Birinci instansiya məhkəməsi də yuxarıda göstərilənlərə əsasən haqlı olaraq Əsəd və Təqsirləndirilən şəxs2lərə qarşı irəli sürülmüş ittihamdan CM-in 29,177.2.1, 29, 177.2.2, 29,177.2.3-2-ci maddələri ilə olan bəndləri xaric etmişdir. Cəza məsələsinə gəldikdə isə kollegiya apellyasiya protestinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddələrində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-nin 8.1, 41.2 və 58.2-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, cəza təyin edilərkən məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Apellyasiya protestinin və şikayətinin dəlillərindən görünür ki, dövlət ittihamçısı və zərərçəkmiş şəxs məhkəmə tərəfindən cəzanı yüngülləşdirən bəzi halların düzgün qiymələndirilməməsini, Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasının mümkün olması barədə əsassız nəticəyə gəlməsini və cəzanı əsassız olaraq şərti hesab etməsini qeyd etmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsindən görünür ki, Cinayət Qanunu cəzanın şərti hesab edilməsinin, yəni təqsirkarın cəza çəkmədən islah olunmasının mümkünlüyünü bir şərtdən asılı etmişdir. Bu hal məhkumun real cəza çəkməsinə lüzum qalmaması ilə bağlıdır. Bununla əlaqədar iş materialları araşdıralarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Belə ki, işdən də göründüyü kimi təqsirkar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırmışlar, Zərərçəkmiş şəxs2 onlara qarşı şikayət və tələbləri yoxdur, digər zərərçəkmiş şəxslərlə barışığa cəhd etmişlər, eyni zamanda, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağı vardır, Vətən Müharibəsi iştirakçısı olmuş, döyüşlərdə yaralanmış və medallarla təltif edilmişdir. Kollegiyanın qənaətinə görə, cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticəə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir. Bu da öz növbəsində CM-nin 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Ona görə də kollegiya hesab edir ki, məhkəmə tərfindən səmimi peşmançılığın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması CM-nin 59.2-ci maddəsinə zidd olmamışdır. Həmin normaya görə məhkəmə CM-nin 59.1-ci maddəsində göstərilməyən ayrı-ayrı halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə ala bilər. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 «Cəsur döyüşçü» və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs2 hərbi qulluqçudur, müharibədə aktiv iştirak etmiş, hazırda da ordumuza yararlı, lazımlı hərbi qulluqçu kimi xarkterizə olunur. Qeyd edilən halların məcmusu məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 həqiqətən ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunmasını başa çatdıra və cəmiyyət üçün, xüsusən Silahlı Qüvvələr üçün lazımlı hərbi qulluqçu ola bilər. Ona görə də kollegiya apellyasiya protestinin dəlillərini əsassız hesab edir və hökmün dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti və şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Tərtər Hərbi Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(098)-166/2022 saylı hökmü apellyasiya protestinə və şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 315-ci maddələri ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(098)-166/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(098)-166/2022 saylı hökmü apellyasiya protestinə və şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar