Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1-1(105)-9/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ (apellyasiya protestinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – dövlət vəsaiti hesabına təyin edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4,31N.N-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökmündən Azərbaycan Respublikası Hərbi prokuroru vəzifəsini icra edən, Azərbaycan Respublikası Həbri prokurorun müavini, ədliyyə general-mayoru Dövlət ittihamçısıN tərəfindən verilmiş apellyasiya protestinə video konfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökmü ilə (hakim H.B.Həsənov) xx xxxxxxxx 1975-ci il tarixdə Abşeron rayonunun Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin N4 may N017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 450 manat cərimə cəzasına, Yexlax Rayon Məhkəməsinin 04 aprel N018-ci il tarixli hökmü ilə CM-nin 178.N.N-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına və Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun N019-cu il tarixli hökmü ilə CMnin 178.1, 3N.4, 31N.1-ci maddələri ilə təqsirli bilinərək 1900 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək ünvan N ünvanında yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ləğv edilmiş N nömrəli hərbi hissənin sabiq feldşeri kimi xidmət etmiş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 3N.4, 31N.N-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun N019-cu il tarixli hökmü ilə təyin edilmiş 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzasının hazırkı iş üzrə təyin edilmiş cəza ilə birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, CM-nin 68.N-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının N8 yanvar N0N0-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə razılaşmayan Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin 0N.03.N0N1-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməyərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə təkrarən şəxsləri, xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün şəxsən, vasitəçidən istifadə etməklə, bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank bölüyünün N-ci tank taqımının 3-cü tank komandiri vəzifəsində, gizir rütbəsində hərbi xidmətdə olan Şahid1 ilə N016-cı ildən aralarında yaranmış tanışlıq münasibətlərinə görə onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı hərbi qulluqçulara xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilərək təqaüd almalarının təşkil edilməsi barədə yalan vədlər verməklə onlardan aldatma yolu ilə hər birindən 8000-8500 manat məbləğində olmaqla, xeyli miqdarda pul alıb öz aralarında bölüşdürmələrinə dair razılığa gəlmişdir. Həmin razılaşmaya əsasən Şahid1 N017-ci ilin yanvar ayının sonlarında N nömrəli hərbi hissənin N-ci taborunda xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər X3 atası Şahid3 ilə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən çayxanada tanış olub söhbət edərkən, sonuncu söhbət zamanı oğlu Kərimin səhhətində problemlər olduğuna görə hərbi xidmətdən xəstəliklə əlaqədar tərxis olunmasını istədiyini bildirdikdə, Şahid1 Təqsirləndirilən şəxslə arasında olan cinayətkar plana uyğun olaraq aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid3 yalandan güya Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qohumu olan, adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə 8500 manat pul verməsi müqabilində oğlu Kərim Mustafayevin xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilməklə təqaüd almasını təşkil edə biləcəyi barədə yalandan, guya vəd verib inandıraraq aldadıb, vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və Şahid3 onun təklifini qəbul etdikdən sonra, Şahid1 bu haqda ona bildirmişdir. Şahid3lə aralarında olan razılaşmaya əsasən N017-ci ilin yanvar ayının sonlarında Goranboy rayonunun Tapqaraqoyunlu kəndində özünün yaşadığı evin həyətində ilkin olaraq N000 manat, həmin ilin mart ayının ortalarında həmin ünvanda daha N000 manat, aprel ayının əvvəllərində yenə də eyni ünvanda 1500 manat, iyul ayının ortalarında Naftalan şəhərində 1000 manat və avqust ayının əvvəllərində yenə də Naftalan şəhərində daha 800 manat olmaqla, ümumilikdə 7300 manat məbləğində pulu Şahid1 vermiş, sonuncu həmin pulun 4000 manatını N017-ci ilin mart ayında Bakı şəhərində Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının yaxınlığında ona vermiş, lakin Təqsirləndirilən şəxs Şahid1la birlikdə Kərim Mustafayevin xeyrinə heç bir hərəkət etmədən, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsində feldşer vəzifəsində xidmət edərkən, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Şahid1 ilə qabaqcadan razılaşdıqları cinayətkar plana uyğun olaraq N017-ci ilin fevral ayının sonlarında N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün yol-texniki manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid4 ilə Goranboy rayonunun Balakürd kəndində görüşüb söhbət edərkən sonuncu hepatit «B» viruslu xəstəlikdən əziyyət çəkdiyindən ordu sıralarından xəstəliklə əlaqədar təqaüdə çıxmaq istədiyini və təqaüdə çıxmasında ona köməklik edə bilib-bilməyəcəyini soruşduqda, Şahid1 aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə guya, yalandan Şahid4 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında tanışı olan adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə onun ilk öncə 4000 manat, işin həll olunmasından sonra isə daha 4000 manat olmaqla ümumilikdə 8000 manat pul verməsi müqabilində xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilməsini və təqaüd almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və sonuncu onun təklifini qəbul etdikdən sonra, Şahid1 bu haqda ona bildirmişdir. Şahid4la aralarındakı razılaşmaya əsasən N017-ci ilin mart ayının axırlarında Şahid1 Şahid4la Goranboy rayonunun Balakürd kəndinin ərazisində görüşüb orada ondan 4000 manat pul aldıqdan sonra həmin puldan 500 manat pulu özünə götürüb qalan 3500 manat pulu bir neçə gün sonra Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş X7 Əliyevə vermiş, lakin Təqsirləndirilən şəxs Şahid1la birlikdə Şahid4 xeyrinə heç bir hərəkət etmədən qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Şahid1 ilə qabaqcadan razılaşdıqları cinayətkar plana uyğun olaraq, N017-ci ilin mart ayının əvvəllərində aralarında tanışlıq münasibətləri olduğu Goranboy rayonunun Balakürd kənd sakini ŞahidN ilə həmin kənddə söhbət etdiyi zaman sonuncu ona həmin vaxt xidməti zərurətlə əlaqədar N nömrəli hərbi hissənin N-ci taborunun N №-li döyüş postuna ezam edilmiş N nömrəli hərbi hissənin 1-ci tank bölüyünün N-ci tank tağımının 1-ci heyətində baş sürücü-mexanik vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmət edən övladı XN belindəki kəskin ağrılardan əziyyət çəkdiyini və buna görə hərbi xidmətdən xəstəliklə əlaqədar tərxis olunmasını istədiyini dedikdə, Şahid1 aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə ŞahidN Silahlı Qüvvələrin Baş Klinik Hospitalında adını və vəzifəsini demədiyi qohumu olan səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə əvvəlcə 4000 manat, işin həll olunmasından sonra isə daha 4000 manat olmaqla ümumilikdə 8000 manat pul verməsi müqabilində övladı Xəyyam Aslanovu müayinə və müalicəyə göndərərək bir neçə aya onun xəstəliklə əlaqədar ordu sıralarından ehtiyata tərxis edilməklə yüksək təqaüd almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandırıb aldadaraq təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, sonuncu onun təklifini qəbul etdikdən sonra, aralarındakı razılaşmaya əsasən bir neçə gün sonra ŞahidN Goranboy rayonunun Balakürd kəndində yaşadığı evinin qarşısında 3000 manat, daha sonra isə 17 mart N017ci il tarixdə sonuncu tərəfindən Goranboy rayon poçtundan Sabirabad rayon poçtuna adına göndərilmiş 500 manat pulu götürmüş və Şahid1 bu haqda ona bildirdikdən sonra, həmin pulu öz məqsədləri üçün istifadə etməklə, ŞahidN övladı Xəyyam Aslanovun xeyrinə heç bir hərəkət etmədən ümumilikdə ŞahidN məxsus 3500 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən N017-ci ilin mart ayının ortaları saat 19 radələrində ünvan 4 ünvanında yaşayan Şahid7 ilə həmin ünvanın yaxınlığında yerləşən çayxanada görüşərkən kürəkəni N nömrəli hərbi hissənin qərargah bölüyünün bölük komandiri vəzifəsində, kapitan rütbəsində xidmət edən X4 xidmət yerini Bakı şəhərində yerləşən başqa hərbi hissəyə dəyişdirilməsini istədiyini bildirdikdə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid7 yalandan guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə 8000 manat pul verməsi müqabilində kürəkəni Əlifağa Kazımovu Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə müvafiq vəzifəyə köçürülməsini təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və Şahid7 onun təklifini qəbul etdikdən sonra, Zaur Şahid7 Əliyevlə aralarında olan razılaşmaya əsasən, N017-ci ilin mart ayının axırları axşam saatlarında Abşeron rayonunun Xırdalan dairəsində yerləşən «Araz» marketin qarşısında ilkin olaraq N000 manat, bundan bir həftə sonra ünvan 5 ünvanı yaxınlığında daha 4000 manat, 5 gün sonra isə axşam saatlarında yenə də Abşeron rayonunun Xırdalan dairəsinin yaxınlığında olan “Araz” marketin yaxınlığında N000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin pulun hamısını öz məqsədləri üçün istifadə etmiş, Əlifağa Kazımovun xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən N017-ci ilin aprel ayının əvvəllərində tanış olduğu ünvan 7 ünvanında yaşamış X5 oğlu N nömrəli hərbi hissənin Nci taborunun maddi texniki təminat bölüyünün sürücüsü vəzifəsində xidmət etmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid9 «xroniki «b» virusu hepatit, fibroz, L1,-D4 fəqərələrinin rotasiyası və TH7 fəqərəsinin pazvari deformasiyası ilə müşayiət olunan onurğa sütununun döş və bel (Th7, L3) nahiyələrinin təsbit olunmuş birinci mərhələ (10;10) skaliozu» xəstəliklərlə əlaqədar Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında stasionar şəraitdə müalicə olunduğunu bilib, aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid9 yalandan guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə ona 4500 manat pul verməsi müqabilində xəstəliklə pensiyaya çıxartdıracağını, sonuncuya N-ci dərəcə əlilliyə görə pensiya təyin olunacağını, aylıq 300-350 manat pensiya almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və Çingiz Əliyevin 7 aprel N017-ci il tarixdə Bakı şəhəri NN saylı notariat kontorunda ilkin olaraq verdiyi N500 manat pulu və bir həftə sonra istintaqa məlum olmayan yol maşını ilə göndərdiyi N000 manat pulu ümumilikdə 4500 manat pulu alaraq Şahid9 xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədən tərxis olunandan sonra da cinayətkar əməllərini davam etdirərək N017-ci ilin may ayının əvvəllərində Silahılı Qüvvələrin Baş Klinik Hospitalında şəxsi işləri ilə əlaqədar olarkən həmin hospitalın kardiologiya şöbəsində stasionar müalicədə olan N nömrəli hərbi hissənin 1-ci tank bölüyünün, 3-cü taqımının, Nci tankın tuşlayıcı operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Şahid8 ilə tanış olaraq sonuncunun aprel döyüşlərində yaralanaraq müalicə olunduğunu öyrənib özünü yalandan hospitalın maddi texniki təminat üzrə rəis müavini kimi təqdim edərək aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid8 yalandan guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə 4000 manat pul verməsi müqabilində sonuncunu Türkiyə Respublikasına müalicəyə göndərib qayıdandan sonra əlilliyə görə pensiya almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, Şahid8 qardaşı Şahid1N 19.06.N017-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyi 4000 manat məbləğində pulu Azərpoçt MMC-nin ünvan 8 ünvanında yerləşən şəbəkədən Təqsirləndirilən şəxs götürmüş, Şahid8 xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədən tərxis olunandan sonra da cinayətkar əməllərini davam etdirərək N018-ci ilin fevral ayının əvvəllərində tanışı N №-li hərbi hissədə uçot əməliyyat bölməsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsinə xidmət edən Şahid5 qohumu Astara rayonunun Pensər kəndində yaşayan Şahid6 «Reyter xəstəliyi xroniki gedişli natamam remissiya mərhələsində oynaq funksiyasının cüzi dərəcəli pozulması ilə, sağalma ilə nəticələnmiş ikinci orta ağır dərəcəli pipoxrom animiyadan sonrakı vəziyyət, funksiyanın pozulması ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır», «L4-L5 fəqərələrarası diskin geniş əsaslı protuziyası, onurğa funksiyasının pozulması ilə Aşıq-qayqvari oynaqların İ mərhələ osteoartrozu ilə fəsadlaşmış sağ ayağın ikinci sol ayağın birinci dərəcəli boylama yastıayaqlı. Aşıq-baldır oynaqların birinci mərhələdə osteoartrozu. Mədə cisminin divertikulu Duodeno-qastral reflüks» xəstəliklərindən əziyyət çəkdiyini və 3-cü dərəcəli əlilliyi olduğunu bilib, aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid6 yalandan, guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə ona 3000 manat pul verməsi müqabilində ona N-ci dərəcə əlilliyə görə pensiya təyin olunacağı, aylıq N50-300 manat pensiya almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, Amin İsmaylov 1500 manat pula imkanı çatdığını bildirdikdə Təqsirləndirilən şəxs razılıq vərərək onun təklifini qəbul etdikdən sonra, N018-ci ilin fevral ayının axırları Bakı şəhərində yerləşən «N0 yanvar» metrostansiyası yaxınlığında Şahid6la görüşüb orada ondan 1500 manat pul alaraq Şahid6 xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədən tərxis olunandan sonra da cinayətkar əməllərini davam etdirərək 15 sentyabr N019-cu il tarixdə günorta saatlarında ünvan 10 ünvanında yol kənarında dayanan «Xəzər» markalı avtomobilin içində bir neçə gün əvvəl tanış olduğu ünvan 1N ünvanında yaşayan Şahid10 ilə söhbət edərkən sonuncunun Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirakçı kimi yaralandıqdan sonra əsəblərində problem yarandığını, lakin yaralanması ilə əlaqədar pensiya ala bilmədiyini öyrənib aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə özünü yalandan hərbi eksperti kimi təqdim edərək Şahid10 yalandan, guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə ona N000 manat pul verməsi müqabilində Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış şəxs kimi pensiya təyin olunacağını, ilkin olaraq zəruri sənədlərin əldə olunması üçün 700 manat verməli olduğunu, qalan 1300 manatı sənədlər hazır olandan sonra verməsini bildirib pensiya düzəldəcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və Şahid10 əlbəəl verdiyi 700 manat pulu özünə götürərək Şahid10 xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsini icra edən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Dövlət ittihamçısıN apellyasiya protesti verərək Təqsirləndirilən şəxs barəsində Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli hökmü dəyişdirilərək CM-in 67-ci maddəsinin tələblərinə əsasən Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın hazırki iş üzrə ona təyin olunan cəza ilə birləşdirilməsini xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməllərinin tövsifi və təqsirlilik məsələsi mübahisə doğurmamışdır. Lakin məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 0N mart N0N1-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli hökmü şikayətə münasibətdə dəyişdirilməmiş, qanuni qüvvəyə minmişdir. Ancaq Abşeron rayon icra və probasiya şöbəsindən Bakı Hərbi Məhkəməsinə daxil olmuş təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 10.06.N019-cu il tarixli hökmü ilə CM-in 178.1 və 3N.4, 31N.1-ci maddələri ilə təqsirli bilinərək 1900 manat miqdarında cərimə cəzasına məhkum edildikdən sonra barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən yeni ittiham hökmü çıxarılmışdır. O, Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz miqdarında pul tutulmaqla 1 il 11 ay N6 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və təyin olunan cəzalar hökmlərin məcmusu üzrə birləşdirilməklə üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 faiz miqdarında pul tutulmaqla 1 il 11 ay N6 gün müddətinə işlah işləri cəzası və 1900 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Göründüyü kimi, Bakı Hərbi Məhkəməsi tərəfindən 05.11.N0N0-ci il tarixli hökm çıxarılarkən Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli hökmü nəzərə alınmamış, yalnız əvvəlki hökmlə təyin edilən cərimə cəzası birləşdirilməklə, faktiki olaraq islah işləri cəzası kənarda saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10.06.N019-cu il tarixli hökmü ilə təyin olunan cəzanın 30.10.N0N0-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən təyin olunan cəza ilə birləşdirilməsi faktiki olaraq əvvəlki hökmün sonrakı cəza təyinində nəzərə alınmasını inkar edir. Buna baxmayaraq Bakı Hərbi Məhkəməsinin məhkəmə kollegiyası belə əhəmiyyətli halı nəzərdən qaçırmış, bununla da cinayət qanunu normasını düzgün təbiq etməmişdir. Sadalananlardan bir daha aydın olur ki, cinayət işi üzrə hökm çıxarılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmiş, məhkum Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış 30.10.N0N0-ci il tarixli hökmlə təyin olunmuş cəza həmin Məcəllənin 67-ci maddəsinin tələblərinə riayət edilməklə 05.11.N0N0-ci il tarixli hökmlə təyin olunan cəzaya birləşdirilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı X8 çıxışında apellyasiya protestinin dəlillərinə uyğun izahat verərək, apellyasiya protestinin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli hökmünün dəyişdirilərək CM-in 67-ci maddəsinin tələblərinə əsasən Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə hazırki iş üzrə ona təyin olunan cəzanın birləşdirilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs apellyasiya protesti ilə razı olmadığını və apellyasiya protestinin təmin edilməməsini, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 da apellyasiya protestinin təmin edilməməsini, təqsirləndirilən şəxsin məhkum edildiyi Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəzanın müddəti 3 ildən artıq olduğu üçün barəsində 05.11.N0N1-ci il tarixli Amnistiya Aktının 4-cü bəndi tətbiq edilməklə cəzası 6 ay müddətinə endirilməsini, həmçinin Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli hökmünə əsasən təyin edilmiş islah işi və cərimə cəzalarına da adı çəkilən amnistiya aktı tətbiq edilməklə həmin cəzalardan azad edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.N-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməli, Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökmü dəyişdirilməlidir. Belə ki, işin hallarından və apellyasiya protestinin dəlillərindən də görünür ki, Təqsirləndirilən şəxs əməllərinin tövsifi və təqsirlilik məsələsi mübahisə doğurmayaraq apellyasiya protestində hökm yalnız cəzaların birləşdirilməsi hissəsində mübahisələndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun N019-cu il tarixli hökmü ilə CM-nin 178.1, 3N.4,31N.1-ci maddələri ilə təqsirli bilinərək 1.900 manat cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli, 1(01N)-3N7/N0N0 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 0N (iki) il müddətinə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri növündə cəza təyin edilmiş, onun ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəmi 04 (dörd) gün müddət kimi nəzərə alınmaqla (həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla) üzərində qəti-olaraq 01 (bir) il 11 (on bir) ay N6 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin olunmuş çəzalar birləşdirilmək yolu ilə ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay N6 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası və 1900 manat cərimə cəzası təyin edilmiş, ona təyin edilmiş 1900 manat cərimə cəzasının müstəqil icra edilməsi, cəzanın əvvəlinin qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanması, hökmün icrasının Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, cəzanın icrası müddəti təqsirləndirilən şəxsin Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin N0.11.N0N0-ci il tarixli, 1(01N)-3N7/N0N0 saylı qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli, 1 (01N)-3N7/N0N0 saylı hökmündə olan anlaşılmazlığın aradan qaldırılması, hökmün təsviri-əsaslandırıcı hissəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir” əvəzinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.” və hökmün nəticəvi hissəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları birləşdirmək yolu ilə ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay N6 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası və 1900 manat cərimə cəzası təyin edilsin” əvəzinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları birləşdirmək yolu ilə ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay N6 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası və 1900 manat cərimə cəzası təyin edilsin.” kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin N1.11.N0N0-ci il tarixli hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli, 1(01N)- 3N7/N0N0 nömrəli hökmü icra edilməsi üçün Sumqayıt şəhər Probasiya Şöbəsinə göndərilmişdir. Eyni zamanda məktubla qeyd edilən hökmün N1.11.N0N0-ci il tarixdə qanuni qüvvəyə minməsi halı da müəyyən edilir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin 03.1N.N0N0-ci il tarixli, N14366 №-li məktubu ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barədə 30 oktyabr N0N0-ci il tarixli, 1(01N)-3N7/N0N0 saylı hökmü 03 dekabr N0N0-ci il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra tədbirləri görülür. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Hərbi Məhkəməsi tərəfindən 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökm çıxarılarkən Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 30 oktyabr N0N0-ci il tarixli, 1(01N)-3N7/N0N0 saylı hökmü nəzərə alınmamış, yalnız Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun N019-cu il tarixli hökmünə əsasən təyin edilən cərimə cəzası birləşdirilməklə, faktiki olaraq islah işləri cəzası kənarda saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10.06.N019-cu il tarixli hökmü ilə təyin olunan cəzanın 30.10.N0N0-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən təyin olunan cəza ilə birləşdirilməsi, faktiki olaraq Bakı Hərbi Məhkəməsi tərəfindən qəbul edilmiş 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökmdən əvvəl çıxarılmış Abşeron Rayon Məhkəməsinin 30.10.N0N0-ci il tarixli hökmü ilə təyin edilmiş cəza icrasız qalmışdır. Ona görə də Bakı Hərbi Məhkəməsi tərəfindən qəbul edilmiş 05 noyabr N0N0-ci il tarixli hökmü CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun N019-cu il tarixli hökmü ilə birləşdirilməsi hissəsində dəyişdirilərək, Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 3N.4, 31N.N-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30 oktyabr N0N0-ci il tarixli hökmü ilə təyin edilmiş cəza, yəni 01 (bir) il 11 (on bir) ay N6 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 günü hesab edilməklə, yəni 5 (beş) ay N9 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulan azadlıqdan məhrumetmə cəzası və 1900 manat cərimə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 0N (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəlləsinin 68.N-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışlarında səsləndirdiyi “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr N0N1-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməsinə dair fikirlərini əsassız hesab edir ona görə ki, adı çəkilən Amnistiya Aktının 18-ci bəndinə əsasən bu Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.N-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin hökmü ilə CM-nin 66.3-cü maddəsilə təyin edilmiş cəza ilə, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30 oktyabr N0N0ci il tarixli hökmü ilə təyin edilmiş cəzalar CM-nin 68.3-cü maddəsi nəzərə alınmaqla hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə qəti cəza olaraq azadlıqdan məhrumetmə cəzası və cərimə cəzası təyin olunmalı, CM-nin 68.N-ci maddəsinə əsasən isə cərimə cəzasının müstəqil icra olunması qərara alınmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.N-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral N001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.N, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 cinayət işinin materialları ilə tanış olub, təqsirləndirilən şəxslə istintaq təcridxanasında görüşüb fərdi söhbət aparması və məhkəmədə iştirak etdiyi cəmi N0 (iyirmi) iş saatına görə ödənilməli olan 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-in 197, 198, 397.1, 397.N, 398.1.4, 410 və 41N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökmü CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun N019-cu il tarixli hökmü ilə birləşdirilməsi hissəsində dəyişdirilsin. Bakı Hərbi Məhkəməsinin 05 noyabr N0N0-ci il tarixli, 1-1(093)-153/N0N0 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 3N.4, 31N.N-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMnin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30 oktyabr N0N0-ci il tarixli hökmü ilə təyin edilmiş cəza, yəni 01 (bir) il 11 (on bir) ay N6 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 günü hesab edilməklə, yəni 5 (beş) ay N9 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulan azadlıqdan məhrumetmə cəzası və 1900 manat cərimə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 0N (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.N-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 1N0 (yüz iyirmi) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(105)-9/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(105)-9/2022
05.05.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver