Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1-1(105)-11/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 95/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : Bakı Hərbi Məhkəməsinin 1-1(093)-95/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli hökmü ilə (hakim Z.Q.Ağayev) Təqsirləndirilən şəxs (26 avqust 1996-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin haubitsalı artilleriya divizionun 1-ci artilleriya batareyasının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla Qusar şəhərində yerləşən hərbi şəhərcikdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5 % məbləğində pul tutulmaqla 4 (dörd) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, hökmün icrasının xidmət etdiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandanlığına həvalə olunması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 1-ci haubitsalı artilleriya batareyasının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 20 dekabr 2023-cü il tarixdə saat N radələrində həmin hərbi hissənin avtomobil parkında tabeliyində olan əsgərlərə nəzarət edərkən ərazidə təmizlik işləri görən əsgərlərdən həmin batareyanın 1-ci taqımının 2-ci topun baş tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs əsgərlərin maaşlarını yığdığını eşidib onu yanına çağıraraq öz iradını bildirmiş, habelə Zərərçəkmiş şəxs yığdığı pulu təhvil verməsini tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs pulu gətirmək adı ilə avtomobil parkından getdikdən bir neçə dəqiqə sonra avtomobil parkına geri qayıdaraq avtomobil parkında quraşdırılmış su çəninin qarşısında dayanan Təqsirləndirilən şəxs əsgərlərin pulları ona könüllü şəkildə verdiyini bildirib pulları verməyəcəyini demiş, bu zaman Təqsirləndirilən şəxs yenidən ona iradlarını bildirsə də, Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymayıb üzünü çevirərək uzaqlaşmaq istədikdə Təqsirləndirilən şəxs tabeliyində olan Zərərçəkmiş şəxs bu hərəkətlərindən əsəbiləşərək sonuncunu cəzalandırmaq məqsədilə üzərinə gedib sağ əli ilə Zərərçəkmiş şəxs sol çənə nahiyəsinə yumruq zərbəsi vurmaqla rəis qismində hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək əməlində cinayət tərkibi olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-95/2024 nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, müdafiəçiyə ödənilməli olan haqqın məbləğinin 390 manat müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələrindən, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin izahat və ifadələrindən, ərizəsindən də görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tənbehləməsi nəticəsində ona heç bir xəsarət və fiziki ağrı yetirməmiş, təhqir etməmişdir. O yalnız 18 ay xidmət müddətli əsgər Zərərçəkmiş şəxs özündən xeyli az müddət qulluq etmiş gənc əsgərlərin aylıq maaşının demək olar ki hamısını onların iradəsinə zidd olaraq ələ keçirdiyi barədə məlumat aldıqdan sonra Zərərçəkmiş şəxs yığdığı pullan aşkar surətdə bölüyün sırası qarşısında əsgərlərin özünə qaytardaraq hərbi qulluqçuların nizamnamə qaydalarını pozmaqla hərbi xidmətdə olanlar arasında zorakılığın yaranması və yayılmasının göstəricisi ola biləcək bu cür təhlükəli təcrübənin gələcəkdə genişlənməsinə səbəb olan hərəkətin qarşısını almışdır. Cinayət işinin materiallarına və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1 -ci maddəsinin tərkib əlamətlərinin olması İlə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmasa da, həmin maddə ilə verilən ittiham üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət vermək əvəzinə məhkəmə, ittiham və müdafiə tərəfləri arasında orta mövqe tutmaqla işi "yola vermək xatirinə" ittiham hökmü çıxarmışdır. Cinayət işində olan və məhkəməyə təqdim edilən sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - “Vətən müharibəsi” və “Lokal xarakterli Antiterror əməliyyatları”- nda iştirak edərək “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Şücaətə görə” və bir çox başqa medallarla da təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Bundan başqa, müdafiəçi kimi dövlət büdcəsi hesabına göstərdiyim hüquqi yardıma görə məhkəmə 7 məhkəmə iclasında iştirak etməklə, təqsirləndirilən şəxslə bir neçə dəfə görüşüb söhbətlər aparmaq, prosessual sənədlər hazırlamaq və s. hərəkətlərə görə mənə ən azı 390 manat ödənilməli olduğu halda, mənim buna dair hesabatımı gözləmədən hökmdə səhv olaraq müdafiəçiyə yalnız 90 manat ödənilməli olduğuna dair qərar vermişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müvafiq vəkil qurumu tərəfindən mənə həvalə edilmiş və cinayət işi üzrə məhkəmə araşdırmasının aparıldığı 3 aya yaxın müddət ərzində təqdim edilmiş hesabata əsasən müdafiəçi kimi mən 7 dəfə məhkəmə iclaslarında iştirak etmiş, müxtəlif ünvanlarda təqsirləndirilən şəxslə görüşmüş, iş materialları ilə tanış olmuş və ümumilikdə 65 saat ərzində göstərilən hüquqi yardıma görə 390 manat pul vəsaitinin ödənilməli olduğunu qeyd etmişdim. Lakin, birinci instansiya məhkəməsi hesabatı təqdim etməyimi gözləmədən xx.xx.2024-cü il tarixli hökmlə mənə 090 manat xidmət haqqı ödənilməsini qərara almış, mənim iş materialları ilə tanış olmağımı, təqsirləndirilən şəxslə konfidensial ünsiyyət qurmaq üçün onunla görüşlər keçirməyimi, həmçinin Bakı şəhərində gediş- gəlişin indiki çətin şəraitində məhkəmə iclaslarına vaxtında gəlib getmək üçün kifayət qədər vaxt sərf etməyimi, həmin müddətlərin də ödənilməli olan haqq müəyyən edilərkən məbləğə daxil edilməli olmasını nəzərə almamışdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya instansiya məhkəməsində dövlət ittihamçısı X3 çıxış edərək təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Təqsirləndirilən şəxs tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxs müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməklə apellyasiya baxışına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqirləndirilən şəxsin apellyasiya şikayətindən imtina barədə teleqramını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə fikirlərini dinləyib hesab edir ki, iş üzrə digər cinayət proses iştirakçılarının apellyasiya şikayəti və apellyasiya protesti olmadığından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya şikayətinin baxışına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsinin tələblərinə görə apellyasiya şikayətini və apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197, 396, 407, 408, 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 95/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayətinin baxışına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(105)-11/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(105)-11/2024
22.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver