Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-9/2023 23.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Təqsirləndirilən şəxs3 iştirakı ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N8.2.1, N8.2.2, N8.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 1-1(095)-016/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 1-1(095)-016/2022 nömrəli hökmü ilə (hakim Vüqar Məmmədovun sədrliyi, hakimlər Kamran Muxtarov və Nurəddin Hüseynlidən ibarət tərkibdə) xx xxxx 1979-cu il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonunun Xoşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 CM-in N8.2.1, N8.2.2 və N8.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11000 (on bir min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs3 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində və bilə-bilə qanunsuz hərəkət etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 əvvəllər iş icraçısı kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində təmir işləri apardığı zaman tanış olduğu və həmin vaxtdan aralarında yaxın dostluq münasibətlərinin yarandığı həmin hərbi hissənin mühafizə və təminat bölüyünün sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs2 2019-cu ilin may ayının ortalarında onunla eyni hərbi hissədə xidmət edən gizir Şahid5 ilə Gəncə şəhərində aralarındakı söhbət zamanı sonuncunun ona müraciət edərək, 08 yanvar 20N-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «E» bəndinə əsasən xidməti uyğunsuzluqla N nömrəli hərbi hissəsindən ehtiyyata buraxılmış qohumu, həmin hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid8 yenidən hərbi xidmətə bərpa olunmaq istədiyini bildirib ondan bununla bağlı Şahid8 hər-hansı köməklik göstərə bilibbilməyəcəyini soruşduğu barədə məlumat verərək, onun çoxsaylı hərbi vəzifəli tanışlarının olduğunu bildirib xidməti uyğunsuzluqla ehtiyyata buraxılmış sabiq hərbi qulluqçunun yenidən hərbi xidmətə bərpa olunmasının təmin edilməsinin mümkün olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs3 çavuş Təqsirləndirilən şəxs2 bu barədə tanışlarından maraqlanıb nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 daha əvvəllər Daşkəsən rayonunun Xoşbulaq kəndində kafe işlədiyi zaman tanış olduğu N nömrəli hərbi hissənin sabiq komandiri, hazırda N nömrəli hərbi hissənin döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsində xidmət edən polkovnik Təqsirləndirilən şəxs1 İsabala oğluna zəng edərək ondan xidməti uyğunsuzluqla ehtiyyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçunun yenidən hərbi xidmətə bərpa olunmasına köməklik göstərmək imkanının olub-olmadığını soruşmuş və bu zaman polkovnik Təqsirləndirilən şəxs1 buna dair heç bir səlahiyyəti və real imkanı olmadığı halda, ayrı-ayrı şəxslərə müəyyən məbləğdə pul verilməsi müqabilində onların hərbi xidmətdə bərpa olunmasının, yaxud da onların hərbi xidmətə qəbul olunmasının mümkün olduğunu bildirib bu usulla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirməklə qazanc əldə etməyin mümkün olduğu qənaətinə gələrək, bu barədə Təqsirləndirilən şəxs3, sonuncu da öz növbəsində çavuş Təqsirləndirilən şəxs2 məlumat vermiş və hər ikisi onun təklifini qəbul edib buna dair öz razılıqlarını bildirdikdən sonra, polkovnik Təqsirləndirilən şəxs1 bu məqsədlə Təqsirləndirilən şəxs3lə və çavuş Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. O cümlədən polkovnik Təqsirləndirilən şəxs1 həmin vaxt Təqsirləndirilən şəxs3 4000 (dörd min) manat pul verilməsi müqabilində Şahid8 onun hərbi xidmətə bərpa olunmasının mümkün olduğunun, pulun yarısının əvvəlcədən, qalan məbləğin isə hərbi xidmətə bərpa olunmasından sonra verilməli olduğunun deyilməsini tapşırdıqdan sonra, çavuş Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə, aralarındakı söhbətdən təxminən bir həftə sonra, 2019-cu ilin may ayının sonlarında gizir Şahid5 zəng etmiş və adını, xidmət yerini və vəzifəsini demədiyi yüksək vəzifəli hərbiçi tanışının köməkliyi ilə ona özünün vasitəsi ilə ümumilikdə 4000 (dörd min) manat pul verilməsi müqabilində qohumu Şahid8 yenidən Daşkəsən və ya Gədəbəy rayonlarında yerləşən hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə bərpa edilməsinin mümkün olduğunu və pulun 2500 (iki min beş yüz) manatının əvvəlcədən, qalan 1500 (min beş yüz) manat pulun isə onun hərbi xidmətə bərpa olunmasından sonra verilməli olduğunu deyərək, digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Öz növbəsində gizir Şahid5 bu barədə Şahid8 zəng edib məlumat verdikdə sonuncu həmin təklifi qəbul etmiş və aralarındakı razılığı əsasən, çavuş Təqsirləndirilən şəxs2 bir neçə gün sonra, 2019-cu ilin may ayının sonlarında gizir Şahid5 onun yaşadığı ünvan 1 ünvanında yerləşən binanın qarşısında Şahid8 göndərdiyi 2000 (iki min) manat pulu sonuncunun hərbi bileti ilə birlikdə alaraq Şahid8 yaxın iki ay içərisində hərbi xidmətə bərpa olunacağını bildirmişdir. Bundan sonra çavuş Təqsirləndirilən şəxs2 elə həmin gün aldığı puldan 100 (yüz) manat pul götürüb 1900 (min doqquz yüz) manat pulu Şahid8 hərbi bileti ilə birlikdə polkovnik Təqsirləndirilən şəxs1 çatdırması üçün Təqsirləndirilən şəxs3 vermiş, öz növbəsində Təqsirləndirilən şəxs3 çavuş Təqsirləndirilən şəxs2 aldığı puldan 200 (iki yüz) manat pulu özünə götürüb N00 (min yeddi yüz) manat pulu hərbi biletlə birlikdə növbət gün Beyləqan rayonunda polkovnik Təqsirləndirilən şəxs1 vermişdir. Bundan bir neçə gün sonra, 2019-cu ilin may ayının sonlarında çavuş Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə, aralarında əldə olunmuş razılaşmaya baxmayaraq, gizir Şahid5 zəng edərək Şahid8 pulun qalan hissəsini, yəni 1500 (min beş yüz) manat pulu da tez bir zamanda çatdırmalı olduğunu, əks halda xidmətə bərpa olunmasının mümkün olmayacağını bildirmiş və gizir Şahid5 bu barədə Şahid8 məlumat verib razılığını aldıqdan sonra, onlarla 2019-cu ilin may ayının sonlarında saat 11 radələrində Gəncə şəhərinin ərazisində, «Əlilərin kruqu» adlanan yerdə özünün idarə etdiyi qara rəngli «VAZ 2106» markalı, **-BC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobildə görüşüb söhbət edərək Şahid8 işinin qısa müddət ərzində həll olunacağına dair vəd vermiş və elə həmin gün sonuncunun gizir Şahid5 verdiyi 1500 (min beş yüz) manat pulu təklikdə ondan almışdır. Daha sonra çavuş Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə, 2019-cu iyun-iyul aylarında Şahid8 zəng edərək çağırış şöbəsindən əlavə sənədlər təsdiq etdirəcəyini bildirib eyni məqsədlə ondan əlavə 500 (beş yüz) manat pul istəmiş və həmin pulu təxminən iki ay sonra, 2019-cu ilin avqust ayında gizir Şahid5 bacısının Goranboy rayonunda yerləşən «Xan» restoranında keçirilmiş toyunda Şahid8 qaynanası X1 alaraq bununla da Şahid8 məxsus 4000 (dörd min) manat ələ keçirmiş və Təqsirləndirilən şəxs3 həmin pulu qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi polkovnik Təqsirləndirilən şəxs1la və çavuş Təqsirləndirilən şəxs2la öz aralarında razılaşdırılmış şərtlər əsasında bölüb aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə verdikləri vəd üzrə Şahid8 xeyrinə heç bir iş görməyərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 2019-cu ilin oktyabr ayının ortalarında artıq həmin vaxt Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat tağımının avtomobil manqasında sürücü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan çavuş Təqsirləndirilən şəxs2 ona zəng edərək, aralarında tanışlıq münasibətlərinin olduğu Daxili İşlər Nazirliyi X12 şəhərində yerləşən N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Şahid3 ilə şəhər ərazisində görüşüb aralarındakı söhbət zamanı əvvəllər Şahid3 tabeliyində xidmət etmiş və yaxın münasibətlərinin olduğu sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X2 29 aprel 20N-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «E» bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyyata buraxıldığını və yenidən hərbi xidmətə bərpa olunmaq istədiyini öyrəndiyini bildirməsindən sonra, çavuş Təqsirləndirilən şəxs2la birlikdə 2019-cu ilin may ayından etibarən özgənin əmlakını (pulunu) etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdikləri polkovnik Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş, sonuncu da onlara Şahid3 pulun yarısının öncədən, qalan yarısının isə işin düzəlməsindən sonra verilməsi şərti ilə 4000 (dörd) min manat pul verilməsi müqabilində Hünər Süleymanovu hərbi xidmətə bərpa olunmasının mümkün olduğunu bildirmələrini tapşırmışdır. Bundan sonra çavuş Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs3lə və polkovnik Təqsirləndirilən şəxs1la birlikdə xidməti uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmış hər hansı şəxsin yenidən hərbi xidmətdə bərpa olunmasını təşkil etməyə səlahiyyətləri və real imkanları olmadıqları halda, öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə mayor Şahid3la aralarındakı söhbətdən bir neçə gün sonra, 2019-cu ilin oktyabr ayının ortalarında ona telefonla zəng edib adını, xidmət yerini və vəzifəsini demədiyi yüksək vəzifəli hərbiçi tanışının köməkliyi ilə ona özünün vasitəsi ilə ümumilikdə 5000 (beş) min manat pul verilməsi müqabilində X6 rayonunun ərazisində yerləşən 2-ci Ordu korpusunun tabeliyindəki hərbi hissələrin birində yenidən hərbi xidmətə bərpa edilməsinin mümkün olduğunu bildirərək, təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Öz növbəsində mayor Şahid3 bu barədə Hünər Süleymanova məlumat verdikdə sonuncu həmin təklifi qəbul etmiş və aralarındakı razılaşmaya əsasən, çavuş Təqsirləndirilən şəxs2 2019-cu ilin oktyabr ayının sonlarında axşam saatlarında mayor Şahid3la N nömrəli hərbi hissənin yaxınlığında təklikdə görüşüb orada ondan Hünər Süleymanovun çatdırdığı 5000 (beş) min manat pulu sonuncuya məxsus hərbi biletlə birlikdə almış, daha sonra həmin puldan 3000 (üç) min manat pulu özünə götürüb 2000 (iki min) manat pulu və hərbi bileti polkovnik Təqsirləndirilən şəxs1 çatdırması üçün Təqsirləndirilən şəxs3 vermişdir. Öz növbəsində Təqsirləndirilən şəxs3 çavuş Təqsirləndirilən şəxs2 aldığı puldan 300 (üç yüz) manat pulu özünə götürüb N00 (min yeddi yüz) manat pulu hərbi biletlə birlikdə növbət gün Beyləqan rayonunda polkovnik Təqsirləndirilən şəxs1 vermiş, bundan sonra Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi polkovnik Təqsirləndirilən şəxs1la və çavuş Təqsirləndirilən şəxs2la birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirib verdikləri vəd üzrə Hünər Süleymanovun xeyrinə heç bir iş görməyərək təkrarən dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 2019-cu ilin dekabr ayının sonlarında çavuş Təqsirləndirilən şəxs2 ona zəng edib Gəncə şəhərində tanış olduğu taksi fəaliyyəti ilə məşğul olan Daşkəsən rayon sakini X13 ilə aralarındakı söhbət zamanı sonuncunun N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini, 23 mart 2015-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «E» bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyyata buraxıldığını və yenidən hərbi xidmətə bərpa olunmaq istədiyini deməsindən sonra, çavuş Təqsirləndirilən şəxs2la birlikdə 2019-cu ilin may ayından etibarən özgənin əmlakını (pulunu) etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdikləri polkovnik Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş və sonuncu öz razılığını verdikdən sonra, çavuş Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə, xidməti uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmış hər hansı şəxsin yenidən hərbi xidmətdə bərpa olunmasını təşkil etməyə səlahiyyətləri və real imkanları olmadıqları halda, öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə Tural Məmmədova prokurorluq orqanlarında adını və vəzifəsini demədən yüksək vəzifəli yaxın qohumunun işlədiyini və həmin qohumunun köməkliyi ilə ona özünün vasitəsi ilə 5000 (beş min) manat pul verilməsi müqabilində 10 (on) gün müddətində Beyləqan rayonunun ərazisində yerləşən 2ci Ordu korpusunun tabeliyindəki hərbi hissələrin birində yenidən hərbi xidmətə bərpa edilməsinin mümkün olduğunu bildirərək, təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Tural Məmmədov ona inanaraq həmin təklifi qəbul etmiş və bundan sonra çavuş Təqsirləndirilən şəxs2 2019-cu ilin dekabr ayının sonlarında onunla Gəncə şəhərinin ərazisində, Gəncə şəhər X19 idarəsinin yaxınlığında təklikdə görüşüb orada Tural Məmmədovdan 5000 (beş) manat pulu sonuncuya məxsus hərbi biletlə birlikdə almış, daha sonra həmin puldan 3000 (üç) min manat pulu özünə götürüb 2000 (iki min) manat pulu və hərbi bileti polkovnik Təqsirləndirilən şəxs1 çatdırması üçün Təqsirləndirilən şəxs3 vermişdir. Öz növbəsində Təqsirləndirilən şəxs3 çavuş Təqsirləndirilən şəxs2 aldığı puldan 300 (üç yüz) manat pulu özünə götürüb N00 (min yeddi yüz) manat pulu hərbi biletlə birlikdə növbət gün Beyləqan rayonunda polkovnik Təqsirləndirilən şəxs1 vermiş, bundan sonra Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi polkovnik Təqsirləndirilən şəxs1la və çavuş Təqsirləndirilən şəxs2la birlikdə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirib verdikləri vəd üzrə Tural Məmmədovun xeyrinə heç bir iş görməyərək təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 2019-cu ilin dekabr ayının sonlarında çavuş Təqsirləndirilən şəxs2 onunla birlikdə N nömrəli hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 vasitəsi ilə tanış olduğu vətəndaş Şahid6 ilə Gəncə şəhərində, «Bağman» adlanan ərazidə görüşüb aralarındakı söhbət zamanı sonuncunun yaxın dostunun bacısı oğlu Şahid10 N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini və 24 iyun 20Nci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «E» bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyyata buraxıldığını, yenidən müddətdən artıq hərbi xidmətə bərpa olunmaq istədiyini deməsindən sonra, çavuş Təqsirləndirilən şəxs2la birlikdə 2019-cu ilin may ayından etibarən özgənin əmlakını (pulunu) etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdikləri polkovnik Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş, sonuncu da onlara Şahid6 5500 (beş min beş yüz) manat pul verilməsi müqabilində Şahid10 hərbi xidmətə bərpa olunmasının mümkün olduğunu bildirmələrini tapşırmışdır. Bundan sonra çavuş Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə xidməti uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmış hər hansı şəxsin yenidən hərbi xidmətdə bərpa olunmasını təşkil etməyə səlahiyyətləri və real imkanları olmadıqları halda, öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə aralarındakı söhbətdən bir neçə gün sonra, 2019-cu ilin dekabr ayının sonlarında Şahid6 zəng edərək prokurorluq orqanlarında adını və vəzifəsini demədən «Müəllim» deyə müraciət etdiyi yüksək vəzifəli yaxın qohumunun işlədiyini və onun köməkliyi ilə ona özünün vasitəsi ilə 5500 (beş min beş yüz) manat pul verilməsi müqabilində 1 (bir) ay müddətində Beyləqan rayonunun ərazisində yerləşən 2-ci Ordu korpusunun tabeliyindəki hərbi hissələrin birində yenidən hərbi xidmətə bərpa edilməsinin mümkün olduğunu bildirərək, təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Öz növbəsində Şahid6 bu barədə Şahid10 məlumat verdikdə sonuncu həmin təklifi qəbul etmiş və aralarındakı razılaşmaya əsasən, çavuş Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayının ortalarında, müxtəlif günlərdə Şahid6lə iki dəfə Gəncə şəhərində, «Pasyolka» adlanan ərazidə təklikdə görüşərək birinci görüş zamanı 3000 (üç min) manat, ikinci görüş zamanı isə isə 2500 (iki min beş yüz) manat olmaqla ümumilikdə orada ondan Şahid10 tərəfindən göndərilmiş 5500 (beş min beş yüz) manat pul, eləcə də sonuncuya məxsus hərbi bileti almış və ikinci dəfə aldığı puldan 800 (səkkiz) yüz manat pulu Şahid6 verib həmin pulu özündə saxlamasını tapşıraraq Şahid10 işinin həlli ilə bağlı bir sıra zəruri xərclər tələb olunacağından sonradan həmin pulu ondan götürəcəyini bildirmişdir. Bundan sonra çavuş Təqsirləndirilən şəxs2 Şahid6 aldığı 4700 (dörd min yeddi yüz) manat puldan 2700 (iki min yeddi yüz) manat pulu özünə götürüb, 2000 (iki min) manat pulu və hərbi bileti polkovnik Təqsirləndirilən şəxs1 çatdırması üçün Təqsirləndirilən şəxs3 vermişdir. Öz növbəsində Təqsirləndirilən şəxs3 çavuş Təqsirləndirilən şəxs2 aldığı puldan 300 (üç yüz) manat pulu özünə götürüb N00 (min yeddi yüz) manat pulu hərbi biletlə birlikdə növbət gün Beyləqan rayonunda polkovnik Təqsirləndirilən şəxs1 vermiş, bundan sonra Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi polkovnik Təqsirləndirilən şəxs1la və çavuş Təqsirləndirilən şəxs2la birlikdə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını (pulunu) ələ keçirib verdikləri vəd üzrə Şahid10 xeyrinə heç bir iş görməyərək təkrarən dələduzluq etmişdir. Bundan sonra polkovnik Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi çavuş Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs3lə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Hünər Süleymanov, Şahid8, Tural Məmmədov və Samir Məmmədovu onların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kimi hərbi xidmətə bərpa olunmaları üçün müvafiq hərəkətlərin edilməsi görüntüsü yaratmaqla onları buna inandırmaq məqsədi ilə, özünün xidmət etdiyi N nömrəli hərbi hissədən N yanvar 2020-ci il tarixdə H.R.Süleymanovun və Şahid8 adlarına, 27 fevral 2020-ci il tarixdə isə T.R.Məmmədovun və Şahid10 adlarına hərbi həkim komissiyasından yoxlamadan keçmələri üçün göndəriş, eləcə də həmin göndərişə əlavə olan 7 №-li qoşma hazırladıb həmin sənədləri taksi vasitəsi ilə Gəncə şəhərinə göndərmiş, öz növbəsində çavuş Təqsirləndirilən şəxs2 həmin sənədləri taksidən götürüb onları Gəncə şəhərində ayrı-ayrı vaxtlarda H.R.Süleymanova, Şahid8, T.R.Məmmədova və Şahid10 çatdıraraq onlara 2020-ci ilin may ayının əvvələrində tibbi müayinədən keçmələri üçün həmin sənədlərlə birlikdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hərbi həkim komissiyasına müraciət etmələrini tapşırmışdır. Bundan sonra H.R.Süleymanov, Şahid8, T.R.Məmmədov və Şahid10 tibbi müayinədən keçirilib şəhadətləndirilmələri üçün 2020-ci ilin may ayının əvvəllərində Silahlı Qüvvələrin Baş X7 Hərbi Həkim komisiyasına müraciət etsələr də, onlara verilmiş göndərişin vaxtı bitdiyindən və müayinələr artıq Şəmkir şəhərində yerləşən 230 nömrəli hərbi hospitalın bölməsində aparıldığına görə, onların heç biri hərbi həkim komissiyasına təqdim edilməmişdir. Bundan sonra onlar bu barədə çavuş Təqsirləndirilən şəxs2 məlumat vermiş və sonuncu polkovnik Təqsirləndirilən şəxs1la danışıb onun tapşırığına əsasən müvafiq göndəriş olmadan H.R.Süleymanovu, Şahid8, T.R.Məmmədovu və Şahid10 Şəmkir şəhərində yerləşən 230 nömrəli hərbi hospitalın bölməsinə göndərmiş, polkovnik Təqsirləndirilən şəxs1 isə öz əlaqələrindən istifadə edərək, göndərişin qısa müddət ərzində hospitala təqdim olunacağına dair yalan məlumatlar verməklə H.R.Süleymanov, Şahid8, T.R.Məmmədov və Şahid10 19 may 2020ci il tarixdə hərbi hospitalda qeydiyyata düşərək müayinələrdən keçirilməsini təmin etsə də, yenidən öz hərbi hissəsindən onlar üçün təkrar göndəriş alıb hospitala təqdim edə bilmədiyinə görə, həmin şəxslərin adlarına tibbi arayışlar tərtib edilməyərək müayinələrdən keçmələri barədə tibbi sənədlər hərbi hospitalda saxlanılmışdır. Öz növbəsində Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 tərəfindən ona verilmiş Şahid8 məxsus AO ******* №-li, Şahid10 məxsus AO ******* №-li, H.R.Süleymanova məxsus AO ******* №-li və T.R.Məmmədova məxsus AO ******* №-li hərbi biletlərin həmin şəxslərin hərbi xidmətə uyğunsuzluqla ordu sıralarından tərxis olunmaları barədə qeydiyyatlar aparılmış müvafiq vərəqlərini bu barədə qabaqcadan Təqsirləndirilən şəxs2 məlumat verməklə yeni vərəqlərlə dəyişdirib hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış və bundan sonra həmin biletləri Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da öz növbəsində həmin bərbi biletləri H.R.Süleymanov, Şahid8, T.R.Məmmədov və Şahid10 qaytararaq onlara hərbi biletləri notarial qaydada təsdiq etdirib digər müvafiq sənədlərlə birlikdə özlərində saxlamalarını və hərbi xidmətə bərpa olunmaları üçün onlara göndəriş verilərək bütün tibbi müayinələrdən keçib şəhadətləndirilmələrindən sonra həmin sənədləri müvafiq hərbi hissələrə təqdim etmələrini tapşırmış, lakin polkovnik Təqsirləndirilən şəxs1 H.R.Süleymanov, Şahid8, T.R.Məmmədov və Şahid10 təkrar göndərişlərin verilməsini təmin etməyə nail olmadığından, onlar həmin hərbi biletlərlərdən istifadə edə bilməmişlər. Bundan başqa Təqsirləndirilən şəxs3 01 aprel 2020-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «E» bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyyata buraxılmış Təqsirləndirilən şəxs2 ona 2020-ci ilin sentyabr ayının ortalarında Şahid10 qonşusu Şahid11 da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidmət etmək istədiyi əvvəllər hərbi xidmətdə olmadığı və ordu sıralarından ehtiyata buraxılmadığı barədə məlumat verdikdən sonra, çavuş Təqsirləndirilən şəxs2la birlikdə 2019-cu ilin may ayından etibarən özgənin əmlakını (pulunu) etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdikləri polkovnik Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş, sonuncu da Şahid11 2500 (iki min beş yüz) manat pul verməsi müqabilində onun Beyləqan rayonunda yerləşən 2-ci Ordu Korpusununun tabeliyindəki hərbi hissələrdən birinə hərbi xidmətə qəbul etdirməyin mümkün olduğunun bildirilməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2, həmin vaxt faktiki işsiz olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə hər hansı şəxsin hərbi xidmətə qəbul olunmasını təşkil etməyə səlahiyyətləri və real imkanları olmadıqları halda, öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə Şahid11 polkovnik Əhmədov adlı tanışının köməkliyi ilə ona özünün vasitəsi ilə 2500 (iki min beş yüz) manat pul verilməsi müqabilində Beyləqan rayonunda yerləşən 2-ci Ordu Korpusununun tabeliyindəki hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirməyin mümkün olduğunu deyərək, təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Şahid11 onun təklifini qəbul edib razılaşsa da, həmin məbləğdə deyil, yalnız 1000 (min) manat pul verə biləcəyini bildirmiş və Təqsirləndirilən şəxs2 buna etiraz etməyərək aralarındakı söhbətdən iki-üç gün sonra, 2020-ci ilin sentyabr ayının ortalarında İ.Z.Zamanov tərəfindən göndərilmiş 1000 (min) manat pulu və hərbi biletini Şahid10 alaraq sonuncu, eləcə də Təqsirləndirilən şəxs3lə birlikdə özünün idarə etdiyi «VAZ2107» markalı, **-ED-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonuna getmiş, orada Təqsirləndirilən şəxs3 N nömrəli hərbi hissənin yaxınlığında yerləşən çayxanada digər şəxslərdən kənarda polkovnik Təqsirləndirilən şəxs1la təklikdə görüşərək ona aldıqları puldan 900 (doqquz yüz) manat pul vermiş, bundan sonra Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi polkovnik Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la birlikdə aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirib verdikləri vəd üzrə Şahid11 xeyrinə heç bir iş görməyərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 2020-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona Daxili İşlər Nazirliyinin X5 şəhərində yerləşən N nömrəli hərbi hissəsində xidmət etmiş və N aprel 2020-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «E» bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyyata buraxılmış sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid7 ona zəng edib aralarındakı söhbət zamanı yenidən hərbi xidmətə bərpa olunmaq arzusunda olduğunu deyib bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşması barədə məlumat verdikdən sonra, çavuş Təqsirləndirilən şəxs2la birlikdə 2019cu ilin may ayından etibarən özgənin əmlakını (pulunu) etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdikləri polkovnik Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş, sonuncu da onlara Şahid7 1500 (min beş yüz) manat pul verilməsi müqabilində onun Beyləqan rayonunda yerləşən 2-ci Ordu Korpusununun tabeliyindəki hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmətə bərpa olunmasının mümkün olduğunun bildirilməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2, həmin vaxt faktiki işsiz olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə xidməti uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmış hər hansı şəxsin yenidən hərbi xidmətdə bərpa olunmasını təşkil etməyə səlahiyyətləri və real imkanları olmadıqları halda, öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə Şahid7 adını və vəzifəsini demədiyi, Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışının köməkliyi ilə ona özünün vasitəsi ilə 1500 (min beş yüz) manat pul verilməsi müqabilində onun Beyləqan rayonunda yerləşən 2-ci Ordu Korpusununun tabeliyindəki hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmətə bərpa olunmasının mümkün olduğunu deyərək, təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Şahid7 həmin təklifi qəbul edib razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 ona verdiyi siyahı üzrə müvafiq sənədləri hazırlayıb tamamlamış və topladığı sənədləri həmin vaxt övladının müalicəsi üçün Gəncə şəhərində olan həyat yoldaşı X11 göndərərək, sənədləri və pulu Təqsirləndirilən şəxs2 verməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 2020-ci ilin sentyabr ayının əvvələrində günorta saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin binasının yaxınlığında, «Qlavnı» adlanan ərazidə T.A.Əsədova ilə görüşərək orada ondan 1500 (min beş yüz) manat pulu ərinin göndərdiyi sənədlərlə birlikdə almış, lakin 27 sentyabr 2020-ci il tarixdə «Vətən Müharibəsi»nin başlanması ilə əlaqədar polkovnik Təqsirləndirilən şəxs1 tapşırığı ilə həmin pulu 2021-ci ilin fevral ayının sonlarında axşam saatlarında Şahid7la Gəncə şəhərində, Məhsəti qəsəbəsində təklikdə görüşüb tam olaraq özüna qaytarmışdır. 2021-ci ilin aprel ayının əvvəllərində polkovnik Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 vasitəsi ilə Təqsirləndirilən şəxs2 xəbər göndərərək ona Şahid7la təcili şəkildə əlaqə yaradaraq ona xidməti uyğunsuzluqla ehtiyyata buraxılmış şəxslərin orduya cəlb olunduğunu deməklə 1500 (min beş yüz manat) pulu verəcəyi təqdirdə işini həll edə biləcəklərini deməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Şahid7 zəng edərək ona bu barədə malumat vermiş və sonuncu ilk öncə Təqsirləndirilən şəxs3lə əlaqə saxlayıb ona verilən məlumatın doğru olub-olmadığını və ona edilən təklifin real olubolmadığını soruşduqda, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə ona Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək, Şahid7 1500 (min beş yüz) manat pulun əvvəlcə, işə bərpa olunduqdan sonra isə əlavə 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 3000 (üç min) manat pul verməsi müqabilində hərbi xidmətə bərpa olunacağına dair yalan vəd verib təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Şahid7 həmin vaxt Təqsirləndirilən şəxs3 inanıb pul verməyə razılığını versə də, özü polkovnik Təqsirləndirilən şəxs1 zəng edərək onunla danışmış və sonuncu da qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə ona «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «E» bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyyata buraxılmış hərbi qulluqçuların türk zabitləri tərəfindən yoxlanılaraq işə qəbul ediləcəyini, bu səbəbdən onun xidmətə bərpa olunması ilə bağlı heç bir çətinliyin olmayacağanı deyib inandırdıqdan sonra, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2021-ci ilin aprel ayının əvvələrində, günorta saatlarında Şahid7la Gəncə şəhəri, Məshəti qəsəbəsində təklikdə görüşüb oradan ondan 1500 (min beş yüz) manat pul almış və bundan sonra Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi polkovnik Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la birlikdə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirib verdikləri vəd üzrə Şahid7 xeyrinə heç bir iş görməyərək təkrarən dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən narazıdır, hökm qanunsuz və ədalətsizdir. Belə ki, onun CM-in N8.2.1, N8.2.2, N8.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması ilə bağlı iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, məhkəmə əsassız olaraq barəsində ittiham hökmü çıxarmışdır. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, Təqsirləndirilən şəxs3 cinayət əməli törətmədiyini, qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyini bildirdilər və apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində bəraət hökmü çıxarılmasını, bu mümkün olmayacağı təqdirdə cərimə cəzasının yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində onun tərəfindən cinayət hadisəsi törədilməməsi qeyd olunmuş, bu səbəbdən də barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin yuxarıda göstərilən halların heç biri Təqsirləndirilən şəxs3 hərəkətlərində müşahidə edilməmişdir. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – həmin cinayət işi üzrə digər məhkumların və şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon məlumatları, istintaq hərəkətləri protokolları, habelə sair iş materialları və digər sübutlarla tamamilə təkzib edilmişdir. Apellyasiya instansiya məhkəməsi ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hallarla əlaqədar məhkumların, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs3 tərəfindən cinayət əməlinin törədilməsi tam təsdiq edilmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkumun CM-in N8.2.1, N8.2.2 və N8.2.4-cü maddələrinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs3 tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, məhkumun göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunan cinayət əməlinin Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon məlumatları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir. Belə olan halda məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna, məhkum barəsində bəraət hökmü çıxarıla bilməz. Lakin bununla belə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 CM-in 32.4,312.2-ci maddəsi ilə verilmiş ittihamla razılaşmır. Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir: Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa İnsan Hüquqları Məhkəməsi “X3rşı”, “X4rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Apellyasiya məhkəməsinin cinayət kollegiyası CPM-nin 397-ci maddəsi ilə təsbit edilmiş həqiqətin müəyyən edilməsi vəzifəsindən çıxış edərək apellyasiya şikayətinin dəlilləri çərçivəsində, həm də bu dəlillərdən asılı olmayaraq məhkəmə tərəfindən maddi və prosessual qanunvericliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamışdır. Bu zaman müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs3 CM-in 32.4,312.2-ci maddəsi ilə ittiham irəli sürərkən, birinci instansiya məhkəməsi isə onu həmin maddə ilə məhkum edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkum Təqsirləndirilən şəxs3 əməlinin CM-in 32.4,312.2-ci maddəsi ilə tövsifinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, N8-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. CM-in 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə olunmuş hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün pul və sair nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Təqsirləndirilən şəxs3 qarşı ibtidai araşdırma orqanı tərəfindən 6 ittiham irəli sürülmüşdür. Həmin ittihamlar bir sıra ümumi cəhətlərə malikdir. Belə ki, irəli sürülmüş 5 ittihamdan (Şahid7, Şahid8, Hünər Süleymanova, Tural Məmmədov və Şahid10 qarşı törədilmiş cinayət əməllərinə münasibətdə olan ittihamlar) görünür ki, Təqsirləndirilən şəxs3 çavuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Bundan sonra onlara müraciət edən ayrı-ayrı vaxtlarda xidməti uyğunsuzluqla bağlı hərbi hissə və birləşmələrdən ehtiyyata buraxılmış hərbi qulluqçuların yenidən hərbi xidmətə qəbul olunmasının mümkünlüyü barədə buna dair heç bir səlahiyyəti və real imkanları olmadığı halda, bu usulla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirməklə qazanc əldə etməyin mümkün olduğu qənaətinə gələrək ayrı-ayrı şəxslərə müəyyən məbləğdə pul verilməsi müqabilində onların hərbi xidmətdə bərpa olunmasının, yaxud da onların hərbi xidmətə qəbul olunmasının mümkün olduğunu bildirmişlər. Bundan sonra həmin şəxslərin müxtəlif məbləğlərdə verdikləri pul vəsaitlərini öz aralarında razılaşdırılmış şərtlər əsasında bölüb aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə verdikləri vəd üzrə həmin şəxslərin xeyrinə heç bir iş görməyərək dələduzluq etmişlər. İrəli sürülmüş digər ittihamdan (Şahid11 qarşı törədilmiş cinayət əməlinə münasibətdə olan ittiham) görünür ki, Şahid11 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidmət etmək istədiyini bildirmiş, əvvəllər hərbi xidmətdə olmadığını və ordu sıralarından ehtiyata buraxılmadığı barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, bundan sonra Təqsirləndirilən şəxs2, həmin vaxt faktiki işsiz olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi şəxslərlə birlikdə hər hansı şəxsin hərbi xidmətə qəbul olunmasını təşkil etməyə səlahiyyətləri və real imkanları olmadıqları halda, öz cinayətkar məqsədlərinə nail olmaq niyyəti ilə Şahid11 polkovnik Əhmədov adlı tanışının köməkliyi ilə ona özünün vasitəsi ilə 2500 (iki min beş yüz) manat pul verilməsi müqabilində Beyləqan rayonunda yerləşən 2-ci Ordu Korpusununun tabeliyindəki hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirməyin mümkün olduğunu demişlər. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi polkovnik Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la birlikdə aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirib verdikləri vəd üzrə Şahid11 xeyrinə heç bir iş görməyərək təkrarən dələduzluq etmişlər. Qeyd olunan cinayət ittihamlarının məzmunundan açıq-aşkar görünür ki, istintaq orqanı özü belə Təqsirləndirilən şəxs3 yekun ittiham irəli sürərkən onun “ayrı-ayrı vaxtlarda xidməti uyğunsuzluqla bağlı hərbi hissə və birləşmələrdən ehtiyyata buraxılmış hərbi qulluqçuların yenidən hərbi xidmətə qəbul olunmasının mümkünlüyü barədə və hər hansı şəxsin hərbi xidmətə qəbul olunmasını təşkil etməyə dair heç bir səlahiyyəti və real imkanları olmadığı, həmin şəxslərin xeyrinə heç bir iş görmədiyi” nəticəsinə gəlmiş, yəni onun həmin şəxslərin müraciətlərinin həlli üçün belə bir səlahiyyəti və real imkanı olan hərhansı bir vəzifəli şəxslə əlaqəsinin olmasını sübuta yetirə bilməmişlər. Məhz bu səbəbdən də ibtidai araşdırma orqanı ona dələduzluqla bağlı cinayət ittihamları irəli sürmüşdür. Yuxarıda əks olunmuş hüquqi mövqenin işığında məhkuma qeyd olunan maddə ilə irəli sürülmüş ittihamın işin faktiki halları baxımından təhlil etdikdə müəyyən olunur ki, ittihamda rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Belə ki, Təqsirləndirilən şəxs3 adları çəkilən şəxslərin xidmətə qəbul edilməsinə köməklik göstərəcəyini, bununla bağlı müəyyən məbləğdə pul vəsaitlərinin çatmalı olduğunu bildirsə də, reallıqda o, rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmamış, heç buna cəhd belə etməmiş, faktiki olaraq vasitəçilik etmək imkanlarının olmasını yalandan deməklə həmin şəxslərin əmlakını ələ keçirməyə niyyətlənmişdir. Başqa sözlə yalançı vasitəçi olan Təqsirləndirilən şəxs3 niyyəti qabaqcadan əlbir olan bir qruo şəxslə dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Ona görə də, onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, məhkumun məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Belə halda əməl CM-in N8-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda CM-in 32.4, 312.2-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyac yoxdur. CPM-in 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində və bilə-bilə qanunsuz hərəkət etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etməsinə dair, CM-in 32.4, 312.2-ci maddəsi və CM-in 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməlidir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs3 CM-in N8.2.1, N8.2.2 və N8.2.4-cü maddələri ilə cəza təyin edərkən birinci instansiya məhkəməsi onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza işin faktiki hallarına, onun törətmiş olduğu cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğundur. Təyin edilmiş cəzanın növünün və həddinin dəyişdirilməsi üçün heç bir əsas yoxdur. CPM-in 399.1 və 399.1.4-cü maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 403-cü maddəsinə görə tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N8.2.1, N8.2.2, N8.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 1-1(095)-016/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs3 münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi (bu maddə əsasında Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittiham) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-9/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-9/2023
23.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver