Məhkəmə qərarları › İş №1-1(104)-8/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-8/2023

22.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-8/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X4 (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Hərbi Məhkəməsinin Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1-1(095)-008/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X10 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1-1(095)-008/2022 saylı hökmü ilə (hakimlər V.K.Məmmədov (sədrlik edən), K.N.Muxtarov (məruzəçi) və N.N.Hüseynli) xx xxxxx 1992-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Tovuz rayonunun Qaraxanlı kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 332.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi qərara alınmış, ona cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb edə bilməsi izah edilmiş, habelə hazırkı iş üzrə Təqsirləndirilən şəxs bəraət verildiyinə görə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutlara dair məsələlər həll edilmişdir. İttihamın mahiyyəti İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə verilmiş ittihamda göstərilmişdir ki, onun tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Səmədov X21 Nazirliyinin Tovuz rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 1-ci kəşfiyyat manqasının kəşfiyyatçısı (artilleriya korrektəedicisi) vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2020-ci il tarixdə saat 05 radələrində xidmət yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 ilə birlikdə gücləndirmə məqsədilə göndərildikləri, hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün Tovuz rayonunun Ağbulaq kəndinin ərazisində, düşmənlə üzbəüz mövqedə yerləşən şərti olaraq “Oğuz” adlandırılan döyüş mövqeyinin atəş sektorlarının yerləşdiyi səngərin sağ cinahında yerləşən sonuncu atəş sektoruna gedib həmin istiqaməti yoxlayıb geri qayıdarkən, 1 nömrəli atəş sektorunda döyüş növbətçiliyində xidmət aparmalı olan hərbi qulluqçunun yerində olmadığını görüb irəliyə doğru hərəkət edərək 2 nömrəli atəş sektorunun qarşısına çatdıqda, gündüz vaxtı həmin döyüş mövqeyində quraşdırılmış videokamera ilə düşmən müşahidəsini həyata keçirmək, gecə vaxtı isə döyüş növbətçiliyində xidmət aparmaq məqsədilə həmin mövqeyə ezam edilmiş və həmin tarixdə də saat 04:00-dan 06:00-dək 1 nömrəli atəş sektoruna döyüş növbətçiliyinə təyin edilmiş, kəşfiyyat bölüyünün kəşfiyyat müşahidə tağımının 3-cü vizual kəşfiyyat manqasının kəşfiyyatçı-radiotelefonçusu vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan X6 2 nömrəli atəş sektorunun içərisində dəbilqəsinin üzərində oturaqlı halda yatdığını aşkar edib istifadəsində olan smartfon tipli mobil telefonu ilə həmin vəziyyətdə əsgər Xəyal Şəbiyevin fotoşəklini çəkdikdən sonra, əlindəki fənərlə sonuncunun üzünə işıq salaraq yuxudan oyatmış, əsgər Xəyal Şəbiyev yarıyuxulu vəziyyətdə ayağa qalxdıqda, əsgər Təqsirləndirilən şəxs əsəbiləşib, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-42-ci maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, xidmət məsələləri üzrə bir-birinə nümunəvi müraciət etməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, özlərini ləyaqətli aparmaları, əsgər yoldaşlarının şərəf və ləyaqətlərinin qorunmasına yardım etməli, qayda-qanunun saxlanılmasına riayət etməli olmalarına” dair, habelə Qarnizon və qaravul xidmətləri nizamnaməsinin 172 və 245-ci maddələrinin “saatdara danışmağın, kənar şəxslərin suallarına cavab verməyin qadağan olmasına, saatdarın xidmətini yoxlayan şəxsin (tabe olduğu şəxs istisna olmaqla) onu məzəmmət etməməli, bütün müəyyən olunmuş çatışmazlıqlar haqqında aidiyyatı şəxsi məlumatlandırmalı olmasına” dair tələblərini kobud şəkildə pozaraq, əsgər Xəyal Şəbiyevin xidmət vaxtı yatması barədə müvafiq tədbir görülməsi üçün sadəcə manqa komandirinə məlumat verməli olduğu halda, səlahiyyəti olmamasına baxmayaraq, əsgər Xəyal Şəbiyevə kəşfiyyat bölüyünün əsgəri olduğunu vurğulayıb, onun xidmət vaxtı yatmasının bölüyün “adını batırdığını”, onun həmin bölükdə xidmət etməyə layiq olmadığını deyərək, kobud şəkildə danlamağa başlamış, əsgər Xəyal Şəbiyev də yatmadığını bildirdikdə isə onun qarın nahiyəsinə bir dəfə təpik zərbəsi vurub güclü fiziki ağrı yetirməklə zor tətbiq etmiş, ardınca da zərbənin təsirindən kürəyi atəş sektorunun divarına çırpılan əsgər Xəyal Şəbiyevə “yatmısan da əclaf, yatmasan- büdrəmərsən”deyərək onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan sonra əsgər Təqsirləndirilən şəxs 2 nömrəli atəş sektorundan çıxıb, səngərlə irəliləyərək 5 nömrəli atəş sektorunun qarşısına çatdıqda, həmin sektorda döyüş növbətçiliyi aparmalı olan, qeyd olunan döyüş mövqeyində yerləşən manqanın əsgərləri X13 və X11 da atəş sektorunun içərisində yarı uzanıqlı halda yatdıqlarını aşkar edib, arxasınca gəlmiş əsgər Xəyal Şəbiyevin yanında yenidən cibindən istifadəsində olan smartfon tipli mobil telefonunu çıxarıb onların da fotoşəklini çəkmiş, sonra isə əsgərlər Ramal Zahidov və Pərvin Quluzadəni yuxudan oyadıb, hər üçünün müşahidə aparmayaraq mövqeni nəzarətsiz qoyub yatmalarına görə sərt şəkildə onları danlamış, bu zaman əsgər Xəyal Şəbiyev yenə “yatmadığını” dedikdə, əsgər Təqsirləndirilən şəxs ona alçaldıcı şəkildə “ə gi....laq yatmamışdın?” deyə bildirmiş, yatmış vəziyyətdə fotoşəkilinin çəkilməsindən xəbəri olmayan əsgər Xəyal Şəbiyev də cavabında “atam canı yatmamışam” deyə bildirdikdə, o, digər əsgərlərin yanında mobil telefonundakı yatılı halda çəkilmiş fotoşəkilini əsgər Xəyal Şəbiyevə göstərib, ona “adam belə oğraşlıq, şərəfsizlik eləməz, yatmısan de yatmışam da, adam kişi olar, niyə atanın canına yalandan and içirsən!” deyərək şərəf və ləyaqətini kobud şəkildə alçaltmış və əsgər yoldaşlarının yanında onu biyabır etmiş, sonra isə xidmət vaxtı yatmaları barədə manqa komandirinə məruzə etmək barədə niyyətini hədələyici şəkildə bəyan edib, əsgər Xəyal Şəbiyevi həmin fotoşəklini silməsi və məruzə etməməsi üçün ona yalvarmaq həddinə çatdırdıqdan sonra əsgər Xəyal Şəbiyevin onun görəcəyi şəkildə silməsinə dair xahiş etməsinə baxmayaraq, silməsə də, məruzə etməyəcəyini bildirərək sığınacağa getmişdir. Əsgər Təqsirləndirilən şəxs qanunazidd əməlləri, yəni əsgər Xəyal Şəbiyevin şərəf və ləyaqətini nalayiq formada alçaltması, ona qarşı zor tətbiq etməsi, xidmət yoldaşlarının yanında yalandan atasının canına and içməsini tənəzillə “ifşa edərək” onu pərt etməsi, onu silahlı xidmətdə olduğu müddətdə səlahiyyəti olmadığı halda sərt şəkildə danlaması, xidmət vaxtı yatması barədə komandirinə məruzə edəcəyini bildirməsi, özbaşına çəkdiyi fotoşəkili göstərib, döyüş növbəsində yatdığını təsdiq edən “sübuta” malik olduğunu nümayiş etdirməklə və təkidli xahiş etməsinə baxmayaraq silməməklə psixi təsir göstərməsi, əsgər Xəyal Şəbiyevin komandirinin ciddi tənbehlərinə məruz qalacağından, nüfuzdan düşəcəyindən, xidmət yoldaşlarının ona qarşı münasibətlərinin dəyişəcəyindən, barəsində araşdırma təyin edilib cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxmasına, ailə üzvlərinə narahatçılıq yaradacağı üçün özünü günahkar bilməsinə, əsgər Təqsirləndirilən şəxs vəd etməsinə baxmayaraq sonradan da fotoşəkili pozacağına inanmadığından, özünün ondan asılı vəziyyətə düşdüyünü, istənilən vaxt onun xidmət vaxtı yatdığını məruzə edib problem yarada biləcəyini hesab etməsinə, nəticədə onun psixi-emosional vəziyyətində gərginlik, həyəcan, təşviş yaranmasına gətirib çıxarmış, emosional reaksiya halını keçirməsini şərtləndirməklə, intihar aktını, yəni özünü öldürmə həddinə çatdırıldığından daha yaşamağa davam etmək istəməyib, bu şəraitdə vəziyyətdən yeganə çıxış yolunu özünü öldürməkdə görərək bu fikrini həyata keçirməyi qətiləşdirmiş, bu məqsədlə əsgər Xəyal Şəbiyev həmin gün saat 05:20 radələrində mövqenin səngərində 2 nömrəli atəş sektorunun qarşısında xidməti istifadəsində olan AKMS markalı, 7.62 mm çaplı “AFD 2691” nömrəli avtomat silahı döyüşə hazır vəziyyətə gətirib, sol əli ilə tutacağından, sağ əli ilə əl dəstəyindən tutub, lüləsini əynindəki zirehli gödəkcəsinin altından sağ sinə nahiyəsinə dirəyərək, istiqaməti yuxarıdan-aşağıya, nisbətən sağdan-sola olmaqla sağ əlinin baş barmağı ilə tətiyi çəkib “tək-tək” atəş rejimində 1 atəş açaraq özünə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərur vurmaya aid edilən “sağ ağ ciyərin orta-aşağı payının, aortanın döş şöbəsinin zədələnmələri, sağ tərəfli hemopnevmotoraks, sağ İİİ qabırğanın və İV döş fəqərə cisminin sınıqları ilə müşayiət olunan döş boşluğunu dəlib-keçən bir ədəd yara” xəsarətlərini yetirmiş və aortanın döş şöbəsinin zədələnməsi nəticəsində orqanizmin kəskin qanitirməsindən hadisədən qısa müddət sonra ölmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X10 apellyasiya protesti verərək, Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla, ona CM-in 332.3-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, “məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, Təqsirləndirilən şəxs əməlini inzibati xəta kimi qiymətləndirib, işin faktiki hallarına uyğun olmayan qərar qəbul edərək, barəsində ədalətsiz olaraq bəraət hökmü çıxarmış və hazırkı iş üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət işinin materiallarının həmin şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 332.3-cü maddəsinin obyektiv cəhətinin zəruri əlaməti olan hərəkətlərinin Xəyal Şəbiyevin ölümündən ibarət ictimai təhlükəli nəticə ilə səbəbli əlaqədə olmaması qənaətinə gəlmişdir. CPM-nin 352.2-ci maddəsinə əsasən, məhkəmənin hökmünün aydın, anlaşılan ifadələrlə tərtib edilməsi tələb olunmasına baxmayaraq, məhkəmə rabitəsiz və dolğun fikir ifadə etməyən cümlələrdən və Azərbaycan hüquq ədəbiyyatında yer almayan terminlərdən (ekvivalent nəzərryyəsi) istifadə etməklə (məhkəmə tərəfindən təqdim edilmiş hökmün surətinin 32-cı vərəqinin 1-2-ci abzası, kompyuter vasitəsi ilə avtomatik rejimdə xarici dildən azərbaycan dilinə çevrilmiş tərcüməyə oxşayır), belə bir nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli ilə Xəyal Şəbiyevin özünü öldürməsində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərindən biri olan səbəli əlaqə yoxdur. Halbuki həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilmiş və məhz onun hərəkəti nəticəsində Xəyal Şəbiyevin özünü öldürməsi öz təsdiqini tapmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Xəyal Şəbiyevi döyüş növbəsində yatmış vəziyyətdə aşkar etməsinə görə sonuncuya zor tətbiq etməsi, nalayiq sözlərlə danlaması kimi hallara görə Xəyal Şəbiyev narahat olmamış, bununla bağlı onunla birlikdə döyüş növbəsində olmuş əsgərlər Pərvin Quluzadəyə və Ramal Zahidova öz narazılığını ifadə etməmiş, hər hansı hərəkət edəcəyini bildirməmiş və buna görə Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Xəyal Şəbiyevin ölümünə səbəb olan zəruri şərait olmamışdır. Həmçinin, məhkəmə şahidlər Ramal Zahidovun və Pərvin Quluzadənin ifadələrinə istinadən qeyd etmişdir ki, Xəyal Şəbiyev yatmış vəziyyətdə aşkar edilərək, bu vəziyyətdə şəklinin çəkilməsindən və döyüş növbəsi çəkmə qaydalarını pozması barədə məruzə ediləcəyindən narahat olmuş, hətta Təqsirləndirilən şəxs yanına gedib, başının üstündən güllə ataraq, şəkili silməsini və məruzə etməməsini deyəcəyini bildirmişdir. Bununla da, məhkəmə Xəyal Şəbiyevin ölümünün baş verməsinin Təqsirləndirilən şəxs zor tətbiq etməsi, nalayiq ifadələr işlətməklə, danlaması kimi hərəkətlərindən törənməməsi qənaətinə gəlmiş və belə hesab etmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 332.3-cü maddəsinin obyektiv cəhətinin zəruri əlaməti olan hərəkətləri, yəni zor tətbiq etməni, nalayiq sözlərlə danlamanı törətmiş olsa da, bu hərəkətlər Xəyal Şəbiyevin ölümündən ibarət ictimai təhlükəli nəticə ilə səbəbli əlaqədə olmamışdır. Bundan başqa, məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Xəyal Şəbiyevi yatmış vəziyyətdə aşkar etsə də, bu barədə yuxarı komandanlığa məruzə etmək fikrində olmamış, hətta məruzə edəcəyi fikrini ifadə etmiş olsa belə, burada nizamnamə qaydalarının pozulmasından söhbət gedə bilməz, vəzifəsindən və rütbəsindən asılı olmayaraq istənilən hərbi qulluqçunun digər hərbi qulluqçunun nizamnamədən kənar hərəkətlərini aşkar etməsi, bu barədə yuxarı komandirə məlumat verməsi qanunauyğun haldır və Xəyal Şəbiyevi döyüş növbəsində yatmasını məruzə edəcəyini sonuncuya deməməklə və ya başqaları tərəfindən deməsini çatdırmamaqla, Təqsirləndirilən şəxs CMnin 332.3-cü maddəsinin obyektiv cəhətinin zəruri əlaməti olan hərəkəti törətməmişdir. Hökmdə göstərilmişdir ki, müharibə şəraitində əsgərlərin yatması nəinki onların özlərinə, bütun postun hərbi qulluqçuları üçün, o cümlədən Təqsirləndirilən şəxs həyatı üçün real təhlükəli hərəkət olduğundan bunu aşkar edən şəxsin onu sübutlarla birlikdə rəhbərliyə məruzə etməsi qanunauyğun haldır və buna görə Təqsirləndirilən şəxs döyüş növbəsində yatmış əsgərlərin şəklini çəkməklə, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmayan hərəkət etmişdir. Qeyd etmək lazımdır ki, hökmdə göstərildiyi kimi döyüş növbəsində yatmış Xəyal Şəbiyevin, Ramal Zahidovun və Pərvin Quluzadənin şəkillərinin Təqsirləndirilən şəxs tərəfindən çəkilməsi nizamnamələr ilə qadağan olunan əməl olmasa da, sonuncunun döyüş növbəsi çəkmə qaydalarının yoxlaması səlahiyyəti olmasa da, aşkar etdiyi nizamnamə qaydalarının pozulması barədə elə aşkar etdiyi anda, həmin pozuntunun aradan qaldırılması məqsədi ilə tədbir görüb, dərhal bu barədə döyüş mövqeyində olan rabitə vasitəsi ilə yuxarı komandanlığa məruzə etməli idi. Belə ki, Azərbaycan Respublikası Silahlı X1 7-ci maddəsində göstərilmişdir ki, hər bir hərbi qulluqçu hərbi intizamın və qayda-qanunun bərpası işində komandirə (rəisə) kömək etməyə borcludur. Komandirə (rəisə) kömək etməyən hərbi qulluqçu buna görə məsuliyyət daşımalıdır. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 5-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində həmin şəkilləri əsgərlərin döyüş növbəsində yatmasını sübut etmək üçün çəkdiyini bildirsə də, məqsədi komandanlığa köməklik etmək olmamışdır. Təqsirləndirilən şəxs çəkdiyi şəkilləri nümayiş etdirdikdən sonra, Xəyal Şəbiyevin onun şəklini silməsini xahiş etməsinə baxmayaraq, silməməsində və yuxarı komandanlığa məruzə etmək fikrində olmamasını bildirməsində məqsədi nizamnamə pozuntusunun aradan qaldırılması deyil, gələcəkdə öz məqsədləri üçün bu şəkillərdən istifadə edib, əsəgrləri təhdid etməklə, psixi təsir altında saxlamaq olmuşdur. Bu hal ona elan olunmuş ittihamda öz əksini tapmışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əsgərlər Xəyal Şəbiyevi, Ramal Zahidovu və Pərvin Quluzadəni yatmış vəziyyətdə aşkar etdikdən sonra X31ni çağırıb, özü ilə getməsini və sonuncunun yatmasını məruzə edəcəyini bildirmiş, lakin sonradan fikrindən daşınmışdır. X31 əsgərlər Xəyal Şəbiyevin və Ramal Zahidovun yanına qayıtdıqdan sonra, əsgər Ramal Zahidovun sualana cavab olaraq, X31 Təqsirləndirilən şəxs məruzə etməyəcəyini bildirsə də, əsgər X37 Səmədovun təxminən 28-29 sentyabr 2020-ci il tarixdə əsgərlər Ramal Zahidovun və Şahid2 döyüş növbəsində yatmış vəziyyətdə aşkar edilməsini çavuş Vurğun Babayevə məruzə etdiyini bildiyi üçün, Təqsirləndirilən şəxs “suka” olduğunu, əminlikə onları yatmış vəziyyətdə aşkar etməsini məruzə edəcəyini bildirmiş və gərgin halda divara yumruq vurmaqla, 5 nömrəli atəş sektorunun qarşısında “beş dəqiqənin badına getdim” deyib, ardıcıl olaraq bir neçə siqaret çəkmişdir. Bu onu sübut edir ki, Təqsirləndirilən şəxs onlardan aralandıqdan sonra Xəyal Şəbiyev artıq onun hərəkətinin təsiri altında və psixi gərgin vəziyyətdə olmuşdur. Əgər Təqsirləndirilən şəxs əsgərləri döyüş növbəsində yatmış vəziyyətdə aşkar etdikdən sonra dərhal yuxarı komandanlığa məruzə etsəydi və saatdarların dəyişdirilməsi üçün tədbirlər görülsəydi, sonradan baş vermiş bədbəxt hadisənin qarşısını almaq olardı. Fərz edək ki, Təqsirləndirilən şəxs əsgərlərdən ayrıldıqdan sonra Xəal Şəbiyev özünü öldürməsəydi, digər əsgərlərlə birlikdə yatmaqda davam etsəydi və düşmən tərəfindən basqına məruz qalıb, ağır nəticələr baş versəydi, məhkəmə Təqsirləndirilən şəxs əməlininin yenə də nizamnaməyə uyğun hərəkət kimi qiymətləndirib, baş vermiş ağır nəticələrlə səbəbli əlaqəsinin olmaması qənaətinə gələrdimi? Bundan başqa, CM-nin 332.3-cü maddəsinin dispozisiyasına görə, məsuliyyət tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda yaranır. Göründüyü kimi, burada məsuliyyətə cəlb edilmək üçün zərərçəkmiş şəxsə zor tətbiq edilməsi və ya onun şərəf və ləyaqətinin alçaldılması tələb olunmur, Səməd Səmdəovun aşkar etdiyi nizamnamə pozuntusunun aradan qaldırılması üçün vaxtında tədbir görməməsi onun tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri nizamnaməsinin 172 və 245-ci maddələrinin tələblərinin pozulmasını göstərir və cinayət məsuliyyətinə səbəb olur. Bu hal da Təqsirləndirilən şəxs elan olunmuş ittihamda öz əksini tapmışdır. Bundan başqa, hökmdə qeyd edilmişdir ki, Xəyal Şəbiyev döyüş növbəsində yatmış vəziyyətdə aşkar edildikdən sonra Təqsirləndirilən şəxs tərəfindən ona zor tətbiq edilməsi, nalayiq sözlərlə danlanması kimi hallara görə narahat olmamış, bununla bağlı onunla birlikdə döyüş növbəsində olmuş əsgərlər Pərvin Quluzadəyə və Ramal Zahidova öz narazılığını ifadə etməmiş, hər hansı hərəkət edəcəyini bildirməmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, hər hansı bir şəxs özünü öldürmək qərarına gəldikdə, mütləq qaydada bu barədə kiməsə məlumat verməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin subyektiv tərəfini qiymətləndirərkən, məhkəmə yanlış mövqe tutaraq, onun əməlində cinayət tərkibinin bu əlamətinin də olmaması qənaətinə gəlmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə, CM-nin 332-cü maddəsi ilə nəzərdə tutulmuş əməl birbaşa qəsdlə törədildiyi üçün, Təqsirləndirilən şəxs Xəyal Şəbiyevin şəklini çəkməklə, hətta bu hərəkətin əmrlə qadağan olunduğunu dərk etsə də, onun ictimai təhlükəli nəticələrini görməmişdir və görə də bilməzdi. Burada qeyd etmək lazımdır ki, CM-nin 332.3-cü maddəsi iki nəticəyə səbəb olan maddi tərkibli qarışıq təqsir formasında törədilən cinayətdir. Bu cinayəti törədən şəxsin tabelik münasibətlərində olmayan hərbi qulluquçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması (CM-nin 332.1-ci maddəsi) ağır nəticələrə səbəb olur (CM-nin 332.3-cü maddəsi). Beləliklə, bir hərəkətlə iki nəticə - qəsdən tabelik münasibətlərində olmayan hərbi qulluquçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları pozulur və bu əməl ehtiyatsızlıqdan ağır nəticələrin baş verməsinə səbəb olur. Cinayət işinin materialları ilə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs əməli təkcə əsgər Xəyal Şəbiyevin şəklini çəkməklə bitməmişdir, onun bu hərəkəti sonuncunun şərəf və ləyaqətini nalayiq formada alçaltması, ona qarşı zor tətbiq etməsi, xidmət yoldaşlarının yanında yalandan atasının canına and içməsini tənəzillə “ifşa edərək” onu pərt etməsi, səlahiyyəti olmadığı halda, onu silahlı xidmətdə olduğu müddətdə sərt şəkildə danlaması, xidmət vaxtı yatması barədə komandirinə məruzə edəcəyini bildirməsi, özbaşına çəkdiyi fotoşəkili göstərib, döyüş növbəsində yatdığını təsdiq edən “sübuta” malik olduğunu nümayiş etdirməklə və təkidli xahiş etməsinə baxmayaraq, silməməklə, psixi təsir göstərməsi ilə müşayiət olunmuş və nəticə etibarı ilə Xəyal Şəbiyevin özünü öldürməsinə gətirib, çıxarmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən nizamnamə qaydalarını pozması, onun cinayətkarcasına etinasızlığı nəticəsində Xəyal Şəbiyevin özünü öldürməsinə səbəb olmuşdur. Hansı ki, bu Təqsirləndirilən şəxs elan olunmuş ittihamda aydın şəkildə öz əksini tapmışdır. Bu baxımdan, məhkəmənin yuxarıda qeyd edilən nəticəyə gəlməsi anlaşılmazdır. Bundan başqa, sübutları qiymətləndirərkən, məhkəmə ibtidai istintaq zamanı məhkəmə-psixoloji ekspertizasının “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərildiyi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin eksperti tərəfindən deyil, Səhiyyə Nazirliyinin Məhkəmə X2 eksperti tərəfindən aparılmasını əsas gətirərək, həmin rəyi deyil, məhkəmə istintaqı zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə-psixoloji ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmişdir. Həmin rəyin nəticəvi hissəsində göstərilmişdir ki, Xəyal Şəbiyevin hadisə zamanı emosinal halında ekstremal dəyişikliklərin baş verib-verməməsini və həmin halın hansı amillərlə şərtlənməsini, keçirmiş olduğu emosional halın Təqsirləndirilən şəxs hərəkətləri ilə səbəbli-nəticə əlaqəsində olduğunu müəyyən etmək mümkün deyildir. Törədilmiş cinayətdə səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi vəzifəsi Cinayət-prosessual qanunvericiliyi ilə məhkəmənin üzərinə qoyulmuşdur. CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə müşavirə otağında sübutları qiymətləndirib, bu məsələyə aydınlıq gətirməli idi. Lakin məhkəmə iş üzrə toplanmış sübutları təhlil etmədən və bir-biri ilə müqayisə etmədən, nədənsə törədilmiş bu cinayətdə Təqsirləndirilən şəxs təqsirkar olduğunu təsdiq edən digər sübutları kənara qoyub, Səhiyyə Nazirliyinin Məhkəmə X2 ekspertinin verdiyi rəyi mötəbər hesab etməmiş, yalnız mötəbər sübut kimi qəbul etdiyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin rəyini əsas tutaraq, Təqsirləndirilən şəxs bu cinayətə aidiyyəti olmadığı qənaətinə gəlmişdir. Hansı ki, həmin rəyin nəticəvi hissəsində Təqsirləndirilən şəxs hərəkətlərində səbəbli əlaqənin olduğunu müəyyən etmək mümkün olmaması göstərilsə də, bu əlaqənin olması da inkar edilməmişdir. Halbuki məhkəmə eyni tərkibdə X8 CM-nin 332.3-cü maddəsi (12 aprel 2021-ci il tarixli hökm) və X3 CM-nin 29, 120.1-ci maddəsi (10 fevral 2022-ci il tarixli hökm) ilə təqsirləndirilmələrinə dair cinayət işlərinə baxarkən, Səhiyyə Nazirliyinin qeyd edilən mərkəzinin ekspert-psixoloqlarının rəylərini mötəbər sübut kimi qəbul edərək, ittiham hökmü çıxarmışdır. Məhkəmə istintaqı zamanı tərəfimdən əvvəlki rəyi vermiş Səhiyyə Nazirliyinin Məhkəmə X2 ekspertinin məhkəmə iclasına dəvət edilərək, dindirilməsi və qoyduğum suallar ətrafında həmin Mərkəzin mütəxəssisilərinin də iştirakı ilə təkrar məhkəmə-psixoloji ekspertizasının aparılması haqqında qərar qəbul edilməsi ilə bağlı vəsatət verməyimə baxmayaraq, məhkəmə tərəfindən vəsatətim səbəbi göstərilmədən rədd edilmiş və qeyd edilən Mərkəzin mütəxəssislərinin iştirakı olmadan ekspertizanın aparılması haqqında qərar qəbul edilmişdir. İttiham tərəfinin təqdim etdiyi sübutlara məhkəmənin bu yanaşması heç bir məntiqə sığmır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs əsassız olaraq bəraət verməklə yanaşı, cinayəti törətmiş şəxs müəyyən edilmədiyi üçün CPM-nin 350.4-cü maddəsinə əsasən, həmin şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul etmiş, lakin Xəyal Şəbiyevə qarşı hansı cinayətin törədilməsini göstərməmişdir. Bu, bir daha onu göstərir ki, məhkəmə məhkəmə istintaqı zamanı başqa hal müəyyən etməmişdir və Təqsirləndirilən şəxs barəsində çıxardığı bəraət hökmü əsassız olduğu üçün ləğv edilməlidir. Halbuki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CPM-nin 399.1.1 və 399.1.2-ci maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına görə Gəncə hərbi məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 20 sentyabr 2022-ci il tarixli bəraət hökmü ləğv edilməli və barəsində ittiham hökmü çıxarılmaqla, ona CM-nin 332.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında Dövlət ittihamçısı3 apellyasiya protestini müdafiə edərək onun dəlillərinə uyğun çıxış edərək onun dəlillərinə uyğun çıxış etdi və Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla, ona CM-in 332.3-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 apellyasiya protestinə etiraz edərək bildirdi ki, onun və zərərçəkmiş şəxsin hüquqi varisi X26 Səmədova qarşı şikayət və tələbləri yoxdur. Onların əsas tələbi ondan ibarətdir ki, Xəyal Şəbiyevin qatili tapılsın. Belə ki, Xəyalın xəstəliyi olmamış, psixoloji durumu yerində olmuşdur. Xəyal 4 ayın əsgəri olmuş, onlar Xəyal ilə tez-tez telefonla danışmışlar. Onlar Xəyal ilə müharibə vaxtı da danışmışlar. Xəyal problemlər ilə bağlı heç nə deməmişdir. Onlar Xəyalın özünü öldürməsinə inanmır. Cinayət işinə ədalətlə yanaşılmasını məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya məhkəməsi iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinə etiraz edərək bildirdilər ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur, ona görə də apellyasiya protestinin təmin edilməməsini, Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli bəraət hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada zərərçəkmiş şəxsin hüquqi varisi X12 və Təqsirləndirilən şəxs digər Müdafiəçi1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət işinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən istintaq aparmaqla, cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestini müzakirə edərək, bəraət alımış şəxsin və ekspertin ifadələrini, dövlət ittihamçısının, müdafiəçinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2022ci il tarixli hökmü apellyasiya protestinə əsasən əsasən dəyişdirilməməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Gəncə Hərbi Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən bəraət almış şəxs Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, zərərçəkiş şəxsin hüquqi varisləri X14 və Nümayəndə2, şahidlər X5, X13, X19, X9, X20, X24, Şahid1, Şahid2, Şahid3, Şahid4, habelə məhkəmə-psixoloji eksperti X7 ətraflı dindirilmişdir. Bundan başqa, iş üzrə toplanmış digər sübutlar, o cümlədən 23 oktyabr 2020-ci il tarixli Hadisə yerinə baxış keçirilməsi haqqında”, 23 oktyabr 2020-ci il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-tibbi ekspertizasının 23 oktyabr 2020-ci il tarixli, 21 nömrəli, kompleks məhkəmə-ballistik, trasoloji və kimyəvi ekspertizasınn 22 dekabr 2020-ci il tarixli, 3/1797; 3/1798; 3/1799 nömrəli, kompleks məhkəmə-bioloji və məhkəmə-kriminalistik ekspertizasının 21 noyabr 2020-ci il tarixli, 83/tkb-71/mtb nömrəli, kompeks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 yanvar 2021-ci il tarixli 08 nömrəli, əlavə məhkəmə-psixoloji ekspertizasının 28 mart 2022-ci il tarixli 11/73 nömrəli və təkrar komisyon məhkəmə-psixoloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 11/229 nömrəli rəyləri, 18 yanvar 2021-ci il tarixli “İstintaq eksperimenti keçirilməsi haqqında” protokol və digər sübutlar məhkəmə baxışında tədqiq edilmişdir. Cinayət işinə baxılması qismən məhkəmə istintaqı keçirilməklə aparılmış, Təqsirləndirilən şəxs və məhkəmə-psixoloji ekspertizası üzrə rəy vermiş X23 dövlət ittihamçısının vəsatəti əsasında dindirilmişdir. Təqsirləndirilən şəxs apellyasiya instansiyasında keçirilən məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. X23 ifadəsində və ona ünvanlanan suallara cavablarında birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun olan xüsusatları bildirmişdir. Birinci instansiya məhkəməsi sadalanan sübutlara məcmu halında qiymət verərək, belə nəticəyə gəlmişdir ki, “Cinayət Məcəlləsinin 332.3-cü maddəsinə cinayətin obyekti cəhətin ünsürlərindən hərəkət, ictimai təhlükəli nəticə və hərəkətlə nəticə arasında səbəbli əlaqə daxil edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilən ittihamdan sonuncunun hərəkətləri kimi Xəyal Şəbiyevin şərəf və ləyaqətini nalayiq formada alçaltması, ona qarşı zor tətbiq etməsi, xidmət yoldaşlarının yanında yalandan atasının canına and içərək tənəzillə «ifşa edərək» onu pərt etməsi, onu silahlı xidmətdə olduğu müddətdə səlahiyyəti olmadığı halda, sərt şəkildə danlaması, xidmət vaxtı yatması barədə komandirinə məruzə edəcəyini bildirməsi, özbaşına çəkdiyi fotoşəkili göstərib döyüş növbəsində yatdığını təsdiq edən sübuta malik olduğunu nümayiş etdirməklə və təkidli xahiş etməsinə baxmayaraq silməməklə psixi təsir göstərməsi qeyd edilmişdir. Həmin cinayət üzrə ictimai təhlükəli nəticə isə Xəyal Şəbiyevin özünü öldürməsində ifadə olunmuşdur. Daha sonra yuxarıda sadalanan hərəkətlərin Xəyal Şəbiyevin psixi-emosional vəziyyətində gərginlik, həyacan, təşviş yaranmasına çıxarıb emosional reaksiya halına keçirməsini şərtləndirməklə özünü öldürmə həddinə çatdırmasına gətirib çıxarması ittihamda göstərilmişdir. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla ittihamda verilmiş bəzi hərəkətlərin törədilməməsi, eləcə də, baş vermiş nəticə olan Xəyal Şəbiyevin ölümü ilə Təqsirləndirilən şəxs qarşılıqlı münasibətələrin nizamnamə qaydalarını pozmadan ibarət hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Xəyal Şəbiyevin ölümünün baş verməsi Təqsirləndirilən şəxs zor tətbiq etmə, nalayiq ifadələr işlətməklə danlaması kimi hərəkətlərdən törənməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin obyektiv cəhətinin zəruri əlaməti olan hərəkəti, yəni zor tətbiq etməni, nalayiq ifadə işlətməklə danlamanı törətmiş, lakin bu hərəkətlər Xəyal Şəbiyevin ölümündən ibarət ictimai təhlükli nəticə ilə səbəbli əlaqədə olmamışdır. Cinayət Məcəlləsinin 332-ci maddəsinin dispozisiyası blanket xarakterlidir və nizamnamlərini pozulmasını tələb edir. X18, nə də Daxili Xidmət Nizamnaməsində telefondan istifadənin qadağan olunması ilə bağlı norma yoxdur. Hətta telefonunun istifadə edilməsi hər hansı əmrlə qadağan olunsa belə, bu, yalnız şəxsin özünə aid olan haldır və qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmur. Təqsirləndirilən şəxs da ifadəsi ilə müəyyən edilir ki, həmin şəkli çəkməkdə məqsəd onların yatmasını sübut etmək olmuşdur. Müharibə şəraitində əsgərlərin yatması nəinki onların özləri, hətta bütun postun hərbi qulluqçuları üçün, o cümlədən Təqsirləndirilən şəxs həyatı üçün real təhlükəli hərəkət olduğundan bunu aşkar edən şəxsin onu sübutlarla birlikdə rəhbərliyə məruzə etməsi qanunauyğun haldır. Məhəmmədəli Məmmədov, Pərvin Quluzadə və Ramal Zahidovun ifadələrindən də aydın olur ki, Təqsirləndirilən şəxs Xəyal Şəbiyevə çəkdiyi fotoşəkili təkidli xahiş etməsinə baxmayaraq, silməməklə, psixi təsir göstərməsi kimi hal olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmayan hərəkəti etmiş, yəni bu xüsusat üzrə əməlində Cinayət Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin obyektiv cəhəti müəyyən olunmur, beləliklə də, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmır”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbi baxımdan birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün qiymət vermişdir. Məhkəmə kollegiyası sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması sübuta yetirilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 332.3cü maddəsi ilə bəraət vermişdir. Bəraət hökmündən verilmiş apellyasiya protestinin dəlilləri Təqsirləndirilən şəxs əməllərinin ittiham aktında qiymətləndirilməsi ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin hökmündə həmin xüsusatlar ətraflı araşdırılmış, məhkəmə özünün gəldiyi nəticəni düzgün əsaslandırmışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestində göstərdiyi dəlillərini əsassız sayır və mülahizə xarakterli hesab edir. Belə ki, protestin bir dəlili kimi qeyd edilmişdir ki, “həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilmiş və məhz onun hərəkəti nəticəsində Xəyal Şəbiyevin özünü öldürməsi öz təsdiqini tapmışdır. Döyüş növbəsində yatmış Xəyal Şəbiyevin, Ramal Zahidovun və Pərvin Quluzadənin şəkillərinin Təqsirləndirilən şəxs tərəfindən çəkilməsi nizamnamələr ilə qadağan olunan əməl olmasa da, sonuncunun döyüş növbəsi çəkmə qaydalarının yoxlaması səlahiyyəti olmasa da, aşkar etdiyi nizamnamə qaydalarının pozulması barədə elə aşkar etdiyi anda, həmin pozuntunun aradan qaldırılması məqsədi ilə tədbir görüb, dərhal bu barədə döyüş mövqeyində olan rabitə vasitəsi ilə yuxarı komandanlığa məruzə etməli idi” Protestin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfinin qəbul etdiyi kimi, Təqsirləndirilən şəxs döyüş növbəsi çəkən X.Şəbiyevin postda yatmasını saat 05.00 radələrində aşkat etmiş, hadisə isə bundan bir neçə dəqiqə sonra- saat 05.20 radələrində baş vermişdir. Təqsirləndirilən şəxs cəmi 20 dəqiqə ərzində yuxarı komandanlığa məruzə etməməsi və ya buna imkan tapmaması da hərbi nizamnamə qaydalarını kobud pozma kimi qiymətləndirilə və ağır nəticənin baş verməsinə səbəb kimi qəbul edilə bilməz. Protestin başqa bir dəlili belə əsaslandırılmışdır: “Məhkəmə iş üzrə toplanmış sübutları təhlil etmədən və bir-biri ilə müqayisə etmədən, nədənsə törədilmiş bu cinayətdə Təqsirləndirilən şəxs təqsirkar olduğunu təsdiq edən digər sübutları kənara qoyub, Səhiyyə Nazirliyinin Məhkəmə X2 ekspertinin verdiyi rəyi mötəbər hesab etməmiş, yalnız mötəbər sübut kimi qəbul etdiyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin rəyini əsas tutaraq, Təqsirləndirilən şəxs bu cinayətə aidiyyəti olmadığı qənaətinə gəlmişdir. Halbuki həmin rəyin nəticəvi hissəsində Təqsirləndirilən şəxs hərəkətlərində səbəbli əlaqənin olduğunu müəyyən etmək mümkün olmaması göstərilsə də, bu əlaqənin olması da inkar edilməmişdir. Bundan başqa, məhkəmə eyni tərkibdə CMnin 332.3-cü maddəsi ilə olan başqa cinayət işləri üzrə Səhiyyə Nazirliyinin qeyd edilən mərkəzinin ekspert-psixoloqlarının rəylərini mötəbər sübut kimi qəbul edərək, ittiham hökmü çıxarmışdır”. Protestin həmin dəlili də əsassız olduğundan qəbul edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş bütün sübutlara, o cümlədən ekspertiza rəylərinə məcmu halında qiymət verilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməpsixoloji ekspertizasının rəyi əsas sübut kimi deyil, digər sübutlarla eyni əhəmiyyətli sübut kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə kompeks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 yanvar 2021-ci il tarixli 08 saylı rəyinin məhkəmə psixoloji ekspertizasına dair hissəsi birinci instansiya məhkəməsi tərəfindən şübhə doğurduğundan təkrar məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Belə ki, məhkəmə-psixoloji ekspertizası «Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin eksperti tərəfindən həyata keçirilməli olsa da, iş materiallarında olan müvafiq ekspert rəyindən görünür ki, müvafiq məhkəməpsixoloji ekspertizasının aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin eksperti tərəfindən həyata keçirilmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il Fərmanının 2.6-cı bəndinə əsasən Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə keçirilmiş kompeks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 yanvar 2021-ci il tarixli 08 saylı rəyinin məhkəmə-psixoloji ekspertizasına dair hissəsi sübut kimi əldə edilmə mənbəyi baxımından qanunvericiliyin tələbləri pozulduğundan mötəbər sübut qismində nəzərə alına bilməz və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə-psixoloji ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Həmin təkrar məhkəmə-psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, X6 hadisə zamanı emosinal halında ekstermal dəyişikliklərin baş verib-verməməsini və həmin halın hansı amillərlə şərtlənməsini, keçirmiş olduğu emosional halın Təqsirləndirilən şəxs hərəkətləri ilə səbəbli-nəticə əlaqəsində olduğunu müəyyən etmək mümkün deyildir. Protestdə qeyd edilən daha bir dəlilin, yəni məhkəmənin eyni tərkibdə CM-nin 332.3cü maddəsi ilə olan başqa cinayət işləri üzrə Səhiyyə Nazirliyinin qeyd edilən mərkəzinin ekspert-psixoloqlarının rəylərini mötəbər sübut kimi qəbul edərək, ittiham hökmü çıxarmasna dair dəlillərin bu cinayət işi üzrə müzakirə olunması yolverilməzdir. Apellyasiya protestinin digər bir dəlili kimi gösrərilir ki, “məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində həmin şəkilləri əsgərlərin döyüş növbəsində yatmasını sübut etmək üçün çəkdiyini bildirsə də, məqsədi komandanlığa köməklik etmək olmamışdır. Təqsirləndirilən şəxs çəkdiyi şəkilləri nümayiş etdirdikdən sonra, Xəyal Şəbiyevin onun şəklini silməsini xahiş etməsinə baxmayaraq, silməməsində və yuxarı komandanlığa məruzə etmək fikrində olmamasını bildirməsində məqsədi nizamnamə pozuntusunun aradan qaldırılması deyil, gələcəkdə öz məqsədləri üçün bu şəkillərdən istifadə edib, əsgərləri təhdid etməklə, psixi təsir altında saxlamaq olmuşdur. Bu hal ona elan olunmuş ittihamda öz əksini tapmışdır”. Lakin həmin dəlillər də, yəni Təqsirləndirilən şəxs məqsədinin nizamnamə pozuntusunun aradan qaldırılması deyil, gələcəkdə öz məqsədləri üçün bu şəkillərdən istifadə edib, əsəgrləri təhdid etməklə, psixi təsir altında saxlamaqdan ibarət olmasına dair dəlillər iş üzrə toplanmış sübutlara və real faktlara uyğun olmamaqla ehtimallara əsaslanmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs hərbi xidmət zamanı mobil telefondan istifadə olunmasına icazə verilmədiyinə görə çəkdiyi şəkilləri komandanlığa göstərmək niyyətinin olmamasına dair bildirdiyi xüsusatlara protest müəllifi diqqət yetirməmişdir. Zərərçəkmişin postda yatdığına görə komandanlığa məlumat verilmədən və barəsində hər-hansı intizam tədbiri görülmədən onun özünü öldürməsinə səbəb kimi məhz Təqsirləndirilən şəxs hərəkətlərini göstərmək əsassızdır. Təqsirləndirilən şəxs məqsədinin gələcəkdə bu şəkillərdən istifadə etməsi, əsgərləri təhdid etməklə, psixi təsir altında saxlaması barədə ittiham tərəfinin gəldiyi nəticə konkret faktlara söykənməmiş, bu nəticəyə gəlmək üçün ittiham tərəfi sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Beləliklə, şərh olunanlara əsasən Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyil. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X10 tərəfindən verilmiş apellyasiya protesti əsassız olduğu üçün təmin edilməməli, Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.1, 407 və 408-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Hərbi Məhkəməsinin Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1-1(095)-008/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X10 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1-1(095)-008/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar